Vaxtı ölçə bilmə qabiliyyəti adətən insandan başqa digər canlılarda olması gözlənilməyən bir xüsusiyyətdir. Bunun yalnız insanlara məxsus bir şey olduğu düşünülə bilər, amma həm bitkilər, həm də heyvanlar, vaxtı ölçmə mexanizminə, yəni, "bioloji bir saata" sahibdirlər:
Bitkilərin zamandan asılı hərəkətlərinin ilk dəfə başa düşülməsi 1920-ci illərə təsadüf edir. Bu illərdə Almaniyadakı iki elm adamı Ervin Buenning və Kurt Stern lobya bitkisindəki yarpaq hərəkətlərini tədqiq edirdilər. Tədqiqatlarının sonunda gördülər ki, bitkilər gün ərzində yarpaqlarını günəşə doğru uzadırlar, gecələri də tam şaquli vəziyyətdə yarpaqlarını büzərək yuxu vəziyyətinə keçirdilər.
Bu elm adamlarından təxminən iki əsr əvvəl də fransız astronom Jacques Ortour de Marian da bitkilərin belə mütəmadi bir yuxu ritminə sahib olduqlarını müşahidə etmişdi. Qaranlıq bir mühitdə istilik və rütubəti tənzimləməklə təkrarlanan təcrübələrdə bu vəziyyətin dəyişməməsi, bitkilərin içində vaxtölçən bir cihazın olduğunu göstərmişdi.
Bitkilər müəyyən fəaliyyətləri üçün müəyyən zamanları seçərlər. Bunu da günəş işığındakı dəyişikliklərdən asılı olaraq edərlər. İçlərindəki saat günəş işığına əsasən qurulduğu üçün ritmik hərəkətlərini 24 saat ərzində tamamlayırlar. Bitkilərin ritmik hərəkətləri həftələrlə də davam edə bilər.(75)
Edilən ritmik hərəkətlər nə qədər davam edirsə etsin dəyişməyən bir şey vardır. Bu hərəkətlər hər dəfə bitkinin yaşaması və nəslinin davam etməsi üçün, həmişə ən uyğun vaxtda reallaşar və bu hərəkətlərin müvəffəqiyyətlə tamamlana bilməsi üçün bir çox mürəkkəb əməliyyat qüsursuz bir şəkildə reallaşmalıdır.
Məsələn, bir çox bitkidə çiçəklənmə prosesi ilin müəyyən bir dövründə baş verər. Çünki bu dövrlər bitkinin çiçəklənməsi üçün ən əlverişli vaxtlardır. Bitkilərin vaxtı tənzimləyən bu saatları günəş işığının yarpaqlara düşmə müddətini də hesablayır. Hər bitkinin bioloji saatı bu müddəti bitkinin öz quruluş xüsusiyyətinə görə hesablayır. Aparılan hesab nə olursa olsun çiçəklənmə ən uyğun vaxtda reallaşır. Vaxtı bu cür tənzimləyən soya üzərində aparılan tədqiqatlar nəticəsində, bu bitkinin nə vaxt əkilirsə əkilsin həmişə ilin eyni vaxtında çiçəklədiyi müşahidə edilmişdir.
Bitkilər çiçəklənmədən əlavə daha bir çox fəaliyyətlərini tam vaxtında icra edərlər. Məsələn, yabanı xaşxaşlar tozcuqlarını, tozcuq daşıyıcılarının ən sıx şəkildə havada uçduqları günlərdə və saatlarda yayarlar. Yenə hər bitki üçün bu günlər və saatlar dəyişər. Amma nəticədə hər bitki etdiyi vaxt tənzimləməsində ən etibarlı şəkildə tozcuqlarını yayar. Yabanı xaşxaşlar iyul və avqust aylarında saat 05.30 ilə 10.00 arasında tozcuqlarını yayarlar. Bu saatlar, arıların və digər böcəklərin də qidalanmaq üçün çölə çıxdıqları vaxtlardır. Beləliklə də, bitki öz xüsusiyyətlərindən başqa bir də digər canlıların xüsusiyyətlərini də ən incə nöqtəsinə qədər nəzərə almalıdır. Bu bitki, özünü mayalandıracaq canlıların yuvalarından çıxacaqları vaxtı, gedəcəkləri yolu nə qədər vaxtda gedəcəklərini və qidalanma saatlarını tam olaraq bilməlidir. Bu vəziyyətdə ağla bu sual gələcəkdir: Bütün bu "məlumatlara" sahib olan və lazımi "hesablama işlərini" aparan "digər bir canlının xüsusiyyətlərini analiz edən" və bir kompyuter mərkəzini xatırladan bu saat, bitkinin harasındadır?
