Bir şəxs olmadan onun şəxsi mənəvisindən söz gedə bilməz. Çünki ikisi bir-birini tamamlayır, sanki ruh və bədən kimidir. Birini qəbulu edib, digərinin rədd etmək olmaz.
Hər peyğəmbərin və elçinin ətrafında onun mənəviyyatının təcəllisi olan bir şəxsi mənəvi meydana gəlir. O elçiyə tabe olan, onu nümunə götürən, onun təbliğini izləyənlərin əmələ gətirdiyi bir kütlə və topluluq da, onun şəxsi mənəvisini əmələ gətirər.
Hər mömin birliyinin bir öndəri olduğu, Quranda bildirilən Allahın bir qanunudur. Bu səbəbdən, Bədiüzzaman Səid Nursi də "şəxsi mənəvi" terminini istifadə edərkən Quranın qaydalarında olduğu şəkildə istifadə etmişdir. Necə ki, Bədiüzzaman Səid Nursi də öz tələbələri və əsərləri üçün şəxsi mənəvi təbirini istifadə edərkən, bu şəxsi mənəvisinin başında yenə özüdür. Risalə-i Nurun şəxsi mənəvisinə, əsərlər ilə onu izləyən tələbələr də daxildir, amma nur hərəkətinin öndəri Bədiüzzaman da bu ifadədən kənar hesab edilə bilməz.
Şəxsi mənəvi anlayışını, onun öndəri olan, başındakı şəxsdən ayrı, müstəqil və tabesiz qiymətləndirmək böyük bir səhv olar. Quranda bəhsi keçən bütün mömin topluluqlarının başında bir elçi ya da bir komandir yer alır. Axırzamanda da Quran əxlaqının bütün yer üzünə hakim olması kimi dünya tarixinin çox müstəsna bir dövründə möminlərin rəhbərsiz, özbaşına bir topluluq kimi qalmaları Quranda bildirilən qanunlara uyğun deyil (ən doğrusunu Allah bilər).
Hz. Mehdi də mənəvi bir şəxs olaraq deyil, şəxsən gəlib Axırzamanda müsəlmanların başına keçəcək, onları Allahın izniylə çətinlik və sıxıntıdan xilas edib rahatlıq, ədalət, nemət və bolluğa qovuşduracaq. Mehdinin bir şəxs olaraq gəlib, öz camaatının başında duraraq o camaatın şəxsi mənəvisini təmsil edərək fəaliyyət edəcəyini Bədiüzzaman çox açıq-aydın bir şəkildə izah etmişdir.
Dəfələrlə məktublarımda işarə etdiyim kimi, HZ. MEHDİ ALİ-RƏSULUN (Peyğəmbərimiz (s.ə.v)-in soyundan gələn hz. Mehdinin) TƏMSİL ETDİYİ QÜDSİ (mübarək, müqəddəs) CAMAATININ MƏNƏVİ ŞƏXSİYYƏTİNİN ÜÇ VƏZİFƏSİ var. Əgər tez qiyamət qopmasa və bəşər (insanlar) tamamilə yoldan çıxmazsa, o vəzifələri onun cəmiyyəti və seyidlər camaatı (Peyğəmbərimiz (s.ə.v)-in soyundan gələnlərin) edəcəyini Rəhməti İlahiyyədən (Allahın rəhmətindən) gözləyirik və ONUN ÜÇ BÖYÜK VƏZİFƏSİ OLACAQ. (Emirdağ Lahikası, səh. 259)
Bədiüzzaman, bu sözündə hz. Mehdinin Axırzamanda şübhəsiz gələcəyini və hz. Mehdi ilə mübarək camaatının bərabər yerinə yetirəcəkləri üç böyük vəzifə olacağını izah edir:
Bədiüzzaman bu sözündə hz. Mehdi ilə bağlı vacib bir neçə mövzunu birdən izah etmişdir. Bədiüzzaman əvvəlcə "HZ. MEHDİ ALİ-RƏSULUN TƏMSİL ETDİYİ" sözləriylə, hz. Mehdinin Peyğəmbərimiz (s.ə.v)-in soyundan gələcək bir şəxs olduğunu xatırlatmışdır. Bir şəxsi mənəvinin hər hansı bir soydan gəlməsi şübhəsiz ki, mümkün deyil. Ancaq bir insanın bir başqasının soyundan gəlməsi mümkündür. Bədiüzzaman da burada bu həqiqəti vurğulamış, hz. Mehdinin mənəvi bir şəxsiyyət olmadığını, "BİR ŞƏXS" olduğunu açıq-aydın bildirmişdir.
Bədiüzzaman bu sözündə həmçinin, hz. Mehdinin və camaatının iki ayrı anlayış olduğunu xatırladaraq, hz. Mehdinin "mənəvi bir şəxs" olduğu iddiasının əsassız olduğunu yenidən ortaya qoymuşdur. Bədiüzzaman "HZ. MEHDİ ALİ-RƏSULUN TƏMSİL ETDİYİ qüdsi camaatın şəxsi mənəvisi" sözləriylə "hz. Mehdinin bir camaatı" olacağını və "bu camaatın başında da onu təmsil edən hz. Mehdinin şəxsən olacağını" ifadə etmişdir. Hz. Mehdinin bir camaatının olması üçün, əvvəlcə hz. Mehdinin bir şəxs olaraq var olması lazımdır. Çünki mənəvi bir şəxsin özünə aid bir camaatının olması əlbəttə ki, mümkün deyil. Bədiüzzaman da bu sözündə bu həqiqəti dilə gətirmişdir. Bədiüzzamanın bildirdiyi bu vəziyyəti bir neçə sual verərək də anlaya bilərik:
1- Bədiüzzaman hz. Mehdi ali-Rəsulun nəyi təmsil etdiyini bildirmişdir?
Qüdsi camaatının şəxsi mənəvisini.
2- Bədiüzzaman qüdsi camaatın şəxsi mənəvisini kimin təmsil etdiyini bildirmişdir?
Hz. Mehdinin.
Bu sualların cavabları hz. Mehdi və onun mübarək camaatının bir-birindən ayrı anlayışlar olduğunu bir daha ortaya qoyur.
Bədiüzzaman Axırzamanda hz. Mehdinin yanında olan mömin topluluğun mübarək bir camaat olduğunu, bu camaatın öndərliyini edən hz. Mehdinin də hz. Peyğəmbər (s.ə.v) soyundan gələn mübarək biri olacağını ifadə etmişdir. Necə ki, Bədiüzzaman bu sözünün son cümləsində "ONUN ÜÇ VƏZİFƏSİ OLACAQ" cümləsiylə bu mövzuya açıqlıq gətirir, bu üç vəzifəni, yanındakı mübarək topluluqla birlikdə, hz. Mehdinin də şəxsən başlarında olaraq yerinə yetirəcəyini ifadə edir.
Necə ki, hz. İsa və hz. Mehdinin mənəvi bir şəxs, ruh ya da bu kimi görünməz bir güc olaraq bildirilməsi, Quran ayələrində bildirilən Allahın adətullahı (Allahın qanunu) ilə tamamilə ziddiyyətlidir. Tarix boyu, heç bir elçi və ya peyğəmbər, mənəvi bir şəxs olaraq gəlməmişdir. Quranda müxtəlif cəmiyyətlərə göndərilən elçilər, nəbilər və rəsulların həyatları, mübarizələri və təbliğləri haqqında bir çox məlumat verilmişdir. Həyatlarının sonuna qədər göndərildikləri qövmləri haqq dinə dəvət etmiş, onları Allahın əzabına qarşı xəbərdar edib qorxutmuş və iman edənləri cənnətlə müjdələmişlər. Yaşadıqları cəmiyyətlərdəki inkarçıların təzyiqlərinə, qurduqları tələlərə və haqq dinə istiqamətli mübarizələrinə səbir və təvəkküllə qarşılıq vermiş, onları Allahın razı olacağı əxlaqı yaşamağa çağırmışlar. Bütün bu məlumatlar bizə, tarix boyu heç bir elçi, nəbi və ya rəsulun mənəvi bir şəxs olaraq göndərilmədiyini, bütün elçilərin bir fərd olaraq gəldiklərini göstərir.
Əsrlərdir davam edən bu adətullah (Allahın qanunu), bütün İslam tarixində olduğu kimi Axırzamanda gələcək olan hz. İsa və hz. Mehdiyə də aiddir. Ancaq əlbəttə ki, bütün peyğəmbər və elçilərdə olduğu kimi hz. İsa və hz. Mehdinin də özlərindən əlavə şəxsi mənəviləri olacaq. Quranda, göndərilmiş olan bütün peyğəmbər və elçilərin ətrafında, onlara inanan və göstərdikləri haqq yolu izləyən bir topluluq olduğu xəbər verilmişdir. Elçilərə iman edən bu kəslər və onların elçiləriylə birlikdə etmiş olduqları fəaliyyətlərin hamısı, bu elçilərin şəxsi mənəvilərini meydana gətirər. Quranda peyğəmbərlərin həyatlarını izah edən hekayələrdə bu vəziyyət açıq-aydın görünür. Məsələn, Peyğəmbərimiz (s.ə.v)-in səhabələri onun şəxsi mənəvisini meydana gətirmişdir. Lakin bu, Peyğəmbər (s.ə.v)-in varlığının şərti ilə meydana gəlmişdir. Bu vəziyyət, Axırzamanda da dəyişməyəcək, Bədiüzzamanın da dilə gətirdiyi kimi, hz. İsa və hz. Mehdi yanlarındakı mömin toluluqlarının başında şəxsən bir hidayət öndəri olacaqlar.
Bədiüzzaman, hz. Mehdidən bəhs edərkən, "ONUN" əvəzliyini istifadə edərək, yenidən hz. Mehdinin "BİR ŞƏXS" olduğunu ifadə edir.
Bədiüzzamanın da dediyi kimi, hz. Mehdinin üç böyük vəzifəsi olacaq. Hz. Mehdi bu vəzifələrini yerinə yetirərkən, ətrafında bir də özünə dəstək olan mübarək bir topluluq olacaq. Bu böyük vəzifələr "Hz. Mehdi və onun mübarək camaatının" bir yerdə reallaşdıracağı vəzifələrdir. Ancaq Bədiüzzamanın "ONUN üç vəzifəsi olacaq" sözləriylə açıq-aydın vurğuladığı kimi, hz. Mehdi bu topluluğun başında şəxsən olaraq bu vəzifələri yerinə yetirəcək.
Üçüncü vəzifəsi: ... O ŞƏXS BÜTÜN ƏHLİ-iMANIN (iman edənlərin) MƏNƏVİ KÖMƏKLƏRİYLƏ və İSLAM BİRLİYİNİN MÜAVƏNƏTİYLƏ (İslam birliyinin köməkləşməsiylə) və BÜTÜN ÜLƏMA VƏ ÖVLİYANIN (alimlərin və vəlilərin) və xüsusilə ALİ-BEYTİN NƏSLİNDƏN (Peyğəmbərimiz (s.ə.v)-in soyundan) HƏR ƏSRDƏ QÜVVƏTLİ VƏ KƏSRƏTLİ (çox sayda) OLAN MİLYONLARLA FƏDAKAR SEYİDLƏRİN İLTİHAQLARIYLA (Peyğəmbər soyundan gələn fədakar kəslərin roluyla O VƏZİFƏ-i UZMAYI (böyük vəzifəni) ETMƏYƏ ÇALIŞAR. (Emirdağ Lahikası, səh. 260)
Bədiüzzaman bu sözündə, hz. Mehdinin üçüncü vəzifəsini izah etmişdir. Buna görə, hz. Mehdi Quran əxlaqının gözardı edildiyi bir dövrdə, insanların yenidən din əxlaqına yönəlməsinə vəsilə olacaq, İslam birliyini quracaq və bu böyük vəzifələrində özünə dəstək olan bir çox saleh insan olacaq.
Bədiüzzaman, hz. Mehdi üçün Risalə-i Nurun bir çox yerində olduğu kimi, bu sözlərində də hz. Mehdi üçün "O ŞƏXS" ifadəsini istifadə etmişdir. Bədiüzzaman, həm "O" sözüylə həm də "ŞƏXS" deməklə, hz. Mehdinin bir topluluq və ya mənəvi bir insan deyil, bir "ŞƏXS" olduğunu açıq-aydın ifadə etmişdir.
Yüksək elm və hikmət sahibi Bədiüzzaman heç şübhəsiz ki, bu vurğuları da müəyyən bir hikmətlə edir və bütün müsəlmanları hz. Mehdinin "BİR ŞƏXS" olduğu mövzusunda ən doğru şəkildə məlumatlandırır.
Bədiüzzaman "O VƏZİFƏ-i UZMAYI ETMƏYƏ ÇALIŞAR" sözləriylə "Hz. Mehdinin bir şəxsi mənəvi deyil, "BİR İNSAN OLARAQ İŞ BAŞINDA OLACAĞINI" bildirmişdir. Çünki mənəvi bir şəxsin bir vəzifəni "etməyə çalışması" mümkün deyildir. Belə bir səy ancaq bir insanın reallaşdıra biləcəyi bir hərəkətdir. Bədiüzzaman da bu həqiqəti vurğulayaraq hz. Mehdinin bir şəxs olduğunu bildirmişdir.
Bədiüzzaman sözlərində həmçinin, hz. Mehdinin yerinə yetirəcəyi xidməti "BÖYÜK VƏZİFƏ" olaraq dəyərləndirmişdir. Bədiüzzamanın bu sözünə görə hz. Mehdinin edəcəyi xidmətlər, özündən əvvəlki dövrlərdə gələn mücəddidlərin vəzifələrindən fərqli, "ÇOX GENİŞ" fəaliyyətlərdir. Hz. Mehdi İslam əxlaqını dünya səviyyəsində hakim edəcək, İslam dünyasını bir yerə gətirəcək və bütün müsəlmanların liderliyini boynuna götürəcək. Bədiüzzamanın "VƏZİFƏ-i UZMA" sözləriylə bildirdiyi bu hadisələr hz. Mehdinin tanınmasını təmin edəcək ən əhəmiyyətli əlamətlərindən olacaq.
Hərçənd, HƏR ƏSRDƏ HİDAYƏT EDİCİ, MEHDİ BƏNZƏRİ VƏ MÜCƏDDİD GƏLİR VƏ GƏLMİŞ. Lakin HƏR BİRİ ÜÇ VƏZİFƏLƏRDƏN BİRİNİ BİR CƏHƏTDƏ (baxımdan) ETMƏSİ ETİBARIYLA (səbəbiylə) AXIRZAMANIN BÖYÜK MEHDİ ÜNVANINI ALA BİLMƏMİŞLƏR. (Emirdağ Lahikası, səh. 260)
Bədiüzzaman bu sözündə, Quran əxlaqını dünya üzərində hakim etmək məqsədiylə əvvəlki əsrlərdə də bəzi müsəlman şəxslərin gəldiyini, ancaq bunların heç birinin, Axırzamanda hz. Mehdinin edəcəyi üç əsas vəzifəni bir yerdə yerinə yetirə bilmədiklərini ifadə etmişdir:
Bədiüzzaman bu sözüylə bir neçə əhəmiyyətli mövzuya aydınlıq gətirmişdir. Bədiüzzaman əvvəlcə, hz. Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə əsaslanaraq hər yüz ilin əvvəlində bir mücəddid (yeniləyici) göndəriləcəyini bildirmişdir. Bədiüzzaman risalələrdə hz. Mehdinin də hicri XIV əsrin əvvəlində gələcəyini və XIV-XV əsrlər arasındakı mücəddid olacağını bildirmişdir.
Bədiüzzaman burada həmçinin, hz. Mehdinin mənəvi bir şəxs olmadığını da izah etmişdir. Peyğəmbərimiz (s.ə.v)-dən bu yana XIV əsrə qədər gələn bütün mücəddidlər bir "ŞƏXS" olaraq gəliblər. XIV əsrdə bu vəziyyət dəyişməyəcək, hz. Mehdi də bir şəxs olaraq şəxsən vəzifə yerinə yetirəcək. Bədiüzzaman "GƏLİR VƏ GƏLMİŞ" sözləriylə bu davamlılığı bildirmiş, "GƏLİR" sözüylə bu adətullahın hələ də davam etdiyini ifadə etmişdir.
Bədiüzzaman istifadə etdiyi "HƏR BİRİ" sözüylə hz. Mehdidən əvvəl gəlmiş olan mücəddidlərin də hz. Mehdi kimi real şəxslər olduqlarına, şəxsi mənəvi olmadıqlarına diqqət çəkir. Bu açıqlamada bəhsi keçən əvvəlki əsrlərdə göndərilən mücəddidlərin bir şəxs olduqları qəbul edilərkən, Bədiüzzamanın eyni şərhlərində yenə bir şəxs olacağını ifadə etdiyi "Böyük Mehdi"nin mənəvi bir şəxs olacağı düşüncəsi əlbəttə ki, ziddiyyətlidir. Bu düşüncəyə görə, Axırzaman mehdisindən əvvəl gələn bütün mücəddidlərin də mənəvi bir şəxs olması lazım idi. Ancaq belə bir şey olmamışdır. Necə ki, Bədiüzzaman da sözlərində bu həqiqəti izah etmişdir. Bədiüzzamanın da müjdələdiyi kimi, Peyğəmbərimiz (s.ə.v)-in rəvayətlərindəki xüsusiyyətlərə sahib olmasıyla tanınacaq olan Böyük Mehdi Axırzamanda "BİR ŞƏXS" olaraq ortaya çıxacaq və Allahın izniylə Bədiüzzamanın bildirdiyi üç vəzifəni birdən yerinə yetirəcək.
MƏN, ÖZÜMÜ SEYİD (Peyğəmbərimiz (s.ə.v)-in soyundan) BİLMİRƏM. Bu zamanda nəsillər bilinmir. Halbuki, AXIRZAMANIN O BÖYÜK ŞƏXSİ ƏHLİ-BEYTDƏN (Peyğəmbərimiz (s.ə.v)-in soyundan) OLACAQ. (Emirdağ Lahikası, s. 247-250)
Bədiüzzaman da bu sözündə, özünün Peyğəmbərimiz (s.ə.v)-in soyundan olmadığını, hz. Mehdinin isə bu mübarək soydan olacağını bildirmişdir:
Hz. Mehdinin hədislərdə bildirilən ən əhəmiyyətli xüsusiyyətlərindən biri də, "SEYİD" yəni Peyğəmbər (s.ə.v)-in soyundan olmasıdır:
Qiyamətin qopması üçün zamanda yalnız bir gündən başqa vaxt qalmamış da olsa Allah MƏNİM ƏHLİ-BEYTİMDƏN (SOYUMDAN) BİR ŞƏXSİ (hz. Mehdini) göndərəcək. (Sünen-i Ebu Davud, 5/92)
Bədiüzzaman seyid deyil və seyid olmadığına görə özünün Mehdi olmayacağının dəlillərindən biri olduğunu bildirir. Şübhəsiz ki, bir adama bir sual verilməsinin səbəbi, əlaqədar mövzunun doğrusunu öyrənməkdir. Bədiüzzaman Səid Nursiyə də Mehdi olub-olmadığının soruşulmasının səbəbi doğruları öyrənməkdir. Bu sual qarşısında "Xeyr, mən Mehdi deyiləm" deyirsə və bunun onlarla dəlilini ortaya qoyursa buna inanmaq lazımdır. Çünki Bədiüzzaman çox açıq-aydın bir şəkildə bu mövzuya cavab vermiş və "mən seyid deyiləm" demişdir.
