Hz. Mehdi (Əs)-ın Çixişini Xəbər Verən Təbiət Hadisələri

277- Yer Yarilmalari Baş Verər

AXIRZAMANDA YERƏ BATMA, daş yağma zühur edəcəkdir .... (Hz. Sehl İbni Saad, Ramuz El Ehadis, 2-ci cild, səh. 302/8)

278- Günəşdə Fövqəladələr (Partlayiş və S.) Görünməsi

O, (hz. Mehdi (ə.s)), GÜNƏŞDƏN BİR ƏLAMƏT MEYDANA ÇIXANA QƏDƏR GƏLMƏYƏCƏKDİR. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 47)
 


279- Günəşdə Əlamətlərin Meydana Çixmasi

GÜNƏŞ ƏLAMƏT OLARAQ DOĞULMADIQCA hz. Mehdi (ə.s) çıxmayacaqdır. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 33)

280- Ramazan Ayi İçində İki Dəfə Günəş Tutulmasi

Şurəykin rəvayət etdiyi hədis belədir: "Hz. Mehdi (ə.s)-ın zühurundan əvvəl, GÜNƏŞ İKİ RAMAZANDA TUTULACAQDIR". (Ölüm, Kıyamet ve Diriliş, İmam-ı Şa'rani, Pamuk Yayınları səh.457)

Hz. Mehdi (ə.s)-ın çıxmasından əvvəl BİR RAMAZAN İÇİNDƏ GÜNƏŞ İKİ DƏFƏ TUTULACAQDIR. (Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, səh. 440)

281- Ramazan Ayinda Ay Tutulmalarinin Yaşanmasi

Hz. Mehdi (ə.s) üçün 2 əlamət vardır ki... Bunun birincisi Ramazanın birinci gecəsi Ayın, ikincisi də Ramazanın ortasında Günəşin tutulmasıdır. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 47)

Ramazanın birinci gecəsi Ay, ortasında Günəş tutulacaqdır. (Kıyamet Alametleri, səh. 199)

282- Quyruqlu Ulduz Doğuldu- Halley

Hz. Mehdi (ə.s)-ın çıxışından əvvəl, (hər tərəfi) işıqlandıran QUYRUQLU BİR ULDUZ DOĞULACAQDIR. (Kıyamet Alametleri, səh. 200)

283- Buynuzu Xatirladan İki Uclu Ulduz Çixdi-Lulin

Səhabələrin verdiyi xəbərə görə Rəsulullah (s.ə.v) belə buyurmuşdur:

"Vəd edilən Mehdinin zühurunun başlanğıcı olan Abbasi Məlik Xorasana çatdığı zaman, ŞƏRQ TƏRƏFİNDƏ İKİ DİŞLİ (1) MÜNƏVVƏR (2) BİR BUYNUZ (3) ÇIXAR".

"ŞƏRQ TƏRƏFİNDƏ BİR KOMETA (QUYRUQLU ULDUZ) DOĞULUB İŞIQ VERƏCƏKDİR".

Bu ulduz da doğulmuşdur. Amma odurmu, yoxsa onun bir bənzəridirmi?

Bu ulduza:

◉ Kometa (Quyruqlu ulduz) adının verilməsi, böyük ehtimalla bu izahlara əsaslanır:

◉ Sabitlərin seyri, MƏĞRİBDƏN (QƏRBDƏN) MƏŞRİQƏDİR (ŞƏRQƏDİR) (4)...

Bu ulduzun vəziyyəti də, onun seyrinə görədir. Yəni üzü məşrik tərəfə, arxası isə, məğrib tərəfədir. Bu uzun ağlıq da, onun arxa tərəfindədir. Bu mənada ona:

◉ Quyruq... adının verilməsi yerindədir.

ONUN HƏR GÜNKÜ IRTİFİ (KEÇİŞ İSTİQAMƏTİ) İSƏ, MƏŞRİQDƏN MƏĞRİBƏDİR. (5) Ancaq o, kısri (ona xas vəziyyətində üstün yer tutan) seyri ilə göyün yüksək qatının seyrinə bağlıdır. Həqiqi halı ən yaxşı bilən Sübhan Allahdır. İmam-ı Rabbani, Mektubat-ı Rabbani, 381. Mektup, səh.1184

(1) ... iki dişli...:

Lulin quyruqlu ulduzunun arxa hissəsində quyruğun haçalı olması, hədisdəki iki dişli ifadəsi ilə birə-bir uyğun gəlir.

