Heyvanların hər biri insanları heyrətə salan bir çox yaradılış xüsusiyyətlərinə malikdir. Bəziləri suda hərəkət etmələrini təmin edən ən ideal şəklə (hidrodinamik) sahib ikən, bəziləri də bizim üçün olduqca yad olan hisslərdən istifadə edir. Bunların bir çoxu insanların ilk dəfə qarşılaşdıqları, daha doğrusu yeni fərqinə vardıqları şeylərdir. Biomimetika elmi sayəsində kəşf etdiyimiz bu fövqəladə strukturların təqlid edilməsiylə ortaya çıxan məhsulların, növbəti illərdə həyatımızda daha çox istifadə ediləcəyinə heç bir şübhə yoxdur.
1/ 100 saniyənin qızıl medalı təyin olunan olimpiada yarışlarında iştirakçılar üçün suyun bədənlərində meydana gətirdiyi sürtünmə müqaviməti olduqca əhəmiyyətlidir. Buna görə bir çox üzgüçü sürtünmə müqavimətini minimuma endirəcək yeni çimərlik geyimləri seçirlər. Bu çimərlik geyimləri üzgüçünün mümkün qədər bütün bədənini tutur və bədənə sıx yapışır. Çimərlik geyimlərinin parçası, şaquli qatran zolaqlar üstünə köpək balığı dərisinin xüsusiyyətlərini daşıyan bir toxumadan ibarətdir.
Köpək balıqları üzərində görüntülü elektron mikroskopla aparılan tədqiqatlarda, balığın dərisini zolaqların əhatə etdiyi görülmüşdür. Zolaqlar şaquli su burulğanları və ya su spiralları meydana gətirərək suyu balığın bədəninə daha çox yaxınlaşdırır və suyun üzməyə qarşı müqavimətini azaldır. Zolaqların bu təsiri "Ribblet təsiri" kimi tanınır və bu mövzu ilə əlaqədar NASA-nın Langley Tədqiqat Mərkəzində Ribblet dəri tdqiqatları aparılır. Son on ildir bu çimərlik geyimləri üzərində tətbiq olunur.
Yeni liflər və yeni toxuma texnikaları ilə əldə edilən çimərlik geyimləri, üzgüçünün bədənini tamamilə örtərək suya ən az müqavimət göstərəcək şəkildə istehsal olunur. Necə ki, aparılan tədqiqatlar bu çimərlik geyimlərinin digər çimərlik geyimi tiplərinə nisbətən sürtünmə müqavimətini 8 % azaltdığını göstərmişdir. (95)
Köpekbalığının derisindeki pullarda U biçimi kanallar bulunur. Bu kanallar girdaplar oluşturarak suyu vücuda yaklaştırır ve suyun yüzücüye karşı oluşturduğu direnci de azaltır. Yukarıdaki büyük resimde köpek balığının derisinin taramalı elektron mikroskobundaki görünüşü yer alıyor. 93 Sidney Olimpiyatlarında Avustralyalı Ian Thorpe gibi altın madalyalı tüm yüzücüler köpek balığı derisinin özelliğini taşıyan mayolar giydiler. Bu, yeni bir iş sahasının açılmasını sağlayacak kadar önemli bir gelişmeydi. Mayo üretiminde dünyanın en ünlü isimleri arasında yer alan Speedo, Nike ve Adidas gibi firmalar biyomekanik ve hidrodinamik konusunda birçok uzmanı işe aldılar. 94 |
Pit deyilən çuxur orqanlara sahib olan, eyni zamanda "Pit Viper" olaraq adlandırılan ilanlar "gürzə ilanları" olaraq tanınır. Texas Universiteti Elektrik və Kompüter mühəndisliyi sahəsində professor olan Dr. John Pearce pit ilanları olaraq tanınan "Crotaline "-ları araşdırmışdır.
