İslam Əxlaqinin Dünya Hakimiyyətini Müjdələyən Ayələr

"Allah içinizdən iman edənlərə və saleh əməldə olanlara vəd etmişdir: Heç şübhəsiz, onlardan əvvəlkiləri necə “güc və iqtidar sahibi” etdisə, onları da yer üzündə “güc və iqtidar sahibi” edəcək, özləri üçün seçib bəyəndiyi dinlərini özlərinə məskun edib sağlamlaşdıracaq və onları qorxularından sonra təhlükəsizliyə çevirəcək..." (Nur surəsi, 55)

Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra nazil etdiyimiz kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar. (Ənbiya surəsi, 105)

Allahın köməyi və qələbə gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! (Nəsr surəsi, 1-3)

Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri bununla müjdələ. (Saff surəsi, 13)

Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi:

“Həqiqətən, onlara kömək göstəriləcəkdir. Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür. (Saffat surəsi, 171-173)

"Allah əzəldən belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir. (Mücadilə surəsi, 21)

Allahın Öz elçilərinə verdiyi vədə xilaf çıxacağını sanma. Həqiqətən, Allah Qüdrətlidir, intiqam almağa qadirdir. (İbrahim surəsi, 47)

Müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur. (Saff surəsi, 9)

İslamı bütün dinlərdən üstün etsin deyə Öz Elçisini hidayətlə və həqiqi dinlə göndərən Odur. Şahid kimi Allah kifayətdir. (Fəth surəsi, 28)

Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstəricisi və haqq din ilə göndərən Odur. (Tövbə surəsi, 33)

"Və onlardan sonra sizi o yerdə sakin edəcəyik. Bu, hüzurumda durmaqdan qorxanlar və təhdidimdən çəkinənlərə aiddir”. Elçilər qələbə istədilər. Hər bir inadkar dikbaş da ziyana uğradı. (İbrahim surəsi, 14-15)

Həqiqətən, Biz sənə aydın bir qələbə verdik ki, Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni düz yola yönəltsin və Allah sənə böyük bir qələbə ilə kömək etsin. (Fəth surəsi,1-3)

Allah Öz Elçisinin həqiqət kimi gördüyü yuxusunu həqiqətə çevirdi. Allah qoysa, siz əmin-amanlıqla, başlarınızı qırxdırmış, bəziləriniz də saçlarını qısaltmış halda və qorxmadan Məscidul-Hərama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan qabaq (Məkkəyə girməzdən əvvəl sizə) yaxın bir qələbə də bəxş edəcəkdir. (Fəth surəsi, 27)

"... Bu yurdun sonu kimindir, inkar edənlər çox yaxında biləcəklər." (Rəd surəsi, 42)

Təkcə iman sahibi olub xeyirxah əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqdan sonra dini müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər. (Şuəra surəsi, 227)

Sonra elçilərimizi və möminləri xilas edərik. Möminləri xilas etmək Bizə vacibdir. (Yunis surəsi, 103)

"... Onların ardınca sizi yer üzündə xəlifələr etdik." (Yunis surəsi, 13-14)

Musa ilə olan zəif qövmü isə yer üzünün xeyir-bərəkət verdiyimiz şərq və qərb bölgələrinə varislər təyin etdik..." (Əraf surəsi, 137)

Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə buna yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar. (Tövbə surəsi, 32)

Onlar Allahın nurunu öz ağızlarından çıxanlarla söndürmək istəyirlər. Halbuki, kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır. (Saff surəsi, 8)

Allah sizi onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə varis etdi. Allah hər şeyə qadirdir. (Əhzab surəsi, 27)

De: “Hamı gözləyir, siz də gözləyin. Yaxında siz kimin doğru yol sahibi olduğunu və kimin haqq yola yönəldiyini biləcəksiniz!” (Taha surəsi, 135)

