Aralarindan Ayrilanlar da Olar

599- Hz. Mehdi (ə.s)-ın Tələbələri Onlardan Ayrilanlara Kədərlənməzlər

Hz. Müaviyə (r.ə)-dən rəvayət edilmişdir: "Ümmətimdən bir tayfa hər kəsin üzərində hakim olmadıqca qiyamət qopmaz. ONLARI TƏRK EDƏNLƏRƏ GÖRƏ ÜZÜLMƏZLƏR və onlara kömək edənə də sevinməzlər" (Ramuz el-Ehadis, 476 (İbni Mace))

600- Ayrilanlardan Sonra Mövcud Birlik Hər Cəhətdən Çox Seçilmədir

Əsbağ ibn Nəbatə deyir ki, əmir-əl möminin Əli əleyhissalam belə buyurdu: "...Belə ki, sizdən yalnız gözdəki sürmə qədər və ya yeməkdəki duz qədər qalacaqdır və mən sizə bir nümunə verəcəyəm: Birisinin bir miqdar buğdası vardır. Onu təmizləyər və bir evdə saxlayar, uzun bir müddət sonra geri döndüyündə onun qurdlandığını görər, onu təkrar təmizləyər sonra yenə evdə saxlayar. Uzun bir müddət sonra döndüyündə onun təkrar qurdlandığını görər. Təkrar onu təmizləyər və həmişə eyni işi təkrarlayar. SONDA QURDLARIN ZƏRƏR VERƏ BİLMƏDİYİ ÇOX AZ SAYDA SAF BUĞDA QALAR. Bax siz də beləsiniz. Sonda içinizdə fitnələrin zərər verə bilmədiyi çox az qrup qalacaqdır" (Eyni hədisi Əhməd ibn Məhəmməd ibn Səid də nəql edər). (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani, səh. 246)

601- Ayrilanlar Onlara Heç Bir Zərər Verə Bilməz

Hz. Cabir (r.ə)-dən rəvayət edilmişdir: "BU İŞ ONDAN AYRILANLARA BAXMAYARAQ UĞURLA DAVAM EDƏCƏKDİR. MÜXALİFLƏRİN VƏ AYRILANLARIN ONA ZƏRƏRİ OLMAZ". (Ramuz el-hadis, 487)

602- Ayrilanlar Dəccalin Arxasinca Gedərlər

… MƏDİNƏ ŞƏHƏRİ SAKİNLƏRİYLƏ BİRLİKDƏ ÜÇ DƏFƏ SİLKƏLƏNƏCƏK, BUNUN NƏTİCƏSİNDƏ DƏ (MƏDİNƏDƏ OLAN) MÜNAFİQ KİŞİLƏR VƏ QADINLARIN HAMISI ONUN YANINA GEDƏCƏKLƏR və beləcə dəmirçi körüyünün dəmirin çirkini, pasını təmizləyib atdığı kimi Mədinə də pisliyi (yəni xəbis insanları) kənara atacaq və o günə qurtuluş günü deyiləcəkdir. (İbn-i Mace 10-cu cild, səh. 331-335)

603- Hz. Mehdi (ə.s) Allahin Diləməsi ilə Münafiqləri Üzlərindən Taniyacaq

Əbu Basir İmam Cəfəri Sadiqə "Günahkarlar çöhrələrindən tanınacaq (Məhəmməd surəsi, 30) ayəsi haqqında belə buyurdu: "ALLAH ONLARI TANIYAR, LAKİN BU AYƏ QAİM (HZ. MEHDİ (ə.s)) HAQQINDA NAZİL OLMUŞDUR. HZ. MEHDİ (ə.s) ONLARI (MÜNAFİQLƏRİ) ÇÖHRƏLƏRİNDƏN TANIYACAQ VƏ SƏHABƏLƏRİ İLƏ BİRLİKDƏ ONLARI (MƏNƏVİ CƏHƏTDƏN) DARMADAĞIN EDƏCƏKDİR". (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani, səh. 283

