Riçard Dokinz hal-hazırda dünyanın ən tanınan təkamülçü bioloqlarından biridir. Oksford Universitetində zoologiya professoru olan Dokinzi məşhurlaşdıran faktor isə, zoologiya sahəsindəki çalışmaları deyil, darvinizmi və ateizmi müdafiə etməkdə göstərdiyi inadkarlıqdır.
Dokinzin 1986-cı ildə "The Blind Watchmaker" adlı bir kitabı nəşr olundu. "Kor Saatsaz" mənasını verən bu başlıq altında Dokinz, oxucularını, canlılardakı kompleks xüsusiyyətlərin əslində şüursuz təbii seleksiya mexanizminin bir məhsulu olduğuna inandırmağa çalışır. Bu inandırma səyi çox yerdə fərziyyələrə, yalnış bənzətmələrə və yanlış hesablara əsaslanır və bu da indiyə qədər müxtəlif elm adamları və müəlliflər tərəfindən ətraflı şəkildə ortaya qoyulmuşdur.(66)
Ateist Richard Dawkins, 1986'da yayınlanan "Kör Saatçi" adlı kitabında doğadaki sözde "hatalı özellik"lerden söz etmişti. Dawkins'in bu argümanının cehalete dayandığı sonradan ortaya çıktı. |
Dokinzin iddialarından biri isə, "canlılardakı yalnış xüsusiyyətlər" iddiasıdır. Dokinz, canlılardakı bəzi strukturların səmərəsiz və dolayısilə yalnış xüsusiyyətlərə sahib olduğunu müdafiə edir və qüsursuz bir yaradılışın hakim olduğu həqiqətini ortadan qaldırmağa çalışır. Bu mövzuda verdiyi ən diqqətə çarpan nümunə isə, insan da daxil olmaqla, bütün onurğalı canlıların gözündə yerləşmiş "tərs-çevrilmiş torlu qişa"dır.
Tərs-çevrilmiş torlu qişa anlayışı, onurğalı gözünün torlu qişasındakı "fotoreseptor" (işıq qəbuledici) hüceyrələrin gözün ön tərəfinə, yəni işığa doğru deyil, gözün arxa tərəfinə baxacaq şəkildə yerləşdirilmiş olmalarını ifadə edir. Bu hüceyrələrin işıq qəbul edən səthləri arxa tərəfə baxır, bu hüceyrələrdən çıxan sinirlər isə işıqla hüceyrələr arasında bir təbəqə meydana gətirir. Bu sinirlər gözün müəyyən bir nöqtəsində toplanar və oradakı bir kanaldan çölə çıxarlar. Bu kanal üzərində fotoreseptor hüceyrə olmadığı üçün də, bu nöqtədə görüntü qəbul edilməz. "Kor nöqtə", məhz bu nöqtədir.
Darvinistlər torlu qişanın bu "tərsinə çevrilmiş" halını və bunun meydana gətirdiyi kor nöqtəni öz ağıllarına görə bir vəsait əldə etmişlər, bunun bir yanlışlıq olduğunu irəli sürmüşlər, dolayısilə əslində gözün təbii seleksiya sayəsində meydana gəldiyini və bu kimi qəribəliklərin gözlənilməsi lazım olduğunu iddia etmişlər. Riçard Dokinz, başda da ifadə etdiyimiz kimi bu iddianı səsləndirən ən tanınmış adamdır. Dokinz, "The Blindwatchmaker"də belə yazmışdır:
Hər mühəndis, fotorelelərin işığa doğru yönəldilməsinin, kabellərinin isə arxaya, beyin tərəfinə doğru uzanmasının lazım olduğunu qəbul edəcək. Fotorelelərin işıqdan uzağa doğru baxmaları və kabellərinin işığa ən yaxın vəziyyətdə olmalarını tələb edən bir dizaynın yanlış olduğunu qəbul edəcək. Amma bütün onurğalıların gözlərində tam olaraq bu vardır.(67)
Bu iddiaları ortaya atan Dokinz və ona inananlar yanılmışlar. Yanılmanın səbəbi, Dokinzin gözün anatomiyası və fiziologiyası mövzusundakı məlumatsızlığıdır.
