Niyə Xoşbəxt Ola Bilmirlər?

Göründüyü kimi yaşları, peşələri, ictimai mövqeləri hər nə olursa olsun cahil cəmiyyətlərdə yaşanan xarakterlərin heç biri xoşbəxtlik gətirmir. Bunun başlıca səbəblərini isə belə açıqlamaq mümkündür:

Həlli Quranda Axtarmadiqlari Üçün

Cahil insanların etdiyi ən böyük səhv budur; həlli Quranda axtarmamaları... Bu kəslərin böyük bir hissəsi içərisində olduqları vəziyyətin çıxılmaz bir hala düşdüyünü açıq şəkildə görərlər. Yaşadıqları həyat tərzinin, mənimsədikləri xarakter quruluşunun ümid etdikləri nəticəni vermədiyini, özlərini qane etmədiyini və hətta çətinliyə saldığını həyatlarının hər anında hiss edərlər. Ancaq buna çıxış yolu olaraq cahilliyin təqdim etdiyi digər alternativləri sınayarlar ki, bu da onlara bir şey qazandırmaz. Çünki cahil sistemlərin təməldə bir-birindən heç bir fərqi yoxdur. Bəlkə də insanlar, məkanlar və şərtlər dəyişər, amma yaşanan narahatlıqlar, hədəflər həmişə sabit qalar. "Ziyalı" xarakteriylə yaşayanın da, kübar cəmiyyət mədəniyyətini mənimsəyənin də əsl hədəfi həmişə dünya həyatı əsasında qurulmuşdur.

Halbuki dünya həyatı hərisliklə bağlanmağa dəyməyəcək qədər qısadır. Burada dünyəvi mənada qazanılan heç bir şey əbədi olaraq qalmaz. Ölümlə birlikdə insanlardan mütləq uzaqlaşar. Bu səbəblə də dünya üçün atılan hər addım sıxıntılıdır.

Bir insan ancaq Allaha yönəldiyi vaxt dincliyə qovuşar, insanlar ancaq Allah ilə dost olub Onun bəyəndiyi həyatı yaşadıqlarında bu çətinliklərdən xilas ola bilərlər.

Allah bir ayədə bu əhəmiyyətli sirri belə bildirmişdir:

Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.. (Rad surəsi, 28)

Allah ilə dost olan bir insan isə yol göstərici olaraq Rəbbimizin endirdiyi haqq kitaba qüsursuz bir şəkildə əməl edər. Artıq onun xarakterini və həyat tərzini müəyyənləşdirən tək meyar Qurandır. Və Quranın Allahın izni ilə qaranlıqdan nura çıxardıcı xüsusiyyəti vardır:

Əlif. Ləm. Ra. Bu, insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq Allahın yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır. (İbrahim surəsi, 1)

Bu səbəblə də Quranın qazandırdığı xarakterdə çətinlik, narahatlıq, qayğı və qarışıqlıq yoxdur. Mütləq gözəl bir həyat, mütləq sabit bir ruh və mütləq gözəl rəftarlar vardır. Allah bu xarakteri yaşayan möminlərə etdikləri ən yaxşı əməllərə qarşılıq verəcəyini vəd etmişdir:

Bu ona görədir ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah istədiyinə hesabsız ruzi verir. (Nur surəsi, 38)

Allahin Deyil, İnsanlarin Məmnuniyyətini Qazanmaği Qarşilarina Məqsəd Qoyduqlari Üçün

Cahil insanların xoşbəxt ola bilməmələrinin və hər nə edirlərsə etsinlər əsla çıxış yolu tapa bilməmələrinin bir səbəbi də Allah üçün yaşamaq əvəzinə insanlar üçün yaşamalarıdır. Bu o deməkdir ki, bir insan bütün doğrularını və səhvlərini insanların nə deyəcəyinə görə müəyyənləşdirirsə, onların rəftarlarına görə kədərlənib, onların özlərini bəyənmələrinə görə sevinirsə, onların gözündə dəyər qazanmağa çalışır və onların yanında alçalmamaq üçün özünü tənzimləyirsə, deməli, bu kəs insanlar üçün yaşayır.

