Hz. Mehdi (ə.s)-ın Çixişini Xəbər Verən Texnoloji İnkişaflar

296- Şəhərsalmada Artim Yaşandi

Ey Ənəs! İNSANLAR ŞƏHƏRLƏR SALACAQDIRLAR, o şəhərlərdən bəzilərinə "Basra və Kusayre" deyiləcəkdir. (Ölüm, Kıyamet ve diriliş, İmam Şarani, səh. 490)

297- Yüksək Binalarin Tikilməsi

HÜNDÜR BİNALAR TİKİLMƏDİKCƏ, qiyamət qopmaz. (Ölüm, Kıyamet ve diriliş, səh. 468)

298- Bazarlar Yaxinlaşdi, Çoxlu Sayda Mağazanin Olduğu Ticarət Mərkəzləri Açildi

...BAZARLAR YAXINLAŞMADIQCA qiyamət qopmaz. (Mecmeu'z-Zevaid, 7/327)
 


O (hz. Mehdi (ə.s)) dünyanın hər yerində təşviq edər və hər zalımı (fikirlə) yox edər. Əhli-İslamın ürəyini Allah onunla canlandırar. Xəzinələri Beyt-ül Məqdisdə toplayar. BİR BAZARININ OLDUĞU HƏR BİR BAZARDA DA MİN DÜKANIN OLDUĞU bir şəhərə gələr... (İmam-ı Suyuti. Hazret-i Ali (ra)'den) (Kıyamet ve Alametleri, Ömer Öngüt, Hakikat Yayıncılık səhifə: 367)

299- Telsiz və Mobil Telefon Kimi Rabitə Sistemləri Kəşf Edildi

ADAMLA QAMÇISININ UCU DANIŞMADIQCA, qiyamət qopmaz. (Ölüm, Kıyamet ve diriliş, səh. 471)

300- Səsin Yazilib Sonra Dinlənilməsi

ADAMLA (ÖZ) SƏSİ DANIŞMADIQCA, qiyamət qopmaz. (Ölüm, Kıyamet ve Diriliş, səh.471)

301- Ayaqqabi Topuğuna Yerləşdirilən Səs Alicisi

Nəfsim əlində olan Allah-a and içirəm ki, ... ADAMLA ÖZ SƏSİ VƏ BAŞMAĞI DANIŞMADIQCA VƏ ƏHLİNİN NƏ ETDİYİNİ ONA BİLDİRMƏDİKCƏ QİYAMƏT qopmaz. (İmam-ı Şa’rani, Ölüm, Kıyamet, Diriliş, səh.471)

302- Tabletlərin Kəşf Edilməsi

Hz. Mehdi (ə.s) üçün KAİNAT OVUCUNUN İÇİ QƏDƏR AÇIQ OLACAQDIR. (Bihar-ül Envar 52-ci cild, səh. 328)

303- Noutbuklarin İstifadə Edilməsi

İbn Meni, Abd ibn Hümeyd, doğru hökmü ilə Tirmizi, Əbu Yala onun kanalı ilə Səhihində İbn Hibban, İmam Əhməd və Hakimin əbu Səid (rədiyəllahu ənh)-dən rəvayət etdiklərinə görə hz. Peyğəmbər (s.ə.v) belə buyurmuşdur: "Məhəmmədin nəfsi qüdrət əlində tutan şəxsə and olsun ki, vəhşi heyvanlar insanlarla danışmadıqca, insana qamçısının ucundakı meşin, ayaqqabısının bağı danışmadıqca, ÖZÜNDƏN SONRA AİLƏSİNİN NƏ ETDİYİNİ XƏBƏR VERMƏDİKCƏ QİYAMƏT QOPMAZ". (Peygamber Külliyatı, Muhammed bin Salih ed-Dimaşki, 10-cu cild, 28. Bölüm, səh 1937)

