İmam Zeynal Abidin belə buyurmuşdur: "Bizim Qaimimiz (hz. Mehdi (ə.s) ilə Allahın rəsulları arasında bir sıra bənzərliklər vardır... İbrahim (ə.s) ilə doğumunun gizli olmasında (doğumunun evdə olmasında) ...bənzərliyi vardır". (Kemal'ud-Din səh. 322, 31. Bab, 3. hadis)
Hz. Əli ibn Hüseyn Zeynəl Abidin belə buyurur: "Qaimimizin (hz. Mehdi (ə.s)-ın) doğumu insanlara gizli qalacaqdır (yəni doğumu evdə olacaqdır) ..." (Bihar-ül Envar, 51-ci cild, səh. 135)
MEHDİ, MƏDİNƏDƏN (BÖYÜK ŞƏHƏRDƏN) ÇIXACAQ VƏ MƏKKƏYƏ GƏLƏCƏKDİR. İnsanlar onu, öz aralarından (tanıyıb) ortaya çıxaracaqlar .... (Mer'iy ibn Yusuf ibn Ebi bekir ibn Ahmet ibn Yusuf el-Makdi'si "Feraidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar)
MEHDİ (ə.s)-ıN QARA KƏNDDƏN ÇIXACAĞI DEYİLMİŞDİR. (Mustafa Reşit Filizi, Risalet-ül Huruc ül Mehdi, səh. 69)
Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislərdə mədinə sözü gizli şəkildə ifadə edilmişdir. Yəni Peyğəmbərimiz (s.ə.v) mədinə sözünü fərqli-fərqli mənaları ilə istifadə etmişdir. İslam aləmində isə çox saylı böyük şəhər, yəni mədinə vardır. Buna görə sözü gedən hədislərdə keçən mədinə sözünün hansı mənanı daşıdığını ancaq mövzuyla əlaqədar digər rəvayətləri araşdıraraq anlamaq mümkündür.
Məsələn, yuxarıda qeyd etdiyimiz hədisdə Peyğəmbərimiz (s.ə.v) hz. Mehdi (ə.s)-ın mədinədən, yəni böyük bir şəhərdən çıxacağını bildirir, başqa bir hədisdə də hz. Mehdi (ə.s)-ın "Qara adlı kənddən çıxacağını" ifadə edir. İmam Qurtubinin təzkirəsində isə hz. Mehdi (ə.s)-ın, İslam ölkələrinin qərb tərəfindən çıxacağı ifadə edilmişdir. Bu ifadə, hz. Mehdi (ə.s)-ın doğulduğu böyük şəhərin İslam ölkələrinin qərb tərəfində yer alan böyük bir şəhər olduğunu göstərir.
Başqa bir hədisdə isə Peyğəmbərimiz (s.ə.v) qarşısındakı şəxsə hz. Mehdi (ə.s)-ın mədinəni, yəni böyük bir şəhəri mənəvi fəth edəcəyini söyləyir. Rəvayətdə qeyd edilən şəxs də, çoxlu sayda mədinə (yəni böyük şəhər) olduğundan hz. Mehdi (ə.s)-ın hansı mədinəni, yəni hansı şəhəri mənəvi fəth edəcəyi barədə şübhəyə düşmüşdür. Buna görə, Peyğəmbərimiz (s.ə.v)-dən bu mədinənin (böyük şəhərin) hansı olduğu soruşmuşdur.
Peyğəmbərimiz (s.ə.v) də cavab olaraq bu mədinənin (yəni şəhərin) İstanbul olduğunu söyləmişdir.
Hz. İbni Əmr (r.ə)-dən rəvayət edilmişdir: Peyğəmbərimiz (s.ə.v) buyurdu ki: Ey Ümmət! Altı şey vardır ki, onlar olmadan qiyamət qopmaz, (altıncısı) mədinənin (şəhərin) fəthidir.
◉ “Hansı mədinə?(hansı şəhər)” –deyə soruşuldu.
◉ Buyurdu ki: Konstantinapol.
Hz. Mehdi (ə.s)-ın doğulduğu və İslam aləminin qərbində qalan şəhər ilə fəth edəcəyi şəhərin ayrı mədinələr, yəni ayrı şəhərlər olduğunu da yenə rəvayət edilən hədislərə baxaraq anlamağımız mümkündür. Yəni hz. Mehdi (ə.s) İslam aləminin qərbində olan böyük bir şəhərdə doğulacaqdır. Sonra da İslam aləminin bir başqa böyük şəhəri olan İstanbulu mənəvi fəth edəcəkdir.