Allah müttəqilərə uğurlarına görə nicat verəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər. (Zumər surəsi, 61)

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)

Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək. (Yunis surəsi, 82)

Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir. (Həcc surəsi, 41)

Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız. (Ali İmran surəsi, 139)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Ön Söz
  • Peyğəmbərimiz (s.ə.v) İslam Əxlaqının Hicri 1400-cü Illərdə Hakim Olacağını Müjdələmişdir
  • 001-008 Hz. Mehdi (ə.s)-ı İnkar Edənlərin Vəziyyəti
  • 009-012 Hz. Mehdi (ə.s)-ın Soyu (Nəsəbi)
  • 013-021 Hz. Mehdi (ə.s)-ın Doğumu
  • 022-025 Hz. Mehdi (ə.s) və İstanbul
  • 026-034 Hz. Mehdi (ə.s)-ın Çixiş Zamani
  • 035-041 Hz. Mehdi (ə.s)-ın Zühuru və Taninmasi
  • 042-045 Xalqin Böyük Qisminin Əvvəldə Onu Taniya Bilməməsi
  • 046-050 Zamani Gəldiyində Taninar
  • 051-062 Hz. Mehdi (ə.s)-ın Adi
  • 063-135 Hz. Mehdi (ə.s)-ın Fiziki Xüsusiyyətləri
  • 136-225 Hz. Mehdi (ə.s)-ın Çixdiği Dövrün Ümumi Xüsusiyyətləri
  • 226-264 Hz. Mehdi (ə.s)-ın Çixişini Xəbər Verən Böyük Hadisələr
  • 265-276 Hz. Mehdi (əs)-ın Gəlişini Müjdələyən Mühüm Hadisələr
  • 177-295 Hz. Mehdi (Əs)-ın Çixişini Xəbər Verən Təbiət Hadisələri
  • 296-327 Hz. Mehdi (ə.s)-ın Çixişini Xəbər Verən Texnoloji İnkişaflar
  • 328-350 Hz. Mehdi (ə.s)-ın Həyatindaki Bəzi Dövrlər
  • 351-372 Hz. Mehdi (ə.s) Dünyaya Sülh və Dinclik Gətirəcək, Bütün İnsanlar Tərəfindən Çox Seviləcək
  • 373-427 Hz. Mehdi (ə.s)-ın Gözəl Əxlaqi
  • 428-460 Hz. Mehdi (ə.s)-ın Elmi
  • 461-463 Mehdiyyətin Mənasi və Əhəmiyyəti Hz. Mehdi (ə.s) Tərəfindən Açiqlananacaqdir
  • 464-470 Hz. Mehdi (ə.s) və Əhli-Kitab
  • 471-475 Hz. Mehdi (ə.s) Dövründə Din Peyğəmbərimiz (s.ə.v) Dövründəki Kimi Yaşanacaq
  • 476-494 Axirzamandaki Bəzi Cahil Müsəlmanlarin Vəziyyəti
  • 495-538 Hz. Mehdi (ə.s)-ı Bizə Tanidan Digər Hədislər
  • 539-545 Hz. İsa (ə.s) və Hz. Mehdi (ə.s)
  • 546-598 Hz. Mehdi (ə.s)-ın Tələbələrinin Xüsusiyyətləri
  • 599-610 Aralarindan Ayrilanlar da Olar
  • 611-616 Hz. Mehdi (ə.s) və Axirzamandaki Əhəmiyyətli Şəxslər
  • 617-644 Dəccal ilə Əlaqədar Əlamətlər
  • 645-655 Hz. Mehdi (ə.s) Dövründə Qan Axidilmayacaq, İslam Əxlaqi Elmi İşlərlə Bütün Dünyaya Hakim Olacaq
  • İslam Əxlaqinin Dünya Hakimiyyətini Müjdələyən Ayələr
  • Böyük İslam Alimlərinin Mehdiyyətə İşarə Etdiyini Bildirdikləri Ayələr