Böyük İslam mütəfəkkiri Bədiüzzaman Səid Nursi əsərlərində, əsrlərdir bütün İslam aləminin gözlədiyi hz. Mehdinin gəlişi haqqında Peyğəmbərimiz (s.ə.v)-in hədisləri əsasında təfərrüatlı şərhlər vermişdir. Bədiüzzaman hədislərdə verilən bu məlumatlara əsaslanaraq, Axırzamanda gələcək olan hz. Mehdinin üç ayrı sahədə birdən Mehdilik edəcəyini yəni, həm "SIYASƏT MEHDİSİ", həm "SƏLTƏNƏT MEHDİSİ", həm də "DİYANƏT MEHDİSİ" olacağını ifadə etmişdir. Bədiüzzamanın, hz. Mehdinin bu əhəmiyyətli xüsusiyyətini açıqladığı sözlərindən biri belədir:
"Böyük Mehdinin çox vəzifələri var. VƏ SİYASƏT ALƏMİNDƏ, DİYANƏT ALƏMİNDƏ, SƏLTƏNƏT ALƏMİNDƏ, MÜBARİZƏ ALƏMİNDƏ çox dairədə işləri olduğu kimi..." (Şualar, səh. 590)
Bədiüzzamana görə, hz. Mehdi, Mehdilik vəzifəsini yalnız tək bir sahədə reallaşdırmayacaq, dörd ayrı sahədə birdən böyük və əhəmiyyətli fəaliyyətləri olacaq".
Ancaq Əmirdağ Lahiqəsinə aid nəşr olunmamış bir məktubunda, Bədiüzzamanın "Hərçənd həqiqət nöqtəsində Axırzamanda gələcək böyük hz. Mehdi siyasəti tam dindar isəvilərə buraxıb tək İslamiyyət həqiqətlərini isbata, izhara, icraya çalışar..." şəklində bir sözü yer alır. Bədiüzzamanın bu sözüylə nəyi nəzərdə tutmuş olduğu isə, müxtəlif çevrələr tərəfindən mübahisə mövzusudur. Bədiüzzamanın bu sözlərinə əsaslanaraq, "Hz. Mehdinin yalnız iman həqiqətləri istiqamətində bir iş görəcəyi; ancaq siyasət və səltənət sahələrində hər hansı bir vəzifə boynuna götürməyəcəyi" şəklində şərhlər qarşıya qoyulur.
Ancaq bu düşüncə, Bədiüzzamanın risalələrdə yüzlərlə səhifə boyunca izah etdiyi məlumatlarla tamamilə ziddiyyət təşkil edir. Çünki Bədiüzzaman əsərlərində, hz. Mehdinin yerinə yetirəcəyi üç böyük vəzifə haqqında geniş məlumat vermiş və hz. Mehdinin "diyanət, siyasət, səltənət və mübarizə sahələrində Mehdilik vəzifəsini nə şəkildə yerinə yetirəcəyini" təfərrüatlı olaraq izah etmişdir. Bu sözlərində, hz. Mehdinin "İslam əxlaqını bütün dünyaya hakim edəcəyini, müsəlmanların mənəvi liderliyini boynuna götürərək İslam Birliyini təmin edəcəyini, xristian dünyasıyla ittifaq edəcəyini" təfərrüatlı olaraq açıqlamışdır. Bədiüzzamanın bütün bu izahları heç bir mübahisə ya da şərhə yer verməyəcək qədər açıqdır.
Çox açıqdır ki, əgər Bədiüzzaman, hz. Mehdinin yalnız iman həqiqətləri istiqamətində bir xidmət edib, siyasət ya da səltənət sahələrində vəzifə yerinə yetirməyəcəyini düşünsəydi, risalələrdə belə bir şərhə yer verməz, hz. Mehdinin bu istiqamətdəki vəzifələrini Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə əsaslanaraq bu qədər uzun və təfərrüatlı olaraq izah etməzdi. Çünki Bədiüzzaman kimi dərin imanlı böyük bir mücəddidin, əsərlərində, düşündüyü və inandığı şeylərin tam əksinə şərhlər etməsi heç bir şəkildə mümkün deyil. Açıqdır ki, ortada bir səhv anlama vardır və Bədiüzzamanın bu məktubundakı sözlərinin səhv şəkillərdə şərh olunmasından bəhs edilir. Bu vəziyyət, Bədiüzzamanın bəhsi keçən məktubunu risalələrə əlavə etməməsinin hikmətlərini də açıq şəkildə ortaya qoyur. Bədiüzzaman da bu mövzunu şübhəli gördüyü, qarışdırıcı ola biləcəyini və səhv başa düşüləcəyini düşündüyü üçün bəhsi keçən məktubunu risalələrə əlavə etdirməmişdir. Necə ki, bu da Bədiüzzamanın bir kəramətidir. Bədiüzzamanın narahat olduğu vəziyyət reallaşmış və edilən bu şərh səhvi, Bədiüzzamanın sözlərinin səhv başa düşülməsinə səbəb olmuşdur. Bu səbəblə, bu mövzunun açıqlığa qovuşdurulmasında və Bədiüzzamanın bu sözlərlə həqiqətdə nəyi nəzərdə tutmuş olduğunun ortaya qoyulmasında fayda vardır.
Bədiüzzamanın, hz. Mehdinin siyasət sahəsindəki vəzifəsinə bağlı sözlərinin daha yaxşı aydın ola bilməsi üçün əvvəlcə, Bədiüzzamanın "siyasət" anlayışını nə mənada istifadə etdiyinin və "Hz. Mehdinin siyasət sahəsində yerinə yetirəcəyi işlər" ifadələriylə nəyi nəzərdə tutduğunun tam olaraq açıqlanması lazımdır.
Bədiüzzaman əsərlərində "iki ayrı siyasət anlayışı"ndan bəhs edir. Bunlardan birincisi, Bədiüzzamanın da həyatı boyunca uzaq dayandığını bildirdiyi "dünya siyasəti"dir. Bədiüzzaman əsərlərində bu həqiqəti bir neçə dəfə dilə gətirmişdir. Bədiüzzamanın bu mövzudakı sözlərindən bəziləri belədir:
Həm iman və həqiqət nöqtəsində bu növ maraqların böyük zərərləri var. Çünki qəflət verəcək və dünyaya boğduracaq və həqiqi vəzifə-i insaniyyəti (insanın həqiqi vəzifəsini) və axirəti unutduracaq olan ən geniş dairə isə, siyasət dairəsidir. (Emirdağ Lahikası, səh. 46)
Bədiüzzamanın burada "şeytandan və siyasətdən Allaha sığınaram" sözləriylə bəhs etdiyi "Quran xarici bir siyasət anlayışı"dır. Necə ki, Allaha sığındığını söyləməsi bu həqiqəti açıqca ortaya qoyur.
Bədiüzzaman əsərlərində, hz. Mehdinin də bu mənada bir siyasət ilə maraqlanmayacağını bildirir. Ancaq Bədiüzzaman "... VƏ SİYASƏT ALƏMİNDƏ, DİYANƏT ALƏMİNDƏ, SƏLTƏNƏT ALƏMİNDƏ, MÜBARİZƏ ALƏMİNDƏ çox dairədə işləri olduğu kimi..." (Şualar, səh. 590) sözləriylə də, hz. Mehdinin siyasət aləmində əhəmiyyətli vəzifələr boynuna götürəcəyini ifadə edir. Bədiüzzamanın burada istifadə etdiyi siyasət anlayışıyla nəzərdə tutduğu məna, Bədiüzzamanın özünün də Allaha sığındığını ifadə etdiyi siyasət anlayışından çox fərqlidir. Bədiüzzaman hz. Mehdinin, "Peyğəmbərimiz (s.ə.v)-in xəlifəsi" yəni "Müsəlmanların mənəvi lideri" xüsusiyyətini daşıyaraq, bütün dünya müsəlmanları arasında İslam Birliyini quracağını, Xristian aləmiylə ittifaq meydana gətirəcəyini və hz. İsa ilə birlikdə, İslam əxlaqını bütün dünyada hakim edəcəyini ifadə etmişdir. Bədiüzzamanın təfərrüatlı olaraq açıqladığı hz. Mehdinin boynuna götürəcəyi bütün bu vəzifələr, hz. Mehdinin "Peyğəmbərimiz (s.ə.v)-in xəlifəsi, yəni bütün dünya müsəlmanlarının mənəvi lideri" xüsusiyyətini daşıyacağını və "idarəçi" mövqeyində olacağını açıqca ortaya qoyur.
