Əmrə: Erkək qunduz bir də “bəndi yuvamızı qurmaq üçün inşa edirik” dediniz. Amma mən yuva zad görmürəm. Sadəcə kötüklər var. Yuvanızı harda qurursunuz?
Bu şəkli gördükdən sonra əsla “suyun ortasındakı bu kollar hansı işə yarayar ki?” deyə düşünməyin. Bu şəkil qunduz yuvasının yuxarıdan görünüşüdür. |
Erkək qunduz: Haqlısan. Yuvamızı belə çöldən baxaraq görməyinə imkanı yoxdur. Onsuz da bunu xüsusi olaraq belə edirik ki, daha etibarlı olsun. Bəndi düzəldərkən bir tərəfdən də gölməçə kənarında torpağa yaxın bir yerdə yuvanı hazırlayacağıq. Yuva üstdən baxıldığı vaxt bir taxta qalağı kimi görünür. Amma bu səni əsla aldatmasın, əslində içini çox yaxşı hazırlayarıq. Əvvəlcə bizim üçün təhlükəsizlik çox əhəmiyyətlidir. Buna görə də yuvaya giriş sadəcə su altındandır. Əlbəttə ki, hər istəyən içəri asanlıqla girə bilməz. İçəri girmək üçün yalnız bizim bildiyimiz gizli bir tuneldən keçmək lazımdır.
Əmrə: Çox gözəl. Eviniz eyni, xəndəklə əhatələnmiş qapıya bənzəyir. İçəri girmək az qala qeyri-mümkündür.
Erkək və dişi qunduz Əmrənin bu dediklərinə qəh-qəhə çəkərək gülürlər.
Erkək qunduz: Tuneli keçdikdən sonra gizli bir otaq peyda olar. Bu otağı su səviyyəsinin üstündə olacaq vəziyyətdə qururuq. Ailəmizlə birlikdə bu quru və təhlükəsiz otaqda yaşayarıq. Bəzən də yuvamızı iki mərtəbəli edərik. Birinci qat giriş və zal otağı, ikinci qat yemək və yataq otağı olar. Yuvalarımızın iki ayrı sualtı girişi bir də üst tərəfdə mövcud olan ventilyasiya kanalı vardır. Beləliklə həm xarici təhlükələrdən qorunuruq, həm də rahat bir yuvada yaşayırıq.
Əmrə: Bu fövqəladə bir şeydir. Kənardan heç başa düşülmür, sanki orada yığılmış kötüklər varmış kimi görünür. Çox ağıllı bir tənzimləmədir. Bir sualım da var. Bu gölməçənin yüksəkliyi nə qədərdir? Buradan baxıldıqda olduqca yüksək görünür.
Erkək qunduz: Bəzən 3-4 metrə çatır. Əslində yuvamızı qurmaq üçün bu qədər dərin suya ehtiyacımız yoxdur. Ancaq qış mövsümü gəldiyi vaxt gölməçənin üstündəki su donar və olduqca qalın bir buz təbəqəsi meydana gələr. Su kifayət qədər dərin olmazsa donma gölün dərinlərinə qədər irəliləyir və bütün gölməçə bir buz qəlibinə çevrilir. Əlbəttə ki, biz bu vəziyyətdə suyun içində hərəkət edə bilmirik. Buna görə də biz gölməçəni mümkün qədər dərinləşdiririk. Bunun sayəsində qışda göl buzla örtülsə də, buzun altında qalın bir su təbəqəsi qalar. Bu, hərəkətimiz və qidalanmağımız üçün kifayətdir.
Qardaşı: Əmrə gördüyün kimi, erkək qunduz və dişi qunduz nə etdiklərini çox yaxşı bilirlər. Gölün üstündə bir yuva qurmağa cəhd etsək, bunların heç biri bizim ağlımıza belə gəlməyə bilərdi. Amma dostlarımız daha sonrakı günlərdə nələr baş verər deyə düşünüb buna belə çıxış yolu tapırlar. Əlbəttə ki, bu qabiliyyətləri onlara verən, belə incəlikləri düşünmələrini təmin edən, görəcəkləri işləri onlara öyrədən Allahdır.