Həmçinin, Bədiüzzaman əgər seyid olsaydı, bunu gizləməsi üçün heç bir səbəb yoxdur. Çünki seyid olmaq, gizlədiləsi bir xüsusiyyət deyil. Tam əksinə Peyğəmbərimiz (s.ə.v)-in nəslindən olmaq müsəlmanlar üçün böyük bir şərəfdir. Buna görə də, Bədiüzzaman seyid olsaydı, bunu heç bir şəkildə gizləməz və açıq-aydın ifadə edərdi. Peyğəmbərimiz (s.ə.v)-in soyundan olduğunu deməyi böyük bir şərəf bilərdi. Özünə belə bir sual veriləndə "Bəli seyidəm, amma Mehdi deyiləm" deyərdi. Çünki Bədiüzzaman şəxsən öz əsərlərində Peyğəmbərimiz (s.ə.v)-in hədisini xatırladaraq "seyid olan bir adamın seyidliyini gizləməsinin Quran əxlaqına uyğun olmadığını" bildirmişdir.
Seyid olmayan seyidəm və seyid olan deyiləm deyənlər, ikisi də günahkar və duhul və huruc (üsyan) haram olduqları kimi... hədis və Quranda da belə çox nöqsan etmək məmnudur (qadağan edilmişdir). (Muhakemat, s. 52)
Bədiüzzamanın bu sözü çox açıq-aydındır. Peyğəmbərimiz (s.ə.v)-in hədisində bildirildiyi kimi, İslam əxlaqına görə, seyid olan bir adam heç bir səbəbə əsaslanıb bunu gizləyə bilməz, saxlaya bilməz. Seyid olmayan bir adam da mən seyidəm deyə bilməz. Bu halda, Bədiüzzaman kimi qiymətli və üstün əxlaqlı bir şəxsin, seyidliyini gizlədiyi yanaşması son dərəcə yaraşmayan bir düşüncədir. Bununla yanaşı hər seyid olan adam, mütləq Mehdi olacaq deyə bir vəziyyətdə mümkün deyildir. Dünyada milyonlarla seyid olan insan var. Bir adamın seyid olması Mehdi olmasını tələb etmədiyi üçün, hər insan bu həqiqəti rahatlıqla dilə gətirə bilər. Həmçinin, Bədiüzzaman "Mənim bu mövzudakı tək əskikliyim seyidliyim, əgər seyid olsaydım Mehdi olardım" da deməmişdir. Tam əksinə, Bədiüzzaman hz. Mehdinin bütün xüsusiyyətlərini, edəcəyi bənzərsiz fəaliyyətləri uzun-uzadı açıqlamış və bunların heç birinin öz yaşadığı dövrdə hələ reallaşmadığını bildirmişdir.
Bədiüzzaman "AXIRZAMANIN O BÖYÜK ŞƏXSİ" sözüylə hz. Mehdinin mənəvi bir şəxs olmadığını yenidən sübut etmişdir. Bədiüzzaman açıq-aydın "O BÖYÜK ŞƏXS" deyərək hz. Mehdinin şəxsi mənəvi olmadığını, real və gözlənilən "BİR NƏFƏR" olduğunu bildirmişdir.
Bədiüzzamanın O və ŞƏXS sözlərini diqqətlə seçdiyi və təkrarladığı çox aydındır. Bədiüzzaman bu şəkildə, hz. Mehdinin mənəvi bir şəxs ola biləcəyi düşüncəsini, heç bir etiraza yer verməyəcək şəkildə etibarsız edir.
Bədiüzzaman "ƏHLİ-BEYTDƏN OLACAQ" sözləriylə hz. Mehdinin Peyğəmbərimiz (s.ə.v)-in soyundan gələn seyid bir kəs olacağını bildirmişdir. Bədiüzzaman əsərlərinin müxtəlif hissələrində hz. Mehdinin bu xüsusiyyətinə diqqət çəkərək, hz. Mehdinin mənəvi bir varlıq olmadığını, müəyyən bir soydan gələcək "BİR ŞƏXS" olduğunu vurğulamışdır. Peyğəmbərimiz (s.ə.v)-in də hz. Mehdinin bu xüsusiyyətini bildirdiyi çox sayda hədisi vardır. Bir şəxsi mənəvinin peyğəmbər soyundan gəlməsi əlbəttə ki, mümkün deyildir. Həmçinin, belə bir düşüncə həm Peyğəmbərimiz (s.ə.v)-in hədisləriylə, həm də Bədiüzzamanın sözləriylə çox aydın bir şəkildə ziddiyyətlidir. Bədiüzzamanın da ifadə etdiyi kimi, hz. Mehdi "PEYĞƏMBƏRİMİZ (s.ə.v)-iN SOYUNDAN GƏLƏN BİR ŞƏXS" olacaq.
Ümmətin gözlədiyi, AXIRZAMANDA GƏLƏCƏK ŞƏXSİN ÜÇ VƏZİFƏSİNDƏN ƏN MÜHÜMÜ (əsası) VƏ ƏN BÖYÜYÜ VƏ ƏN QİYMƏTLİSİ (dəyərlisi) OLAN İMAN TƏHQİQİNİ (həqiqi imanı) NƏŞR (yazmaq və paylamaq yoluyla yaymaq) VƏ ƏHLİ-iMANI (iman edənləri) DƏLALƏTDƏN (azğınlıqdan) XİLAS ETMƏK... (Sikke-i Tasdik-i Gaybi, səh. 9)
Bədiüzzaman, hz. Mehdinin üç böyük vəzifəsindən birincisinin və ən vacibinin həqiqi imanı yayaraq insanların azğınlıqdan xilasına vəsilə olması olduğunu demişdir:
Bədiüzzaman "AXIRZAMANDA GƏLƏCƏK" deyərək hz. Mehdinin özündən sonrakı bir dövrdə gələcəyini bildirmişdir. Əgər Bədiüzzaman, öz yaşadığı dövrdə ya da əvvəlində hz. Mehdinin gəlib fəaliyyətlərinə başladığı qənaətində olsaydı, heç şübhəsiz "GƏLƏCƏK" sözü yerinə "gəlib" ya da "gəldi" kimi sözlər istifadə edərdi. Ancaq belə bir vəziyyət hələ reallaşmadığından, Bədiüzzaman da hz. Mehdinin gəldiyi vaxtın "İRƏLİDƏ" olacağını ifadə edən bir söz istifadə etmişdir.
Bədiüzzaman "GƏLƏCƏK" sözünü, bu kitabında yer verilən hz. Mehdi ilə bağlı sözlərində çox istifadə etmişdir. Bədiüzzaman, eyni sözü dəfələrlə təkrarlayaraq bu mövzuya qətiyyət qazandırmış və hz. Mehdinin özündən sonrakı bir zamanda ortaya çıxacağı mövzusunda heç bir şübhəyə yer buraxmamışdır.
Bədiüzzaman bu sözlərində həmçinin, hz. Mehdinin "GƏLƏCƏK BİR ŞƏXS" olduğunu da ifadə etmişdir. Çünki mənəvi bir şəxsin "gəlməsi"ndən deyil, ancaq "yaranması"ndən bəhs edilə bilər. Bədiüzzaman da bu səbəblə, "Axırzamanda yaranacaq" deməyib, "Axırzamanda GƏLƏCƏK" sözlərini istifadə edərək, hz. Mehdinin "BİR ŞƏXS" olduğunu izah etmişdir.
Bədiüzzaman istifadə etdiyi "ŞƏXS" sözüylə, hz. Mehdinin "mənəvi bir varlıq" deyil, "BİR ŞƏXS" olduğunu olduqca ən açıq şəkildə izah etmişdir. Bilindiyi kimi "ŞƏXS" sözünün lüğətdəki mənası, "ADAM, KİMSƏ, ŞƏXS"dir. Eyni zamanda da "tək" yəni "BİR NƏFƏR"dən bəhs edildiyini açıqlayan bir sözdür. Bilinən bir adamı ifadə etmək məqsədiylə istifadə edilər. Eyni zamanda da bir hörmət ifadəsidir. Onlarla risaləni bir-birindən hikmətli ifadələrlə qələmə alan böyük İslam alimi Bədiüzzaman da heç şübhəsiz ki, bu sözün mənasını bütün təfərrüatlarıyla çox yaxşı bilir. Əgər Bədiüzzaman hz. Mehdinin bir şəxsi mənəvi olacağını izah etmək istəsəydi, şübhəsiz ki, bunu açıq-aydın ifadə edəcək qədər qəti mənalar ilə "BİR İNSAN"ı ifadə edən "ŞƏXS" sözünü istifadə etməzdi. Bunun əvəzinə "şəxsi mənəvi" anlayışını ifadə edəcək bir-birindən hikmətli çox müxtəlif sözlər seçə bilərdi. Buna baxmayaraq, açıq-aydın "ŞƏXS" sözünü seçməsi, Bədiüzzamanın hz. Mehdinin bir şəxs olduğu mövzusundakı qənaətini çox aydın bir şəkildə ortaya qoyur.
... Bu həqiqətdən aydın olur ki; SONRA GƏLƏCƏK O MÜBARƏK ŞƏXS RİSALƏ-i NURU BİR PROQRAMI OLARAQ NƏŞR VƏ TƏTBİQ EDƏCƏK (yazma və paylama yoluyla yayacaq və tətbiq edəcək). (Sikke-i Tasdik-i Gaybi, səh. 9)
Bədiüzzaman bu sözüylə yenidən hz. Mehdinin gəlişini müjdələyib və bu mübarək şəxsin, fəaliyyətlərini yerinə yetirərkən özünü "hz. Mehdiyə zəmin hazırlayan bir müjdəçi" kimi bildirən Bədiüzzamanın əsərlərindən də istifadə edəcəyini ifadə etmişdir:
Bədiüzzaman bu sözləriylə hz. Mehdinin, əvvəlki mücəddidlərin və Bədiüzzamanın yaşadığı dövrlərdə gəlmədiyini deyib; bu mübarək şəxsin bunların hamısından "SONRA" gələcəyini ifadə etmişdir. Həmçinin, Bədiüzzaman bu vəziyyəti, yalnız gələcək zamanı ifadə edən bir feli istifadə edərək deyil, bunu bir də "SONRA" sözüylə dəstəkləyərək çox qəti bir üslubla izah etmişdir.
Bədiüzzaman bu sözləriylə həmçinin, hz. Mehdinin "bir şəxsi mənəvi" olmadığını, "müəyyən bir zamanda gələcək BİR ŞƏXS olduğunu" da açıq-aydın bildirmişdir.
Bədiüzzaman hz. Mehdidən "BİR ŞƏXS ƏVƏZLİYİ" olan və "TƏK BİR NƏFƏR"i ifadə edən "O" sözüylə bəhs etmişdir. Bədiüzzamanın hz. Mehdini təyin etmək üçün belə bir söz seçməsi isə əlbəttə ki, bir təvafüq deyil. Bədiüzzaman kitabın əvvəlində bu yana yer verilən sözlərinin bir çoxunda, hz. Mehdi üçün yenə "O" əvəzliyini istifadə etmişdir. Şübhəsiz ki, yüzlərlə səhifədən, onlarla kitabdan ibarət olan böyük bir külliyyatı əmələ gətirən böyük mütəfəkkir Bədiüzzaman, əsərlərində istifadə etdiyi hər hikmətli söz kimi, bu sözü də son dərəcə şüurlu və bilərəkdən bu qədər çox təkrarlamışdır. Çox aydındır ki, Bədiüzzaman müsəlmanlara, hz. Mehdinin yalnız "mənəviyyat ifadə edən bir anlayış" olmadığını bildirir, Axırzamanda bütün inananların məsuliyyətini boynuna götürəcək xüsusiyyətlərə sahib "BİR İNSAN", "BİR ŞƏXS" olduğunu müjdələyir.
Bədiüzzaman, eyni sözün içərisində təkrar-təkrar "ŞƏXS" sözünü istifadə edərək hz. Mehdinin möminlərə öndərlik edəcək "BİR ŞƏXS" olduğunu israrla vurğulayır.
Bədiüzzaman həmçinin, burada bu "ŞƏXS" sözünü bir də xarakterizə edir və hz. Mehdinin "NECƏ BİR ŞƏXS" olduğunu da izah edir. Bədiüzzaman hz. Mehdinin "MÜBARƏK BİR ŞƏXS" olduğunu bildirir. "MÜBARƏK" sözü "İlahi xeyirin olduğu" mənasını verir. Bədiüzzaman da burada istifadə etdiyi bu "mübarək" sifətiylə hz. Mehdinin imanını, yerinə yetirəcəyi vəzifələri tərifləyir. Bədiüzzaman verdiyi bütün bu təfərrüatlı məlumatlarla müsəlmanlara hz. Mehdinin əxlaqını və mübarizəsini tanıdır, bu üstün əxlaqlı şəxsin hansı xüsusiyyətləriylə tanına biləcəyini izah edir.
Bədiüzzaman əsərlərində, hz. Mehdidən əvvəlki əsrin mücəddidi olmasına görə özünü "hz. Mehdinin bir qabaqcılı", "ona zəmin hazırlayan bir əsgəri" olaraq təyin etmişdir. Yenə bir sözündə də, "özünün əkdiyi toxumların hz. Mehdi tərəfindən inkişaf etdiriləcəyini və bu mübarək şəxs vəsiləsiylə bu toxumların sümbüllənəcəyəni" izah edərək, hz. Mehdinin gəlişindən əvvəl etdiyi işlərlə ona "bir ön hazırlıq" etdiyini izah edir. Bədiüzzaman bu sözündə də Risalə-i Nur külliyyatının hz. Mehdinin təbliğində istifadə edəcəyi bir ön hazırlıq olduğunu ifadə etmişdir. Bədiüzzaman, hz. Mehdinin ortaya çıxdığında, risalələri hazır yazılmış olaraq tapacağını və imanı qurtarma vəzifəsində risalələrdən faydalanacağını ifadə etmişdir. Bədiüzzaman bu sözləriylə özünün hz. Mehdi olmadığını, hz. Mehdinin "ÖZÜNDƏN SONRAKI DÖVRDƏ GƏLƏCƏK BİR ŞƏXS OLDUĞUNU" yenidən ortaya qoyur.
O ŞƏXSİN İKİNCİ VƏZİFƏSİ, ŞƏRİƏTİ (Quran əxlaqının əsaslarını və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini) İCRA VƏ TƏTBİQ ETMƏKDİR (tətbiq etmək və yerinə yetirməkdir). (Sikke-i Tasdik-i Gaybi, səh. 9)
Bədiüzzaman, bu sözündə də hz. Mehdinin ikinci vəzifəsinin Quran əxlaqının əsaslarının tam yaşanmasına vəsilə olduğunu açıqlamışdır:
Bədiüzzaman sözlərində tez-tez təkrarladığı bu söz ilə, Axırzamanda ortaya çıxacaq hz. Mehdinin "mənəvi bir öndər" deyil, şəxsən möminlərin başına keçərək, onları hidayətə yönəldəcək "BİR ŞƏXS" olduğunu bildirir.
Bədiüzzaman həmçinin, burada "onlar" kimi çox olan bir topluluğu ifadə edən bir söz də istifadə etməmiş, hz. Mehdinin "TƏK BİR NƏFƏR" olduğunu bildirən "O" sözünə yer vermişdir. Bədiüzzaman bu izahıyla, hz. Mehdinin şəxsi mənəvi olmadığı mövzusundakı qəti qənaətlərini dəlilləriylə birlikdə ortaya qoymuşdur.
Bədiüzzaman buradakı "ŞƏXS" sözüylə, eyni cümlədə hz. Mehdinin "BİR ŞƏXS" olduğu mövzusuna açıqlıq gətirən ikinci bir vurğulama daha etmişdir. Bədiüzzaman bu qədər çox təkrarladığı bu sözüylə, hz. Mehdinin qətiyyətlə "mənəvi bir varlıq" olmadığını izah etmiş və müsəlmanların bu mübarək "ŞƏXS" haqqında ən doğru şəkildə məlumatlanmalarını təmin etmişdir.
O ŞƏXSİN üçüncü vəzifəsi, XİLAFƏT-i İSLAMI yəni (İslam xəlifəliyini) İSLAM BİRLİYİNƏ BİNA EDƏRƏK (İslam birliyi üzərinə quraraq), İSƏVİ RUHANİLƏRİYLƏ (dindar xristianlarla və xristian alimləriylə) İTTİFAQ EDİB (əməkdaşlıq və həmrəyliyə girərək) DİNİ İSLAMA (İslam dininə) XİDMƏT ETMƏKDİR. BU VƏZİFƏ, ÇOX BÖYÜK BİR SƏLTƏNƏT, QÜVVƏ və MİLYONLARLA FƏDAKARLARLA (MİLYONLARIN FƏDAKARCASINA İŞTİRAKIYLA) TƏTBİQ EDİLƏ BİLƏR (yerinə yetirilə bilər). (Sikke-i Tasdik-i Gaybi, səh. 9)
Bədiüzzaman, hz. Mehdinin bir başqa vəzifəsinin də İslam cəmiyyətini birləşdirmək və Xristian aləmiylə ittifaq etmək olduğunu bildirmişdir:
Bədiüzzaman, bu sözündə "6-CI DƏFƏ" "O" əvəzliyini istifadə etmiş və hz. Mehdinin "BİR ŞƏXS" olduğunu yenidən təkrarlamışdır. Əgər Bədiüzzaman, hz. Mehdinin "mənəvi bir ad" ya da "bir çox insandan yaranan bir topluluq" olduğunu düşünsəydi, əlbəttə ki, bütün bu iddiaları rədd edəcək açıqlıqda bir söz istifadə etməz, hz. Mehdidən "O ŞƏXS" sözləriylə bəhs etməzdi. Çox aydındır ki, Bədiüzzaman, hz. Mehdinin "TƏK BİR ŞƏXS" olduğunu ifadə etmiş və əks istiqamətdəki bütün düşüncələrin etibarsızlığını ortaya qoymuşdur.