Ancaq xəlifə olması; yəni müsəlmanların mənəvi lideri sifətini daşıması ayrı, siyasət isə ayrı bir mövzudur. Hz. Mehdi dünya siyasətiylə şəxsən maraqlanmaya bilər, amma "Müsəlmanları maraqlandıran hər mövzuda həll gətirəcək adam olaraq mənəvi liderləri hz. Mehdi olacaq". Hz. Mehdinin boynuna götürəcəyi bu vəzifənin nə şəkildə adlandırıldığı əhəmiyyətli deyil. "Hz. Mehdinin maraqlanacağı siyasət, ‘Quran əxlaqı içərisindəki siyasət' olacaq". Əhəmiyyətli olan, hz. Mehdinin yerinə yetirəcəyi bu vəzifənin "Quranın bir hökmü" olmasıdır. "Quran əxlaqına uyğun siyasət"in mənası "gözəl əxlaqlı, şəfqətli, mərhəmətli olmaq, ədalətli davranmaq, möminlər arasında birlik və qardaşlığı, sülhü və ictimai ədaləti təmin etmək, ədalətsizliyi aradan qaldırmaq, zənginlik və rifahı təmin etmək"dir. Quranda hz. Mehdinin yerinə yetirəcəyi bu vəzifə "İslam əxlaqının hakimiyyəti" olaraq müjdələnilir:
Allah, içinizdən iman edənlərə və saleh əməllərdə olanlara vəd etmişdir: Heç şübhəsiz, onlardan əvvəlkiləri necə “güc və iqtidar sahibi” etdisə, onları da yer üzündə “güc və iqtidar sahibi” edəcək, özləri üçün seçib bəyəndiyi dinlərini özlərinə məskun edib sağlamlaşdıracaq və onları qorxularından sonra təhlükəsizliyə çevirəcək... (Nur surəsi, 55)
Hz. Mehdi də Quranın bu hökmü gərəyi, bütün müsəlmanların dincliyini, birlik və bərabərliyini təmin edəcək, İslam əxlaqının gözəlliyini bütün dünyada məskun edəcək. Bədiüzzamanın da siyasət və səltənət anlayışlarıyla nəzərdə tutduğu əsas mövzu budur; "Hz. Mehdinin bütün dünya müsəlmanlarının liderliyini boynuna götürməsi və Quranda ifadə edilən bu hökmə uyğun olaraq İslam dünyasının mənfəətləri istiqamətində fəaliyyətlərdə olması"dır. Bütün bunlar Quran əxlaqının və Quran ayələrinin bir gərəyidir. Bədiüzzamanın "o şəxsin ikinci vəzifəsi, şəriəti (Quran əxlaqının əsaslarını və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini) icra və tətbiq etməkdir" (Sikke-i Tasdik-i Gaybi, səh. 9) sözləriylə ifadə etdiyi kimi, hz. Mehdi də, Quran əxlaqının şərtlərini tətbiq etdiyində, İslam Birliyinin meydana gəlməməsi, hz. Mehdinin idarəçi xüsusiyyətini daşımaması, səlahiyyət sahibi olmaması ya da lider mövqeyində olmaması mümkün deyil. Çünki bütün bunlar Allahın bütün müsəlmanları yaşamaqla məsul etdiyi hökmlərdir. Necə ki, Bədiüzzaman da hz. Mehdinin bu xüsusiyyətləri daşıyacağını "Xilafət i Məhəmmədiyə (S. Ə. V.) (Peyğəmbərimiz (s.ə.v)-in xəlifəsi) ünvanı ilə şəair-i İslamiyəyi (İslam əxlaqının əsaslarını) ihya etməkdir (yenidən canlandırmaqdır)." (Emirdağ Lahikası, səh. 259) sözləriylə ifadə edir.
Bir ayədə Allah müsəlmanlara, içlərindəki "əmr sahiblərinə" tabe olmalarını belə bildirir:
Ey iman edənlər, Allaha itaət edin; elçiyə itaət edin və sizdən olan əmr sahiblərinə də. Əgər bir şeydə anlaşılmazlığa düşsəniz, artıq onu Allaha və elçisinə çevirin. Əgər Allaha və axirət gününə iman edirsinizsə. Bu, xeyirli və nəticə baxımından daha gözəldir. (Nisa surəsi, 59)
Bu ayə kimi Quranda, müsəlmanların, Allahın özlərini dünyada və axirətdə qurtuluşa çatdırması üçün göndərmiş olduğu elçilərə tabe olmaları ilə əlaqədar çoxlu ayə yer alır. Məhz Bədiüzzamanın, "siyasət aləmində, diyanət aləmində, səltənət aləmində və mübarizə aləmində çox dairədə işləri olduğu kimi" sözləriylə, hz. Mehdi üçün nəzərdə tutduğu siyasət anlayışı da budur. Bədiüzzaman bu sözlərində yer alan "siyasət və səltənət" anlayışlarıyla, hz. Mehdinin, Quranın bu hökmünü nə şəkildə yerinə yetirəcəyini açıqlayır.
Necə ki, risalələrdəki hz. Mehdinin vəzifələrinin açıqlandığı sözlər diqqətli şəkildə araşdırıldığında, Bədiüzzamanın bu sözləriylə nəyi nəzərdə tutmuş olduğu asanlıqla aydın olur; Hz. Mehdinin siyasət və səltənət sahəsində bir çox vəzifə boynuna götürəcəyi açıqca görülür.
"Hərçənd həqiqət nöqtəsində Axırzamanda gələcək böyük hz. Mehdi siyasəti tam dindar İsəvilərə buraxıb tək İslamiyyət həqiqətlərini isbata, izhara (ortaya çıxarmağa, ortaya qoymağa, göstərməyə), icraya (tətbiqə, tətbiq etməyə, yerinə yetirməyə) çalışar..." (Emirdağ Lahikası - 1)
Bədiüzzaman Əmirdağ Lahiqəsindəki məktubunda hz. Mehdinin "siyasəti tam dindar İsəvilərə buraxacağını" ifadə etmişdir. Bədiüzzamanın bu sözlərində "dindar İsəvilər" sözləriylə kimləri nəzərdə tutduğunun ortaya qoyulması, hz. Mehdinin vəzifələri ilə əlaqədar mövzunun ən doğru şəkildə aydın ola bilməsi baxımından son dərəcə əhəmiyyətlidir. Diqqət yetirilsə, Bədiüzzaman burada "Müsəlmanlığa dönmüş İsəvilər" demir. Demək ki, bəhsi keçən kəslər "hələ müsəlmanlığı qəbul etməmiş xristianlar"dır. Bu kəslər hələ Quranı qəbul etməmiş, İsəvilikdən dönərək müsəlmanlığa tabe olmamış kəslərdir. Halbuki, hz. İsa gəldiyində Qurana tabe olacaq və müsəlman olacaq. Bu səbəbdən, İsəvi deyil, Məhəmmədi olacaq. Ona bağlanan İsəvilər də, onun müsəlman olmasından ötəri, eyni şəkildə Məhəmmədi olacaqlar.
Bu səbəbdən, Bədiüzzamanın sözlərindən, burada "bəhsi keçən xristianların hələ Quranın təbliğini qəbul etməmiş və müsəlmanlığa dönməmiş kəslər olduqları" açıqca aydın olur. Bədiüzzamanın "dindar İsəvilər" sözləriylə nəzərdə tutduğu "İncilə və xristianlıq dininə bağlı, dindar xristianlardır".
