Digər Cahil Xarakterlərindən Nümunələr

Zəngin Xarakteri

Cahiliyyə cəmiyyətində insanların xarakterlərinə istiqamət verən əhəmiyyətli bir amil də böyüdükləri, ya da yaşadıqları mühitdir. Bütün mühitlərin hamı tərəfindən bilinən özünəməxsus bir quruluşu vardır və insanlar yaşadıqları mühitdəki insanların bu xarakterlərini mənimsəyir və həyatlarının sonuna qədər də bu təsiri üstlərində daşıyırlar. Bu, şəhərlərə görə, bir şəhər içərisindəki bölgələrə görə belə fərqlənə bilən bir quruluşdur.

Necə ki, cahil söhbətlərdə yeni tanış olunan bir insana adının, dərhal sonar da harada doğulub böyüdüyü, ya da hansı məhəllədə yaşadığı kimi suallar soruşulur. Məhz bunun altında yatan əsl məqsəd qarşı tərəfin yetişdirilmə şərtləri və xarakteri haqqında ümumi bir fikir əldə edə bilməkdir. Çünki cahil insanlar da mühit amilinin xarakterlərinə nə dərəcə təsir edə bildiyinin fərqindədirlər.

Ətraf mühitin təsiriylə yaranan bu xarakterlərdən biri də "zəngin xarakteri"dir. Bu xarakter quruluşunu xüsusilə də kiçik yaşlardan etibarən zəngin mühitdə böyüyüb yetişən kəslərdə görmək mümkündür. Uşaqlıqlarından etibarən cəmiyyətin bir çox üzvünə görə xeyli yaxşı şərtlər altında yaşamış olan bu kəslər adətən həyatlarında əsla bir çətinlik və sıxıntıyla üzləşməmişdirlər. İstədikləri şeyi heç bir səy göstərmədən əldə etmiş və həmişə hazır vəziyyətdə tapmışdırlar. Acdıqda yeməkləri qabaqlarına gəlmiş, dağıtdıqları yerlər səliqə-sahmana salınmış, istədikləri əşyalar dərhal alınmış, maşınları satın alınmış, pulları pul kisələrinə qoyulmuşdur. Bunların hər hansısa birini qazanmaq üçün ən kiçik bir səy belə göstərmələrinə ehtiyac qalmamışdır. Halbuki hadisələrin arxasında bütün bunların qabaqlarına gəlməsini təmin edən bir çox insanın maddi-mənəvi əməkləri vardır. Bəziləri işləyib pul qazanmış, ehtiyaclarını düşünüb müəyyənləşdirmiş, bunları əldə edib hazırlamış və ən gözəl şəkildə təqdim etmişdirlər. Ancaq cahil əxlaqını yaşayan insanların böyük bir qismi bunu düşünməz, bu səbəbdən də təqdir edə bilməz.

Bu laqeydsizliyin gətirdiyi əsas xüsusiyyətləri isə "vəziyyəti dərk etməmələri"dir. Bu kəslərin böyük bir hissəsi özləri çətinlik və sıxıntıyla üzləşmədikləri üçün, çətin şərtlər altında yaşayan insanların içərisində olduqları vəziyyəti qiymətləndirə bilməzlər. Məsələn, özləri maddi cəhətdən geniş imkanlara sahib olduqları halda sırf düşüncəsizliklərindən, məhdud imkanlara sahib olan bir dostlarının imkanından yararlanaraq onu çətin vəziyyətdə qoya bilərlər. Və çox vaxt səbəb olduqları bu çətinliyi görə də bilməzlər.