(2) ... münəvvər (işıqlandırıcı)...:

Hədisdə bəhs edilən münəvvər (işıqlandırıcı) sifəti Lulin ulduzunun dünyaya yaxınlaşdıqca 6 ulduz parlaqlığı qədər artan parlaqlığına işarə edir.

(3) ... bir buynuz...:

Lulin ulduzu digər ulduzlardan fərqləndirən ən əhəmiyyətli şey isə ulduzun nüvəsinin arxa hissəsindəki quyruğunun qarşısında, nüvənin ön qismində, yəni irəliləmə istiqamətində də bir quyruğunun olmasıdır. Lulin ulduzunun çəkilmiş fotoşəkillərinə baxdıqda da qarşı tərəfdəki iki quyruğun formasına görə bir buynuzu xatırlatdığı ilk baxışda bəlli olur.

(4) Sabitlərin seyri məğribdən (qərbdən) məşriqədir (şərqədir)...:

Hədisin ardında yer almış "Sabitlərin seyri, məğribdən (qərbdən) məşriqədir (şərqədir)..." ifadəsi göy cisimlərinin fırlanmasına işarə edir ki, bu məlumat 20-ci əsrdə əldə edilən astronomiya məlumatları ilə eynilə uyğunlaşır. Necə ki, bütün göy cisimləri MƏĞRİBDƏN (qərbdən) MƏŞRİQƏ (şərqə) hərəkət edir.

(5) Onun hər günkü irtifi (keçmə istiqaməti) isə, məşriqdən (şərqdən) məğribədir (qərbədir)...:

Burada isə "Onun hər günkü irtifi (keçmə istiqaməti) isə..." deyilərək, Lulin ulduzunun digər göy cisimlərindən fərqli olaraq şərqdən qərbə doğru hərəkət etdiyi bildirilmişdir.

Peyğəmbər (s.ə.v)-in hədisində Axırzamanda gəlməsi gözlənilən hz. Mehdi (ə.s.)-ın çıxış əlaməti olaraq ifadə etdiyi və İmam Rəbbaninin də təfərrüatlı olaraq təfsir etdiyi "iki dişli münəvvər (işıqlandırıcı) bir buynuz çıxar" ifadəsi 24 fevral 2009-cu ildə, yəni hicri 1430-cu ildə dünyaya ən yaxın nöqtədən keçən Lulin ulduzuna işarə edir.

284- Quraqliq Yaşanmasi

Dəccalın çıxmasından əvvəl GÖY ÜZÜ ÜÇ İL YAĞIŞINI saxlıyar. Birinci ildə normal yağışın üçdə birini tutub üçdə ikisini yağdırar. Yer üzü bitkisinin üçdə birini bitirməz. İkinci ildə GÖY ÜZÜ NORMAL YAĞIŞIN ÜÇDƏ İKİSİNİ YAĞDIRMAZ. Yer üzü də bitkisinin üçdə ikisini bitirməz. Üçüncü ildə isə GÖY ÜZÜ YAĞIŞININ HAMISINI KƏSƏR, yer üzü də bitkisindən heç birini bitirməz. (Ebu Davud, İbni Mace, Taberani; Geleceğin Tarihi 3, səh.241)

285- Quyruqlu Ulduzun Çixişindan Əvvəl Quraqliq, Çixişindan Sonra Bol Yağişlar Olacaqdir .

