Bədiüzzaman Səid Nursi, hz. Mehdinin üç vəzifəsi olduğunu demiş, bu üç vəzifənin eyni vaxtda yerinə yetirilməsinin hz. Mehdinin ən əhəmiyyətli əlamətlərindən biri olduğuna diqqət çəkmişdir.
Çox vaxt məktublarımda işarə etdiyim kimi, PEYĞƏMBƏRİMİZ (s.ə.v)-İN SOYUNDAN GƏLƏN HZ. MEHDİNİN TƏMSİL ETDİYİ MÜQƏDDƏS CAMAATININ ŞƏXSİ MƏNƏVİSİNİN ÜÇ VƏZİFƏSİ vardır. Əgər qiyamət qopmasa və insanlar tamamilə yoldan azmasa, o vəzifələri Peyğəmbərimiz (s.ə.v)-in soyundan gələnlərin edəcəyini Allahın rəhmətindən gözləyirik. və ONUN ÜÇ BÖYÜK VƏZİFƏSİ OLACAQDIR. (Emirdağ Lahikası, səh. 259)
Bədiüzzaman, bu sözündə hz. Mehdinin Axırzamanda mütləq gələcəyini və hz. Mehdi ilə müqəddəs camaatının birlikdə yerinə yetirəcəkləri üç böyük vəzifə olduğunu izah edir:
Bədiüzzaman bu sözündə hz. Mehdi ilə əlaqədar əhəmiyyətli bir neçə mövzunu eyni anda izah etmişdir. Bədiüzzaman əvvəlcə “PEYĞƏMBƏRİMİZ (s.ə.v)-İN SOYUNDAN GƏLƏN HZ. MEHDİNİN TƏMSİL ETDİYİ” sözləri ilə, hz. Mehdinin Peyğəmbərimiz (s.ə.v)-in soyundan gələcək bir şəxs olduğunu xatırlatmışdır. Bir şəxsi mənəvinin hər hansı bir soydan gəlməsi şübhəsiz ki, mümkün deyildir. Yalnız hər hansı bir insan başqa bir insanın nəslindən gələ bilər. Bədiüzzaman da burada bu həqiqəti bəyan etmiş, hz. Mehdinin mənəvi bir şəxsiyyət olmadığını, “BİR ŞƏXS” olduğunu açıq şəkildə ifadə etmişdir.
Bədiüzzaman bu sözündə həmçinin hz. Mehdi və camaatının iki fərqli anlayış olduğunu xatırladaraq, hz. Mehdinin bir “şəxsi mənəvi” olduğu iddiasının etibarsızlığını yenidən bəyan etmişdir. Bədiüzzaman “PEYĞƏMBƏRİMİZ (s.ə.v)-İN SOYUNDAN GƏLƏN HZ. MEHDİNİN TƏMSİL ETDİYİ müqəddəs camaatın şəxsi-mənəvisi” sözləri ilə “hz. Mehdinin bir camaatı” olacağını və “bu camaatın başında da onu təmsil edən hz. Mehdinin şəxsən özü olacağını” ifadə etmişdir. Hz. Mehdinin bir camaatının olması üçün, əvvəlcə hz. Mehdinin bir şəxs olaraq mövcud olması lazımdır. Çünki bir şəxsi mənəvinin özünə aid bir camaatının olmasından, əlbəttə ki, söhbət gedə bilməz. Bədiüzzaman da bu sözündə bu həqiqəti dilə gətirmişdir. Bədiüzzamanın ifadə etdiyi bu vəziyyəti başa düşmək üçün bir neçə sualı nəzərdən keçirək:
1 - Bədiüzzaman Peyğəmbərimiz (s.ə.v)-in soyundan gələn hz. Mehdinin nəyi təmsil etdiyini bildirmişdir?
Müqəddəs camaatının şəxsi mənəvisini.
2 - Bədiüzzaman kimin müqəddəs camaatın şəxsi mənəvisini təmsil etdiyini bildirmişdir?
Hz. Mehdinin.
Bu sualların cavabları hz. Mehdi və onun müqəddəs camaatının bir-birindən fərqli anlayışlar olduğunu yenidən bəyan edir.
Bədiüzzaman Axırzamanda hz. Mehdinin yanında olan mömin birliyinin müqəddəs bir camaat olduğunu, bu camaatın liderliyini edən hz. Mehdinin də hz. Peyğəmbər (s.ə.v)-in soyundan gələn müqəddəs biri olacağını ifadə etmişdir. Necə ki, Bədiüzzaman bu sözünün son cümləsində “ONUN ÜÇ VƏZİFƏSİ OLACAQ” ifadəsi ilə bu mövzuya aydınlıq gətirmiş, bu üç vəzifəni, yanındakı müqəddəs birliklə bir yerdə, hz. Mehdinin də şəxsən başlarında iştirak etməsi ilə yerinə yetirəcəyini ifadə edir.
Necə ki, hz. İsa və hz. Mehdinin mənəvi bir şəxs, ruh ya da məna kimi görünməz bir güc olaraq təyin edilməsi, Quran ayələrində bildirilən Allahın adətullahı (Allahın qanunu) ilə tamamilə ziddiyyət təşkil edir. Tarixən heç bir elçi və ya peyğəmbər, bir şəxsi mənəvi olaraq gəlməmişdir. Quranda müxtəlif cəmiyyətlərə göndərilən elçilər, nəbilər və rəsulların həyatları, mübarizələri və təbliğləri haqqında xeyli məlumatlar verilmişdir. Həyatlarının sonuna qədər göndərildikləri qövmləri haqq dinə dəvət etmiş, onları Allahın əzabına qarşı xəbərdar edib qorxutmuş və iman edənləri cənnətlə müjdələmişdilər. Yaşadıqları cəmiyyətlərdəki inkarçıların təzyiqlərinə, qurduqları tələlərə və haqq dinə istiqamətli mübarizələrinə səbir və təvəkküllə mübarizə aparmış, onları Allahın razı olacağı əxlaqı yaşamağa çağırmışlar. Bütün bu məlumatlar bizə, tarixən heç bir elçi, nəbi və ya peyğəmbərin mənəvi bir şəxs olaraq göndərilmədiyini, bütün elçilərin bir fərd olaraq gəldiklərini göstərir.
Əsrlərdir davam edən bu adətullahı (Allahın qanunu) bütün İslam tarixində olduğu kimi Axırzamanda gələcək olan hz. İsa və hz. Mehdiyə də aid etmək olar. Ancaq əlbəttə ki, bütün peyğəmbər və elçilərin olduğu kimi hz. İsa və hz. Mehdinin də özlərindən ayrı olaraq şəxsi mənəviləri də olacaqdır. Quranda, göndərilmiş olan bütün peyğəmbər və elçilərin ətrafında, onlara iman gətirən və onların göstərdikləri haqq yolu izləyən bir birlik olduğu xəbər verilmişdir. Elçilərə iman gətirən bu kəslər və onların öz elçiləri ilə birlikdə etmiş olduqları fəaliyyətlərin hamısı, bu elçilərin şəxsi mənəvilərini meydana gətirər. Quranda peyğəmbərlərin həyatlarını izah edən hekayələrdə bu vəziyyət aydın görünür. Məsələn, Peyğəmbərimiz (s.ə.v)-in səhabələri, onun şəxsi mənəvisini əmələ gətirmişdir. Lakin bu, Peyğəmbərimiz (s.ə.v)-in mövcudluğu şərti ilə meydana gəlmişdir. Bu vəziyyət Axırzamanda da dəyişməyəcək, Bədiüzzamanın da dilə gətirdiyi kimi, hz. İsa və hz. Mehdi yanlarındakı mömin birliklərinin başında şəxsən bir hidayət öndəri olaraq olacaqlar.
Bədiüzzaman, hz. Mehdidən danışarkən, “ONUN” əvəzliyindən istifadə edərək, yenidən hz. Mehdinin “BİR ŞƏXS” olduğunu ifadə edir.
Bədiüzzamanın da ifadə etdiyi kimi, hz. Mehdinin üç böyük vəzifəsi olacaqdır. Hz. Mehdi bu vəzifələrini yerinə yetirərkən ətrafında özünə dəstək olan mübarək bir birlik olacaqdır. Bu böyük vəzifələr “hz. Mehdi və onun müqəddəs camaatının” bir yerdə reallaşdıracağı vəzifələrdir. Ancaq Bədiüzzamanın “ONUN üç vəzifəsi olacaq” sözləri ilə açıq şəkildə bəyan etdiyi kimi, hz. Mehdi bu birliyin başçısı olaraq bu vəzifələri yerinə yetirəcəkdir.
Bədiüzzaman, hz. Mehdinin “bir və ya iki vəzifəsi deyil, tam olaraq ÜÇ BÖYÜK VƏZİFƏSİ OLACAĞINI” bildirir. Bədiüzzaman, hz. Mehdinin təmsil etdiyi camaatla birlikdə bu üç vəzifənin üçünü də yerinə yetirməsindən bəhs etmişdir. Bədiüzzaman bunu, hz. Mehdini özündən əvvəl gələn mücəddidlərdən fərqləndirən və təqdim edən ən əhəmiyyətli əlamətlərindən olduğunu bildirmişdir.
Bu üç böyük məsuliyyət digər islam alimlərinin dövründə tam olaraq yerinə yetirilməmişdir. Bədiüzzaman əsərlərində hz. Mehdidən əvvəl gələn mücəddidlərin, onun üç vəzifəsindən təkcə birini yerinə yetirdiklərini demişdir. Ancaq Axırzamanda gələcək hz. Mehdinin hər üç vəzifəni də eyni anda yerinə yetirəcəyini və bu xüsusiyyətinə görə də Axırzamanın “Böyük Mehdisi” ü nvanını alacağını bildirmişdir.
Birincisi: FƏNN və FƏLSƏFƏNİN TƏSİRİYLƏ və MATERİALİZM, DARVİNİZM və ATEİZM XƏSTƏLİYİNİN İNSANLAR ARASINDA YAYILMASIYLA, HƏR ŞEYDƏN ƏVVƏL FƏLSƏFƏNİ və MATERİALİZM, DARVİNİZM və ATEİZM KİMİ ALLAHI İNKAR EDƏN DİNSİZ CƏRƏYANLARI TAM SUSDURACAQ TƏRZDƏ imanı qorumaqdır. Əhli imanı, yəni iman edənləri azğınlıqdan qorumaqdır... (Emirdağ Lahikası, səh. 259)
Bədiüzzaman bu sözündə, hz. Mehdinin üç böyük vəzifəsindən birincisini izah edir. Buna görə də hz. Mehdinin birinci vəzifəsi, “materialist və ateist fəlsəfələri tamamilə susduracaq bir tərzdə insanların iman etmələrinə vəsilə olmaq”dır:
Bədiüzzaman bu sözlərində, fənn və fəlsəfənin təsiriylə materializm, darvinizm və ateizm kimi Allahı inkar edən dinsiz cərəyanların insanlar arasında yayıldığına diqqət çəkmişdir. Bədiüzzaman bu cərəyanların təsirsiz hala gətirilərək tam olaraq susdurulmasının və insanların imanının xilas edilməsinin hz. Mehdinin birinci vəzifəsi olduğunu ifadə etmişdir.
