Bəzi ayələr və hədislər AXIRZAMANDA ZÜHUR EDƏCƏK ƏN BÖYÜK MÜCƏDDİDİ işarəli mənada xəbər verirlər. Lakin O ZÜHUR EDƏCƏK ŞƏXSİN və CƏMİYYƏTİNİN ÜÇ VƏZİFƏSİNDƏN ən əhəmiyyətlisi olan və görünüşcə ən kiçiyi hesab edilən imanı xilas etmək və iman həqiqətlərini günəş kimi göstərmək vəzifəsini Risalə-i Nur və tələbələrinin şəxsi mənəvisi tam olaraq yerinə yetirdiklərindən; O ZÜHUR EDƏCƏK ŞƏXSƏ aid XƏBƏRLƏRİ və İŞARƏLƏRİ RİSALƏ-İ NURUN ŞƏXSİ MƏNƏVİSİNƏ HƏTTA BƏZƏN TƏRCÜMƏÇİSİNƏ DƏ UYĞUNLAŞDIRMAĞA CƏHD ETMİŞLƏR və Quran əxlaqının əsaslarını xatırladaraq yenidən həyata keçirmə və xilafəti tətbiq olan ÇOX GENİŞ ƏRAZİDƏ HÖKM EDƏN BU MÜHÜM VƏZİFƏSİNİ NƏZƏRƏ ALMAMIŞLAR.(Tılsımlar Mecmuası, səh. 168)
Bədiüzzaman, hz. Mehdinin üç böyük vəzifəsi olacağından bəhs etmiş və onun digər mücəddidlərdən bu xüsusiyyətləriylə fərqlənəcəyini xatırlatmışdır:
Bədiüzzaman hz. Mehdidən bəhs edərkən “AXIRZAMANDA ZÜHUR EDƏCƏK” ifadəsini işlətmişdir. Əgər hz. Mehdi Bədiüzzamanın dövründə və ya ondan əvvəlki dövrdə zühur etmiş olsaydı Bədiüzzaman “zühur edəcək” sözündən deyil “zühur etdi” və ya “zühur etmişdir” kimi sözlərdən istifadə edərdi. Ancaq Bədiüzzaman burada çox aydın bir şəkildə vaxt bildirmiş və hz. Mehdinin “SONRAKI BİR DÖVRDƏ ZÜHUR EDƏCƏK BİR ŞƏXS” olduğunu ifadə etmişdir. və bu ifadəni əsərlərində israrla və dəfələrlə təkrarlamışdır. Bu, hz. Mehdinin zühurunun Bədiüzzamanın öz dövründə ya da əvvəllər reallaşmamış; ancaq Axırzamanda reallaşması gözlənilən bir hadisə olduğunu aydınlaşdırır.
Bədiüzzaman burada “o zühur edəcək şəxsin və cəmiyyətinin” ifadəsini işlətmişdir. “O ZÜHUR EDƏCƏK ŞƏXS” və “BU ŞƏXSİN CƏMİYYƏTİ” iki fərqli anlayışdır. Bədiüzzaman “VƏ” sözündən istifadə edərək bu ikisinin müxtəlif mənaları ifadə etdiyini aydın şəkildə ifadə etmişdir. Əgər hz. Mehdi bir şəxsi mənəvi olsaydı ya da bu cəmiyyət Mehdilik vəzifəsini boynuna götürmüş olsaydı Bədiüzzaman burada “o gələcək cəmiyyət” ya da “Mehdilik vəzifəsini boynuna götürəcək cəmiyyət” kimi bu mövzunu dəqiqləşdirəcək aydın ifadələrdən istifadə edərdi. Ancaq Bədiüzzaman heç bir etiraza məhəl qoymayacaq aydın bir şəkildə “o gələcək şəxs və cəmiyyəti” sözlərindən istifadə etmiş və hz. Mehdinin özünü təqib edənlərdən ibarət olan bir birliyin başında olan bir şəxs olduğunu ifadə etmişdir. Bədiüzzamanın qeyd etdiyi bu həqiqət bir neçə sual soruşulduğu təqdirdə aydın şəkildə özünü göstərər:
1 - Bədiüzzaman Axırzamanda zühur edəcək bu şəxsin tək başına olduğunumu qeyd etmişdir?
Xeyr, Bədiüzzaman hz. Mehdi ilə yanaşı bir cəmiyyətinin də olacağını qeyd etmişdir.
2 - Bədiüzzaman bəhs etdiyi bu cəmiyyətin başında hər hansı bir şəxsin olacağını ifadə etmişdirmi?
Bəli, Bədiüzzaman bu cəmiyyətin başında hz. Mehdinin şəxsən özünün çıxış edəcəyini xəbər vermişdir.
Bədiüzzaman burada bir cəmiyyətin mövcudluğundan bəhs etmişdir. Bu cəmiyyət Bədiüzzamanın “o zühur edəcək şəxs” deməklə müjdələdiyi hz. Mehdinin köməkçilərinin və dəstəkçilərinin meydana gətirdiyi bir cəmiyyətdir. Bədiüzzaman əsərlərinin bir çox yerində Peyğəmbərimiz (s.ə.v)-in hədisləri istiqamətində hz. Mehdinin bir camaatı olacağını və camaatın hz. Mehdinin göstərəcəyi fəaliyyətlərdə onun köməkçiləri olacağını ifadə etmişdir. Ancaq hz. Mehdinin bu fəaliyyətin rəhbəri və lideri olmaqla şəxsən bu birliyin başçısı olacağını da ifadə etmişdir. Bədiüzzaman, hz. Mehdiyə tabe olan və onun təbliğini təqib edən bu kütlə və hərəkəti “hz. Mehdinin şəxsi mənəvisi” olaraq adlandırmışdır. Ancaq Bədiüzzamanın da ifadə etdiyi kimi bu çox aydın bir həqiqətdir ki, başçıları olan bir şəxsləri bir liderləri olmadan bir şəxsi mənəvidən bəhs etmək mümkün deyildir. Hz. Mehdi də bu cəmiyyətinin başında onlara liderlik etməklə şəxsən özü iştirak edəcəkdir. Buna görə də Bədiüzzamanın bu şərhlərinə görə “HZ. MEHDİ ÖZÜNÜ TƏQİB EDƏN BİR CAMAATI OLAN və ONLARA LİDERLİK EDƏN TƏK BİR ŞƏXSDİR”.
XƏBƏRLƏRİ və İŞARƏLƏRİ RİSALƏ-İ NURUN ŞƏXSİ MƏNƏVİSİNƏ deməklə Bədiüzzaman geniş olaraq yayılan səhv bir şərhə işarə edir. Bədiüzzaman hz. Mehdiyə aid xəbər və işarələrin Risalə-i Nur camaatı ilə eyniləşdirilməsinə cəhd edildiyini, lakin bu yaraşdırmanın hz. Mehdi ilə əlaqədar verilən məlumatlara uyğun gəlmədiyini ifadə etmişdir. Bədiüzzaman bu yaraşdırmanı aparan kəslərin hz. Mehdinin iki böyük və əhəmiyyətli vəzifəsini nəzərə almadıqları üçün belə səhv bir qənaətə gəldiklərini ifadə edir.
İslam birliyinin təmin edilməsi və hz. Mehdinin bütün müsəlmanların liderliyini boynuna götürməsi xristianlarla əməkdaşlığın təmin edilməsi və Quran əxlaqının bütün yer üzünə hakim olması bu vaxta qədər hələ reallaşmamışdır. Bədiüzzaman da daxil olmaqla, Peyğəmbərimiz (s.ə.v)-dən sonrakı dövrlərdə gəlib-getmiş mücəddidlərdən heç biri bu böyük vəzifələri yerinə yetirməmişdir. Buna görə də Bədiüzzaman da bu həqiqəti dilə gətirərək Risalə-i Nurun şəxsi mənəvisini Mehdiliklə əlaqələndirənlərin yanıldıqlarını ifadə edir.
Bədiüzzaman risalələrin müəllifi olması səbəbiylə bəzi insanlar tərəfindən özünün də hz. Mehdi olaraq xarakterizə edildiyini ifadə etmişdir. Ancaq yuxarıda da izah edildiyi kimi Bədiüzzaman, hz. Mehdinin yerinə yetirəcəyi iki böyük vəzifənin nəzərə alınmadığı üçün belə bir səhv şərhin aparıldığını ifadə etmişdir. Buna görə də Mehdilik mövzusundakı bu düşüncənin əsassızlığını yenidən ifadə etmişdir.
