Tarix boyu insanlar yaşadıqları kainatı müşahidə edərək onun sirlərini açmağa çalışdılar. Bir çox elm adamı insanların zehinlərini məşğul edən suallara cavablar tapmaq üçün illərlə çalışdı. Bəziləri yaşadıqları dövrün şərtlərinə bağlı olaraq çox böyük icadlara imza atarkən, bəziləri də öz dövrlərində diqqəti cəlb edən, lakin sonralar isə böyük elmi yanılmalar olaraq qəbul edilən iddialar irəli sürmüşdü.
Ptolemey eramızın II əsrində, o dövrün elm mərkəzi olan İsgəndəriyyədə yaşamış bir elm adamı və mütəfəkkirdi. İçində olduğu kainatı tanımaq və dünyanın kainatdakı mövqeyini kəşf etmək istəyən Ptolomey uzun müddət göyü müşahidə etdi. Günəşin, Ayın və ulduzların hərəkətləri barəsində düşündü. Sonunda isə bir qərara gəldi: Kainatın mərkəzində Dünya vardı. Onun düşüncələrinə görə, dünya hərəkətsiz olaraq dayanır, Günəş, Ay, planetlər və bütün ulduzlar isə onun ətrafında dönürdülər. Ptolomeyin böyük maraqla qarşılanılan bu fəaliyyətləri müxtəlif dillərə çevrildi və xüsusilə Avropa mədəniyyəti üzərində böyük təsir meydana gətirdi. Katolik kilsəsi Ptolomeyin dünya mərkəzli kainat modeli ilə xristian ilahiyyatını birləşdirdi. Bəziləri, Ptolomeyin modelindəki ziddiyyətləri görmələrinə baxmayaraq, Ptolomeyə verilən böyük dəstəkdən ötrü susmaq məcburiyyətində qaldı. Ziddiyyətləri qısa zamanda aşkara çıxan bu fikrin tərk edilməsi asan olmadı. 15-ci əsrə gəlindiyində isə, bəzi irəliləyişlər yaşanmağa başlandı. İlk olaraq Kopernik Ptolomeyin fikirlərində böyük səhvlər olduğunu göstərdi. Kopernik dünya mərkəzli kainat inancına qəti olaraq qarşı çıxdı və bu həqiqəti ortaya qoydu: Dünya kainatın mərkəzində deyildi. Sonrakı əsrlərdə isə, dünyanın Günəş ətrafında dönən bir planet, Günəşin Süd yolu qalaktikasının içindəki milyardlarla ulduzdan biri və Süd yolu qalaktikasının isə sayı belə müəyyənləşdirilə bilinməyən ulduz topalarına yalnız bir nümunə olduğu məlum oldu.
Batlamyus |
1600-cü illərin sonuna doğru isə, elm tarixi başqa bir yanılmaya səhnə oldu. Od və saçdığı alovlar hər dövrdə insanların diqqətini çəkmişdi. O dövrə qədər hələ sirri kəşf edilə bilməmiş odun qaynağı üzərində düşünən insanlardan biri də Alman elm adamı G. E. Stahl idi. Stahl araşdırmaları nəticəsində, odun yaranmasına "flojiston" adı verilən gözlə görülə bilməyən bir maddənin səbəb olduğunu irəli sürdü. Stahla görə flojiston obyektlərə girib çıxa bilən bir maddə idi. Flojistona sahib bir obyekt sürətlə yandığı halda, flojistona sahib olmayan obyektlər isə yanmırdı. Yanan maddələrdən tüstü çıxması, bu maddələrin yanarkən kiçilmələri və yüngülləşmələri, flojistonun bu maddələri tərk etməsi kimi şərh olundu. Tədqiqatlarda, yanan maddələrin üstünün örtülməsiylə və ya toz və torpaq atılıb söndürülməsiylə flojistonun çıxışının qarşısı alındığı və beləcə atəşin söndüyü düşünülürdü.
Ancaq zaman keçdikcə, metalların yanarkən kiçilməmələri və ya yüngülləşməmələri flojiston həqiqəti haqqında bəzi şübhələrin yaranmasına səbəb oldu. 1700-cü illərin sonunda isə havanın bir neçə fərqli qazın qarışığından ibarət olduğu kəşf edildi. Bu fərqli qazların fərqli formalarda yanmaları da flojiston nəzəriyyəsi ilə açıqlanmağa çalışılarkən, oksigen qazıyla əlaqədar aparılan araşdırmaların biri nəzəriyyənin süquta uğratdı. Antuan Lavuazye adlı elm adamı oksigen qazı içində yandırdığı bir metalı müşahidə etdi. Bu müşahidəsi nəticəsində yanan metalın çəkisinin artdığını, oksigen miqdarının isə azaldığını gördü. Məhz bu təcrübə insanlara odun qaynağını da göstərdi. Obyektlər oksigen aldıqları üçün yanırdılar. Flogiston adlı nəzəri maddə isə əsla var olmamışdı.