Bədiüzzaman burada hz. Mehdinin birinci vəzifəsiylə əlaqədar olaraq “fənn və fəlsəfə”nin təsirinə xüsusilə diqqət çəkir. Elm və fəlsəfə, iman şüuru ilə yaxınlaşan insanların dünyagörüşüylə hərəkət edildiyi vaxt, böyük sıçrayışlara, Allahın varlığının və sifətlərinin daha yaxşı başa düşülməsinə səbəb olar. Elmin, materializmin tərəfdarları tərəfindən insanlar üzərində yaradılan səhv istiqamətləndirmələrini, Bədiüzzamanın da ifadə etdiyi kimi hz. Mehdi aradan qaldıracaqdır. Axırzamanda texnologiyanın sürətlə inkişaf etməsi nəticəsində bir çox elm sahəsində irəliləyişlər olacaqdır. Allahın varlığının dəlilləri, yer üzündəki iman həqiqətləri elmi dəlilləriylə açıq şəkildə məlum olacaqdır. Hz. Mehdi bu həqiqətləri insanlara ən təsirli üsullarla çatdıracaq və bu mövzuda dünya səviyyəsində bir nəticə əldə edəcəkdir. Məsih Dəccalın Axırzaman fitnəsi belə güclü üsullarla yox ediləcəkdir.
Materializm və ateizm, insanlara böyük fəlakətlər gətirən azğın cərəyanlardır. Darvinizm, materializm və ateizmə fikri əsas meydana gətirər. Darvinizm kainatın və canlıların kor təsadüflər nəticəsində öz-özünə həyatı meydana gətirdiklərini iddia edir. Son 150 ilin ən böyük yalanı olan bu cərəyanın fikri olaraq tamamilə susdurulması dövrümüzə qədər mümkün olmamışdır. Darvinizm, müasir elmin son tapıntıları və inkişaf edən texnologiya vəsiləsiylə hz. Mehdi dövründə tamamilə aradan qalxacaqdır. Bəşər tarixinin yaşadığı bu ən şiddətli fitnənin fikri olaraq susdurulması hz. Mehdi dövründə reallaşdırılacaqdır.
Bədiüzzaman bu sözlərində hz. Mehdinin, “MATERİALİZM, DARVİNİZM və ATEİZM KİMİ ALLAHI İNKAR EDƏN CƏRƏYANLARI TAM SUSDURACAQ TƏRZDƏ” bir fəaliyyət göstərməklə insanların imanlarının xilas olmasına vəsilə olacağını ifadə etmişdir. Bədiüzzaman, Axırzamanda ateist fəlsəfələrin bir təhlükəyə çevriləcəyini xüsusilə darvinist, materialist fəlsəfələrin ateizmin hesabına güclənəklərini və Allahın varlığını inkar edəcək təhlükəli bir hala gələcəklərini ifadə etmişdir. Buna görə də hz. Mehdinin birinci vəzifəsinin, materializm fikrini, yəni Allahı inkar etmək üzərində qurulmuş materialist, Darvinist və ateist fəlsəfələrlə mübarizə aparmaq və bu fəlsəfələrin insanlar üzərindəki təsirini tam mənasıyla aradan qaldırmaq olacağını ifadə etmişdir. Bədiüzzamanın burada istifadə etdiyi “TAM SUSDURACAQ TƏRZDƏ” ifadəsi çox əhəmiyyətlidir. Məlum olduğu kimi materializmin həm Türkiyədə, həm də dünyada güclənməsi Bədiüzzamanın dövründə, həmçinin vəfatından yəni 1960-cı illərdən sonra da dövrümüzə qədər davam etmişdir. Televiziya və radio kanallarının inkişafıyla, yazılı mətbuatın da dəstəyiylə təsirləri getdikcə çoxalmışdır. Yəni, Bədiüzzamanın vəfatından sonra da materializm təbliğatı genişlənərək 21-ci əsrə qədər gəlib çatmışdır.
Buna görə də özünün də ifadə etdiyi kimi, Bədiüzzamanın dövründə bu mövzuda bir nəticə əldə edilməmişdir. Bədiüzzaman bu sözündə istifadə etdiyi “TAM SUSDURACAQ TƏRZDƏ” ifadəsiylə bu həqiqətə diqqət çəkmişdir. Materializm, ateizm və darvinizmin tənəzzülü ilə yanaşı insanların imanını xilas etmək vəzifəsi dünya səviyyəsində hz. Mehdiyə verilmişdir. Bədiüzzamanın şəxsən başladığı, ancaq tamamilə sona çatdırmadığı bu cərəyanla olan fikri mübarizəsi, hz. Mehdi vəsiləsi ilə davam edəcək və nəticə əldə olunacaqdır.
Bədiüzzaman da “TAM SUSDURACAQ” ifadəsiylə, ancaq hz. Mehdinin bu mübarizədə “tam bir üstünlük təmin edəcəyinə” işarə edir.
İkinci vəzifəsi: PEYĞƏMBƏRİMİZ (s.ə.v)-İN XƏLİFƏSİ ÜNVANI İLƏ İSLAM ƏXLAQININ ƏSASLARINI YENİDƏN DİRÇƏLTMƏKDİR. İSLAM ALƏMİNİN BİRLİYİNƏ SÖYKƏNƏRƏK İNSANLARI maddi və mənəvi təhlükələrdən və Allahın əzabından xilas etməkdir. Bu vəzifənin, dayaq nöqtəsi və qulluqçuları, MİLYONLARLA FƏRDLƏRİ OLAN ORDULARDIR. (Emirdağ Lahikası, səh. 259)
Bədiüzzamanın bu şərhlərinə görə hz. Mehdi, hal-hazırda müxtəlif qruplar halında dağınıq vəziyyətdə olan müsəlmanları birləşdirəcək, İslam əxlaqını və fəzilətini, Peyğəmbərimiz (s.ə.v)-in həqiqi sünnəsini dirçəldəcəkdir. İslam aləminin birliyini yaradacaq, bu vəsiləylə insanları maddi və mənəvi təhlükələrdən xilas edəcək və insanların Allahın qəzəbindən çəkinmələrinə vəsilə olacaqdır:
Bədiüzzaman, “PEYĞƏMBƏRİMİZ (s.ə.v)-İN XƏLİFƏSİ ÜNVANI İLƏ” deməklə hz. Mehdinin İslam dünyasının lideri olacağını xəbər verir. Hz. Mehdinin, “İSLAM BİRLİYİNİN LİDERİ OLMAQLA YANAŞI İslamiyyəti yenidən dirçəltməsi, sayı milyonlara çatan bir birliyin maddi və mənəvi gücü ilə hərəkət edərək bütün yer üzündə İslam birliyini təmin etməsi” xüsusiyyətləri, nə Bədiüzzamanın, nə də ondan əvvəlki mücəddidlərin dövründə reallaşmışdır. Bədiüzzaman Səid Nursi, yaşadığı müddət ərzində İslam dünyası və müsəlmanlar adına tayı bərabəri olmayan xidmətlər göstərmiş, xeyli insanın doğru yolu tapmasına, Allaha yaxınlaşmasına və imanının dərinləşməsinə vəsilə olmuşdur. Vəfatından sonra da müsəlmanlar üçün əhəmiyyətli bir hidayət rəhbəri olan hikmət dolu əsərlər qoyub getmiş, üstün elm və fərasəti ilə bütün müsəlmanlara işıq tutmuşdur. Böyük mütəfəkkir olan Bədiüzzaman 13-cü əsrin mücəddididir. Ancaq özünün də Peyğəmbərimiz (s.ə.v)-in hədisləri ilə izah etdiyi kimi, “BÜTÜN MÜSƏLMANLARIN LİDERİ” xüsusiyyətini daşımasından söhbət getməmişdir. Allahın izni ilə bütün İslam aləmi üçün böyük müjdələri özündə cəmləşdirən bu hadisələr, Axırzamanda hz. Mehdi vəsiləsiylə yaşanacaq və bu ünvanı da hz. Mehdi daşıyacaqdır. Bədiüzzaman, bu mövzunu bütün bu dəlilləriylə bərabər izah edərək, özünün Axırzaman Mehdisi olmadığını açıq bir şəkildə ifadə etmişdir.
Bu gün dünyada 1 milyarddan çox müsəlman yaşayır. Dünyada ilk dəfə olaraq müsəlmanların sayı bu qədər çoxalmışdır. Belə böyük bir kütləyə liderlik etmək tarixən heç kimə nəsib olmamışdır. Bədiüzzamanın da müjdələdiyi kimi, bu şərəfli xüsusiyyəti Allahın izni ilə Axırzamanın “Böyük Mehdisi” daşıyacaqdır.
Bədiüzzaman “İSLAM ƏXLAQININ ƏSASLARINI YENİDƏN DİRÇƏLTMƏKDİR” sözləriylə, hz. Mehdinin ikinci vəzifəsinin İslam əxlaqının əsaslarını yenidən dirçəltmək olduğunu ifadə etmişdir. Bədiüzzamanın burada istifadə etdiyi “DİRÇƏLTMƏK” sözü çox əhəmiyyətlidir. Bu söz “yenidən həyata qaytarmaq” mənasındadır. Hz. Mehdi İslam əxlaqının dünya səviyyəsində yaşanmasına vəsilə olacaqdır. Bədiüzzaman bu mövzunun təməlini qoymuşdur, ancaq özünün də ifadə etdiyi kimi “yenidən həyata qaytarmaq şəklində olan bir dirçəlmə”, tam mənası ilə hz. Mehdi vəsiləsiylə yerinə yetiriləcəkdir.
Bədiüzzaman bu sözləri ilə hz. Mehdinin, əvvəllər heç bir mücəddid tərəfindən yerinə yetirilməmiş olan vəzifələrindən birinin “İSLAM BİRLİYİNİN TƏMİN EDİLMƏSİ” olduğunu xəbər verir. Məlum olduğu kimi bu birlik dünya müsəlmanlarının birlik halında yaşadıqları son dövlət olan Osmanlı İmperiyasının süqutundan sonra aradan qalxmışdır. Hz. Mehdi bu birliyin təkrar qurulmasına vəsilə olacaq, milyonlarla müsəlmanı bir yerə toplayacaqdır. Bədiüzzaman hz. Mehdinin bu birliyə söykənərək insanları maddi və mənəvi təhlükələrdən qoruyacağını və Allahın qəzəbindən çəkinmələrinə vəsilə olacağını bildirmişdir. Bədiüzzamanın da bəyan etdiyi kimi İslam Birliyinin təmin edilməsi və bu birliyin liderliyi ünvanının daşınması, həm Bədiüzzamanın, həm də ondan əvvəlki mücəddidlərin dövründə həmçinin indiki vaxtda da hələ ki, reallaşmamış hadisələrdir. Bədiüzzaman da bu həqiqəti bəyan etmiş, bu hadisələrin hz. Mehdinin tanınmasında ən əhəmiyyətli əlamətlərdən biri olacağını xatırlatmışdır. Bədiüzzamanın da ifadə etdiyi kimi hz. Mehdi zühur etdiyində, vəsilə olacağı bu hadisələrlə Allah onu bütün insanlara tanıdacaqdır.