Bədiüzzaman bu düşüncənin səhv olmasını istifadə etdiyi “HƏTTA” sözüylə yenidən bəyan edir. Bədiüzzaman “hətta” sözünü burada “bundan daha da qəribə və daha da əcaib olanı” mənasında işlətmişdir. Risalə-i Nurun Mehdi olduğunun zənn edildiyini, bundan daha da qəribə olaraq özünə istiqamətli də belə bir iddianın aparıldığını ifadə etmişdir. Bədiüzzaman bu ifadəsiylə, irəli sürülən bu Mehdilik iddiasının səhv olduğunu yenidən bəyan edir.
Bədiüzzaman bu sözündə həmçinin özünə edilən Mehdilik iddiasının “davamlı olaraq hökm sürən bir iddia olmadığını” istifadə etdiyi “BƏZƏN” sözüylə də ifadə etmişdir.
Bədiüzzaman hz. Mehdinin yerinə yetirəcəyi üç vəzifədən bəhs etdiyi kimi sözlərində hz. Mehdinin fərqləndirici bir xüsusiyyəti olaraq “ÇOX GENİŞ SAHƏDƏ HÖKM ETMƏSİ”nə də diqqət çəkmişdir. Hz. Mehdinin bu xüsusiyyəti çox əhəmiyyətlidir. Hz. Mehdi vəzifələrini yalnız müəyyən bir ərazidə yerinə yetirməyəcək, onun təsir sahəsi çox geniş bir ərazidə, yəni dünya səviyyəsində olacaqdır. Bədiüzzaman “dar dairə” olaraq ifadə etdiyi “kiçik diametrli” tətbiqlərin müsəlmanları çaşdırmamasının lazım olduğunu xəbər verir. Hz. Mehdinin ikinci və üçüncü vəzifələrini geniş bir ərazidə reallaşdıracağını xatırladaraq Risalə-i Nurun şəxsi mənəvisinə edilən Mehdilik yaraşdırmasının səhvini dəlilləriylə bərabər izah edir.
Bədiüzzamanın hz. Mehdinin yerinə yetirəcəyini ifadə etdiyi vəzifələr mövzusunda “ÇOX GENİŞ DİAMETRLİ BİR HÖKM ETMƏK”, yəni “DÜNYA SƏVİYYƏSİNDƏ” belə bir nəticənin əldə olunması isə bu günə qədər reallaşmamışdır. Bu da hz. Mehdinin əvvəlki dövrdə zühur etmiş bir şəxs və ya şəxsi mənəvi olmadığını aydın şəkildə bəyan edir. Bəhsi keçən üç vəzifənin dünya səviyyəsində yerinə yetirilməsi, Allahın izni ilə hz. Mehdinin ən əhəmiyyətli əlamətlərindən olacaq və onu bütün insanlara tanıdacaqdır.
Bədiüzzaman, hz. Mehdinin dünya səviyyəsində reallaşacaq olan ikinci (İslam Birliyini yaratmaq) və üçüncü (Quran əxlaqını bütün dünyaya yaymaq) vəzifələrinin, onun fərqləndirici və tanıdıcı xüsusiyyətləri olduğunu xatırlatmışdır. Çünki bu vəzifələri dünya səviyyəsində yerinə yetirəcək olan tək şəxs hz. Mehdidir. Buna görə də əgər bu vəzifələr bu xüsusiyyətləriylə birlikdə yerinə yetirilməsə belə olduğu təqdirdə Mehdilik mövzusunda hər hansı bir iddia aparmaqdan da söhbət gedə bilməz.
Çünki belə bir iddia Peyğəmbərimiz (s.ə.v)-in hədisləri ilə, İslam alimlərinin və Bədiüzzamanın bu istiqamətdə etdiyi izahların hamısı ilə ziddiyət təşkil edəcəkdir.
Bədiüzzaman da bu sözləriylə hz. Mehdi mövzusunda bir fikir yürütmək üçün dünya səviyyəsində reallaşması lazım olan bu iki böyük vəzifənin yerinə yetirilib yetirilmədiyinin nəzərə alınmasının vacib olduğunu xatırladır. Bədiüzzaman bu dəlillərin mövcud olmadığı bir vəziyyətdə ediləcək bir Mehdilik bənzətməsinin səhv bir çıxarış olacağını ifadə edir. Bədiüzzaman “nəzərə almayıblar” deməklə özünü və ya Risalə-i Nuru hz. Mehdi zənn edənlərin bu əhəmiyyətli məqama diqqət yetirmədiklərini və buna görə də səhv etdiklərini ifadə etmişdir.
“Risalə-i Nurun camaatını haqlı olaraq şəxsi bir görüş kimi hz. Mehdi olaraq qəbul edirlər. O şəxsi mənəvinin də bir nümayəndəsi, nur tələbələrinin həmrəyliyindən gələn bir şəxsi mənəvisi və o şəxsi mənəvinin bir cür nümayəndəsi olan BİÇARƏ TƏRCÜMƏÇİSİ ZƏNN ETDİKLƏRİNDƏN BƏZƏN ONA HZ. MEHDİ ADINI VERİRLƏR. Hərçənd BU, BİR QARIŞDIRMA və BİR SƏHVDİR... (Tılsımlar Mecmuası, səh. 201)
Bədiüzzaman, Risalə-i Nurun və bu əsərin müəllifi olaraq özünün hz. Mehdi ola biləcəyinin düşünüldüyünü ancaq bunun bir səhv və qarışdırma olduğunu ifadə etmişdir:
Bədiüzzaman burada “haqlı olaraq” deyimini Risalə-i Nur camaatının Mehdi olaraq qəbul edilməsini haqlı gördüyünü bəyan etmək üçün deyil belə bir qəbulun asanlıqla qəbul edilməsinin və üzrlü hesab olunması lazım olan bir səhv olduğunu bəyan etmək üçün istifadə etmişdir. Mövzunun gəliş və gedişindən bu məna asanlıqla aydın olur. Necə ki, Bədiüzzaman əvvəlki sətirlərdə izah edilən sözlərində də bu səhvin hz. Mehdinin dünya səviyyəsində yerinə yetirəcəyi iki böyük vəzifəsinin nəzərə alınmamasından qaynaqlandığını ifadə edərək bunun “haqlı bir görüş olmadığını” izah etmişdir.
Bədiüzzaman risalələrin müəllifi olaraq Risalə-i Nur kimi özünün də hz. Mehdi olaraq dəyərləndirildiyini ancaq bunun “bir zənn” olduğunu ifadə etmişdir. “Zənn etmək” həqiqət deyil bir səhv və aldanmaqdan söhbət getdiyini ifadə edən bir sözdür. Bədiüzzaman, tələbələrinin yalnız hz. Mehdinin əhəmiyyətli bir vəzifəsi olan iman həqiqətlərini izah etmək mövzusu istiqamətində bir dəyərləndirmə etdiklərini, ancaq hz. Mehdinin digər iki vəzifəsi olan “İslam Birliyinin təmin edilməsi, bütün islam dünyasının lideri olması və İslam əxlaqının dünyaya hakim edilməsi”nin özündə olmadığı xüsusunu nəzərə almadıqlarını demişdir. Buna görə də Risalə-i Nura və özünə edilən Mehdilik yaraşdırmasının yalnız bir “zənn”dən ibarət olduğunu ifadə etmişdir.
Bundan əlavə Bədiüzzaman “zənn edirlər” deməklə burada yenidən özünü bu fikirdə olan insanların arasına daxil etmədiyini özünün onlarla eyni fikirdə olmadığını ifadə edir.
Bədiüzzaman, özünün və ya Risalə-i Nurun Mehdi olaraq qəbul edilməsinin bir “QARIŞDIRMA” olduğunu ifadə etmişdir. “İltibas” sözünün mənası “bir-birinə oxşayan şeyləri çaşaraq bir-birinə qarışdırmaq” deməkdir. (Yeni Lugat, səh. 267) Buna görə də burada bir-biri ilə qarışdırılan ancaq əslində bir-birindən fərqli olan iki müxtəlif anlayış vardır. Bədiüzzaman Risalə-i Nur ya da özünün hz. Mehdi ola biləcəyinin “zənn edildiyini”; lakin həqiqətdə bunun “bir səhv və qarışdırma”dan qaynaqlandığını ifadə edir.
Bədiüzzaman bu qarışıqlığın Risalə-i Nurun, hz. Mehdinin üç əsas vəzifəsindən biri olan “imanı xilas etmək” vəzifəsini boynuna götürmüş olmasından qaynaqlandığını izah etmişdir. Bədiüzzamanın izah etdiyi kimi, tarixən göndərilmiş olan bütün mücəddidlər hz. Mehdinin vəzifələrindən birini yerinə yetirmişlər. Ancaq Bədiüzzaman da daxil olmaqla “üç vəzifə heç bir mücəddid tərəfindən eyni anda yerinə yetirilməmişdir”. Buna görə də tarixən xeyli adama qarşı Mehdilik mövzusunda belə bənzətmələr aparılmışdır.