Bu mövzunu ətraflı şəkildə gözlər önünə sərən elm adamı, darvinizmin hal-hazırda ən öndə gələn tənqidçilərindən biri olan Otaqo Universitetində, molekulyar biologiya professoru Michael Dentondur. Denton, Origins&Design jurnalında dərc olunan "The Inverted Retina: Maladaptation or Pre-adaptation?" (Tərs Çevrilmiş Torlu Qişa: Yanlış Adaptasiyadır, Yoxsa Əvvəlcədən Müəyyən Edilmiş Bir Adaptasiya?) başlıqlı elmi məqaləsində Dokinzin "yalnış xüsusiyyət" olaraq göstərdiyi "tərs çevrilmiş torlu qişa"nın əslində onurğalı gözü üçün ola biləcək ən səmərəli şəkildə yaradılmış olduğunu izah edir. Denton bunu belə yekunlaşdırır:
Biyoloji Profesörü Michael Denton |
Onurğalıların torlu qişasındakı fotoreseptor hüceyrələrin çox böyük enerji ehtiyaclarını düşündüyümüzdə, onurğalıların gözünün təəccüb oyandıran tərsinə çevrilmiş dizaynının, teleologiyaya yönəlmiş bir etiraz olmadığı, əksinə ali onurğalıların çox aktiv olan fotoreseptor hüceyrələrini çox böyük miqdarlarda oksigen və qida ilə təmin edən çox xüsusi bir çıxış yolu olduğu aydın olur.(68)
Professor Dentonun üzərində dayandığı, Dokinzin isə dərk edə bilmədiyi bu həqiqəti anlamaq üçün, əvvəlcə torlu qişadakı fotoreseptor hüceyrələrin nə dərəcədə yüksək bir enerji və oksigen miqdarına ehtiyac duyduqlarını müəyyənləşdirmək lazımdır. Haqqında danışılan hüceyrələr, biz gözümüzü açıq saxlayıb işıq gördüyümüz müddət ərzində, hər saniyə, hər salisə (saniyənin altmışda bir hissəsi), çox kompleks kimyəvi reaksiyalara şahid olarlar. İşığın ən kiçik hissəcikləri olan fotonlar, bu hüceyrələr tərəfindən qəbul edilir. Bu qəbul etmə əməliyyatı fotonun başlatdığı olduqca geniş bir kimyəvi reaksiya sayəsində reallaşmış olar və hər an yenidən təkrarlanar. Bu əməliyyat o qədər geniş və sürətlidir ki, Dentonun ifadəsiylə, "fotoreseptor təbəqə, bilinən bütün toxumalar arasında ən böyük maddələr mübadiləsi sürətinə malikdir".(69)
Şübhəsiz ki, torlu qişa hüceyrələri bu sürətli maddələr mübadiləsini ayaqda saxlaya bilmək üçün çox yüksək miqdarda enerjiyə ehtiyac duyar. İnsanın torlu qişa hüceyrələrinin oksigen ehtiyacı, böyrək hüceyrələrinin ehtiyacından 50%, beyin qabığındakı hüceyrələrdən üç dəfə və ürək əzələsini meydana gətirən hüceyrələrin ehtiyacından altı dəfə çoxdur. Üstəlik, bu müqayisələr bütün torlu qişa təbəqəsi əsas götürülərək aparılmışdır, bu təbəqənin yarısından azını meydana gətirən fotoreseptor hüceyrələrin enerji ehtiyacı isə bütün təbəqənin ehtiyacından daha da çoxdur. G. L. Walls "The Vertebrate Eye" (Onurğalı Gözü) adlı ensiklopediya kitabında, bu hüceyrələrin qida və oksigenə "həris" şəkildə ehtiyac duyduqlarını yazır.(70)
Yaxşı, bəs onda görməyimizi təmin edən bu hüceyrələrin fövqəladə dərəcədə yüksək qida və oksigen ehtiyacı necə qarşılanır?.