Hz. Mehdi (ə.s)-ın zühurunda bir cüt quyruqlu ulduz çıxacaq və elə parlaq olacaq ki, bütöv ay kimi parlayacaqdır. Bu ulduzun çıxışından sonra elə çox yağış yağacaq ki, böyük ziyan olacaqdır. Lakin XALQ BU YAĞIŞLARI SEVİNCLƏ QARŞILAYACAQDIR. ÇÜNKİ BUNDAN ƏVVƏLKİ 3 İLDƏ HEÇ YAĞIŞ YAĞMAMŞDIR. (Murtaza Lakha, R &K Tyrell Basımevi, Londra, 1993)

286- Qitliğin Yaşanmasi

Dəccalın çıxmasından əvvəl səma üç il yağışını saxlayar... Üçüncü ildə isə səma yağışının hamısını kəsər, YER ÜZÜ DƏ BİTKİSİNDƏN HEÇ BİRİNİ BİTİRMƏZ. (Ebu Davud, İbni Mace, Taberani; Geleceğin Tarihi 3, səh. 241)

287- Təbii Fəlakətlərlə Böyük Şəhərlər Yox Oldu

BÖYÜK ŞƏHƏRLƏR DÜNƏN SANKİ YOXMUŞ KİMİ MƏHV OLAR. (Kitabül Burhan Fi Alametil Mehdiyyil Ahir Zaman, səh. 38)

288- Yerdə Çökmələr Baş Verər

(Qiyamət) əlamətlərinin İLKİ YER ÇÖKMƏLƏRİDİR. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh.518)
 


289- Külək və Qasirğalar Artdi

Qiyamətdən əvvəl on əlamət görmədən o qopmayacaqdır. Onuncusu, İNSANLARI DƏNİZƏ ATACAQ QASIRĞADIR. (Kıyamet Alametleri, səh. 288)

290- İldirimlar Çoxaldi

Qiyamətin yaxınlaşdığı zaman İLDIRIMLAR O QƏDƏR ÇOXALACAQ Kİ, insanlar (bir-birlərinə belə) deyəcəklər: "Dünən kimi ildırım vurdu?". Onlar da (belə) cavab verəcəklər: "Dünən filan və filan (kəsləri) ildırım vurdu". (El-Hakim, Müstedrek, 4/444)


Evlərinizi zəlzələlər yıxacaq, HEYVANLARINIZI İLDIRIMLAR YANDIRIB KÖMÜRƏ ÇEVİRƏCƏKDİR. (Nuaymm bin Hammad; Geleceğin Tarihi 4, səh. 69)

291- Zamanin Qisalmasi

ZAMAN TƏKARÜB EDƏRƏK (YAXINLAŞARAQ) GECƏ İLƏ GÜNDÜZ BİR-BİRİNƏ YAXINLAŞAR... (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 374, no. 681)

ZAMAN QISALIB İL AY, AY HƏFTƏ, HƏFTƏ GÜN, GÜN SAAT, SAAT DA ATƏŞ ALOVLANDIRACAQ QƏDƏR AZALMADLQCA qiyamət qopmaz. (Tirmizi, İbn-i Mace, Ahmed bin Hanbel; Son Zamanlarla İlgili Hadisler, səh. 109)

292- Sel Fəlakətləri Yaşandi

GÖYDƏN ŞİDDƏTLİ yağış yağıb daş binalar istisna olmaqla bütün kərpic evlər yıxılmadıqca qiyamət qopmaz. (Ahmed ibn Hanbel, Müsned 13/291, hadis no. 7554)
 


EV VƏ DAXMA SALAMAT SAXLAMAYAN ŞİDDƏTLİ YAĞIŞ YAĞANA QƏDƏR qiyamət qopmaz. (Kıyamet Alametleri, səh. 253)

293- Zəlzələlər Çoxaldi

Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaqdır... ZƏLZƏLƏLƏR ÇOXALACAQDIR... (Ramuz-El Ehadis, 476/11)

294- Kosmosda İnsan Əli Formasinda Şəkil Meydana Çixdi

... Əsmə mindi Uməys dedi ki: O GÜNÜN (HZ. MEHDİ (ə.s)-ıN ZÜHURUNUN) ƏLAMƏTİ SƏMADAN UZADILMIŞ VƏ İNSANLARIN ONA BAXDIĞI BİR ƏLDİR. (Celalettin Suyutinin Tasnifinden Hadisler, Ahir Zaman Mehdisinin Alametleri, Ali Bin Hüsameddin El Muttaki, səh. 69)

... Bax o zaman (hz. Mehdi (ə.s)-ın zühuru zamanında) SƏMADAN GÖRÜNƏ BİLƏN BİR ƏL PEYDA OLAR... (Celalettin Suyutinin Tasnifinden Hadisler, Ahir Zaman Mehdisinin Alametleri, Ali Bin Hüsameddin El Muttaki, səh. 51)