İnsanlar üçün yaşamaq isə böyük bir çətinlikdir. Çünki hər insanın zövqü fərqli meyarlar əsasında qurulmuşdur. Bir insanın ətrafında yüzlərlə insan olduğu düşünsək, bunların hər birini razı salmaq üçün fərqli şəkildə səy göstərməyin lazım olduğu açıq şəkildə görünəcək. Bir insanın yanında aktiv bir xarakter görmək istədiyi halda, başqa biri passiv və ağır bir insan axtaracaq. Birinin məmnun olduğu rəftar başqa birinə razı salmayacaqdır. Bu uyğunsuzluqlar və meyarlardakı fərqlərin sayı minlərə çatar. Bu vəziyyətdə “insanlar üçün yaşayan" kəslər "minlərlə fərqli tələbi bir yerdə və eyni anda" ödəməlidir. Ancaq bundan sonra istədiyi bütün insanlar özündən məmnun olacaq və ancaq bundan sonra ona dəyər verə biləcəklər.

Allah onların yaşadıqları bu çətinliklərə Quranda belə bir nümunə vermişdir:

Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti bunu bilmir. (Zumər surəsi, 29)

Bu məqamda insana kömək edə biləcək tək bir yol vardır; Uca Allahın sonsuz ağlına və elminə təslim olmaq. Allah insanı və digər bütün varlıqları yaradandır. İnsanın necə yaşadıqda, nələr etdikdə xoşbəxt ola biləcəyini də yenə ancaq Allah bilir. Və Allah insanlar üçün qurtuluş yolunu Quranda bildirmişdir: Yalnız Allahdan qorxub, yalnız Onun rizasını axtarmaq.

Allah: “İki məbuda sitayiş etməyin! O, yalnız Tək bir İlahdır. Yalnız Məndən qorxun!” – dedi. (Nəhl surəsi, 51)

Bunun əksi olan bir rəftar yalnız insanı bədbəxt etməklə kifayətlənməz həmçinin də insanın böyük bir günah işləməsinə səbəb olar. İnsanın Allahdan başqa varlıqların rizasını axtarması Quranda "şərik qoşmaq" olaraq ifadə edilər. Şərik qoşan bir insan, Allahdan başqa bir varlığı özünə ilah qəbul etmiş və bütün həyatını da onun üçün yaşayan biri deməkdir. Bu insanların axirətdə görəcəkləri qarşılıq isə ziyana uğramaqdır. Bu səbəblə də Allah insanları cəhənnəmlə və düzəldə bilməyəcəkləri bir peşmançılıqla qarşılaşmadan əvvəl bu mövzunu bildirərək xəbərdar etmişdir:

Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan. Sən yalnız Allaha ibadət et və şükür edənlərdən ol!” (Zumər surəsi, 65-66)

Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur. (Nisa surəsi, 48)

Unudulmaması lazım olan başqa bir mövzu da budur: İnsanın dünyada olarkən onlardan ötrü bütün həyatını fəda etdiyi və Allahı tərk edərək onların rizasını qazanmağı əsas götürdüyü bütün insanlar axirət günü onu tərk edəcəkdirlər. Çünki hər insan etdiklərinə görə tək başına sorğuya çəkiləcək və heç kimin səyi başqa bir kəsi xilas etməyə kifayət etməyəcək. Quranda bu əhəmiyyətli məlumat belə bildirilmişdir:

Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək. (Məryəm surəsi, 95)

Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz nemətləri arxanızda qoyub gəldiniz. Öz aranızda Allaha şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük. Artıq aranızda əlaqə qırılmış, iddia etdiyiniz məbudlar isə sizdən uzaqlaşmışdır (Ənam Surəsi, 94)

Tək qalmağın qorxu və narahatçılığını dadan insanlar o gün dünyada olarkən ən yaxınım dedikləri insanları, uşaqlarını, yoldaşlarını, dostlarını sırf cəhənnəm əzabından xilas ola bilmək üçün fidyə olaraq təklif edəcəklər. Ancaq bu tələbləri qəbul edilməyəcəkdir. Ayələrdə bu vəziyyət belə xəbər verilir:

Dost dostunun halını xəbər almayacaq. Halbuki onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını, həyat yoldaşını və qardaşını, ona sığınacaq vermiş nəslini və yer üzündə olanların hamısını – təki bu onu xilas etsin. Xeyr! Bu, alovu şölələnən Oddur ... (Məaric surəsi, 10-15)

Quranda verilən bütün bu məlumatlar əsasında insanların rizası üstündə qurulan bir həyatın yalnız dünyada bədbəxtlik gətirməklə kifayətlənməyəcəyi, həmçinin axirətdə də insanı ziyana uğradacağı görünür. Bu vəziyyətdən xilas olmağın yolu isə çox açıqdır; Allaha təslim olub yalnız Onun rizasını axtararaq yaşamaq.