Bədiüzzaman “MİLYONLARLA FƏRDLƏRİ OLAN ORDULAR” sözləri ilə, hz. Mehdinin bu birliyi təmin etməsində, ona kömək edəcək çox geniş bir kütlənin mövcud olacağından danışır. Bədiüzzaman hz. Mehdiyə xidmət edən, Allahın varlığı və birliyi mövzusunu, iman həqiqətlərini bütün insanlara izah edən, geniş əhatəli bir imani xidmət göstərən elm və iman birliklərinin mövcud olacağını bildirmişdir.
Bədiüzzaman, əsərlərində qeyd etdiyi digər sözlərində özünün də bu elm ordusunun, onlar üçün əvvəlcədən hazırlıq görən bir əsgəri olduğunu izah edir. Yaşadığı dövrdə, Bədiüzzamanın xidmətində belə geniş bir kütlənin dəstəyi və köməyinin mövcudluğundan söhbət getməmişdir. Bədiüzzamanın da sözlərində dəfələrlə ifadə etdiyi kimi, məhdud bir birlik olan Nur tələbələri çox məhdud imkanlar daxilində və çox böyük fədakarlıqlarla böyük bir iman xidməti göstəriblər. Bədiüzzaman belə böyük bir kütlənin dəstəyinin, ancaq Axırzamanda mümkün olacağını və bunun da hz. Mehdinin yerinə yetirəcəyi bu böyük vəzifəyə nəsib olacağını bildirir.
Üçüncü vəzifəsi: ...O ŞƏXS BÜTÜN İMAN EDƏNLƏRİN MƏNƏVİ KÖMƏYİ İLƏ və İSLAM BİRLİYİNİN KÖMƏKLƏŞMƏSİ İLƏ və BÜTÜN ALİMLƏRİN və VƏLİLƏRIN və xüsusilə PEYĞƏMBƏRİMİZ (s.ə.v)-İN NƏSLİNDƏN HƏR ƏSRDƏ SAYI ÇOX OLAN MİLYONLARLA İNSAN PEYĞƏMBƏR NƏSLİNDƏN OLAN FƏDAKAR KİMSƏLƏRİN İŞTİRAKLARI İLƏ O BÖYÜK VƏZİFƏNİ YERİNƏ YETİRMƏYƏ ÇALIŞAR. (Emirdağ Lahikası, səh. 260)
Bədiüzzaman bu sözündə, hz. Mehdinin üçüncü vəzifəsini izah etmişdir. Buna görə də, hz. Mehdi Quran əxlaqının tərk edildiyi bir dövrdə, insanların yenidən din əxlaqına yönəlməsinə vəsilə olacaq, İslam Birliyini yaradacaq və bu böyük vəzifələri yerinə yetirərkən özünə dəstəkçi olan bir çox saleh insan mövcud olacaqdır.
Bədiüzzaman, hz. Mehdi üçün Risalə-i Nurun çox yerində olduğu kimi, bu sözlərində də hz. Mehdi üçün “O ŞƏXS” ifadəsini işlətmişdir. Bədiüzzaman, həm “O”, həm də “ŞƏXS” ifadəsiylə hz. Mehdinin bir birlik və ya mənəvi bir adam deyil, bir “ŞƏXS” olduğunu aydın şəkildə ifadə etmişdir.
Böyük elm və hikmət sahibi olan Bədiüzzaman, şübhəsiz ki, bu bəyanları da müəyyən bir hikmətlə edir və bütün müsəlmanları hz. Mehdinin “BİR ŞƏXS” olduğu mövzusunda ən doğru şəkildə məlumatlandırır.
Bədiüzzaman, hz. Mehdinin üçüncü vəzifəsini çox əhəmiyyətli və geniş kütlələrin dəstəyi ilə reallaşdıracağını bildirmişdir. Bədiüzzaman “BÜTÜN İMAN EDƏNLƏRİN MƏNƏVİ DƏSTƏKLƏRİ” sözləriylə, “BÜTÜN MÜSƏLMANLARIN” ittifaq halında əmələ gətirəcəkləri birliyin hz. Mehdinin bu vəzifədəki köməkçiləri olacağını bildirmişdir.
Hz. Mehdi və köməkçiləri güclərini Allah sevgisindən, imanın şövqündən alan cəsur insanlar olacaqdır. İmanlarının nuru bütün dünyanın aydınlanmasına səbəb olacaqdır. Bütün müsəlmanların daxil olacağı belə geniş əhatəli bir ittifaqın dəstəyi, Bədiüzzamanın dövründə reallaşmamışdır. Bədiüzzamanın da müjdələdiyi kimi, bu geniş kütlənin mənəvi köməkləri, ancaq Axırzamanda hz. Mehdi ilə birlikdə meydana gələcək və onun üçüncü vəzifəsinin həyata keçirilməsində böyük rol oynayacaqdır.
Bədiüzzaman “İSLAM BİRLİYİNİN KÖMƏKLƏŞMƏSİ İLƏ” deməklə, hz. Mehdinin üçüncü vəzifəsini “İSLAM BİRLİYİNİN KÖMƏKLƏŞMƏSİ İLƏ” yerinə yetirəcəyini bildirmişdir. Belə bir birlik Bədiüzzamanın yaşadığı dövrdə hələ meydana gəlməmiş, buna görə də böyük bir ittifaqın köməyindən də söhbət getməmişdir. Bədiüzzaman İslam birliyinin bu köməkləşməsinin hz. Mehdi dövründə reallaşacağını və onun üçüncü vəzifəsində ona böyük bir köməklik göstərəcəyini ifadə etmişdir.
Bədiüzzaman hz. Mehdinin bu üçüncü vəzifəsindəki digər bir dəstəyin də “BÜTÜN ALİM və VƏLİLƏRİN İŞTİRAKLARI İLƏ” reallaşacağını bildirmişdir. Hz. Mehdinin zühuru 1400 ildir ki, bütün İslam alimləri və iman sahibləri tərəfindən böyük bir həyəcanla gözlənilir. Şübhəsiz ki, bütün alimlərin və vəlilərin iştirakının təmin olunacağı belə bir böyük dəstək, hz. Mehdinin mübarizəsində və bu vəzifəsini yerinə yetirməsində əhəmiyyətli bir rol oynayacaq və ona böyük bir asanlıq bəxş edəcəkdir. Diqqət yetirsək Bədiüzzaman burada “BÜTÜN” sözündən istifadə etmiş və hz. Mehdini “alimlərin hamısının birdən” dəstəkləyəcəyini bildirmişdir. İslam alimlərinin belə böyük bir ittifaq halında dəstək vermələri Bədiüzzamanın yaşadığı dövrdə reallaşmamışdır. Bədiüzzaman bu iştirakın ancaq hz. Mehdinin yerinə yetirəcəyi bu vəzifə ilə birlikdə reallaşacağını xatırlatmışdır.
Bədiüzzaman bu sözü ilə, hz. Mehdinin Peyğəmbərimiz (s.ə.v)-in mübarək nəslindən olan biri olacağına, ona dəstək verənlərin arasında Əhli-beytdən, yəni Peyğəmbər nəslindən gələn kəslərin iştirak edəcəyinə diqqət çəkmişdir. Bədiüzzaman, bütün müsəlmanlar, İslam alimləri və övliyalar ilə birlikdə “sayı milyonlarla olan fədakar kimsələrin də hz. Mehdinin yanında iştirak edəcəyini və bu müqəddəs şəxsə dəstək verəcəklərini” bildirmişdir. Hz. Mehdinin üçüncü vəzifəsindəki digər köməkçilərində olduğu kimi, belə bir dəstək də əvvəllər nə Bədiüzzamanın dövründə, nə də ondan əvvəlki mücəddidlərin dövründə reallaşmamışdır. Bədiüzzamanın izah etdiyi kimi, “PEYĞƏMBƏRİMİZ (s.ə.v)-İN NƏSLİNDƏN OLAN MİLYONLARLA İNSANIN İŞTİRAKI İLƏ” ancaq hz. Mehdi dövründə reallaşacaqdır.
Bədiüzzaman “O BÖYÜK VƏZİFƏNİ YERİNƏ YETİRMƏYƏ ÇALIŞAR” deməklə, “hz. Mehdinin bir şəxsi mənəvi deyil, “BİR İNSAN OLARAQ FƏALİYYƏT GÖSTƏRƏCƏYİNİ” ifadə etmişdir. Çünki bir şəxsi mənəvinin bir vəzifəni “yerinə yetirməyə çalışması” mümkün deyildir. Belə bir cəhd ancaq bir insanın reallaşdıra biləcəyi bir davranışdır. Bədiüzzaman da bu həqiqəti bəyan edərək hz. Mehdinin bir şəxs olduğunu ifadə etmişdir.
Bədiüzzaman sözlərində həmçinin hz. Mehdinin yerinə yetirəcəyi xidməti “BÖYÜK VƏZİFƏ” olaraq xarakterizə etmişdir. Bədiüzzamanın bu ifadəsinə görə hz. Mehdinin göstərəcəyi xidmətlər, özündən əvvəlki dövrlərdə gələn mücəddidlərin vəzifələrindən fərqli olaraq, “ÇOX GENİŞ ƏHATƏLİ” fəaliyyətlərdir. Hz. Mehdi İslam əxlaqını dünya səviyyəsində hakim edəcək, İslam dünyasını bir yerə toplayacaq və bütün müsəlmanların liderliyini boynuna götürəcəkdir. Bədiüzzamanın “BÖYÜK VƏZİFƏNİ” deməklə bəyan etdiyi bu hadisələr hz. Mehdinin tanınmasını təmin edəcək ən əhəmiyyətli əlamətlərindən olacaqdır.
Hərçənd ki, HƏR ƏSRDƏ HİDAYƏT VERƏN, BİR CÜR MEHDİ və MÜCƏDDİD GƏLƏR və GƏLMİŞDİR. Lakin HƏR BİRİ ÜÇ VƏZİFƏLƏRDƏN BİRİNİ BİR BAXIMDAN YERİNƏ YETİRMƏSİ SƏBƏBİYLƏ AXIRZAMANIN BÖYÜK MEHDİSİ ÜNVANINA SAHİB OLMAMIŞLAR. (Emirdağ Lahikası, səh. 260)
Bədiüzzaman bu sözündə, Quran əxlaqını dünyada hakim etmək məqsədiylə əvvəlki əsrlərdə də bəzi müsəlman şəxslərin gəldiyini, ancaq bunların heç birinin, Axırzamanda hz. Mehdinin yerinə yetirəcəyi üç əhəmiyyətli vəzifəni eyni anda yerinə yetirmədiklərini ifadə etmişdir:
Bədiüzzaman bu sözü ilə bir neçə əhəmiyyətli mövzuya aydınlıq gətirmişdir. Bədiüzzaman əvvəlcə hz. Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə istinad edərək hər əsrin əvvəlində bir mücəddid (yeniləyici) göndəriləcəyini xəbər vermişdir. Bədiüzzaman risalələrdə hz. Mehdinin də hicri 14-cü əsrin əvvəlində gələcəyini və 14-cü və 15-cü əsrlər arasındakı mücəddid olacağını ifadə etmişdir.
