Mufaddil dedi: "Ey Mövlam! Hz. (Mehdi (ə.s))-ın zühuru necədir?" (Sadiq) dedi: "Ey Mufaddil! Ortaya çıxmaq üçün şübhəli zühur edər, adı yayılar, əmri bilinər, adı ilə və ləqəbi ilə xatırlanar, nəsəbi açıqlanar, qəbul edən və etməyən, sınayaraq inkar edənlərin dilinə düşər ki, bəhs edilən sübutlara uyğun gəlsin və onun üçün dəlillərimiz isbat edilsin, soyunu, adını və ləqəbini ifadə etdik ki, insanlar adını, soyunu və ləqəbini bilmirik deməsinlər deyə babası Peyğəmbər (s.ə.v)-in adını verdik". (Bihar-ül Envar, 53-cü cild)
Hz. Mehdi (ə.s) ilə müjdələnin. O Qureyşdən və Əhli-Beytimdən olan bir kəsdir. (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 13)
Mənim Əhli-Beytimdən bir şəxs (Hz. Mehdi (ə.s)) bütün dünyaya hakim olana qədər günlər və gecələr getməz. (En-Necmu's Sakıb, Ukayli)
Bütün peyğəmbərlər bir-birinin soyundandır. Hz. Mehdi (ə.s) da hədislərin ifadə etdiyinə görə bu soydan gəlir. Xalq arasında bu soydan gələnlərə "seyid" deyilir. Hz. Mehdi (ə.s) da seyid olacaqdır.
Allah Quranda bir-birlərinin soyundan gələn elçilərdən bəhs edir. Bu ayələr hz. Mehdi (ə.s)-ın da eyni soydan gələcəyinə işarə edir.
Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən! (Bəqərə surəsi, 128)
Onların atalarından, nəsillərindən və qardaşlarından bəzilərini də. Onları seçdik və düz yola yönəltdik. (Ənam surəsi, 87)
Hz. Əli ibn Əbu Talib belə buyurur: "Vəd edilmiş Mehdi bizdən olacaq və Axırzamanda zühur edəcəkdir. Heç bir millət arasında ondan başqa gözlənilən bir Mehdi yoxdur". (Isbat-ül Hüdat, 7-ci cild, səh.148)
"Hz. Mehdi Fatimənin övladlarındandır və Həsənin soyundandır". (Ebu Davud, Hz. Mehdi, 1)
Hz. İmam Əli Naqi belə buyurmuşdur: "MƏNDƏN SONRA OĞLUM HƏSƏN İMAMDIR VƏ HƏSƏNDƏN SONRA DA ƏDALƏTİ BÜTÜN DÜNYANI ÖRTƏCƏK OLAN OĞLUM MEHDİDİR". (Isbat-ül Hüdat, 6-cı cild, səh.275)