Aparılan tədqiqatlarda bu ilanların gözlərinin qarşısında olan və çoxlu sayda sinir keçən kiçik çuxurların istiqanlı ovlarının yerlərinin müəyyən edilməsində istifadə etdikləri ortaya çıxmışdır. Pit deyilən bu çuxur orqanlara son dərəcə kompleks bir istilik hiss edici sistem daxildir. Bu sistem elə həssasdır ki, metrlərlə uzaqdakı bir siçanı, zülmət qaranlıqda belə hiss edə bilər. (96)
Tədqiqatçılar bu ilanın müəyyən və məhv etmə mexanizminin sirlərini öyrənə bildiklərində, ilanın tətbiq etdiyi üsulların ölkənin düşmən mərmilərindən qorunmasında daha geniş ölçüdə istifadə olunacağı bildirilib. Bununla birlikdə təhlükəli vəzifələrdə uçuş edən pilotların da düşmən silahlarından qaçmalarına kömək edə biləcək sistemlər yaradılacaq. Dr. John Pearce "Hava qüvvələri bioloji sistemi təqlid edərək, daha yaxşı bir mərmi detektor icad edə biləcək mi?" sualını ortaya qoyur (97). Həmçinin bu məqsədlə apardığı tədqiqatlarında ilanın həssaslığına çatmaqada olduqca çətinlik çəkdiyini də belə izah edir:
Biz, əsasən ilanın orqanının həssaslığını nümunə alırıq. Sinir xəbərdarlıqlarını ölçə bilərsiniz, lakin problem bu xəbərdarlıqların hansı mənaya gəldiyidir. Bunu bizə söyləməsi üçün ədədi modeldən istifadə edirik: orqana dəyən infraqırmızı nə qədər çoxdursa, o qədər çox sinir xəbərdarlığı olur. (98)
İlanın pit orqanında, qan damarları və sinir düyünləri baxımından zəngin olan çox incə bir zər vardır. Elm adamlarının tədqiqat apara bilməsi üçün bu pərdənin yaydığı siqnalların sakitləşdiyi bir zamanı tutmaları lazımdır. Amma bu pərdə elə həssasdır və cavablandırmadakı müxtəliflik də o qədər qısa davamlıdır ki, siqnalları tutub bunlar üzərində bir araşdırma aparmaq olduqca çətindir. Pit orqanının işləyişini anlamaq üçün dəqiq ölçmə və mikro-qrafik şəkillər üzərində işləmək lazımdır.
Bu nümunədə də göründüyü kimi, təbiətdəki canlılar çox üstün bir ağıl və texnologiya göstərirlər. Təbiətdəki dizaynlardan nümunə götürən tədqiqatçılar da, bunun sayəsində uzun illərini alacaq layihələr üçün unikal modellər əldə edir və qısa zamanda nəticəyə çatırlar.
Aslında renk değiştirebilen elbiselerin teknolojisi ile bukalemunun renk değiştirme özelliği benzer gibi gözükse de ikisi birbirinden oldukça farklıdır. Çünkü bu teknoloji renk değişim özelliği taşısa da bukalemun gibi kamuflaj özelliğine sahip değildir. Bukalemun hiçbir zahmete katlanmadan en kısa zamanda bulunduğu ortama uyum sağlarken renk değiştirme teknolojisinde böyle bir özellik yoktur. |
Buqələmunların olduqları mühitə görə rəng dəyişdirmələri son dərəcə təəccüblü və ən az o qədər də estetik bir hadisədir. Buqələmun elə üstün bir kamuflyaj qabiliyyətinə malikdir ki, bu işi hazırlamaqda tezliyi ilə insanı heyrətə salır.
Buqələmun dərisinin altındakı qırmızı və sarı rəng daşıyıcılarını, mavi və ağ əks etdirici təbəqəni və ən əhəmiyyətlisi də rəngini tündləşdirən "kramotofor" hüceyrələrini böyük bir ustalıqla işlədə bilir. (99)
Məsələn, bir buqələmunun sapsarı bir mühitə qoyduğunuzda bədəninin rənginin də sürətlə sarı rəngə çevrildiyini görərsiniz. Üstəlik buqələmun yalnız tək bir rəngə deyil, rəngarəng rənglərə də tam uyğunlaşma göstərə bilir. Bunu bacara bilməsinin sirri isə bu usta kamuflajçının dərisinin altındakı rəng hüceyrələrinin boylarınca böyümələri və sürətlə yer dəyişdirərək olduqları yerə uyğunlaşa bilmələridir.