Dünyanin Bir İmtahan Yeri Olduğunu Unutduqlari Üçün

Cahiliyyə xarakteri daşıyan insanların xoşbəxt ola bilməmələrinin bir səbəbi demək olar ki, hamısının dünyada olma məqsədlərini unutmasıdır. İnsan sınanmaq üçün yaradılmışdır. Allahı və Onun ağlını, gücünü, sənətini və bütün digər üstün sifətlərini təqdir edə biləcəkmi, yoxsa bunları və yaradılış məqsədini unudub dünya həyatına aludə olacaqmı deyə sınaqdan keçirilir. Allah həyatın bu həqiqətini belə bildirir:

Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır. (Mülk surəsi, 2)

Allah bu istiqamətdə insana məhdud bir ömür vermişdir. Özünü dərk etməyə başladığı andan etibarən artıq düşündüyü, etdiyi və qarşısına məqsəd qoyduğu hər şeydən məsuldur. İçində özünə hər an haqqı bildirən vicdanına aid bir səs vardır. Hər insan vicdanının özünə dediyi sözlərə tabe olub-olmadığına barədə axirətdə sorğuya çəkiləcək. Çünki vicdan haqqı dediyi halda ona tabe olmayan insan nəfsinin istəklərinə tabe olmuş olar. Nəfs isə insana daima pis işlər görməyi əmr edir. Məhz insan içində daima bir imtahana çəkilər; ya nəfsinə görə, ya da vicdanına görə hərəkət edəcək.

Bu imtahan həyatının hər anında davam edər. Məktəbdə, işdə, evdə, küçədə, tək olarkən, ya da izdihamda, xəstə olarkən də sağlam olarkən də, dünyanın başqa bir ucuna getsə belə, orada da yenə sınanılacaq. İstisna meydana gətirə biləcək tək bir an belə yoxdur. Dediyi hər söz, etdiyi hər rəftar və düşündüyü hər şey axirətdə qarşısına çıxarılacaqdır. Mütləq etdiyi bütün yaxşı və pis əməllərin əvəzini alacaq, heç bir şey qarşılıqsız qalmayacaq və nəticə etibarilə də hər kəs layiq olduğu yerə aparılacaqdır.

İnsanın dünyada baş verən hər hadisənin bir sınaq olaraq yaradıldığını unutması, təvəkkülsüz bir rəftar göstərməsinə səbəb olar. Cahil cəmiyyətdə tez-tez eşidilən "niyə belə oldu, kaş ki, belə olmasaydı", "işlər yolunda getmir", "məhv olduq", "bütün işlər tərs gedir", "belə etməsəydim belə olmazdı" və bunlara bənzər bir çox şikayətçi ifadənin altında yatan yanlış əxlaq anlayışı məhz yenə bu təvəkkülsüzlükdür.

Təvəkkülsüzlüyün qəti nəticəsi isə çətinlik və bədbəxtlikdir. Hikmətini düşünmədikləri üçün əleyhlərində kimi görünən ən kiçik bir vəziyyətlə qarşılaşdıqlarında dərhal şikayətlənməyə başlayarlar. Bunun nəticəsində də daima narahat, bədbəxt və sıxıntılı bir həyat yaşayarlar. Halbuki insanın məsul olduğu, Allahın özü üçün yaratdığı hər andan razı olmasıdır. Doğru olmayan kimi görünən hadisələr baş versə də, gözəl əxlaqda və Allaha sədaqətdə qərarlı davranmalıdır. Ən əhəmiyyətlisi yaradılış məqsədinin onsuz da bütün bunlarla sınanmaq olduğunu unutmamalıdır. Quranda əmr edilən gözəl əxlaqı yaşayan kəslər, bu cür hadisələrdə göstərəcəkləri səbrin axirətdə özlərinə bir yaxşılıq olaraq qayıdacağını bilməyin hüzurunu və xoşbəxtliyini yaşayarlar.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Ön Söz
  • Giriş
  • Cahil Cəmiyyətin Ümumi Quruluşu
  • Cahil Cəmiyyətdə İnsan Xarakterləri
  • Cahil Cəmiyyətdəki Kişi Xarakterləri
  • Cahil Cəmiyyətdə Peşələrin Təsiri ilə Formalaşan Xarakterlər
  • Digər Cahil Xarakterlərindən Nümunələr
  • Niyə Xoşbəxt Ola Bilmirlər?
  • Son Söz
  • Təkamül Yalani