Böyük Bir Sürpriz

Əmrə səhər tezdən durur və səssizcə axar suya tərəf gedir. Onları yenə işləyərkən görür. Bütün cəsarətini toplayır və qunduzların yanına gedib onlarla danışmağa başlayır.

Əmrə: Salam, mənim adım Əmrədir. Sizinlə dost ola bilərəmmi?

Sevimli heyvanlar əvvəlcə bir qədər ürkər ancaq sonra Əmrənin dostcasına rəftarını görüncə bir qədər böyük olanı qabağa keçib danışmağa başlayır.

Erkək qunduz: Əlbəttə ki, mənim adım erkək qunduz, yanımdakı da yoldaşım dişi qunduz, tanış olduğumuza çox şad oldum.

Əmrə buna çox sevinmişdir. Çünki artıq maraqlandıqlarını onlardan soruşa biləcəkdir. Tezliklə söhbət etməyə başlayırlar.

kunduz çizimleri

Əmrə: Sizi bir müddətdir ki, maraqla izləyirəm. Soruşmaq istədiyim o qədər çox sual var ki... Əvvəlcə bu ağac kötükləri ilə başlayaq. Kişi qunduz hansı səbəbə görə ağac kötüklərini suya daşıyıb üst-üstə qoyursunuz?

Erkək qunduz: Əmrə, bizim kimi bütün qunduz cütlükləri də özlərinə yeni yuva qurmaq üçün köç edirlər. Biz də bir müddət əvvəl bura köç etdik, yəni bu axar suya yeni köçdük. İndi özümüzə bir yuva inşa edirik. Ancaq bunu edə bilmək üçün durğun bir suya ehtiyacımız vardır. Buna görə əvvəlcə axar suyun qabağını kəsməliyik. Biz də bunun üçün ağacları üst-üstə qoyub suyu kəsərək gördüyün süni gölü yaratdıq.

Əmrə: Yəni, siz bir bənd düzəldirsiniz? Bu müdhiş bir şeydir. Bilirsinizmi, biz insanlar da suyun axımını kəsmək üçün əsrlərdən bəri eyni formada bəndlər düzəldirik. Keçən gün coğrafiya dərsində müəllimim bizə ölkəmizdəki bəndlər və quruluşlarını izah etmişdi. Mən çox təəccüblənmişdim. Çünki o qədər güclü axan suyun qabağında bir tikinti işinin görülməsi çox çətin olar deyə düşünmüşdüm. Amma sizin etdiyiniz bizimkindən daha çox təəccüblü və çətindir. Belə güclü axan bir suyu dayandırmağı necə bacarırsınız? Bu hardan ağlınıza gəldi? İnsanların inşa etdikləri bəndlərə baxaraqmı qərar verdiniz?...

Əmrə həyəcan içində suallarını dalbadal verərkən kişi qunduz Əmrənin sözlərinə və təəccüblənməyinə bir müddət gülür. Çünki gördükləri iş onlar üçün çox asandır, heç çətinlik çəkmədən görürlər.

Erkək qunduz: Dayan, Əmrə, dayan, bir qədər nəfəs al. Bütün suallarına növbə ilə cavab verəcəyəm. Heç narahat olma hər şeyi öyrənəcəksən. Biz bənd düzəltməyi də, belə bir yuva qurmağı da dünyaya gələn kimi bilirik. Əlbəttə ki, bu özbaşına bizim ağlımıza gəlmədi. Birdən birə bir gün “gəlin onda bənd düzəldib, suyun ortasında bir yuva quraq” demədik. Bütün bunları biz onsuz da bilirdik. Hələ anadan olmadan bütün bunlar bizə öyrədilmişdi. Buna görə biz işimizi bu qədər yaxşı görürük. Harada necə davranacağımızı çox yaxşı bilirik. Nəhəng ağacları necə aşıracağımızı, necə suya daşıyacağımızı da bunun sayəsində bilirik.