Əbu Naim Abdullah ibn Ömər (r.ə)-dan rəvayət edilmişdir. Allah Rəsulu (s.ə.v) belə buyurmuşdur: "HZ. MEHDİ (Ə.S.) KƏRİMƏ DEYİLƏN BİR KƏNDDƏN ÇIXAR." ((Nurul ebsar, Ehl-i Beyt, Oniki imam, kutuplar ve mezhep imamlarının menkıbeleri, Şeblenci, səh. 590)
Müsəlmanlardan bir şəxs (hz. Mehdi (ə.s)) gələcək, BU ŞƏXSİN ŞƏRƏFİ QAFQAZIN ƏN ULU DAĞINDAN ətrafa günəşin şüası (işıq şüaları) kimi şölənəcəkdir (ətrafa işıltılar saçacaq). (Osman Yüksel Serdengeçti, Mabedsiz Şehir, Serdengeçti Neşriyatı: VI, səh.107)
Xorasan tərəfindən bayraqlar çıxdığını gördüyünüzdə, QAR ÜZƏRİNDƏ SÜRÜNƏRƏK DƏ OLSA, o bayraqlara qatılın, çünki içlərində Allahın xəlifəsi hz. Mehdi (ə.s) vardır. (El-Kavlu'l Muhtasar fi Alamet-il Mehdiyy-il Muntazar, Hadis no. 35)
Hədisdə Mehdi (ə.s)-a çatmaq üçün "qar üzərində sürünərək də olsa" ifadəsi istifadə edilir. Bu ifadə ilə Peyğəmbərimiz (s.ə.v) çox hikmətli bir şəkildə, bəzi kəslərin iddia etdiyi kimi, Məkkə və ya Mədinə şəhərlərindən deyil, qar yağan, qar olan bir yerdən çıxacağını izah edir.
Konstantinapolun fəthi zamanı səhər namazı üçün dəstəmaz alarkən bir bayraq sancacaqdır. DƏNİZ İKİYƏ AYRILARAQ SU ÖZBAŞINA UZAQLAŞACAQ VƏ AÇILAN YOLLA GEDƏN HZ. MEHDİ QARŞI SAHİLƏ KEÇƏCƏKDİR. Sonra bir bayraq daha sancacaq və deyəcəkdir ki: "Ey insanlar, ibrət götürün. Dəniz Bəni İsrailə necə yol verdisə bizə də elə yol verdi...". (El-Kavl-ül Muhtasar fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 57)
Hz. Mehdi (ə.s)-ın dənizdə quru bir yer açılacağı deyilərək bir körpüyə də işarə edilmişdir. Hz. Mehdi (ə.s)-ın bir körpüdən keçərək İstanbula gələcəyi xəbər verilmişdir.
HƏSƏNİN ÖVLADINDAN BİRİ (HZ. MEHDİ (ə.s)) ŞƏRQ TƏRƏFİNDƏN ÇIXACAQ... (Ali Bin Hüsamettin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler–Ahir Zaman Mehdi'sinin Alametleri, səh. 22)
HZ. MEHDİ (ə.s) RUMDAN, TÜRKLƏRDƏN (çünki keçmişdə Türkiyəyə "Rum diyarı" deyilirdi) AYRILMAYACAQDIR. (İş'afü'r-Rağıbîn'den naklen Tılsımlar Mecmuası, Bediüzzaman Said Nursi, səh. 212)
Peyğəmbər (s.ə.v)-in “ipək bayrağı” ilə çıxacaqdır. Həmin bayraq dördbucaqlı olub, tikişsizdir və rəngi də qaradır. Onda bir hicr (dairə) olar. O Rəsulullah (s.ə.v)-in vəfatından bəri açılmamışdır, Mehdi çıxınca açılacaqdır. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiy-il Ahir Zaman, səh. 23)
Əlamətlərə gəlincə ALLAH RƏSULU (s.ə.v)-iN KÖYNƏYİ, QILINCI, BAYRAĞI OLACAQDIR. O bayraq ki, Peyğəmbər (s.ə.v)-in vəfatından bu günə qədər heç açılmamışdır... (Kıyamet Alametleri, səh. 164)