Kopernik, Batlamyus'un ortaya attığı ve Katolik Kilisesi tarafından benimsenen Dünya merkezli evren modelini yıktı. Onun tanımladığı yeni model, Dünya'nın Güneş Sistemi'nin bir parçası olduğunu gösteriyordu. |
Tarixdəki elmi yanılmalara başqa bir nümunə isə, elektrikin qaynağı barəsində verilmiş bir şərhdir. Doktor Luigi Qalvani 1780-ci illərdə heyvanlarla əlaqədar tədqiqat apararkən, birdən-birə yeni bir elektrik qaynağı tapdığını güman etdi. Qurbağalar üzərində apardığı araşdırmalarda metal bir parçaya bağlanan qurbağa qıçındakı əzələlərin tərpəndiyini gördü. Qalvani bu canlı üzərində apardığı bir neçə araşdırma nəticəsində bu qərara gəldi: Bir metal heyvanların əzələlərindən və sinirlərindən qaynaqlanan elektrikin çölə çıxmasını təmin edirdi. Qalvani təcrübəsini tək qıç üzərində tək metal parçasıyla aparmışdı. Bu təcrübənin məntiqindən şübhələnən Alessandro Volta adlı elm adamı mövzuyla əlaqədar çalışmalara başladı. Volta qurbağanın qıçına bir telin fərqli iki ucunu bağladı və qıçlardakı əzələlərin az da olsa qımıldamadığını gördü. Bu təcrübədən sonra çalışmalarına davam edən Volta, qurbağadan və ya başqa bir heyvandan qaynaqlanan elektrik iddiasının həqiqət olmadığını göstərdi. Elektrik, elektronlardan qaynaqlanan bir axın idi və metallar elektronu daha asanlıqla ötürürdü. Heyvanlardakı elektrik nəzəriyyəsi bir dövrün insanlarını çaşbaş vəziyyətdə qoymuş bir yanılma idi.
Bu nümunələrdən də açıq şəkildə göründüyü kimi, indiki vaxtda çox yaxşı bilinən həqiqətlər haqqında keçmişdə bir sıra çox səhv iddialar irəli sürüldü. Bir çox elm adamı istər yaşadıqları dövrün geri qalmış elm səviyyəsi, istərsə də sahib olduqları bəzi ön mühakimələr səbəbindən bir çox elmi yanılmaya qapıldı. Tarixdə olmuş bu kimi elmi yanılmalara göstəriləcək ən böyük nümunə, həyatın mənşəyi haqqında ortaya atılmış iddialardan biriydi. Çünki bu iddianın göstərdiyi təsirlər və məntiqsizliyi yuxarıda nümunəsini göstərdiyimiz yanılmalardan olduqca böyük oldu. Bu yanılma, təkamül inancıyla materialist dünyagörüşünün birləşdiyi Darvinizm idi.
Əldə kifayət qədər elmi dəlil olmadığı üçün darvinizm bir zamanlar bəzi şəxslər tərəfindən elmi bir nəzəriyyə kimi qəbul edilirdi. Çarlz Darvinin 1859-cu ildə nəşr olunan "Növlərin Mənşəyi" adlı kitabı, o dövrdə belə anlaşılan əsassızlıqlarına baxmayaraq, bəzi ətraflarda əks-səda oyandırdı. Darvinin genetika və ya biokimya elmindən xəbərsiz olaraq səsləndirdiyi fərziyyələr, fosil (daşlaşmış qalıntı) qeydlərinin qeyri-kafiliyindən faydalanaraq irəli sürdüyü yanlış iddialar, fəlsəfi səbəblərə görə qəbul etməyə çox meyilli olan bəzi kəslər tərəfindən bu nəzəriyyə hərarətlə qəbul olundu. Bu fəlsəfi səbəb, Darvinin nəzəriyyəsi ilə materialist fəlsəfə arasındakı əlaqə idi. Darvin, bütün canlıların mənşəyini maddi faktorlarla və təsadüflərlə açıqlamağa çalışan, dolayısilə bir Yaradıcının varlığını rədd edən bir nəzəriyyə irəli sürmüşdü. Ağla və məntiqə tamamilə zidd olan bu nəzəriyyənin yanlışlığının elmi olaraq ortaya çıxması üçünsə, 20-ci əsrdə çoxlu sayda kəşflər lazım olacaqdı.
Ateşin kaynağının "flojiston" olmadığı, uzun bir zaman sonra anlaşıldı. |
Bu gün darvinizm hələ də bəzi axmaq elm ətraflarında geniş şəkildə qəbul edilir, amma bu, darvinizm dövrünün sona çatdığını qəbul etməyimizə bir maneə deyil. Çünki nəzəriyyəyə dəstək olan uydurma elmi fərziyyələr bir-bir çökmüşdür. Nəzəriyyəni hələ də ayaqda saxlayan tək səbəb, onun təməli olan materialist fəlsəfənin hələ bir qisim elm ətraflarında fanatik ehtirasla müdafiə olunmasıdır. Darvinizm dünyası, 1980-ci illərin ikinci yarısındakı Sovet İttifaqına bənzəyir. O dövrlərdə kommunizmin bir ideologiya olaraq iflasa uğradığı, fərziyyələrinin etibarsız olduğu ortaya çıxmışdı. Ancaq kommunist sistemin təşkilatları hələ də öz varlığını davam etdirirdi. Kommunist ideologiya ilə beyni zəhərlənmiş bir nəsil hələ də kor-koranə bu ideologiyanı müdafiə edirdi. Bu doqmatizmdən ötrü, faktiki olaraq çökmüş kommunist sistem bir müddət daha yaşadıldı. "Qlasnost" və "Perestroyka" deyilən üsullarla dəyişdirilib yaşadılmaq istəndi. Amma sonunda qaçınılmaz çöküş gəldi.