Cahil əxlaqına sahib olan bu kəslərin bir qisminin diqqət çəkici xüsusiyyətlərindən biri də vəfalı olmamalarıdır. Qarşılarındakı insanların gözəl xüsusiyyətlərini və üstün istiqamətlərini təqdir edə bilmədikləri üçün onlara vəfa göstərmək üçün də bir səbəb tapa bilməzlər. Belə insanlar adətən səmimi bir dostluğu heç vaxt əldə edə bilməzlər. Əllərindəki maddi imkana çox güvəndikləri üçün bir insanın dostluğunu itirsələr belə əllərindəki imkanlarla başqalarını tapa biləcəklərini düşünürlər. Qarşılarındakı adamın mənəvi xüsusiyyətlərini, Qurana görə gözəl əxlaqlı olmasını deyil, ondan nə qədər dünyəvi mənfəətlər əldə edə biləcəklərini düşünərlər. Bu vəziyyətdə dostluq əlaqələri də sevgi və gözəl əxlaqa əsaslanmadığı üçün əsla həqiqi bir dostluq qura bilməzlər. Ya pullarından istifadə etmək üçün yanlarına yaxınlaşan insanlarla, ya da özləri kimi zəngin olub həqiqi dostluğu bilməyən, vəziyyəti dərk etməyən insanlarla birlikdə ola bilərlər.

Əlbəttə ki, bütün bu mənfi xüsusiyyətlərindən ötrü asanlıqla xoşbəxt ola bilməzlər. Böyük bir qismi istədiyi hər şeyin çoxunu əldə etməyə vərdiş etdiyi üçün maddi dəyərlər qarşısında laqeyd və sabit bir rəftar göstərər. Mənəvi gözəlliklərdən isə, həssas məqamları lazım olduğu kimi görə bilmədikləri üçün adətən zövq ala bilməzlər. Bu rəftarları digər insanlarla müqayisədə daha da diqqət çəkici bir vəziyyət alır. Həssas məqamları qavraya bilməyən bir insan özünə təqdim olunan gözəlliyi həm adi bir hadisə olaraq qiymətləndirər, həm də qısa müddətdə unudar. Bu səbəbdən də ortaya heç bir şeyə asanlıqla qane olmayan bir xarakter çıxar.

Bu kəslər insanların gözəl tərəflərini görə bilmədikləri üçün onlara dərin bir sevgi və hörmət də bəsləməzlər. Hətta qarşı tərəfin sevmək üçün onlarda gözəl xüsusiyyətlər görmək istəyə biləcəklərini ağıllarına belə gətirməzlər. Bu səbəblə də xoşbəxt ola bilməz, sevgiyə, hörmətə və sədaqətə əsaslanan dostluqlar qura bilməzlər.

Bütün bu izah edilənlərdən da aydın olduğu kimi, ortaya mənəvi keyfiyyyətlərdən olduqca uzaq bir xarakter çıxar. Ancaq bu da əhəmiyyətlidir ki, bu kəslər yaşadıqları mühitdən uzaqlaşdıqlarında, ya da maddi imkanlarını itirdiklərində belə artıq alışdıqları bu əxlaqı yaşamağa davam edərlər. Bu səbəbdən də zəngin xarakteri yalnız zəngin olan insanlara aid olmaz. Bu kəslərin yalnız bu mühitdə və bu şərtlərdə yetişmələri belə bəzən bu xarakteri yaşamaları üçün kifayət edər.

Halbuki zənginlik, ya da zəngin bir mühitdə yetişmiş olmaq gözəl bir əxlaqa sahib olmamaq üçün bir səbəb deyil. Əksinə zənginlik Allahın insanlara verdiyi gözəl bir nemətdir. Əhəmiyyətli olan bu neməti Allaha şükr etmək və Onu təqdir edərək istifadə edə bilməkdir. Bu mövzuya aid nümunələri peyğəmbərlərdə görmək mümkündür. Hz. Süleymanın Allahı zikr etmək, Onun nemətlərini xatırlamaq və şükr etmək üçün Allahdan mal-dövlət istədiyi Quranda belə bildirilmişdir:

Süleyman dedi: “Mən, günəş üfüqdə batanadək nemətə olan məhəbbəti Rəbbimi zikr etməkdən üstün tutdum..." (Sad surəsi, 32)