Əlbəttə ki, bütün bədəndə olduğu kimi, qan yoluyla...
Bəs qan haradan gəlir?.
"Tərs çevrilmiş torlu qişa"nın niyə mükəmməl bir yaradılış həqiqəti olduğu, bu məqamda ortaya çıxır. Gözün torlu qişa təbəqəsinin tam arxasında, bu təbəqəni sanki bir tor kimi əhatə edən xüsusi bir damar toxuması vardır. Denton bu mövzuda bunları yazır:
Fotoreseptorların şişirdilmiş metabolik aclığını aradan qaldıracaq oksigen və qidalar, "choriocapillaris" deyilən xüsusi bir kapilyar damar yatağı tərəfindən təmin edilir. Bu, geniş və yastılaşdırılmış kapilyar damarların birləşərək meydana gətirdiyi və tam fotoreseptorların arxasına yerləşdirilmiş zəngin bir damar təbəqəsidir. Bu təbəqə ilə fotoreseptorlar arasında yalnız hüceyrə divarları və bir də xoroideyanın ən daxili təbəqəsi olan "Brux membranı" (ingiliscə Bruch's membrane) deyilən xüsusi bir membran vardır ki, bunlar, yalnız fotoreseptor hüceyrələrin ehtiyac duyduqları metabolitlərin və qidaların keçməsinə izin verən ən seçici bir sərhəd meydana gətirirlər. Buradakı kapilyar damarların diametri 18-50 mikron arasında dəyişir ki, bu da standart damarlardan daha çox geniş bir ölçüdür. Bu özünəməxsus damar kanalları şəbəkəsi, fotoreseptor təbəqəsini bol miqdarda qanla təmin etmək üçün adaptasiya olunmuş olduğunu göstərən bütün nişanələrə sahibdir.(71)
1. Göz boşluğundaki damarlar retinayı besler. |
Allah'ın üstün yaratmasının tecellilerinden olan göz, olabilecek en verimli şekilde çalışabilecek şekilde yaratılmıştır. |
Prof. Ceyms T. McIlwain, "An Introduction to the Biology of Vision" (Görmənin Biologiyasına Giriş) adlı kitabında, "fotoreseptorların böyük metalobik ehtiyaclarından ötrü" gözdə "xoroideyanı qana 'boğma' istiqamətində bir strategiya olduğunu, beləcə lazımi enerjinin verilməsində heç bir problem olmamasının təmin edildiyini" yazır.(72)
Məhz fotoreseptor hüceyrələr bundan ötrü "tərsinə çevrilmiş" vəziyyətdədirlər. Ortada bir "strategiya" vardır. Torlu qişanın tərs çevrilmiş quruluşu, Dokinzin güman etdiyi kimi bir "səhv" deyil, müəyyən bir məqsədə yönəlmiş bir yaradılış dəlilidir.
Denton, əlaqədar məqaləsində torlu qişanın başqa cür olmasının mümkün olub olmadığını da araşdırır. Gəldiyi nəticə isə bunun mümkün olmadığıdır. Torlu qişanın Dokinzin öz fikrinə görə təklif etdiyi kimi "düz" olması, yəni fotoreseptor hüceyrələrin işığa doğru baxması vəziyyətində, bu hüceyrələr özlərini qidalandımaq vəzifəsini yerinə yetirən damar təbəqəsindən uzaqlaşacaqlar və ehtiyac duyduqları qida və oksigendən böyük ölçüdə məhrum olacaqlar. Damarların torlu qişa təbəqəsinin içinə uzadılması da bir "çıxış yolu" deyil, çünki bu bir çox kor nöqtə meydana gətirərək gözün görmə qabiliyyətini böyük ölçüdə azaldar.