ABŞ-da MIT laboratoriyalarında buqələmunlardakı kimi rəng dəyişdirmə xüsusiyyətinə sahib paltar, ayaqqabı və çantalar istehsal etməyi qarşısına məqsəd qoyan bir iş həyata keçirilir. Üzərində çalışılan bu texnologiya, xüsusi bir silikon vəsaitin kiçik bir elektron yükləməsi ilə istənilən rəngə çevrilməsini təmin edir. Beləcə, parça və oxşar materialdan hazırlanan hər cür geyim əşyasının və aksesuarın bir neçə saniyədə rəng və naxış dəyişdirməsi mümkün olar. Bu iş üçün kiçik bir elektron cihazın istifadə edilməsi lazımdır.
Bukalemunlar bulundukları ortama uygun olarak renk değiştirebilirler. Aslında hayvan, kendisine büyük avantaj sağlayan bu özelliğinden haberdar bile değildir. Allah bukalemunun vücudunu, kendiliğinden ortamın rengini almasını sağlayan bir sistemle yaratmıştır. |
Batareya ilə işləyən bu cihaza, üzərində mövcud olan bir klaviaturadan istifadə edərək istənilən rəngin koduna girilməsi kifayətdir. Necə ki, bu texnologiya bu gün üçün olduqca bahalıdır. Məsələn, bir kişi pencəyinin xərci 10 min dollara başa gələ bilər. (100)
Biri sizə gəlib bir pencək göstərsə və desə ki: "Bu pencəyin rəng dəyişdirmə xüsusiyyəti var. Amma nə pencəyi, nə də rəng dəyişdirmə xüsusiyyətini hazırlayan biri mövcud deyil. Hamısı özbaşına oldu".
Nə düşünərdiniz? Ehtimalla bunu söyləyən adamın "dəli" ya da "son dərəcə cahil" olduğunu düşünərdiniz. Çünki pencəyi tikən bir dərzinin və rəng dəyişdirmə xüsusiyyətini hazırlayan elm adamlarının mövcud olduğu çox açıqdır.
Yaxşı, buqələmun son dərəcə mükəmməl olan bu dəyişikliyi necə həyata keçirir? Bütün bu əməliyyatları özü edir, bu cür dəyişiklikləri təmin edən sistemləri özü hazırlayıb, bədəninə yerləşdirməsi mümkün ola bilərmi? Əlbəttə ki, bütün bunları buqələmunun öz iradəsiylə etdiyini iddia etmək ağıldan kənar olacaq. Bir insanın belə bir dəyişikliyi reallaşdırması mümkün deyilkən, bir sürünənin öz bədəninin görünüşünü təyin etməsi, hətta görünüşünü dəyişdirəcək bir sistemi bədəninin içinə yerləşdirməsi qətiyyən mümkün deyil. Belə üstün bir qabiliyyətin təsadüfən meydana gəldiyini iddia etmək də eyni şəkildə tamamilə əsassız və mənasız bir iddiadır.
Təbiətdəki heç bir mexanizm belə qüsursuz bir qabiliyyəti yaratması və ehtiyacı olan canlıya vermə gücünə sahib deyil.
Buqələmunları Allah yaratmışdır. Allah yaratma sənətindəki bənzərsizliyi bizə bu kimi nümunələrlə göstərir. Allah üstün və güclü olandır.
Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Hədid surəsi, 1)
Göylərin və yerin hökmranlığı Ona məxsusdur. O həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir. (Hədid surəsi, 2)
ABŞ-ın məşhur elm jurnallarından New Scientist-də nəşr olunan bir məqalədə bir elm adamının bir muzeyə səfəri zamanı 515 milyon ildir bir kəhrəba içində qorunaraq günümüzə qədər gəlmiş milçək qalığını araşdırma fürsəti tapdığından bəhs edir. Bu elm adamı milçəyin gözlərindəki bal pətəyinə bənzər strukturları və bu strukturlar sayəsində, xüsusilə əyri gələn bucaqlardakı işığı daha yaxşı qəbul etdiklərini fərq etmişdir. Necə ki, daha sonra aparılan tədqiqatlarda da bu fərziyyə təsdiqlənmişdir.