Bədiüzzaman burada həmçinin, hz. Mehdinin bir şəxsi mənəvi olmadığını da izah etmişdir. Peyğəmbərimiz (s.ə.v)-dən 14-cü əsrə qədər gələn bütün mücəddidlər bir “ŞƏXS” olaraq gəlmişlər. 14-cü əsrdə bu vəziyyət dəyişməyəcək, hz. Mehdi də bir şəxs olaraq şəxsən öz vəzifəsini yerinə yetirəcəkdir. Bədiüzzaman “GƏLƏR və GƏLMİŞDİR” deməklə, bu davamlı təkrarlanan vəziyyəti ifadə etmiş, “GƏLƏR” sözü ilə bu adətullahın hələ də davam etdiyini ifadə etmişdir.
Bədiüzzaman bu sözüylə həmçinin əvvəlki dövrlərdə göndərilmiş olan mücəddidlər ilə hz. Mehdi arasındakı fərqi izah etmiş və hz. Mehdinin hansı xüsusiyyətləriylə bu mücəddidlərdən fərqlənəcəyini xəbər vermişdir. Bədiüzzaman əsərlərində hz. Mehdidən əvvəl gəlib-getmiş mücəddidlərin, onun üç vəzifəsindən birini yerinə yetirdiklərini və bu baxımdan “bir cür Mehdi və mücəddid vəzifəsinə sahib olduqlarını” demişdir. Ancaq Bədiüzzaman, yuxarıda bəhs etdiyi üç vəzifənin üçünü də eyni anda yerinə yetirəcək olan adamın yalnız “BÖYÜK MEHDİ” olacağını və bu xüsusiyyətiylə digər mücəddidlərdən fərqlənəcəyini ifadə etmişdir. Necə ki, Bədiüzzamanın istifadə etdiyi “MEHDİ BƏNZƏRİ” ifadəsi də bu vəziyyəti izah edir. Bədiüzzaman əvvəlki dövrlərdə gələn və hz. Mehdinin üç böyük vəzifəsindən təkcə birini yerinə yetirən kəslərin həqiqətdə Axırzamanın gözlənilən Mehdisi olmadıqlarını, bu kəsləri “bir cür Mehdi” olaraq xarakterizə edərək ifadə etmişdir.
Bədiüzzaman istifadə etdiyi “HƏR BİRİ” ifadəsiylə hz. Mehdidən əvvəl gəlmiş olan mücəddidlərin də hz. Mehdi kimi həqiqi şəxsiyyətlər olduqlarına, şəxsi mənəvi olmadıqlarına diqqət çəkir. Bu şərhdə bəhs edilən əvvəlki əsrlərdə göndərilən mücəddidlərin bir şəxs olduqları qəbul edilərkən, Bədiüzzamanın eyni şərhlərində yenə bir şəxs olacağını ifadə etdiyi “Böyük Mehdi”nin bir şəxsi mənəvi olması düşüncəsi, əlbəttə ki, ziddiyyətlidir. Bu düşüncəyə görə, Axırzaman Mehdisindən əvvəl gəlib-getmiş bütün mücəddidlərin də bir şəxsi mənəvi olması lazım idi. Ancaq belə bir şeydən söhbət getməmişdir. Necə ki, Bədiüzzaman da sözlərində bu həqiqəti izah edir. Bədiüzzamanın da müjdələdiyi kimi, Peyğəmbərimiz (s.ə.v)-in rəvayətlərindəki xüsusiyyətlərə sahib olmasıyla tanınacaq olan Böyük Mehdi Axırzamanda “BİR ŞƏXS” olaraq zühur edəcək və Allahın izni ilə Bədiüzzamanın ifadə etdiyi üç vəzifəni də eyni anda yerinə yetirəcəkdir.
Bədiüzzaman sözlərində, iki cür Mehdi olduğunu ifadə etmişdir. Bunlardan birini, “əvvəlki Mehdilər”, digərini isə Axırzamanda gələcək olan “BÖYÜK MEHDİ” olaraq adlandırmışdır. Bədiüzzaman Səid Nursi, hz. Mehdinin yerinə yetirəcəyi fəaliyyətləri saymış və bunları ondan başqa heç kimin yerinə yetirə bilməyəcəyini ifadə etmişdir. Buna görə də, bu əhəmiyyətli vəzifələrin yerinə yetrilməsinə vəsilə olan adama “BÖYÜK MEHDİ” demişdir. Bədiüzzaman əsərlərində, özü də daxil olmaqla əvvəlki dövrlərdə gəlib-getmiş, əvvəlki Mehdilər olaraq adlandırdığı mücəddidlərin bu üç vəzifəni yerinə yetirə bilmədikləri üçün Böyük Mehdi olmayacaqlarını izah etmişdir. Bədiüzzaman əsərlərində həmçinin sözü gedən kəslərin Böyük Mehdi ünvanına sahib ola bilməmələrinin başqa bir səbəbinin isə, bu kəslərin Peyğəmbərimiz (s.ə.v)-in hədislərində ifadə etdiyi xüsusiyyətlərə sahib olmadıqlarını bildirmişdir.
Həm bu ÜÇ VƏZİFƏNİN EYNİ ANDA BİR ŞƏXSDƏ YAXUD CAMAATDA İNDİKİ DÖVRDƏ TAPILMASI və MÜKƏMMƏL ŞƏKİLDƏ OLMASI və BİR-BİRİNƏ MANE OLMAMASI ÇOX UZAQ SANKİ QEYRİ-MÜMKÜN GÖRÜNÜR. Axırzamanda, PEYĞƏMBƏRİMİZ (s.ə.v)-İN NƏSLİNDƏN OLAN NURANİ CAMAATI TƏMSİL EDƏN HƏZRƏTİ MEHDİDƏ və CAMAATINDAKI ŞƏXSİ MƏNƏVİDƏ CƏMLƏŞƏ BİLƏR. (Kastamonu Lahikası, səh. 139)
Bədiüzzaman bu sözündə, hz. Mehdinin üç vəzifəsi olduğunu ifadə edir, bu üç vəzifənin eyni anda yerinə yetirilməsinin hz. Mehdinin ən əhəmiyyətli əlamətlərindən biri olduğuna diqqət çəkir. Bədiüzzaman öz yaşadığı dövrdə bu üç vəzifənin eyni anda yerinə yetirilə bilmədiyini, bunu ancaq hz. Mehdinin reallaşdıra biləcəyini deyir:
Bədiüzzaman əsərlərinin çox yerində hz. Mehdinin yerinə yetirəcəyi üç vəzifə olduğundan bəhs etmişdir. Bədiüzzaman, hz. Mehdinin ən əhəmiyyətli əlamətlərindən birinin bu üç vəzifəni eyni anda yerinə yetirməsi olduğunu ifadə edir. Bu vəzifələrin birincisi materialist, darvinist və ateist fəlsəfələrlə fikri mübarizə aparılması və bu cərəyanların fikirlə tamamilə susdurulmasıdır. İkincisi İslam dünyasının liderliyini boynuna götürməklə İslam birliyini təmin edilməsi, üçüncüsü isə Quran əxlaqının və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinin yenidən dirçəldilərək bütün dünyaya hakim edilməsidir. Axırzamanda zühur edəcək olan hz. Mehdi, bu vəzifələrin üçünü də eyni anda yerinə yetirəcəkdir. Bu əlamət, onun tanınmasını təmin edəcək və onun ən əhəmiyyətli xüsusiyyətlərindən olacaqdır.
Bədiüzzaman əsərlərində hz. Mehdinin həmçinin, “SİYASƏT MEHDİSİ, SƏLTƏNƏT MEHDİSİ və DİYANƏT MEHDİSİ” olaraq üç xüsusiyyətə eyni anda sahib olacağını və bu üç sahədə eyni anda Mehdilik edəcəyini demişdir. Bədiüzzaman, Quran əxlaqını dünyada hakim etmək məqsədiylə əvvəlki əsrlərdə də bəzi müsəlman şəxslərin gəldiyini, ancaq bunların heç birinin, Axırzamanda hz. Mehdinin yerinə yetirəcəyi üç əhəmiyyətli vəzifəni bu şəkildə eyni anda yerinə yetirmədiklərini ifadə etmişdir. Buna görə də Axırzamanın “BÖYÜK MEHDİ”si ünvanına sahib olmadıqlarını ifadə etmişdir.
Bədiüzzaman bu mənada, Risalə-i Nurun da hz. Mehdinin üç vəzifəsindən birincisi olan “imanı xilas etmək” vəzifəsini yerinə yetirdiyini demişdir. Ancaq bu xidmətin kiçik bir ərazi ilə məhdudlaşdığını, hz. Mehdinin böyük bir ərazidə olan vəzifələrini isə ancaq Böyük Mehdinin reallaşdıracağını izah etmişdir. Hz. Mehdi zühur etdiyi vaxt, hədislərdə də ifadə edildiyi kimi, Mehdiliyini iddia etməyəcək ya da bunun təbliğatını aparmayacaqdır. Hz. Mehdinin burada sayılan böyük işləri, bu müqəddəs şəxsin zühurunun ən böyük isbatı və dəlili olacaqdır.
Bədiüzzaman, hz. Mehdinin “ÜÇ VƏZİFƏNİ EYNİ ANDA” yerinə yetirəcəyini ifadə etdiyi bu sözüylə mövzunun əhəmiyyətini yenidən xatırladır. Özü də daxil olmaqla, əvvəlki mücəddidlərdən heç birinin bunların üçünü də eyni anda reallaşdırmadığına diqqət çəkərək, hz. Mehdinin o dövrdə hələ zühur etməmiş olduğunu xəbər verir.
Bədiüzzaman, “İNDİKİ DÖVRDƏ” deməklə öz yaşadığı dövrdən bəhs edir. və öz dövründə, hz. Mehdinin yerinə yetirəcəyi üç vəzifəni tək bir şəxsin eyni anda yerinə yetirməsinin və bu üç vəzifənin bir-birinə maneə olmamısının mümkün olmadığını deyir. Bədiüzzaman bu qənaətinin nə qədər güclü olduğunu “ÇOX UZAQ” və “SANKİ QEYRİ-MÜMKÜN GÖRÜNÜR” sözləriylə aydın şəkildə ifadə etmişdir. Bu da, hz. Mehdinin Bədiüzzamanın yaşadığı dövrdə zühur etmədiyini göstərən başqa bir əhəmiyyətli dəlildir. Bədiüzzamanın yaşadığı dövrdə, üç vəzifənin də eyni anda yerinə yetrilməsinə şərait olmamışdır. Bədiüzzaman ancaq özündən bir əsr sonra zühur edəcək olan Böyük Mehdinin bu vəzifələrin hamısını yerinə yetirəcəyini xəbər verir.
Bədiüzzaman, əsərlərində dəfələrlə hz. Mehdinin hədislərdə bildirildiyinə görə “seyid” yəni “Peyğəmbərimiz (s.ə.v)-in nəslindən gələn bir kimsə” olacağını, “özünün isə seyid olmadığını” ifadə etmişdir. Bədiüzzaman bu sözündə də bu mövzuya dəfələrlə aydınlıq gətirir, “PEYĞƏMBƏRİMİZ (s.ə.v)-İN NƏSLİNDƏN OLAN NURANİ CAMAATI TƏMSİL EDƏN” deməklə, hz. Mehdinin “Peyğəmbərimiz (s.ə.v)-in mübarək nəslindən” gələn biri olacağına diqqət çəkir. Bədiüzzaman, hz. Mehdinin bu əhəmiyyətli əlamətlərindən birini xatırladaraq özünün hz. Mehdi olmadığını ifadə edir.