Bədiüzzaman Axırzaman ilə əlaqədar sözlərində İsəvilər ilə əlaqədar "iki mərhələ"dən bəhs edir. "Bunlardan biri, hz. İsa gəlmədən əvvəlki, digəri də hz. İsanın ortaya çıxışından sonrakı dövrdür". Hz. İsanın ikinci dəfə yer üzünə gəlişindən əvvəlki dövrdə dindar İsəvilər “dünya siyasəti” ilə maraqlanacaqlar. Necə ki, indiki vaxtda da bu vəziyyət açıqca görülür. Bədiüzzaman da bu sözlərində bu həqiqəti dilə gətirmişdir.
Bununla yanaşı, əvvəlki sətirlərdə bu mövzuya bağlı olaraq hz. Mehdinin maraqlanacağı siyasətin yalnız, "Quran əxlaqı içərisindəki bir siyasət" olacağı açıqlanmışdı. "Məhz hz. Mehdinin bu dövrdə dindar isəvilərə buraxdığı siyasət də ‘Quran xarici siyasət' olacaq". Necə ki, hz. Mehdinin "Qurana uyğun olmayan bir siyasəti" "Qurana tabe olmayan bir birliyə" buraxması da çox normaldır. Demək ki, İslam əxlaqının hakim olmadığı bu dövrdə güc və imkanlar, Qurana tabe olmamış bu birlik üçün uyğun olacaq.
Bədiüzzaman, hz. Mehdinin vəzifələrini açıqladığı sözlərində "Böyük Mehdinin çox vəzifələri var..." (Şualar, səh. 590) şəklində bildirir. Bu sözlərinin davamında isə, yenə hz. Mehdi üçün "çox dairədə işləri olduğu kimi..." ifadəsini istifadə edir.
Bəhsi keçən Əmirdağ Lahiqəsindəki nəşr olunmamış məktubunda isə hz. Mehdi üçün"... o şəxsi mübarəyin (mübarək şəxsin) və yaxud onun camaat-ı nuraniyəsinin (nurani camaatının) şəxsi mənəviyəsinin çox vəzifələrindən ən əhəmiyyətli vəzifəsi olan hakaik-i imaniyənin (iman həqiqətlərinin) isbat və nəşrini (yayılmasını)..." (Emirdağ Lahikası-1) sözlərinə yer verir.
Bədiüzzamanın bəhs edilən məktubundakı sözlərinə əsaslanaraq "Hz. Mehdinin siyasət və səltənət sahələrindəki vəzifələrini dindar İsəvilərə buraxıb yalnız birinci vəzifəsi olan iman həqiqətlərinə istiqamətli bir iş görəcəyi" qarşıya qoyulur. Ancaq Bədiüzzaman, yenə bəhsi keçən bu məktubda "o şəxsi mübarək" olaraq bəhs etdiyi hz. Mehdinin "çox vəzifələrindən" danışır.
1) Bədiüzzamanın Əmirdağ Lahiqəsində bəhs etdiyi və risalələrin digər hissələrində də yer alan "çox vəzifələri var" sözləri nə mənanı verir?
Bədiüzzaman, Əmirdağ Lahiqəsindəki məktubunda olduğu kimi, risalələrdə yüzlərlə səhifə boyunca hz. Mehdinin "çox vəzifələri olacağı", "çox dairədə işləri olacağı" şəklində şərhlər etmiş; "Hz. Mehdinin birinci vəzifəsi", "ikinci vəzifəsi" və "üçüncü vəzifəsi" olaraq adlandırdığı bir çox sözünə yer vermişdir. Əgər Bədiüzzaman "çox vəzifələri var" deyirsə, bunun hz. Mehdinin tək bir vəzifəsini ifadə etməsi mümkün deyil. Demək ki, "Bədiüzzamana görə hz. Mehdinin tək bir vəzifəsi yoxdur; birdən çox vəzifəsi olacaq".
2) Əmirdağ Lahiqəsinə aid bəhsi keçən məktubunda Bədiüzzaman "ən əhəmiyyətli vəzifəsi olan hakaik-i imaniyənin (iman həqiqətlərinin) isbat və nəşri (yayılması)" (Emirdağ Lahikası-1) olduğunu ifadə edir. Buradan, birinci vəzifənin nə olduğu aydın olur. Yaxşı, hz. Mehdinin, Bədiüzzamanın "çox vəzifələri" sözləriylə ifadə etdiyi digər vəzifələri nələrdir?
Bədiüzzaman bu problemin cavablarını risalələrdə geniş və təfərrüatlı olaraq izah etmişdir. Hz. Mehdinin "diyanət, siyasət, səltənət və mübarizə aləmlərində vəzifələri olduğunu" açıqlamışdır. Sonrakı sətirlərdə, hz. Mehdinin bu vəzifələri təfərrüatlı olaraq izah ediləcək.
Bədiüzzamanın risalələrdə bəhs etdiyi bir mövzunu, yalnız tək bir sözüylə dəyərləndirmək, yanlış şərhlərə səbəb ola bilər. Çünki Bədiüzzaman Risalə-i Nur Külliyyatının müxtəlif əsərlərində mehdiyyət mövzusuna yer vermiş, bu mövzularda bir-birini tamamlayan əhəmiyyətli şərhlər vermişdir. Bu mövzuda da Bədiüzzaman, Əmirdağ Lahiqəsinə aid bu məktubundakı hz. Mehdiyə bağlı şərhlərini, risalələrin digər hissələrindəki izahlarıyla tamamlayır. Bədiüzzaman bu hissələrdə siyasət və səltənət mövzularını çox geniş bir şəkildə açıqlamışdır.
Bu səbəbdən, Bədiüzzamanın bu məktubunda yer alan bu sözlərinin də, Bədiüzzamanın risalələrdə bu qədər uzun yer ayırdığı və Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə əsaslanaraq təfərrüatlı olaraq izah etdiyi digər sözlərinin əsasında qiymətləndirilməsi lazımdır.
Çox vaxt məktublarımda işarə etdiyim kimi, MEHDİ AL-i RƏSULUN TƏMSIL ETDİYİ QÜDSİ CAMAATININ ŞƏXSI MƏNƏVİSİNİN ÜÇ VƏZİFƏSİ VAR. Əgər tez qiyamət qopmazsa və bəşər (insanlar) tamamilə yoldan çıxmazsa, o vəzifələri onun cəmiyyəti və seyidlər (Peyğəmbərimiz (s.ə.v)-in soyundan gələnlər) camaatı edəcəyini rəhmət-i İlahiyyədən (Allahın rəhmətindən) gözləyirik. və onun üç böyük vəzifəsi olacaq. (Emirdağ Lahikası, səh. 259)
Hz. Mehdinin birinci vəzifəsi olan iman həqiqətlərini təbliğ edərək inkarçı fəlsəfələrlə mübarizə etdiyi dövr
Hz. Mehdinin siyasət və səltənət sahələrindəki ikinci vəzifələrini yerinə yetirdiyi dövr
Hz. İsanın ikinci dəfə yer üzünə gəldiyi və hz. Mehdi ilə birlikdə İslam əxlaqını bütün dünyaya hakim etdikləri dövr
Bədiüzzaman əsərlərində, hz. Mehdinin yerinə yetirəcəyi vəzifələri açıqlayarkən, bunların müəyyən bir sıra içərisində reallaşacağını da ifadə etmişdir. Bədiüzzamana görə, hz. Mehdinin bu vəzifələrini yerinə yetirməsi "üç ayrı mərhələ"də reallaşacaq.
BİRİNCİ MƏRHƏLƏ: Hz. Mehdi vəzifəsinə başladığı ilk illərdə, Bədiüzzamanın "ən əhəmiyyətli vəzifəsi olan hakaik-i imaniyənin (iman həqiqətlərinin) isbat və nəşri (yayılması)" (Emirdağ Lahikası-1) sözləriylə bəhs etdiyi birinci vəzifəsini yerinə yetirəcək. Bu dövrdə, hz. Mehdi siyasət və səltənət sahələrində vəzifə yerinə yetirməyəcək, bunu, hələ Qurana tabe olmamış olan dindar isəvilərə buraxacaq. Bədiüzzamanın istifadə etdiyi "nəşr" sözündən aydın olduğu üzrə nəşriyyat yoluyla yəni kitab, jurnal, CD və digər kütləvi informasiya vasitələri yoluyla geniş kütlələrə iman həqiqətləri təbliği edəcək.