Ancaq Bədiüzzaman, “hz. Mehdinin hamısını eyni anda və dünya səviyyəsində reallaşdıracağı vəzifələrini” izah edərək bu Mehdilik iddialarının heç birinin doğru olmadığını və hz. Mehdinin gələcəkdə zühur edəcək bir şəxs olduğunu izah etmişdir.
Risalə-i Nura və Bədiüzzamana qarşı da edilən bu bənzətmədə də eyni vəziyyət hakimdir. Bədiüzzaman hz. Mehdi ilə əlaqədar Peyğəmbərimiz (s.ə.v)-in hədislərindəki və islam alimlərinin şərhlərindəki izahlar və xüsusiyyətlərinə aid verilən məlumatlar nəzərə alınmadığı üçün “bir çaşma və qarışdırma” mövcud olduğunu xəbər verir.
Bədiüzzaman, özünün və ya Risalə-i Nurun Mehdi olaraq qəbul edilməsinin həmçinin bir “SƏHV” olduğunu demişdir. “SƏHİV”in mənası isə “XƏTA, SƏHV, YANILMA” deməkdir. (yeni lugat, səh. 617) Bədiüzzaman, özünə və Risalə-i Nura hz. Mehdi adının verilməsinin bir “qarışdırma” olacağını ifadə etməklə kifayətlənmir, həmçinin cümləsinin davamında da bunun bir “səhv” olacağını bəyan edir. Bu olduqca aydın bir ifadədir. Əgər Bədiüzzaman özünə və Risalə-i Nurun şəxsi mənəvisinə qarşı edilən Mehdilik iddialarında hər hansı bir doğruluq payı görsəydi, şübhəsiz ki, bunu bir “səhv” olaraq dəyərləndirməzdi. Aydın şəkildə bu iddiaların doğru olduğunu ifadə edən sözlərdən istifadə edərdi. Bunun bir səhv olduğunu ifadə etmiş olması Bədiüzzamanın bu mövzudakı qənaətini çox aydın və heç bir etiraza yol verməyəcək şəkildə bəyan edir. Bədiüzzaman Risalə-i Nurun ya da özünün hz. Mehdi ola biləcəyi fikrini qəbul etmir.
Üçüncü vəzifəsi: ...O ŞƏXS BÜTÜN İMAN EDƏNLƏRİN MƏNƏVİ KÖMƏYİ İLƏ və İSLAM BİRLİYİNİN KÖMƏKLƏŞMƏSİ İLƏ və BÜTÜN ALİMLƏRİN və VƏLİLƏRİN və xüsusilə PEYĞƏMBƏRİMİZ (s.ə.v)-İN NƏSLİNDƏN HƏR ƏSRDƏ ÇOX SAYDA OLAN MİLYONLAR FƏDAKAR PEYĞƏMBƏR NƏSLİNDƏN GƏLƏN FƏDAKAR KƏSLƏRİN İŞTİRAKI İLƏ O BÖYÜK VƏZİFƏNİ YERİNƏ YETİRMƏYƏ ÇALIŞAR. RİSALƏ-İ NURUN ŞƏXSİ MƏNƏVİSİNİ HAQLI OLARAQ ŞƏXSİ BİR GÖRÜŞ KİMİ HZ. MEHDİ OLARAQ QƏBUL EDİRLƏR. O şəxsi mənəvinin də bir nümayəndəsi nur tələbələrinin həmrəyliyindən gələn bir şəxsi mənəvisi və o şəxsi mənəvinin bir cür nümayəndəsi olan BİÇARƏ TƏRCÜMƏÇİSİ ZƏNN ETDİKLƏRİNDƏN BƏZƏN ONA HZ. MEHDİ ADINI VERİRLƏR. Hərçənd bu, BİR QARIŞDIRMA və BİR SƏHVDİR... (Emirdağ Lahikası, 266)
Çünki hüsnü-zənn əvvəldən bəri hökm sürür və buna etiraz edilməz. Mən də o qardaşlarımın hüsnü zənnlərini bir cür dua və bir xahiş və nur tələbələrinin imanlarının fəzilətinin bir əks olunması olaraq gördüyümdən onlara çox dəyməzdim. Hətta əvvəlki övliyaların bir qismi kəraməti məlum olmayan Risalə-i Nurun eyni o Axırzamanın böyük hidayət vericisi olduğu deyə təcrübələri bu təhqiqat ilə şərhi başa düşülür. Demək ki, iki məqamda bir qarışdırma vardır və onları şərh etmək lazımdır:
Birincisi: Axırıncı iki vəzifə hərçənd ki, həqiqət məqamında birinci vəzifə dərəcəsində deyildirlər lakin Peyğəmbərimiz (s.ə.v)-in xəlifəsi xilafət-i Məhəmmədiyə (s.ə.v) və İttihad-ı İslam, əvamda və əhli siyasətdə, xüsusilə bu əsrin əfkarında o birinci vəzifədən min dərəcə böyük görünür. Hərçənd hər əsrdə hidayət verən Mehdi bənzəri və mücəddid gəlmişdir və gəlir, lakin hər biri üç vəzifədən birini bir cəhətdə etməsi etibarilə, Axırzamanın Böyük Mehdisi ünvanına sahib olmamışlar.
İkincisi: Axırzamanın o böyük şəxsi ali-beytdən olacaqdır. Hərçənd mənəvi cəhətdən mən həzrəti Əli (r.ə)-in bir vələdi-mənəvisi hökmündəyəm. Ondan həqiqət dərsi aldım. Ali-Məhəmməd (s.ə.v) bir mənada həqiqi nur tələbələrinə şamil olmasından, mən də Ali-beytdən sayıla bilərəm. Lakin Nurun peşəsində heç bir cəhətdə mənlik, şəxsiyyət, şəxsi orqanları arzu etmək, şan və şərəf qazanmaq yoxdur. Nurda ixlası pozmamaq üçün, ührəvi məqamat belə mənə verilsə buraxmağa özümü məcbur bilirəm. (Emirdağ Lahikası, 248)
“Mən özümü seyid bilmirəm. İndiki dövrdə nəsillər bilinmir. Halbuki Axırzamanın o böyük şəxsi Peyğəmbərimiz (s.ə.v)-in nəslindən olacaqdır. (Emirdağ Lahikası, 249). Bəzi ayələr və hədislər AXIRZAMANDA ZÜHUR EDƏCƏK ƏN BÖYÜK MÜCƏDDİD BARƏSİNDƏ işarəli mənada xəbər verirlər. Lakin O ZÜHUR EDƏCƏK ŞƏXSİN və CƏMİYYƏTİNİN ÜÇ VƏZİFƏSİNDƏN ən əhəmiyyətlisi olan və görünüşcə ən kiçiyi kimi görünən imanı xilas etmək və iman həqiqətlərini günəş kimi göstərmək vəzifəsini Risalə-i Nur və tələbələrinin şəxsi mənəvisi tam yerinə yetirdiklərindən; O ZÜHUR EDƏCƏK ŞƏXSƏ aid XƏBƏRLƏRİ və İŞARƏLƏRİ RİSALƏ-İ NURUN ŞƏXSİ MƏNƏVİSİNƏ HƏTTA BƏZƏN TƏRCÜMƏÇİSİNƏ DƏ UYĞUNLAŞDIRMAĞA CƏHD GÖSTƏRMİŞLƏR və Quran əxlaqının əsaslarını xatırladaraq yenidən həyata keçirmə və xilafəti tətbiq olan ÇOX GENİŞ ƏRAZİDƏ HÖKM EDƏN BU MÜHÜM VƏZİFƏSİNİ NƏZƏRƏ ALMAYIBLAR. Onların qənaətləri onların Risalə-i Nurdan istifadə etmə baxımından faydalıdır zərəsizdir; Lakin Nurun peşəsindəki ixlasa və heç bir şeyə vasitə olmamasına və dünyəvi və mənəvi vəzifə axtarmamasına zərər verdiyi kimi, nurların gözətçiləri hər tayfanın xüsusilə də siyasi tayfanın tənqidinə və hücumuna vəsilə ola bilər. (Tılsımlar Mecmuası, 168)
Nur Tələbələri hansı səbəbə görə Bədiüzzamanın Mehdi olduğunu zənn edirlər?
- Hz. Mehdinin üç böyük vəzifəsindən birincisi olan imanı xilas etmək mövzusunu Risalə-i Nurda gördüklərinə görə
- Hz. Mehdinin ikinci və üçüncü əhəmiyyətli vəzifələri olan, İslam Birliyinin təmin edilməsi və hz. Mehdinin bütün müsəlmanların liderliyini boynuna götürməsi ilə xristianlarla əməkdaşlığın təmin edilməsi və Quran əxlaqının bütün yer üzünə hakim olması vəzifələrinin iman vəzifəsinə görə ikinci və üçüncü dərəcədə görüb dəyərləndirmədiklərindən ötəri.