Bədiüzzaman burada çox əhəmiyyətli bir həqiqəti izah edir. Bu həqiqət, hz. Mehdinin mənəvi bir adam deyil, bir şəxs olacağını göstərməkdən ibarətdir.
Çünki Bədiüzzaman, “Hz. Mehdi və camaatındakı şəxsi mənəvidə” deməklə hz. Mehdinin şəxsindən və onun şəxsi mənəvisini əmələ gətirən camaatından fərqli anlayışlar kimi bəhs edir. Aradakı “VƏ” sözü, “Hz. Mehdinin və camaatının iki müxtəlif varlıq olduğunu” ifadə edir. Hz. Mehdinin müqəddəs şəxsiylə yanaşı, bir də onun şəxsi mənəvisini əmələ gətirən bir camaatı olacaqdır. Hz. Mehdinin şəxsi olmadan, belə bir şəxsi mənəvidən danışmaq mümkün deyildir. Bədiüzzaman da bu həqiqəti ifadə edir və hz. Mehdinin bir şəxs olacağını müjdələyir.
Bədiüzzamanın izah etdiyi üç böyük vəzifə ancaq Axırzamanda zühur edəcək olan hz. Mehdinin yerinə yetirə biləcəyi vəzifələrdir. Bədiüzzaman, burada istifadə etdiyi “ANCAQ” sözüylə başqa bir insanın bu vəzifələri bacarmasının Allahın diləməsiylə “QEYRİ-MÜMKÜN” olduğunu ifadə etmişdir. Çünki Allah bu vəzifələri yalnız hz. Mehdinin yerinə yetirə bilməsini təqdir etmişdir. Hz. Mehdi də taleyində belə təqdir edildiyi üçün bu vəzifələri Allahın izni ilə müvəffəqiyyətlə yerinə yetirəcəkdir. İslam tarixində hələ bunu bacaran bir kimsə ya da birlik görülmədiyi kimi Bədiüzzaman öz yaşadığı dövrdə də bu vəziyyətin reallaşmadığını bəyan edir.
BÖYÜK MEHDİNİN VƏZİFƏLƏRİ ÇOXDUR EYNİLƏ SİYASƏT ALƏMİNDƏ, DİYANƏT ALƏMİNDƏ, SƏLTƏNƏT ALƏMİNDƏ, MÜBARİZƏ ALƏMİNDƏ və BİR ÇOX SAHƏLƏRDƏ İŞLƏRİ OLDUĞU KİMİ... (Şualar, səh. 590)
Bədiüzzaman, Axırzamanda zühur edəcək olan hz. Mehdinin;
- Siyasət,
- Diyanət,
- Səltənət
sahələrində böyük vəzifələri olacağını bildirir, ancaq bu vəzifələrin hamısını eyni anda tamamilə yerinə yetirən adamın hz. Mehdi ola biləcəyini ifadə edir:
Bədiüzzaman “Böyük Mehdi”nin, əvvəlki Mehdilər olaraq adlandırdığı kəslərdən ən əhəmiyyətli fərqlərindən birinin, onun yerinə yetirəcəyi “böyük vəzifələr” olduğunu bildirmişdir. Bədiüzzaman “VƏZİFƏLƏRİ ÇOXDUR” deyərək, yerinə yetirəcəyi bu vəzifələrin hz. Mehdini insanlara tanıdacaq əhəmiyyətli bir əlamət olduğunu bəyan edir. Bədiüzzaman, bu vəzifələrin hamısının eyni anda yerinə yetrilmədiyi təqdirdə isə, heç kimin hz. Mehdi olmasının mümkün ola bilməyəcəyini xatırladır.
Bədiüzzaman bu sözlərində “VƏZİFƏLƏRİ ÇOXDUR” deməklə hz. Mehdinin bu vəzifələrinin nələr olduğunu izah edir. Hz. Mehdinin, “SİYASƏT MEHDİSİ, SƏLTƏNƏT MEHDİSİ və DİYANƏT MEHDİSİ olaraq bu üç xüsusiyyətə eyni anda sahib olacağını və bu üç sahədə eyni anda Mehdilik edəcəyini” deyir. Diqqət yetirsək Bədiüzzamanın bu vəzifələri “üç müxtəlif adam”ın yerinə yetirəcəyindən bəhs etmədiyini görərik. Əksinə hz. Mehdinin bu “ÜÇ MÖVZUDA EYNİ ANDA” möminlərin liderliyini boynuna götürəcəyini ifadə etmişdir. Həmçinin bu sözləriylə, “Mehdiliyin üç vəzifəsindən, təkcə birinin yerinə yetirilməsinin Mehdilik üçün kafi olacağını deməyin də” səhv olduğunu bəyan edir.
Bədiüzzaman verdiyi bu məlumatlarla, hz. Mehdinin çox geniş imkanlara sahib olacağını və bu vəzifələrin tamamilə yerinə yetirilməsinin bu üç sahədə eyni anda güc sahibi olmaqla reallaşdırılacağını izah edir. BİR ÇOX SAHƏLƏRDƏ İŞLƏRİ OLDUĞU KİMİ” deməklə isə, hz. Mehdinin bu “fəaliyyətlərinin və təsir sahəsinin genişliyini” ifadə edir. Bədiüzzaman yaşadığı müddət ərzində çox böyük bir iman xidməti yerinə yetirmiş ancaq bu üç sahədə eyni anda imkan və səlahiyyətlərə sahib olmamışdır. Əksinə öz ömrünü əsarət, maddi çətinliklər və problemlər altında keçirmişdir. Müxtəlif haqsızlıqlara və əziyyətlərə məruz qalmış, həyatının böyük bir hissəsini həbsxanada və sürgün şəraitində keçirmişdir. Şübhəsiz ki, əgər Bədiüzzaman Mehdi olub, diyanət, səltənət və siyasət sahələrindəki üç vəzifəni yerinə yetirmiş olsaydı, belə bir vəziyyətdən söhbət getməzdi. Buna görə də Bədiüzzaman, hz. Mehdi haqqında verdiyi bu məlumatla özünün hz. Mehdi ola bilməyəcəyini şəxsən öz sözləriylə yenidən dəlilləndirmişdir.
Bədiüzzaman həmçinin bu sözləriylə hz. Mehdinin “lider xüsusiyyətlərini daşıyan üstün BİR ŞƏXS” olduğuna yenidən diqqət çəkmişdir. Bədiüzzamanın saydığı vəzifələrin hər biri ancaq “BİR İNSAN”ın boynuna götürə biləcəyi məsuliyyətlərdir. “MEHDİ” sözü, “HİDAYƏTƏ ÇATAN və HİDAYƏTƏ YÖNƏLDƏN” mənasındadır. Bədiüzzaman hz. Mehdinin “DİYANƏT”, “SİYASƏT” və “SƏLTƏNƏT” sahəsində bu “MEHDİLİK XÜSUSİYYƏTİNİ” daşımaqla boynuna böyük məsuliyyətlər götürəcəyini ifadə edir. Bir şəxsi mənəvinin diyanət, siyasət və səltənət mövzularında səlahiyyət sahibi olması; bu sahələrdə insanların məsuliyyətlərini boynuna götürərək ədaləti təmin etməsi heç cür mümkün deyildir. Bütün bu məsuliyyətlərin yerinə yetirilməsi Bədiüzzamanın da ifadə etdiyi kimi, “HİDAYƏTƏ ÇATMIŞ BİR İNSANIN”, “iman, ağıl və vicdandan istifadə edərək yerinə yetirə biləcəyi vəzifələr”dir. Bədiüzzaman da sözləriylə bu həqiqəti bəyan etmiş, hz. Mehdinin bir şəxsi mənəvi ola bilməyəcəyini ifadə etmişdir.
“BÖYÜK MEHDİ”NİN DÖRD ƏHƏMİYYƏTLİ VƏZİFƏSİNİN və DAHA ƏVVƏL GƏLİB-GETMİŞ KİÇİK MEHDİLƏRİN “BÖYÜK MEHDİ”NİN MÜƏYYƏN VƏZİFƏLƏRİNİ BİR İSTİQAMƏTDƏ YERİNƏ YETİRDİKLƏRİNİ və PEYĞƏMBƏRİMİZ (s.ə.v)-İN YOLUNU, QURAN ƏXLAQINI və QURAN ƏXLAQININ ƏSASLARINI, HƏQİQƏTLƏRİNİ və PEYĞƏMBƏRİMİZ (s.ə.v)-İN SÜNNƏSİNİ YENİDƏN DİRÇƏLDİB, HAMIYA EŞİTDİRƏRƏK və TƏTBİQ EDƏRƏK, BAŞ KOMANDİRLƏRİ OLAN “BÖYÜK MEHDİ”NİN UCA ƏDALƏTİNİ və HAQDAN və DOĞRULUQDAN AYRILMAMAĞINI DÜNYAYA GÖSTƏRMƏLƏRİ çox məqbul olmaqla yanaşı, çox lazım və zəruri, həmçinin cəmiyyət həyatına aid qaydaların gərəyidir. (Şüalar, səh. 456)
Bədiüzzaman, hz. Mehdinin İslam əxlaqını yenidən yaşanacaq bir hala gətirəcəyini, Peyğəmbərimiz (s.ə.v)-in sünnəsiylə hərəkət edəcəyini, üstün bir ədalət anlayışına sahib olacağını izah edir:
Bədiüzzaman yuxarıdakı sözlərində, iki cür Mehdi olduğunu bildirmişdir. Bunlardan birini “kiçik Mehdilər” olaraq adlandırmış, digərinin isə Axırzamanda zühur edəcək olan “BÖYÜK MEHDİ” olduğunu ifadə etmişdir. Bədiüzzaman “BÖYÜK MEHDİ”nin çox aydın şəkildə görünən və təqlid edilməsi mümkün olmayan bəzi əlamətlərinin olduğunu ifadə etmişdir. Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinin yenidən dirçəldilməsi və İslam əxlaqının bütün dünyada hakim olması, bütün müsəlmanlar arasında İslam Birliyinin yaradılması, xristianlarla müsəlmanların ittifaqının təmin edilməsi, hz. Mehdinin rədd edilməsi mümkün olmayan əlamətlərindəndir. Bədiüzzaman, “kiçik Mehdi” olaraq bəhs etdiyi, əvvəlki əsrlərdə gəlib-getmiş müsəlman şəxslərin hz. Mehdinin yerinə yetirəcəyi xidmətlərdən bəzilərini bir istiqamətdə yerinə yetirdiklərini, ancaq bunların heç birinin bu vəzifələrin hamısını eyni anda yerinə yetirmədiklərini ifadə etmişdir. Bədiüzzaman bu sözləri ilə, Axırzamanda zühur etməsi gözlənilən “Böyük Mehdi”nin, keçmişdə göndərilən müsəlman şəxslərlə qarışdırılmamasının lazım olduğunu; “Böyük Mehdi”nin ancaq sayılan bütün vəzifələrini eyni anda yerinə yetirməsi ilə tanınacağını” xatırlatmışdır. Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinin yenidən dirçəldilərək İslam əxlaqının bütün dünyaya hakim olması, İslam Birliyinin yaradılması, xristian və müsəlman ittifaqının təmin edilməsi nə Bədiüzzamanın yaşadığı dövrdə, nə də ondan əvvəlki dövrlərdə yerinə yetirilməmiş hadisələrdir. Bədiüzzaman da bu həqiqətə diqqət çəkərək hz. Mehdinin özündən sonrakı bir dövrdə zühur edəcəyini və bu mübarək insanın, keçmişdə İslama xidmət edən digər müsəlman şəxslərdən bu əlamətləri ilə seçiləcəyini ifadə etmişdir. Bundan əlavə Bədiüzzaman bu şərhləriylə “hz. Mehdinin BİR ŞƏXS olduğunu” da yenidən bəyan etmişdir. Axırzamanın “Böyük Mehdi”sindən əvvəl gəlib-getmiş bütün İslam ağsaqqalları, mücəddidlər və Bədiüzzamanın “kiçik Mehdi” olaraq adlandırdığı kəslər həmişə bir şəxs olublar. Bədiüzzaman, Allahın bu adətullahının Axırzamanda da dəyişməyəcəyinə və “BÖYÜK MEHDİ”nin də yenə “BİR ŞƏXS” olacağına diqqət çəkmişdir.