İKİNCİ MƏRHƏLƏ: Hz. Mehdi ikinci dövrədə isə siyasət və səltənət sahələrindəki vəzifələrinə keçəcək; İslam Birliyini təmin edəcək və inkarçı fəlsəfələrə qarşı xristianlarla ittifaq təmin edəcək. Bu dövrdə, hz. Mehdi, "Peyğəmbərimiz (s.ə.v)-in xəlifəsi" yəni "bütün müsəlmanların mənəvi lideri" xüsusiyyətiylə İslam aləminin başına keçəcək.
ÜÇÜNCÜ MƏRHƏLƏ: Bu üçüncü mərhələyə keçilən dövr isə, hz. İsanın ikinci dəfə yer üzünə gəlişi və hz. Mehdi ilə birləşmələrinin başlanğıc illəri olacaq. Bu dövr, hz. Mehdinin hz. İsayla birləşərək İslam əxlaqını bütün dünyaya hakim edəcəkləri bir dövr olacaq.
Bədiüzzaman hz. Mehdinin, xidmətərinə başladığı birinci mərhələdə vəzifəsinə birinci xidməti olan iman həqiqətləri mövzusunu əsas götürərək başlayacağını; siyasət və səltənət sahələrindəki vəzifələrini isə daha sonrakı zamanlarda reallaşdıracağını açıqlamışdır. Bədiüzzamanın bu mövzudakı sözləri belədir:
... Bu zamanda elə fövqəladə hakim cərəyanlar (fikir axınları) var ki, hər şeyi öz hesabına aldığı üçün, faraza (fərz edək) həqiqi gözlənilən və bir əsr sonra gələcək o şəxs də bu zamanda gəlsə, hərəkatını o cərəyanlara qapdırmamaq üçün SİYASƏT ALƏMİNDƏKİ VƏZIYYƏTDƏN FƏRƏQƏT EDƏCƏK VƏ HƏDƏFİNİ DƏYİŞDİRƏCƏK DEYƏ TƏXMİN EDİRƏM.
Həm üç məsələ var: Biri həyat, biri şəriət (Quran əxlaqının əsasları), biri imandır. Həqiqət nöqtəsində ən mühümü və ən əzəmi (böyüyü), iman məsələsidir. Lakin indiki ümuminin nəzərində (cəmiyyətin gözündə) və hal-ı aləm ilcaatında (dünyanın indiki vəziyyətində) ən mühüm məsələ, həyat və şəriət (İslam dininin əsasları) göründüyündən o şəxs indi olsa da, üç məsələni birdən ümumi ruy-i zəmində (yer üzündəki ümumi vəziyyətdə) vəziyyətlərini dəyişdirmək nev-i bəşərdəki cari olan (bütün insanlar üçün etibarlı olan) adətullaha müvafiq (uyğun) gəlmədiyindən, HƏR HALDA ƏN ƏZƏM (BÖYÜK) MƏSƏLƏNİ ƏSAS EDİB, O BİRİ MƏSƏLƏLƏRI ƏSAS ETMƏYƏCƏK. Ta ki, iman xidməti safvətini (safını, xalisliyini, səmimiyyətini) ümuminin nəzərində pozmasın və avamın (elmi və məlumatı az olan kəslərin) tez iğfal oluna bilən (aldadıla bilən) ağıllarında, o xidmət başqa məqsədlərə vasitə olmadığı təsdiqlənsin (aydın olsun, dəlilləriylə isbat edilsin). (Kastamonu Lahikası, səh. 57)Bədiüzzaman "... hərəkatını o cərəyanlara qapdırmamaq üçün siyasət aləmindəki vəziyyətdən fərəqət edəcək və hədəfini dəyişdirəcək deyə təxmin edirəm..." sözləriylə, hz. Mehdinin vəzifəsinə başladığı ilk zamanlarda siyasət və səltənət sahələrindəki ikinci və üçüncü vəzifələrindən fərəqət edərək bunları bir sonrakı mərhələyə buraxacağını təxmin etdiyini ifadə etmişdir. Bədiüzzaman bu ilk mərhələdə, mühitin hz. Mehdinin siyasət və səltənət sahələrindəki vəzifələrini reallaşdıra bilməsi üçün uyğun olmadığını ifadə etmişdir. Ancaq ikinci mərhələdə mühit dəyişəcək və hz. Mehdinin siyasət və səltənət sahələrindəki ikinci və üçüncü vəzifələrini yerinə yetirə bilməsi üçün uyğun hala gələcək.
Bədiüzzaman "Hər halda ən əzəm məsələni əsas edib, o biri məsələləri əsas etməyəcək" ifadəsiylə isə, hz. Mehdinin ən əhəmiyyətli mövzu olan iman həqiqətlərini izah edərək dinsizliyə qarşı fikri bir mübarizə icra etmə vəzifəsini "birinci sıraya götürəcəyini" ifadə etmişdir.
"O şəxs də bu zamanda gəlsə" sözləriylə də, "öz yaşadığı dövrdə hz. Mehdinin siyasət, səltənət və mübarizə aləmindəki vəzifələrinin yerinə yetirilə bilməsinin mümkün olmadığını ifadə etmiş; hz. Mehdinin bu vəzifələrini yerinə yetirə bilməsinin, bu şəxsin ancaq AXIRZAMANDA GƏLMƏSİYLƏ mümkün ola biləcəyini" bildirmişdir. Bədiüzzamanın bu mövzunu açıqladığı sözü belədir:
HƏM BU ÜÇ VƏZAİF (vəzifənin) BİRDƏN BİR ŞƏXSDƏ, YAXUD BİR CAMAATDA BU ZAMANDA OLMASI VƏ MÜKƏMMƏL OLMASI VƏ BİR-BİRİNİ CƏRH ETMƏMƏSİ (bir-birinə mane olmaması, zərər verməməsi), ÇOX UZAQ, SANKİ QABİL (mümkün) GÖRÜLMÜR, AXIRZAMANDA Al-i Beyti Nəbəvinin (Peyğəmbərimiz (s.ə.v)-in soyunun) camaat-ı nuraniyəsini (nurani camaatını) təmsil edən Mehdidə və camaatındakı şəxsi mənəvidə ANCAQ İÇTIMA EDƏ BILƏR (bir yerə gələ bilər, toplana bilər). (Kastamonu Lahikası, səh. 139)
Bədiüzzaman burada, hz. Mehdinin siyasət və səltənət sahələrindəki vəzifələrini yerinə yetirə bilməsinin, bu şəxsin "ANCAQ AXIRZAMANDA GƏLMƏSİYLƏ" mümkün ola biləcəyini ifadə edir. "Yalnız, sadəcə" mənalarındakı "ancaq" sözü, bu mövzuya çox qəti olaraq açıqlıq qazandırır. Demək ki, hz. Mehdi bu vəzifələrini yerinə yetirə bilmək üçün Peyğəmbərimiz (s.ə.v)-in hədislərində bildirildiyi kimi Axırzamanda gələcək və bu dövrdə şərtlərin dəyişməsi ilə birlikdə, zaman içərisində sırasıyla ikinci və üçüncü vəzifələrini də yerinə yetirə biləcək. Çünki o dövrdə artıq siyasət ilə maraqlanmasının bir əhəmiyyəti qalmayacaq.
Bu mövzu sual cavab şəklində açıqlandığında, Bədiüzzamanın nəzərdə tutduğu məna daha yaxşı aydın olacaq:
1) Bədiüzzamana görə, hz. Mehdinin, digər vəzifələri zərər görmədən, siyasət və səltənət sahələrindəki vəzifələrini yerinə yetirə bilməsi üçün necə bir mühit meydana gəlməlidir?
Bu dövr "Axırzaman" olmalıdır.
2) Hz. Mehdinin üç vəzifəsini bir yerdə yerinə yetirə bilməsi üçün nə lazımdır?
"Hz. Mehdinin Axırzamanda gəlməsi" lazımdır.