604- Hz. Mehdi (ə.s) Zamaninda Münafiqlərin Nüfuzu Qalmayacaqdir

Mehdi (ə.s)-ın hökmranlığı zamanında zalımların və müstəkbirlərin hökmranlığı, MÜNAFİQLƏRİN VƏ XAİNLƏRİN … NÜFUZU İTƏCƏKDİR (SONA ÇATACAQDIR). (El-Mehdiyy-il Mev'ud, 1-ci cild, səh. 252)

605- Münafiqlər Hz. Mehdi (ə.s)-a Kin Bəsləyərlər

… Əbdüləziz ibn Müslim belə rəvayət etmişdir:

"İmam Mehdi dinin nizamı, müsəlmanların qürurudur. MÜNAFİQLƏR ONA KİN BƏSLƏYƏR, kafirlərin (mənəvi cəhətdən) məhv olmasının vəsiləsidir. İmam Mehdi zamanının tək adamıdır. Heç kim onun səviyyəsinə çata bilməz və heç bir alim onunla rəqabətə girə bilməz..." (İman Ve Küfür Kitabı / Usul-U Kafi (El-Usul Min El-Kafi) / ElKuleyni, 1-ci cild)

606- Hz. Mehdi (ə.s) və Tələbələri Münafiqləri Mənəvi Cəhətdən, Elmlə Darmadağin Edəcəkdir

… İmam Cəfəri Sadiq Əbu Basirdən “günahkarlar çöhrələrindən tanınacaqdır” (Məhəmməd surəsi, 30) ayəsi haqqında belə buyurdu: "ALLAH ONLARI TANIYAR, LAKİN BU AYƏ QAİM (HZ. MEHDİ (ə.s)) HAQQINDA NAZİL OLMUŞDUR. HZ. MEHDİ (ə.s) ONLARI (MÜNAFİQLƏRİ) ÇÖHRƏLƏRİNDƏN TANIYACAQ VƏ SƏHABƏLƏRİ İLƏ BİRLİKDƏ ONLARI (MƏNƏVİ CƏHƏTDƏN) DARMADAĞIN EDƏCƏKDİR". (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani, səh. 283)

607- Dünyanin Dörd Bir Tərəfində İslam Əxlaqini İzah Edərlər

Mehdi (ə.s)-ın yaranları (dost və yoldaşları) aləmin hər yerinə ayaq basıb hər yerdə qüdrəti əllərində saxlayacaqlar, hər kəs və hər şey onlara itaət edəcək, hətta ÇÖLDƏKİ YIRTICI HEYVANLAR VƏ OVLAR (YIRTICI) QUŞLARIN HAMISI ONLARIN RİZA VƏ MƏMNUNLUĞUNU QAZANMAQ İSTƏYƏCƏKLƏR. BU DİN ELÇİLƏRİ, SƏLAH (DİNCLİK, RAHATLIQ, DÜZƏLTMƏK VƏ YAXŞILAŞDIRMAQ) VƏ ƏDALƏT ELÇİLƏRİ ELƏ BİR SEVİNC VƏ MƏMNUNLUQ GƏTİRƏCƏKLƏR Kİ, Mehdi (ə.s)-ın səhabələrinin ayaq basdığı yer başqa yerlərlə fəxr edəcəkdir. (İkmal'üd Din. Bihar'ül Envar, 52-ci cild, səh. 327)