Bədiüzzamana Mehdilik mövzusunda hüsnü-zənn bəslənməsi yeni bir mövzudur və niyə davam edir?
- Səid Nursi özünə həddindən çox edilən bu hüsnü zənnin əvvəldən bəri davam etdiyini və buna etiraz edilmədiyini deyir. Bu mövzuya etiraz edilmədiyindən və Bədiüzzamanın da tələbələrinin şövqünü yox etməmək üçün onlara elə də çox bir şey deməməsindən ötəri bu zənn davam edir.
Çünki hüsnü-zənn əvvəldən bəri cərəyan edir və buna etiraz edilməz. Mən də o qardaşlarımın hüsnü-zənnlərini bir cür dua və bir xahiş və nur tələbələrinin imanlarının fəzilətinin bir əks olunması olaraq gördüyümdən onlara çox dəyməzdim… (Emirdağ Lahikası, 248)
Bədiüzzaman tələbələrinin bu hüsnü zənnlərinə niyə müdaxilə etməmişdir?
- Bunu bir dua və xahiş olaraq hesab etdiyini,
- Tələbələrinin Risalə-i Nurdan istifadə etmələri baxımından bu zənni faydalı görüb, zərərli görmədiyindən ötəri.
Bədiüzzaman özünə qarşı edilən mehdilik hüsnü zənnini necə qiymətləndirir?
- Bu fikrin bir QARIŞDIRMA və bir SƏHV olduğu şəklində qiymətləndirir.
İLTİBAS: Bir-birinə bənzəyən şeyləri səhv salıb, bir-birinə qarışdırmaqdır. Səhv. Qarışıqlıq SƏHV: Xəta, səhv, yanılma.
Bədiüzzaman bu hüsnü-zənnin səhv olduğunu necə izah edir?
- Axırzaman Mehdisinin üç böyük vəzifəsinin olduğunu özü də daxil olmaqla, indiyə qədər gəlib-getmiş mücəddidlərin bu 3 vəzifədən yalnız birini müəyyən qədər yerinə yetirdiklərini buna görə də bu üç vəzifəni yerinə yetirməmiş olanın Mehdi ola bilməyəcəyini ifadə etmişdir.
- Mehdinin Peyğəmbərimiz (s.ə.v)-in nəslindən olacağının xəbər verilmiş olmasını amma özünü nəslən seyid bilmədiyini izah etmişdir. (Emirdağ Lahikası, 249)
MƏN ÖZÜMÜ SEYİD (Peyğəmbərimiz (s.ə.v)-in nəslindən) HESAB ETMİRƏM. İndiki dövrdə nəsillər bilinmir. Halbuki AXIRZAMANIN O BÖYÜK ŞƏXSİ PEYĞƏMBƏRİMİZ (s.ə.v)-İN NƏSLİNDƏN OLACAQDIR. (Emirdağ Lahikası, səh. 249)
Hz. Mehdinin hədislərdə bildirilən ən əhəmiyyətli xüsusiyyətlərindən biri “seyid”, yəni Peyğəmbərimiz (s.ə.v)-in nəslindən olmasıdır:
Qiyamətin baş verməsi üçün vaxtdan tək bir gündən başqa vaxt qalmamış da olsa Allah MƏNİM NƏSLİMDƏN BİR ŞƏXSİ (hz. Mehdini) göndərəcəkdir. (Sünen-i Ebu Davud, 5/92)
Bədiüzzaman da bu sözündə özünün Peyğəmbərimiz (s.ə.v)-in nəslindən olmadığını hz. Mehdinin isə bu mübarək nəsildən olacağını ifadə etmişdir:
Bədiüzzaman seyid deyil və seyid olmamasının özünün Mehdi olmayacağının dəlillərindən biri olduğunu ifadə edir. Şübhəsiz ki, bir adamdan bir sual soruşmağın səbəbi əlaqədar mövzunun doğrusunu öyrənməkdir. Bədiüzzaman Səid Nursiyə də Mehdi olub olmadığının soruşulmasının səbəbi həqiqətləri öyrənməkdir. Bu sual qarşısında “xeyr, mən Mehdi deyiləm” deyirsə və bunun onlarla dəlilini irəli sürürsə buna inanmaq lazımdır. Çünki Bədiüzzaman çox aydın bir şəkildə bu mövzuya cavab vermiş və “mən seyid deyiləm” demişdir.
Əgər Bədiüzzaman seyiddirsə, bunu gizlətməsi üçün heç bir səbəb yoxdur. Çünki seyid olmaq gizlənməsi lazım olan bir xüsusiyyət deyildir. Əksinə Peyğəmbərimiz (s.ə.v)-in nəslindən olmaq müsəlmanlar üçün böyük bir şərəfdir. Buna görə də Bədiüzzaman seyid olsaydı bunu heç bir şəkildə gizlətməz və aydın şəkildə ifadə edərdi. Peyğəmbərimiz (s.ə.v)-in nəslindən olduğunu deməkdən böyük bir qürur duyardı. Özündən belə bir sual soruşduqda “bəli seyidəm, amma Mehdi deyiləm" deyərdi. Çünki Bədiüzzaman şəxsən öz əsərlərində Peyğəmbərimiz (s.ə.v)-in hədisini xatırladaraq “seyid olan bir adamın seyidliyini gizlətməsinin Quran əxlaqına uyğun olmadığını” ifadə etmişdir .
Seyid olmayan bir insanın seyidəm və seyid olan insanın da seyid deyiləm deməsi hər ikisi də günah işləmək və üsyan etmək kimi haramdır... Hədis və Quranda şişirtmək və ya gizlətmək qadağan edilmişdir. (Muhakemat, səh. 52)
Bədiüzzamanın bu sözü çox aydındır. Peyğəmbərimiz (s.ə.v)-in hədisində bildirildiyi kimi İslam əxlaqına görə seyid olan bir adam heç bir səbəblə seyidliyini gizlədə bilməz. Seyid olmayan bir adam da mən seyidəm deyə bilməz. Belə olduqda Bədiüzzaman kimi dəyərli və üstün əxlaqlı bir şəxsin seyidliyini gizlətməsini düşünmək çox xoşagəlməz bir fikirdir. Bundan əlavə hər seyid olan adamın mütləq Mehdi olmasından da söhbət gedə bilməz. Dünyada milyonlarla sayda seyid vardır. Bir adamın seyid olması Mehdi olmasını tələb etmədiyi üçün hər insan bu həqiqəti asanlıqla dilə gətirə bilər. Həmçinin Bədiüzzaman “mənim bu mövzudakı tək çatışmayan cəhətim seyid olmamağımdır, əgər seyid olsam Mehdi olardım” da deməmişdir. Əksinə Bədiüzzaman hz. Mehdinin bütün xüsusiyyətlərini, yerinə yetirəcəyi bənzərsiz fəaliyyətləri uzun-uzadı izah etmiş və bunların heç birinin öz yaşadığı dövrdə hələ də reallaşmadığını ifadə etmişdir.
Bədiüzzaman “ALİ-BEYTDƏN OLACAQDIR” deməklə hz. Mehdinin Peyğəmbərimiz (s.ə.v)-in nəslindən gələn seyid bir insan olacağını ifadə etmişdir. Bədiüzzaman əsərlərinin müxtəlif hissələrində hz. Mehdinin bu xüsusiyyətinə diqqət çəkərək hz. Mehdinin mənəvi bir varlıq olmadığını müəyyən bir nəsildən gələcək olan “BİR ŞƏXS” olduğunu bəyan etmişdir. Peyğəmbərimiz (s.ə.v)-in də hz. Mehdinin bu xüsusiyyətini xəbər verən çoxlu hədisi vardır. Əlbəttə ki, bir şəxsi mənəvinin Peyğəmbər nəslindən gəlməsindən söhbət gedə bilməz. Həmçinin belə bir düşüncə həm Peyğəmbərimiz (s.ə.v)-in hədisləri ilə, həm də Bədiüzzamanın sözləriylə çox aydın bir şəkildə ziddiyyət təşkil edir. Bədiüzzamanın da ifadə etdiyi kimi hz. Mehdi “PEYĞƏMBƏRİMİZ (s.ə.v)-İN NƏSLİNDƏN GƏLƏN BİR ŞƏXS” olacaqdır.