Bədiüzzaman, "NƏFƏR, KİMSƏ YA DA ŞƏXS" mənasını verən "ŞƏXS" sözünü bu sözlərində də "5-Cİ DƏFƏ" təkrarlamış və hz. Mehdinin bütün dünya müsəlmanlarının liderliyini boynuna götürəcək "üstün xüsusiyyətli BİR İNSAN" olduğunu yenidən vurğulamışdır.
TA AXIRZAMANDA, HƏYATIN GENİŞ DAİRƏSİNDƏ (dünya səviyyəsində) ƏSL SAHİBLƏRİ, YƏNİ MEHDİ VƏ ŞAGİRDLƏRİ (tələbələri) CƏNAB-I HAQQIN İZNİYLƏ GƏLƏR, O DAİRƏNİ GENİŞLƏDƏR və O TOXUMLAR SÜNBÜLLƏNƏR. BİZLƏR DƏ QƏBRİMİZDƏ SEYR EDİB ALLAHA ŞÜKÜR EDƏRİK. (Sikke-i Tasdik-i Gaybi, səh. 138)
Bədiüzzaman, hz. Mehdinin Axırzamanda ortaya çıxacağını xəbər verir. Bədiüzzaman, hz. Mehdi və tələbələrini Risalə-i Nurun əsl sahibləri olaraq dəyərləndirir, Risalə-i Nurun başlatdığı xidməti bu mübarək şəxsin tamamlayacağını müjdələyir:
Bədiüzzaman Səid Nursi burada, Axırzamanda gələcək və Quran əxlaqını bütün dünyada hakim edəcək olan hz. Mehdidən, Bədiüzzamanın atdığı toxumların "ƏSL SAHİBLƏRİ" olaraq bəhs edir. Bu şərhlərinə görə, Bədiüzzaman Quran əxlaqının dünya hakimiyyətinin toxumlarını atan bir mücəddid, hz. Mehdi isə bu hakimiyyətin əsl sahibi olacaq. Hz. İsa ilə birlikdə İslam əxlaqını dünya səviyyəsində hakim edəcək olan Axırzaman birliyinin lideri Allahın izniylə hz. Mehdi olacaqdır. Bu səbəbdən, Bədiüzzaman hz. Mehdi və onun tələbələri üçün burada istifadə etdiyi "ƏSL SAHİBLƏRİ" sözüylə hz. Mehdinin və tələbələrinin dünya səviyyəsində yerinə yetirəcəyi vəzifələrin əsl sahibinin özü olmadığını izah etmiş və beləliklə, özünün hz. Mehdi olmadığını da bildirmişdir.
Bədiüzzamanın bu sözlərində vurğuladığı bir başqa əhəmiyyətli nöqtə isə, hz. Mehdi və onun şəxsi mənəvisini meydana gətirən tələbələrinin iki ayrı anlayış olduğudur. Bədiüzzaman "hz. Mehdi VƏ şagirdləri" deyərkən burada istifadə etdiyi "VƏ" sözüylə bu vəziyyətə aydınlıq gətirir. Bu ikisi bir-birindən ayrıdır və ancaq ikisinin bir yerə gəlməsindən hz. Mehdinin şəxsi mənəvisi meydana gəlir. Amma bu şəxsi mənəvinin meydana gəlməsi üçün başda mütləq hz. Mehdi bir şəxs kimi olacaq. Bədiüzzaman da burada "HZ. MEHDİ VƏ ŞAGİRDLƏRİ" sözləriylə bu həqiqəti dilə gətirir və hz. Mehdinin bir şəxsi mənəvi olaraq deyil, tələbələrinin başında ayrı bir şəxsiyyət olaraq var olacağını ifadə edir.
Bədiüzzaman bu sözündə "Cənab-ı Haqqın izniylə GƏLƏR" deyərək əvvəl hz. Mehdinin Axırzamanda gələcək bir şəxs olduğunu bir dəfə daha xatırlatmışdır. Çünki bilindiyi kimi "GƏLMƏ" hərəkəti mənəvi bir şəxsin reallaşdıra biləcəyi bir hadisə deyil. "GƏLMƏ" hərəkəti burada açıq-aydın bir insanın gəlişini müjdələmək üçün istifadə edilmiş bir hərəkətdir. Əgər Bədiüzzaman hz. Mehdinin şəxsi mənəvi olduğunu ifadə etmək istəsəydi, şübhəsiz ki, belə bir söz istifadə etməz, hz. Mehdinin gəlişindən bəhs etməzdi.
Bununla yanaşı, Bədiüzzaman burada istifadə etdiyi "GƏLİR" sözüylə, hz. Mehdinin o dövrdə hələ gəlmədiyini ifadə edir və irəlidə gələcəyini bildirir. Diqqət edilərsə, Bədiüzzaman "gəldi" və ya "gəlib" demir, "İRƏLİDƏ GƏLƏCƏYİNİ" ifadə etmək üçün "Ta Axırzamanda gələr" deyərək, hz. Mehdinin özündən sonrakı bir zamanda gələcəyini bildirmişdir.
Bədiüzzaman, "BİZLƏR DƏ QƏBRİMİZDƏN SEYR EDİB" sözləriylə, əkdiyi iman toxumlarının sünbüllənəcəyi yəni, hz. Mehdinin Quran əxlaqını bütün dünyaya hakim edəcəyi dövrdə, özünün vəfat etmiş olacağını bildirmişdir. Bədiüzzaman bu sözüylə yenidən özünün hz. Mehdi olmadığını, onun gəlib vəzifəsinə başladığı dövrdə özünün həyatda olmayacağını xatırladaraq bildirmişdir.
Həm bu ÜÇ VƏZAİF (vəzifənin) BİRDƏN BİR ŞƏXSDƏ YAXUD CAMAATDA BU ZAMANDA OLMASI VƏ MÜKƏMMƏL OLMASI VƏ BİR-BİRİNİ CƏRLƏTMƏMƏSİ (bir-birinə mane olmaması, zərər verməməsi) ÇOX UZAQ, SANKİ QABİL (mümkün) GÖRÜLMÜR. Axırzamanda, ƏHLİ-BEYTİ NƏBƏVİ (s.ə.v)-iN CAMAATI NURANİYƏSİNİ (Peyğəmbərimiz (s.ə.v)-in soyunun nurani camaatını) TƏMSİL EDƏN HƏZRƏTİ MEHDİDƏ VƏ CAMAATINDAKI ŞƏXSİ MƏNƏVİDƏ ANCAQ İCTİMA EDƏ BİLƏR (bir araya gələ bilər, toplana bilər) (Sikke-i Tasdik-i Gaybi, səh. 156)
Bədiüzzaman bu sözündə, hz. Mehdinin üç vəzifəsi olduğunu bildirir, bu üç vəzifənin bir yerdə yerinə yetirilməsinin hz. Mehdinin ən əsas əlamətlərindən biri olduğuna diqqət çəkir. Bədiüzzaman öz yaşadığı dövrdə bu üç vəzifənin birdən yerinə yetirilmədiyini, bunu ancaq hz. Mehdinin reallaşdıra biləcəyini deyir:
Bədiüzzaman, əsərlərində dəfələrlə hz. Mehdinin hədislərdə bildirildiyi kimi "seyid" yəni "Peyğəmbərimiz (s.ə.v)-in soyundan gələn bir kəs" olacağını, "özünün isə seyid olmadığını" bildirmişdir. Bədiüzzaman bu sözündə də bu mövzuya yenidən aydınlıq gətirir, "ƏHLİ-BEYTİ NƏBƏVİNİN CAMAATI NURANİYƏSİNİ TƏMSİL EDƏN" sözləriylə hz. Mehdinin Peyğəmbərimiz (s.ə.v)-in mübarək soyundan olacağına diqqət çəkir. Bədiüzzaman, hz. Mehdinin bu vacib əlamətlərindən birini xatırladaraq özünün hz. Mehdi olmadığını bildirir.
Bədiüzzaman burada çox vacib bir həqiqəti izah edir. Bu söz, hz. Mehdinin mənəvi bir şəxs deyil, bir şəxs olacağını göstərir. Çünki Bədiüzzaman, "Hz. Mehdi VƏ camaatındakı şəxsi mənəvidə" sözləriylə hz. Mehdinin şəxsindən və onun şəxsi mənəvisini əmələ gətirən camaatından ayrı-ayrı anlayışlar olaraq bəhs edir. Aradakı "VƏ" sözü, "Hz. Mehdinin və camaatının iki fərqli varlıq olduğunu" bildirir. Hz. Mehdinin mübarək şəxsiylə bərabər, bir də onun şəxsi mənəvisini əmələ gətirən bir camaatı olacaq. Hz. Mehdinin şəxsi olmadan, belə bir şəxsi mənəvidən danışmaq mümkün deyil. Bədiüzzaman da bu həqqəti bildirir və hz. Mehdinin bir şəxs olacağını müjdələyir.
Çox zaman əvvəl bir əhli vəlayətdən (vəli şəxsdən) eşitdim ki; o şəxs, köhnə vəlilərin qeybi işarələrindən istihrac etmiş (mənasını ortaya çıxarmış) və qənaətə gəlib ki: “Şərq tərəfindən bir nur zühur edəcək (ortaya çıxacaq), bidətlər zülmətini (dinə sonradan girmiş xurafatları) yox edəcək. MƏN BELƏ BİR NURUN ZÜHURUNA (ortaya çıxışını) ÇOX İNTİZAR ETDİM (gözlədim) VƏ EDİRƏM. LAKİN ÇİÇƏKLƏR BAHARDA GƏLƏR. ELƏ İSƏ O QÜDSİ ÇİÇƏKLƏRƏ ZƏMİN HAZIR ETMƏK LAZIMDIR VƏ ANLADIQ Kİ, BU XİDMƏTİMİZLƏ O NURANİ ŞƏXSLƏRƏ (nurlu şəxslərə) ZƏMİN İZHAR EDİRİK (hazırlayırıq). (Sikke-i Tasdik-i Gaybi, səh. 189)
Bədiüzzaman, hz. Mehdi və köməkçilərini "baharda gələcək qüdsi çiçəklər" olaraq dəyərləndirmiş, özünün isə, "etdiyi xidmətlərlə bu mübarək şəxsə zəmin hazırlayan bir qabaqcıl" olduğunu bildirmişdir:
Bədiüzzaman, "BİR NUR" olaraq bildirdiyi Axırzamanda gələcək olan hz. Mehdinin ortaya çıxışını çox gözlədiyini və hələ də gözləməyə davam etdiyini bildirir. Bədiüzzaman bu sözləriylə çox aydın bir şəkildə özünün hz. Mehdi olmadığını və özünün də bu mübarək şəxsin çıxışını böyük bir həyəcanla gözlədiyini deyir. Tək Bədiüzzaman deyil, səhabələr dövründən etibarən milyonlarla səmimi müsəlman, İslam alimləri, məzhəb imamları, müctəhidlər hz. Mehdi və bərabərindəki möminlərə qarşı dərin bir sevgi bəsləyiblər. 1400 ildir bu mübarək şəxsi sevgi və hörmətlə xatırlayıblar. Ona və camaatına dua ediblər, onlar üçün Allahdan kömək diləyiblər. Hz. Mehdi və camaatı gəlib-keçmiş bütün müsəlmanların ortaq dostudur. Bütün inananlar üçün şövq və həyəcan vəsiləsidir. Bədiüzzaman da sözlərində bu dünyagörüşünü dilə gətirərək özünün də böyük bir həyəcan və sevgiylə hz. Mehdinin gəlişini gözlədiyini ifadə edir. Bədiüzzaman, burada istifadə etdiyi "ÇOX İNTİZAR ETDİM VƏ EDİRƏM" yəni "ÇOX GÖZLƏDİM VƏ GÖZLƏYİRƏM" sözləriylə bu vəziyyəti dilə gətirmiş, ancaq həyatda olduğu müddətcə bu mübarək şəxsin çıxışının reallaşmadığını bildirmişdir.
Bədiüzzaman "ANLADIQ Kİ" sözləriylə, özünün hz. Mehdi olmadığı, ancaq etdiyi xidmətlərlə bu mübarək adama zəmin hazırlamaq mövzusundakı qənaətini dilə gətirir. "ANLADIQ Kİ" sözüylə, Bədiüzzamanın ürəyinə gələn həqiqəti və Bədiüzzamanın bu həqiqətə qəti və səmimi olaraq inandığını göstərir. Bədiüzzaman bu sözlə, təvazökarlıq olsun deyə belə bir söz demədiyini, dəlilləriylə açıq-aydın ortada olan bu mövzuda qəti qənaətini ifadə etdiyini ortaya qoyur.
Bədiüzzaman bu sözündə "XİDMƏTİMİZLƏ" deyərək çoxluq təşkil edən bir sözü istifadə etmişdir. Deməli, Bədiüzzaman bu xidmətdə tək deyil; özünə köməkçi olan Nur camaatı da vardır. Bədiüzzaman "xidmətimizlə" deyərkən bütün Nur tələbələrini də bu xidmətə daxil edir.
Həmçinin, Bədiüzzaman burada "O NURANİ ŞƏXSLƏRƏ" sözləriylə, Hz. Mehdi və tələbələrinin "BİR ŞƏXS" olduqlarını yenidən vurğulayır. Bu, Bədiüzzamanın hz. Mehdidən bəhs edərkən "7 DƏFƏ" istifadə etdiyi "O" əvəzliyidir. "ŞƏXS" sözünü isə Bədiüzzaman kitabın əvvəlindən bu yana Hz. Mehdi üçün "6 DƏFƏ" istifadə etmişdir. Bədiüzzamanın hər iki sözü də bu qədər çox təkrarlamış olması, hz. Mehdinin "BİR ŞƏXS" olduğu mövzusunda çox qəti dəlillər əmələ gətirir və mənəvi bir şəxsiyyət olmadığını açıq-aydın ortaya qoyur.
İstiqbal-i dünyəviyədə (dünyanın gələcəyində) 1400 il sonra gələcək bir həqiqəti əsrlərində qarib (yaxın) zənn etmişlər. (Sözler, 318)
Bədiüzzaman bu sözüylə, bəzi şəxslərin hz. Mehdinin keçmişdə gəldiyini düşünərək yanıldıqlarını bildirmiş və hz. Mehdinin gəldiyi zaman haqqında məlumat vermişdir:
Bədiüzzaman bu sözləriylə İslam tarixində bir çox adamın hz. Mehdinin öz dövrlərində gələcəyini düşünərək aldandıqlarını bildirmiş və hz. Mehdinin, Peyğəmbərimiz (s.ə.v)-dən "1400 İL SONRA" gələcəyini xatırlatmışdır. Bu çox vacib bir məlumatdır. Bədiüzzaman burada nə 1373, nə 1378, nə 1398, nə də başqa bir tarix verməyib, tam 1400 il sonrasından bəhs etmişdir. Bu tarix miladi 1980-ci ilə uyğun gəlir. Hicri XIII əsrin mücəddidi olaraq hicri XIV əsrə qədər mücəddidlik vəzifəsini yerinə yetirən Bədiüzzaman, hicri 1379-cu ildə yəni, miladi olaraq 1960-cı ildə vəfat etmişdir. Bu səbəbdən, Bədiüzzaman hz. Mehdinin gəlişi üçün öz yaşadığı dövrdən çox irəlidəki bir tarixi bildirir. Bədiüzzaman bu izahıyla, açıq-aydın və qəti bir tarix verərək özünün hz. Mehdi olmadığını bildirir, hz. Mehdinin öz vəfatından təxminən 20 il sonra gələcəyini müjdələyir.
Bədiüzzaman həmçinin, risalələrində Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə əsaslanaraq "hər yüz ilin əvvəlində bir mücəddid göndəriləcəyini" xatırlatmışdır. Bədiüzzaman “1400 İL SONRA" tarixini verərək eyni zamanda "XIV və XV əsrlər arasında vəzifə yerinə yetirəcək olan mücəddidin də hz. Mehdi olduğunu" xəbər verir.
Bədiüzzaman hz. Mehdi üçün "1400 il sonra GƏLƏCƏK" ifadəsini istifadə edərək, hz. Mehdinin qəti olaraq "gələcəyini" müjdələyir. Bədiüzzaman bu sözləriylə hz. Mehdinin mənəvi bir şəxs olmadığını, "ifadə edilən tarixdə gələcək bir şəxs olduğunu" açıqlayır.
Bədiüzzaman verdiyi bu məlumatla həmçinin, hz. Mehdinin keçmişdə və Bədiüzzamanın öz yaşadığı dövrdə hələ gəlməmiş olduğu mövzusuna da aydınlıq gətirir. Çünki diqqət edilsə, Bədiüzzaman "Hz. Mehdi gəldi ya da gəlib" demir, "gələcək zaman" ifadə edən bir söz istifadə edir və "GƏLƏCƏK" deyir.
Bədiüzzaman hz. Mehdi üçün "HƏQİQƏT" sözünü istifadə etmişdir. Bədiüzzaman bu ifadəsiylə, hz. Mehdinin gəlişinin bir həqiqət yəni, heç bir şübhəyə yer verməyəcək qədər "dəqiq bir həqiqət" olduğunu bildirir.
Bədiüzzaman bu sözüylə həmçinin, hz. Mehdinin gəlişindən əvvəl Mehdi olduğu güman edilən şəxslərin əksinə, "1400 il sonra gələcək olan Mehdinin bir həqiqət" olacağını ifadə etmişdir. Yəni bu mübarək şəxsin, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində müjdələdiyi bütün xüsusiyyətlərə sahib olan "ƏSL MEHDİ" olacağını və bu xüsusiyyətləriylə Mehdi güman edilən kəslərdən ayırd edilib tanınacağını xatırlatmışdır.
