Allah BÜTÜN İNSANLARIN ÜRƏKLƏRİNİ ONUN MƏHƏBBƏTİ İLƏ DOLDURACAQ. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh.42)
Şübhəsiz ki, o, insanların qarşılaşdıqları şərlərə görə, hz. Mehdi (ə.s) onlar üçün sevgili olmadıqca çıxmayacaq. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin
Suyuti'nin Tasnifinden Hadisler – Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, səh. 27)
Hz. Mehdi (ə.s) insanların yanına gələr, onu yeni gəlin kimi eşq və sevgi ilə qucaqlayarlar... (Ali Bin Hüsameddin El Muttaki,
Celaleddin Suyuti'nin Tasnifinden Hadisler – Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, səh. 35)
Məhəmməd ümmətindən məmnun olmayan bir fərd belə qalmayacaq. (Muhammed ibn Resul Al-Hüseyni El Berzenci, Kıyamet Alametleri, səh. 163)
Üzü gözəl, qoxusu xoş, heybətli, lakin insanlara sevimli və yaxındır. (Mehdi, Deccal, Mesih, səh. 102)
Mehdi zühur edər, HƏR KƏS YALNIZ ONDAN DANIŞAR, ONUN SEVGİSİNİ EHTİVA EDƏR VƏ ONDAN BAŞQA BİR ŞEYDƏN BƏHS ETMƏZLƏR. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh.33)
Bir münadinin səmadan "Haqq hz. Məhəmməd (s.ə.v) əhlindədir" şəklində qışqırmasından sonra hz. Mehdi (ə.s)-ın sevgisi insanların ürəklərinə düşəcək və ondan başqa bir şeydən bəhs edilməyəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 20)
Hədislərdə hz. Mehdi (ə.s)-ın dövründə onun adından çox bəhs ediləcəyi ifadə edilir. Bu da hz. Mehdi (ə.s)-ın adının dünyanın dörd bir tərəfinə çatacağını göstərir. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 20)
Mehdi ilə müjdələnin… ONDAN YER VƏ GÖY ƏHLİ RAZIDIR…… (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 13)
ONUN XİLAFƏTİNDƏN (mənəvi liderliyindən) YER VƏ GÖY ƏHLİ, HƏTTA HAVADAKI QUŞLAR BELƏ RAZI OLACAQ. (El-Kavlu’l Muhtasar Fi Alametil Mehdiyy-il Muntazar, səh. 26)
… O ZAMAN, YER VƏ GÖY ƏHLİ, BÜTÜN VƏHŞİ HEYVANLAR, QUŞLAR, HƏTTA DƏNİZDƏKİ BALIQLAR BELƏ ONUN XİLAFƏTİ İLƏ (mənəvi liderliyi ilə) SEVİNƏCƏKLƏR… (El Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 31)
Humran ibn Ayandan, İmam Məhəmməd Baqir əleyhissalam belə buyurdu: "Sanki bu dininizi qanlara bulanıb çırpınır halda görür kimiyəm və onu sizə biz Əhli-beytdən olan birindən (hz. Mehdi (ə.s)) başqa kimsə geri çevirə bilməyəcək. O (HZ. MEHDİ (ə.s)) SİZƏ İLDƏ İKİ DƏFƏ HƏDİYYƏ GƏTİRƏCƏK, AYDA İKİ DƏFƏ SİZƏ RUZİ VERƏCƏK, elm və hikmət sizə onun zamanında veriləcək. Belə ki, qadın öz evində uca Allahın kitabı və Rəsulullah (s.ə.v)-in sünnəsinə görə hökm verəcək". (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani səh. 216)
Hədisdə verilən məlumatlardan hz. Mehdi (ə.s)-ın vəzifələndirdiyi kəslər yolu ilə müsəlmanlara mal və hədiyyə paylayacağı, xalq arasında olarkən, özünün də şəxsən öz əli ilə çoxlu miqdarda hədiyyə və mal paylayacağı aydın olur.
