Tanınmış elmi filosof Tomas Kuhn, "The Structure of Scientific Revolutions" (Elmi İnqilabların Strukturu) adlı əsərində "paradiqma" anlayışı üzərində dayanır. Paradiqma, elm dünyasının müəyyən bir dövrdə qəbul etdiyi "konseptual dünya görüşü"dür. Elm adamları bəzən bir paradiqmaya möhkəm şəkildə bağlanırlar; amma bunun səhv olduğu zaman keçdikcə, yeni elmi tapıntılar sayəsində aydın olur. Məsələn, bir zamanlar elm dünyasının ortaq fikri olan, Ptolemeyin dünya mərkəzli kainat modeli, çox güclü bir paradiqma olmasına baxmayaraq, Kopernikin tapıntıları nəticəsində dağılmış və yerinə fərqli bir paradiqma qəbul edilmişdir. Tomas Kuhna görə elm dünyasında arada bir belə böyük paradiqma dəyişiklikləri yaşanılır və buna "elmi inqilab" adı verilir.
Kuhn, elm adamlarının böyük hissəsinin mövcud bir paradiqmanı qorumaq üçün çalışacaqlarına, digər bir sözlə mühafizəkar davranacaqlarına da diqqət çəkir. Bu səbəblədir ki, elmi inqilabları reallaşdıranlar, Kuhna görə, "nüfuzlu elm adamları" sayılan kəslər deyil, elm dünyasının daha kənarında qəbul edilənlər və ya bu dünyaya yeni daxil olan gənc beyinlərdir. Kuhn, tanınmış elm adamı Max Planckın bir sözünə belə cavab verir: Plancka görə "elmi bir həqiqət, rəqiblərini razı salaraq və onların işığı görməsini təmin edərək qələbə qazanmaz; əksinə bu rəqiblər ölər və onların yerinə gələn yeni nəsillər (yeni elmi həqiqətə) aşina olar".
Müasir dövrün elm dünyasında da bir inqilab yaşanır. Darvinizm elmi cəhətdən çökmüşdür, amma "elm dünyasının nüfuzlu şəxsləri" olaraq görülən kəslərin çoxu bunu qəbul etməmək, "işığı görməmək" üçün müqavimət göstərirlər. Bu tamamilə ideoloji və doqmatik bir müqavimətdir. Amma getdikcə zəifləyirlər və ictimaiyyət də bunu görür. Elm dünyasının önünə açılan işığın adı isə "yaradılış həqiqətidir". Bu mövzunu araşdıran elm adamları həyatın darvinizmin iddia etdiyi kimi təsadüfi təbiət güclərinin məhsulu olmadığını, əksinə çox üstün məlumat sahibi bir Yaradıcının əsəri olduğunu müdafiə edirlər. Bu üstün yaradıcı, bütün aləmlərin Rəbbi olan Uca Allahdır. Bu həqiqət, hər keçən gün daha çox elm adamı tərəfindən qəbul edilir və darvinizmin elmi çöküşü daha açıq şəkildə özünü göstərir.
ABŞ-dakı təkamül əleyhdarı hərəkatın ən əhəmiyyətli adlarından biri olan Berkli Kaliforniya Universiteti professoru Phillip E. Johnson, darvinizmin çox yaxında tarixin zibilliyinə atılacağından əmindir. Johnson, ABŞ-ın fərqli ştatlarında darvinizm əleyhindəki elmi dəlillərin də dərsliklərə daxil edilməsinə izin verən yeni qanuni tənzimləmələrdən bəhs etdikdən sonra bu şərhi verir:
Göklerde ve yerde bulunanlar O'nundur; hehpsi O'na gönülden boyun eğmiş bulunuyorlar. Yaratmayı başlatan, sonra onu iade edecek olan O'dur;.. ..bu O'na göre pek kolaydır. Göklerde ve yerde en yüce misal O'nundur. O güçlü ve üstün olandır, hüküm ve hikmet sahibidir. |
(Ancaq) hadisələri dəyişdirəcək böyük dönüş nöqtəsi, məktəb tədris proqramlarında deyil, dəlilləri bilən və az-çox müstəqil bir zehnə sahib olan insanların düşüncələrində və yazılarında reallaşır. Darvinistlər dəlillər baxımından məğlub olduqlarını, müvəffəqiyyət qazanmadıqlarını bilirlər və həmçinin də ictimaiyyətin dəstəyini itirdiklərini də bilirlər. Ümidsiz bir şəkildə məğlubiyyətlərini, məsələn, pulcuqlu kəpənəklərin ağac gövdələrinə qonmadıqlarını (və əsl) təbii seleksiyanın genetik məlumatda artım təmin etmədiyini qəbul etməyi təxirə salmağa çalışırlar. Bir tərəfdən də məğlubiyyətlərini gizlətməkdə təcrübə qazanırlar.(163)