İndi, hz. Mehdi kimi əşhasın haqqındakı rivayatın (rəvayətlərin) ixtilafatı (fərqlilikləri) və sirri budur ki: Əhadisi təfsir edənlər (hədisləri açıqlayanlar), mətn-i əhadisi təfsirlərinə (hədis mətnlərindəki izahlar) və istinbatlarına (gizli mənaları meydana çıxarmalarına) tətbiq etmişlər. Məsələn: Mərkəzi səltənət o vaxt Şamda və ya Mədinədə olduğundan, hadisələri hz. Mehdiyyə və ya Süfyaniyyəni (hz. Mehdi və Süfyan ilə əlaqədar hadisələri) mərkəz-i səltənət ətrafında olan Bəsrə, Kufə, Şam kimi yerlərdə təsəvvür edərək (düşünərək) elə təfsir etmişlər (açıqlamışlar). (Sözler, 359)
Bədiüzzaman, son səltənət və xəlifəliyin mərkəzi İstanbulda olduğu üçün hz. Mehdi ilə bağlı hadisələrin də bu şəhərdə reallaşacağını bildirmişdir:
Peyğəmbərimiz (s.ə.v) hədislərində, özündən sonra gələcək bir çox şəxs olacağını bildirmişdir. Bu kəslərin bəziləri gəlib, vəzifələrini yerinə yetirib vəfat etmişlər. Hər əsrin əvvəlində göndərilən mücəddidlər bunlardan bəziləridir. Peyğəmbərimiz (s.ə.v)-in gələcəyini xəbər verdiyi şəxslərin bəziləri də hələ gözlənilir. Bədiüzzaman da əsərlərində hələ də gözlənilən olan bu Axırzaman şəxsləri haqqında hədislər əsasında təfərrüatlı məlumatlar vermişdir. Hz. İsa və hz. Mehdi ilə yanaşı, Dəccal və Süfyan (hədislərdə Axırzamanda İslam dünyasında ortaya çıxacağı və hz. Mehdiyə qarşı mübarizə edəcəyi bildirilən və Süfyan-ı Dəccal olaraq xatırlanan şəxs) kimi inkara əsaslanan bir mübarizə edəcək Axırzaman şəxsləri də Bədiüzzamanın məlumat verdiyi bu kəslər arasındadır.
Bədiüzzaman buradakı "HZ. MEHDİ KİMİ ƏŞHASIN (ŞƏXSLƏRİN)" sözləriylə əvvəlcə çox açıq bir şəkildə hz. Mehdinin mənəvi bir varlıq olmadığını, "BİR ŞƏXS OLDUĞUNU" ifadə etmişdir. Bədiüzzaman bu ifadəsiylə həmçinin, hz. Mehdi kimi, digər Axırzaman şəxslərinin də mənəvi şəxsiyyətlər olmadıqlarını, eyni şəkildə "BİR ŞƏXS" olduqlarını bildirmişdir. Şübhəsiz ki, Bədiüzzamanın bu sözləri, Axırzaman şəxslərindən bir qisminin bir "şəxs", bir qisminin isə bir "şəxsi mənəvi" olaraq gələcəkləri iddialarını etibarsız edir. Çünki Bədiüzzaman "hz. Mehdi kimi şəxslər" sözləriylə bunların hamısını əhatə edən və hamısı üçün "ŞƏXS" təsvirini edən bir ifadə istifadə edir. Necə ki, Bədiüzzaman əsərlərində Dəccal və Süfyanın bir şəxs olduqlarını nə qədər dəqiq bir şəkildə izah edibsə, hz. İsa və hz. Mehdi mövzusunda da bu həqiqəti o qədər açıq və aydın olan sözlərlə dilə gətirmişdir. Dəccalın da fiziki xüsusiyyətlərini izah etmiş, hz. İsa və hz. Mehdinin də fiziki xüsusiyyətlərini təsvir etmişdir. Bu səbəbdən, hz. İsa və hz. Mehdinin bir şəxsi mənəvi olacaqları düşüncəsi, Bədiüzzamanın bu şərhlərinin hamısıyla ziddiyyətlidir. Bədiüzzaman bu sözündə, hz. Mehdidən açıq-aydın bir şəxs sözünü istifadə edərək bəhs edir və əks istiqamətdəki düşüncələrin etibarsızlığını ortaya qoyur.
Həm bu sirdəndir ki; MEHDİ, SÜFYAN KİMİ AXIRZAMANDA GƏLƏCƏK ƏŞHASLARI çox zaman əvvəl hətta tabiin (Peyğəmbərimiz (s.ə.v)-i sağ ikən görmüş olan möminlərlə, yəni səhabələrlə görüşmüş və onlardan dərs almış olan saleh müsəlmanlar) zamanında onları gözləmiş və yetişməyə çalışmışlar." (Sözlər, s. 358)
Bədiüzzaman buradakı ifadəsində də "MEHDİ, SÜFYAN KİMİ AXIRZAMANDA GƏLƏCƏK ƏŞHASLARI (ŞƏXSLƏR)" deyərək, Axırzamanda gələcək olan hz. Mehdinin və ona qarşı mübarizə aparacağı bildirilən Süfyanın "BİR ŞƏXS OLDUQLARINI" Sözlər adlı əsərində "2-Cİ DƏFƏ" daha ifadə etmişdir. Bədiüzzaman Risalə-i Nurda yer alan, hz. Mehdi və Axırzaman şəxslərindən bəhs etdiyi bütün sözlərində həmişə eyni ifadələri istifadə etmiş, bu kəslərdən "şəxs" kimi sözlərlə bəhs etmişdir. Bədiüzzaman bu sözündə də bu həqiqəti yenidən ifadə edir.
Həmçinin, Bədiüzzaman, bu kitabında hz. Mehdi üçün istifadə etdiyi "GƏLƏCƏK" sözüylə, hz. Mehdinin "irəlidəki bir tarixdə gələcək bir şəxs olduğunu" ikinci dəfə də vurğulamışdır. Bədiüzzaman bu yolla, yaşadığı dövrdə hz. Mehdinin hələ gəlməmiş olduğunu aydın bir şəkildə ifadə edir.
Bəzi ayət-i kərimə (ayələr) və əhadisi şərifə (hədislər) AXIRZAMANDA GƏLƏCƏK BİR MÜCƏDDİD-i ƏKBƏRİ (ən böyük mücəddidi) məna-ı işari ilə (işari mənada) xəbər verirlər. Lakin O GƏLƏCƏK ŞƏXSİN VƏ CƏMİYYƏTİNİN ÜÇ VƏZİFƏSİNDƏN ən əhəmiyyətlisi (vacibi) olan və zahirən (görünüşcə) ən kiçiyi görünən imanı qurtarmaq və hakaik-i imaniyeyi (iman həqiqətlərini) günəş kimi göstərmək vəzifəsini Risalə-i Nur və şagirdlərinin (tələbələrinin) şəxsi mənəvisi tam etdiklərindən; O GƏLƏCƏK ŞƏXSƏ dair XƏBƏRLƏRİ VƏ İŞARƏLƏRİ, RİSALƏ-i NURUN ŞƏXSİ MƏNƏVİSİNƏ HƏTTA BƏZƏN TƏRCÜMƏÇİSİNƏ DƏ TƏTBİQƏ (uydurmağa) ÇALIŞMIŞLAR və Şəriəti əhya (Quran əxlaqının əsaslarını xatırladaraq yenidən həyata keçirmə) və xilafəti tətbiq olan ÇOX GENİŞ DAİRƏDƏ HÖKM EDƏN BU MÜHÜM VƏZİFƏSİNİ NƏZƏRƏ ALMAMIŞLAR (göz qarşısında saxlamamışlar). (Tilsimlər Məcmuəsi, səh. 168)
Bədiüzzaman Hz. Mehdidən "8-ci dəfə" "O" əvəzliyini istifadə edərək bəhs etmişdir. "O" əvəzliyi "TƏK BİR ŞƏXS" ifadə edən bir kəlmədir. Bu səbəbdən, Bədiüzzamanın hz. Mehdidən bəhs edərkən bir birliyi ya da bir şəxsi mənəvini nəzərdə tutmadığı çox açıqdır. Əgər belə bir vəziyyət olsaydı Bədiüzzaman burada "O" yerinə "onlar" əvəzliyini ya da buna bənzər bir başqa ifadə istifadə edərdi. Ancaq belə bir ifadə şəkli burada istifadə edilmədiyi kimi, Bədiüzzamanın hz. Mehdidən bəhs etdiyi sözlərinin heç birində istifadə edilməmişdir. Əksinə, sadəcə kitabın bu hissəsinə qədər yer alan sözlərində belə bu sözü tam "8 dəfə" təkrarlamışdır. Bədiüzzaman bu sözü çox şüurlu bir şəkildə dəfələrlə vurğulayır. Bu səbəbdən, çox açıqdır ki, Bədiüzzaman burada, bütün müsəlmanlara öndərlik edəcək və insanların hidayətinə vəsilə olacaq bir adamın varlığından danışır.
Bədiüzzaman, istifadə etdiyi "o GƏLƏCƏK şəxs" ifadəsiylə, hz. Mehdinin "irəlidəki bir tarixdə gəlməsi gözlənilən bir şəxs" olduğunu bir daha ifadə etmişdir. Bədiüzzamanın müsəlmanları səhv məlumatlandırması mümkün ola bilməyəcəyinə görə, hz. Mehdi Bədiüzzamanın zamanında ya da ondan əvvəlki dövrlərdə hələ gəlməmişdir. Çünki əgər belə bir vəziyyət olsaydı, o zaman Bədiüzzaman, "O GƏLƏCƏK ŞƏXSİN" ifadəsi yerinə, "o gəlmiş olan şəxs" kəlməsini istifadə edərdi. Buna baxmayaraq, Bədiüzzamanın belə qəti bir ifadəni bu qədər çox təkrarlamış olması, Bədiüzzamanın hz. Mehdinin irəlidəki bir tarixdə gələcəyinə olan qənaətinin də o cür qəti olduğunu ortaya qoyur.
Bədiüzzaman bu şərhində hz. Mehdi üçün "O gələcək şəxslər" deyil, "o gələcək ŞƏXS" ifadəsini istifadə etmişdir. Bədiüzzaman bu sözləriylə, hz. Mehdinin bir şəxsi mənəvi, ruh ya da məna kimi bir varlıq və ya bir birlik olmadığını açıqca ifadə etmişdir. "ŞƏXS" sözü "tək" bir sözdür və bir insanı ifadə etmək üçün istifadə edilər. Bu səbəbdən, Bədiüzzaman burada "TƏK BİR ŞƏXSDƏN" bəhs edir.
Ayrıca bu, Bədiüzzamanın hz. Mehdi üçün "7-ci dəfə" istifadə etdiyi "şəxs" ifadəsidir. Bədiüzzaman kimi böyük bir mütəfəkkirin, belə açıq bir məna daşıyan bir ifadəni bu qədər çox təkrarlaması şübhəsiz ki, müəyyən bir hikmət daşıyır. Bədiüzzaman, hz. Mehdinin bir şəxsi mənəvi olmadığı mövzusunda bütün müsəlmanları məlumatlandırır və bu müqəddəs şəxsin gəlişiylə müjdələyir.
Bədiüzzaman burada "O gələcək şəxsin VƏ cəmiyyətinin" ifadəsini istifadə etmişdir. "O GƏLƏCƏK ŞƏXS" və "BU ŞƏXSİN CƏMİYYƏTİ" iki ayrı anlayışdır. Bədiüzzaman "VƏ" sözünü istifadə edərək bu ikisinin ayrı şeyləri ifadə etdiyini açıqca ifadə etmişdir. Əgər hz. Mehdi bir şəxsi mənəvi olsaydı ya da bu cəmiyyət mehdilik vəzifəsini boynuna götürmüş olsaydı, Bədiüzzaman burada "O gələcək cəmiyyət" ya da "Mehdilik vəzifəsini boynuna götürəcək cəmiyyət" kimi bu mövzunu dəqiqləşdirən açıq ifadələr istifadə edərdi. Ancaq Bədiüzzaman heç bir etiraza yer buraxmayacaq şəkildə açıqca "O gələcək şəxs və cəmiyyəti" sözlərini istifadə etmiş və hz. Mehdinin, onu izləyənlərdən ibarət olan bir birliyin başında olan bir şəxs olduğunu ifadə etmişdir. Bədiüzzamanın vurğuladığı bu həqiqət bir neçə sual soruşulduğunda da açıqca görülə bilinir:
1- Bədiüzzaman Axırzamanda gələcək bu şəxsin tək başınamı olduğunu vurğulamışdır?
Xeyr, Bədiüzzaman hz. Mehdinin bərabərində bir cəmiyyətinin də olacağını açıqlamışdır.
2- Bədiüzzaman, bəhs etdiyi bu cəmiyyətin başında hər hansı bir şəxsin olacağını ifadə etmişdirmi?
Bəli, Bədiüzzaman bu cəmiyyətin başında hz. Mehdinin şəxsən olacağını bildirmişdir.
Bədiüzzaman burada bir cəmiyyətin varlığından bəhs etmişdir. Bu cəmiyyət, Bədiüzzamanın "o gələcək şəxs" sözləriylə müjdələdiyi hz. Mehdinin köməkçilərinin və dəstəkçilərinin meydana gətirdiyi bir cəmiyyətdir. Bədiüzzaman əsərlərinin bir çox yerində Peyğəmbərimiz (səv)-in hədisləri əsasında hz. Mehdinin bir camaatı olacağını və camaatın hz. Mehdinin edəcəyi fəaliyyətlərdə onun köməkçiləri olacağını ifadə etmişdir. Ancaq hz. Mehdinin bu hərəkətin öndəri və lideri olaraq, şəxsən bu birliyin başında olacağını da ifadə etmişdir. Bədiüzzaman, hz. Mehdiyə tabe olan və onun təbliğini izləyən bu kütlə və hərəkəti "Hz. Mehdinin şəxsi mənəvisi" olaraq adlandırmışdır. Ancaq Bədiüzzamanın da ifadə etdiyi kimi bu çox açıq bir həqiqətdir ki, başında olan bir şəxs, bir liderləri olmadan bir şəxsi mənəvidən bəhs etmək mümkün deyil. Hz. Mehdi də bu cəmiyyətinin başında, onlara öndərlik etmək üzrə şəxsən iştirak edəcəkdir. Bu səbəbdən, Bədiüzzamanın bu şərhlərinə görə "HZ. MEHDİ ÖZÜNÜ İZLƏYƏN BİR CAMAATI OLAN VƏ ONLARA LİDERLİK EDƏN TƏK BİR ŞƏXSDİR".
Bədiüzzaman, burada da "9-cu dəfə" hz. Mehdi üçün "O" sözünü istifadə etmişdir. "O" sözünün tək bir adamı ifadə etdiyi çox açıqdır. Bədiüzzaman burada mənəvi bir adamdan, bir qrupdan ya da bir hərəkətdən bəhs etmir, hz. Mehdinin şəxsən gəlişini müjdələyir. Bu sözü "9 dəfə" təkrarlamış olması isə, Bədiüzzamanın bu mövzudakı şərhlərinin heç bir şübhəyə yer buraxmayacaq qədər qəti olduğunu ortaya qoyur.
Bədiüzzaman burada istifadə etdiyi "GƏLƏCƏK" sözüylə həmçinin, hz. Mehdinin gəlişinin qəti bir həqiqət olduğunu da vurğulamışdır. Əgər hz. Mehdi mənəvi bir şəxsdən ibarət olsaydı, şübhəsiz ki, Bədiüzzaman sözlərində dəfələrlə onun "gələcəyini" ifadə etməzdi. Bu səbəbdən, Bədiüzzaman bu sözüylə eyni zamanda hz. Mehdinin bir şəxs olduğunu da açıqlamışdır.
Bədiüzzaman, hz. Mehdi üçün Risalə-i Nurun bir çox yerində olduğu kimi bu hissəsində də "ŞƏXS" kəlməsini istifadə etmişdir. Demək ki, hz. Mehdi, bir camaat və ya mənəvi bir insan deyil, bir "şəxs"dir. Buradakı "şəxs" sözü, Bədiüzzamanın kitabın əvvəlindən bu yana hz. Mehdi üçün "8-ci dəfə" istifadə etdiyi bir ifadədir. Bədiüzzamanın müsəlmanları səhv istiqamətləndirməsi və ya məlumatını gizləməsi düşünülə bilməyəcəyinə görə; əgər hz. Mehdi bir camaat və ya şəxsi mənəvi olsaydı, şübhəsiz ki, Bədiüzzaman da "O ŞƏXS" kəlməsini bu qədər çox təkrarlamazdı.
O İRƏLİDƏ GƏLƏCƏK ACİB (təəccübləndirən, heyrət oyandıran, bənzəri görülməyən) ŞƏXSİN bir XİDMƏTÇİSİ və ONA YER HAZIR EDƏCƏK BİR DÜMDARI (köməkçi qüvvəsi) və O BÖYÜK KOMANDİRİN PİŞDAR BİR NƏFƏRİ (öndə gedən bir əsgəri) olduğumu zənn edirəm. (Barla Lahikası, səh. 162)
Bədiüzzaman bu sözündə, özünü hz. Mehdinin bir növ "qabaqcılı" olaraq xarakterizə etmiş və hz. Mehdinin "özündən sonra gələcəyini" açıqlamışdır:
Bədiüzzaman cümlənin başında "O" əvəzliyini istifadə edərək "bir şəxsi" nəzərdə tutduğunu xüsusilə vurğulayır. "O" əvəzliyinin "tək bir adam"a işarə etdiyi açıqdır. Bədiüzzaman bir şəxsi mənəvidən, qrupdan ya da birlikdən bəhs etmir, hz. Mehdinin mübarək şəxsinin gəlişini müjdələyir.
Bədiüzzaman bu söz ilə birlikdə, kitabın əvvəlindən bəri hz. Mehdi ilə əlaqədar yer verilən sözlərində "10-cu dəfə" "O" ifadəsini istifadə etmişdir. Bədiüzzamanın bu sözlərinin "10-nun birdən təvafüq etmiş olması" mümkün deyildir. Bədiüzzaman, hz. Mehdi üçün bu ifadəni son dərəcə şüurlu bir şəkildə istifadə edir və bu yolla bu mübarək şəxsin bir şəxsi mənəvi ya da bir birlik ola biləcəyi istiqamətindəki bütün iddiaları etibarsız edir.
Bədiüzzaman "ŞƏXS" sözünü istifadə edərək, müəyyən bir adamdan bəhs edir. Bədiüzzaman bu sözüylə bir birlikdən və ya şəxsi mənəvidən danışır. Əgər Bədiüzzaman, hz. Mehdinin şəxsi mənəvi olaraq gələcəyini düşünsəydi,-həyatı boyunca həqiqətləri ifadə etməkdən əsla çəkinməmiş böyük bir alim olaraq- bunu da açıqca ifadə edərdi. Ancaq Bədiüzzaman, burada və daha bir çox ifadəsində olduğu kimi, hz. Mehdinin müqəddəs şəxsindən bəhs edir. Hz. Mehdinin Axırzamanda "bir ŞƏXS" olaraq gələcəyini açıqca söyləyir və bunu, əks bir istiqamətdə şərh edilə bilməyəcək qədər bir çox sözüylə dəfələrlə təsdiq edir.