Denton bu şərhi verir:
Onurğalılardakı torlu qişanın dizaynı nə dərəcədə dərinliyinə qədər araşdırılsa, sahib olduğu hər xüsusiyyətin zəruri olduğu bir o qədər aydın olur. Ola biləcək ən yüksək ayırdetmə dəqiqliyinə sahib bir görüşə və ola biləcək ən yüksək həssaslığa sahib bir gözü lap başdan meydana gətirməyə cəhd etsək, onurğalı gözünü eynilə başdan düzəltməli olarıq, tərs çevrilmiş torlu qişasıyla birlikdə...(73)
Bir sözlə, Dokinzin və digər təkamülçülərin "gözdəki səhv" iddiası, cəhalətdən qaynaqlanan bir iddiadır. Canlılardakı incəliklərin daha böyük məlumatla (və şüurla) araşdırılması nəticəsində də çürümüşdür. Əslində darvinizmin tarixində "cəhalətdən qaynaqlanan bir çox iddia" mövcuddur. Bütün "atrofiyaya uğramış orqanlar" hekayəsi belədir.
19. yüzyılın ilkel bilim düzeyi içinde, apendiks işlevsiz ve dolayısıyla "körelmiş" bir organ sanılmıştı. |
Appendiksin və ya büzdümün "korlanmış bir orqan" olduğu, bunların daha əvvəlki xəyali "təkamüli əcdadlarda" əhəmiyyətli funksiyalar yerinə yetirmələrinə baxmayaraq, zaman keçdikcə öz funksiyalarını itirdikləri deyə bir hekayə eşitdinizmi?.
Ehtimal ki, eşitmisiniz. Bir çox insan da eşitmişdir. Çünki haqqında danışılan "atrofiyaya uğramış orqanlar" hekayəsi, Darvindən indiyədək təkamülçülərin ən çox rəğbət etdikləri təbliğat vəsaitidir.
Hekayə Darvinlə başlamışdı. Darvin, "Növlərin Mənşəyi"ndə "funksiyalarını itirmiş və funksiyaları azalmış" orqanlardan bəhs etmişdi. "Rudimentary" (primitiv) sözüylə xarakterizə etdiyi bu orqanları bir sözün tərkibində yazılan, amma oxunmadığı üçün təsiri olmayan hərflərə bənzətmişdi.(74)
Amma bu darvinizmin digər iddiaları kimi o dövrün primitiv elm səviyyəsindən güc alan bir xurafat idi. Elm inkişaf etdikcə Darvin və onun ardıcıllarının "atrofiyaya uğramış" hesab etdikləri bu orqanların həqiqətdə əhəmiyyətli funksiyalara sahib olduqları yavaş-yavaş ortaya çıxdı. "Funksiyasız" deyilən orqanlar əslində "funksiyaları hələ də müəyyənləşdirilə bilinməmiş" orqanlar idi. Funksiyaları müəyyənləşdirildikcə, təkamülçülər tərəfindən dilə gətirilən "atrofiyaya uğramış orqanların" siyahısı da getdikcə kiçildi. Alman anatomiyaçı R. Wiedersheim tərəfindən 1895-ci ildə ortaya atılan "atrofiyaya uğramış insan orqanları" siyahısı, appenndiks, büzdüm sümüyü kimi təxminən 100 orqanı ehtiva edirdi. (Appenndiks (ya da apandis), cəmiyyətdə "apandisit" olaraq bilinən orqandır. Səhv istifadənin bir nəticəsi olaraq dilimizdə bu orqanı ifadə etmək üçün istifadə edilən "apandisit" sözü əslində bu orqanın infeksiyaya uğramasına verilən addır)(75). Elm inkişaf etdikcə, Wiedersheimin siyahısındakı orqanların hamısının bədəndə çox əhəmiyyətli funksiyalara sahib olduqları ortaya çıxdı. Məsələn, "atrofiyaya uğramış orqan" sayılan appenndiksin həqiqətdə bədənə daxil olan mikroblara qarşı mübarizə aparan limfa sisteminin bir parçası olduğu müəyyənləşdirildi. Bu həqiqət, "Examples of Bad Design Gone Bad" (Pis Dizayn Nümunələri Pis Çıxdı) başlıqlı bir məqalədə müxtəlif təməl anatomiya qaynaqlarına istinad verilərək belə açıqlanır:
Appenndiksin mikroskopik səviyyədə araşdırılması, bunun olduqca əhəmiyyətli nisbətdə limfa toxuması ehtiva etdiyini göstərir. Bənzər limfa toxuması yığınları (belə ki, bunlara galt, yəni həzm sistemiylə əlaqəli limfa toxumaları deyilir) bağırsaq sisteminin digər yerlərində də müşahidə olunur. Bunlar, bədənin udulan maddələrdəki xarici antigenləri tanıma qabiliyyətiylə əlaqəlidirlər. Mənim öz araşdırmam, xüsusilə bağırsağın immun funksiyası üzərində cəmləşmişdir.