304- Televiziya və İnternet İstifadəsi

İmam Sadiq belə buyurmuşdur: (Hz. Mehdi (ə.s)) Rükn və Mövqe arasında dayanar, yüksək səslə belə səslənir: "Ey mənim nümayəndələrim, xüsusi dostlarım, ey MƏN ZÜHUR ETMƏDƏN ALLAHIN MƏNƏ KÖMƏK ETMƏSİ ÜÇÜN YER ÜZÜNDƏ HAZIRLADIĞI KƏSLƏR, itaət edərək mənə doğru gəlin". Onlar YER ÜZÜNÜN ŞƏRQ VƏ YA QƏRBİNDƏ MEHRAB VƏ YA YATAQLARINDA OLDUĞU HALDA İMAM MEHDİ (ə.s)-ıN SƏSİNİ EŞİDƏRLƏR. Bu bir tək səs onların HAMISININ QULAĞINA GEDƏR VƏ HAMISI ONA TƏRƏF GEDƏRLƏR. ÇOX KEÇMƏDƏN GÖZ AÇILIB BAĞLANANA QƏDƏR HAMISI HÜZURUNA GEDƏRLƏR. Bu (əzəmətli yığıncaq) Rükn və Mövqe arasında (günəş doğulmadan əvvəl) reallaşacaqdır". (Bihar-ül Envar, 53-cü cild, səh. 7)

Peyğəmbər (s.ə.v)-dən rəvayət edilən bu hədisdə, Allahın yer üzündə xüsusi olaraq seçdiyi bu kəslərin hz. Mehdi (ə.s)-ın danışıqlarını dünyanın müxtəlif yerlərindəki televiziya və radio nəşrləri vasitəsi ilə eşidərək, təyyarə ilə ya da digər sürətli vasitələrlə çox qısa bir müddət ərzində hz. Mehdi (ə.s)-ın yanına gələcəklərinə işarə edilir.

305- Səhra Çöllərin Yaşillaşdirilmasi

ƏRƏBİSTANDA DA ÇAYLAR VƏ BAĞÇALAR MEYDANA GƏLMƏDİKCƏ qiyamət qopmaz. (Ahmed ibn Hanbel, Müsned, 17/22, hadis no: 8819)
 


306- Görüntülü Ünsiyyət Sistemləri

Hz. Mehdi (ə.s)-ın zamanında, ŞƏRQDƏKİ BİR MÜSƏLMAN QƏRBDƏKİ MÜSƏLMAN QARDAŞINI GÖRƏ BİLƏCƏK, QƏRBDƏKİ DƏ ŞƏRQDƏKİNİ GÖRƏ BİLƏCƏKDİR. (Bihar-ül Envar, cild: 52, səhifə 391)

307- Korlarin Yaxşilaşdirilmasi

İmam Zaman (hz. Mehdi (ə.s)) dövründə KORLAR GÖRMƏ QÜVVƏTİNİ QAZANACAQDIR... (Bihar-ül Ənvar, cild 51, Səhifə 70)

308- Tibdəki İnkişaflarla Xəstələr Şəfa Tapacaq

İmam Zaman (hz. Mehdi (ə.s)) dövründə... XƏSTƏLƏR ŞƏFA TAPACAQDIR. (Bihar-ül Envar, 51-ci cild, səh. 70)

309- Dünyanin Quruluşu və Kainat Haqqinda Məlumatlarin Əldə Edilməsi

Hz. Mehdi (ə.s) zamanında insanlar YERİN 7 QATINA DA, GÖYÜN 7 QATINA DA ÇATACAQLAR. (Bihar-ül Envar, 52-ci cild, səh. 321)

310- Televiziya və Radio Kanali ilə Hz. Mehdi (ə.s)-ın Dediklərinin Dinlənilməsi

İmam (ə.s) (hz. Mehdi (ə.s)) dünyanın şərq və qərbini (mənən) fəth edib İslamı (İslam əxlaqını) dünyanın dörd bir tərəfinə hakim edəcəkdir... ALLAH TƏALA İNSANLARA ELƏ BİR GÜC VERƏCƏK Kİ, HƏR KƏS OLDUĞU YERDƏ ONUN (HZ. MEHDİ (ə.s)-ıN) SÖZLƏRİNİ EŞİDƏCƏK və İmam (ə.s) İslama həyat verəcəkdir... (Bihar'ul-Envar, 52-ci cild, səh. 279 ve 53-cü cild, səh.12 İkmal'ud- Din, 2-ci cild, səh. 367)

311- Uzaqda Yaşayanlar Da Yüksək Texnologiyani İstifadə Edərək Hz. Mehdi (ə.s)-ı Görüb Eşidə Biləcəklər