Bitkilerin çiçeklenmesi kendiliğinden gerçekleşen, olağan bir olay değildir. Çünkü bitkiler polenlerini her zaman yaymazlar. Örneğin Gelincik çiçekleri polenlerini polen taşıyıcı böceklerin en fazla olduğu saatlerde yayarlar. Diğer bitkilerdeki çiçeklenme de yılın belli zamanlarında gerçekleşir. Bu zaman çiçeklenme için en uygun olandır. Bilim adamları çiçeklerdeki bu zamanlamayı biyolojik saat olarak nitelendirmektedirler. |
Elm adamları bitkilər xaricindəki digər canlılarda olan bioloji saatın, əsasən hipofiz vəzinin təsiriylə meydana gəldiyini düşünürlər. Lakin bitkilərdəki bu mükəmməl vaxt ölçmə cihazının harada olduğu onlar üçün hələ də tam bir sirr olaraq qalır.(76)
Bu nəticə bizə bitkilərin bütün fəaliyyətlərinin vaxtını müəyyənləşdirən, bu səbəbdən də hamısından xəbərdar olan və onları öz nəzarəti altında saxlayan üstün bir ağlın və gücün dəlillərini göstərir. Allah üstün gücü və sonsuz ağlıyla hər yerdə bizə yaradılış dəlillərini göstərir və bunları görərək öyüd-nəsihət alıb düşünməyimizi istəyir.
Bitkilər də özlərini düşmənlərindən müyyən bir yolla qorumaq məcburiyyətindədirlər. Bu qorunma hər bitki növündə müxtəlif olar. Məsələn, bəzi bitkilər, parazitlərə və böcəklərə qarşı müxtəlif şeylər ifraz etməklə düşmənləriylə mübarizə aparır və özlərini ancaq bu şəkildə qoruyurlar. Bitkilər bir nömrəli müdafiə silahları olan zəhərli kimyəvi maddələri lazım olduğu kimi istifadə edə bilmək məqsədiylə çox müxtəlif strategiyalardan istifadə edərlər. Məsələn, göbələk və xiyarların zəhərli ucları vardır və bunları hücum anında hərəkətə keçirirlər. Bu tam təchizatlı döyüşün başqa bir nümunəsi də çinar ağaclarında mövcuddur. Çinar ağacı yarpaqlarından ifraz etdiyi bir mayenin köməyi ilə gövdəsinin altındakı torpağı sistemli şəkildə zəhərləyər, belə ki, bu zəhərlənmədən sonra torpağın üstündə kiçik bir ot belə bitməz. Çinar ağacı, bu zəhərli maddəni strukturunda saxlamasına baxmayaraq, bundan hər hansı bir zərər çəkməz.
Hücuma məruz qaldıqlarında olduqları mühitdən uzaqlaşmalarını təmin edəcək ayaqları və ya döyüşəcək hər hansı bir orqanları olmayan bitkilər, düşmənlərinə qarşı yalnız ifrazatlarla müqavimət göstərməzlər, onlar bununla yanaşı bir çox müdafiə mexanizmiylə birlikdə yaradılmışlar. Bu mexanizmlərin içində xəbərləşmə qabiliyyəti də vardır.(77) Bəzi bitkilər, dişlənilən bölgədən özlərini dişləyən böcəyin həzm sistemini korlayan və ona toxluq hissi verən bir maye ifraz edər. Həmçinin yarpaq zədələndiyi yerdən "jasmonik turşu" deyilən bir növ turşu da ifraz etməklə, digər yarpaqların hücumdan xəbərdar olmalarını və müdafiə vəziyyətinə keçmələrini təmin edər.
Qarğıdalı və lobya bitkiləri isə düşmənlərindən qorunmaq üçün parazit həyat yaşayan eşşək arılarını sanki muzdlu əsgər kimi işlədirlər. Bu bitkilər yarpaqlarına tırtıl dadandıqda xüsusi bir kimyəvi maddə ifraz etməklə eşşək arılarını olduqları yerə toplayırlar. Eşşək arıları da sürfələrini bitkiyə hücum edən tırtılların üstlərinə qoyurlar. Böyüyən eşşək arısı sürfələri tırtılların ölümünə səbəb olar, bu da bitkinin xilas olmasını təmin edər. Bitkilərin bəziləri isə aleolu kimyəvi birləşmələrə sahibdirlər. Bunlar böcək və heyvanlar üçün bəzən diqqət çəkici, bəzən qorxuducu, bəzən allergiya verici, bəzən də öldürücü təsir göstərirlər.