Həmçinin Allahın verdiyi neməti təqdir edə biləcək əxlaqa sahib bir insan, eyni şəkildə ətrafındakı insanlarda gördüyü gözəllikləri də qavraya biləcək bir düşüncəyə sahibdir. Bu səbəbdən də belə bir insan dünyanın ən zəngin insanı da olsa, hər şey qarşısına hazır vəziyyətdə də gəlsə, ya da həyatı boyu heç bir çətinlik və sıxıntıyla qarşılaşmamış da olsa yenə də vəziyyəti dərk edən, incə düşüncəli, vicdanlı bir xarakterə sahib olar. Çətinlik çəkənin, kasıb olanın ruh halını və ehtiyaclarını bilər. Sevgini, hörməti, sədaqəti ən yaxşı şəkildə yaşaya bilər. Dostluğu, yoldaşlığı hər kəsdən daha yaxşı bilər. Çünki bu kəs mömindir və hər nə qədər rifah içərisində olursa olsun vicdanını və ağlını bir kənara qoymaz. Həmişə daha yaxşısını, daha gözəlini tapmaq və Allahın rizasını daha da çox qazanmaq üçün daima bir axtarışda olar. Bu səbəblə də rahatlıq onu əxlaq tənbəlliyinə sövq etməz. Çünki möminlər Uca Allaha yaxınlaşmaq və Onun sevgisini qazana bilmək üçün tələsərlər.

Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər. (Muminun surəsi, 61)

"Sonradan Görmüş" Xarakteri

Cahil cəmiyyətdə "sonradan görmüş" olaraq xarakterizə olunan kəslər, adətən orta səviyyəli bir həyat yaşadıqdan sonra, ya özlərinə qalan bir miras və ya bənzəri bir imkan nəticəsində qəfildən zənginləşən kəslərdir. Bu kəslər arasında dindən uzaq yaşayanlar, illər sonra əllərinə keçən bu neməti Allaha şükr etməklə deyil, insanlar arasında bir üstünlük əldə etməyə çalışaraq qiymətləndirərlər. Danışıqlarında daima nə qədər zəngin olduqlarından, necə saymadan pul xərclədiklərindən, nələr aldıqlarından, hansı yerlərdə istirahət etdiklərindən bəhs edərlər. Bir paltar alacaqdırlarsa, mütləq bunun etiketində markasının adı yazılı olanını seçərlər. Getdikləri hər yerin lövhəsi altında şəkil çəkdirər və bunu evlərinin ehtişamlı yerinə qoyaraq nümayiş etdirirlər. Zövq alsalar da, almasalar da zəngin insanların etdiyi hər şeyə etina edər və onların həyat tərzini təqlid edərlər. Məsələn, xarici dil bilirmiş, ya da xarici ölkədən yeni gəlmiş imici vermək üçün sözlərinin arasında mənasını doğru-düzgün belə bilmədikləri əcnəbi sözlərdən istifadə edərlər. Bir çoxunda da yerli-yerində istifadə edə bilmədikləri üçün vəziyyətləri açıq şəkildə ortaya çıxar. Səviyyəli görünmək istədikləri halda, alçalmış olarlar. Ya da sırf son model paltarlar geydikləri imicini verə bilmək üçün özlərinə heç yaraşmayan paltarlar geyərlər.

Özlərinə kənardan baxmağı bacarmazlar. Ya da başqa bir sözlə başqasının gözüylə özlərini qiymətləndirə bilməzlər. Nəyin özlərini gülməli vəziyyətə salacağını, nəyin yaraşıb, nəyin yaraşmadığını görə bilməzlər. Var gücləriylə zəngin mühitdə yaşayan insanların hər etdiyini təqlid etməyə davam edərlər.