Əmrə, erkək qunduzu təəccüb içində dinləyərkən birdən-birə arxasından bir səs eşidib ürkür:

Qardaşı: Əmrə mən sənə bütün bu suallarının cavabını verə bilərəm. Amma əvvəlcə mənə bir şey izah etməlisən. Niyə düşərgədən öz başına ayrıldın? Qoyduğun qeydi görməsəydim səndən ötrü çox narahat ola bilərdik.

Əmrə: Qardaşım, mən şey... Çox üzr istəyirəm o qədər həyəcanlanmışdım ki, özümü bura gəlməkdən saxlaya bilmədim. Amma qeydimi görəcəyini bildiyim üçün belə etdim. Xahiş edirəm mənə bütün bunları qunduzlara kimin öyrətdiyini deyərsənmi?

Qardaşı: Yaxşı oldu. Bax Əmrə, keçən həftə səninlə Quran oxumuşdum. Xatırlasan oxuduğumuz ayələrin bir çoxunda göyləri, yeri və ikisi arasındakı hər şeyi yaradanın Allah olduğu yazırdı. Bundan əlavə səninlə tək-tək bildiyimiz heyvanları və gördükləri fövqəladə işləri düşünmüşdük və bütün bunları özbaşlarına edə bilməyəcəkləri qənaətinə gəlmişdik. Onlara necə davranacaqlarını öyrədən birinin olduğunu başa düşmüşdük.

Əmrə: Bəli çox yaxşı xatırlayıram.

Qardaşı: Budur Əmrə, bütün canlılar özlərinə Allahın öyrətdiyi şəkildə hərəkət edərlər. Hələ anadan olduqları andan etibarən hamısı necə davranacaqlarını çox yaxşı bilir. Biz insanlar, heyvanların gördüklərini açmaq üçün illərcə çalışırıq. Texnoloji alətlər istifadə edərik, kitablar oxuyarıq, təcrübələr edərik. Amma heyvanlar bizim başa düşmək üçün çalışıb çabaladığımız işləri böyük bir asanlıqla görərlər. Məsələn, mütəxəssis insanların edə bilməyəcəyi hesablamaları belə heç çətinlik çəkmədən edərlər. Erkək və dişi qunduz da özlərinə Rəbbimizin öyrətdiklərini edirlər. İndi erkək qunduz nələr etdiyini izah edəcək, o vaxt nə demək istədiyimi daha yaxşı başa düşəcəksən.

Erkək qunduz: Bəli, Əmrə. Bir qədər sonra sənə quracağımız yuvanın təfərrüatlarını izah edəcəyəm. Bizim öz başımıza belə bir şey etməyimizin mümkün olmadığını sən də görəcəksən.

Əmrə, erkək qunduzun və qardaşının izah etdiklərini böyük bir diqqətlə dinləyir. Nə qədər əhəmiyyətli bir söhbət etdiklərinin fərqindədir. Buna görə də bütün diqqətini toplayıb, ağlında olan bütün sualları soruşmağa qərar verir.

Əmrə: Erkək qunduz gördüyüm qədər bu gölü yaratmaq üçün ağac kəsərkən əllərinizdən və dişlərinizdən istifadə edirsiniz. Yaxşı, sizin dişləriniz necə bu qədər möhkəmdir? Məsələn, mən bir budağı dişləməyə cəhd etsəm mənim dişlərim dərhal qırılar. Mən sizin etdiklərinizi qətiyyətlə edə bilmərəm.

Erkək qunduz: Çox gözəl bir sualdır. Həyat yoldaşım və mən 1 il ərzində 400-ə yaxın ağacı aşırda bilirik. Üstəlik bu əməliyyatların hamısını da dişlərimizlə gəmirərək görürük. Ağac budaqlarını gəmirərkən dörd ədəd ön dişimizdən istifadə edirik. Səninkilər qədər olmasa da bizim də dişlərimiz vaxt ərzində yeyilir və vaxtaşırı da qırılır. Ancaq bu bizə heç təsir etmir çünki kəsici ön dişlərimiz çox qısa bir müddətdə uzanır. Bu həyatımız boyunca həmişə belə davam edir.