295- Əfqanistanda Dəmir, Kömür, Neft Kimi Müxtəlif Mədən Ehtiyatlari Tapildi

Təliqana (Əfqanıstana) yazıq oldu. Şübhəsiz, Allah Təalanın ORADA QIZIL VƏ GÜMÜŞ OLMAYAN XƏZİNƏLƏRİ VARDIR. Orada Allahı haqqı ilə bilən insanlar vardır... (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 59)


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Ön Söz
  • Peyğəmbərimiz (s.ə.v) İslam Əxlaqının Hicri 1400-cü Illərdə Hakim Olacağını Müjdələmişdir
  • 001-008 Hz. Mehdi (ə.s)-ı İnkar Edənlərin Vəziyyəti
  • 009-012 Hz. Mehdi (ə.s)-ın Soyu (Nəsəbi)
  • 013-021 Hz. Mehdi (ə.s)-ın Doğumu
  • 022-025 Hz. Mehdi (ə.s) və İstanbul
  • 026-034 Hz. Mehdi (ə.s)-ın Çixiş Zamani
  • 035-041 Hz. Mehdi (ə.s)-ın Zühuru və Taninmasi
  • 042-045 Xalqin Böyük Qisminin Əvvəldə Onu Taniya Bilməməsi
  • 046-050 Zamani Gəldiyində Taninar
  • 051-062 Hz. Mehdi (ə.s)-ın Adi
  • 063-135 Hz. Mehdi (ə.s)-ın Fiziki Xüsusiyyətləri
  • 136-225 Hz. Mehdi (ə.s)-ın Çixdiği Dövrün Ümumi Xüsusiyyətləri
  • 226-264 Hz. Mehdi (ə.s)-ın Çixişini Xəbər Verən Böyük Hadisələr
  • 265-276 Hz. Mehdi (əs)-ın Gəlişini Müjdələyən Mühüm Hadisələr
  • 177-295 Hz. Mehdi (Əs)-ın Çixişini Xəbər Verən Təbiət Hadisələri
  • 296-327 Hz. Mehdi (ə.s)-ın Çixişini Xəbər Verən Texnoloji İnkişaflar
  • 328-350 Hz. Mehdi (ə.s)-ın Həyatindaki Bəzi Dövrlər
  • 351-372 Hz. Mehdi (ə.s) Dünyaya Sülh və Dinclik Gətirəcək, Bütün İnsanlar Tərəfindən Çox Seviləcək
  • 373-427 Hz. Mehdi (ə.s)-ın Gözəl Əxlaqi
  • 428-460 Hz. Mehdi (ə.s)-ın Elmi
  • 461-463 Mehdiyyətin Mənasi və Əhəmiyyəti Hz. Mehdi (ə.s) Tərəfindən Açiqlananacaqdir
  • 464-470 Hz. Mehdi (ə.s) və Əhli-Kitab
  • 471-475 Hz. Mehdi (ə.s) Dövründə Din Peyğəmbərimiz (s.ə.v) Dövründəki Kimi Yaşanacaq
  • 476-494 Axirzamandaki Bəzi Cahil Müsəlmanlarin Vəziyyəti
  • 495-538 Hz. Mehdi (ə.s)-ı Bizə Tanidan Digər Hədislər
  • 539-545 Hz. İsa (ə.s) və Hz. Mehdi (ə.s)
  • 546-598 Hz. Mehdi (ə.s)-ın Tələbələrinin Xüsusiyyətləri
  • 599-610 Aralarindan Ayrilanlar da Olar
  • 611-616 Hz. Mehdi (ə.s) və Axirzamandaki Əhəmiyyətli Şəxslər
  • 617-644 Dəccal ilə Əlaqədar Əlamətlər
  • 645-655 Hz. Mehdi (ə.s) Dövründə Qan Axidilmayacaq, İslam Əxlaqi Elmi İşlərlə Bütün Dünyaya Hakim Olacaq
  • İslam Əxlaqinin Dünya Hakimiyyətini Müjdələyən Ayələr
  • Böyük İslam Alimlərinin Mehdiyyətə İşarə Etdiyini Bildirdikləri Ayələr