Onlara sonradan sahib olduqları bütün imkanları verənin Uca Allah olduğu çox açıq bir həqiqətdir. O vaxta qədər özlərinə daha çox mal-dövlət və mülk verməsi üçün bəlkə dəfələrlə Allaha dua etmişdirlər. Amma bu duaları qəbul olduğunda da dərhal əvvəlki vəziyyətlərini və Allaha yalvardıqlarını unutmuşdurlar. Quranda özlərinə nemət veriləndə pis əxlaq göstərən insanlardan belə bəhs edilmişdir:

İnsana nemət verdiyimiz zaman üz çevirib haqdan uzaq durar. Ona bir pislik toxunduqda isə uzun-uzadı yalvarıb-yaxarar. (Fussilət surəsi, 51)

Zəngin insanların özlərini bəyənməsi üçün çox müxtəlif üsullar sınayar, amma bu antipatiyadan başqa bir şey meydana gətirməz. Əslində bir mənada da tələyə düşərlər. Allah, Özünü razı salmaq üçün yaşamaq əvəzinə insanların özlərini bəyənməsi üçün səy göstərən bu insanlara gözlədiklərinin tam əksiylə cavab verər. Bu vəziyyətdə həm Allahın sevgisini, həm də insanların rəğbətini itirərlər.

"Ziyali" Xarakteri

Cəmiyyətdə "ziyalı" kimi tanınan bu mədəniyyət, cahil cəmiyyətin əhəmiyyətli bir hissəsini öz təsiri altına almış dindənkənar xarakterlərdən biridir. Cahil əxlaqını daşıyan bu xarakterin xüsusiyyətlərinə keçməzdən əvvəl bunu ifadə etməkdə fayda vardır: Burada üstündə dayanılan ziyalı xarakteri, hər cəmiyyətdə olması lazım olan və hörmət göstərilən mədəniyyətli kəsləri əhatə etmir. Bir insan üçün mədəniyyətli olmaq, azad düşüncəli olmaq, içində yaşadığı cəmiyyətin rifahı və rejimi üçün fikir tapmaq olduqca əhəmiyyətli və qiymətli xüsusiyyətlərdir. Burada izah edilən ziyalı obrazı isə, təməl dünyagörüşünü, inamsızlığın həyat tərzi və düşüncə quruluşundan alan və bunu bütün dünyaya hakim qılmağı hədəfləyən, əslində heç bir ziyalı təcrübəsi olmamasına baxmayaraq, özünü təcrübəli insan kimi göstərməyə çalışan bir xarakterdir. Ancaq bir çox insan xüsusilə də gənclər, təməlində yatan bu fikirdən xəbərsiz olaraq, yalnız cəmiyyətdə bir şəxsiyyət qazanacaqlarını düşündükləri üçün bu xarakterə etina edərlər.

Bu mədəniyyəti əsasən universitet mühitində görmək mümkündür. Cəmiyyətdə xüsusilə də təsviri incəsənətlə maraqlanan insanların bu mədəniyyəti yaşamalı olduğuna dair səhv bir inanc hakimdir. Bu səbəblə də orta məktəb illərində tam fərqli bir xarakterdəki bir insan təsviri incəsənət ya da bənzəri bir fakültədə oxumağa başladığında xarakterini bir anda tamamilə dəyişdirər. Geyim tərzindən saç modelinə, zövq və vərdişlərinə qədər bütün stilinə "ziyalı" havası verməyə çalışar. Çünki cahil cəmiyyət ona bir sənətkarın ancaq belə bir stil içərisində olarsa müvəffəqiyyətli olacağı təlqini verər.

Bu kəslər bundan sonrakı həyatlarında artıq bu imicin tələb etdiyi hər şeyi etməyə hazırdırlar. Günlərini "ziyalı çayxanaları" adı verilən siqaret tüstüsünün hakim olduğu yarı qaranlıq və rütubətli yerlərdə, ya da barlarda "ziyalı söhbətləri" edərək keçirməyə başlayırlar. Özlərinin cəmiyyətin mədəniyyətli və qabaqcıl təbəqəsini təmsil etdiklərini irəli sürər və insanları xilas etmək üçün yollar taparlar. Ancaq çox vaxt bunlar hikmətsiz, bitməyən və nəticəsiz qəliz müzakirələrdən ibarətdir. Məhdud şeylər düşünmək, məhdud məntiqlər irəli sürmək və buna uyğun bir həyat yaşamaq bu kəslər üçün böyük bir əhəmiyyət daşıyar. Bu şəkildə digər insanlardan fərqlənə biləcəklərini düşünürlər. Çəkdikləri şəkillərdə, heykəllərdə, yazdıqları kitablarda və mahnılarında bu ruhu dilə gətirməyə diqqət göstərərlər. Halbuki baxıldığında əsərlərinin bir çoxunun "ziyalılıq" adı altında əslində ruhsuzluğu təmsil etdiyi görünər. Həqiqi və dərin gözəlliklər təqdim edən bir sənət anlayışları olmaz; adətən qaranlıq, pessimist və mənəvi cəhətdən narahat bir ruh halının hakim olduğu bir sənət anlayışına sahibdirlər.