Elm adamları bu gün bu tapıntılar sayəsində, peyklərdə enerji təmin etmək üçün istifadə edilən günəş panellərindən daha çox səmərə əldə etmə imkanı təmin etmişlər. Çünki günəş panellərindən daha çox səmərə, panellər istilik və işıq dalğalarını heç əks etdirmədiyində alınır. Milçəyin buynuz təbəqəsini araşdıran elm adamları yeni bir anti-reflektor maddənin varlığını da kəşf etmişlər. İşığın əks olunmasına maneə törədən bu maddə, günəş panelləri üçün çox uyğun quruluşa malikdir və üstəlik bu panelləri davamlı olaraq günəşə doğru çevirməyə yarayan bahalı avadanlığın da vacibliyini ortadan qaldırmışdır. (101)
Kosmos texnologiyası bu dizaynı hələ yeni kəşf edərkən milçək bu xüsusiyyətə milyonlarla ildir malikdir. Çox kəskin, rəngli görməyi təmin edən bu unikal dizayn, milçəyin nə dərəcə üstün bir yaradılış nümunəsi olduğunu göstərir. Lakin bu nümunələr yalnız ağlını işlədən və yaradılan hər varlığın Allahın idarəsində olduğunu anlaya bilən, yəni iman edən insanlar üçün aydın olar.
Bir ayədə buna bənzər nümunələrin inkar edənlər üçün heç bir şey ifadə etmədiyi belə açıqlanır:
Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə demək istədi?” Halbuki, O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır. (Bəqərə surəsi, 26)
Canlı növlərinin nadir olaraq tapıldığı çöl mühitində də insanı heyrətə salan dizaynlara sahib canlılar var. Bunlardan biri də Stenokara böcəyidir. Nature jurnalının 1 noyabr 2001-ci il tarixli nəşrində Namib çölündə yaşayan bu böcəyin həyatını davam etdirməsində həyati əhəmiyyəti olan suyu necə yığdığından bəhs edilmişdir.
Stenokara böcəyinin su toplama sistemi əsas olaraq kürəyinin xüsusi dizaynına əsaslanır. Bu böcəyin kürəyi kiçik təpəciklərdən ibarət olan bir səthə malikdir. Bu təpəciklər aralarındakı boşluqların səthi bir növ bal mumu ilə örtülü olduğu halda təpəciklərin zirvələrində bal mumu yoxdur. Bu vəziyyət böcəyin suyu daha təsirli bir şəkildə toplaya bilməsinə imkan verir.
Böcək çöl şəraitində havada çox seyrək olan nəmi küləklərdən ayıraraq içir. Burada hər kəsin diqqətini çəkən mövzu, Stenokara böcəyinin havada uçuşan su zərrəciklərini necə ayırdığı və bu əməliyyatı çöl mühitində necə reallaşdırdığıdır. Çünki su damcıları səhradakı yüksək istilik və küləklər sayəsində çox tez buxarlanır. Ağırlığı az qala sıfır olan bu zərrəciklər, çöl küləklərinin təsiriylə yerə paralel şəkildə uçuşur. Böcək bunu bilirmiş kimi hərəkət edir və küləyə qarşı maili bir şəkildə mövqe alır və kürəyindəki xüsusi dizayn sayəsində havadakı su zərrəcikləri kürəyinin təpəsində yığılıb böcəyin ağız qisminə doğru yuvarlanır.(102)
Nature jurnalında Stenokara böcəyindəki üstün dizayn üçün bu şərh edilmişdir:
Biomimetika sahəsi üçün potensial meydana gətirməsinə baxmayaraq, damlaları havadan ayıran və böyük damlalar halına gətirən bu mexanizm hələ aydın deyildir.(103)
Bu böcəyin kürəyinin quruluşu elektron mikroskopu altında araşdırılmış və elm adamları böcəklərdəki bu strukturların su soyuducularına, su mühərriklərinə və binaların üzlənməsində mükəmməl bir model meydana gətirəcəyini ifadə etmişlər. Bu növdən kompleks dizaynlar öz başına və ya təbiət hadisələri nəticəsində ortaya çıxa bilməzlər. Bu cür fövqəladə dizayna sahib sistemi kiçik bir böcəyin hazırlaması, əlbəttə, mümkün deyil.