Dovşanlar üzərində aparılan təcrübələr yeni doğan fərdlərdə appenndiksin əməliyyat edilməsinin mukozal immunitet sisteminin inkişafına zərər verdiyini göstərmişdir. Dovşan apandisi üzərində aparılan morfoloji və funksional tədqiqatlar isə, apandisin, məməlilərdəki hava kisəcikləriylə eyni dərəcədə əhəmiyyətli olduğunu göstərir. Bu kisəciklər, quşlardakı humoral immunitetin inkişafında əhəmiyyətli bir rol oynayır.
Dovşan və insan apandisinin mikroskopik və mikro immunoloji bənzərlikləri insandakı apandisin dovşandakına bənzər bir vəzifə yerinə yetirdiyini göstərir. İnsan apandisi xüsusilə həyatın ilkin dövrlərində çox əhəmiyyətlidir, çünki doğumdan qısa bir müddət sonra böyük inkişaf yolu keçir, sonra yaş irəlilədikcə inkişafdan geriləyir, bu proses həzm sistemi orqanlarına, nazik bağırsaqdakı peyer düyünləri kimi digər bəzi qisimlərə bənzəyənə qədər davam edir. Bu yeni tədqiqatlar, insan apandisinin bir zamanlar iddia edildiyi kimi zaman keçdikcə kiçilmiş və faydasını itirmiş bir orqan olmadığını göstərir.(76)
Bir sözlə, bütün zamanların ən məşhur "atrofiyaya uğramış orqanı" olaraq göstərilən appenndiksin atrofiyaya uğramış zənn edilməsinin səbəbi, Darvin və tərəfdarlarının dövrün primitiv elm səviyyəsinə əsaslanan doqmatizmləri idi. Dövrün primitiv mikroskopları altında appenndiksin limfa toxuması görünmürdü, onlar da quruluşunu anlaya bilmədikləri toxumanı öz nəzəriyyələrinin tələbinə görə "funksiyasız" hesab etmiş və atrofiyaya uğramış orqanlar siyahısına daxil etmişlər. Darvinizm bir dəfə daha 19-cu əsrin primitiv elm səviyyəsindən güc almışdı.
Stephen Jay Gould |
Bu vəziyyət yalnız appenndiks üçün deyil, guya atrofiyaya uğramış digər bütün orqanlar üçün hakim idi. Wiedersheimin "atrofiyaya uğramış orqanlar" siyahısında yer alan badamcıq vəzlərinin də sonrakı illərdə boğazı, xüsusilə də yetkin yaşlara qədər infeksiyalara qarşı qorumada əhəmiyyətli rola sahib olduğu kəşf edildi. Onurğanın qurtaracağını təşkil edən büzdümün isə, çanaq sümüyünün ətrafındakı sümüklərə dəstək verdiyi, bu səbəblə də büzdüm sümüyü olmadan rahat şəkildə otura bilməyin mümkün olmadığı aydın oldu. Həmçinin bu sümüyün çanaq qurşağı bölgəsindəki orqanların və buradakı müxtəlif əzələlərin də yapışma nöqtəsi olduğu müəyyənləşdirildi.