Ara sakit ikən xalq arasından qeyb olsa da (hz. Mehdi (ə.s)) heç bir zaman insanların ağlından çıxmaz. (Muntehabu'l Eser, səh. 277)
Hər şeyə qadir olan Allah, imam Mehdi (ə.s) üçün BÜTÜN ÇƏTİNLİKLƏRİ ARADAN QALDIRACAQ. MÜVƏFFƏQİYYƏT VƏ ZƏFƏR ÜNSÜRLƏRİ ONUN İDARƏSİNDƏ OLACAQ. (Kamaal al -Deen, 2-ci cild, səhifə 369; Bihar-ül Envar, 51-ci cild, səhifə 150; 52-ci cild, səhifə 283; Mikyaal al-Makaarem, 1-ci cild, səh. 34, Haber)
Amirə binti Nufeyl dedi ki: İmam Hüseynin belə buyurduğunu eşitdim: "SİZLƏR BİR-BİRİNİZDƏN BƏRİ (UZAQ) OLDUĞUNUZU SÖYLƏMƏDİKCƏ, BİR-BİRİNİZİN ÜZÜNƏ TÜPÜRMƏDİKCƏ, BİR-BİRİNİZİ TƏHQİR ETMƏDİKCƏ VƏ BİR-BİRİNİZİ LƏNƏTLƏMƏDİKCƏ gözlədiyiniz (hz. Mehdi (ə.s)-ın zühuru) baş verməyəcəkdir". Dedim ki: "Elə isə o zamanda heç bir xeyir yoxdur". Buyurdu ki: "Xeyirin hamısı o zamandadır. Qaimimiz (HZ. MEHDİ (ə.s)) QİYAM EDƏCƏK (ZÜHUR EDƏCƏK) VƏ BUNLARIN HAMISINI ARADAN QALDIRACAQDIR". (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani səh. 240)
Ey Allahım, ona sədaqət andını iztirabdan çıxma vəsiləsi et və PARÇALANMIŞ ÜMMƏTİN ONUN (HZ. MEHDİ (ə.s)-ıN) ƏLİ İLƏ BİRLƏŞDİR... (Kitab-ül Gaybet, [Bihar-ul Envar, 51-ci cild], Ansariyan Yayıncılık, derleyen: Muhammed Bakır el-Meclisi, İran-Kum, 2003, səh. 184)
Hz. Mehdi (ə.s) dövründə fitnə və döyüş alovu sönəcəkdir. ZÜLM GECƏ HÜCUMLARI VƏ OĞURLUQ ADƏTİ ARADAN QALXACAQ, DÖYÜŞLƏR YOX OLACAQDIR. (El Mehdiyy-il mev`ud, 1-ci cild, səh. 264)
Onun təkrar zühur etdiyi zaman ətrafında 313 tərəfdarı toplanar. Deyəcəyi ilk sözlər belə olacaq: "Əgər bilsəydiniz, Allahın əmanəti sizin üçün ən yaxşısıdır". və sonrasında belə demişdir: "Mən Allahın əmanəti və Allahın Xəlifəsiyəm və Onun sizə bir dəliliyəm". Hər müsəlman onu bu şəkildə salamlayacaq: "Salam üzərinə olsun, Ey Allahın bu dünyadakı əmanəti". Nə bir yəhudi, nə xristian, nə də Allahdan başqasına tapınanlardan kimsə qalmaz hamısı ona inanacaq və onun haqqında şahidlik edəcək, BİR ÜMMƏT OLACAQ VƏ O DA İSLAM BİRLİYİ olacaq". (Al Fusulul Muhima Ibne Sabbagh Maliki, səh. 248)
İmam Sadiqdən: "Gizlənən Mehdinin rəhbərliyini (İslam Birliyini) qurması ümidi ilə yaşayanlar ona xidmət edənlər kimidirlər ya da Mehdinin heyətindəki cəhd yoldaşları kimidirlər. Allaha and içərəm ki, onlar Peyğəmbərin yanında həyatlarını fəda edən şəhidlər kimidirlər". (Biharul Envar, 52-ci cild, səh.156)
Hz. Əli ibn Əbi Talib də belə buyurur: "Qaimimiz (hz. Mehdi) qiyam edəndə İNSANLARIN ÜRƏYİNDƏKİ DÜŞMƏNLİK VƏ İXTİLAF SƏBƏBLƏRİNİ KÖKDƏN ARADAN QALDIRACAQ. Beləcə ümumi bir asayiş və təhlükəsizlik meydana gələcəkdir". (Bihar-ul Envar, 52-ci cild, səh. 336)
Mehdi (ə.s)-ın HÖKMRANLIĞI ZAMANINDA ZALIMLARIN VƏ TƏKƏBBÜRLÜLƏRİN HÖKMRANLIĞI, MÜNAFİQLƏRİN VƏ XAİNLƏRİN SİYASİ NÜFUZU NABUD (YOX) OLACAQ (sona çatacaq). (El-Mehdiyy-il Mev'ud, 1-ci cild, səh. 252)
HZ. MEHDİ (ə.s) BÜTÜN QƏM VƏ ZÜLMƏTLƏRİ ARADAN QALDIRAN GÜNƏŞDİR. Lütfkarlıqda olduğu zaman çox bərəkətli yağışdır. (Muhammed ibn Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, səh. 188)