Baxdıqları filmlər, oxuduqları kitablar həmişə bu ziyalı havasını əks etdirər. Yoxsa bunların əksəriyyətindən özləri də zövq almaz. Bəzən də "ziyalılığın" bir qaydası olaraq, savadlı görkəmi vermək üçün heç oxumadıqları halda bir kitabı əllərində gəzdirər və içindən əzbərlədikləri bir neçə nümunə cümləni sağda solda deyərək "etibar" qazanmağa çalışırlar.

Filosoflardan eşitdikləri bir neçə sözü əzbərləyər və görüşdükləri çayxanalarda bunları tez-tez dilə gətirərlər. Soruşduqda isə bütün fəlsəfə axınlarını araşdırdıqlarını və hətta bu mövzuda ixtisaslaşdıqlarını deyərlər. Halbuki əksəriyyətinin ciddi mənada heç bir elmi biliyi yoxdur.

Orijinal olmayan sabit fikirlərinin əxlaq mövzusunda məhdud fikirlər meydana gətirmələrinə səbəb olar. Ailə və evlilik anlayışlarına ehtiyac olmadığını, hədd-hüdud bilmədən azad yaşamağın müasirlik və mədəniyyət əlaməti olduğunu müdafiə edirlər.

Qaranlıq bir ruh halları vardır. Xarakterlərinə və bütün həyatlarına bir ruhsuzluq hakimdir. Ürəksıxan yerlərdən, yarı qaranlıq və qaranlıq mühitlərdən, dava-dalaşdan və qaydasızlıqlardan xoşları gələr. Yaşadıqları mühitlər bütün detallarıyla bu ruh hallarını əks etdirən bir görünüşdədir. Hər yerə içki qutularının dağıldığı, paltarların, kitabların üst-üstə atıldığı dağınıq mühitlərdə, üst-başları çirkli bir şəkildə yaşayarlar.

Ancaq ümumi olaraq yaşadıqları bu həyatdan əslində heç bir zövq ala bilməzlər. Çünki Allah dinsizliyi insanın çətinlik çəkəcəyi və bədbəxt olacağı bir sistem olaraq yaratmışdır. Heç kimin heç bir qayda-qanun tanımadığı, bu səbəbdən də hər kəsin bir-birinin hüquqlarına təcavüz edə bildiyi, nizam və sərhədin olmadığı, dinin gətirdiyi insani və əxlaqi xüsusiyyətlərin yaşanmadığı bir mühitin verdiyi zərər də ən birinci özlərinə toxunacaqdır. Bu səbəblə də qarşılarına məqsəd qoyduqları bu həyatın kiçik bir hissəsini yaşamaları belə bu zərərlərlə qarşılaşmaları üçün kifayətdir.

İnsanlara əsl şan və şərəf qazandıracaq şey isə Allahın insanlar üçün endirdiyi haqq dindir. İnsan ancaq bu sistemdə rahatlıq tapa bilər və həyatdan ancaq Quran əxlaqını yaşadığı təqdirdə həqiqi bir zövq ala bilər.