Qaimimiz (hz. Mehdi (ə.s)) zühur etdiyi zaman, Uca Allah QAİMİMİZLƏ DOSTLARIMIZ ARASINDA DÖRD FƏRSƏX YOL OLSA BELƏ OLDUQLARI YERDƏN ONLARLA DANIŞMALARINA, EŞİTMƏLƏRİNƏ VƏ ONU GÖRMƏLƏRİNƏ BİR ŞƏKİLDƏ QULAQLARINA VƏ GÖZLƏRİNƏ SƏBƏB OLACAQDIR. (Mucem-ul Ehadis-i İmam Mehdi Cild:4 Səhifə:57 ve Bihar Cild:52 Səhifə 336 ve Muntehab-ul Envaril Muzie səh. 352)

312- Sinxron Tərcümə ilə Dünyanin Hər Yerindən İzlənilməsi

Zürarə İmam Cəfəri Sadiqə belə dediyini nəql edir: "Çağırış haqdırmı?" Buyurdu ki: "BƏLİ, ALLAHA AND OLSUN Kİ, HƏR QÖVM ONU EŞİDƏCƏKDİR"..." (Gaybet-i Numani, 14. Bölüm, Kaim Aleyhisselam’ın Kıyamından Önce Vuku Bulacak Alametler)

313- İnternet Vasitəsi ilə Sürətli Ünsiyyət Qurulmasi

...Onlar (hz. Mehdi (ə.s)-ın tələbələri) BÜTÜN DÜNYANI DƏQİQƏLƏR İÇİNDƏ QƏT ETMƏK gücünə sahibdirlər. (Bihar-ül Envar, 52-ci cild, Səhifə 318; Mikyaal al-Makaarem, 1-ci cild, Səhifə 148 Basaaer al-Darajaat’dan aktarıyor)


314- Heyvan və Bitki Qaliqlari ilə Darvinizm və Materializmi Təsirsizləşdirər

MİN İLDƏN DAHA KÖHNƏ SKELET SÜMÜKLƏRİ İMAM MEHDİ (ə.s) İLƏ DANIŞACAQLAR. (Mikyaal al-Makaarem, 1-ci cild, səh. 223-224)

315- Texnoloji İnkişaflarla Məhsul Artimi Olmasi

... İNSAN BİR NEÇƏ OVUC TOXUM ATACAQ, 700 OVUC MƏHSUL ƏLDƏ EDƏCƏKDİR... (El Kavlul Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar, səh. 43)

316- Anbarlar Qurularaq Suyun Çox Məhsuldar Qiymətləndirilməsi

ÇOX YAĞIŞ YAĞMASINA BAXMAYARAQ BİR DAMLASI BELƏ BOŞA GETMƏYƏCƏKDİR. (El Kavlul Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar, səh. 43)

317- Quraqliğa Qarşi Yağiş Bombasinin İstifadə Edilməsi

Müslimin Nüvvas ibn Səmandan nəql etdiyi bir hədisdə belə varid olmuşdur:

"GÖYƏ ƏMR VERİB YAĞIŞ YAĞDIRACAQDIR...". (Kıyamet Alametleri, 10-cu nəşr, səh. 219)

318- Süd İstehsalinda Artimin Olmasi

Bu hədis İbnil-Münadi Əlidən rəvayət edilmişdir. Müslimin Nüvvas ibn Səmandan nəql etdiyi bir hədisdə belə varid olmuşdur:

"... Yerə əmr edib əkin bitirəcəkdir... HEYVANLAR DA BOL OLACAQDIR... MƏMƏLƏRİ DƏ SÜDLƏ DOLU OLACAQDIR." (Kıyamet Alametleri, 10-cu nəşr, səh. 219)

319- Xəzinə Dedaktoriyalarindan İstifadə Edilməsi

(Dəccal) Dağılmaq üzrə olan bir xarabanın yanından keçərkən "TEZ OL ALTINDA GİZLİ OLAN XƏZİNƏNİ ÇIXAR!"―DEYƏ ƏMR VERƏCƏK, HƏMİN AN XƏZİNƏ MEYDANA ÇIXACAQDIR..." (Müslim, Nuvvas'dan nakl edilmiştir) (Kıyamet Alametleri, səh. 219)


320- Torla Baliq Ovlanmasi

Onun (Dəccalın) ağılları heyrətləndirən işlərindən biri də budur: "GÜNDƏ ÜÇ DƏFƏ DƏNİZƏ DALACAQ; ƏLLƏRİNİN BİRİ UZUNDUR. UZUN OLAN ƏLİ İLƏ DƏNİZİN DİBİNƏ ENƏCƏK, DİGƏR ƏLİ İLƏ DƏNİZİN DİBİNƏ SÖYKƏNƏCƏK DİGƏR ƏLLƏRİ İLƏ DƏRİNLİKLƏRDƏKİ BALIQLARDAN İSTƏDİYİNİ TUTUB ÇIXARACAQDIR..." (Ebu Nuaym Hüzeyfe (ra)’dan nakil edilmiştir). (Kıyamet Alametleri, 10-cu nəşr, səh. 216)