Atəş böcəkləri qarın qisimlərində yaşıl-sarı işıq çıxarır. Atəş böcəklərini işıq çıxaran hüceyrələr oksigen və "lusiferaz" adlı bir kimyəvilərlə reaksiyaya girən "Lusifer" adlı bir kimyəvi daxildir. Böcək hüceyrələrinə nəfəs alma balonları təmin etdiyi hava miqdarını nizamlayaraq işığının yanıb sönməsinə nəzarət edir. Normal elektrik lampaları 10% hasilatla çalışırlar, 90%-i isə istilik olaraq ortaya çıxır. Buna qarşı atəş böcəkləri 100%-lik bir hasilatla işıq çıxarırlar. Atəş böcəklərinin bu müvəffəqiyyətli elektrik istehsalı elm adamlarına nümunədir.(104)
Yaxşı, amma atəş böcəklərini bu qədər məhsuldar bir istehsalat etməyə yönəldən güc nədir? Təkamülçülərə görə bu güc şüursuz atomlar, təsadüflər və ya heç bir məcburedici gücü olmayan xarici faktorlardır. Ancaq bu saydıqlarımızın heç biri bu məhsuldar işi başladacaq gücə sahib deyil. Allahın sənəti unikaldır və sonsuzdur. Allah Qurandakı bir çox ayədə ağlından istifadə edən insanların yaradılmış varlıqları düşünərək öyüd-nəsihət almaları lazım olduğundan bəhs edir. Buna görə insana düşən yaradılış möcüzələri üzərində düşünmək və yalnız Allaha yönəlməkdir.
Hər il milyonlarla insanın həyatına son qoyan yol qəzalarına həll axtaran elm dünyası indi çəyirtkələrin bu problemə bir həll göstərəcəyinə inanmaqdadır. Aparılan araşdırmalarda çəyirtkələrin milyonları aşan sürülər halında gəzdikləri halda bir-birləriylə toqquşmadıqları müəyyən edilmişdir. Çəyirtkələrin bunu necə bacardıqları sualının cavabı isə elm adamları üçün yeni üfüqlərin açılmasına səbəb olmuşdur.
Aparılan təcrübələrdə çəyirtkələrin üzərlərinə gələn cismə əvvəl elektronik siqnal göndərdikləri və yeri müəyyən edib dərhal öz istiqamətlərini dəyişdirdikləri məlum olmuşdur (105). İnsanların illərdir həlsiz qaldıqları bir mövzuda çəyirtkələrin üsulları yol probleminə həll olaraq tətbiq edilməyə çalışılır. Bu canlılar da yaradılışın açıq-aşkar dəlillərindəndir.
Yapon mühəndis və elm adamları "500 seriyası" olaraq adlandırılan sürətli qatarları hazırlayarkən əhəmiyyətli bir problemlə qarşılaşmışlar: Səs-küy. Həlli quşların mükəmməl dizaynında axtaran yaponlar çox keçmədən axtardıqlarını tapmış və müvəffəqiyyətli bir şəkildə tətbiq etmişlər. (106)
Yaponların ixtira etdiyi sürətli qatarlarda "təhlükəsizlik" ən əhəmiyyətli məsələlərdən biridir. İkinci məsələ isə Yaponiya ətraf standartlarına uyğundur. Yaponiya dünyadakı dəmiryolu müəssisələri içərisində ən güclü "səs-küy standartları"na malikdir. Bu gün mövcud texnologiyalardan istifadə edərək daha sürətli getmək olduqca asandır. Ancaq bununla birlikdə daha səssiz getmək nisbətən çətindir. Yapon Ətraf Mühit Nazirliyinin qaydalarına görə yaşayış mərkəzlərində bir dəmiryolunun 25 metr uzaqlığında səs-küy səviyyəsi 75 desibel və ya daha az olmalıdır. Qırmızı işıqda dayanan avtomobillərin yaşıl işıq yandığında eyni anda hərəkətə başladıqlarında yaranan səs-küy, gurultu 80 desibeldən keçir. Bu dəyərlərlə aparılan müqayisə "Şinkansen" olaraq adlandırılan sürət qatarının nə qədər səssiz olmasının lazım olduğunu ortaya qoyur.