Sonrakı illərdə yenə "atrofiyaya uğramış orqanlar"dan sayılan timus vəzisinin T hüceyrələrini hərəkətə keçirərək bədənin müdafiə sistemini aktiv hala gətirdiyi; epifiz vəzisinin, lüteinləşdirici hormonun ifrazının qarşısını alan melatonin kimi əhəmiyyətli hormonların hazırlanmasından məsul olduğu kəşf edildi. Qalxanabənzər vəzin körpələrdə və uşaqlarda bədənin sabit inkişafını təmin etdiyi, maddələr mübadiləsi və bədən fəaliyyətinin təşkil olunmasında rol oynadığı müəyyənləşdirildi. Hipofiz vəzisinin də qalxanabənzər, böyrək üstü, çoxalma vəzləri kimi bir çox hormon vəzisinin düzgün fəaliyyət göstərməsinə və skelet inkişafına nəzarət etdiyi ortaya çıxdı.
Darvin tərəfindən "atrofiyaya uğramış orqan" deyə xarakterizə edilən gözdəki yarım ay formasındakı çıxıntının isə gözün təmizlənməsi və nəmləndirilməsi işinə yaradığı aydın oldu.
Hazırkı dövrdə keçdiyimiz on illər içərisində irəli sürülən "atrofiyaya uğramış orqanlar"ın hamısının əslində müəyyən funksiyalar yerinə yetirdiyi müəyyənləşdirilmişdir. Dr. Jerry Bergman və dr. Corc Howe tərəfindən qələmə alınan "Vestigial Organs" Are Fully Functional" ("atrofiyaya uğramış orqanlar" Tamamilə Funksionaldır") adlı çalışmada bu həqiqət incəlikləriylə bərabər göstərilir.
Necə ki, bir çox təkamülçü də "atrofiyaya uğramış orqanlar" hekayəsinin cəhalətdən qaynaqlanan bir iddia olduğunu qəbul etmişdir. Təkamülçü bioloq S. R. Scadding "Evolutionary Theory" ("Təkamüli Nəzəriyyə") jurnalında yazdığı "atrofiyaya uğramış orqanlar təkamülə dəlil meydana gətirərmi?" başlıqlı məqaləsində bu həqiqəti belə ifadə edir:
(Biologiya haqqındakı) məlumatımız artdıqca, atrofiyaya uğramış orqanlar siyahısı da getdikcə kiçildi... Bir orqanın funksiyasız olduğunu müəyyənləşdirmək mümkün olmadığına və onsuz da atrofiyaya uğramış orqanlar iddiasının elmi bir xüsusiyyət daşımadığına görə, "atrofiyaya uğramış orqanlar"ın təkamül nəzəriyyəsinin lehində hər hansı bir dəlil meydana gətirə bilməyəcəyi nəticəsinə gəlirəm.(77)
Təkamülçülərin bu nəticəyə gəlmələri bir əsr yarım qədər uzun bir müddət davam etmiş olsa da, nəticədə darvinizmin bir xurafatı da tarixə qarışmışdır.
Gould, 1980'de yayınlanan "Pandanın Baş Parmağı" adlı kitabında bu canlının el yapısının "hatalı tasarım" olduğunu öne sürmüştü. Ama yeni bilimsel araştırmalar, bu iddiayı geçersiz kıldı ve pandanın bu özelliğinin oldukça önemli olduğunu ortaya koydu. |
Bu hissənin əvvəlində Riçard Dokinzin "gözdəki yanlış xüsusiyyət" iddiasının əsassızlığını araşdırmışdıq. Eyni fikirlərə sahib başqa bir təkamülçü isə Stephen Jay Goulddur. Harvard Universitetində, paleontoloq Gould, 2002-ci ildəki ölümünə qədər ABŞ-ın ən öndə gələn təkamülçülərindən biri olmuşdur.
Həmçinin Gouldun da eynilə Dokinzin torlu qişa nümunəsi kimi, bir "yanlış xüsusiyyət" iddiası vardır: Pandanın baş barmağı.