Qunduzların yuvalarına su altındakı xüsusi bir tuneldən girmək olar. Bu tuneli təkcə qunduzlar bilir. Qunduzlar çox ağıllıdır. Yuvalarında bir ziyan olduğunda dərhal bunu başa düşür və yandakı şəkildə göründüyü kimi təmir edirlər. Qunduzların nə qədər ağıllı olduqlarını qış üçün gördükləri hazırlıqdan da başa düşə bilərik. Bütün yuva qar altında qalsa da su buz tutsa da qunduzlar əvvəldən aldıqları tədbirlərlə yuvalarında çox rahatdırlar. |
Əmrənin ağlına yenə bacısı gəlmişdi. Sizin də bildiyiniz kimi bacısı inşaat mühəndisidir və inşaat mühəndisi ola bilmək üçün illərcə məktəbə getmiş və çox çalışmışdır. Əmrə bir gün bacısının otağına girmiş və tapşırıqlarına baxmışdır. O günə qədər bacısının həmişə bina, körpü kimi şeylər çəkdiyini zənn etmişdir. Ancaq tapşırıqlara baxdıqda çox təəccüblənmiş və heç bir şey başa düşməmişdir. Etdiyi şeylər çox əmək tələb edən, çətin və mürəkkəb şeylərdir. Bacısının kağızında o qədər çox və iç-içə keçmiş xətt və ədəd vardır ki, nəyin nə işə yaradığını başa düşməmişdi. Bacısına bunların nə olduğunu soruşduğu vaxt bu şəkillərin nəticəsində bir binanın inşa ediləcəyini öyrənmiş və heyrətlər içində qalmışdır.
Əmrə o günə qədər tikinti mühəndisliyinin bu qədər çətin bir iş olacağını heç fikirləşməmişdi. Üstəlik, bacısı öz gördüyü şeyin sadəcə işin dizayn hissəsi olduğunu demişdi. Bundan sonrakı mərhələdə isə işçilər araya girir və lazımlı vasitə və vəsaitlərlə binanı inşa edirlər.
Əmrə: Həqiqətən çox maraqlıdır. Evlərinizi, eynilə mühəndis bacımın etdiyi kimi əvvəldən təyin olunmuş bir plana uyğun olaraq qurursunuz. Hər hərəkətinizdə çox böyük bir ağıl vardır. Bacımın o mürəkkəb hesabların üzərində, gecələr boyu necə çalışdığı ağlıma gəlir...
Qardaşı: Çox haqlısan. Mənim də ağlıma Selin gəlmişdi. Qunduz dostlarımız həm Selinin gördüyü çətin işi, həm də tikinti işçilərinin işini görürlər. Bu da Allahın onlara verdiyi qabiliyyətlərin nə qədər fövqəladə olduğunu göstərən başqa bir tərəfdir. Ancaq kiçik dostlarımız, bizim artıq düşərgəyə qayıtmaq vaxtımız gəldi. Hər şey üçün sizə təşəkkür etmək istəyirəm. Əmrə özünü maraqlandıran bütün sualların cavabını almış oldu. Artıq sizinlə vidalaşmaq məcburiyyətindəyik.
Əmrə: Mən də sizə təşəkkür etmək istəyirəm. Sizinlə söhbət etməkdən çox böyük zövq aldım. Ancaq vidalaşmaq istəmirəm, çünki burada qaldığımız günlər ərzində izn versəniz sizi tez-tez ziyarət etmək istəyirəm.
Erkək və dişi qunduz: Əlvida Əmrə. Əlbəttə ki, istədiyin vaxt gələ bilərsən. Yuvamızın tamamlanmış halını da görmüş olarsan. Əlvida.
Əmrə, sevimli qunduzların etdiklərinə heyran qalmışdır. Suallarının cavabını almışdır və bütün öyrəndiklərini izah etmək üçün dərhal düşərgəyə qayıtmaq istəyir.