1. Baykuş tüyü |
Qatarın müəyyən bir sürətə çatana qədər çıxardığı səsin səbəbi təkərlərin relslər üzərindəki hərəkətidir. Ancaq sürəti 200 km/s olduğunda səsin əsl qaynağı, qatarın havadakı hərəkətiylə ortaya çıxan aerodinamik gurultudur.
Aerodinamik səs-küyün meydana gəlməsindəki bir nömrəli faktor isə təpədəki tellərdən elektrik almaq üçün istifadə edilən pantoqraflar və ya axın yığanlardır. Normalda istifadə edilən düzbucaq şəkilli pantograflarla səs-küyün azalmayacağını fərq edən mühəndislər tədqiqatlarını sürətli, amma səssiz hərəkət edən canlılar üzərində cəmləşdirmişdilər.
Bayquş bütün quşlar içində ən səssiz uçuşu həyata keçirir. Bayquşların az səslə uçmasının sirləridən biri qanadlarındakı qatlardır. Bayquşların qanadlarında digər quşlarda olmayan nahamar tüklər vardır. Bunlar gözlə görülə bilərlər.
"Aerodinamik səs" hava axınında yaranan burulğanlardan qaynaqlanır. Burulğanlar böyüdükcə səs də artır. Bayquşun qanadında bir çox nahamar çıxıntılar olduğundan böyük burulğanlar yerinə kiçik burulğanlar meydana gəlir və bayquş son dərəcə səssiz bir uçuş həyata keçirir.
Yapon mühəndis və dizaynerləri bir bayquşla külək tunelində test apardıqlarında bu quşun qanad quruluşundakı mükəmməlliyi bir daha görmüşlər. Nəhayət, qatarın üzərindəki səs-küyü bayquşun sahib olduğu nizamsız tük prinsipinə bənzəyən qanad şəklində pantoqraflardan istifadə edərək təsirli şəkildə azaltmağı bacarmışlar. Bunun sayəsində yaponların təbiətdən ilhamlanaraq təqlid etdikləri pantoqrafa bənzər sistem "işini ən səssiz görən" ünvanını almağa haqq qazanmışdır. (107)
Yalı çapkını avlanmak için, direnci az olan havadan direnci çok olan suya dalar. Kuşun gagası suya dalışı kolaylaştırdığı gibi vücudunun da bir zarar görmesine engel olur. Buna karşın hayvan dalış yaparken suyun içindeki avını görmek zorundadır. Allah bu canlıyı suya dalarken hem görmesini engellemeyen hem de gözü koruyan özel bir koruma mekanizması ile yaratmıştır. Yalı çapkının bir özelliği de yaptığı dalışlarda su içindeki hedeflere tam isabet kaydetmesidir. Suyun dışından bakıldığında suyun içindeki cisimlerin olduklarından farklı yerlerde göründükleri düşünüldüğünde bu küçük kuşun başardığı işin önemi daha iyi anlaşılmaktadır. |
Sürət qatarının çalışdığı xətt yolunda tunellər var. Bu vəziyyət mühəndislər üçün həlli vacib olan başqa bir problem yaratmışdır. Qatar tunelə yüksək bir sürətlə girdiyində atmosfer təzyiqi artır və gəl-get dalğaları kimi dalğalara çevrilərək tunelin sonuna səs sürəti ilə çatır. Çıxışa gəldikdən sonra isə dalğa geri dönür. Təzyiqin bir qismi tunelin çıxışında sərbəst buraxılır və bəzən bir partlayış səsi meydana gəlir.
Dalğaların təzyiqi atmosfer təzyiqinin mində birindən az olduğu üçün "mikro təzyiq dalğaları" adlandırırlar. Dalğaların yaranması isə yuxarıdakı şəkildə göründüyü kimidir.
Təzyiq dalğasının təsiri ilə yaranan səs-küy insanları narahat edəcək qədər çox olur. Tunellərin daha geniş inşa edilməsi ilə bu səs-küy azaldıla bilər, ancaq tunellərin kəsiklərini böyütmək həm çətin, həm də çox bahalıdır.