Bədiüzzaman “PEYĞƏMBƏRİMİZ (s.ə.v)-İN YOLUNU, QURAN ƏXLAQINI və QURAN ƏXLAQININ ƏSASLARINI, HƏQİQƏTLƏRİNİ və PEYĞƏMBƏRİMİZ (s.ə.v)-İN SÜNNƏSİNİ” deməklə, bir çox hədisdə də bildirildiyi kimi, hz. Mehdinin Axırzamanda Peyğəmbərimiz (s.ə.v)-in sünnəsi ilə hərəkət edəcəyini və dini, bidətlərdən təmizləyəcəyini və İslam dinini əslinə qaytaracağını bildirir. Peyğəmbərimiz (s.ə.v)-in bu mövzunu xəbər verən hədislərindən bəziləri belədir:
Hz. Mehdi heç bir bidəti sağ saxlamayacaq. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 43)
Mehdi yox edilməyən bidət saxlamayacaqdır. Axırzamanda eyni Peyğəmbər (s.ə.v) kimi dinin zərurətlərini yerinə yetirəcəkdir. (Kıyamet Alametleri, səh. 163)
Hz. Mehdi İslam dinini, Əsri-Səadət olaraq adlandırılan Peyğəmbərimiz (s.ə.v)-in dövründə yaşanan və Quranda bildirilən əslinə qaytaracaqdır. Bu vəzifə İslam tarixində digər İslam alimlərinə nəsib olmamış, bu günə qədər belə bir vəziyyət reallaşmamışdır. Bədiüzzaman da bu şərhiylə, İslam dinini əslinə qaytarmaq vəzifəsinin ancaq hz. Mehdiyə nəsib olacağını və bunun hz. Mehdinin tanınmasını təmin edəcək ən əhəmiyyətli əlamətlərdən biri olacağını xatırlatmışdır.
Bədiüzzaman bu sözlərində hz. Mehdinin tutacağı yolu yolu izah edir, insanları haqq dinə dəvət edərkən istifadə ediləcək üsulları izah edir:
Bədiüzzamanın burada istifadə etdiyi “ƏHYA” sözünün mənası “YENİDƏN DİRÇƏLTMƏKDİR”dir. Bədiüzzamanın da ifadə etdiyi kimi, hz. Mehdi Axırzamanda Qurandan uzaqlaşmış olan insanların yenidən Quran əxlaqına görə yaşamalarına vəsilə olacaqdır.
“ELAN” sözünün mənası isə, “HƏR KƏSƏ EŞİTDİRMƏK”dir. Bədiüzzamanın şərhlərinə görə hz. Mehdi, Quran həqiqətlərini və Quran əxlaqını hər kəsin görəcəyi, əldə edəcəyi şəkildə çatdıracaqdır. Kütləvi informasiya vasitələrindən və texnologiyandan çox yaxşı istifadə edəcəyi aydınlaşan hz. Mehdi, İslam həqiqətlərini çox müxtəlif və hikmətli üsullardan istifadə edərək bütün dünyaya aydın şəkildə göstərəcək və elan edəcəkdir.
“İCRA” sözünün mənası da, “TƏTBİQ ETMƏK”dir. Bədiüzzaman bu sözləriylə də hz. Mehdinin, Quran əxlaqını bütün dünyada hakim edəcəyini və bütün cəmiyyətlərdə yaşanan hala gətirəcəyini ifadə edir.
Bədiüzzamanın burada hz. Mehdinin fəaliyyəti haqqında yerinə yetirdiyi geniş əhatəli xidmətlər, bütün dünyanın gözləri qarşısında reallaşacaq hadisələrdir deyir. Bədiüzzaman bunlardan heç birinin özü həyatda olarkən reallaşdığına diqqət çəkir, ancaq bu əlamətlərin reallaşmasına vəsilə olacaq adamın hz. Mehdi ola biləcəyini bildirir.
Bədiüzzaman diqqət çəkdiyi bu əhəmiyyətli mövzuyla yanaşı, hz. Mehdinin bir şəxsi mənəvi olmadığını da bəyan edir. Bədiüzzaman, İslam dininin əsaslarını, Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini “ƏHYA, ELAN və İCRA EDƏCƏK BİR ŞƏXSİN” mövcudluğundan danışır. Bütün bu işlər “iman, ağıl və vicdan sahibi müqəddəs BİR ŞƏXSİN yerinə yetirə biləcəyi” vəzifələrdir. Buna görə də Bədiüzzaman bu şərhləriylə “HZ. MEHDİNİN BİR ŞƏXSİ MƏNƏVİ OLA BİLMƏYƏCƏYİ” mövzusunda da qəti bir dəlil daha irəli sürür.
Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən bir çox hədisdə hz. Mehdi dövründə yer üzünün ədalətlə dolacağı xəbər verilir:
Qiyamətin qopması üçün vaxtdan sadəcə bir gündən başqa vaxt qalmamış da olsa Allah, mənim Əhli-beytimdən (nəslimdən) bir şəxsi göndərəcək, yer üzü zülmlə dolduğu kimi, o yer üzünü ədalətlə dolduracaqdır. (Sünen-i Ebu Davud, 5/92)
Mehdi məndəndir, yer üzünü zülm və işgəncə bürüdüyü kimi onu düzgünlük və ədalətlə doldurar. (Sünen-i Ebu Davud, 5/93)
Bu (Əmir) də (hz. Mehdi) insanlar yer üzünü daha əvvəl zülm ilə doldurduqları kimi, yer üzünü ədalətlə dolduracaqdır. (Sünen-i İbn-i Mace, 10/348)
Hədislərdə bildirilən, bu ədalət və dinclik mühiti çox geniş sahəli və çox bənzərsiz olacaqdır. Bədiüzzaman da “UCA ƏDALƏTİ” və “HAQDAN və DOĞRULUQDAN AYRILMAMAĞINI” deməklə, hz. Mehdinin ədalətinin ən mükəmməl səviyyədə olacağını bildirir. Bədiüzzaman hz. Mehdinin bu xüsusiyyətlərini dilə gətirərək əvvəlcə onun bir şəxsi mənəvi olmadığını, “ƏDALƏTLİ OLA BİLƏCƏK HAQQ və DOĞRU YOLLA GEDƏ BİLƏCƏK BİR ŞƏXS” olduğunu ifadə edir. Bir şəxsi mənəvinin “ədalətli olması ya da haqq yoldan ayrılmamaq xüsusiyyətinə sahib olmasından” söhbət gedə bilməz. Bədiüzzaman da hz. Mehdinin əxlaqındakı bu “MÖMİN XÜSUSİYYƏTLƏRİ”nə diqqət çəkərək, bu mövzuya aydınlıq gətirmiş və onun mübarək “BİR İNSAN” olduğunu xatırlatmışdır.
Bədiüzzaman bu sözlərinin əvvəlində isə “Böyük Mehdi”nin “BAŞ KOMANDİR” sifətinə diqqət çəkmişdir. Bu, ancaq “BİR İNSAN”ın sahib ola biləcəyi bir xüsusiyyət və bir insanın boynuna götürəcəyi bir vəzifədir. Aydındır ki, Bədiüzzaman burada bir şəxsi mənəvinin möminlərin baş komandiri olacağından bəhs etmir; “BU VƏZİFƏLƏRİ YERİNƏ YETİRƏ BİLƏCƏK XÜSUSİYYƏTLƏRƏ SAHİB BİR ŞƏXSİ” ifadə edir.
Bədiüzzaman “Baş komandirləri olan “Böyük Mehdi”nin uca ədalətini və haqdan və doğruluqdan ayrılmamağını DÜNYAYA GÖSTƏRMƏLƏRİ” deməklə burada həmçinin, hz. Mehdinin uca ədalətinin, haqdan və doğruluqdan ayrılmamağının mükəmməlliyinə “BÜTÜN DÜNYANIN ŞAHİD OLACAĞINI” ifadə edir. Bütün insanlar, bu mübarək şəxsi görüb tanıyacaqlar, Allahın ədalətli sifətinin yer üzündəki təcəllilərini hz. Mehdidə görəcəklər. Hz. Mehdinin yerinə yetirdiyi böyük fikri mübarizəsi nəticəsində, bəlkə də bütün dünyada ilk dəfə olaraq zülm və iğtişaşlar tamamilə bitəcək, dünya səviyyəsində sülh, dinclik və ədalət mühiti yaranacaqdır. Bədiüzzaman bu şərhləriylə, hz. Mehdinin əvvəlki dövrlərdə zühur etmədiyini, zühur etdiyində isə Allahın bu hadisələr vəsiləsi ilə onu insanlara tanıdacağını xəbər verir.
Ümmətin gözlədiyi, AXIRZAMANDA ZÜHUR EDƏCƏK ŞƏXSİN ÜÇ VƏZİFƏSİNDƏN ƏN ƏHƏMİYYƏTLİSİ və ƏN BÖYÜYÜ və ƏN DƏYƏRLİSİ OLAN HƏQİQİ İMANI YAZIB-PAYLAMAQ YOLU İLƏ YAYMAQ və İMAN EDƏNLƏRİ AZĞINLIQDAN XİLAS ETMƏKDİR... (Sikke-i Tasdik-i Gaybi, səh. 9)
Bədiüzzaman, hz. Mehdinin üç böyük vəzifəsindən birincisinin və ən əhəmiyyətlisinin həqiqi imanı yayaraq insanların azğınlıqdan xilas olmasına vəsilə olmaq olduğunu ifadə etmişdir:
Bədiüzzaman “AXIRZAMANDA ZÜHUR EDƏCƏK” deməklə, hz. Mehdinin özündən sonrakı bir dövrdə gələcəyini ifadə etmişdir. Əgər Bədiüzzaman, öz yaşadığı dövrdə, ya da yaşadığı dövrdən əvvəl hz. Mehdinin zühur edərək fəaliyyətlərinə başladığı qənaətində olsaydı, heç şübhəsiz “ZÜHUR EDƏCƏK” sözü əvəzinə “zühur etmişdir” ya da “zühur etdi” kimi sözlərdən istifadə edərdi. Ancaq belə bir vəziyyətin hələ reallaşmadığını, Bədiüzzaman da hz. Mehdinin zühur etmə vaxtının “GƏLƏCƏKDƏ” olacağını ifadə edən bir sözdən istifadə etmişdir.