608- Bir-Birlərinə Çox Bağlidirlar

Hz. Ömər (rədiyallahu ənh) izah edir: Rəsulullah (əleyhissalatu vəssalam) buyurdu ki: Allahın qulları arasında bir qrup var ki, onlar nə peyğəmbərlərdir, nə də şəhidlər. Həmçinin qiyamət günü Allah şəxsi mövqelərinin ucalığına görə peyğəmbərlər də, şəhidlər də onlara qibtə edərlər. Orada olanlar soruşdu: "Ey Allahın Elçisi! Onlar kimdir, bizə xəbər ver! ONLAR ARALARINDA NƏ QAN BAĞI, NƏ DƏ BİR-BİRLƏRİNƏ BAĞIŞLADIQLARI MAL OLMADIĞI HALDA, ALLAH ADINA BİR-BİRLƏRİNİ SEVƏNLƏRDİR. Allaha and içərəm, onların üzləri mütləq nurdur. Onlar bir nur üzrədirlər. Xalq qorxarkən, onlar qorxmazlar. İnsanlar kədərlənərkən, onlar kədərlənməzlər". (Ebu Davud, Büyü 78, (3527))

609- Kədərə Qapilmaz, Qorxu Hiss Etməzlər

Onlar aralarında nə qan bağı, nə də bir-birlərinə bağışladıqları mal olmadığı halda, Allah adına bir-birlərini sevənlərdir. Allaha and içərəm, onların üzləri mütləq nurdur. Onlar bir nur üzrədirlər. Xalq qorxarkən, onlar qorxmazlar. İNSANLAR KƏDƏRLƏNƏRKƏN, ONLAR KƏDƏRLƏNMƏZLƏR. (Ebu Davud, Büyü 78, (3527))

610- Hz. Əli (r.ə) Hz. Mehdi (ə.s) və Camaatinin Xüsusiyyətlərini İzah Edir

Əbu İshaqdan―Əmir-əl Möminin (hz. Əli (r.ə)) səhabələrindən olan etibarlı birindən eşitdim ki, Əmir-əl Möminin bir xütbəsində belə buyurdu:

"Allahım, mən bilirəm ki, elmin hamısı əhatə edilməz, qaynağı qurumaz və ərşin, sənin xalqa olan açıq, amma özünə itaət edilməyən ya da çəkindiyinə görə saxlanan bir dəlilindən boş qalmaz. Beləcə isbatın batil olmaz. Sənin dostların da hidayətə gəldikdən sonra dəlalətə düşməzlər. Amma onlar (dostların) haradadırlar və sayları nə qədərdir? ONLAR SAY BAXIMINDAN ÇOX AZ OLSALAR DA, ZİKRİ UCA OLAN ALLAH QATINDA DƏYƏRLƏRİ ÇOX BÖYÜKDÜR. ONLAR DİNİN BƏLƏDÇİLƏRİ OLAN HİDAYƏT İMAMLARINA TABE OLARLAR, onların ədəbləri ilə ədəblənər, yolları ilə gedərlər. Bax o zaman elm imanın həqiqəti ilə birlikdə onlara doğru axın edər, ruhları elm öndərlərinin dəvətini qəbul edər; BAŞQALARINA ÇƏTİN GƏLƏN HƏDİSLƏRİ ONLAR ASANLIQLA QƏBUL EDƏRLƏR; YALANÇILAR VƏ İSRAFÇILARIN ÇƏKİNİB QƏBUL ETMƏDİKLƏRİ ŞEYLƏRLƏ DİNCLİK TAPARLAR. Məhz alimlərə inanalar onlardır. Onlar uca Allaha və vəlilərinə itaət edərək, dünya əhalisi ilə birlikdə oldular; dinlərini gizlədib düşmənlərindən qorundular. Onların ruhları ən uca mövqeyə bağlıdır, alimləri və onlara inananlar, batil dövlətdə dilsiz və səssizdirlər, HAQQIN DÖVLƏTİNİ GÖZLƏYƏRLƏR. Allah yaxında öz sözləri ilə haqqı ucaldacaq və batili yox edəcəklər. O qorxulu vəziyyətdə dinlərini səbirlə qoruduqları üçün nə xoşbəxt onlara! Onların dövləti qurulduğunda, onları görməyi nə qədər də çox istəyirəm! Allah onları, saleh atalarını, yoldaşlarını və nəsillərini bizimlə birlikdə Ədn cənnətində birləşdirəcəkdir". (el-Kafi 1-ci cild, səh. 270)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Ön Söz
  • Peyğəmbərimiz (s.ə.v) İslam Əxlaqının Hicri 1400-cü Illərdə Hakim Olacağını Müjdələmişdir
  • 001-008 Hz. Mehdi (ə.s)-ı İnkar Edənlərin Vəziyyəti
  • 009-012 Hz. Mehdi (ə.s)-ın Soyu (Nəsəbi)
  • 013-021 Hz. Mehdi (ə.s)-ın Doğumu
  • 022-025 Hz. Mehdi (ə.s) və İstanbul
  • 026-034 Hz. Mehdi (ə.s)-ın Çixiş Zamani
  • 035-041 Hz. Mehdi (ə.s)-ın Zühuru və Taninmasi
  • 042-045 Xalqin Böyük Qisminin Əvvəldə Onu Taniya Bilməməsi
  • 046-050 Zamani Gəldiyində Taninar
  • 051-062 Hz. Mehdi (ə.s)-ın Adi
  • 063-135 Hz. Mehdi (ə.s)-ın Fiziki Xüsusiyyətləri
  • 136-225 Hz. Mehdi (ə.s)-ın Çixdiği Dövrün Ümumi Xüsusiyyətləri
  • 226-264 Hz. Mehdi (ə.s)-ın Çixişini Xəbər Verən Böyük Hadisələr
  • 265-276 Hz. Mehdi (əs)-ın Gəlişini Müjdələyən Mühüm Hadisələr
  • 177-295 Hz. Mehdi (Əs)-ın Çixişini Xəbər Verən Təbiət Hadisələri
  • 296-327 Hz. Mehdi (ə.s)-ın Çixişini Xəbər Verən Texnoloji İnkişaflar
  • 328-350 Hz. Mehdi (ə.s)-ın Həyatindaki Bəzi Dövrlər
  • 351-372 Hz. Mehdi (ə.s) Dünyaya Sülh və Dinclik Gətirəcək, Bütün İnsanlar Tərəfindən Çox Seviləcək
  • 373-427 Hz. Mehdi (ə.s)-ın Gözəl Əxlaqi
  • 428-460 Hz. Mehdi (ə.s)-ın Elmi
  • 461-463 Mehdiyyətin Mənasi və Əhəmiyyəti Hz. Mehdi (ə.s) Tərəfindən Açiqlananacaqdir
  • 464-470 Hz. Mehdi (ə.s) və Əhli-Kitab
  • 471-475 Hz. Mehdi (ə.s) Dövründə Din Peyğəmbərimiz (s.ə.v) Dövründəki Kimi Yaşanacaq
  • 476-494 Axirzamandaki Bəzi Cahil Müsəlmanlarin Vəziyyəti
  • 495-538 Hz. Mehdi (ə.s)-ı Bizə Tanidan Digər Hədislər
  • 539-545 Hz. İsa (ə.s) və Hz. Mehdi (ə.s)
  • 546-598 Hz. Mehdi (ə.s)-ın Tələbələrinin Xüsusiyyətləri
  • 599-610 Aralarindan Ayrilanlar da Olar
  • 611-616 Hz. Mehdi (ə.s) və Axirzamandaki Əhəmiyyətli Şəxslər
  • 617-644 Dəccal ilə Əlaqədar Əlamətlər
  • 645-655 Hz. Mehdi (ə.s) Dövründə Qan Axidilmayacaq, İslam Əxlaqi Elmi İşlərlə Bütün Dünyaya Hakim Olacaq
  • İslam Əxlaqinin Dünya Hakimiyyətini Müjdələyən Ayələr
  • Böyük İslam Alimlərinin Mehdiyyətə İşarə Etdiyini Bildirdikləri Ayələr