Bədiüzzaman burada ayrıca şəxs sözünü xarakterizə etmək üçün tək bir ifadə istifadə etmişdir. Demək ki, Bədiüzzaman "TƏK BİR ŞƏXS"dən bəhs edir, "iki və ya üç şəxsdən" deyil. Bədiüzzamanın bu sözləri, hz. Mehdinin bir qrup ya da bir birlik ola biləcəyi düşüncəsini tamamilə etibarsız edir.
Bununla yanaşı, Bədiüzzaman "bir şəxs" olduğunu ifadə etdiyi hz. Mehdinin əhəmiyyətli bir xüsusiyyətini də vurğulamışdır. Hz. Mehdinin "ACİB BİR ŞƏXS" olduğunu ifadə etmişdir. "Acib" sözü, "heyrət verən, təəccübləndirici, bənzəri görülməyən" mənasındadır. Hədislərdə hz. Mehdinin çox böyük bir fikri mübarizəsi olacağı, etdiyi işlərin dünya səviyyəsində təsir göstərəcəyi bildirilir. Bədiüzzaman da, hz. Mehdidən "ACİB" ifadəsiylə bəhs edir, bu mübarək şəxsin daha əvvəl "BƏNZƏRİ GÖRÜLMƏMİŞ BİR ADAM" olacağına diqqət çəkir.
Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hz. Mehdinin istifadə etdiyi üsulların və mübarizə şəklinin adətdənkənar olacağı bildirilmişdir. Bu məlumatlara görə hz. Mehdi çox təsirli üsullar istifadə edəcək, hər mövzuda müvəffəqiyyətli nəticələr əldə edəcək. Bu müvəffəqiyyətinə qarşılıq, özünə çox sıx hücumlar olmasına baxmayaraq bunlardan heç təsirlənməyəcək. Bədiüzzaman da bu sözüylə hz. Mehdinin hər kəsin anlaya bilməyəcəyi vəhbi (çalışmaqla qazanılmayıb, Allahın lütfüylə olan) elmlərə də vəqf bir şəxs olacağını ifadə etmişdir. Bədiüzzamanın bu sözündən aydın olduğu kimi, hz. Mehdi dövründə heyrət verici hadisələr də yaşanacaq. Hədislərdə bildirildiyinə və İslam alimlərinin ifadələrinə görə, fövqəladə təbiət hadisələri, gözlənilməz siyasi dəyişmələr, texnologiyanın sürətlə inkişafı, dünya səviyyəsində təbliğ edilməsi bənzəri görülməmiş bir dövr olacağını izah edir. Hz. Mehdi hər an Allahın yaxın təqibinə və köməyinə nail olacaq. Bu səbəblə, Bədiüzzamanın da ifadə etdiyi kimi, iman gözüylə baxmayanların təəccüblənəcəyi, asanlıqla açıqlaya bilməyəcəyi möcüzəlikdə müvəffəqiyyətlərə vəsilə olacaq.
Bədiüzzaman burada da hz. Mehdi üçün "11-ci dəfə" "O" sözünü istifadə edir. Bu, həm tək bir ifadədir, həm də bir şəxs əvəzliyidir. Bu səbəbdən, Bədiüzzaman beləcə bir dəfə daha hz. Mehdinin şəxsi mənəvi olaraq deyil, "bir ŞƏXS" olaraq gələcəyini və bunun "tək bir adam" olacağını vurğulayır. Bədiüzzaman özünün işləriylə bir şəxsi mənəviyə deyil, müqəddəs bir şəxsə mühit hazırladığını "ONA" ifadəsiylə açıqca söyləyir.
Bədiüzzaman burada "ONA YER HAZIR EDƏCƏK" ifadəsini istifadə edərək, hz. Mehdinin özündən sonra gələcək bir kimsə olduğunu bir dəfə daha açıqlamışdır. Bilindiyi kimi "hazırlıq" bir şeyin əvvəlində edilən bir hərəkətdir. Hal-hazırda mövcud olan, hazır olan bir şey üçün hazırlıq edilməsi qeyri-mümkündür. Bədiüzzaman da burada özünün "Hz. Mehdinin gəlişindən əvvəl belə bir hazırlıq içərisində olduğunu" ifadə edir. Bu da hz. Mehdinin, Bədiüzzamanın yaşadığı dövrdə hələ ortaya çıxmamış olduğunu, bu dövrün bir "hazırlıq dövrəsi" olduğunu göstərir.
Hədislərdə yer alan təriflərə və Bədiüzzamanın şərhlərinə görə, Axırzaman mübarizəsi çox əhatəli bir fikri mübarizə olacaq. Bu fikri mübarizədə hz. Mehdi dövründə yaşayan saleh möminlər vəzifə aldığı kimi, özündən əvvəl gəlib ona yer hazırlayacaq köməkçiləri, dostları da olacaq. Bədiüzzaman da bu sözləriylə bu həqiqətə işarə edir. Böyük İslam alimi, qiymətli xidmətləri ilə Axırzamanda gələcək olan hz. Mehdiyə mühit hazırladığını dilə gətirir. Fikri mübarizəsinin, xidmətlərinin, əsərlərinin hz. Mehdinin işlərinə fayda verəcəyini və bunların hz. Mehdi tərəfindən qaynaq olaraq istifadə ediləcəyini ifadə edir.
"DÜMDAR" sözü "köməkçi qüvvə" mənasını verir. Bədiüzzaman, bu sözüylə özünü, əsl mübarizəni icra edən şəxsə imkan hazırlayan köməkçi qüvvələrə bənzətmişdir. Bu şəkildə, özündən sonra gələcək olan və edəcəyi böyük fikri mübarizə ilə İslam əxlaqının gətirdiyi bütün gözəllikləri yer üzünə hakim edəcək olan hz. Mehdinin bir köməkçisi olduğunu ifadə edir.
Bədiüzzaman burada hz. Mehdi üçün "12-ci dəfə" "O" əvəzliyini istifadə edərək bəhs edir və onun "tək bir şəxs" olduğunu vurğulayır. Bədiüzzamanın eyni ifadəni dəfələrlə və israrla təkrarlamış olması, şübhəsiz ki, bunun bir təvafüq olmadığını göstərir. Bədiüzzaman son dərəcə şüurlu və qəsdli bir şəkildə "Hz. Mehdinin Axırzamanda gələcək “TƏK BİR ŞƏXS" olduğunu ifadə edir və bunun xaricində bir düşüncəni qarşıya qoyanlar üçün mövzuya açıqlıq gətirir.
Bədiüzzaman hz. Mehdidən bəhs edərkən "O BÖYÜK KOMANDİR" sözlərini istifadə edərək hz. Mehdinin "komandirlik xüsusiyyətinə" də diqqət çəkir. Bir şəxsi mənəvinin komandirlik sifəti daşımasının mümkün ola bilməyəcəyi çox açıqdır. Bədiüzzaman burada çox açıq bir şəkildə, hz. Mehdinin bu vəzifəsini yerinə yetirəcək "BİR ŞƏXS" olduğunu ifadə edir.
Bədiüzzamanın burada istifadə etdiyi "PİŞDAR BİR NƏFƏR" ifadəsi, "ÖNDƏN GEDƏN ƏSGƏR" mənasını daşıyır. Bədiüzzaman bu sözüylə özünü öndən gedən qabaqcıl qüvvələrə bənzədərkən, hz. Mehdinin özündən sonra gələcəyini bir dəfə daha vurğulamışdır. Bədiüzzaman "özünü ÖNDƏN GEDƏN" bir adam olaraq xarakterizə etməklə; "Hz. Mehdinin isə özündən SONRA GƏLƏN" bir kimsə olduğunu dəqiqləşdirir.
Bədiüzzaman burada ayrıca "bir nəfər" yəni, əsgər sözünü istifadə edərək, özünün hz. Mehdi deyil, onun bir köməkçisi və ona xidmət edən bir vəzifəli olduğunu bir dəfə daha ifadə edir. Bədiüzzamanın özünü bir "XİDMƏTÇİSİ, QABAQCILI" olaraq səciyyələndirdiyi və bu qədər təriflə, hörmətlə bəhs etdiyi hz. Mehdi, bütün İslam aləmi tərəfindən əsrlərdir gözlənilir. Bədiüzzaman da bu şərhləriylə, hz. Mehdinin Axırzamanda, Allahın izniylə, şübhəsiz ortaya çıxacağını möminlərə müjdələyir.
HƏQİQİ GÖZLƏNİLƏN və BİR ƏSR SONRA GƏLƏCƏK O ŞƏXS də bu zamanda gəlsə... (Kastamonu Lahikası, səh. 57)
Bədiüzzaman Səid Nursi, hz. Mehdinin hələ gəlmədiyini, müsəlmanlar tərəfindən gözlənildiyini və öz yaşadığı dövrdən bir əsr sonra gələcəyini bildirir:
Bədiüzzaman burada hz. Mehdi üçün bir dəfə daha "GƏLƏCƏK" sözünü istifadə etmiş və onun öz yaşadığı dövrdə hələ gəlmədiyini və "İRƏLİDƏ GƏLƏCƏYİNİ" təkrar ifadə etmişdir. Bu sözüylə, eyni zamanda hz. Mehdinin "mənəvi bir şəxsiyyət" deyil, "GƏLMƏSİ GÖZLƏNİLƏN BİR İNSAN" olduğunu da bir dəfə daha vurğulamışdır.
Bununla yanaşı Bədiüzzaman bu sözündə, gəlməsi gözlənilən bu mübarək şəxsin gəliş zamanını da müjdələyir. Hz. Mehdinin "ÖZÜNDƏN BİR ƏSR SONRA, YƏNİ HİCRİ 1400-CÜ İLLƏRDƏ" ortaya çıxacağını xəbər verir. Şübhəsiz ki, əgər Bədiüzzaman hz. Mehdinin öz dövründə yaşadığını düşünsəydi, belə uzaq bir tarix verməz, əksinə açıqca ifadə edərdi. Demək ki, Bədiüzzamanın bu mövzudakı qənaəti heç bir etiraza yer buraxmayacaq qədər qətidir.
Bədiüzzaman, burada hz. Mehdidən "O ŞƏXS" deyərək bəhs edir və hz. Mehdinin mübarək şəxsinin gələcəyini xəbər verir. Bədiüzzaman bir şəxsi mənəvidən ya da birlikdən danışmır. Üçüncü tək şəxsi ifadə edən "O" əvəzliyini və "tək bir adam"ı ifadə edən "ŞƏXS" sözünü istifadə edir. Bədiüzzaman beləcə, hz. Mehdinin yalnız "TƏK BİR ADAM" olacağını da açıqlayır.
Bir vəchi (səbəbi) budur ki: SEHR VƏ MANYETİZMA VƏ İSPİRTİZMA KİMİ İSTİDRACI MÖCÜZƏLƏRİYLƏ (hipnoz və ruhlarla əlaqə tərzindəki saxta möcüzələriylə) ÖZÜNÜ MÜHAFİZƏ EDƏN VƏ HƏR KƏSİ TƏSHİR EDƏN (ovsunlayan, aldadan) O DƏHŞƏTLİ DƏCCALI yox edə biləcək, məsləyini dəyişdirəcək; ANCAQ MÖCÜZƏ VƏ MUCİZATLI VƏ ÜMUMİNİN MƏQBULU (möcüzələri olan və hər kəsin qəbul etdiyi) BİR ŞƏXS OLA BİLƏR Kİ, O ŞƏXS ən çox əlaqədar və əksər insanların (insanların əksəriyyətinin) Peyğəmbəri olan HƏZRƏTİ İSA ƏLEYHİSSALAMDIR. (Şüalar, səh. 493)
Bədiüzzaman, Məsih Dəccalın bəzi fövqəladə güclərlə insanları aldatmağa çalışacağını ancaq onun bu fitnəsinin, hz. İsanın ikinci dəfə yer üzünə gəlməsiylə tamamilə ortadan qalxacağını izah edir:
Bədiüzzaman, Peyğəmbərimiz (s.ə.v)-in hədisləri əsasında Dəccalın bəzi fövqəladə güclərə sahib olacağına diqqət çəkir. Dəccalın saxta möcüzələr göstərəcəyini bildirən hədislərdən bəziləri bu şəkildədir:
Onun bir fitnəsi də budur: O, tək bir adama müsəllət olaraq O ADAMI ÖLDÜRÜB MİŞARLA BİÇƏCƏK. Hətta o adamın cəsədi iki parçaya bölünmüş olaraq (ayrı-ayrı yerlərə) atılacaq. Sonra Dəccal (orada olanlara): "Bu (öldürdüyüm) quluma baxın. İNDİ MƏN ONU DİRİLDƏCƏYƏM.." deyəcək. (Süneni İbni Macə, 4077)
Hədislərdə, Dəccalın yalançı möcüzələrini, fitnələrini insanlara qəbul etdirə bilmək üçün istifadə edəcəyi bildirilir. (Allahu Aləm) Zəif ağıllı insanlar bunları sanki bir "möcüzə" zənn edə bilərlər. Halbuki, möcüzə Allahın vəli qullarına lütf etdiyi bir nemətdir. Dəccalın göstərdiyi fövqəladə hadisələr isə bir istidrac yəni, Allahın insanları sınamaq üçün yaratdığı və inkarçılarda görülən yalançı möcüzələrdir.
Bədiüzzaman, Dəccalın bu hiyləli üsulları istifadə edərək insanların çoxunu təsiri altına alacağını ifadə edir. Hədislərdə də Dəccalın, hipnoz və cadu nümayişləri kimi aldatmacalarla kifayət qədər məlumat sahibi olmayan və ya imani cəhətdən zəif olan bəzi insanları təsiri altına ala biləcəyi xəbər verilir. Xüsusilə də, bütün xristian dünyasının hz. İsanı və yəhudilərin də Məsihi gözlədikləri bir dövrdə, Dəccalın göstərdiyi bu yalançı möcüzələr və hiylələr, bir çox adamın Dəccala aldanmasına səbəb olacaq. Bədiüzzaman buradakı sözüylə, Dəccalın bu xüsusiyyətini vurğulayaraq, eyni zamanda onun bir şəxsi mənəvi olmadığını da ifadə edir. Bədiüzzaman, Dəccalın insanları aldada biləcək xüsusiyyətdə, hipnoz və cadu kimi hiyləli üsullar istifadə edə bilmə qabiliyyətinə sahib olduğundan bəhs edərək bu vəziyyətə açıqlıq gətirmişdir. Şübhəsiz, Bədiüzzamanın Dəccal mövzusundakı bu izahatları əsasında Dəccalın bir şəxs olduğunu qəbul edib, hz. İsa və Hz. Mehdi mövzusunda verdiyi onlarla dəlil və təfərrüata baxmayaraq onların bir şəxsi mənəvi ola biləcəkləri ehtimalını qarşıya qoymaq çox səhv bir yanaşma olar. Yüksək elm sahibi bir şəxs olan Bədiüzzaman şübhəsiz ki, bütün sözlərini, müsəlmanları ən doğru məlumatlandıracaq şəkildə açıqlamış, bu mövzuda da heç bir şübhəyə yer buraxmayacaq bir üslubla "Dəccal kimi hz. İsa və hz. Mehdinin də BİR ŞƏXS olduqlarını" ifadə etmişdir.
Bədiüzzaman, Məsih Dəccalın fitnəsini ortadan qaldıra biləcək adamın isə, Allahın rəhmətiylə, möcüzələri olan və insanların çoxunun ona tabe olduğu mübarək "BİR ŞƏXS" olacağını söyləyir. Sözünün davamında da bu müqəddəs adamın hz. İsa olduğunu bildirir. Bu son dərəcə açıq və fərqli, başqa heç bir düşüncəyə yer verməyəcək dəqiqlikdə bir sözdür: Bədiüzzaman açıq şəkildə "Hz. İsanın BİR ŞƏXS olduğunu" ifadə edir, bu qəti ifadəsiylə onun bir şəxsi mənəvi ola biləcəyi istiqamətindəki bütün düşüncələri kökündən rədd edir.
Bununla yanaşı, Bədiüzzaman burada istifadə etdiyi "MÖCÜZƏ VƏ MUCİZATLI VƏ ÜMUMİNİN MƏQBULU BİR ŞƏXS" sözləriylə, hz. İsanın yenə bir şəxs olduğunu ortaya qoyan əhəmiyyətli bəzi xüsusiyyətlərini vurğulayır. Bədiüzzaman "Hz. İsanın möcüzələr göstərə bilən BİR ŞƏXS olduğunu" ifadə etmişdir. Ayrıca, "Hz. İsanın insanların böyük bir qismi tərəfindən qəbul edilən BİR ŞƏXS olduğunu" xatırladır. Şübhəsiz ki, üstün bir elmə sahib olan Bədiüzzaman bir şəxsi mənəvinin möcüzə göstərməsinin mümkün olmayacağını çox yaxşı bilir. Eyni şəkildə, bir şəxsi mənəvinin "ümuminin məqbulu bir şəxs" ola bilməyəcəyini də bilir, hz. İsanı tanıdan bütün bu xüsusiyyətləri çox şüurlu bir şəkildə istifadə edərək onun "BİR ŞƏXS" olaraq yer üzünə ikinci dəfə gələcəyini bütün müsəlmanlara müjdələyir.
Bədiüzzaman, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində xəbər verdiyi kimi Dəccalın fitnəsini hz. İsanın ortadan qaldıracağını bildirir:
... DƏCCAL ORTALIĞA FİTNƏ YAYARKƏN CƏNABI HAQQ, MƏSİH MƏRYƏM OĞLU İSANI GÖNDƏRƏR... Nəfəsini idrak edən hər kafir mütləq yox olar. İsa (ə.s) Dəccal ilə Lüdd qapısında (Beytül Makdisə yaxın bir diyar) qarşılaşar və ONU YOX EDƏR. (Sahih-i Müslim; Büyük Fitne Mesih-i Deccal, Saim Güngör, səh. 104)
... Ardınca, HZ. İSA, DƏCCALI AXTARAR və nəhayət Beytül Makdisə yaxın bir yer olan Bab-ü Lüdd (Lüdd Qapısı) deyilən mövqedə çataraq, ONU YOX EDƏR. (Sahih-i Müslim, c. 4/2251-2255; İmam Şarani, Ölüm, Kıyamet, Ahiret ve Ahir Zaman Alametleri, Bedir Yayınevi, səh. 491)
Bədiüzzaman “Şüalar” adlı əsərində hz. İsa üçün "2-ci dəfə" istifadə etdiyi "O ŞƏXS" ifadəsiylə, hz. İsanın "BİR ŞƏXS" olduğunu açıq şəkildə ifadə etmişdir. Bədiüzzaman burada, "İki və ya üç şəxs" deməmişdir. Əksinə, hz. İsadan bəhs edərkən istifadə etdiyi bütün sözlər həmişə "TƏK" ifadələrdir; və hamısında da "TƏK BİR ŞƏXSDƏN" bəhs edir. Bədiüzzaman bu şərhləriylə, bir dəfə daha hz. İsanın bir şəxsi mənəvi olmadığını, "MÜBARƏK BİR İNSAN" olduğunu çox açıq ifadələrlə ortaya qoymuşdur.