Məsələn, kəpənəklər kol çiçəkli bitkilərə yaxınlaşmazlar. Çünki bu cür çiçəklərin müdafiə sistemlərində "siniqrin qlükozidi" adlı zəhərli bir maddə olar. Buna görə də kəpənəklər tərkibində zəhərli bir maddə olmadığını bildikləri salxım çiçəkli bitkiləri seçərlər. Kəpənəklərin bu ayırma prosesini necə öyrənmiş ola biləcəkləri, ayrılıqda cavab gözləyən bir sualdır. Kəpənəyin bunu təcrübə aparmaqla öyrənməsi qeyri-mümkündür. Bitkinin dadına baxması kəpənəyin ölümünə səbəb olacaq. Deməli, kəpənəklər bu məlumatı fərqli bir şəkildə əldə edirlər.
Resimdeki mısır bitkisinin en büyük düşmanlarından biri tırtıllardır. Saldırıya uğrayan mısır bitkileri kimyasal bir salgı yayarlar ve tırtılları yok edecek olan eşek arılarını yardıma çağırırlar. |
Ağcaqayınların, xüsusilə də şəkər ağcaqayınlarının şivlərini və yarpaqlarını zərərli canlılardan qoruma sistemi çox vaxt insanların hazırladıqları böcək öldürücülərdən xeyli güclü olur. Şəkər ağcaqayını gövdəsində bol şəkərli suyun olmasına baxmayaraq, yarpaqlarına "tannin" deyilən bir maddəni göndərir. Bu, böcəkləri narahat edən bir maddədir. "Tannin"li yarpaqları yeyən böcəklər xilas olmaq üçün dərhal daha az tanninli olan üstdəki yarpaqlara çıxarlar. Halbuki üstdəki yarpaqlar quşların ən çox gəldikləri yerlərdir. Bura qaçan böcəklər quşlara yem olur. Şəkər ağcaqayını bu strategiya sayəsində böcək hücumlarından cüzi miqdarda zərər çəkməklə xilas olar.(78)
Mərkəzi və Cənubi Amerikada yetişən üzümkimilərə aid bir bitki, qara və yaşıl tırtıllar və qırmızı kəpənəklər üçün çox ideal və diqqət çəkici bir qida növüdür. Belə ki, bu böcəklər balalarını yumurtadan çıxar-çıxmaz bu ləzzətli qidayla bəsləyə bilmək üçün, yumurtalarını üzüm bitkisinin yarpaqlarının üstünə qoyarlar. Yalnız burada çox əhəmiyyətli bir məqam vardır. Bu kəpənəklər yumurtalarını qoymadan əvvəl asmanın yarpaqlarını yaxşı şəkildə yoxlayarlar. Əgər başqa bir heyvan buraya öz yumurtalarını qoymuşdursa, eyni bitkinin yarpaqlarında birdən çox ailənin üzvlərinin qidalanması çətin olacağından ötrü oranı seçməz və boş olan başqa yarpaqlar axtararlar.(79)
Böcəklərin belə bir seçim etməsi bitki üçün olduqca böyük bir üstünlükdür, çünki asma bitkisi hücumdan qorunmaq üçün böcəklərin bu seçiciliyindən faydalanar.
Asma bitkisinin bəzi cinsləri yarpaqlarının üst hissələrində, yaşıl qabarcıqlar əmələ gətirərlər. Bəzi növləri isə yarpağın altında yerləşən budaqla birləşmə yerinin üstündə, kəpənəklərin yumurtalarına bənzər rəngdə ləkələr əmələ gətirərlər. Bunu görən tırtıllar və kəpənəklər, başqa böcəklərin özlərindən əvvəl gəlib bu yarpaqların üzərinə yumurta qoyduqlarını zənn edərlər və bitkinin üstünə yumurta qoymaqdan imtina edərək, özlərinə yeni yarpaqlar axtarmağa başlayarlar.
