Hüseyn ibn Əli (r.ə)-dən belə rəvayət olunur: "SƏMADA ŞƏRQ QÜTBÜNDƏN, GECƏNİ İŞIQLANDIRAN BÖYÜK BİR ALOV GÖRDÜYÜNÜZ VAXT, BAX O AN, HZ. MEHDİ (ə.s)-ıN ZÜHUR VAXTIDIR". (Mer'iy ibn Yusuf ibn Ebi bekir ibn Ahmet ibn Yusuf el-Makdi'si "Feraidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar)
Əbu Cəfər ibn Məhəmməd ibn Əli (r.ə)-dən rəvayət edildi:
"Siz üç və ya yeddi gün, şərqdən bir alovu gördüyünüz zaman Əli Məhəmmədin (hz. Mehdi (ə.s)-ın) çıxmasını gözləyin, inşaAllahu-Təala, bir münadi (göydən bir mələk) hz. Mehdi (ə.s)-ın adı ilə səmadan (göydən) səslənəcək ki, Şərqdə Qərbdə olan hər kəs bu səsi eşidəcəkdir. Belə ki, qorxudan yuxuda olanlar oyanacaq, ayaqda olan oturacaqdır, oturan isə ayağa qalxacaqdır". (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyyil Ahir Zaman , səh. 32)
Hədisdə Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi bu böyük partlayış və ardınca da ortaya çıxan böyük alov 1979-cu ildə, yəni hicri 1400-cü ildə Kadıköydə baş vermiş İndependenta adlı neftlə dolu tankerin partlayışını xəbər verir. 15 Noyabr 1979-cu il tarixində, dünyanın dördüncü böyük tankeri olan 150 min qrostonluq İndependenta adlı 95.530 ton hampetrol yüklü bir Rum tankerinin, İslam aləminin son mərkəzi olan İstanbula gələrkən bir Yunan gəmisinə dəyməsi nəticəsində neft alovlanmış və dənizdə günlərlə davam edən böyük bir alov ortaya çıxmışdır. Peyğəmbərimiz (s.ə.v), İstanbulda meydana gələn bu böyük hadisənin hz. Mehdi (ə.s.)-ın İstanbula gəldiyi vaxtı olduğunu; "... BAX O ZAMAN HZ. MEHDİ (ə.s)-ıN ÇIXIŞ VAXTIDIR" ifadəsi ilə açıq şəkildə bildirmişdir.
Hədisdə verilən məlumatlara görə bu, hz. Mehdi (ə.s)-ın İstanbula ayaq basdığı günlər içərisində reallaşacaq bir hadisədir. Bu hadisə ilə Hz. Mehdi (ə.s)-ın İstanbula gəlişi, bir müjdə olaraq hər kəsin eşidəcəyi şəkildə bütün dünyaya və həm cin aləminə, həm də insan aləminə elan edilmişdir. Beləcə, həm göy gurultusu kimi şiddətli bir səslə, həm günlərlə davam edən nəhəng alov, işıq və tüstü buluduyla və müxtəlif vaxtlarda davam edən partlamalarla hz. Mehdi (ə.s)-ın İstanbula gəldiyi Allah tərəfindən insanlara xəbər verilmişdir.
Hz. Mehdi (ə.s)-ın əlamətlərindəndir: Fərat çayının dayandırılması. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 39)
FƏRAT ÇAYININ SULARI ÇƏKİLƏRƏK ALTINDAN BİR DAĞ MEYDANA GƏLƏCƏK, İNSANLAR BUNU GÖTÜRMƏK ÜÇÜN VURUŞACAQ VƏ HƏR YÜZ ADAMDAN, YALNIZ BİRİ HƏYATDA QALACAQDIR. Bu zaman gələnə qədər qiyamət qopmaz." (Müslim, Fiten, 29)
Hz. Mehdi (ə.s) çıxmadan əvvəl MƏDİNƏDƏ (böyük şəhərdə) QAPQARA DAŞLARIN BELƏ QAN İÇİNDƏ İTƏCƏYİ BÖYÜK BİR HADİSƏ OLACAQDIR. BU HADİSƏDƏ BİR QADININ ÖLDÜRÜLMƏSİ bir qamçının yellənməsi qədər asan olacaqdır və bu hadisə 2 km-ə qədər yayılacaqdır. (EI-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-iI Muntazar, 41)
(1) Hz. Mehdi (ə.s) çıxmadan əvvəl... Hədisi-şərifin belə başlaması bu hadisənin eyni zamanda hz. Mehdi (ə.s)-ın çıxışdan əvvəlki əlamətlərindən olduğunu göstərir. Hz. Mehdi (ə.s)-ın çıxış zamanı hədisi-şəriflər və böyük İslam alimlərinin izahlarına görə hicri 1400-cü ilin (miladi 1979-80-cu il) əvvəllərində olmalıdır. Hədisdə keçən "hz. Mehdi (ə.s) çıxmadan əvvəl" ifadəsi hz. Mehdi (ə.s)-ın ortaya çıxışından qısa bir müddət əvvəl bu böyük hadisənin olacağına işarə edir.
