Bu kitabın hazırlanma məqsədi, bitkilərdəki möcüzəvi xüsusiyyətləri gözlər önünə sərərək, insanın gündəlik həyatda daim qarşılaşdığı, amma "yaradılış möcüzəsi" olduğunu ağlına belə gətirmədiyi, görüb də üstündən keçdiyi mövzuları xatırlatmaqdır. Bütün həyatı boyu müəyyən mövzularla maraqlanan, yalnız öz ehtiyacları barəsində düşünən, buna görə də Allahın varlığının dəlillərini görə bilməyən insanlara bu mövzuda yeni bir üfüq açmaqdır. Çünki bu, insanın özünü yaradan Rəbbinə yönəlməsində çox əhəmiyyətli bir yol olacaq.
Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində mal-qaranızı otardığınız otların bitməsi üçündür. Allah onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və başqa meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda düşünə bilən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 10-11)