321- Ömürlərin Uzanmasi

ONUN (HZ. MEHDİ (ə.s)-ıN) ZAMANINDA ÖMÜRLƏR UZANACAQDIR. Ömürlərin uzanması onun (hz. Mehdi (ə.s)-ın) da uzun ömürlü olmasını göstərər. (Kıyamet alametleri, səh. 184)

ÖMÜRLƏR UZANACAQ, əmanətlər mənsub olduğu yerə təqdim ediləcəkdir. (İmam Suyuti, Kıyamet Alametleri, Ölüm ve Diriliş, səh. 1699, Səh. 179)
 


322- Günəş Enerjisinin İstifadə Edilməsi

Havada uçan quşu tutacaq və dərhal GÜNƏŞİN ALTINDA QIZARDA BİLƏCƏKDİR. (Muhammed ibn Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, 8-ci nəşr, mütercim: Naim Erdoğan, Pamuk Yayıncılık, səh. 216)
 


323- Günəş İşiğina Mane Olan Tüstü Buludlarinin (Duman Bombalarinin) İstifadə Edilməsi

Dəccal "BAX BU GÜNƏŞ MƏNİM İCAZƏMLƏ İŞIQ SAÇAR, İSTƏSƏNİZ ONU TUTUM!" DEYƏCƏKDİR. "LAP YAXŞI TUT BAXAQ"―DEYƏ DANIŞACAQLAR. BUNA GÖRƏ GÜNƏŞİ TUTACAQ, BİR GÜNÜ BİR AY KİMİ, BİR HƏFTƏNİ DƏ BİR İL KİMİ EDƏCƏKDİR. (Nuaym ibn Hammad ve Hakim İbni Mes'uttan (RA) rivayet edilmiştir) (Kıyamet Alametleri, 10-cu nəşr, səh. 219, 220)

324- Məsafələrin Qisalmasi

Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq. Zaman qısalacaq və VASİTƏLƏRLƏ MƏSAFƏLƏR QISALACAQDIR. (Buhari, Fiten: 25; Ahmed ibn Hanbel, Müsned, 2/313)

325- Hz. Mehdi (ə.s) Zühur Etdiyi Vaxt Televiziya, Radio və İnternet Yayimlari Vasitəsilə İnsanlar Onun Söhbətlərini Dinləyəcək və Hz. Mehdi (ə.s)-ı Görəcəklər

Əbu Əli əl-Əşari Həsən ibn Əli əl-Kufi, Abbas ibn Amir, Rabi ibn Məhəmməd əl-Musli vasitəsilə əbu Rəbidən rəvayət edər: Əbu Abdullahın [Cəfər Sadiq] belə buyurduğunu eşitdim: "ƏL-QAİM (HZ. MEHDİ (ə.s)) ORTAYA ÇIXDIĞINDA ALLAH TƏRƏFDARLARIMIZIN QULAQLARINI VƏ GÖZLƏRİNİ AÇAR (EŞİTMƏ VƏ GÖRMƏ BARƏSİNDƏ TƏRƏFDARLARIMIZA KÖMƏK EDƏR). BELƏCƏ ONLARLA QAİM (HZ. MEHDİ (ə.s)) ARASINDA HƏR HANSI BİR VASİTƏÇİ TAPILMAZ VƏ O, OLDUĞU MƏKANDAN [BİRBAŞA] TƏRƏFDARLARIMIZA SƏSLƏNƏR, TƏRƏFDARLARIMIZ DA ONU EŞİDƏR VƏ GÖRƏRLƏR". (Kuleynî, Kâfî, 8-ci cild, səh.240–241, hadis no: 329)

326- Hz. Mehdi (ə.s) Zamaninda İslam Əxlaqi Texnologiya Vasitəsi ilə Bir Kənd Evindən Çöldəki Çadira Qədər Bütün Dünyaya Hakim Olacaqdir