Hətta HƏZRƏTİ İSA ƏLEYHİSSALAMIN NÜZULU (yer üzünə enişi) da və ÖZÜ İSA ƏLEYHİSSALAM OLDUĞU, NURU İMANIN DİQQƏTİYLƏ (imanın işığıyla) BİLİNƏR; HƏR KƏS BİLƏ BİLMƏZ. Hətta DƏCCAL VƏ SÜFYAN KİMİ EŞHAS-I MÜDHİŞE (ürküdücü şəxslər) ÖZLƏRİ DƏ ÖZLƏRİNİ BİLMİRLƏR... (Şüalar, səh. 487)
Bədiüzzaman, hz. İsanın Axırzamanda yer üzünə ikinci dəfə gələcəyini bildirir, ancaq bu mübarək şəxs gəldiyində hər kəsin onu tanımayacağına diqqət çəkir:
Bədiüzzaman "HƏZRƏTİ İSA ƏLEYHİSSALAMIN NÜZULU" sözləriylə, hz. İsanın, Allahın bir möcüzəsi olaraq Axırzamanda insani bədəniylə səmadan yer üzünə enəcəyini izah edir. Bədiüzzaman verdiyi bu məlumatlarla hz. İsanın Axırzamanda xristian cəmiyyətinin başında bir məna ya da mənəvi bir lider olaraq deyil, şəxsən hidayət öndəri "BİR ŞƏXS" olaraq olacağını qəti ifadələrlə açıqlayır.
Bədiüzzaman bu sözləriylə, hz. İsanın yer üzünə ilk endiyi zaman, özünün də hz. İsa olduğunu əvvəllər bilməyəcəyini, ancaq daha sonra fərqinə varacağını bildirmişdir. "Belə bir şüurun bir şəxsi mənəvi üçün mümkün ola bilməyəcəyi" çox açıqdır. "BİLMƏ" və "ANLAMA" anlayışları ancaq "BİR İNSAN"a aid ola bilər. Ancaq "bir insan özünün kim olduğunu anlaya bilər", içərisində olduğu vəziyyəti fərq edə bilər. Bədiüzzaman da bu vəziyyəti çox yaxşı bilən bir kimsə olaraq bu sözləri istifadə etmiş və hz. İsanın bir şəxsi mənəvi olmadığını açıqca ifadə etmişdir.
Bədiüzzamanın bu həqiqəti vurğuladığı ifadələrindən biri də "ÖZÜ" sözüdür. Bu söz də yenə "ŞƏXS" ifadə edən bir anlayışdır və Bədiüzzaman bu yolla "Hz. İsanın maddi varlığı olan mübarək bir ŞƏXS olaraq gələcəyini" təkrar dilə gətirir.
Hz. İsanın ikinci dəfə yer üzünə gələcəyi Quranda bildirilmiş və Peyğəmbərimiz (s.ə.v)-in hədislərində xəbər verilmiş bir həqiqətdir. Bədiüzzaman, ətrafındakı insanların, hz. İsanın Axırzamanda gözlənilən peyğəmbər olduğunu ancaq "İMANLARIYLA FƏRQ EDƏ BİLƏCƏKLƏRİNİ" söyləmişdir. Bu da yenə, Bədiüzzamanın hz. İsadan bir şəxsi mənəvi olaraq danışmadığını açıqca ortaya qoyur. Bədiüzzaman burada, açıqca insanların bir şəxsi mənəvini deyil, "GÖZLƏDİKLƏRİ BİR ŞƏXSİ" tanımalarından bəhs edir. Bədiüzzaman ayrıca, "HƏR KƏS BİLƏ BİLMƏZ" deyərək, hz. İsanı hər kəsin tanıya bilməyəcəyini bir dəfə daha ifadə etmiş, bəhs edilənin bir şəxsi mənəvi deyil, maddi varlığıyla ortaya çıxacaq "BİR İNSAN" olduğunu təkrar vurğulamışdır. Bədiüzzamanın da ifadə etdiyi kimi, hz. İsa ikinci dəfə yer üzünə gəldiyində də səmimi olaraq iman edənlər imanlarının vəsiləsiylə, Allahın icazəsiylə bu mübarək şəxsi dərhal tanıyacaq, onun köməkçisi və dəstəkçisi olacaqlar.
Bədiüzzaman, bu sözləriylə Məsih Dəccal və Süfyan Dəccal kimi, hz. İsa və hz. Mehdiyə qarşı inkara əsaslanan bir mübarizə edəcək olan Axırzaman şəxslərinin də hər kəs tərəfindən diaqnoz edilə bilməyəcəyinə diqqət çəkir. Bədiüzzaman burada istifadə etdiyi "EŞHAS-i MÜDHİŞE" sözlərində keçən "EŞHAS-i" sözüylə, Süfyan və Dəccalın "BİR ŞƏXS" olduğunu ifadə edir. Bədiüzzaman əsərlərində şəxs mənasını verən bənzər sözləri hz. İsa və hz. Mehdi üçün də istifadə edir. Süfyan və Dəccalın şəxs olaraq ortaya çıxacağını qəbul edib, hz. İsa və hz. Mehdinin isə yalnız şəxsi mənəvilərinin olacağını düşünmək son dərəcə ziddiyyətlidir. Bədiüzzamanın da bildirdiyi kimi, Süfyan Dəccal və Məsih Dəccal necə bir şəxs olaraq ortaya çıxırlarsa, bunların fitnələrini ortadan qaldıracaq olan hz. İsa və hz. Mehdi də Allahın izniylə Axırzamanda mübarək şəxsləriylə ortaya çıxacaqlar.
Hətta, "HƏZRƏTİ İSA ƏLEYHİSSALAM GƏLİR, HZ. MEHDİYƏ NAMAZDA İKTİDA EDƏR (itaət edər), TABE OLAR." deyə rəvayəti BU İTTİFAQA (birləşməyə) VƏ HƏQİQƏTİ QURANİYƏNİN MƏTBUİYƏTİNƏ VƏ HAKİMİYYƏTİNƏ (Quran həqiqətlərinə əməl edilməsinə və tabe olunmasına) işarə edər. (Şüalar, səh. 493)
Peyğəmbərimiz (s.ə.v) bir hədisi şərifində hz. İsanın, hz. Mehdinin arxasında namaz qılacağını bildirmişdir:
İmamları saleh bir insan olan Mehdi olduğu halda, Beytül Makdisə sığınarlar. Orada imamları onlara səhər namazını qıldırmaq üçün önə keçdiyi bir sırada, bir də baxarlar ki, Məryəm oğulu İsa səhər vaxtında enmişdir. Mehdi, Hz. İsanı önə keçirmək üçün arxaya çəkilər. Hz. İsa onun çiyinlərinə əlini qoyar və ona deyər ki, "Keç önə namazı qıldır. Çünki qamət (fərz namazı qılmaq üçün oxunan azan; namaza başlama işarəsi) sənin üçün gətirilmişdir."... (Ebu Rafi'den rivayet edilmiştir; İmam Şarani, Ölüm, Kıyamet, Ahiret ve Ahir Zaman Alametleri, Bedir Yayınevi, səh. 495-496)
Bədiüzzaman, Peyğəmbərimiz (s.ə.v)-in bu hədisinə diqqət çəkir, bu hadisənin hz. İsa və hz. Mehdinin çıxışlarının əhəmiyyətli əlamətlərindən biri olduğunu xatırladır. Bədiüzzaman sözlərində ayrıca, hz. İsa və hz. Mehdi dövründə Allahın izniylə, İslam əxlaqının bütün dünyaya hakim olacağını ifadə edir. Bu hakimiyyətə, hz. İsa və hz. Mehdinin ittifaqıyla icra ediləcək böyük fikri mübarizənin vəsilə olacağını ifadə edir.
Bədiüzzaman bu sözündə Peyğəmbərimiz (s.ə.v)-in səhih hədisləri əsasında, "HZ. İSANIN, HZ. MEHDİ İLƏ BİRLİKDƏ NAMAZ QILACAĞINI" ifadə etmişdir. Namaz, Rəbbimizin insanlar üçün fərz qıldığı bir ibadətdir. Şəxsi mənəvilərin birlikdə namaz qılması, namazda imamlıq etmələri mümkün deyil. Bədiüzzaman da bu həqiqətin şübhəsiz ki, çox yaxşı şüurundadır və bu sözləriylə, hz. İsanın və hz. Mehdinin "BİR ŞƏXS" olaraq ortaya çıxacaqlarını xəbər verir. Hz. İsa, yer üzünə əvvəlki gəlişində namaz ibadətini yerinə yetirdiyi kimi, ikinci dəfə gəlişində də Allahın icazəsiylə bu ibadətinə davam edəcək. Quranda bu mövzu belə bildirilir:
(İsa) Dedi ki: "Şübhəsiz mən Allahın quluyam. (Allah) Mənə Kitabı verdi və məni peyğəmbər etdi. Harada olarsam (olum,) məni mübarək etdi və HƏYAT SÜRDÜYÜM MÜDDƏTCƏ, MƏNƏ NAMAZI VƏ ZƏKATI VƏSİYYƏT (ƏMR) ETDİ." (Məryəm surəsi, 30-31)
Axırzamanda hz. İsa və hz. Mehdinin mübarək şəxsləri ortaya çıxacaq, hz. İsa, hz. Mehdinin imamlığında namaz qılacaq, bu iki mübarək şəxsin edəcəkləri böyük fikri mübarizə nəticəsində İslam əxlaqı yer üzünə hakim olacaq. Bədiüzzaman bir çox səhih hədisdə yer alan bu mövzunu xatırladaraq, hz. İsa ilə hz. Mehdinin gəldiklərində qarşılıqlı dialoq içərisində olacaqlarını bildirir. Bunun üçün hər iki müqəddəs şəxsin də eyni dövrdə ortaya çıxmaları və bir yerə gəlmələri lazımdır. Ancaq Bədiüzzaman həyatda ikən belə bir hadisə reallaşmamışdır. Hz. İsanın gəlişi və hz. Mehdiylə birlikdə namaz qılmaları bütün dünya müsəlmanları tərəfindən gözlənilir.
Ayrıca, həm iki Dəccalın sifətləri və halları ayrı-ayrı olduğu halda, mütləq gələn RƏVAYƏTLƏRDƏ İLTİBAS OLUR (qarışdırılır), BİRİ O BİRİ ZƏNN EDİLİR. HƏM "BÖYÜK MEHDİ"NİN HALLARI SABİQ MEHDİLƏRƏ (əvvəlki Mehdilərə) İŞARƏ EDƏN RƏVAYƏTLƏRƏ MUTABIK (uyğun) ÇIXMIR, hədis-i mütəşabih (bir çox mənaya gələ biləcək hədis) hökmünə keçər. (Şüalar, səh. 582)
Bədiüzzaman, Peyğəmbərimiz (s.ə.v)-in Axırzamanla əlaqədar hədislərində bəhsi keçən dəccalların xüsusiyyətlərinin və fəaliyyətlərinin bir-birinə bənzədiyini; bu səbəblə, birinin digəri zənn edilə bildiyini söyləyir. Ancaq bu hədislərdə "Böyük Mehdi"yə dair bildirilən xüsusiyyətlərin, "sabiq Mehdilər" olaraq bəhs etdiyi, əvvəlki dövrlərdə gəlmiş olan mücəddidlərdən çox fərqli olduğunu ifadə etmişdir:
Bədiüzzaman "İLTİBAS OLUR (QARIŞDIRILIR) BİRİ O BİRİ ZƏNN EDİLİR" sözləriylə, hədislərdə bəhsi keçən dəccalların qarışdırıla bildiyini xatırlatmışdır. Bədiüzzaman Axırzamanda gələcək "Böyük Mehdi" ilə "sabiq Mehdilər" arasında isə belə bir qarışdırmanın mümkün ola bilməyəcəyini ifadə etmişdir. Bunun səbəbinin də "Peyğəmbərimiz (s.ə.v)-in hədislərində sabiq Mehdilər ilə əlaqədar olaraq verilən məlumatların Böyük Mehdinin xüsusiyyətləri ilə uyğunlaşmaması" olduğunu ifadə etmişdir.
Bədiüzzaman bu sözləriylə "BÖYÜK MEHDİ"nin "keçmiş zamanlarda gəlməmiş olduğunu", bu mübarək şəxsin, "Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi bütün xüsusiyyətlərə birdən sahib olmasıyla tanınacağını" dilə gətirmişdir. Çünki bir adamın Mehdi ola bilməsi üçün Peyğəmbərimiz (s.ə.v)-in hədislərində bildirilən xüsusiyyətlərin hamısını birdən üzərində göstərməsi lazımdır. Yoxsa bəzi əlamətlərin olduğu zənn edilməsiylə, o adamın Mehdi olduğunun düşünülməsi doğru deyil. Hz. Mehdi, Allahın icazəsiylə ortaya çıxdığı zaman, Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi bütün bu əlamətləri üzərində daşıyacaq. Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi kimi "seyid", yəni Peyğəmbərimiz (s.ə.v)-in soyundan olacaq, İslam əxlaqını bütün dünyaya hakim edəcək, yer üzünə bənzərsiz bir ədalət, dinclik, bolluq və bərəkət gətirəcək. Bədiüzzaman da buradakı sözləriylə, bu əlamətlərin fərqliliyinə diqqət çəkmiş, bu xüsusiyyətlərlə uyğunlaşmayan şəxslərin hz. Mehdi ola bilməyəcəyini xatırlatmışdır.
Bədiüzzaman bu mövzunu başa saldığı sözlərində bir başqa mövzunu daha vurğulamış, hədislərdə bildirilən dəccalların, sabiq Mehdilərin və hz. Mehdinin "mənəvi şəxsiyyətlər" deyil, "BİR ŞƏXS" olduqlarını ifadə edən şərhlər də etmişdir. Çünki "BİRİ" və "O BİRİ" sözləri burada "ADAM" ifadə edən əvəzliklər olaraq istifadə edilmişdir. Bədiüzzaman bu sözləriylə, həm "SABİQ MEHDİLƏRİN", həm də "BÖYÜK MEHDI"nin "BİR ŞƏXS" olduqlarını ifadə edir.
Bədiüzzaman əsərlərində sabiq Mehdilərin, Axırzaman Mehdisinin üç böyük vəzifəsini yerinə yetirə bilmədikləri üçün Böyük Mehdi ola bilməyəcəklərini izah etmişdir. Bunun bir başqa səbəbinin isə yuxarıda da açıqlandığı kimi, Böyük Mehdinin xüsusiyyətlərinin Peyğəmbərimiz (s.ə.v)-in hədislərində sabiq Mehdilərə dair bildirdiyi xüsusiyyətlərə uyğun gəlməməsi olduğunu ifadə etmişdir. Bədiüzzaman bu şərhləriylə, hz. Mehdinin, ortaya çıxdığında bu xüsusiyyətlərə sahib olmasıyla tanınıb diaqnoz edilə biləcəyini xatırlatmışdır. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində bildirdiyi, hz. Mehdinin əxlaqına, fiziki xüsusiyyətlərinə, soyuna, mübarizəsinə, yerinə yetirəcəyi fəaliyyətlərə aid əlamətlər görülmədiyi təqdirdə isə, bir adamın hz. Mehdi ola biləcəyindən bəhs edilə bilməyəcəyini ifadə etmişdir. Bu səbəbdən də, verdiyi bu məlumatlarla, hədislərdə bildirilən müjdələrin hələ reallaşmadığına və hz. Mehdinin keçmiş dövrlərdə gəlmiş bir şəxs olmadığına diqqət çəkmişdir.
Bədiüzzaman bu sözləriylə eyni zamanda, hz. Mehdinin mənəvi bir varlıq olmadığını, "BİR ŞƏXS" olaraq möminlərin başında olub, onlara öndərlik edəcəyini də açıqlamışdır. Belə ki:
1- Bədiüzzaman, daha əvvəl gələn Mehdilərin bir şəxs olduqlarını izah edib, ardından da Böyük Mehdi ilə aralarındakı fərqi açıqlamışdır. Demək ki, Böyük Mehdi də "BİR ŞƏXS"dir.
2- Əvvəlki Mehdilər ifadə edilən vəzifələri yerinə yetirə bilməmişlər. Amma bu vəzifələri Böyük Mehdi yerinə yetirəcək. Bu vəzifələrin edilə bilməsi isə, bir şəxsin var olmasını tələb edir. Demək ki, Böyük Mehdi də "BİR ŞƏXS" olacaq.
3- Böyük Mehdi, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində təsvir etdiyi sabiq Mehdilərə dair xüsusiyyətlərə uyğun gəlmir. Böyük Mehdi, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində müjdələdiyi Axırzaman Mehdisinin xüsusiyyətlərini daşıyacaq. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində, hz. Mehdinin bir şəxsi mənəvi olmadığı, fiziki xüsusiyyətləriylə, əxlaqıyla təsvir edilən bir şəxs olduğu əsrlərdir bütün İslam alimləri tərəfindən bilinən bir həqiqətdir. Bədiüzzaman da burada Böyük Mehdinin, hədislərdə izah edilən sabiq Mehdilərdən bu fərqinə diqqət çəkərək, yenə "BİR şəxs"dən bəhs etdiyini ifadə etmişdir.
Bu şərhlərdə bəhsi keçən "sabiq Mehdilərin" bir şəxs olduqları qəbul edilərkən, Bədiüzzamanın eyni şərhlərində yenə bir şəxs olacağını ifadə etdiyi "Böyük Mehdi"nin "bir şəxsi mənəvi" olacağı düşüncəsini qarşıya qoymaq əlbəttə ki, ziddiyyətlidir. Belə bir vəziyyətdə, rəvayətlərdə ifadə edilən Axırzaman Mehdisindən əvvəl gələn bütün Mehdilərin də bir şəxsi mənəvi olması lazım idi ki, belə bir vəziyyət olmamışdır. Bu səbəbdən də, belə bir yanaşma son dərəcə səhv və məntiqsizdir. Bədiüzzamanın da müjdələdiyi kimi, Peyğəmbərimiz (s.ə.v)-in rəvayətlərindəki xüsusiyyətlərə sahib olmasıyla tanınacaq olan Böyük Mehdi, Axırzamanda "BİR ŞƏXS" olaraq ortaya çıxacaq və Allahın icazəsiylə Bədiüzzamanın ifadə etdiyi üç vəzifəni bir arada şəxsən yerinə yetirəcək.