(2) .... Mədinədə ... Ərəbcədə Mədinə sözü, eyni zamanda, böyük şəhər kimi də işlədilir. Aşağıdakı hədis buna nümunədir.
Hz. İbni Əmrdən rəvayət edilmişdir. Rəsulullah (s.ə.v) buyurdu ki:
―Ey Ümmət! Altı şey vardır ki, onlar olmadan qiyamət qopmaz... Altıncısı da mədinənin fəthidir.
Deyildi ki: “Hansı mədinə?”. Buyurdu ki: “Konstantinapol (İstanbul)”.
(Bu İstanbulun hz. Mehdi (ə.s) tərəfindən edilən mənəvi fəthidir.)
(Kıyamet Alametleri, səh. 204 Ramuz EI Ehadis 1/296)
(3) ...Qapqara daşların belə qan içində itəcəyi... Hədisi-şərifin bu hissəsində də qanlı hadisənin əsasında cərəyan edəcəyi zəmin səthi təsvir edilir. Qara daş, yəni asfalt yol üzərində qanlı bir hadisə olacağına işarə edir.
1 may Bölünmə hadisəsində 34 ölü və 200 adamın yaralanmasından axan qanlar, qara daşlar (yəni asfalt yol) üzərinə tökülmüş və bu qanlar küçədə yayılmışdır.
Asfalt yol: Kiçik çınqıl daşlarının asfalt maddəsi ilə qarışdırılmasından yaranar.
Bu qarışıq yola töküldüyündə bütöv qara daşa çevrilər.
(4) ... Qan içində itəcəyi ... Qarşıdurmalar nəticəsində axan qan, bəzi hissələrdə asfaltı bir örtü kimi örtmüş və asfalt bəzən görünməz hala düşmüşdür.
(5) ... Böyük hadisə baş verəcək... 1 may Bölünmə hadisəsi anarxiya dövründə çoxlu insanın öldürüldüyü və qanların axıdıldığı böyük hadisədir.
(6) ... Bir qamçının yellənməsi qədər asan olacaqdır ... Burada bir bənzətmə edilərək öldürməyin çox asanlıqla icra edildiyinə diqqət çəkilir. Necə bir qamçı, sadə əl hərəkətləri ilə hər tərəfə doğru asanlıqla yellənə bilirsə, eyni asanlıqla qamçı kimi qulpundan tutulan və hər tərəfə idarə oluna bilən tapança da yalnız tətiyinin çəkilməsi ilə hədəfdəki şəxsi öldürə bilər.