Pandanın əlində, insan əlində olduğu kimi dörd barmaqdan fərqli olan və beləliklə də, cisimləri tutmağı asanlaşdıran ayrı bir baş barmaq yoxdur. Heyvanın beş barmağı da yan-yana uzanır. Amma bir-birinə paralel olan bu beş barmaqdan başqa biləyindən çıxan "radial sesamoid sümüyü" (ingiliscə radial sesamoid bone) deyə adlandırılan bir sümük çıxıntısı daha vardır. Bəzən bunu bir barmaq kimi istifadə etdiyi üçün bioloqlar bunu "pandanın baş barmağı" deyə adlandırmışlar.
Gouldun iddiası isə, pandanın əlinin bu quruluşunun səmərəsiz olduğudur. Bu iddiaya o qədər əhəmiyyət vermişdir ki, iddia 1980-ci ildə nəşr olunan kitabının adını meydana gətirmişdir: "The Panda's Thumb" (Pandanın Baş Barmağı)
Halbuki, Gouldun "yanlış xüsusiyyət" iddiası da, Dokinzinki kimi səhvdir.
Gouldun səhvi, pandanın baş barmağını insan əli kimi düşünməsi və funksionallığını insan əliylə müqayisə etməsidir. Paul Nelson bu mövzuda bu şərhi verir:
Pandanın baş barmağı bəzi işlər görmək üçün (məsələn, klaviaturada işləmək kimi) optimal (ideal) olmasa da, yerinə yetirdiyi funksiya üçün, yəni bambuk soymaq üçün ən ideal görünür.(78)
"The Giant Pandas of Wolong" (Wolongun Nəhəng Pandaları) adlı elmi tədqiqat kitabının müəllifləri isə bu şərhi verirlər:
Panda ilk barmağının çıxdığı tüksüz səthi ilə saxta baş barmağını eynilə bir maşa kimi istifadə edərək bambuk qamışlarını böyük bir həssaslıqla tuta bilir... Pandanın yarpaq yeməsini izləyərkən... tutma qabiliyyətinə hamımız heyrətə gəldik. Ön ayaqlar və ağız böyük bir uyğunluq içində çalışır və ona böyük bir hərəkət qənaəti qazandırır.(79)
1999-cu ildə "Nature" jurnalında dərc olunan bir tədqiqat nəticələri, pandanın baş barmağının heyvanın yaşadığı təbii mühit baxımından ən səmərəli quruluşda olduğunu göstərmişdir. Dörd yapon tədqiqatçısının ortaq şəkildə yürütdükləri çalışma, "kompüter tomoqrafiyası" və "maqnit rezonans tomoqrafiyası" metodları ilə həyata keçirilmiş və nəticədə pandanın baş barmağının "məməlilər arasında olan ən fövqəladə istiqamətləndirmə metodlarından biri" olduğu nəticəsinə gəlinmişdir.(80) "Role of the giant panda's "pseudo-thumb"" (Böyük Pandanın "Saxta Baş Barmağının Rolu") başlıqlı məqalə bu şərh ilə bitir:
Böyük pandanın əlinin, daha əvvəlki morfoloji modellərdə irəli sürüldüyündən daha çox zərif bir tutma mexanizmə sahib olduğunu göstərdik.(81)
Bir sözlə, son 150 il müddətində təkamülçülər tərəfindən ortaya atılan bütün "atrofiyaya uğramış orqan" və ya "yanlış xüsusiyyət" iddiaları, haqqında danışılan bioloji strukturların daha dərindən araşdırılması nəticəsində boşa çıxmışdır.
Təkamülçülər təbiətdəki heç bir bioloji quruluşun mənşəyini izah edə bilməyəcəkləri bir vəziyyətdə olarkən, bu strukturların həqiqi şərhi olan yaradılış həqiqətinə qarşı irəli sürdükləri etirazlar da çürümüşdür.
Bu səbəblə də, bir zamanlar darvinizm vardı deyə bilərik. Bu nəzəriyyə canlıların bədənin "yanlış" və ya "atrofiyaya uğramış" orqanlarla dolu olduğunu iddia edirdi.
Bu gün isə bu nəzəriyyə elmi dəlillərlə çürüdülmüşdür.