Bədiüzzaman “ZÜHUR EDƏCƏK” sözünü, bu kitabda hz. Mehdi ilə əlaqədar olan sözlərində dəfələrlə işlətmişdir. Bədiüzzaman, eyni ifadəni dəfələrlə təkrarlayaraq bu mövzuya aydınlıq gətirmiş və hz. Mehdinin özündən sonrakı bir dövrdə zühur edəcəyi mövzusunda heç bir şübhəyə yer qoymamışdır. Bədiüzzaman bu sözlərində həmçinin hz. Mehdinin “ZÜHUR EDƏCƏK BİR ŞƏXS” olduğunu da ifadə etmişdir. Çünki bir şəxsi mənəvinin “ZÜHUR ETMƏSİ”ndən deyil, ancaq “MEYDANA GƏLMƏSİ”ndən danışmaq olar. Buna görə də Bədiüzzaman “Axırzamanda meydana gələcək” deməmiş, “Axırzamanda ZÜHUR EDƏCƏK” cümləsindən istifadə edərək, hz. Mehdinin “BİR ŞƏXS” olduğunu izah etmişdir.
Bədiüzzaman istifadə etdiyi “ŞƏXS” ifadəsi ilə hz. Mehdinin “mənəvi bir varlıq” deyil, “BİR ŞƏXS” olduğunu olduqca aydın bir tərzdə izah etmişdir. Məlum olduğu kimi “ŞƏXS” sözünün lüğəvi mənası, “ADAM, KİMSƏ, ŞƏXS” deməkdir. Həmçinin zamanda “təkdən” yəni “BİR ADAM”dan bəhs edildiyini izah edən bir ifadədir. Məlum olan bir adamı ifadə etmək məqsədiylə işlədilər. Həmçinin bir hörmət ifadəsidir. Onlarla risaləni bir-birindən hikmətli ifadələrlə qələmə alan böyük İslam alimi Bədiüzzaman da, şübhəsiz ki, bu sözün mənasını bütün təfərrüatlarıyla çox yaxşı bilir. Əgər Bədiüzzaman hz. Mehdinin bir şəxsi mənəvi olacağını izah etmək istəsəydi, şübhəsiz ki, bunu aydın şəkildə ifadə edəcək qədər konkret mənalar ilə “BİR İNSAN”ı ifadə edən “ŞƏXS” sözündən istifadə etməzdi. Bunun əvəzinə “şəxsi mənəvi” anlayışını ifadə edəcək bir-birindən hikmətli çox müxtəlif sözlər seçə bilərdi. Buna baxmayaraq aydın şəkildə “ŞƏXS” sözünü seçmiş olması, Bədiüzzamanın hz. Mehdinin bir şəxs olduğu mövzusundakı qənaətini çox aydın bir şəkildə ifadə edir.
Bədiüzzaman kimi böyük elm sahibi bir şəxsin, bir sözü eyni mövzuda dəfələrlə təkrarlamasında, əlbəttə ki, müəyyən bir hikmət vardır. Şübhəsiz ki, Bədiüzzaman, hz. Mehdinin bir şəxs olduğu mövzusunda çox konkret bir qənaətə sahibdir və bu qənaəti istiqamətində möminləri də ən doğru şəkildə məlumatlandırır.
Bədiüzzaman, müsəlmanların gözlədiyi, Axırzamanda zühur edəcək mübarək şəxsin təkcə bir vəzifəsinin olmayacağını xəbər vermişdir. Bu şəxsin “ÜÇ BÖYÜK və HƏRTƏRƏFLİ VƏZİFƏSİNİN” olacağını ifadə etmişdir. Bədiüzzaman bu vəzifələrin;
1) “İnsanların imanını xilas etmək,
2) İslam Birliyini yaratmaq və bütün dünya müsəlmanlarının rəhbəri olmaq,
3) Quran əxlaqını bütün dünyaya hakim etmək və xristianlarla ittifaq yaratmaq olduğunu” izah etmişdir. Peyğəmbərimiz (s.ə.v)-dən etibarən göndərilən mücəddidlər içərisində 1400 ildir ki, bu vəzifələrin birini yalnız müəyyən qədər yerinə yetirmiş İslam böyükləri olmuşdur. İslam tarixində insanların imanına vəsilə olan bir çox böyük alim vardır. Osmanlı padşahları İslam Birliyini idarə edən müsəlman liderlərdir. Lakin heç biri, bəhs edilən üç əhəmiyyətli vəzifəni eyni anda və dünya səviyyəsində yerinə yetirməyiblər. Bədiüzzaman da burada hz. Mehdinin bu xüsusiyyətini bəyan edərək, bu üstün xüsusiyyətli şəxsin əvvəlki dövrlərdə zühur etməsindən söhbət gedə bilməyəcəyini, bu vəzifələrin yerinə yetirilməsinin, onu insanlara tanıdan əlaməti olacağını ifadə etmişdir.
Bədiüzzaman “İMANI XİLAS ETMƏK VƏZİFƏSİ”nin, Axırzamanda zühur edəcək olan hz. Mehdinin üç vəzifəsindən birincisi olduğunu ifadə etmişdir. və bu vəzifəni, hz. Mehdinin “ən əhəmiyyətli və ən dəyərli vəzifəsi” olaraq qeyd etmişdir. Axırzamanda zühur edəcək olan bu mübarək şəxsin öz dövründə “çox böyük və əhəmiyyətli bir imani xidmət” göstərəcəyini xəbər vermişdir. Bu xidmətin təsir sahəsi əvvəllər heç kimə nəsib olmamış böyüklükdə olacaqdır. Bədiüzzaman burada istifadə etdiyi “YAZIB-PAYLAMAQ YOLU İLƏ YAYMAQ” sözü ilə iman həqiqətlərinin hər cür imkandan istifadə etməklə, müxtəlif kütləvi informasiya vasitələriylə tətbiq ediləcəyinə diqqət çəkmişdir. Əlbəttə ki, bu şəkildə imanı yaymaq cəhdi də dünyadakı bütün insanlar tərəfindən bilinəcəkdir. Axırzamanda Məsih Dəccalın fitnəsi bütün insanları bürümüş olacaq və bu böyüklükdəki bir fitnəni təsirsiz hala gətirib iman edənlərin imanını qorumaq da hz. Mehdinin ən böyük vəzifələrindən biri olacaqdır. Bədiüzzaman bu günə qədər belə böyük bir miqyaslı “imanı xilas etmək vəzifəsi”nin heç bir mücəddid tərəfindən yerinə yetirilmədiyini və hz. Mehdinin də bu vəzifəsini, böyük bir iz qoyacaq şəkildə həyata keçirməsi ilə tanınacağına işarə etmişdir.
O ŞƏXSİN İKİNCİ VƏZİFƏSİ, QURAN ƏXLAQININ ƏSASLARINI və PEYĞƏMBƏRİMİZ (s.ə.v)-İN SÜNNƏSİNİ TƏTBİQ ETMƏK və YERİNƏ YETİRMƏKDİR. (Sikke-i Tasdik-i Gaybi, səh. 9)
Bədiüzzaman, bu sözündə də hz. Mehdinin ikinci vəzifəsinin Quran əxlaqının əsaslarının tamamilə yaşanmasına vəsilə olmaq olduğunu izah etmişdir:
Bədiüzzaman burada da yenə hz. Mehdi üçün, “BİR ŞƏXS ƏVƏZLİYİ” olan “O” sözünü işlətmişdir. Bədiüzzaman sözlərində tez-tez təkrarladığı bu söz ilə, Axırzamanda zühur edəcək olan hz. Mehdinin “mənəvi bir lider” deyil, şəxsən möminlərin başçısı olaraq, onları hidayətə yönəldəcək “BİR ŞƏXS” olduğunu ifadə edir.
Bədiüzzaman həmçinin burada “onlar” kimi cəm birliyi ifadə edən bir sözdən istifadə etməmiş, hz. Mehdinin “TƏK BİR ADAM” olduğunu ifadə edən “O” sözünü işlətmişdir. Bədiüzzaman bu şərhləriylə, hz. Mehdinin bir şəxsi mənəvi olmadığı mövzusundakı konkret qənaətlərini dəlilləriylə bərabər bəyan etmişdir.
Bədiüzzaman buradakı “ŞƏXS” sözüylə, eyni cümlə daxilində hz. Mehdinin “BİR ŞƏXS” olduğu mövzusuna aydınlıq gətirən ikinci bir bəyandan da istifadə etmişdir. Bədiüzzaman bu qədər çox təkrarladığı bu sözüylə, hz. Mehdinin konkret olaraq “mənəvi bir varlıq” olmadığını izah etmiş və müsəlmanların bu müqəddəs “ŞƏXS” haqqında ən doğru şəkildə məlumatlanmalarını təmin etmişdir.
“İCRA və TƏTBİQ ETMƏK”, “tətbiq etmək, həyata keçirmək, yerinə yetirmək” deməkdir. Bədiüzzaman da bu sözüylə hz. Mehdinin, Quran əxlaqının tələblərini və əsaslarını və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini bütün insanlar arasında tətbiq edəcəyini və həyata keçirəcəyini xəbər verir. Bu da, hz. Mehdinin İslam Birliyini yaratması və bütün müsəlmanların liderliyini boynuna götürməsi ilə reallaşacaqdır. Bədiüzzaman da bu həqiqəti xatırladaraq, bu vəzifəni hələ heç kimin yerinə yetirməmiş olduğuna və reallaşdığında da bunun, hz. Mehdinin ən əhəmiyyətli əlamətlərindən biri olacağına diqqət çəkmişdir. Birinci vəzifə, maddi imkanla deyil, bəlkə güclü və səmimi bir iman və yalnız Allahın məmnuniyyətini güdməklə və ürəkdən bağlılıqla olduğu bir halda, BU İKİNCİ VƏZİFƏ ÜÇÜN, ÇOX BÖYÜK MADDİ İMKAN və HAKİMİYYƏT LAZIMDIR Kİ, O İKİNCİ VƏZİFƏNİ YERİNƏ YETİRMƏK MÜMKÜN OLSUN (Sikke-i Tasdik-i Gaybi, səh. 9)
Bədiüzzaman, hz. Mehdinin ikinci vəzifəsinin ancaq “böyük bir maddi imkan və hakimiyyətlə” reallaşmasının mümkün olacağını ifadə etmişdir:
Bədiüzzaman, hz. Mehdinin ikinci vəzifəsinin ancaq “BÖYÜK BİR MADDİ İMKAN və HAKİMİYYƏTLƏ” reallaşmasının mümkün olduğunu bəyan etmişdir. Bu imkana sahib olacaq tək adam hz. Mehdidir. Bədiüzzaman, hz. Mehdinin bu vəzifəsini dünya səviyyəsində reallaşdıracağını xatırladaraq, onun sahib olacağı maddi imkan və hakimiyyətin də çox böyük miqyasda olacağına diqqət çəkmişdir. Peyğəmbərimiz (s.ə.v)-in dövründən etibarən belə bir imkan və hakimiyyət təmin edilməmişdir. Bədiüzzaman da yaşadığı müddət ərzində belə bir imkan və hakimiyyət sahibi olmamışdır. Bütün həyatını Quran əxlaqının təbliğinə həsr etmiş, bu yolda hər cür fədakarlığı gözə almış və çox böyük bir xidmət göstərmişdir. Ancaq onun təbliği maddi güc və hakimiyyət şəraitində deyil, olduqca çətin maddi şərtlərdə və unikal çətinliklər içərisində keçmişdir. Həm Bədiüzzaman həm də tələbələri böyük iman xidmətlərini çox məhdud imkanlarla həyata keçirmişlər. Bütün bu çətinliklər içərisində, Bədiüzzaman şərəfli mübarizəsini davam etdirmiş və ixlası ilə, səmimiyyəti ilə müsəlmanlara əhəmiyyətli bir nümunə olmuşdur. Ancaq şəxsən özünün də ifadə etdiyi kimi bu vəziyyət hz. Mehdinin əldə edəcəyi “çox böyük maddi güc və hakimiyyət”in Bədiüzzamanın həyatında mümkün olmadığını aydın şəkildə bəyan etmişdir. Necə ki, Bədiüzzaman da, özünə Mehdilik isnad edən kəslərə hz. Mehdi olmadığını bu dəlili də əsas gətirərək izah etmişdir.
