Əmrə axar suya yaxınlaşarkən barmaq uclarında və mümkün qədər səssiz getməyə başlayır. Su kənarına çatdığı vaxt suyun üzərindəki budaq və kötüklərin bir qədər də çoxaldığını görür. Ətrafına baxıb yenə heç kimin olmadığını düşünər. Elə ki, qardaşını çağıracağı vaxt qəflətən suyun üzərində üzən çox sevimli iki heyvan görür. Tez gizlənir. Heyvanlar Əmrəni görmədikləri üçün işlərinə davam edirlər. Bir müddət sonra Əmrənin qardaşı da yanına gəlir. Qardaşı: -“Deməli, bütün ağacları kəsib, suya daşıyan qunduzlar imiş”-deyə pıçıldayaraq heyrətləndiyini büruzə verir. Əmrə kitablarda gördüyü ancaq o qədər də yaxşı tanımadığı qunduzları canlı olaraq gördüyü üçün çox xoşbəxt olmuşdur. Bütün gün bu iki qəribə görünüşlü canlının səylə yerinə yetirdikləri işləri izləyirlər.
Əmrə və qardaşı ağacların arxasında gizlənmiş sevimli qunduzların gördükləri heyrət verici işi izləyirlər. Onların varlığını hiss etməyən qunduzlar da işlərinə davam edirlər. |
Əmrənin böyük qardaşının dediyinə görə qunduzlar suyun qabağını kəsmək, sonra da burada bir yuva qurmaq üçün işləyirlər.
Qunduzların davranışları çox təəccüblüdür. Ağızlarında daşıdıqları budaqları əvvəlcədən suya qoyduqları ən böyük kötüyün qabağına qoyurlar. Sonra biri sahilə çıxır və su kənarına yaxın bir ağaca yönəlir. Qunduz əvvəlcə ağacın yarpaqları ilə bir qədər qidalanır sonra dişləriylə ağacı dibindən gəmirməyə başlayır. Uzun müddət ağacın ətrafında dönərək, hər tərəfdən bərabər olacaq şəkildə böyük bir etina ilə ağacı gəmirir. Ağacın qopacaq hissəsi qələm ucu formasını alana qədər bu işə davam edər.
Qunduz ağacları kəsərkən Əmrə də bu kiçik heyvanın böyük ağacı necə daşıyacağını düşünür. Elə bu vaxtda ağac birbaşa suyun üzərinə düşür. Buna görə də daşıma problemi aradan qalxmışdır.
Daha sonra digəri gəlir və o da su kənarındakı bir ağacı dibindən gəmirməyə başlayır. Onun gəmirdiyi ağac da bir müddət sonra birbaşa suya düşür. Başqa biri, başqa biri daha, biri daha... Qunduzların kəsdikləri bütün ağaclar heç yolunu azmadan suyun üzərinə düşür. Sanki qunduz ağacı necə suya salacağını hesablayaraq gəmirməyə başlayır.
Əmrə çox təəccüblənir, çünki onun ağlına ağacları daşımaqdan yaxa qurtarmaq üçün belə bir taktikadan istifadə etmək gəlməmişdir. Böyük qardaşına bu fikrini dedikdə onun da eyni fikirdə olduğunu görür. Aralarında belə danışırlar:
Qunduzlar işə başlamamışdan əvvəl yığdıqları yarpaqlardan yeyərək güclənirlər Yan səhifədə qunduzların dişləri ilə kəsdikləri ağacları görürsünüz. Böyük ağacları aşıran bu kiçik heyvanların Allahın ilhamı ilə hərəkət etdiklərini əsla ağlınızdan çıxarmayın. |
Qardaşı: Doğrusu, mənim də ağlıma belə bir çıxış yolu gəlməzdi. Amma bəli, bir kitabda oxumuşdum. Qunduzlar ağacları tam suya salacaq şəkildə hesablayıb, buna uyğun olan bir bucaq altında ağacları gəmirirlərmiş. Ancaq bəzən də uğur qazana bilməzlərmiş. Belə vəziyyətlərdə də suya sala bilmədikləri ağacları dişləriylə çəkərək suya tərəf aparırlarmış. Bəli Əmrə, məncə hələlik bu qədər bəs edər. Sənə düşərgəyə qayıtdığım vaxt qunduzlar haqqında daha ətraflı məlumat verməyimi istəyirsənmi? İstəsən gətirdiyimiz kitablardan da qunduzlar haqqında məlumat toplaya bilərik.
Qunduzlar ağacları suya sala bilmədikləri vaxt dişləriylə su kənarına doğru çəkirlər. Yuxarıda erkək qunduzu ağac daşıyarkən görürsünüz. |
Əmrə: Çox istəyirəm. Qunduzların belə hesablar yerinə yetirə bilmələri, daha doğrusu düşünərək hərəkət etmələri məni çox təəccübləndirdi, ağlım qarışdı. Niyə axar suyun qabağını kəsərək yuva qururlar? Ağac yedikləri halda dişləri heç yeyilmirmi? Ağlımda o qədər çox sual var ki, bütün gecə səninlə danışa bilərəm.
Qardaşı: Yaxşı. Amma tezliklə düşərgəyə geri qayıtmaq lazımdır. Başımız söhbətə qarışdı, hava da qaralmaq üzrədir. Anam bizim üçün narahat olmadan geri qayıdaq. Həmçinin həm çox yuxum gəldi, həm də çox yoruldum. Onda tələs.
Düşərgəyə qayıtmaq üçün tələsik yola düşərlər. Ancaq ağlındakı suallar Əmrəni yol boyunca rahat buraxmır. Düşərgəyə getdikləri vaxt analarının onlar üçün hazırladığı ləzzətli yeməklərdən yeyərlər. Sonra birlikdə kitablara baxmağa başlayarlar, tam qunduzlar haqqında bir şey oxumağa başladıqları vaxt Əmrə heç gözləmədiyi bir sürprizlə qarşılaşır. Qardaşı yuxuya getmişdir. Əmrə də kitabları təkcə oxumağa başlayır.
Bu, Əmrənin ağlındakı suallarla baş-başa qalması deməkdir. Əmrə yeni bir plan da qurur. Sabah səhər tezdən gedib, qunduzlarla tanış olacaq nələr edəcəklərini onlardan öyrənəcəkdir. Və bir müddət sonra o da yuxuya gedir...