Miqdad ibn Əsvəd belə deyər: Rəsulullah (s.ə.v)-in "YER ÜZÜNDƏ İSLAM DİNİNİN GİRMƏDİYİ TORPAQ, PALÇIQDAN TİKİLMİŞ BİR EV VƏ (ÇÖLDƏ) BİR ÇADIR QALMAZ"―deyə buyurduğunu eşitdim. (Mecma-ul Beyan, Tevbe suresinin 33. ayetinin tefsirinde)

327- Nəqliyyatda İstiqaməti Müəyyənləşdirən Texnologiyalarin İstifadə Edilməsi

Minik vasitəsinə minən kəs İRAQ İLƏ MƏKKƏ ARASINDA YOLU AZMAQ NARAHATLIĞINDAN BAŞQA HEÇ BİR QORXU OLMADAN SƏYAHƏT ETMƏDİKCƏ qiyamət qopmaz. (Müntehab-ı Kenzu'l-Ummal, 2/370-371)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Ön Söz
  • Peyğəmbərimiz (s.ə.v) İslam Əxlaqının Hicri 1400-cü Illərdə Hakim Olacağını Müjdələmişdir
  • 001-008 Hz. Mehdi (ə.s)-ı İnkar Edənlərin Vəziyyəti
  • 009-012 Hz. Mehdi (ə.s)-ın Soyu (Nəsəbi)
  • 013-021 Hz. Mehdi (ə.s)-ın Doğumu
  • 022-025 Hz. Mehdi (ə.s) və İstanbul
  • 026-034 Hz. Mehdi (ə.s)-ın Çixiş Zamani
  • 035-041 Hz. Mehdi (ə.s)-ın Zühuru və Taninmasi
  • 042-045 Xalqin Böyük Qisminin Əvvəldə Onu Taniya Bilməməsi
  • 046-050 Zamani Gəldiyində Taninar
  • 051-062 Hz. Mehdi (ə.s)-ın Adi
  • 063-135 Hz. Mehdi (ə.s)-ın Fiziki Xüsusiyyətləri
  • 136-225 Hz. Mehdi (ə.s)-ın Çixdiği Dövrün Ümumi Xüsusiyyətləri
  • 226-264 Hz. Mehdi (ə.s)-ın Çixişini Xəbər Verən Böyük Hadisələr
  • 265-276 Hz. Mehdi (əs)-ın Gəlişini Müjdələyən Mühüm Hadisələr
  • 177-295 Hz. Mehdi (Əs)-ın Çixişini Xəbər Verən Təbiət Hadisələri
  • 296-327 Hz. Mehdi (ə.s)-ın Çixişini Xəbər Verən Texnoloji İnkişaflar
  • 328-350 Hz. Mehdi (ə.s)-ın Həyatindaki Bəzi Dövrlər
  • 351-372 Hz. Mehdi (ə.s) Dünyaya Sülh və Dinclik Gətirəcək, Bütün İnsanlar Tərəfindən Çox Seviləcək
  • 373-427 Hz. Mehdi (ə.s)-ın Gözəl Əxlaqi
  • 428-460 Hz. Mehdi (ə.s)-ın Elmi
  • 461-463 Mehdiyyətin Mənasi və Əhəmiyyəti Hz. Mehdi (ə.s) Tərəfindən Açiqlananacaqdir
  • 464-470 Hz. Mehdi (ə.s) və Əhli-Kitab
  • 471-475 Hz. Mehdi (ə.s) Dövründə Din Peyğəmbərimiz (s.ə.v) Dövründəki Kimi Yaşanacaq
  • 476-494 Axirzamandaki Bəzi Cahil Müsəlmanlarin Vəziyyəti
  • 495-538 Hz. Mehdi (ə.s)-ı Bizə Tanidan Digər Hədislər
  • 539-545 Hz. İsa (ə.s) və Hz. Mehdi (ə.s)
  • 546-598 Hz. Mehdi (ə.s)-ın Tələbələrinin Xüsusiyyətləri
  • 599-610 Aralarindan Ayrilanlar da Olar
  • 611-616 Hz. Mehdi (ə.s) və Axirzamandaki Əhəmiyyətli Şəxslər
  • 617-644 Dəccal ilə Əlaqədar Əlamətlər
  • 645-655 Hz. Mehdi (ə.s) Dövründə Qan Axidilmayacaq, İslam Əxlaqi Elmi İşlərlə Bütün Dünyaya Hakim Olacaq
  • İslam Əxlaqinin Dünya Hakimiyyətini Müjdələyən Ayələr
  • Böyük İslam Alimlərinin Mehdiyyətə İşarə Etdiyini Bildirdikləri Ayələr