Pandanın Parmağı Tümüyle İşlevseldir | |
A. Thumb (Başparmak) | 3. Yan Bilek Kemiği |
Evrimciler yaratılışı inkar etmek için doğada kusur ve uyumsuzluk ararlar. S. J. Gould'un pandaların baş parmakları ile ilgili iddiası buna bir örnektir. Oysa Gould yanılmaktadır. Çünkü bu kemiksi parmak Gould'un zannettiği gibi bir kusur değildir. Aksine hareketi kolaylaştırır ve tendonların yırtılmasını engelleyici etkiye sahiptir. 1999 yılında Nature dergisinde yayınlanan bir inceleme, pandanın baş parmağının hayvanın doğal ortamı açısından son derece verimli olduğunu göstermektedir. Dört Japon araştırmacının ortak sürdürdükleri çalışma, "kompüterize tomografi" ve "manyetik rezonans resimlendirmesi" teknikleri ile yürütülmüş ve sonuçta pandanın baş parmağının "memeliler arasında bulunan en olağanüstü yönlendirme tekniklerinden biri" olduğu sonucuna varılmıştır. (Endo, H., Yamagiwa, D., Hayashi, Y. H., Koie, H., Yamaya, Y., and Kimura, J. 1999. Nature 397: 309-310) Yukarıda, çalışmayı yürüten uzmanların pandanın el yapısı ile ilgili yaptıkları bilgisayar çizimi yer alıyor. |
66- Dawkins'in "kör saatçi" tezinin çürülmesi için bkz. Lee Spetner, Not By Chance: Shattering the Modern Theory of Evolution, Judaica Press, 1997; Michael J. Behe, Darwin's Black Box: The Biochemical Challange to Evolution, The Free Press, 1996; Phillip E. Johson, Darwin on Trial, 199, 2nd.ed., InterVarsity Press, 1993
67- Richard Dawkins, The Blind Watchmaker, London: Penguin Books,1986; s.93-94
68- Michael Denton, "The Inverted Retina: Maladaptation or Pre-adaptation?", Origins & Design, 19:2, Issue 37, 1999
69- Michael Denton, "The Inverted Retina: Maladaptation or Pre-adaptation?", Origins & Design, 19:2, Issue 37, 1999
70- Walls, G.L. (1963). The Vertebrate Eye . New York: Hafner Publishing Company; s.652
71- Michael Denton, "The Inverted Retina: Maladaptation or Pre-adaptation?", Origins & Design, 19:2, Issue 37, 1999
72- McIlwain, T.J. (1996). An Introduction to the Biology of Vision. Cambridge: Cambridge University Press; s. 14
73- Michael Denton, “The Inverted Retina: Maladaptation or Pre-adaptation?”, Origins & Design, 19:2, Issue 37, 1999
74- Charles Darwin, The Origin of Species, III. ed. Chapter 13: Mutual Affinities of Organic Beings: Morphology: Embryology: Rudimentary Organs
75- http://www.cerrah.net/apandist.htm
76- www.geocities.com/CapeCanaveral/Lab/6562/evolution/designgonebad.html
77- S. R. Scadding, "Do 'Vestigial Organs' Provide Evidence for Evolution?", Evolutionary Theory, Cilt 5, Mayıs 1981, s. 173
78- Paul A. Nelson, "Jettison the Arguments, or the Rule? The Place of Darwinian Theological Themata in Evolutionary Reasoning", Access Research Network, 1988, http://www.arn.org/docs/nelson/pn_jettison.htm
79- George Schaller, H. Jinchu, P. Wenshi, and Z. Jing, The Giant Pandas of Wolong , Chicago: University of Chicago Press, 1986, s.4, 58
80- Endo, H., Yamagiwa, D., Hayashi, Y. H., Koie, H., Yamaya, Y, and Kimura, J., Nature, vol. 397, 1999, ss. 309-310
81- Endo, H., Yamagiwa, D., Hayashi, Y. H., Koie, H., Yamaya, Y., and Kimura, J., Nature, vol. 397, 1999, ss. 309-310