Hərçənd HƏR ƏSRDƏ HİDAYƏT VERƏN BİR CÜR MEHDİ və MÜCƏDDİD GƏLƏR və GƏLMİŞDİR. LAKİN HƏR BİRİ ÜÇ VƏZİFƏLƏRDƏN BİRİNİ MÜƏYYƏN BAXIMDAN YERİNƏ YETİRMƏSİ SƏBƏBİYLƏ AXIRZAMANIN BÖYÜK MEHDİSİ ÜNVANINA SAHİB OLMAMIŞLAR. (Emirdağ Lahikası, səh. 260)
Bədiüzzaman bu sözündə Quran əxlaqını dünya üzərində hakim etmək məqsədiylə əvvəlki əsrlərdə də bəzi müsəlman şəxslərin gəldiyini ancaq bunlardan heç birinin Axırzamanda hz. Mehdinin yerinə yetirəcəyi üç əhəmiyyətli vəzifəsini eyni anda yerinə yetirmədiklərini ifadə etmişdir:
Bədiüzzaman bu sözüylə bir neçə əhəmiyyətli mövzuya aydınlıq gətirmişdir. Bədiüzzaman əvvəlcə hz. Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə əsaslanaraq hər əsrin əvvəlində bir mücəddid göndəriləcəyini xəbər vermişdir. Bədiüzzaman risalələrdə hz. Mehdinin də hicri 14-cü əsrin əvvəlində zühur edəcəyini və 14-cü və 15-ci əsrlər arasında yaşayan bir mücəddid olacağını ifadə etmişdir.
Bədiüzzaman bu sözüylə həmçinin əvvəlki dövrlərdə göndərilmiş olan mücəddidlərlə hz. Mehdi arasındakı fərqi izah etmiş və hz. Mehdinin hansı xüsusiyyətiylə bu mücəddidlərdən fərqlənəcəyini xəbər vermişdir. Bədiüzzaman əsərlərində hz. Mehdidən əvvəl gəlib-getmiş mücəddidlərin onun üç vəzifəsindən birini yerinə yetirdiklərini və bu baxımdan “Mehdi bənzəri və mücəddid xüsusiyyətinə sahib olduqlarını” demişdir. Ancaq Bədiüzzaman yuxarıda bəhs etdiyi üç vəzifənin üçünü də eyni anda yerinə yetirəcək olan adamın yalnız “BÖYÜK MEHDİ” olacağını və bu xüsusiyyətiylə digər mücəddidlərdən fərqlənəcəyini ifadə etmişdir. Bədiüzzamanın istifadə etdiyi “MEHDİ BƏNZƏRİ” ifadəsi də bu vəziyyəti izah edir. Bədiüzzaman keçmişdə gəlib-getmiş və hz. Mehdinin üç böyük vəzifəsindən təkcə birini yerinə yetirən kəslərin həqiqətdə Axırzamanın gözlənilən Mehdisi olmadıqlarını bu kəsləri “bir cür Mehdi” olaraq xarakterizə etməklə ifadə etmişdir.
Bədiüzzaman “HƏR BİRİ” deməklə hz. Mehdidən əvvəl gəlib-getmiş mücəddidlərin də hz. Mehdi kimi həqiqi şəxsiyyətlər olduqlarına şəxsi mənəvi olmadıqlarına diqqət çəkir. Bu şərhdə bəhsi keçən əvvəlki əsrlərdə göndərilən mücəddidlərin bir şəxs olduqları qəbul edilərkən Bədiüzzamanın eyni şərhlərində yenə bir şəxs olacağını ifadə etdiyi “böyük Mehdi”nin bir şəxsi mənəvi olacağı düşüncəsi, əlbəttə ki, ziddiyyətlidir. Bu düşüncəyə görə Axırzaman Mehdisindən əvvəl gəlib-getmiş bütün mücəddidlərin də bir şəxsi mənəvi olması lazım idi. Ancaq belə bir şeydən söhbət getməmişdir. Necə ki, Bədiüzzaman da sözlərində bu həqiqəti izah etmişdir. Bədiüzzamanın da müjdələdiyi kimi Peyğəmbərimiz (s.ə.v)-in rəvayətlərindəki xüsusiyyətlərə sahib olmasıyla tanınacaq olan böyük Mehdi Axırzamanda “BİR ŞƏXS” olaraq zühur edəcək və Allahın izni ilə Bədiüzzamanın ifadə etdiyi üç vəzifəni də eyni anda yerinə yetirəcəkdir.
Bədiüzzaman sözlərində iki cür Mehdi olduğunu ifadə etmişdir. Bunlardan birincisini “əvvəlki Mehdilər” digərini isə Axırzamanda zühur edəcək olan “BÖYÜK MEHDİ” olaraq adlandırmışdır. Bədiüzzaman Səid Nursi hz. Mehdinin yerinə yetirəcəyi fəaliyyətləri saymış və bunları ondan başqa heç kimin yerinə yetirə bilməyəcəyini ifadə etmişdir. Buna görə də bu əhəmiyyətli vəzifələrin yerinə yetirilməsinə vəsilə olan adama “BÖYÜK MEHDİ” demişdir. Bədiüzzaman əsərlərində özü də daxil olmaqla əvvəlki dövrlərdə gəlib-getmiş əvvəlki Mehdilər olaraq adlandırdığı mücəddidlərin bu üç vəzifəni yerinə yetirə bilmədikləri üçün böyük Mehdi ola bilməyəcəklərini izah etmişdir. Bədiüzzaman əsərlərində həmçinin bəhs edilən kəslərin böyük Mehdi ünvanına sahib olmamalarının digər bir səbəbinin isə bu kəslərin Peyğəmbərimiz (s.ə.v)-in hədislərində ifadə etdiyi xüsusiyyətlərə uyğun gəlməmələri olduğunu bildirmişdir.
BU ÜÇ VƏZİFƏNİN EYNİ ANDA BİR ŞƏXSDƏ YAXUD CAMAATDA İNDİKİ DÖVRDƏ TAPILMASI və MÜKƏMMƏL ŞƏKİLDƏ OLMASI və BİR-BİRİNƏ MANE OLMAMASI ÇOX UZAQ, SANKİ QEYRİ-MÜMKÜN GÖRÜNÜR. Axırzamanda, PEYĞƏMBƏRİMİZ (s.ə.v)-İN NƏSLİNDƏN OLAN NURANİ CAMAATI TƏMSİL EDƏN HƏZRƏTİ MEHDİDƏ və CAMAATINDAKI ŞƏXSİ MƏNƏVİDƏ CƏMLƏŞƏ BİLƏR. (Sikke-i Tasdik-i Gaybi, səh. 156)
Bədiüzzaman bu sözündə hz. Mehdinin üç vəzifəsi olduğunu ifadə edir və bu üç vəzifənin eyni anda yerinə yetirilməsinin hz. Mehdinin ən əhəmiyyətli əlamətlərindən biri olduğuna diqqət çəkir. Bədiüzzaman öz yaşadığı dövrdə bu üç vəzifənin eyni anda yerinə yetirilmədiyini bunu ancaq hz. Mehdinin reallaşdıracağını deyir:
Bədiüzzaman əsərlərinin bir çox yerində hz. Mehdinin yerinə yetirəcəyi üç vəzifə olduğundan bəhs etmişdir. Bədiüzzaman hz. Mehdinin ən əhəmiyyətli əlamətlərindən birinin bu üç vəzifəni də eyni anda yerinə yetirməsi olduğunu ifadə edir. Bu vəzifələrin birincisi materialist, darvinist və ateist fəlsəfələrlə fikri mübarizə aparılması və bu axınların fikirlə tamamilə susdurulmasıdır. İkincisi islam dünyasının liderliyini öhdəsinə götürərək İslam Birliyinin təmin etməsi, üçüncüsü isə Quran əxlaqının və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinin yenidən dirçəldilərək bütün yer üzünə hakim olmasıdır. Axırzamanda zühur edəcək olan hz. Mehdi bu vəzifələrin üçünü də eyni anda yerinə yetirəcəkdir. Bu əlamət onun tanınmasını təmin edəcək və onun ən əhəmiyyətli xüsusiyyətlərindən biri olacaqdır.
Bədiüzzaman əsərlərində hz. Mehdinin eyni anda “SİYASƏT MEHDİSİ, SƏLTƏNƏT MEHDİSİ və DİYANƏT MEHDİSİ” olaraq üç xüsusiyyətə də eyni anda sahib olacağını və bu üç sahədə eyni anda Mehdilik edəcəyini demişdir. Bədiüzzaman Quran əxlaqını dünya üzərində hakim etmək məqsədiylə əvvəlki əsrlərdə də bəzi müsəlman şəxslərin gəldiyini ancaq bunlardan heç birinin Axırzamanda hz. Mehdinin yerinə yetirəcəyi üç əhəmiyyətli vəzifəni bu şəkildə eyni anda yerinə yetirmədiklərini ifadə etmişdir. Buna görə də Axırzamanın “BÖYÜK MEHDİSİ” ünvanına sahib olmadıqlarını ifadə etmişdir.