Bu çöküşdən əvvəl isə, kommunizmin həqiqətdə süquta uğradığını müəyyənləşdirən və dilə gətirən bəzi kəslər var idi. Bir çox qərbli müşahidəçi, bu çöküşün qaçınılmaz olduğunu, Sovet İttifaqındakı vəziyyətin bunu ancaq bir müddət gecikdirə biləcəyini görmüş və yazmışdılar.
Biz də bu kitabda darvinizmin əslində elmi olaraq çoxdan çökdüyünü izah edirik. Onsuz da heç vaxt həqiqi bir elmi dayağı olmayan bu nəzəriyyə elm səviyyəsinin qeyri-qənaətbəxş olmasından ötrü bir müddət bəziləri tərəfindən "qaneedici" hesab edilmiş, amma bu qaneediciliyin də bir yalan olduğu ortaya çıxmışdır. Darvinin təkamül nəzəriyyəsini müdafiə etmək üçün son 150 ildir ki, irəli sürülən iddiaların hər biri hazırkı dövrdə çürümüş vəziyyətdədir. Təkamülün bütün saxta dəlilləri bir-bir çürüdülmüşdür.
Çox yaxında elm dünyasındakı yanılan insanlar da bu həqiqəti dərk edəcək, bu cür səhv bir nəzəriyyəyə necə qapıldıqlarına təəccüblənəcəklər. İsveçli elm adamı Soren Lovtrupun ifadə etdiyi kimi, "darvinist əfsanə bir gün elm tarixindəki ən böyük aldanış olaraq səciyyələndiriləcək".(1) Bu səciyyələndirmənin meydana gəlməsi üçün lazımi bütün elmi məlumatlar ortaya çıxmış, geriyə yalnız bəzi elm ətraflarının bu həqiqəti qəbul etməsi qalmışdır. Sonrakı səhifələrdə təkamül nəzəriyyəsini çürüdən, bəhs olunan elmi məlumatları araşdıracaq və darvinizmin, 19-cu əsrin elm səviyyəsinin qeyri-qənaətbəxş olmasından faydalanılaraq ortaya atılmış böyük bir yanılma olduğunu birlikdə görəcəyik.
Luigi Galvani | Kurbağalar da evrimcilerin kapıldıkları bilimsel bir yanılgının malzemesi olmuşlardı. |
Darwin canlılığı 19. yüzyılın ilkel araçları ile incelemiş ve bu nedenle yaşamın kompleksliğinin farkına varmamış, büyük bir yanılgıya kapılmıştı. |
Zamanla gelişen teknoloji yeni tasarımların ortaya çıkmasına, günlük yaşamın daha kolaylaşmasına vesile olmaktadır. Bilimsel alanda yaşanan gelişmeler de eski dönemdeki bilgisizlik nedeniyle kabul görmüş olan Darwinizm gibi köhne teorilerin gerçek yüzünü açığa çıkarmaktadır. |
1. Tarihi bir fotoğraf makinesi ve yenisi 2. Telefonun ilk zamanları ve bugünkü hali 3. Bir zamanlar gözde olan bir oda büyüklüğündeki bilgisayarların yerini günümüzde modern bilgisayarlar almıştır. (Sol altta) 4. Bir zamanlar keşfi heyecanla karşılanan siyah beyaz televizyonlar ise yerlerini kusursuz görüntü netliği sağlayan renkli televizyonlara, 5. Gramofonlar yerlerini modern müzik setlerine, CD çalarlara bırakmıştır. Bir zamanlar evrim teorisi de yetersiz bilim düzeyi nedeniyle kabul görmüştür. Ancak Darwinizm'in maskesi 21. yüzyılda tamamen düşürülmüş, köhne ve çürük bir teori olduğu delilleriyle ortaya konmuştur. |
Darwinizm bilimsel olarak çökmüş bir teoridir. Hiçbir zaman gerçekçi bir bilimsel dayanağı olmayan bu teori, bilim düzeyinin yetersizliği nedeniyle, bir süre için bazılarına "ikna edici" görünmüş, ama zaman içinde gelişen bilim bu ikna ediciliğin de bir aldatmaca olduğunu ortaya çıkarmıştır. |
1- Søre n Løvtrup , Darwinism: The Refutation of A Myth, Croom Helm, New York, 1987, s.422