Bununna yanaşı mühəndislər qatarın bölüklərini azaldıb, burun qismini kifayət qədər iti və hamarlaşdırmağın həll yolu ola biləcəyini düşünmüşlər. Necə ki, bir sınaq qatarı üzərində bu fikirlərini tətbiq etmiş, amma aparılan sınaqda qatarın səbəb olduğu mikro təzyiq dalğalarını ortadan qaldıra bilməmişlər.
Bu problem qarşısında təbiətdə bənzər vəziyyətlərin ola biləcəyini düşünən mühəndis və dizaynerlərin ağlına suquzğunu adlı quş gəlmişdir. Suquzğunu da suya enərkən eynilə qatarın tunelə girdiyi zaman hava müqavimətinə görə ani dəyişikliklər yaşamasına bənzər dəyişikliklər yaşayır. Çünki suquzğunu ovlamaq üçün müqaviməti az olan havadan müqaviməti çox olan suya girir.
Bu vəziyyətdə 300 km/s ilə gedən qatarların də suquzğununun dimdiyi kimi enişini asanlaşdıran bir buruna və ön üzə sahib olması lazımdır.
Yapon Dəmiryolları Texniki Araşdırma İnstitutu və Kyuşu Universitetində aparılan tədqiqatlarda tunelin mikro-təzyiqini üstələmək üçün "dönəl paraboloid " in ən ideal forma olduğu ortaya çıxmışdır. Suquzğununun dimdiyi yaxından araşdırılsa alt və üst dimdiyi kəsiyinin də eynilə belə olduğu görünər. Suquzğunu quşundakı bu bənzərsiz dizayn yalnız bir nümunədir. Təbiətdəki bütün canlılar həyatlarını davam etdirmələrinə imkan verən qüsursuz dizaynlarıyla insanlara nümunə olacaq şəkildə yaradılmışdır.
1. Tren | 4. Basınç Dalgası |
Quş tüklərindəki keratin zülalının və təbii boya maddəsi melaninin birləşməsi işığın bizim görə biləcəyimiz şəkildə qırılmasını təmin edir; tüklərdə gördüyümüz açıq-tünd rənglər də bu keratin zülalının bir istiqamətdə mövqelənməsindən qaynaqlanır. Quş tüklərindəki son dərəcə canlı rənglər tüklərin bu struktur xüsusiyyətindən qaynaqlanır.
Bu dizayndan ilhamlanan bir Yapon firması yenidən istifadə edilən işarə lövhələri istehsal etmişdir; bu lövhələrin səthləri ultrabənövşəyi şüaları altında qurluşunu dəyişdirir. Lövhə üzərinə düşən ultrabənövşəyi şüaları maddənin kristal düzülüşünü dəyişdirir və istənilən mesajı göstərməsi üçün müəyyən rənglərin dövrə xarici qalmasını təmin edir. Bu lövhələr təkrar-təkrar istifadə edilir və ya üzərində yeni obrazlar əks olunmasına imkan yaradır. Beləcə həm yeni tabel çıxarma xərci ortadan qalxır, həm də bu istehsal üçün lazım olan zəhərli boyalardan istifadə olunur.(108)
Dövrümüzdə kompüterlər həyatımızın hər anına girmiş vəziyyətdədirlər. Evimizdə, iş yerlərimizdə hətta maşınlarımızda... Günün iyirmi dörd saatını kompüterlərin önündə keçirə bilirik. Bu qədər sıx istifadə olunan kompüterlərdəki texnologiya hər keçən gün böyük bir sürətlə inkişaf edir. Həyat standartlarının yüksəlməsi kompüterlərin əməliyyat sürətinin də eyni sürətdə inkişafını tələb edir. Beləcə kompüterlər gün keçdikcə daha da sürətlənir. Yeni çıxan modellər yüksək sürətlərə rahatlıqla çata bilir. Kompüterlərin əməliyyat sürətini təyin edən çiplərin daha sürətli olması daha çox əməliyyatı daha qısa müddətdə edə bilməsi mənasını verir. Ancaq bu çiplər sürətləndikcə daha çox elektrikdən istifadə edilməsinə səbəb olur və bu sürətli əməliyyatların nəticəsində çip həddindən artıq dərəcədə qızır. Kompüter çipinin əriməməsi üçün isə soyudulması şərtdir. Ancaq mövcud pərvanə ventilyatorlar son model çipləri soyutmağa artıq kifayət etmir. Bu qızma probleminə yeni həll axtarışlarında çip dizaynerləri sonda təbiətdən mövcud həll yolu tapdıqlarını açıqladılar.