Əmrə: Yəni, eynilə bizim dırnaqlarımızın uzandığı kimi, sizin də dişləriniz həmişə uzanırmı?

Dişi qunduz: Əmrə bu sualına da mən cavab verim. Bəli elə də deyə bilərik. Allah bizim diş quruluşumuzu digər bütün canlılardan fərqli bir xüsusiyyətdə yaratmışdır. Əgər belə olmasaydı, nə qidalana, nə də yuva qura bilməzdik. Bu da bizim üçün çox pis olardı. Hətta aclıqdan öləcəyimiz üçün nəslimiz tükənərdi, yəni bu gün biz burada ola bilməzdik. Hətta dünyada tək bir qunduz belə tapa bilməzdin. Ancaq gördüyün kimi mən və erkək qunduz da daxil olmaqla bütün qunduzların dişləri çox tez uzanır. Dişlərimiz bizim üçün olduqca çox əhəmiyyətlidir.

çizim kunduz

Əmrə: Yaxşı üzməyi necə öyrəndiniz? Mən hələ yeni-yeni üzməyə başlamışkən, siz necə bu qədər mükəmməl bir şəkildə üzə bilirsiniz?

Erkək qunduz: Əmrə, bizim kimi bütün qunduzlar doğulduqdan qısa bir müddət sonra üzməyə başlayırlar. Bu bizim üçün çox asandır. Çünki bədənimiz üzməyə çox əlverişlidir. Bir dəfə ayaqlarımız pərdəlidir, buna görə də suyu asanlıqla itələyir. Arxa quyruqlarımızsa nəhəng bir palitra kimidir, bunun sayəsində suyun içində çox rahat hərəkət edirik. Sən necə suyun altında gözünün içinə su girməsin deyə və görmək üçün eynək taxırsansa, bizim də təbii eynəklərimiz vardır. Suyun altında olarkən qulaqlarımız və burun dəliklərimiz suyun içəri girməsinə mane olacaq şəkildə bağlanaraq qorunur. Və gözlərimizdə də yarı şəffaf olan üçüncü göz qapağı vardır. Bu da bizi suyun təsirlərindən qoruyur.

Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin!...
(Ənam surəsi, 102)

Əmrə: Kiçik dostlarım bilirsinizmi, mən də ayağıma palitra taxıb çox rahat və sürətli bir şəkildə üzə bilirəm. Amma əlbəttə ki, mənim paletlerimi atam satın alır, sizsə bunlara anadangəlmə sahibsiniz. Allah sizi tam ehtiyacınız olan xüsusiyyətlərlə yaratmışdır.

kunduz pençesi ve kuyruğu

Qunduzların pəncələri palitra kimi istifadə etdikləri quyruqları (yuxarıdakı şəkillər), dişləri qısacası bütün bədənləri uca Rəbbimiz tərəfindən tam lazım olduğu kimi xüsusi olaraq yaradılmışdır. Bunlar olmadan qunduzların yaşaması qeyri-mümkündür.

Qardaşı: Bəli, Əmrə çox gözəl dedin. Kişi Qunduz, bizə bir az da qurduğunuz bənd haqqında danışarsınızmı?

Erkək qunduz: Bənd üçün ilk iş olaraq qalın budaqları dərə yatağının içinə doğru itələyər. Ardından daha incə budaqları, daha ağır olanların üzərinə yığarıq. Ancaq bunları axar suyun yatağına möhkəm bir şəkildə yerləşdirməyimiz lazımdır. Yoxsa axan su etdiklərimizi götürüb aparar. Bunun üçün əvvəlcə böyük payaları daşlarla ağırlaşdıraraq axar suyun içində yaxşıca sabitləyirik. Amma belə buraxsaq asanlıqla dağılacağı üçün başqa bir dəstək də etməyimiz lazımdır. Buna görə də yığdığımız budaqları, gil və yarpaqlardan hazırladığımız xüsusi bir məhlulla bir-birlərinə yapışdırırıq. Bu məhlul su keçirməz və suyun aşındırıcı gücünə qarşı da çox davamlıdır.