Bəli dünyanı fitnə və düşmənlik bürüdüyündə hər yer zülm, fəsad və oğurluqla dolduğunda, DƏLALƏT VƏ AZĞINLIQ QALALARINI YIXMAQ (HAQQI BURAXIB BATİLƏ UYAN MƏRKƏZLƏRİ FİKİRLƏ TƏSİRSİZLƏŞDİRDİKDƏ), QARANLIQ VƏ DAŞ ÜRƏKLƏRİ TÖVHİD, İNSANİYYƏT VƏ ƏDALƏT NURU İLƏ İŞIQLANDIRMAQ ÜÇÜN ALLAH UCA İSLAHÇISINI (HZ. MEHDİ (ə.s)-ı) GÖNDƏRƏCƏK. (El-Mehdiyy-il Mev`ud, 1-ci cild, səh. 310)
Mehdi (ə.s)-ın yaranları (dost və yoldaşları) aləmin hər yerinə ayaq basıb, hər yerdə qüdrəti əllərində saxlayacaqlar, hər kəs və hər şey onlara itaət edəcək, hətta ÇÖLDƏKİ YIRTICI HEYVANLAR VƏ OVLAR (YIRTICI) QUŞLARIN HAMISI ONLARIN RİZASINI VƏ MƏMNUNİYYƏTİNİ QAZANMAQ İSTƏYƏCƏKLƏR. BU DİN ELÇİLƏRİ, SELAH (HÜZUR,DİNCLİK, RAHATLIQ, DÜZƏLTMƏ VƏ YAXŞILAŞDIRMA) VƏ ƏDALƏT ELÇİLƏRİ ELƏ BİR SEVİNC VƏ MƏMNUNİYYƏT GƏTİRƏCƏKLƏR Kİ, Mehdi (ə.s)-ın səhabələrinin ayaq basdığı yerlər özləri ilə fəxr edəcəkdir. (İkmal`üd Din. Bihar`ül Envar, 52-ci cild, səh. 327)
... Göylərin və yerin sakinləri onun əksikliyinə görə dərd çəkəcəklər, iman edən kişilər və iman edən qadınlar onun (hz. Mehdi (ə.s)) yoxluğunda həsrətlə gözləyəcəklər və qarışıqlıq içində olacaqlar. (El-Sahife ElMehdiye'den Seçme Dualar, Seyyid Murtaza Müçtehidi Sistani, səh. 65, Kifayetul Athar: 158; El-Bihar 36: 337 ve 51: 109)
Peyğəmbərimiz (s.ə.v) hədisində, hz. Mehdi (ə.s)-ın zühurundan əvvəlki dövrdə həm iman edənlərin, həm də yerdəki və göydəki canlıların hz. Mehdi (ə.s)-ın zühurunu həsrətlə gözləyəcəklərini bildirmişdir. Hz. Mehdi (ə.s)-dan əvvəl iman edənlərin zülm və təzyiq altında keşməkeşli həyatlarının olacağına diqqət çəkmişdir. Həmçinin darvinist və materialist sistemin hakim olduğu dünyada yaşamalarına görə insanların çətinlik çəkəcəklərini, ancaq bir tərəfdən də dərin həsrətlə hz. Mehdi (ə.s)-ın zühuru ilə yaranan hüzura, dincliyə və etibarlı mühitə ümidlə baxacaqlarını xəbər vermişdir.
Həqiqətən də hz. Mehdi (ə.s)-ın zühurundan əvvəlki dövrdə dünyaya hakim olacaq sevgisizlik, ehtiras və düşmənlik ruhu, bu ruh halının yaratdığı narahatlıq, qarışıqlıq və anarxiyanı möminlərin hz. Mehdi (ə.s)-a olan bu həsrətlərini daha da gücləndirəcək.
Peyğəmbər (s.ə.v)-in belə dediyi nəql edilmişdir: "Bizdən olan haqq üzrə Qaim (hz. Mehdi (ə.s)) qiyam etmədikcə əsla qiyamət qopmaz. Bu da Allahın icazə verdiyi bir zamanda olacaqdır. Ona iman edən xilas olar, ondan geri qalan isə həlak olar. Ey Allahın qulları Allahdan qorxun: HZ. MEHDİ (ə.s) ZÜHUR EDƏNDƏ HƏR ŞEYİ BURAXIB MÜMKÜN OLAN HƏR VƏSİLƏ İLƏ ONA DOĞRU GEDİN. Çünki o Allahın xəlifəsi (müsəlmanların mənəvi lideri) və mənim qəyyumumdur". (Bihar-ul Envar, 51-ci cild, səh. 65; İsbat-ul Hudat, 6-cı cild, səh. 382)
... Əgər Allah səni müvəffəq etsə ONUN (HZ. MEHDİ (ə.s)-ıN) BEYƏTİNƏ QAÇ (ONA TABE OL) VƏ ONDAN ƏSLA İMTİNA ETMƏ. ƏGƏR MÜVƏFFƏQ OLUB, ONA ÇATAR VƏ HİDAYƏT OLSAN ONDAN ƏSLA İMTİNA ETMƏ. “Ah” - və əli ilə sinəsini göstərərək-onu necə çox görmək istəyərdim". (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani, səh. 252)
HEÇ BİR ŞEY SƏNİ ONA (HZ. MEHDİ (ə.s)-a) BEYƏT ETMƏKDƏN (ONUN TƏLƏBƏSİ OLMAQDAN, ONA TABE OLMAQDAN) SAXLAMASIN, sənə mane olanlar hər zaman fitnəyə sığınanlardır. Əgər danışsalar şər danışarlar, əgər susarlarsa fitnəkar və fasiqdirlər. (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani, səh. 252)