O ŞƏXSİN üçüncü vəzifəsi, İSLAM XƏLİFƏLİYİNİ İSLAM BİRLİYİ ƏSASINDA YARADARAQ, DİNDAR XRİSTİANLARLA və XRİSTİAN ALİMLƏRİ İLƏ ƏMƏKDAŞLIQ və HƏMRƏYLİK EDƏRƏK İSLAM DİNİNƏ XİDMƏT ETMƏKDİR. BU VƏZİFƏ, ÇOX BÖYÜK BİR HÖKMRANLIQ və GÜC və MİLYONLARLA İNSANIN FƏDAKARCASINA İŞTİRAKI İLƏ YERİNƏ YETİRİLƏ BİLƏR. (Sikke-i Tasdik-i Gaybi, səh. 9)
Bədiüzzaman, hz. Mehdinin başqa bir vəzifəsinin də İslam cəmiyyətini birləşdirmək və xristian aləmi ilə əməkdaşlıq etmək olduğunu bildirmişdir:
Bədiüzzaman, bu sözündə yenə “O” əvəzliyindən istifadə etmiş və hz. Mehdinin “BİR ŞƏXS” olduğunu yenidən təkrarlamışdır. Əgər Bədiüzzaman, hz. Mehdinin “mənəvi bir ad” ya da “xeyli insandan ibarət olan bir birlik” olduğunu fikirləşsəydi, əlbəttə ki, bütün bu iddiaları rədd edəcək qədər aydın bir sözdən istifadə edər, hz. Mehdidən “O ŞƏXS” sözü ilə danışmazdı. Aydındır ki, Bədiüzzaman, hz. Mehdinin “TƏK BİR ŞƏXS” olduğunu ifadə etmiş və bunun əksi olan bütün fikirlərin etibarsızlığını bəyan etmişdir.
Bədiüzzaman, “ADAM, KİMSƏ YA DA ŞƏXS” mənasını verən “ŞƏXS” sözünü bu sözlərində təkrarlamış və hz. Mehdinin bütün dünya müsəlmanlarının liderliyini boynuna götürəcək, “üstün xüsusiyyətli BİR İNSAN” olduğunu yenidən bəyan etmişdir.
Bədiüzzaman hz. Mehdinin üçüncü vəzifəsinin İslam cəmiyyətini birləşdirmək və xristian aləmi ilə əməkdaşlıq etmək olduğunu ifadə etmişdir.
Hz. Mehdinin İslam birliyini yaradıb xristian başçılarla əməkdaşlıq etməsi və bu vəsiləylə də İslama xidmət etməsi Bədiüzzamanın yaşadığı dövrdə və ondan əvvəl də reallaşmamış hadisələrdir. Bədiüzzaman da bu vəzifənin Allahın izni ilə hz. Mehdi tərəfindən yerinə yetiriləcəyini ifadə edərək, özünün hz. Mehdi olmadığını yenidən sübut etmişdir.
Bədiüzzaman, hz. Mehdinin İslam cəmiyyətini birləşdirib xristian başçılarla birlikdə, İslam və Xristianlığın ortaq cəbhəsi olan “materializm və dinsizliyə” qarşı mübarizədə əməkdaşlıq edəcəyini və bu yolla İslam dininə xidmət edəcəyini xəbər verir. Bir Quran ayəsində bildirildiyi kimi, “...“Biz xaçpərəstik!” – deyənləri isə dostluq baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər vardır və onlar təkəbbürlük göstərmirlər”. (Maidə Surəsi, 82) səmimi müsəlmanlar və səmimi xristianlar bir-birlərinin həqiqi müttəfiqləridirlər. Dinsizliyə qarşı ortaq bir fikri mübarizə yerinə yetirmələri və köməkləşmələri lazımdır. Axırzamanda bu həmrəyliyin ən gözəl nümunəsi hz. İsa və hz. Mehdi vəsiləsiylə yaşanacaqdır. Bədiüzzaman da bu sözləriylə hz. Mehdinin bu əhəmiyyətli əlamətinə diqqət çəkir. Bədiüzzaman, özü həyatda ikən hələ reallaşmamış olan bu irəliləyişləri xatırladaraq, hz. Mehdinin özündən sonrakı bir tarixdə zühur edəcək bir şəxs olduğunu müjdələyir.
Bədiüzzaman, İslam Birliyi ilə müsəlman və xristian aləminin haqq din uğrunda əməkdaşlıq etməsi kimi böyük bir hadisənin ancaq üç şərtin meydana gəlməsiylə reallaşacağına diqqət çəkmişdir. Bədiüzzaman “ÇOX BÖYÜK BİR HÖKMRANLIQ və GÜC” deməklə bu şərtlərdən ikisini izah edir. “Hökmranlıq” anlayışı, güc və səlahiyyət ifadə edən bir sözdür. “GÜC” anlayışı isə “istədiyi şeyi yerinə yetirə bilmək gücünü yəni səlahiyyət”ni təyin edir. Bədiüzzaman hz. Mehdinin İslam Birliyini yaradıb bu birliyin liderliyini boynuna götürəcəyini və “çox böyük bir güc və səlahiyyətə sahib olacağını” bildirmişdir. Bədiüzzamanın “ÇOX BÖYÜK” sözləri, hz. Mehdinin sahib olacağı bu gücün və hökmranlığın geniş əhatəli olduğunu ifadə edir. Belə böyük bir gücün Bədiüzzaman və ondan əvvəlki mücəddidlərin dövründə reallaşmadığı məlum olan bir həqiqətdir. Bədiüzzaman da hz. Mehdinin bu əhəmiyyətli əlamətini bəyan edərək, bu mübarək şəxsin öz yaşadığı dövrdə hələ zühur etmədiyini, zühur etdiyində isə bu xüsusiyyətləriylə tanınacağını xatırlatmışdır.
Bədiüzzaman “MİLYONLARLA İNSANIN FƏDAKARCASINA İŞTİRAKI İLƏ YERİNƏ YETİRİLƏ BİLƏR” deməklə, hz. Mehdinin üçüncü vəzifəsini yerinə yetirə bilməsi üçün lazımlı olan üçüncü şərtin “MİLYONLARLA İNSANIN FƏDAKARCASINA İŞTİRAKI” olduğunu xəbər vermişdir. Bədiüzzaman bu sözləri ilə hz. Mehdiyə tabe olan, onu dəstəkləyən milyonlarla adam olacağını bildirmişdir. Belə geniş əhatəli bir dəstək Bədiüzzamanın iman xidmətində mümkün olmamışdır. Üstəlik, Bədiüzzaman hz. Mehdinin bu vəzifəsini yerinə yetirə bilməsi üçün yalnız “sayı milyonu keçən fədakarcasına bir dəstənin” deyil, həmçinin “böyük bir güc, qüdrət və hakimiyyət”in də bununla yanaşı mövcud olmasının lazım olduğunu ifadə etmişdir. Bu həqiqəti xatırlatmaqla da, hz. Mehdinin öz yaşadığı dövrdə zühur etmədiyini bəyan etmişdir.
Birinci vəzifə, digər iki vəzifədən üç-dörd dərəcə daha çox dəyərlidir, lakin O İKİNCİ, ÜÇÜNCÜ VƏZİFƏLƏR ÇOX AYDIN və ÇOX GENİŞ BİR ƏRAZİDƏ və DƏBDƏBƏLİ BİR TƏRZDƏ OLDUĞUNDAN ÜMUMİNİN və XALQIN GÖZÜNDƏ DAHA ƏHƏMİYYƏTLİ GÖRÜNÜRLƏR. (Sikke-i Tasdik-i Gaybi, səh. 9)
Bədiüzzaman hz. Mehdinin ikinci və üçüncü vəzifələrinin, birincisinə nisbətən daha geniş bir ərazidə təsir oyadacaq böyük işlər olduğunu izah etmişdir.
Bədiüzzaman bu sözləri ilə hz. Mehdinin ikinci və üçüncü vəzifələrinin çox geniş kütlələri və əraziləri əhatə edən dəbdəbəli, şərəfli və geniş əks-sədalar doğuran işlər olduğunu ifadə edir. Necə ki, İslam Birliyini yaratmaq, bütün müsəlmanların liderliyini boynuna götürmək, xristianlarla əməkdaşlıq və həmrəylik etmək və nəticədə İslam əxlaqını yer üzünə hakim etmək, dünya tarixinin bəlkə də ən böyük və ən şərəfli hadisələrindən biri olacaqdır.
Bədiüzzamanın haqqında danışdığı bu vəzifələr Bədiüzzamanın yaşadığı dövrdə və İslam tarixinin heç bir dövründə, hz. Mehdi dövründə olacağı kimi yaşanmamışdır. Bədiüzzamanın ehtişamlı fəaliyyətlərini bu qədər təfərrüatlı olaraq təsvir etdiyi adamın, özündən sonra zühur edəcəyini və bu üç vəzifəni ən şərəfli şəkildə yerinə yetirəcəyini ifadə etdiyi şəxs hz. Mehdidir.
Bədiüzzaman bu ifadələri hz. Mehdinin fəaliyyətlərinin, cəmiyyətin əksəriyyətinin gözləri qabağında, açıq-aşkar bir şəkildə reallaşacağını və insanlarda təqdir və heyranlıq oyandıracağını bildirir. Bədiüzzamanın da bildirdiyi kimi, Axırzamanın son dövründəki bu hadisələr; hz. Mehdinin iqtidar və hakimiyyəti çox aydın dəlillərlə və bütün dünyanın şahid olacağı bir şəkildə yaşanacaqdır. Dəccalın fitnəsi aradan qalxacaq, yer üzündə dinclik, sülh və ədalət mühiti yaranacaqdır. Bu cür bütün dünyanın gözləri qabağında reallaşacaq olan böyük inkişaflar və dəyişmələr əvvəlki mücəddidlərin dövründə yaşanmamışdır. Bədiüzzaman da bu əhəmiyyətli mövzunu bəyan edərək, bütün bunların yaxın bir dövrdə hz. Mehdinin dövründə reallaşacağını müjdələmişdir.