Bədiüzzaman hz. Mehdinin “ÜÇ VƏZİFƏNİ EYNİ ANDA” yerinə yetirəcəyini xatırlatdığı bu sözüylə bu mövzunun əhəmiyyətini yenidən xatırladır. Özü də daxil olmaqla əvvəlki mücəddidlərdən heç birinin bunların üçünü də eyni anda yerinə yetirmədiyini ifadə edərək hz. Mehdinin o dövrdə hələ zühur etməmiş olduğunu ifadə edir.
Bədiüzzaman “İNDİKİ DÖVRDƏ” deməklə öz yaşadığı dövrdən bəhs edir. və öz dövründə hz. Mehdinin yerinə yetirəcəyi üç vəzifəni də eyni anda mükəmməl bir şəkildə, layiqincə və biri digərinə mane olmadan, zərər vermədən, əskiksiz və qüsursuz olaraq yerinə yetirməyi bacaran bir şəxs ya da camaat olmadığını xəbər verir. Bədiüzzaman bu qənaətinin nə qədər güclü olduğunu “ÇOX UZAQ” və “SANKİ QEYRİ-MÜMKÜN GÖRÜNÜR” deməklə aydın şəkildə ifadə etmişdir. Bu da hz. Mehdinin Bədiüzzamanın yaşadığı dövrdə zühur etmədiyini göstərən başqa bir əhəmiyyətli dəlildir. Bədiüzzamanın yaşadığı dövrdə üç vəzifənin də eyni anda yerinə yetirilməsi üçün şərait olmamışdır. Bədiüzzaman ancaq özündən bir əsr sonra zühur edəcək böyük Mehdinin bu vəzifələrin hamısını yerinə yetirəcəyini xəbər verir.
Bədiüzzaman əsərlərində dəfələrlə hz. Mehdinin hədislərdə bildirildiyi kimi “seyid”, yəni “Peyğəmbərimiz (s.ə.v)-in nəslindən gələn bir kimsə” olacağını “özünün isə seyid olmadığını” ifadə etmişdir. Bədiüzzaman bu sözündə də bu mövzuya yenidən aydınlıq gətirmiş “PEYĞƏMBƏRİMİZ (s.ə.v)-İN NƏSLİNİN NURANİ CAMAATINI TƏMSİL EDƏN” deməklə hz. Mehdinin Peyğəmbərimiz (s.ə.v)-in mübarək nəslindən olacağına diqqət çəkmişdir. Bədiüzzaman hz. Mehdinin bu əhəmiyyətli əlamətlərindən birini xatırladaraq özünün hz. Mehdi olmadığını ifadə edir.
Bədiüzzamanın izah etdiyi üç böyük vəzifə ancaq Axırzamanda zühur edəcək hz. Mehdinin yerinə yetirə biləcəyi vəzifələrdir. Bədiüzzaman burada istifadə etdiyi “ANCAQ” sözüylə başqa bir insanın bu vəzifələri yerinə yetirməyi bacarmasının Allahın diləməsiylə “QEYRİ-MÜMKÜN” olduğunu ifadə edir. Çünki Allah bu vəzifələri təkcə hz. Mehdinin yerinə yetirə bilməsini təqdir etmişdir. Hz. Mehdi də taleyində belə təqdir edildiyi üçün bu vəzifələri Allahın izni ilə müvəffəqiyyətlə yerinə yetirəcəkdir. İslam tarixində hələ bunu bacaran bir insan və ya birlik görülmədiyi kimi Bədiüzzaman öz yaşadığı dövrdə də bu vəziyyətin reallaşmadığını bəyan edir.
Axırzamanın ən böyük fəsadı dövründə, əlbəttə ki, ƏN BÖYÜK BİR MÜCTƏHİD (lazım gələndə ayələrdən hökm çıxardan böyük İslam alimi) həm də ƏN BÖYÜK BİR MÜCƏDDİD (hər əsrin əvvəlində dövrün ehtiyacına görə dini həqiqətlər mözsusunda təhsil vermək üçün göndərilən böyük islam alimi, yeniləyən, yeniləyici) həm HAKİM, həm MEHDİ, həm MÜRŞİD (doğru yolu göstərən adam) həm QÜTBÜ ƏZƏM (müsəlmanların özünə qoşulduğu böyük övliyalardan olan dövrün ən böyük mürşidi) olaraq NURLU BİR ŞƏXSİ GÖNDƏRƏCƏK və O ŞƏXS də PEYĞƏMBƏRİMİZ (s.ə.v)-İN NƏSLİNDƏN olacaqdır. Cənabı-Haqq bir dəqiqə ərzində beyn-əs səma vəl-ərz aləmini (yer ilə göy arasındakı aləmi) buludlarla doldurub boşaltdığı kimi bir saniyədə dənizdəki tufanları sakitləşdirər və yaz fəsli daxilində bir saat ərzində yay fəslinin nümunəsini və yayda bir saat ərzində qış fırtınasını icad edən QADİRİ ZÜLCƏLAL (hər şeyə müqtədir olan uca Allah) HZ. MEHDİ VƏSİLƏSİLƏ DƏ, İSLAM ALƏMİNİN ZÜLMLƏ DOLDUĞU DÖVRÜ YOX EDƏ BİLƏR. BUNU VƏD ETMİŞDİR, ƏLBƏTTƏ Kİ, BU VƏDİNİ YERİNƏ YETİRƏCƏKDİR. (Mektubat, səh. 411-412)
Bədiüzzaman Axırzaman əlamətlərinin şiddətləndiyi dövrdə Allahın insanların qurtuluşuna vəsilə olması üçün Peyğəmbərimiz (s.ə.v)-in nəslindən olan nurani bir şəxsi, yəni hz. Mehdini göndərəcəyini xəbər vermiş və bu müqəddəs şəxsi keçmiş dövrlərdə yaşayan mücəddidlərdən fərqləndirən xüsusiyyətləri izah etmişdir:
Peyğəmbərimiz (s.ə.v) hədislərində hər əsrin əvvəlində insanlara din əxlaqını və hökmlərini izah edən dövrün ehtiyaclarına görə şərhlər edən bir mücəddid göndəriləcəyini xəbər vermişdir. Məsələn, imam Rəbbani hicri 1000-ci ilin mücəddididir. Mövlana Xalidi Bağdadi hicri 1193-cü ildə (miladi 1779) anadan olmuş hicri 1242-ci ildə (miladi 1827) isə vəfat etmişdir. Buna görə də bu mübarək insan əldə olunmuş qənaətə əsasən hicri 12-ci və 13-cü əsrlər arasında yaşayan bir mücəddiddir. Bədiüzzaman Səid Nursi isə Mövlana Xalidi Bağdadidən tam 100 il sonra, hicri 1293-cü ildə (miladi 1878) anadan olmuşdur. Hicri 1379-cu ildə isə (miladi 1960) vəfat etmişdir. Bədiüzzaman da hicri 12-ci əsrin mücəddidi, Mövlana Xaliddən tam yüz il sonra nəşr olunan Risalə-i Nurun müəllifi olması səbəbiylə özünün də 13-cü və 14-cü əsrlər arasında yaşayan bir mücəddid olduğunu ifadə etmişdir.
Bədiüzzaman hz. Mehdinin isə özündən sonra zühur edəcəyini tarixiylə bərabər xəbər vermiş və hicri 14-cü və 15-ci əsrlər arasında yaşayan bir “mücəddid”in hz. Mehdi olacağını müjdələmişdir. Bədiüzzaman bu sözündə də hz. Mehdi üçün “ƏN BÖYÜK MÜCƏDDİD və ƏN BÖYÜK MÜCTƏHİD” sifətlərindən istifadə etmişdir. “MÜCƏDDİD” dini həqiqətləri dövrün ehtiyaclarına görə izah edən, “MÜCTƏHİD” isə lazım gələndə ayələrdən hökm çıxardan böyük İslam alimi və lider deməkdir. Bu xüsusiyyətdəki böyük şəxslər islam cəmiyyətlərinə nümunə olmuş, onlara yol göstərmiş, dövrün qütbü olmuş liderlərdir. Bu bir lider xüsusiyyəti kimi hökmləri ədəb-ərkana uyğun olaraq Quran və hədislərdən istifadə etməklə irəli sürmək və hökm vermək xüsusiyyətlərindən ötəri “məzhəb liderləri” olmuş, müsəlmanlar da onlara tabe olmuşlardır.
İmam Hənəfi, imam Şafi, imam Hənbəli və imam Maliki kimi lider xüsusiyyətinə sahib olan şəxslər 4 məzhəbin qurucularıdır. Bütün əhli-sünnə onların verdiyi hökmlərə əsasən hərəkət edir. Bədiüzzaman bu “müctəhid və mücəddid”lərdən ən böyüyünün isə hz. Mehdi olacağını ifadə etmişdir. Bu da hz. Mehdinin Quran və hədislərdən istifadə etməklə ədəb-ərkana uyğun şəkildə hökm verəcəyini və hökm verməyə ən səlahiyyətli adam olaraq, özünün də “bütün məzhəbləri aradan qaldıracağını” göstərir. Çünki ən böyük məzhəb imamı olduğuna görə onsuz da bütün digər məzhəbləri aradan qaldırması lazımdır. Yaşadığı dövrdə hamının ona tabe olacağının xəbər verilmiş olması da bunu təsdiqləyir.