... HƏZRƏTİ İSA ƏLEYHİSSALAM, İSƏVİLİK ŞƏXSİ MƏNƏVİSİNİ TƏMSİL EDƏRƏK DİNSİZLİYİN ŞƏXSİ MƏNƏVİSİNİ TƏMSİL EDƏN DƏCCALI yox edər... (Məktubat, səh. 6)
Bədiüzzaman bu sözündə, hz. İsanın yer üzünə ikinci dəfə gələcəyini və Dəccalın fitnəsini fikirlə təsirsiz hala gətirəcəyini bildirir:
Bədiüzzaman bu sözündə, "HZ. İSANIN XRİSTİANLIĞIN ŞƏXSİ MƏNƏVİSİNİ TƏMSİL ETDİYİNİ" ifadə edir. Bədiüzzaman, tarix boyunca göndərilmiş bütün elçilər və peyğəmbərlər kimi, hz. İsanın da onu dəstəkləyən, ona inanan və onu izləyən kəslərdən meydana gələn bir şəxsi mənəvisi olacağını bildirir. Ancaq Bədiüzzaman "İSƏVİLİK ŞƏXSİ MƏNƏVİSİNİ TƏMSİL EDƏRƏK" sözləriylə, Allahın adətullahına (Allahın qanununa) uyğun olaraq "HZ. İSANIN DA BU ŞƏXSİ MƏNƏVİNİN BAŞINDA ŞƏXSƏN BİR HİDAYƏT ÖNDƏRİ OLACAĞINI" ifadə edir. Necə ki, bir şəxsi mənəvinin bir şəxsi mənəvini təmsil etməsi mümkün deyildir. Bir şəxsi mənəvinin meydana gələ bilməsi üçün, onun başında əvvəlcə "BİR ŞƏXSİN" var olması lazımdır. Bədiüzzaman da bu həqiqəti vurğulayaraq hz. İsanın bir şəxsi mənəvi olmadığını, öz şəxsi mənəvisinin başında olacağını və onlara şəxsən öndərlik edəcəyini açıqlayır.
Bədiüzzamanın ifadə etdiyi bu həqiqətlər bir-iki sual soruşulduğunda da asanlıqla aydın olur:
1- İsəvilik şəxsi mənəvisini bir adam təmsil edir. Bu kimdir?
Hz. İsa.
2- Hz. İsa kimi təmsil edir?
İsəvilik şəxsi mənəvisini.
Bu sualların cavabları Bədiüzzamanın hz. İsadan və şəxsi mənəvisindən ayrı anlayışlar olaraq bəhs etdiyini açıqca ortaya qoyur.
Bədiüzzaman eyni hz. İsa kimi Dəccalın da bir şəxsi mənəvisi olacağını ifadə edir. Ancaq Bədiüzzaman "DİNSİZLİYİN ŞƏXSİ MƏNƏVİSİNİ TƏMSİL EDƏN DƏCCALI" sözləriylə, Dəccalın da yenə "BİR ŞƏXS OLARAQ BU ŞƏXSİ MƏNƏVİNİN ŞƏXSƏN BAŞINDA OLACAĞINI" ifadə edir.
Bədiüzzaman əsərlərində, Peyğəmbərimiz (s.ə.v)-in Axırzamanda gələcəyini müjdələdiyi bütün adların bir şəxs olduqlarını müxtəlif dəlillərlə açıqlamışdır. Dəccal da bu Axırzaman şəxslərindən biridir. Bədiüzzaman Dəccalın bir şəxs olacağını nə qədər təfərrüatlı şəkildə açıqladısa, hz. İsa və hz. Mehdinin bir şəxs olacaqları mövzusunda da eyni açıqlıqda dəlillər ortaya qoymuşdur. Şübhəsiz ki, Bədiüzzamanın bu izahatlarından bir qismini fərqli şərh edib, hz. İsa və hz. Mehdinin bir şəxsi mənəvi, ancaq Dəccalın bir şəxs olacağını düşünmək çox səhv bir yanaşma olacaq. Çünki Bədiüzzaman Dəccal kimi, "Hz. İsa və hz. Mehdinin də BİR ŞƏXS OLARAQ gələcəklərini" israrla təkrarlamış və bunları dəlilləriylə birlikdə açıqlamışdır.
... Süfyan və Mehdi haqqındakı hədislərin ifadə etdikləri məna budur ki: Axırzamanda dinsizliyin iki cərəyanı (axını) qüvvət tapacaq: Biri: Nifaq pərdəsi altında (inkarçı olduğu halda müsəlman kimi görünərək) Risalət-i Əhmədiyyəni (S. Ə. V.) (Peyğəmbərimiz (s.ə.v)-in elçiliyini və yolunu) inkar edəcək SÜFYAN NAMINDA (adında) MÜDHİŞ BİR ŞƏXS əhli nifaqın (münafiq xarakterli kəslərin) başına keçəcək, Şəriət-i İslamiyənin (İslam dininin) təxribinə (yıxılmasına) çalışacaqdır. Ona qarşı AL-i BEYTİ NƏBƏVİNİN SİLSİLƏ-i NURANİSİNƏ (Peyğəmbərimiz (s.ə.v)-in nurani soyuna) BAĞLANAN ƏHLİ VƏLAYƏT (vəlilərin) VƏ ƏHLİ KAMALIN (kamil iman sahiblərinin) BAŞINA KEÇƏCƏK AL-i BEYTDƏN (Peyğəmbərimiz (s.ə.v)-in soyundan) MƏHƏMMƏD MEHDİ ADINDA BİR ŞƏXSİ NURANİ (nurlu bir şəxs) O SÜFYANIN ŞƏXSİ MƏNƏVİSİ OLAN CƏRƏYAN-I MÜNAFİQANƏNİ (münafiqlik axınını) YOX EDİB DAĞIDACAQDIR. (Məktubat, səh. 53)
Bədiüzzaman, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində, Axırzamanda inkarçı fəlsəfələrin yayılması üçün səy göstərəcək bir şəxs olduğu bildirilən Süfyandan bəhs edir. Bədiüzzaman Süfyanın fitnəsinin, hz. Mehdinin fikri mübarizəsi ilə ortadan qaldırılacağını xəbər verir:
Peyğəmbərimiz (s.ə.v)-in hədislərində bildirdiyi Axırzaman şəxslərindən biri də "Süfyan"dır. Hədislərdə, Süfyanın xüsusiyyətləri və icra edəcəyi mənfi fəaliyyətlər haqqında müxtəlif məlumatlar verilmişdir. Bədiüzzaman da, bu sözündə Süfyanın edəcəyi bu fəaliyyətlərdən bəhs edir, onun inkara əsaslanan mübarizəsinin hz. Mehdi vəsiləsiylə sona çatacağını bildirir. Bədiüzzaman, burada istifadə etdiyi "SÜFYAN ADINDA MÜDHİŞ BİR ŞƏXS" ifadəsiylə Süfyanın mənəvi bir varlıq deyil, "BİR ŞƏXS" olduğunu ifadə etmişdir. Peyğəmbərimiz (s.ə.v) də hədislərində Süfyanın fiziki görünüşü, qüsurları və xəstəlikləri haqqında məlumat verərək, Süfyanın bir şəxs olduğunu çox açıq bir şəkildə izah etmişdir.
Eyni vəziyyət hz. İsa və hz. Mehdi üçün də məqbuldur. Həm Peyğəmbərimiz (s.ə.v)-in hədislərində, həm də Bədiüzzamanın əsərlərində hz. İsa və hz. Mehdinin fiziki xüsusiyyətləri, mübarizələri, fəaliyyətləri kimi mövzularda çox təfərrüatlı məlumatlar verilmişdir. Belə bir vəziyyətdə, Süfyanın bir şəxs olacağını qəbul edib, hz. İsa və ya hz. Mehdinin bir şəxs olaraq ortaya çıxacaqlarını qəbul etməmək ağla və məntiqə uyğun deyil. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində bildirilən bütün Axırzaman şəxsləri "bir fərd" olaraq ortaya çıxacaqlar və onların vəsiləsiylə Axırzamanda insanlıq çox böyük hadisələrə şahidlik edəcək. Hz. Mehdi, Süfyanın İslam aləmində etdiyi mənəvi təxribatı şəxsən ortadan qaldıracaq, İslam əxlaqının və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinin yenidən canlanmasını və dünya səviyyəsində yayılmasını təmin edəcək. Bədiüzzaman da bu sözündə bu həqiqəti dilə gətirmiş, "SÜFYAN ADINDA MÜDHİŞ BİR ŞƏXS" olaraq bəhs etdiyi Süfyanın, yenə "BİR ŞƏXS olduğunu bildirdiyi hz. Mehdi vəsiləsiylə fikirlə təsirsiz hala gətiriləcəyini" bildirmişdir.
Bədiüzzaman "AL-i BEYTİ NƏBƏVİNİN SİLSİLƏ-i NURANİSİNƏ BAĞLANAN" sözləriylə "Hz. Mehdinin, Peyğəmbərimiz (s.ə.v)-in soyundan olan mübarək BİR ŞƏXS olduğunu" bildirir. Bir şəxsi mənəvinin müəyyən bir soyunun olması ağla və məntiqə heç bir şəkildə uyğun deyil. Ancaq bir insanın peyğəmbər soyundan gələcəyindən bəhs edilə bilər. Bədiüzzaman da bu sözüylə bu həqiqəti bir dəfə daha vurğulayaraq hz. Mehdinin bir şəxsi mənəvi olmadığını, Peyğəmbərimiz (s.ə.v)-in soyundan olan "BİR ŞƏXS" olduğunu ifadə edir.
Bədiüzzaman, "ƏHL-i VƏLAYƏT (VƏLİLƏRİN) VƏ ƏHL-i KƏMALIN (KAMİL İMAN SAHİBLƏRİNİN) BAŞINA KEÇƏCƏK" sözləriylə, hz. Mehdinin ortaya çıxdığında, alimlərin liderliyini boynuna götürəcəyini xəbər verir. Hz. Mehdi, Allahın bir çox elm və hikmətlə nemətləndirdiyi, çox üstün əxlaqlı mübarək bir şəxsdir. Hz. Mehdinin əxlaqının və imanının üstünlüyü bir çox hədisdə təfərrüatlı olaraq təsvir edilir. Bu müqəddəs şəxs, ortaya çıxdığında həm dövrünün mücəddidi (hər əsrin əvvəlində dini həqiqətləri dövrün ehtiyacına görə dərs vermək üzrə göndərilən böyük İslam alimi, yeniləyici), həm də müctəhidi (ehtiyac meydana olduğunda ayələrdən hökm çıxaran böyük İslam alimi və öndəri) olacaq, dini Peyğəmbərimiz (s.ə.v) dövründəki əvvəlki halına çevirəcək. Bu üstün xüsusiyyətləri səbəbiylə, özü bütün alimlərin öndəri mövqeyində olacaq. Şübhəsiz ki, bir şəxsi mənəvinin alimlərdən, vəlilərdən və kamil iman sahiblərindən ibarət olan bir birliyin lideri xüsusiyyətini daşıması mümkün deyil. Ancaq bir insan, belə bir liderlik vəzifəsini boynuna götürə bilər. Bədiüzzaman da bu sözləriylə, bu həqiqəti dilə gətirmiş, hz. Mehdinin şəxsən mömin birliyinin lideri xüsusiyyətini daşıyacaq üstün xüsusiyyətli "BİR ŞƏXS" olduğunu ifadə etmişdir.
Bədiüzzaman, bu ifadəsiylə, hz. Mehdi haqqında bir neçə əhəmiyyətli məlumatı birdən verir. Əvvəlcə, Bədiüzzaman "AL-i BEYTDƏN" ifadəsiylə bir dəfə daha hz. Mehdinin "PEYĞƏMBƏRİMİZ (s.ə.v)-IN SOYUNDAN GƏLƏN BİR ŞƏXS OLDUĞUNU" ifadə etmişdir.
Bununla yanaşı "MƏHƏMMƏD MEHDİ ADLI" sözləriylə, hz. Mehdinin adı haqqında da məlumat vermişdir. Bədiüzzaman, Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə əsaslanaraq verdiyi bu məlumatla, hz. Mehdinin bir şəxsi mənəvi olmadığını, "ADI İLƏ MÜJDƏLƏNİLMİŞ BİR ŞƏXS OLDUĞUNU" ifadə etmişdir.
Bədiüzzaman "BİR ŞƏXSİ NURANİ" ifadəsiylə isə, hz. Mehdinin "NURANİ BİR ŞƏXS" olduğunu bildirir. Əgər Bədiüzzaman, hz. Mehdinin bir şəxsi mənəvi olduğunu vurğulamaq istəsəydi, burada "bir şəxsi nuranidən" deyil, "şəxsi mənəvi nuranidən" bəhs edərdi. Ancaq Bədiüzzaman belə bir şey söyləməmiş, "bir şəxsi nurani" demişdir. Ayrıca, burada istifadə edilən "BİR" sözü də bu mövzunu bir başqa baxımdan daha açıqlayır, hz. Mehdinin "TƏK BİR ŞƏXS" olduğunu ifadə edir. "ŞƏXS" sözü də yenə "birlik" ifadə edən bir başqa şəxs ifadəsidir. Bədiüzzaman burada, "iki şəxs", "üç şəxs" ya da "bəziləri" ifadəsini istifadə etməmiş, hz. Mehdinin açıqca "tək bir şəxs" olduğunu ifadə etmişdir.
Bu, eyni zamanda da, Bədiüzzamanın kitabın əvvəlindən bu yana hz. Mehdi üçün "8-ci dəfə" istifadə etdiyi "şəxs" ifadəsidir. Çox açıqdır ki, Bədiüzzaman, hz. Mehdidən bir şəxsi mənəvi ya da bir birlik olaraq bəhs etmir. Adını, soyunu və nurlu bir kimsə olduğunu xəbər verərək, hz. Mehdinin müqəddəs "BİR ŞƏXS", "BİR ADAM" olduğunu dəfələrlə təkrarlayır.
Axırzamanın ən böyük fəsadı zamanında, əlbəttə, ƏN BÖYÜK BİR MÜCTƏHİD (ehtiyac olduğunda ayələrdən hökm çıxaran böyük İslam alimi), həm ƏN BÖYÜK BİR MÜCƏDDİD (hər əsrin əvvəlində dini həqiqətləri dövrün ehtiyacına görə dərs vermək üzrə göndərilən böyük İslam alimi, yeniləyən, yeniləyici), həm HAKİM, həm MEHDİ, həm MÜRŞİD (doğru yolu göstərən adam), həm QÜTBÜ ƏZƏM (Müsəlmanların ona bağlandıqları böyük övliyalardan, zamanın ən böyük mürşidi) olaraq BİR ŞƏXSİ NURANİNİ (nurlu bir şəxsi) GÖNDƏRƏCƏK və O ŞƏXS də, ƏHL-i BEYTİ NƏBƏVİDƏN (Peyğəmbərimiz (s.ə.v)-in soyundan) OLACAQ. Cənabı Haqq bir dəqiqə ərzində beyn-əs səma vəl-ərz aləmini (yer ilə göy arasındakı aləmi) buludlarla doldurub boşaltdığı kimi bir saniyədə dənizin fırtınalarına təskinlik verər (dindirər) və bahar içində bir saatda yaz mövsümünün örnəyini (nümunəsini) və yayda bir saatda qış fırtınasını icad edən QADİR-i ZÜLCƏLAL (hər şeyə müqtədir olan Uca Allah) HZ. MEHDİ İLƏ DƏ, ALƏMİ İSLAMIN (İslam aləminin) ZULÜMATINI (zülm dövrünü, qaranlığını) DAĞIDA BİLƏR. VƏ VƏD ETMİŞDİR, VƏDİNİ ƏLBƏTTƏ EDƏCƏK. (Məktubat, səh. 411-412)
Bədiüzzaman Axırzaman əlamətlərinin şiddətləndiyi dövrdə Allahın insanların qurtuluşuna vəsilə olması üçün Peyğəmbərimiz (s.ə.v)-in soyundan nurani bir şəxs olan hz. Mehdini göndərəcəyini bildirmiş və bu müqəddəs şəxsi keçmiş dövrlərdəki mücəddidlərdən ayıran xüsusiyyətləri izah etmişdir:
Peyğəmbərimiz (s.ə.v) hədislərində hər əsrin əvvəllərində insanlara din əxlaqını və hökmlərini izah edən, dövrün ehtiyaclarına görə şərhlər edən bir mücəddid göndəriləcəyini bildirmişdir. Məsələn, İmamı Rəbbani 1000-ci hicri ilin mücəddididir. Mövlana Xalidi Bağdadi hicri 1193 (Miladi 1779-cu) ildə doğulmuş, hicri 1242-ci ildə (Miladi 1827) vəfat etmişdir. Bu səbəbdən, bu mübarək insan ittifaqla hicri 12-ci və 13-cü əsrlər arasındakı mücəddiddir. Bədiüzzaman Səid Nursi isə Mövlana Xalidi Bağdadidən tam 100 il sonra, hicri 1293 (Miladi 1878-ci) ildə doğulmuşdur. Vəfatı isə hicri 1379-cu (Miladi 1960) ildir. Bədiüzzaman da hicri 12-ci əsrin mücəddidi Mövlana Xaliddən tam yüz il sonra nəşr olunan Risalə-i Nurun müəllifi olması səbəbiylə özünün də 13-cü və 14-cü əsrlər arasındakı mücəddid olduğunu ifadə etmişdir.
Bədiüzzaman, hz. Mehdinin isə özündən sonra gələcəyini -tarix verərək- bildirmiş, hicri 14-cü və 15-ci əsrlər arasındakı "mücəddid"in hz. Mehdi olacağını müjdələmişdir. Bədiüzzaman bu sözündə də, hz. Mehdi üçün "ƏN BÖYÜK MÜCƏDDİD VƏ ƏN BÖYÜK MÜCTƏHİD" sifətlərini istifadə edir. "MÜCƏDDİD" dini həqiqətləri dövrün ehtiyaclarına görə açıqlayan, "MÜCTƏHİD" də ehtiyac olduğunda ayələrdən hökm çıxaran böyük İslam alimi və öndəridir. Bu xüsusiyyətdəki böyük şəxslər, İslam cəmiyyətlərinə nümunə olmuş, yol göstərmiş, zamanın qütbü olmuş öndərlərdir. Bu öndərlərdən kimi içtihat etmə (hökmləri üsuluna uyğun olaraq Quran və hədislərdən istifadə ilə ortaya qoyma) və hökm vermə xüsusiyyətlərindən ötəri "məzhəb öndərləri" olmuşlar; Müsəlmanlar da onlara tabe olmuşlar.