3) Hz. Mehdinin siyasət və səltənət sahələrindəki vəzifələrini reallaşdıra bilməsi, ancaq hansı şəkildə mümkün ola biləcək?
"Ancaq hz. Mehdinin Axırzamanda gəlməsiylə" mümkün ola biləcək.
4) Bədiüzzaman, "ancaq Mehdidə və camaatındakı şəxsi mənəvidə içtima edə bilər" sözləriylə nəyi ifadə edir?
Bədiüzzaman bu sözləriylə, "Hz. Mehdi və camaatı xaricində başqa heç kimin bu üç vəzifəni eyni anda yerinə yetirə bilməyəcəyini" açıqlayır.
Bədiüzzamanın Əmirdağ Lahiqəsinə aid, nəşr olunmamış məktubunda bəhs etdiyi "Hz. Mehdinin siyasəti dindar isəvilərə buraxdığı dövr; Hz. Mehdinin siyasət və səltənətlə maraqlanmadığı, iman həqiqətlərinin nəşri ilə məşğul olduğu BİRİNCİ MƏRHƏLƏ"dir. Bədiüzzamana görə, hz. Mehdi bu dövrədə siyasəti tam olaraq dindar isəvilərə, yəni hələ müsəlman olmamış xristianlara buraxacaq.
Necə ki, Bədiüzzaman da sözlərində, "Hz. Mehdinin siyasəti tam dindar isəvilərə buraxdığı bu dövrdə tək iman həqiqətlərini İSBATA, İZHARA VƏ İCRAYA çalışmaqla maraqlanacağını" bildirməkdədir. Bədiüzzamanın, hz. Mehdinin bu dövrdə, "İslamiyyətin əsaslarını isbat, izhar və icraya çalışacağını" söyləməsi, bu dövrün hz. Mehdinin birinci vəzifəsini yerinə yetirdiyi "'ilk dövr' olduğunu göstərir. Çünki "İsbat" sözünün kəlmə mənası "doğrunu dəlil göstərərək meydana çıxarmaq, dəlil və şahidlə bir şeyin səhhətini göstərmək"dir. "İzhar" sözü isə "açığa qovuşdurma, ortaya qoyma, göstərmə" mənasını verir. Bədiüzzamanın bu sözlərindən, hz. Mehdinin siyasəti tam dindar isəvilərə buraxdığı bu dövrdə, birinci vəzifəsi olan iman həqiqətlərini izah etdiyi, təbliğ mərhələsini yerinə yetirdiyi açıqca aydın olur.
Bədiüzzaman, ateist fəlsəfələrin Axırzamanda təhlükə meydana gətirəcəyini bildirmiş, xüsusilə darvinist, materialist fəlsəfələrin ateizmlə güc tapacaqlarını və Allahın varlığını inkar edəcək təhlükəli bir xəttə gələcəklərini ifadə etmişdir. Bu səbəblə, "Hz. Mehdinin birinci vəzifəsinin, materializm fikri yəni Allahı inkar üzərinə qurulmuş materialist, darvinist və ateist fəlsəfələrlə fikirlə mübarizə etmək və bu fəlsəfələrin insanlar üzərindəki təsirini tam mənasıyla qaldırmaq olacağını" ifadə etmişdir:
Ümmətin gözlədiyi, Axırzamanda gələcək şəxsin üç vəzifəsindən ən mühümü, ən böyüyü və ən qiymətdarı (qiymətlisi) olan iman-ı tahkikiyi nəşr (dəlillərə əsaslanan imanı yaymaq) və əhli imanı dəlalətdən qurtarmaq (iman edənləri azğınlıqdan qorumaq). (Sikke-i Tasdik-i Gaybi, səh. 9)
Bədiüzzaman əsərləriylə böyük bir iman xidməti etmiş bir çox insanın iman etməsinə və imanda dərinləşməsinə vəsilə olmuşdur. Ancaq Bədiüzzamanın "TAM SUSDURACAQ BİR TƏRZDƏ" sözləriylə ifadə etdiyi "materializmi bütün dünyada, tam mənasıyla təsirsiz hala gətirmə" vəzifəsi Bədiüzzaman tərəfindən tam mənasıyla edilməmiş; dünya səviyyəsində insanların imanını qurtarma vəzifəsi hz. Mehdiyə verilmişdir.
Bilindiyi kimi materializmin qüvvət tapması Bədiüzzaman zamanında davam etdiyi kimi, vəfatından, yəni 1960 illərindən sonra da günümüzə qədər davam etmişdir. Televiziya və radio kanallarının inkişafıyla, yazılı mətbuatın da dəstəyiylə təsiri gedərək artmışdır. Yəni Bədiüzzamanın vəfatından sonra da materializm təbliğatı artaraq 21-ci əsrə qədər gəlmişdir.
Bu səbəbdən özünün də ifadə etdiyi kimi, Bədiüzzamanın dövründə bu mövzuda tam bir nəticə əldə edilə bilməmişdir. Bədiüzzaman da "tam susduracaq tərzdə" sözləriylə, bu həqiqətə diqqət çəkmişdir. Materializm, ateizm və darvinizmin çöküşüylə birlikdə insanların imanını qurtarma vəzifəsi dünya səviyyəsində hz. Mehdiyə verilmişdir. Bədiüzzamanın şəxsən başladığı, ancaq tamamilə sona çatmayan bu axınla fikri mübarizə, Allahın icazəsiylə hz. Mehdi ilə davam edəcək və nəticəyə çatdırılacaq.
Bədiüzzamanın, hz. Mehdinin ikinci və üçüncü vəzifələrindən bəhs etdiyi sözlərində hz. Mehdinin, Diyanət Mehdisi olması ilə yanaşı eyni zamanda Siyasət Mehdisi və Səltənət Mehdisi olaraq da üç vəzifəni bir yerdə edəcəyi açıqca görülür. Bədiüzzamanın bu mövzunu dəlilləriylə birlikdə açıqlayan sözlərindən bəziləri belədir:
O şəxsin ikinci vəzifəsi, şəriəti (Quran əxlaqının əsaslarını və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini) İCRA VƏ TƏTBİQ ETMƏKDİR (tətbiq etmək və yerinə yetirməkdir). (Sikke-i Tasdik-i Gaybi, səh. 9)
Bədiüzzaman, hz. Mehdinin ikinci vəzifəsinin, "İslam əxlaq və fəzilətini, Peyğəmbərimiz (s.ə.v)-in həqiqi sünnələrini canlandırmaq olduğunu" ifadə etmişdir. "İCRA VƏ TƏTBİQ ETMƏK", "tətbiq etmək, qüvvəyə salmaq, yerinə yetirmək" deməkdir. Bədiüzzaman da bu sözüylə, hz. Mehdinin, Quran əxlaqının lazımlılığını, əsaslarını və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini bütün insanlar arasında tətbiq edəcəyini və həyata keçirəcəyini ifadə edir. Bu da, hz. Mehdinin İslam birliyini meydana gətirməsi və bütün müsəlmanların mənəvi liderliyini boynuna götürməsiylə reallaşdırılacaq.
-Hz. Mehdi "icra və tətbiq etmə" vəzifəsini necə yerinə yetirəcək?
Çox açıqdır ki, bunun üçün hz. Mehdinin "bu tətbiqləri reallaşdıra biləcək bir "səlahiyyətə" sahib olması" lazımdır. Bu da, "Hz. Mehdinin siyasət və səltənət sahəsində vəzifə yerinə yetirəcəyini, bütün müsəlmanlara istiqamətli ‘idarəçi bir xüsusiyyəti' olacağını" açıqca ortaya qoyur.