Fərat çayının qızıl bir dağ üzərindən açılması yaxındır. İnsanlar bunu eşidəndə ora gedəcəklər və onun yanında olan insanlar, “burdan nəyinsə alınmasına icazə versək, bunun hamısını apararlar” deyəcəkdir. ARDINCA ONUN ÜÇÜN DÖYÜŞƏCƏKLƏR VƏ HƏR YÜZ ADAMDAN DOXSAN DOQQUZU ÖLDÜRÜLƏCƏKDİR. (Müslim, Fiten, 29)
İnsanlar onun üçün döyüşəcək və HƏR YÜZ ADAMDAN DOXSAN DOQQUZU ÖLDÜRÜLƏCƏKDİR, onlardan hər adam "kaş ki, xilas olan mən olsaydım" deyəcəklərini buyurmuşdurlar. (Sahih-i Müslim, 11/320)
Onun (hz. Mehdi (ə.s)-ın) çıxacağı il, insanlar həccə, başlarında bir əmir olmadan gedəcəklər... Birlikdə Beyt-i Şərifi təvaf edəcəklər, sonra Minaya endiklərində, İTLƏR KİMİ BİR-BİRİNƏ HÜCUM EDƏCƏKDİR, HACILAR SOYULACAQDIR, qanlar Akabe Cemresinin üzərinə axacaqdır". (Kıyamet Alametleri, səh. 168-169)
1979-cu ildə (hicri 1 məhərrəm 1400-cü ildə) Həcc əsnasında Kəbədə böyük bir qırğın olmuşdur. (1 məhərrəm 1400-cü il) Hadisənin baş vermə tarixi hicri 1400-cü ilin ilk günüdür.
Hədisdə iştirak edən "çıxacağı il" ifadəsi bu baxımdan son dərəcə əhəmiyyətlidir. Çünki həm bu hadisə, həm də hz. Mehdi (ə.s)-ın çıxış tarixi 1979-cu ili göstərir. 1979-cu ildə reallaşan bu hadisənin ardınca 7 il sonra Həcc əsnasında daha çox qanlı bir hadisə baş vermişdir. Bu dəfə də 402 adam öldürülmüşdür.
"... Birlikdə Beyt-i Şərifi təvaf edəcəklər, sonra Minaya endiklərində, itlər kimi bir-birinə hücum edəcək, hacılar soyulacaq, QANLAR AKABƏ CEMRƏSİNİN ÜZƏRİNƏ AXACAQDIR".
(Kıyamet Alametleri, səh. 168-169)
TOZLU, DUMANLI qaranlıq bir fitnə görüləcək, bunu digərləri izləyəcəkdir... (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 26)
11 sentyabr 200-ci il tarixində ABŞ-ın Nyu York və Vaşinqton əyalətlərində meydana çıxan dünya tarixinin ən böyük terror hücumu bu hədislə böyük uyğunluq təşkil edir. Bu hadisələrin ardından çox böyük bir toz və tüstü buludu ətrafı bürüyüb əhatə etmişdir.
İqtisadi Çətinliklər
Bazarın durğun olması, QAZANCLARIN AZALMASI... (Kıyamet Alametleri, səh. 148)
İşlərin kasad getməsi. Hər kəs "SATA BİLMİRƏM, ALA BİLMİRƏM, QAZANA BİLMİRƏM!" deyə şikayətlənəcəkdir. (Kıyamet Alametleri, səh. 152)
Bütün bunlar (Axırzaman əlamətləri) ÖLKƏLƏRİN DƏYİŞİKLİYƏ UĞRAYACAĞI, QULLARIN ZƏİF VƏZİYYƏTƏ DÜŞƏCƏYİ və hz. Mehdi (ə.s)-ın çıxmasından ümidin kəsiləcəyi bir dövrdə baş verəcəkdir.... (Yenabiu'l-Mevedde, səh. 440)
KASIBLAR ÇOXALACAQDIR. (Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, səh. 455)
TİCARƏT VƏ YOLLARIN KƏSİLDİYİ, fitnələrin çoxaldığı zaman... (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 52)
HƏR KƏSİN AZ QAZANCDAN ŞİKAYƏTLƏNMƏSİ... Pullarına görə zənginlərin hörmət görməsi... (Kıyamet Alametleri, səh. 146)
"...On beş şeyi etməyə başlayınca ona böyük bəlanın gəlməsi vacib olar!" buyurmuşdular. (Yanındakılar:) "Ey Allahın Elçisi! Bunlar nələrdir?" ―deyə soruşdular. Əleyhissalatu vəssalam saydı: "QƏNİMƏT (YƏNİ MİLLİ SƏRVƏT, KASIB-FÜQƏRAYA BAXMADAN YALNIZ ZƏNGİN VƏ MÖVQE SAHİBLƏRİ ARASINDA) TƏDAVÜL EDƏN BİR ƏMTƏƏ HALINA GƏLƏRSƏ". (Tirmizi, Fiten: 39, (2211))