Türkiyədəki darvinistlər də, inandıqları nəzəriyyənin necə və niyə tənqid olunduğunu düşünməlidirlər. Qərbdəki həmkarları bu kitabda nəzərdən keçirdiyimiz bütün dəlilləri görməyə başlamışlar, ancaq yenə də bəziləri bir şəkildə bunları görməzlikdən gəlmək, darvinizmi, bunlara baxmayaraq, ayaqda saxlaya bilmək üçün səy göstərirlər. 1950-ci illərdə, elmi inkişaflardan xəbərsiz şəkildə, darvinizmin xəyali "keçmiş gözəl günləri"ndə yaşamağa çalışan bəzi kəslər özlərindən təkamülə aid bir dəlil göstərmələri istənildikdə, hələ də, çox hərarətli bir şəkildə, əsassızlığı sübut edilmiş Miller təcrübəsindən, insan embrionundakı uydurma "qəlsəmələr"dən, pulcuqlu kəpənəklər hekayəsindən və ya xəyali at silsilələrindən bəhs edirlər. Kembri partlayışı, sadələşdirilə bilməz komplekslik, genetik məlumatın mənşəyi kimi həqiqətlərin görməzlikdən gəlinməsi üçün səy göstərirlər. 50-ci, 60-cı illərdə oxunmuş keçmiş kitabların və darvinist təbliğat vəsaitlərinin təsiriylə, hələ də bu çürük nəzəriyyəyə inanmaqda israr etmənin heç bir faydası yoxdur. Türkiyədəki darvinistləri də belə bir vəziyyətə düşməkdən çəkinməyə, elmi dəlilləri görməzlikdən gəlmədən, ön fikirlərdən xilas olaraq həqiqətləri görməyə dəvət edirik.
Darvinizmin aludəçilərinin etmələri lazım olan şey, bu nəzəriyyəyə kor-koranə inanmaqdan imtina etməkdir. Elmin nəticələrini araşdırmalı və bu nəticələri ön mühakiməsiz şəkildə qiymətləndirməlidirlər. Əgər əllərində təkamül nəzəriyyəsinin lehində dəlillər vardırsa, bunu açıqlamalıdırlar. Amma bu açıqlamalarının əsassızlığı ortaya çıxdığında, kor-koranə təkamül nəzəriyyəsinə bağlı qalmamalı və həqiqəti görməlidirlər.
Əgər bu axtarışlarında səmimi olsalar, darvinizmin ən qatı müdafiəçiləri də, bu nəzəriyyənin böyük bir aldanış olduğunu görəcəklər. Bu, elmi cəhətdən ortaya çıxmış bir həqiqətdir.
Həmçinin darvinizmin bu elmi çöküşü, əslində bizə Quranda xəbər verilən adətullahın (Allahın qanunlarının) bir təcəllisidir. Allah Quranda "batil"in (yəni yalanın və saxtanın) "haqq"qın gəlməsiylə (yəni həqiqətin ortaya qoyulmasıyla) puç olub gedəcəyini belə xəbər verir:
De: "Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də, batil puçluğa məhkumdur!". (İsra surəsi, 81)
Darvinizm də batil, yəni yanlış, saxta və hiyləgər bir təlimdir. Bir zamanlar məlumat əskikliyindən, elm səviyyəsinin zəifliyindən istifadə edərək təsirli olmuş və bir çox insanı aldada bilmişdir. Amma həqiqətin ortaya qoyulması, elmin həqiqi tapıntılarının ön mühakiməsiz şəkildə insanlar tərəfindən araşdırılmasıyla birlikdə, bu aldatmaca çökmüşdür.
Darvinistlərin bugünkü gündə etməyə çalışdıqları şey, batili yaşatmaq üçün haqqı rədd etmək, gizlətmək və ya görməzlikdən gəlməkdir. Amma bu səhv bir yoldur, bu şəkildə özlərini həm aldatmış, həm də hörmətdən salmış olurlar. Allahın Quranda bildirdiyi ayədən, darvinistlər də ibrət götürməlidirlər:
Özünüz də bilə-bilə haqqa batil donu geyindirməyin və haqqı gizlətməyin. (Bəqərə surəsi, 42)
Həqiqəti gördükdən sonra müqavimət göstərməmək və doğru olana yönəlmək doğru bir hərəkətdir. Bir insan indiyə qədər məlumat əskikliyindən ya da özünə edilən təlqinlərdən ötrü təkamül yalanına inanmış ola bilər. Amma əgər səmimi bir insandırsa, bir aldatmacanın arxasınca gedərək dünyada və axirətdə alçalmağındansa, haqqı araşdırıb tapmalı və ona tabe olmalıdır. Səmimiyyət və dürüstlüyün dünyada da, axirətdə də qarşılığının gözəl olacağı unudulmamalıdır.
"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" Surəsi, 32).
163- Phillip Johnson, “A Step Forward in Ohio”, Touchstone, Volume 16, Issue 1, Ocak-Şubat 2003, sf. 11; http://www.touchstonemag.com/docs/issues/16.1docs/16-1pg11.html