İkinci vəzifəsi: XİLAFƏT-i MƏHƏMMƏDİYƏ (s. ə. v.) ÜNVANI İLƏ (Peyğəmbərimiz (s.ə.v)-in xəlifəsi ünvanı ilə) şəair-i İslamiyəyi (İslam əxlaqının əsaslarını) canlandırmaqdır (yenidən canlandırmaqdır) ALƏM-i İSLAMIN VƏHDƏTİNİ (İslam aləminin birliyini) NÖQTƏS-i ISTINAD EDİB (dayaq nöqtəsi edib) bəşəriyyəti (insanlığı) maddi və mənəvi təhlükələrdən və qəzəbi İlahidən (Allahın əzabından) qurtarmaqdır. Bu vəzifənin, nöqtə-i istinadı (dayaq nöqtəsi) və həddimləri (xidmətçiləri), milyonlarla əfradI (fərdləri) olan ordular lazımdır. (Emirdağ Lahikası, səh. 259)
Hz. Mehdi, hal-hazırda müxtəlif qruplar halında dağınıq olan müsəlmanları birləşdirəcək, İslam əxlaq və fəzilətini, Peyğəmbərimiz (s.ə.v)-in həqiqi sünnələrini canlandıracaq. İslam aləminin birliyini meydana gətirəcək, bu vəsiləylə insanlığı maddi və mənəvi təhlükələrdən qurtaracaq və insanların Allahın razılığına uyğun bir həyat yaşayaraq Allahın əzabından çəkinmələrinə vəsilə olacaq.
Bədiüzzaman hz. Mehdinin bu ikinci vəzifəsini "Peyğəmbərimiz (s.ə.v)-in xəlifəsi" yəni "Müsəlmanların mənəvi lideri" sifətiylə yerinə yetirəcəyini ifadə etmişdir. Şübhəsiz ki, hz. Mehdinin, "İslam cəmiyyətinin lideri xüsusiyyətiylə" İslamiyyəti yenidən canlandırması, milyonlarla olan bir birliyin maddi və mənəvi gücüylə hərəkət edərək bütün yer üzündə İslam birliyini təmin etməsi" xüsusiyyətləri, onun "siyasət və səltənət sahəsində edəcəyi fəaliyyətləri" ifadə edir.
Bədiüzzaman hz. Mehdinin, daha əvvəl heç bir mücəddid tərəfindən yerinə yetirilməmiş olan vəzifələrindən birinin "İslam Birliyinin təmin edilməsi" olduğunu bildirir. Hz. Mehdi bu birliyin qurulmasına vəsilə olacaq, milyonlarla müsəlmanı bir yerə gətirəcək. İslam Birliyinin təmin edilməsi və bu birliyin liderliyi ünvanının daşınması Bədiüzzamanın dövründə, ondan əvvəlki mücəddidlərin tarixində və indiki vaxtda da hələ reallaşmış hadisələr deyil. Bədiüzzaman da bu həqiqəti vurğulamış, bu hadisələrin hz. Mehdinin tanınmasında ən əhəmiyyətli əlamətlərdən biri olacağını xatırlatmışdır.
Bədiüzzamanın hz. Mehdinin ikinci vəzifəsi haqqında vermiş olduğu bu məlumatlar da yenə "Hz. Mehdinin ‘idarəçi' mövqedə olacağını və siyasət sahəsində əhəmiyyətli vəzifələr boynuna götürəcəyini" heç bir şərhə yer buraxmayacaq bir şəkildə açıqlayır. Çünki hz. Mehdi bu birliyi təmin edən adam olaraq "lider" xüsusiyyətiylə İslam birliyinin başında olacaq.
Bədiüzzaman bu sözləriylə, hz. Mehdinin bu birliliyi təmin etməsində, ona kömək edəcək çox geniş bir kütlənin var olacağından danışır. Bədiüzzaman, hz. Mehdinin xidmətində, Allahın varlığı və birliyi mövzusunu, iman həqiqətlərini bütün insanlığa izah edəcək, geniş əhatəli bir iman xidməti icra edəcək olan elm və iman birlikləri olacağını bildirmişdir. Şübhəsiz, ədədləri milyonlarla ifadə edilən belə geniş bir kütlənin istiqamətləndirilməsi hz. Mehdinin "idarəçi xüsusiyyətini" daşıyacağını açıqca ortaya qoyur.
Birinci vəzifə, maddi qüvvəylə deyil, bəlkə qüvvətli etiqad (güclü və səmimi bir iman) və ixlas (yalnız Allahın məmnuniyyətini güdmə) və sədaqətlə olduğu halda, bu ikinci vəzifə, ÇOX BÖYÜK MADDİ BİR QÜVVƏ VƏ HAKİMİYYƏT lazım ki, o ikinci vəzifə tətbiq edilə bilsin (yerinə yetirilə bilsin). (Sikke-i Tasdik-i Gaybi, səh. 9)
Bədiüzzaman, hz. Mehdinin ikinci vəzifəsinin ancaq "böyük bir maddi qüvvə və hakimiyyətlə" reallaşdırıla biləcəyini ifadə etmişdir. Hz. Mehdinin bu vəzifəsini dünya səviyyəsində reallaşdıracağını xatırladaraq, "Hz. Mehdinin sahib olacağı maddi qüvvə və hakimiyyətin də çox böyük ölçülərdə olacağına" diqqət çəkmişdir.
-Hz. Mehdinin böyük bir qüvvə və hakimiyyətə sahib olması nəyi ifadə edir?
"Qüvvə və hakimiyyət" anlayışları "çox böyük bir səlahiyyət və iqtidarın varlığını" ifadə edir. Hz. Mehdinin belə böyük bir səlahiyyət gücünə sahib olması, "lider xüsusiyyətiylə idarəçi mövqeyində olacağını" açıqca ortaya qoyur.
Peyğəmbərimiz (s.ə.v)-in dövründən bu yana belə bir güc və hakimiyyət təmin edilə bilməmişdir. Bədiüzzaman belə geniş miqyaslı bir maddi güc və hakimiyyətin hz. Mehdi dövründə yaşanacağını ifadə edərək, hz. Mehdinin siyasət və səltənət sahəsində reallaşdıracağı vəzifələrin əhəmiyyətini açıqca ifadə edir.
O ŞƏXSİN üçüncü vəzifəsi, XİLAFƏT-i İSLAMİYƏNİ (İslam xəlifəliyini) İTTİHAD-I İSLAMA BİNA EDƏRƏK (İslam birliyi üzərinə quraraq), İSƏVİ RUHANİLƏRİYLƏ (dindar xristianlarla və xristian alimləriylə) İTTİFAQ EDİB (əməkdaşlıq və həmrəylik içərisinə girərək) DİN-i İSLAMA (İslam dininə) XİDMƏT ETMƏKDİR. Bu vəzifə, ÇOX BÖYÜK BİR SƏLTƏNƏT və QÜVVƏ və milyonlarla fədakarlarla (milyonların fədakarca iştiraklarıyla) tətbiq edilə bilər (yerinə yetirilə bilər). (Sikke-i Tasdik-i Gaybi, səh. 9)
Bədiüzzaman, hz. Mehdinin bir başqa vəzifəsinin də İslam cəmiyyətini birləşdirmək və xristian aləmiylə ittifaq etmək olduğunu bildirmişdir. Hz. Mehdinin bu vəzifəsini, iman sahiblərinin, Peyğəmbərimiz (s.ə.v)-in soyundan gələn fədakar seyidlərin və digər bütün müsəlmanların dəstəyiylə reallaşdıracağını bildirmişdir.
Bədiüzzaman bu sözüylə "Hz. Mehdinin dünya səviyyəsində bütün müsəlmanların mənəvi liderliyini boynuna götürəcəyini" bir dəfə daha ifadə edərək, "Hz. Mehdinin siyasət və səltənət sahələrində vəzifələrini" açıqlamışdır.
Bədiüzzamanın, hz. Mehdi ilə əlaqədar izahlarında dəfələrlə təkrarladığı hz. Mehdinin bu xüsusiyyətini görməməzlikdən gələrək, yalnız iman həqiqətləri istiqamətində fəaliyyət edərək, siyasət və səltənət sahələrində bir vəzifə boynuna götürməyəcəyini iddia edə bilmək heç bir şəkildə mümkün deyil. Bədiüzzaman çox açıq dəlillərlə hz. Mehdinin bu sahələrdə müxtəlif fəaliyyətlərdə olacağını açıqlamış və bütün bunların hz. Mehdinin tanınmasında ən əhəmiyyətli əlamətlərdən olacağını ifadə etmişdir.