Əmrə: Onsuz da belə olmasaydı, suyun içində quru bir yuva yarada biməzdiniz və bütün səyləriniz hədər gedə bilərdi.

Erkək qunduz Əmrəyə əvvəlcə ağacları suya necə daşıdıqlarını (yan səhifə) sonra da dişi qunduzun bu ağacları möhkəmləndirmək üçün bir-birinə necə yapışdırdığını izah edir.

bayan kunduz çizimi
çizim kunduz

Dişi qunduz: Əmrə, düz deyirsən. Ancaq qurduğumuz bu sədd olduqca davamlıdır və hər keçən gün bir qədər də böyüyür və daha möhkəm olar. Sədd böyüdükcə qarşısında mövcud olan su axımı da yüksələr. Bir neçə aylıq işimizin nəticəsində gördüyün kimi bir bənd gölməçəsi meydana gəlir. Ancaq gölməçə böyüdükcə bəndi də möhkəmlətməli və bir tərəfdən də çatlamış yerlərini təmir etməliyik. Bir qədər əvvəl erkək qunduzun da dediyi kimi, quyruğumuzla ağacların aralarını həm palçıqla doldurur, həm də kollarla bağlayırıq. Ha, bu arada çox əhəmiyyətli bir şey də var. Sənə onu da deyim. Bəndimizin formasına diqqət yetirdinmi? Bir yaya bənzəyir elə deyilmi? Budur, bu yay kimi içə doğru bükülmüş formanın adı basıqdır. Bütün qunduzlar bəndlərini basıq olaraq hazırlayırlar. Tək məqsədimiz səddin suyun qabağını 45 dərəcəlik bir bucaqla kəsməsidir.

kunduz pençesi ve kuyruğu

Kənara yığılmış bu budaq parçaları bir qədər sonra qunduzların yuvası halına gələcəkdir. Qunduzlar yuvalarını qurarkən böyük bir səbirlə əvvəlcə kiçik budaq hissələrini daşıyarlar. Allah onları çox qabiliyyətli və ağıllı yaratmışdır. Sonra ağır hissəciklər yenə böyük bir səbirlə daşınır. Qunduzlar yuvalarını qurarkən palçıqdan da istifadə edirlər. Daşıdıqları kolları palçıqla yapışdırırlar.

Erkək və dişi qunduzun dedikləri Əmrəni çox həyəcanlandırır. Bu həyəcanla Əmrə söhbətə qoşulur.

Əmrə: Siz bunu hardan bilirsiniz? Yadınızdadırsa, sizə bir qədər əvvəl müəllimimizin bizi apardığı bənd gəzintisindən bəhs etmişdim, budur o gün müəllimimiz müasir dövrümüzdəki bəndlərin formasının da eynilə sizinkilər kimi, yəni daxilə doğru bükülən formada hazırladıqlarını demişdi. Buna basıq deyilirmiş. Bu forma sayəsində suyun qabağını tam 45 dərəcəlik bir bucaqla kəsə bilirlərmiş və suyun təzyiqinə davam gətirə biləcək ən dözümlü bəndlərdə də basıq bəndlər imiş. Amma erkək və dişi qunduz siz belə bir şeyi necə bilirsiniz? Sizə bunu kim öyrətdi? Bəndi mühəndislərin inşa etdiklərini bilirəm, mənim bacım da mühəndisdir, amma illərlə oxudu sonra da xaricə getdi və elə mühəndis oldu. Siz məktəbə gedə bilməyəcəyinizə görə bunları necə bilirsiniz? Sınayaraqmı öyrəndiniz? Sizə bu məlumatları kim öyrətdi?

kunduz barajı ve insanların yaptığı baraj

Dişi qunduz Əmrəyə bəndi necə bir plana əsasən düzəltdiklərini izah edərkən... Əmrənin ən çox təəcclübləndiyi şey, qunduzların insanların inşa etdikləri bəndin bənzərini necə qurduqlarıdır.