"Kəpənək qanadları dizaynlarında mükəmməl bir quruluşu da özləri ilə daşıyır. Tufts universitetində aparılan araşdırma kəpənəyin qanadlarında bir soyutma sistemi olduğunu ortaya çıxardı. Bu soyutma sisteminin kompüter çiplərinin mövcud soyutma sistemi ilə qarşılaşdırıldığında daha yüksək bir performansa sahib olduğu qeyd edilir. Bu mövzu ilə əlaqədar olaraq Amerikan Milli Elm Təşkilatından maşın mühəndisi Prof. Dr. Peter Vongun başçılığı ilə tədqiat qrupu yaradılıb.
Kəpənəklər soyuqqanlı canlılar olduqları üçün bədən istiliklərini ən məhsuldar şəkildə davamlı olaraq nizamlama məcburiyyətindədirlər. Bu çox böyük bir problemdir. Çünki uçarkən sürtünmə ilə böyük miqdarda istilik meydana gələcək. Bu istiliyin təcili olaraq soyudulması lazımdır. Əks halda kəpənəyin həyatını davam etdirə bilməsi mümkün olmayacaq. Həll isə qanın qanadlardakı çox incə filmə bənzər toxumaların içindən keçirilməsi ilə təmin olunur. Beləcə bədəndə olan istilik aradan qaldırılır. " (109)
Bu yeni soyutma texnikasının çip istehsalçılarının xidmətinə girməsi üçün işlər davam edir. Unudulmamalıdır ki, kəpənəklərdəki bu bənzərsiz dizayn ilk ortaya çıxdıqları andan bəri vardır. Əks halda kəpənəklərin yaşaması mümkün deyil. Kəpənək qanadlarının belə qüsursuz bir çarə ilə birlikdə yaradılması bizə yaradıcımız olan Allahın üstün elm və qüdrətini göstərir.
92 http://www. sciam. com/2001/0601issue/0601dickinson. html; Michael Dickinson, Scientific American, Solving the Mystery of Insect Flight, June 2001
93 Bilim ve Teknik, TÜBİTAK Yayınları, No.395, Ekim 2000, s.77
94 news. bbc. co. uk/. . . /athletics-track/ newsid_935000/935260. stm
95 Bilim ve Teknik, TUBİTAK Yayınları, No.395, Ekim 2000, s.77
96http://www. utexas. edu/admin/opa/oncampus/01oc_issues/oc010627/oc_vipers. html; On Campus, Vol.28, No.08, 27 June 2001
97 http://www. utexas. edu/admin/opa/oncampus/01oc_issues/oc010627/oc_vipers. html; On Campus, Vol.28, No.08, 27 June 2001
98 http://www. utexas. edu/admin/opa/oncampus/01oc_issues/oc010627/oc_vipers. html; On Campus, Vol.28, No.08, 27 June 2001
99 International Wildlife, September-October 1992, s. 34
100 "Üzerinizdeyken isteğe göre rengi değişen elbise geliyor", Mustafa Kutlay, Hurriyet Gazetesi, 26 Aralık 2000
101 http://www. rdg. ac. uk/Biomim/00parker. htm; [Parker, A.R. , Light-reflection strategies, American Scientist (1999a) 87 (3), 248-255. ]
102 Parker, A. R. et al. Water capture by a desert beetle, Nature 414, 33-34 (2001) Brief Communications
103 Parker, A. R. et al. Water capture by a desert beetle, Nature 414, 33-34 (2001) Brief Communications
104 Stuart Blackman, BBC Wildlife, "Fatal Flasher", April 1998, vol.16, no.4, s.60
105 http://www. milliyet. com. tr/2001/07/31/yasam/yas07. html
106 http://www. wbsj. org/bird/contribution/97_910E. html
107 http://www. wbsj. org/bird/contribution/97_910E. html
108 http://www.bfi.org/trimtab/spring01/TrimtabSpring01.pdf
109 http://www.mercek.org/s2/s02.php?sayi=s2