Bitkilərdəki yaradılış möcüzələrinin izah edildiyi bu kitabda çox əhəmiyyətli bir nəticə yenidən dəlilləriylə birlikdə ortaya qoyulmuşdur: Təkamül nəzəriyyəsi elmi həqiqətlərlə ziddiyyət təşkil edən, yalnız müxtəlif ssenarilər irəli sürərək iddialarına dəstək tapmağa çalışan bir nəzəriyyədir. Bu, təkamülçülərin bəzən özlərinin də etiraf etdiyi bir həqiqətdir.
Nobel mükafatı almış, tanınmış bir təkamülçü olan Dr. Robert Milikan təkamülçülərin yaşadıqları bu vəziyyəti belə etiraf edir:
Biz elm adamlarının bu ana qədər heç bir elm adamının sübut edə bilmədiyi təkamülü sübut etməyə çalışması çox acınacaqlı bir haldır.(131)
Təkamülçüləri bunları etiraf etməyə sövq edən, şübhəsiz ki, inkişaf edən elmin də açıq şəkildə gözlər önünə sərdiyi həqiqətlərdir. İstər canlılardakı, istərsə də kainatdakı tarazlıqlar üzərində aparılan bütün elmi tədqiqatlar kainatdakı nizamın xüsusi bir yaradılış nəticəsində meydana gəldiyini sübut edir.
Bu kitabın hazırlanma məqsədi, yaradılış dəlillərindən birini də gözlər önünə sərərək, hər insanın gündəlik həyatda daim qarşılaşdığı, lakin bir çox adamın "yaradılış möcüzəsi" olduğunu ağlına belə gətirmədiyi, eşidərək əhəmiyyət vermədiyi mövzuları xatırlatmaqdır. Bütün həyatı boyu müəyyən mövzularla maraqlanan, yalnız öz ehtiyacları barəsində düşünən, buna görə də Allahın varlığının dəlillərini görə bilməyən bəzi insanlara yeni bir üfüq açmaqdır. Çünki bu, insanın özünü yaradan Allaha yönəlməsində çox əhəmiyyətli bir yol olacaq.
Bu, bir insanın həyatında qarşılaşacağı ən əhəmiyyətli mövzudur. Allahın, ayələrində də ifadə etdiyi kimi ancaq ağlını işlədən insanlar öyüd-nəsihət alıb, düşünər və Rəbbimizə doğru bir yol tapa bilər:
Sizin üçün göydən su endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində mal-qaranızı otardığınız otların bitməsi üçündür. Allah onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və başqa meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda düşünə bilən adamlar üçün dəlillər vardır. |
"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32).
131. SBS Vital topics, David B. Loughran, Nisan 1996, Stewarton Bible School, Stewarton, Scotland, URL:http://www.rmplc.co.uk/eduweb/sites/sbs777/vital/evolutio.html