Qardaşı: Bax Əmrə, əlbəttə ki, bunları qunduz ailəsinin təsadüfən etməsi mümkün deyildir. Sən mənə əvvəllər Darvin adlı bir adam ilə əlaqədar suallar vermişdin, xatırlayırsanmı? Yadındadırsa, oxuduğun kitabların birində “heyvanlar təsadüfən yarandılar, təsadüfən bu xüsusiyyətləri qazandılar” deyirdi. Sən də bunu çox axmaq bir fikir olaraq görmüş və Darvinin dediklərinin bir yalan olduğunu mənə demişdin.

Əmrə: Bəli, qardaşım çox yaxşı xatırlayıram və nə demək istədiyini də başa düşdüm. Əlbəttə ki, erkək və dişi qunduzun bunları Darvinin yalanlarında deyildiyi kimi təsadüfən öyrənmələrinə imkan yoxdur.

kunduzlar baraj yapıyor

Erkək və dişi qunduz bəndlərini mərhələlərlə düzəldərkən, Əmrə də bunu böyük bir təəccüblə və heyranlıqla izləyər. Əmrə bir tərəfdən də “bunu necə edirlər?” deyə düşünür.

Erkək qunduz: Əmrə, sənə əvvəllər də dediyim kimi biz bütün bunları doğdumuz andan etibarən bilirik. Sən çox ağıllı bir uşaqsan. Əlbəttə ki, mən məktəbə getmədim. Əlbəttə ki, belə bir şeyi də sınayıb yanılaraq tapmağım da qeyri-mümkündür. Sənə belə axmaq bir şey deyən olsa ona bu sualları soruşa bilərsiniz.

charles darwin

Şəkildə bütün insanları öz yalanları ilə aldatmağa çalışan Darvini görürsünüz. Çox ağıllı bir uşaq olan Əmrə qardaşının izah etdiklərindən və oxuduğu kitablardan bu adamın yalan danışdığını dərhal başa düşmüşdü.

Bir qunduzun, məsələn, mənim ya da dişi qunduzun bu yuvanı qurmağı təsadüfən kəşf etdiyimizi fərz etsək belə bütün qunduzlar bu cür yuva qurur, onda belə bir sual ortaya çıxır, hamısı bunu təsadüfən kəşf etdilər?

Mənim dişlərim yeyildikdə yerinə təzələri çıxır, amma bu bütün qunduzlarda belədir. Bunun təsadüfən olmayacağı çox aydın deyildirmi?

Əmrə gördüyün kimi, belə bir şeyin olmayacağını, bu fikrin nə qədər axmaq olduğunu başa düşmək üçün bir qədər düşünmək bəs edir. Bacını ilk gördüyün vaxt bəndlərin 45 dərəcəlik bucaq altında inşa ediləcəklərini hansı dərsdə oxuduqlarını, necə hesablar yerinə yetirdiklərini soruşsan nə demək istədiyimi daha yaxşı başa düşərsən.

Əmrə: Çox haqlısınız erkək qunduz. Bütün bunların sizə çox üstün ağla sahib biri tərəfindən öyrədildiyi çox bəllidir. Anam Allahın sonsuz ağıl sahibi olduğunu demişdi. Eyni anda həm sizə, həm də digər qunduzlara, həm də indiyə qədər gəlib-getmiş bütün qunduzlara bunu öyrətmiş olması, Allahın bənzərsiz ağlını bizə göstərən dəlillərdən biridir. Üstəlik təkcə sizə deyil, bütün canlılara, yerinə yetirdiklərini Allahın öyrətdiyini də mən bilirəm.

Qardaşı: Bəli, Əmrə. Allah hər şeyə qadirdir və bütün canlıları yaradandır. Bununla əlaqədar sənə Qurandan bir ayə xatırladacağam:

Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Nur surəsi, 45)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Bacarıqlı Bənd Inşaatçıları Qunduzlar
  • Yaz Düşərgəsindəki Ilk Gün
  • Əmrə Əsrarəngiz Yadellilərlə Rastlaşir…
  • Böyük Bir Sürpriz
  • Şirin Söhbət Davam Edir…
  • Qunduzlari Yaradan Allahdir