Bədiüzzaman hz. Mehdinin “ən böyük mücəddid və müctəhid” olduğunu xəbər verərək onun bütün məzhəblərdən üstün bir mövqedə olacağını ifadə etmişdir. Keçmişdən müasir dövrümüzə qədər yaşamış olan bir çox islam alimi əsərlərində bu mövzuya yer vermişdir. İslam tarixinin ən böyük alimlərindən biri olan Muhyiddin Ərəbi isə “Futuhat-ül Məkkiyə” adlı əsərində bu mövzu haqqında belə məlumat vermişdir:
...MEHDİ DİNİ PEYĞƏMBƏRİN DÖVRÜNDƏ OLDUĞU KİMİ EYNİLƏ TƏTBİQ EDƏCƏKDİR. YER ÜZÜNDƏ MƏZHƏBLƏRİ ARADAN QALDIRACAQDIR. HƏQİQİ DİNDƏN BAŞQA HEÇ BİR MƏZHƏB QALMAYACAQDIR. (Muhammed B. Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, səh. 186-187)
Hüseyin Hilmi Işık isə səadəti əbədiyə adlı əsərində hz. Mehdinin bu xüsusiyyətini belə xəbər vermişdir:
HƏZRƏTİ MEHDİ AXIRZAMANDA ZÜHUR EDƏCƏKDİR. Rəsullulah (s.ə.v)-in nəslindən olacaqdır. İsa əleyhissalamla görüşəcək, MƏZHƏBLƏRİ ARADAN QALDIRACAQ, TƏKCƏ ONUN MƏZHƏBİ QALACAQDIR. (H. Hilmi Işık, Saadeti Ebediye, səh. 35)
Məlum olduğu kimi Bədiüzzaman Səid Nursi Şafi məzhəbindəndir. Bir məzhəb sahibi deyildir və başqa bir məzhəb qurucusuna tabe olmuşdur. İmam Şafini imamı olaraq qəbul etmişdir. Bədiüzzaman bu mövzunu əsərlərində belə ifadə etmişdir: “Əvvəlcə: Mən şafiyəm...” (Emirdağ lahikası, səh. 38)
“...Həm də şafilər kimi ibadət edirəm”. (Büyük Tarihçe-i Hayat, səh. 202)
“Bu qədəri bəs edər. Mən şafiyəm...” (Büyük Tarihçe-i Hayat, səh. 206)
“Hətta Şafi məzhəbində olduğum üçün...” (Emirdağ Lahikası, səh. 573)
Halbuki hz. Mehdi bütün məzhəbləri aradan qaldıracaq və bütün məzhəblərin lideri mövqeyində çıxış edəcəkdir. Bir məzhəbə tabe olan Bədiüzzaman da bu xüsusiyyətin hz. Mehdiyə aid olacağını ifadə edərək özünün hz. Mehdi olmadığını izah etmişdir.
Həmçinin Bədiüzzaman bu sözüylə hz. Mehdinin bir şəxs olduğunu yenidən çox aydın dəlillərə istinad edərək bəyan etmişdir. Bədiüzzaman hz. Mehdinin həmçinin həm “BİR MÜCƏDDİD” həm də “BİR MÜCTƏHİD” olacağını demişdir. Hz. Mehdinin bu sifətlərinə uyğun olaraq “dini dövrün ehtiyaclarına görə izah edə bilməsi və lazım gəldiyində ayələrdən hökm çıxara bilməsi, bir İslam alimi və lideri ola bilməsi” üçün aydındır ki, “bir insan” olması lazımdır. Bir şəxsi mənəvinin “şərh edə bilməsi, hökm çıxara bilməsi, ya da bir İslam alimi və lideri ola bilməsi” mümkün deyildir. Bədiüzzaman da bu xüsusiyyətlərini bəyan edərək “HZ. MEHDİNİN BİR ŞƏXS OLDUĞUNU” ifadə etmişdir.
Bütün elçilər və peyğəmbərlər kimi Peyğəmbərimiz (s.ə.v)-dən sonra gələn və islam tarixində iştirak edən heç bir mücəddid və ya müctəhid bir şəxsi mənəvi olaraq göndərilməmişdir. Allahın Quranda bildirdiyi Adətullahına uyğun olaraq bütün mücəddidlər insanları xəbərdar edib qorxudacaq, onları Allahın razılığı, rəhməti və cənnətiylə müjdələyə biləcək, onlara doğrunu səhvdən ayıran, hidayət rəhbəri ola biləcək “BİR İNSAN” olaraq gəlmişlər. Məsələn? Mövlana Xalidi Bağdadi və Bədiüzzaman kimi mücəddidlər yaşadıqları əsrdə bir şəxs olaraq gəlmiş böyük İslam alimləridir. Bədiüzzamanın da diqqət çəkdiyi kimi 1400 ildir ki, həyəcanla gözlənilən hz. Mehdi də Allahın izni ilə bu adətullaha uyğun olaraq mücəddid və müctəhid sifətlərinə sahib ola biləcək “BİR ŞƏXS” olaraq zühur edəcəkdir.
Bədiüzzamanın istifadə etdiyi “HAKİM” sözünün lüğətdəki mənası “haqlı və haqsızı ayırd edib ədalətlə hökm edən, idarə edən” deməkdir. Bədiüzzaman əsərlərində hz. Mehdinin yerinə yetirəcəyi vəzifələrindən bəhs etmiş, hal-hazırda dağınıq halda olan bütün İslam dünyasını birləşdirib bu birliyin liderliyini boynuna götürmənin də hz. Mehdinin bu vəzifələrindən biri olduğunu ifadə etmişdir. Bədiüzzaman burada hz. Mehdinin “HAKİM”lik sifətindən istifadə etmiş, bütün İslam aləminin başçısı olacağını və müsəlmanların məsələlərinə çıxış yolu tapacağını xəbər vermişdir. Buna görə də hz. Mehdi qərar orqanlarının başçısı olacaq, onun ədalətli hökmləri və istiqamətləndirməsiylə islam dünyası idarə olunacaqdır. Belə bir irəliləyiş indiyədək reallaşmamışdır. Necə ki, Bədiüzzaman da bu həqiqəti xatırladaraq hz. Mehdinin hələ zühur etmədiyini dilə gətirmiş, zühur etdiyində isə hz. Mehdinin bu “HAKİMLİK XÜSUSIYYƏTİNƏ SAHİB OLMASI İLƏ TANINACAĞINA” diqqət çəkmişdir.
Hz. Mehdi Bədiüzzamanın da ifadə etdiyi kimi “hakim” olacaq, yəni hökm və ədaləti təmin edən orqanların başçısı olacaqdır. Bədiüzzaman Səid Nursi isə, ömrünün 28 ilini “məhkum” olaraq böyük fədakarlıqlar altında keçirmiş və “hakim” mövqedə olmamışdır.
Bundan əlavə Bədiüzzaman bu sözüylə hz. Mehdinin bir şəxsi mənəvi olmadığı mövzusuna da konkret ifadələrlə aydınlıq gətirmişdir. Bir şəxsi mənəvinin “hakimlik” sifətinə sahib olması, müsəlmanların liderliyini öhdəsinə götürüb ədalətlə hökm verə bilməsi, bir birliyi idarə edə bilməsi, şübhəsiz ki, qeyri-mümkündür. Bütün bunlar ancaq bir insanın sahib ola biləcəyi xüsusiyyətlərdir. Yenə də bunlar ancaq iman, ağıl, mühakimə və vicdandan istifadə etməklə yerinə yetirilən məsuliyyətlərdir. Bir şəxsi mənəvinin isə bu xüsusiyyətlərin heç birinə sahib olmadığı, buna görə də hakim xüsusiyyəti ilə müsəlmanları idarə edə bilməyəcəyi olduqca aydın bir həqiqətdir. Bədiüzzaman da sözlərində bu həqiqəti aydın şəkildə ifadə etmiş, hz. Mehdinin “BİR ŞƏXS” olduğunu izah etmişdir.