Bədiüzzaman, hz. Mehdinin "siyasət, səltənət və mübarizə sahələrində" edəcəyi fəaliyyətlərdən birinin İslam Birliyini meydana gətirmək olduğunu ifadə etmişdir. Bədiüzzaman, hz. Mehdinin bu vəzifəsiylə, onun "idarəçi" mövqeyində olacağını və "Müsəlmanların mənəvi liderliyini" boynuna götürəcəyini ifadə edir.
Bədiüzzaman, hz. Mehdinin İslam cəmiyyətini birləşdirib xristian öndərləriylə, İslam və Xristianlığın ortaq cəbhəsi olan "materializm və dinsizliyə" qarşı ittifaq edəcəyini və bu yolla İslam dininə xidmət edəcəyini bildirir. Bədiüzzaman, "Hz. Mehdinin bütün müsəlmanların mənəvi lideri xüsusiyyətiylə" xristianlarla quracağı bu ittifaqı izah edərək, hz. Mehdinin "siyasət sahəsində" icra edəcəyi fəaliyyətlər haqqında məlumat verir. Bədiüzzaman bütün bu şərhləriylə, hz. Mehdinin yalnız iman həqiqətləri istiqamətində bir vəzifəsi olmayacağını, əksinə bütün dünyaya sülh və dinclik gətirəcək çox geniş miqyaslı xidmətlər göstərəcəyini ortaya qoyur.
Bədiüzzaman, İslam birliyi ilə müsəlman və xristian dünyasının ittifaqı kimi böyük bir hadisənin ancaq üç şərtin meydana gəlməsiylə reallaşa biləcəyinə diqqət çəkmişdir. Bədiüzzaman "ÇOX BÖYÜK BİR SƏLTƏNƏT VƏ QÜVVƏ" sözləriylə bu şərtlərdən ikisini açıqlayır.
"Səltənət" anlayışı, güc və səlahiyyət ifadə edən bir sözdür. "Qüvvə" anlayışı isə "istədiyi şeyi icra edə bilmə gücü, yəni səlahiyyət"i təyin edir. Bədiüzzaman, hz. Mehdinin İslam birliyini meydana gətirib bu birliyin liderliyini boynuna götürəcəyini və "çox böyük bir qüvvə və səlahiyyətə sahib olacağını" bildirmişdir. Bədiüzzamanın "ÇOX BÖYÜK" sözləri, hz. Mehdinin sahib olacağı bu qüvvənin və səltənətin miqyasının böyüklüyünü ifadə edir.
Bədiüzzaman, hz. Mehdinin ikinci vəzifəsində olduğu kimi, üçüncü vəzifəsini də yenə çox böyük bir səltənət və qüvvə ilə reallaşdıracağını ifadə etmişdir. Hz. Mehdinin İslam birliyi və xristian aləmi arasında təmin edəcəyi ittifaq dünya səviyyəsində bir xidmət olacaq; bu vəzifənin tələb etdiyi güc və səltənət də eyni şəkildə dünya səviyyəsində çox böyük bir hakimiyyətlə reallaşdırılacaq.
Bədiüzzamanın, hz. Mehdinin üçüncü vəzifəsi haqqında səhifələr boyunca etmiş olduğu bu şərhlər, "Hz. Mehdinin yalnız Diyanət Mehdisi olaraq xidmət etməyəcəyini, həm siyasət, həm də səltənət sahəsində dünya səviyyəsində çox böyük vəzifələr boynuna götürəcəyini" ortaya qoyur.
Üçüncü Vəzifəsi: ... o şəxs, bütün əhl-i imanın (iman edənlərin) mənəvi köməkləriylə və İTTİHAD-I İSLAMIN MUAVENETİYLƏ (İslam birliyinin köməkləşməsiylə) və bütün üləma və övliyanın (alimlərin və vəlilərin) və xüsusilə Al-i Beytin nəsilindən (Peyğəmbərimiz (s.ə.v)-in soyundan) hər əsrdə qüvvətli və kəsrətli (çox sayda) olan milyonlar fədakar seyidlərin iltihaqlarıyla (Peyğəmbər soyundan gələn fədakar kəslərin iştirakıyla) o vəzifə-i uzmayı (böyük vəzifəni) etməyə çalışar. (Emirdağ Lahikası, səh. 260)
Bədiüzzaman burada bir dəfə daha hz. Mehdinin İslam birliyini meydana gətirəcəyindən bəhs etmişdir. Ancaq heç şübhəsiz ki, əvvəlki sətirlərdə də açıqlandığı kimi, hz. Mehdi bu birliyin başında bütün "Müsəlmanların mənəvi lideri" olaraq şəxsən olacaq. Bədiüzzaman verdiyi bu məlumatlarda "siyasət aləmində vəzifələri olmasıyla nə nəzərdə tutulduğunu və hz. Mehdinin bu sahədə necə bir fəaliyyət icra edəcəyini" açıqca ifadə edir.
Birinci vəzifə, o iki vəzifədən üç-dörd dərəcə daha çox qiymətdardır (qiymətlidir), lakin o ikinci, üçüncü vəzifələr ÇOX PARLAQ VƏ ÇOX GENİŞ BİR DAİRƏDƏ (sahədə) və CAZİBƏDAR (dəbdəbəli) bir tərzdə olduğundan ümuminin və avamın nəzərində (ümuminin və xalqın gözündə) daha əhəmiyyətli (vacib) görünürlər. (Sikke-i Tasdik-i Gaybi, səh. 9)
Bədiüzzaman bu sözləriylə, hz. Mehdinin ikinci və üçüncü vəzifələrinin "çox geniş kütlələri və coğrafiyaları əhatə edən dəbdəbəli, görkəmli və geniş əks-sədalar oyandıran işlər olduğunu" ifadə edir. Necə ki, İslam Birliyini qurmaq, bütün müsəlmanların liderliyini boynuna götürmək, xristianlarla ittifaq və həmrəylik içinə girmək və nəticəsində İslam əxlaqını yer üzünə hakim etmək, dünya tarixinin bəlkə də ən böyük və ən görkəmli hadisələrindən olacaq. Bədiüzzaman bütün bu şərhləriylə, "Hz. Mehdinin yerinə yetirəcəyi xidmətlərin yalnız birinci vəzifəsi olan iman həqiqətləriylə məhdud olmayacağını, ‘Müsəlmanların mənəvi lideri' olaraq dünya səviyyəsində çox böyük xidmətlər edəcəyini" ortaya qoyur.
... Həzrəti Mehdinin, o vəzifəsini şəxsən özü görməyə vaxt və hal icazə edə bilməz. Çünki XİLAFƏTİ MƏHƏMMƏDİYƏ (s.ə.v) (Peyğəmbərimiz (s.ə.v)-in xəlifəliyi) CƏHƏTİNDƏKİ (istiqamətindəki) SƏLTƏNƏTİ, ONUN İLƏ MƏŞĞULİYYƏTƏ (maraqlanmağa) VAXT BURAXMIR. Hər halda o vəzifəni ondan əvvəl bir taifə (birlik) bir cəhətdə (istiqamətiylə) görəcək. O şəxs, o taifənin (birliyin) uzun tədqiqatı ilə (araşdırmalarla) yazdıqları əsəri özünə hazır bir proqram edəcək, onun ilə o birinci vəzifəni tam etmiş olacaq... (Emirdağ Lahikası, səh. 259)
Bədiüzzaman, hz. Mehdinin işlərindən əvvəl, hz. Mehdinin birinci vəzifəsi olan iman həqiqətlərini yayma və materializmi fikirlə yıxma istiqamətində istifadə edəcəyi elmi vəsaitləri hazırlayacaq olan bir birlik olacağından bəhs edir. Bədiüzzaman, "bir cəhətdə" yəni "bir istiqamətiylə" sözləriylə isə bu elmi birliyin, materializmi fikirlə təsirsiz hala gətirilməsi işlərini yalnız bir baxımdan icra edəcəklərini, bu səbəbdən "Hz. Mehdinin də özünə proqram edərək bu birliyin işlərindən bu istiqamətiylə faydalanacağını" ifadə edir. Əvvəlki səhifələrdə də ifadə edildiyi kimi, materialist fəlsəfənin "tam mənasıyla təsirsiz hala gətirilməsi" isə ancaq hz. Mehdinin yerinə yetirəcəyi xidmətlər nəticəsində reallaşdırılacaq.