İmam Hənəfi, İmam Şafi, İmam Hənbəli, İmam Maliki bu öndərlərdən olub, 4 məzhəbin qurucularıdır. Bütün əhl-i sünnə onların verdiyi hökmlərlə əməl edir. Bədiüzzaman bu "müctəhid və mücəddid"lərin ən böyüklərinin isə hz. Mehdi olacağını ifadə etmişdir. Bu da hz. Mehdinin içtihat etmə (hökmləri üsuluna uyğun olaraq Quran və hədislərdən istifadə ilə ortaya qoyma) və hökm verməyə ən səlahiyyətli adam olaraq, onun da "bütün məzhəbləri qaldıracağını" göstərir. Çünki ən böyük məzhəb imamı olduğuna görə onsuz da bütün digər məzhəbləri qaldırması lazımdır. Zamanında hər kəsin ona tabe olmasının bildirilmiş olması da bunu təsdiqləyir.
Bədiüzzaman hz. Mehdinin "ən böyük mücəddid və müctəhid" olduğunu söyləyərək onun bütün məzhəblərin üstündə olacağını ifadə etmişdir. Keçmişdən indiyə qədər bir çox İslam alimi əsərlərində bu mövzuya toxunmuşlar. İslam tarixinin ən böyük alimlərindən biri olan Muhyiddin Ərəbi isə "Fütühat-ül Mekkiye" adlı əsərində bu mövzuda belə məlumat vermişdir:
... MEHDİ, DİNİ PEYĞƏMBƏRiN ZAMANINDA OLDUĞU KİMİ EYNİLƏ TƏTBİQ EDƏCƏK. YER ÜZÜNDƏ MƏZHƏBLƏRİ QALDIRACAQ. XALİS HƏQİQİ DİNDƏN BAŞQA HEÇ BİR MƏZHƏB QALMAYACAQ. (Muhammed B. Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, səh. 186-187)
Hüseyn Hilmi İşıq isə, Səadəti Əbədiyə adlı əsərində hz. Mehdinin bu xüsusiyyətini belə xəbər vermişdir:
HƏZRƏTİ MEHDİ, AXIRZAMANDA DÜNYAYA GƏLƏCƏKDİR. Rəsullulah Əfəndimiz (s.ə.v)-in soyundan olacaq. İsa Əleyhissalamla görüşəcək, MƏZHƏBLƏRİ QALDIRACAQ, TƏK ONUN MƏZHƏBİ QALACAQ. (H. Hilmi Işık, Saadeti Ebediye, səh. 35)
Bədiüzzaman Səid Nursi bilindiyi kimi Şafi məzhəbindəndir. Bir məzhəb sahibi deyil və bir başqa məzhəb qurucusuna tabe olmuşdur; İmam Şafini imamı olaraq qəbul etmişdir. Bədiüzzaman bu mövzunu əsərlərində belə ifadə etmişdir:
"... həm xüsusi Şafiicə ibadətimə." (Büyük Tarihçe-i Hayat, səh. 202)
"Tək bu qədər var. Mən Şafiiyəm..." (Büyük Tarihçe-i Hayat, səh. 206)
"Hətta Şafii məzhəbində olduğu üçün..." (Emirdağ Lahikası, səh. 573)
Halbuki, hz. Mehdi bütün məzhəbləri qaldıracaq və bütün məzhəblərin üzərində olacaq. Bir məzhəbə bağlı olan Bədiüzzaman da, bu xüsusiyyətin hz. Mehdiyə aid olacağını ifadə edərək özünün hz. Mehdi olmadığını açıqlamışdır.
Ayrıca, Bədiüzzaman bu sözüylə, hz. Mehdinin bir şəxs olduğunu bir dəfə daha çox açıq dəlillər verərək ortaya qoymuşdur. Bədiüzzaman hz. Mehdinin eyni zamanda həm "BİR MÜCƏDDİD", həm də "BİR MÜCTƏHİD" olacağını söyləmişdir. Hz. Mehdinin bu sifətlərinə uyğun olaraq "dini dövrün ehtiyaclarına görə açıqlaya bilməsi və ehtiyac olduğunda ayələrdən hökm çıxara bilməsi, bir İslam alimi və öndəri ola bilməsi" üçün çox açıqdır ki, "BİR İNSAN" olması lazımdır. Bir şəxsi mənəvinin "şərh edə bilməsi, hökm çıxara bilməsi ya bir İslam alimi və öndəri ola bilməsi" mümkün deyil. Bədiüzzaman da bu xüsusiyyətlərini vurğulayaraq "HZ. MEHDİNIN BİR ŞƏXS OLDUĞUNU" ifadə etmişdir.
Bütün elçilər və peyğəmbərlər kimi, Peyğəmbərimiz (s.ə.v)-dən sonra gələn və İslam tarixində yer alan heç bir mücəddid və ya müctəhid bir şəxsi mənəvi olaraq göndərilməmişdir. Allahın Quranda bildirdiyi adətullahına uyğun olaraq bütün mücəddidlər, insanları xəbərdar edib qorxudacaq, onları Allahın razılığı, rəhməti və cənnətiylə müjdələyə biləcək, onlara doğrunu səhvdən ayıran, hidayət rəhbəri ola biləcək "BİR İNSAN" olaraq gəlmişlər. Məsələn, Mövlana Xalidi Bağdadi və Bədiüzzaman kimi mücəddidlər yaşadıqları əsrlərdə bir şəxs olaraq gəlmiş böyük İslam alimləridir. Bədiüzzamanın da diqqət çəkdiyi kimi, 1400 ildir həyəcanla gözlənilən hz. Mehdi də Allahın icazəsiylə bu adətullaha uyğun olaraq mücəddid və müctəhid sifətlərini daşıya biləcək "BİR ŞƏXS" olaraq gələcəkdir.
Bədiüzzamanın istifadə etdiyi "HAKİM" sözünün lüğətdəki mənası, "Haqlı və haqsızı ayırıb ədalət üzrə hökm edən, idarə edən"dir. Bədiüzzaman əsərlərində hz. Mehdinin yerinə yetirəcəyi vəzifələrindən bəhs etmiş, hal-hazırda dağınıq halda olan bütün İslam dünyasını birləşdirib bu birliyin liderliyini boynuna götürmənin də hz. Mehdinin bu vəzifələrindən biri olduğunu ifadə etmişdir. Bədiüzzaman hz. Mehdinin, burada ifadə etdiyi "hakim"lik sifətini istifadə edərək, bütün İslam aləminin başında olacağını və müsəlmanların məsələlərinə həll gətirəcəyini bildirmişdir. Buna görə, hz. Mehdi qərar mexanizminin başında olacaq, onun ədalətli hökmləri və istiqamətləndirməsiylə İslam dünyası idarə ediləcək. Belə bir inkişaf bu ana qədər reallaşmamışdır. Necə ki, Bədiüzzaman da bu həqiqəti xatırladaraq hz. Mehdinin hələ gəlmədiyini dilə gətirmiş; ortaya çıxdığında hz. Mehdinin bu "HAKİMLİK XÜSUSİYYƏTİNİ DAŞIMASIYLA TANINA BİLƏCƏYİNƏ" diqqət çəkmişdir.
Bununla yanaşı, Bədiüzzaman bu sözüylə, hz. Mehdinin bir şəxsi mənəvi olmadığı mövzusuna da qəti ifadələrlə açıqlıq gətirmişdir. Bir şəxsi mənəvinin "hakimlik" sifətini daşıması, müsəlmanların liderliyini boynuna götürərək ədalət mövzusunda hökm verə bilməsi, bir birliyi idarə edə bilməsi heç şübhə yox ki, qeyri-mümkündür. Bütün bunlar ancaq bir insanın sahib ola biləcəyi xüsusiyyətlərdir. Yenə bunlar ancaq imanla, ağıl, mühakimə və vicdan istifadə edərək yerinə yetirilə biləcək məsuliyyətlərdir. Bir şəxsi mənəvinin isə bu xüsusiyyətlərin heç birinə sahib olmadığı, bu səbəbdən də hakim xüsusiyyətiylə müsəlmanları idarə edə bilməyəcəyi son dərəcə açıq bir həqiqətdir. Bədiüzzaman da sözlərində, bu həqiqəti açıqca ifadə etmiş, hz. Mehdinin "BİR ŞƏXS" olduğunu açıqlamışdır.
Bədiüzzaman Rəbbimizin, Axırzamanın ən çətin mühitində, bütün insanların qurtuluşuna vəsilə olması üçün göndərəcəyi mübarək şəxsin ayrıca "MEHDİ" xüsusiyyətini də daşıyacağını bildirmişdir. "MEHDİ" sözü, "HİDAYƏTƏ ÇATAN, HİDAYƏTƏ VƏSİLƏ OLAN VƏ HİDAYƏTƏ YÖNƏLDƏN" mənalarındadır. Mehdi sifəti, xüsusi bir lütf olaraq Allahın hidayətinə məzhər olan və Allahın özünə yol göstərdiyi adamı təyin edir. Axırzamanda gələcək olan hz. Mehdi də adını bu xüsusiyyətindən alır. Bir şəxsi mənəvinin "Mehdi xüsusiyyətini daşıması" isə heç bir şəkildə mümkün deyil. Allahdan bir lütf olaraq verilən "HİDAYƏT TAPMA" xüsusiyyətinin "BİR İNSANI" təyin etdiyi çox açıqdır. Bir şəxsi mənəvinin "hidayət tapma" və "insanların hidayətlərinə vəsilə olma" xüsusiyyətləri ola bilməz. Bədiüzzaman da burada, bu həqiqəti vurğulamış, hz. Mehdinin "MEHDİ" xüsusiyyətini ifadə edərək, onun "BİR ŞƏXS" olduğunu bir dəfə daha vurğulamışdır.
Bədiüzzaman hz. Mehdinin xüsusiyyətlərindən bəzilərini saydığı bu sözündə onun eyni zamanda həm "MÜRŞİD", həm də "QÜTBÜ ƏZƏM" olacağını bildirmişdir. "MÜRŞİD" sözü "DOĞRU YOLU GÖSTƏRƏN KİMSƏ" mənasını verir. "QÜTBÜ ƏZƏM" ifadəsi isə "MÜSƏLMANLARIN ÖZÜNƏ BAĞLANDIQLARI BÖYÜK ÖVLİYALARDAN, ZAMANIN ƏN BÖYÜK MÜRŞİDİ" mənasındadır. Bədiüzzaman bu sözünün əvvəlindəki "Axırzamanın ən böyük fəsadı zamanında" ifadəsiylə, hz. Mehdinin dünyanın bəlkə də ən böhranlı dövrəsi olan Axırzamanda, dünya səviyyəsində edəcəyi işlərlə, imandan və doğru yoldan, din əxlaqından uzaqlaşmış insanlığı qəflətdən oyandırıb hidayətə yönəldəcəyini bildirmişdir. Hz. Mehdi, müsəlmanların özünə bağlandığı, zamanın ən böyük yol göstəricisi olacaq.
Bədiüzzamanın bu sözündə istifadə etdiyi yuxarıdakı xüsusiyyətlər, mənalarından da aydın olacağı kimi "TƏK BİR adam"a aid olacaq xüsusiyyətlərdir. Bir şəxsi mənəvinin "mürşid" və "qütbü əzəm" olması düşünülə bilməz. Bədiüzzaman açıq şəkildə, hz. Mehdinin yaşadığı dövrdə "bütün müsəlmanların özünə bağlandığı ən böyük övliyalardan, zamanının doğru yolu göstərən ən böyük mürşidi olan BİR ŞƏXS" olacağını ifadə etmişdir.
Bədiüzzaman burada, hz. Mehdinin "BİR ŞƏXSİ NURANİ" olduğundan bəhs edir. Əgər Bədiüzzaman, hz. Mehdinin bir şəxsi mənəvi olduğunu vurğulamaq istəsəydi, burada "bir şəxsi nuranidən" deyil, "bir şəxsi mənəvi nuranidən" bəhs edərdi. Ancaq çox açıq olaraq, hz. Mehdi üçün "BİR ŞƏXS" ifadəsini istifadə etmişdir. Həmçinin, "NURANİ" sözüylə də bu mübarək şəxsin bir xüsusiyyətini də vurğulamış, onun "NURLU BİR ŞƏXS" olduğunu ifadə etmişdir. Bir şəxsi mənəvinin "NURLU" olmasından söz edə bilmək mümkün deyil. Bu bir insanda görülə biləcək bir xüsusiyyətdir. Bədiüzzaman da bütün bu vurğuları və şərhləriylə hz. Mehdinin bir şəxsi mənəvi olmadığını, mübarək "BİR İNSAN" olduğunu açıq şəkildə ifadə etmişdir.
Həmçinin, Bədiüzzaman burada "iki şəxs" ya da "üç şəxs" kimi ifadələrə yer verməmiş, istifadə etdiyi "BİR ŞƏXSİ NURANİ" ifadəsiylə, hz. Mehdinin yalnız "TƏK BİR ŞƏXS" olduğunu da ifadə etmişdir.
Bu sözlərdəki "ŞƏXS" sözü həmçinin, Bədiüzzamanın kitabın əvvəlindən bəri yer alan sözlərində "9-CU DƏFƏ" istifadə edilmişdir. Bədiüzzamanın 9 dəfə üst-üstə hz. Mehdidən "ŞƏXS" sözüylə bəhs etməsi, hz. Mehdinin mənəvi bir şəxs olduğu istiqamətindəki hər cür düşüncəni qəti olaraq etibarsız edir.
Bədiüzzaman burada da, "O ŞƏXS" sözünü istifadə edərək, hz. Mehdinin "BİR ŞƏXS" olduğunu bir dəfə daha etinayla vurğulamışdır. Bədiüzzaman burada, hz. Mehdi üçün "O" əvəzliyini "14-CÜ DƏFƏ", "ŞƏXS" sözünü isə "10-cu DƏFƏ" istifadə etmişdir. Bədiüzzamanın təkidlə yer verdiyi bu təkrarlar və vurğular, bu izahatların heç birinin bir təvafüq olmadığını, Bədiüzzamanın bu mövzudakı qənaətinin çox qəti olduğunu ortaya qoyur. Bədiüzzaman açıq şəkildə, hz. Mehdinin "BİR ŞƏXS" olduğunu ifadə edir və bütün inananları bu mövzuda ən doğru şəkildə məlumatlandırır.
Bədiüzzaman bu sözüylə də, hz. Mehdinin "BİR ŞƏXS" olduğunu bir başqa əhəmiyyətli dəlili xatırladaraq yenidən açıqlayır. Bədiüzzaman "HZ. MEHDİNİN PEYĞƏMBƏRİMİZ (s.ə.v)-IN SOYUNDAN GƏLƏN BİR ŞƏXS OLACAĞINI" ifadə edir. Bədiüzzaman əsərlərində bu mövzunu da çox sıx olaraq vurğulayır. Bədiüzzaman bir şəxsi mənəvinin, peyğəmbər soyundan gələ bilməyəcəyini şübhəsiz ki, çox yaxşı bilir. Bu xüsusiyyətini xatırladaraq, hz. Mehdinin mübarək bir soydan gələn "BİR İNSAN" olacağını ifadə edir. Bununla yanaşı, Bədiüzzaman risalələrdə bir neçə dəfə özünün Peyğəmbərimiz (s.ə.v)-in soyundan olmadığını ifadə etmiş və hz. Mehdi gəldiyində, digər mücəddidlərdən bu xüsusiyyətiylə ayırd edilə biləcəyinə diqqət çəkmişdir.
Bədiüzzamanın əsərlərində istifadə etdiyi "şəxsi mənəvi" anlayışı mövzusundakı səhv başa düşülməyə açıqlıq qazandıran bu izahlara daha bir çox nümunə vermək mümkündür. Ancaq bunlardan yalnız bir neçəsi belə, hz. İsanın və hz. Mehdinin Axırzamanda bərabərlərindəki mömin birliklərinin şəxsi mənəvisi ilə birlikdə, onlara öndərlik edərək zühur edəcəklərinin başa düşülməsi üçün kifayətdir.
Bədiüzzaman bütün bu sözlərində "Hz. İsa və camaatının şəxsi mənəvisi" və "Hz. Mehdi və onun camaatının şəxsi mənəvisi" olaraq iki ayrı anlayışdan bəhs edir. Bu, "ikisinin bir yerə gəlməsindən şəxsi mənəvi anlayışının meydana gəldiyini", ancaq bu mübarək və müqəddəs şəxslərin şəxsi mənəviləriylə birlikdə, şəxsən bərabərlərindəki möminlərə öndərlik edəcəklərini açıqlayır. Ustad, hz. Mehdinin, özündən əvvəl gəlib-keçmiş xəlifələr, əmirlər, hökmdarlar kimi cismani bir şəxs olacağını və Rəsulullah (s.ə.v)-in soyundan gələcək bir şəxs olaraq zühur edəcəyini sözlərində bir neçə dəfə açıq şəkildə ifadə etmişdir.
Bura qədər izah edilənlərdən aydın olduğu kimi, "şəxsi mənəvi" anlayışını, onun öndəri olan, başındakı şəxsdən ayrı, müstəqil və azad qiymətləndirmək böyük bir səhv olar. Quranda bəhsi keçən bütün mömin birliklərinin başında bir elçi ya da bir komandir olmuşdur. Axırzamanda da Quran əxlaqının bütün yer üzünə hakim olması kimi dünya tarixinin çox müstəsna bir dövründə möminlərin başsız, özbaşına bir birlik olaraq qalmaları Quranda bildirilən adətullaha uyğun deyil (ən doğrusunu Allah bilir).
Hz. İsa Axırzamanda yer üzünə gələcək, möminlərə öndərlik edəcək və hz. Mehdi ilə birlikdə İslamın nurunun bütün insanları işıqlandırmasına vəsilə olacaqlar. Hz. Mehdi də bir şəxsi mənəvi olaraq deyil, şəxsən gəlib Axırzamanda müsəlmanların başına keçəcək, onları Allahın icazəsiylə içinə düşdükləri sıxıntı və çətinliklərdən qurtarıb, dinclik, ədalət, nemət və bolluğa qovuşduracaq.