Yarpaqlarını bu cür ağlagəlməz bir üsulla qoruyan asma bitkisi, hər kəsin bildiyi kimi torpaqdan çıxan və quru bir budaq ilə yarpaqlardan ibarət olan bir bitkidir. Bu bitki hər hansı bir ağla, yaddaşa və diaqnoz qabiliyyətinə sahib deyil. Özündən tamamilə fərqlənən bir canlının, bir böcəyin xüsusiyyətlərini, seçimlərini, yumurtalarının formasını bilməsinə qətiyyən imkan yoxdur. Amma göründüyü kimi asma bitkisi böcəyin hansı hallarda yumurtalarını qoymaqdan imtina edib başqa bir bitkiyə yönələcəyini bilir. Həmçinin də öz yarpaqlarında bu yumurtalara bənzər naxışlar əmələ gətirir və müxtəlif dəyişikliklər aparır. Asma bitkisinin, hər hansı bir böcəyin yumurtalarını təqlid edə bilməsi üçün nələr etməsinin lazım olduğunu birlikdə düşünək. Təqlid, zəka tələb edən bir qabiliyyətdir. Bu səbəblə də bitki bir zəkaya sahib olmalı, bu yumurtaları görüb dərk etməli və bunu yaddaşına həkk etməlidir. Daha sonra bu xüsusiyyətlərini, bəzi incəsənət qabiliyyətləriylə birləşdirib, öz strukturunda müxtəlif dəyişikliklər meydana gətirib belə bir qorunma taktikası kəşf etməlidir. Əlbəttə ki, bu saydıqlarımızın heç biri, bir bitki tərəfindən reallaşdırıla ya da müxtəlif təsadüflər nəticəsində meydana gələ bilməz. Həqiqət budur ki, asma bitkisi bu xüsusiyyətə sahib olaraq "yaradılmış"dır. Bu ona Allah tərəfindən xüsusi olaraq verilmiş bir müdafiə sistemidir. Hər şeyi ən incə nöqtəsinə qədər planlaşdıran Allah, yer üzündəki bütün bitkilərin yaşadıqları mühitdə özlərinə lazım olan hər şeyi yaratmışdır. Allah hər şeyin hakimidir. Bütün kainatda olub bitən hər şeydən xəbərdardır. Allah bir ayəsində bu həqiqəti belə bildirir:
O, göydən yerə qədər olan bütün işləri idarə edir... (Səcdə surəsi, 5)
Arum zanbağı mayalanmağa hazır olduqda kəskin qoxulu bir ammonyak qazı (NH3) yaymağa başlayır. Çiçəyin olduqca maraqlı bir quruluşu vardır. Tozcuqlarının yerləşdiyi hissə ağ yarpaqlı quruluşun içində dib tərəfdədir və çöldən görünməz. Buna görə də yalnız qoxu yaymaq böcəklərin diqqətini çəkmək üçün kifayət etməz. Tozcuqlar mayalanmağa hazır olduqda zanbaq yaydığı qoxuyla birlikdə çiçəyinin xarici hissəsini də istilədər. Məhz bu yalnız işıqlı saatlarda və bir gün içərisində reallaşan istiləşmə və qoxu, böcəklər üçün çox diqqət çəkicidir. Bu istilik və qoxu necə əmələ gəlir? sualının cavabını tapmağa çalışan elm adamları, bitki metabolizmində baş verən sürətlənmə nəticəsində xüsusi bir turşunun əmələ gəldiyini kəşf etmişlər.
Qlütamin turşusu deyilən bu maddənin kimyəvi yollarla parçalanması nəticəsində çiçəyin yaydığı istilik və qoxu meydana gələr. Bu sayədə böcəklər çiçəyə doğru gələr. Belə ki, bu böcəklər üçün kifayət deyil, çünki, arum zanbağının tozcuqları dibdəki ağzı bağlı torbacıqlarda yerləşir. Çiçək bunun üçün də tədbir görmüşdür. Xarici səthinin yağlı olmasından ötrü gələn böcəklər sürüşərək aşağıya, çiçəyin içinə düşərlər və bir daha sürüşkən divarlardan yuxarıya doğru çıxa bilməzlər. Olduqları hissədə çiçəyin dişi orqanlarının ifraz etdiyi şəkərli bir maye vardır. Bundan başqa gecə olduqda tozcuqların yerləşdiyi torbacıqlar da açılar və böcəklər özlərini bunlara bulayarlar. Böcəklər çiçəyin içində bir gecə qalarlar. Səhər olduqda çiçəyin üzərində olan tikanlar bükülərək böcəklərin yuxarıya doğru çıxması üçün nərdivan funksiyası yerinə yetirər. Nərdivanla çıxan böcəklər xilas olan kimi vəzifələrini yerinə yetirmək üçün mayalandırıcı tozcuq yükləriylə birlikdə başqa bir zambağa doğru gedərlər.(80)