Bütün Cahil Xarakterlər Haqqinda

Kitabın əvvəlindən etibarən cahil cəmiyyətdə hakim olan bir çox insan xarakterini bütün əxlaq xüsusiyyətləri, şəxsiyyət quruluşları, həyata olan dünyagörüşləri və vərdişləriylə araşdırdıq. Unutmamaq lazımdır ki, bunlar arasında müsbət və sabit xüsusiyyətlərə sahib, xoşbəxt və dinc bir həyat yaşayan bir model yoxdur. Çünki bütün bu xarakterlər dindənkənar bir sistemdən törəmişdir. Allah insanları ancaq din əxlaqını yaşadıqları və iman etdikləri vaxt xoşbəxt olacaqları şəkildə yaratmışdır. Quranda bildirilən bu əxlaq modelindən başqa minlərlə həyat tərzi, minlərlə xarakter quruluşu daha meydana gəlsə də hamısı yenə eyni nəticəni verəcək, çətinlik, qarışıqlıq və narahatlıq gətirəcək. Allah din əxlaqından uzaq insanların bu vəziyyətini Quranda verdiyi bir nümunə ilə belə açıqlamışdır:

Onlar, doğru yolu verib azğınlığı satın almış kimsələrdir. Amma onların ticarəti qazanc gətirmədi və özləri də doğru yola yönəlmədilər.

Onların məsəli zülmət gecədə od qalayan kimsənin məsəlinə bənzər. Alov onun ətrafındakıları işıqlandırdığı zaman Allah onların nurunu aparar, özlərini də heç bir şey görə bilməyəcəkləri zülmətlər içərisində buraxar.

Onlar kar, lal və kor olduqlarına görə doğru yola qayıtmazlar.

Yaxud onların məsəli zülmət içində göy gurultusu və şimşəklə yağan leysana düşənlərin məsəlinə bənzəyir ki, ildırımdan ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayırlar. Şübhəsiz ki, Allah kafirləri hər tərəfdən əhatəyə almışdır.

Şimşək az qalır ki, onların gözlərini çıxartsın. Şimşək hər dəfə onların yolunu işıqlandırdıqda onunla gedirlər, zülmət onları bürüdükdə isə dayanıb dururlar. Əgər Allah istəsəydi, onları eşitməkdən və görməkdən məhrum edərdi. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.

Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Allahdan çəkinəsiniz. (Bəqərə surəsi, 16-21)

Allahın verdiyi bu nümunə cahil xarakterlərin niyə ziyandan xilas olmadıqlarını çox gözəl şəkildə açıqlayır. Bu kəslər "hidayət", yəni "iman etmə" imkanı olduğu halda, "azğınlığı" dolayısı ilə "imansızlığı" seçmişdirlər. Müəyyən dünyəvi mənfəətlər üçün etdikləri bu seçim onlara bir fayda verməmiş, xoşbəxtliyi, dincliyi və axtardıqları heç bir şeyi tapa bilməmişdirlər.

Əksinə bu seçimləri onları həqiqətlərə və doğrulara qarşı kar, lal və kor etmişdir. Bu səbəblə də ziyan içərisində olduqları halda bu sistemlərindən geri qayıtmazlar.

Allah onların vəziyyətini bir şimşək nümunəsiylə təsvir etmişdir; şimşək hər çaxdığında ətraf müvəqqəti olaraq işıqlanar, beləcə bir az yeriyərlər, lakin dərhal sonra yenə zülmətə bürünüb olduqları yerdə hərəkətsiz qalarlar. Məhz cahil insanlar bu çox qısa, bir anlıq yerimələrinə aldanır və bunun onlara kifayət edəcəyini zənn edirlər. Halbuki qurtuluş ancaq ayədə də bildirildiyi kimi Allaha qayıtmaq, Ona qulluq etmək və Onun istədiyi şəkildə yaşamaqla mümkün olar.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Ön Söz
  • Giriş
  • Cahil Cəmiyyətin Ümumi Quruluşu
  • Cahil Cəmiyyətdə İnsan Xarakterləri
  • Cahil Cəmiyyətdəki Kişi Xarakterləri
  • Cahil Cəmiyyətdə Peşələrin Təsiri ilə Formalaşan Xarakterlər
  • Digər Cahil Xarakterlərindən Nümunələr
  • Niyə Xoşbəxt Ola Bilmirlər?
  • Son Söz
  • Təkamül Yalani