Bədiüzzaman Rəbbimizin Axırzamanın ən ağır vaxtında bütün insanların qurtuluşuna vəsilə olması üçün göndərəcəyi mübarək şəxsin həmçinin “MEHDİ” xüsusiyyətinə də sahib olacağını xəbər vermişdir. “MEHDİ” sözü “HİDAYƏT TAPAN, HİDAYƏTƏ VƏSİLƏ OLAN və HİDAYƏTƏ YÖNƏLDƏN” mənalarındadır. Mehdi sifəti xüsusi bir lütf olaraq Allahın hidayətinə nail olan və Allahın özünə yol göstərdiyi adamı ifadə edir. Axırzamanda zühur edəcək olan hz. Mehdi də adını bu xüsusiyyətindən alır. Bir şəxsi mənəvinin “Mehdi xüsusiyyətinə sahib olması”ndan isə heç bir şəkildə söhbət gedə bilməz. Allahdan bir lütf olaraq verilən “HİDAYƏT TAPMA” xüsusiyyətinin “BİR İNSANI” ifadə etdiyi çox aydındır. Bir şəxsi mənəvinin “hidayət tapma” və “insanların hidayətlərinə vəsilə olma” xüsusiyyətləri ola bilməz. Bədiüzzaman da burada bu həqiqəti bəyan etmiş hz. Mehdinin “MEHDİ” xüsusiyyətini ifadə edərək onun “BİR ŞƏXS” olduğunu yenidən bəyan etmişdir.
Bədiüzzaman hz. Mehdinin xüsusiyyətlərindən bəzilərini saydığı bu sözündə onun həmçinin həm “MÜRŞİD”, həm də “QÜTBÜ ƏZƏM” olacağını xəbər vermişdir. “MÜRŞİD” sözü “DOĞRU YOLU GÖSTƏRƏN KİMSƏ” mənasını verir. “QÜTBÜ ƏZƏM” ifadəsi isə “MÜSƏLMANLARI ÖZÜNƏ TABE EDƏN BÖYÜK ÖVLİYALARDAN DÖVRÜN ƏN BÖYÜK MÜRŞİDİ” mənasındadır. Bədiüzzaman bu sözünün əvvəlindəki “Axırzamanın ən böyük fəsadı zamanında” ifadəsiylə hz. Mehdinin dünyanın bəlkə də ən böhranlı mərhələsi olan Axırzamanda dünya səviyyəsində yerinə yetirəcəyi işlərlə imandan və doğru yoldan din əxlaqından uzaqlaşmış insanları qəflətdən oyandırıb hidayətə yönəldəcəyini xəbər vermişdir. Hz. Mehdi müsəlmanların özünə tabe olduğu dövrün ən böyük yol göstəricisi olacaqdır.
Bədiüzzamanın bu sözündə istifadə etdiyi yuxarıdakı xüsusiyyətlər mənalarından da aydın olduğu kimi “TƏK BİR ADAM”a aid olan xüsusiyyətlərdir. Bir şəxsi mənəvinin “mürşid” və “qütbü əzəm” olması mümkün ola bilməz. Bədiüzzaman aydın şəkildə hz. Mehdinin yaşadığı dövrdə “bütün müsəlmanların özünə tabe olduğu ən böyük övliyalardan, dövrünün doğru yolu göstərən ən böyük mürşidi olan BİR ŞƏXS” olacağını ifadə etmişdir.
Bədiüzzaman burada hz. Mehdinin “NURANİ BİR ŞƏXS” olduğundan bəhs edir. Əgər Bədiüzzaman hz. Mehdinin bir şəxsi mənəvi olduğunu bəyan etmək istəsəydi burada “NURANİ BİR ŞƏXSDİR” deyil “nurani bir şəxsi mənəvidir” ifadəsindən istifadə edərdi. Ancaq çox aydın olaraq hz. Mehdi üçün “bir şəxs” ifadəsini işlətmişdir. Həmçinin “NURANİ” sözüylə də bu mübarək şəxsin bir xüsusiyyətini də bəyan etmiş, onun “NURLU BİR ŞƏXS” olduğunu ifadə etmişdir. Bir şəxsi mənəvinin “NURLU” olmasından danışa bilmək mümkün deyildir. Bu bir insanda görülə biləcək bir xüsusiyyətdir. Bədiüzzaman da bütün bu bəyanları və şərhləriylə hz. Mehdinin bir şəxsi mənəvi olmadığını mübarək “bir insan” olduğunu aydın şəkildə ifadə etmişdir.
Həmçinin Bədiüzzaman burada “iki şəxs” ya da “üç şəxs” kimi ifadələrə yer verməmiş istifadə etdiyi “NURANİ BİR ŞƏXS” ifadəsiylə hz. Mehdinin yalnız “TƏK BİR ŞƏXS” olduğunu da ifadə etmişdir.
Bədiüzzaman bundan əlavə bu sözündəki “GÖNDƏRƏCƏK” ifadəsiylə də hz. Mehdinin zühurunun Allahın izni ilə qəti olaraq reallaşacağına ümid etdiyini bildirir. Bədiüzzaman bu sözüylə həmçinin hz. Mehdinin zühurunun keçmişdə ya da öz dövründə hələ reallaşmamış olduğunu da xəbər verir. Əgər belə bir qənaəti olsaydı, şübhəsiz ki, Bədiüzzaman “Cənabı Haqq göndərdi” ya da “göndərmişdir” kimi, keçmiş zamanı ifadə edən bir feldən istifadə edərdi. Ancaq Bədiüzzaman bu ifadələrin heç birinə yer verməmiş və gələcək zamana işarə edərək Rəbbimizin hz. Mehdini özünə “SONRAKI BİR DÖVRDƏ GÖNDƏRƏCƏYİNİ” xəbər vermişdir.
Bədiüzzaman “HZ. MEHDİNİN PEYĞƏMBƏRİMİZ (s.ə.v)-İN NƏSLİNDƏN GƏLƏN BİR ŞƏXS OLACAĞINI” ifadə edir. Bədiüzzaman əsərlərində bu mövzunu da tez-tez bəyan edir. Şübhəsiz ki, Bədiüzzaman bir şəxsi mənəvinin peyğəmbər nəslindən gələ bilməyəcəyini çox yaxşı bilir. Bu xüsusiyyətini xatırladaraq hz. Mehdinin mübarək bir nəsildən gələn “BİR İNSAN” olacağını ifadə edir. Bundan əlavə Bədiüzzaman risalələrdə dəfələrlə özünün Peyğəmbərimiz (s.ə.v)-in nəslindən olmadığını xəbər vermiş və hz. Mehdi zühur etdiyində digər mücəddidlərdən bu xüsusiyyətiylə fərqlənəcəyinə diqqət çəkmişdir.
Bədiüzzaman cəlal və qüdrət sahibi olan Rəbbimizin hz. Mehdi vəsiləsilə dinsizlik və zülm dövrünü aradan qaldıracağını ifadə etmişdir. Rəbbimizin yer ilə göy arasındakı bütün aləmi buludlarla bir dəqiqə ərzində doldurub boşaltdığı, bir saniyə ərzində dənizin tufanlarını dayandırdığı və yaz fəslində bir saat ərzində yay fəslinin nümunəsini və yayda da bir saat ərzində qış tufanını yaratdığı kimi bu hadisəni də dərhal reallaşdırmağa qadir olduğunu xatırlatmışdır. Bədiüzzaman Allahın bu vədinin haqq olduğunu və vədini mütləq reallaşdıracağını ifadə etmişdir.
Hz. Mehdi Allahın izni ilə islam dünyasının üzə-üzə gəldiyi zülm və çətinliklərə son qoymaqla mükəlləfləndirilmiş adam olacaq və işləriylə bütün dünya səviyyəsində təsirli olacaqdır. Ancaq bu cür bütün dünyanın gözləri qarşısında reallaşacaq bir vəziyyət nə Bədiüzzamanın yaşadığı dövrdə, nə də daha əvvəl reallaşmamışdır. Bədiüzzamanın dövründə bu zülm davam edirdi. Kommunizm də hələ ki, süqut etməmişdi. Müsəlmanlara edilən zülm isə bütün dünyanın gözləri qarşısında həyata keçirilirdi. Yaxın bir tarixə qədər Bosniyada indiki vaxtda hələ də Kəşmirdə, Moroda, Fələstində və üstəlik dünyanın bir çox yerində müsəlmanların ən təməl hüquqlarının belə əlindən alındığı, haqsız yerə öldürüldükləri məlumdur.
Buna görə də Bədiüzzamanın yaşadığı dövrdə zülm və əsarətin aradan qaldırılmasından heç bir şəkildə söhbət gedə bilməz. Hətta Bədiüzzamanın şəxsən özü bu şərtlər səbəbiylə ömrünün çox böyük bir hissəsini zülm və əsarət altında keçirmişdir. Bədiüzzaman hədislərdə bildirildiyi kimi İslam dünyasında hakim olan bu zülmü aradan qaldıracaq adamın ancaq hz. Mehdi olacağını ifadə etmişdir.
Özünün belə bir hadisəyə vəsilə olmadığını və bu vəzifəni yerinə yetirəcək olan adamın hz. Mehdi olacağını ifadə etmişdir.