Diqqət çəkici bir gözəlliyə sahib olan qonaqotu çiçəyi, yarpaqları üzərində yerləşən kiçik iynələr sayəsində düşməni olan tırtıllara qarşı müqavimət göstərə bilir. Yumurtadan çıxan tırtıllar cüzi də olsa yerlərindən tərpəndikləri təqdirdə bu iynələr onların bədənlərinə batar. Beləcə qonaqotu çiçəyi bu tırtıllar hələ doğulub ona zərər vermədən əvvəl, bu təhlükəyə qarşı öz tədbirini almış olar.(81) | Bəzən ətrafımızda olduqca valehedici gözəlliklərlə qarşılaşarıq. Qışda qar örtüyünün altında donmuş halda qorunan xədicəgülü, yazda qarın əriməsi ilə birlikdə çiçək açarlar. Qarların içindən çıxan bu hədsiz gözəllik və rəngarənglik, Allahın yaratmasındakı qüsursuzluğun və ehtişamın nümunələrindən yalnız biridir.(82) |
Şəkildə görünən bu canlı qayalar əslində torpağın altında gizlənmiş olan bir bitkinin lətli yarpaqlarıdır. Çiçəkləmədiyi vaxtlarda bir qayadan fərqlənməyən daş kaktus bitkisi əslində həqiqi bir kaktus deyil. Qayaya bənzəyən görünüşü onun düşmənlərindən çox yaxşı bir şəkildə qorunmasını təmin edər.(83) |
Küsdümotunun çox maraqlı bir müdafiə sistemi vardır. Bu bitkinin yarpaqlarına toxunulduğu təqdirdə bir neçə saniyə içində, saplaqla birlikdə yarpaqlarının gövdəyə doğru söykəndiyi müşahidə olunacaq. Əgər bitkini narahat edən təsir davam edərsə bu dəfə küsdümotu aşağıya doğru ikinci bir hərəkət edərək gövdəsinin üzərindəki kəskin tikanları ortaya çıxarar. Bu da böcəkləri qaçırmaq üçün kifayətdir. Bitkidəki bu hərəkəti reallaşdıran mexanizm elektrik axımıyla başlayır. Bu axım eynilə insan bədənindəki sinirlərdən keçən axım kimidir. Bitkidəki reaksiyaların sürəti bizdə olduğundan azdır. Bununla birlikdə bitki nektarı daşıyan kanallar vasitəsilə ötürülən elektrik siqnalları 30 santimetrlik məsafəni bir-iki saniyə müddətində qət edər. Temperatur nə qədər yüksək olarsa, reaksiya da bir o qədər sürətli olar. Hər bir yarpağın dibi (yarpağın saplağıyla birləşdiyi yer) olduqca qabarıqdır. Buradakı hüceyrələr maye ilə doludur. Buraya xəbərdarlıq çatdığı zaman yarpağın dibindəki qabarıqlığın alt yarısı birdən suyunu boşaldar və eyni anda qabarıqlığın üst yarısı bu suyu qəbul edər. Həmçinin də yarpaq aşağıya doğru düşər. Beləcə xəbərdarlıqlar saplaqlar boyunca hərəkət edər, yarpaqlar da domino daşları kimi bir-bir, arxa-arxaya bağlanarlar. Bu cür bir müdafiə hərəkətindən sonra bitkinin hüceyrələrini yenidən doldurub, yarpaqlarını aça bilməsi üçün 20 dəqiqə vaxt lazım gəlir.(84) |
75. John King, Reaching for The Sun, 1997, Cambridge University Press, Cambridge, səh.97
76. Malcolm Wilkins, Plantwatching, New York, Facts on File Publications,1988, səh. 160
77. Science et vie, Sentyabr 1998
78. Bilim ve Teknik Dergisi, Mart 1993, səh.226
79. David Attenborough, The Private Life of Plants, Princeton University Press, Princeton, New Jersey, səh.66
80. David Attenborough, The Private Life of Plants, Princeton University Press, Princeton, New Jersey, səh.
81. Dr. Herbert Reisigh, The World of Flowers, The Viking Press, New York, 1965, səh.94
82. Michael Scott, The Young Oxford Book of Ecology, Oxford University Press, Spain, 1995, səh.46
83. Michael Scott, The Young Oxford Book of Ecology, Oxford University Press, Spain, 1995, səh.95
84. Malcolm Wilkins, Plantwatching, New York, Facts on File Publications, 1988, səh. 141-142