Bədiüzzaman, hz. Mehdi üçün burada "o vəzifəsini şəxsən özü görməyə vaxt və hal icazə edə bilməz" sözlərini istifadə etmişdir. Bunun səbəbinin isə, "Hz. Mehdinin dünya səviyyəsində bütün ‘Müsəlmanların mənəvi lideri' olaraq ‘siyasət və səltənət sahəsində reallaşdıracağı böyük vəzifələri' səbəbiylə vaxtının olmaması olduğunu" ifadə etmişdir.
Bədiüzzamanın bu şərhləri "Hz. Mehdinin bütün dünya müsəlmanlarının mənəvi lideri olaraq siyasət və səltənət sahələrində dünya səviyyəsində bir çox xidmət göstərəcəyini" açıqca ortaya qoyur.
... Axırzamanda şəriət-i Məhəmmədiyəni (Peyğəmbərimiz (s.ə.v)-in yolunu, Quran əxlaqını) və həqiqət-i Furqaniyəyi (Quran əxlaqının əsaslarını, həqiqətlərini) və sünnət-i Əhmədiyəni (s.ə.v) (Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini) ƏHYA İLƏ (yenidən canlandırma ilə), ELAN VƏ İCRA İLƏ (hər kəsə eşitdirərək və tətbiq edərək), BAŞÇILARI OLAN "BÖYÜK MEHDI"NİN KƏMAL-i ƏDALƏTİNİ (uca ədalətini) VƏ HAQQANİYƏTİNİ (haqdan və düzgünlükdən ayrılmamasını, doğruluğunu) dünyaya göstərmələri çox məqbul olmaqla birlikdə, çox lazım və zəruri və həyat-ı ictimaiyə-i insaniyədəki düsturların (cəmiyyət həyatına aid qaydaların) müqtəzasıdır (gərəyidir)..." (Şualar, səh. 456)
Bədiüzzaman bu sözlərində, hz. Mehdinin siyasət və səltənət sahəsində izləyəcəyi yolu izah edir, ikinci və üçüncü vəzifələrini yerinə yetirərkən istifadə edəcəyi üsulları açıqlayır. Bədiüzzamanın burada istifadə etdiyi "ƏHYA" sözünün mənası, "YENİDƏN CANLANDIRMA"dır. Bədiüzzamanın da ifadə etdiyi kimi, hz. Mehdi Axırzamanda Qurandan uzaqlaşmış olan insanların yenidən Quran əxlaqına və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə görə yaşamalarına vəsilə olacaq.
"ELAN" sözünün mənası isə, "HƏR KƏSƏ EŞİTDİRMƏ"dir. Bədiüzzamanın şərhlərinə görə hz. Mehdi, Quranın həqiqətlərini və Quran əxlaqını hər kəsin görə biləcəyi, çata biləcəyi şəkildə eşitdirəcək. Kütləvi informasiya vasitələrini və texnologiyanı çox yaxşı istifadə edəcəyi aydın olan hz. Mehdi, İslam həqiqətlərini çox müxtəlif və hikmətli üsullar istifadə edərək bütün dünyaya açıqca göstərəcək və elan edəcək.
"İCRA" sözünün mənası da, "TƏTBİQ"dir. Bədiüzzaman bu sözləriylə də, hz. Mehdinin, Quran əxlaqını bütün dünyada hakim edəcəyini və bütün cəmiyyətlərdə yaşanan hala gətirəcəyini ifadə edir.
-Hz. Mehdinin "əhya, elan və icra etmə" xüsusiyyətləri nəyi ifadə edir?
Bədiüzzamanın burada istifadə etdiyi "əhya, elan və icra ilə" sözləri, bir dəfə daha hz. Mehdinin "idarəçi xüsusiyyətini" ifadə edir. Bədiüzzaman, hz. Mehdinin, bütün dünyanın şahid olacağı şəkildə çox geniş miqyaslı fəaliyyətlərdə olacağını və bunları reallaşdırarkən "böyük bir səlahiyyət" və "rəhbərlik gücü"nə sahib olacağını ifadə edir.
Bədiüzzaman, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində də bildirildiyi kimi, hz. Mehdinin İslam əxlaqını bütün dünyaya hakim etməsiylə birlikdə yer üzündə görülməmiş bir ədalət, dinclik və sülh mühitinin yaşanacağını ifadə edir. Hz. Mehdinin bu uca ədalətinə və haqqaniyyətinə bütün dünya şahid olacaq. Bədiüzzaman, hz. Mehdinin dünya səviyyəsində reallaşdıracağı bu vəzifəni "başçılıq" sifətiylə reallaşdıracağını ifadə etmişdir. Bədiüzzaman bu sözləriylə, hz. Mehdinin "bütün dünya müsəlmanlarının liderliyini" boynuna götürəcəyini bir dəfə daha açıqlayır. Bu mövzuda soruşulacaq bir neçə suala veriləcək cavablar, hz. Mehdinin bu xüsusiyyətinin çox açıq bir şəkildə başa düşülməsini təmin edəcək:
-Hz. Mehdinin "başçılıq" sifətini daşıması nə mənanı verir?
Bədiüzzaman hz. Mehdinin bu sifətini xatırladaraq, hz. Mehdinin bütün dünya müsəlmanları üzərində "idarəçi" mövqeyində olacağını bir dəfə daha açıqca ifadə edir.
-Hz. Mehdinin bütün dünyaya kəmal-i ədalətini və haqqaniyyətini göstərməsi necə reallaşacaq?
Uca bir ədalət anlayışının və haqdan ayrılmamasının bütün dünyaya göstərilməsi ancaq "dünya səviyyəsində bir idarə gücüylə" mümkün ola bilər. Bütün insanların hz. Mehdinin ədalət anlayışına şahid olmaları, hz. Mehdinin "ədalət təmin edə biləcək səlahiyyətlərə sahib bir mövqedə olacağını" göstərir.
Hz. İsanın ikinci dəfə yer üzünə gəlişi, yuxarıda açıqlandığı kimi hz. Mehdinin vəzifələrini yerinə yetirdiyi "ÜÇÜNCÜ MƏRHƏLƏ"də reallaşacaq. Bu dövrdə hz. Mehdi, Peyğəmbərimiz (s.ə.v)-in xəlifəsi, yəni İslam aləminin mənəvi lideri sifətiylə dünya səviyyəsindəki bütün müsəlmanlar arasında İslam Birliyini təmin etmiş olacaq və lider mövqeyində olacaq. Eyni dövrdə iki ayrı şəxsin Peyğəmbərimiz (s.ə.v)-in xəlifəsi, yəni müsəlmanların mənəvi lideri xüsusiyyətini daşıması isə mümkün deyil. Necə ki, hz. İsa gəldiyində, hz. Mehdinin bu vəziyyətində bir dəyişiklik olmayacaq, hz. İsa da hz. Mehdiyə köməkçi olacaq.
Peyğəmbərimiz (s.ə.v)-in hədislərində bu vəziyyət açıqca ifadə edilmiş; Hz. Mehdi və hz. İsanın birlikdə namaz qılacaqları və hz. İsanın "imamlıq sənə verilmişdir" deyərək hz. Mehdini imamlığa şəxsən özünün keçirəcəyi bildirilmişdir. Bu hədislərdən bəziləri belədir:
... Nəhayət Məryəm oğlu İsa müsəlmanların əmiri (Hz. Mehdi) ona: Gəl bizə namaz qıldır, deyər. Bunun üzərinə İsa: Xeyr, Allahın bu ümmətə bir ikramı olaraq sizin bir qisminiz digər bir qisim üzərinə əmirlərsiniz, deyər. (Sahih-i Müslim, cild 1, səh. 209)
Peyğəmbərimiz (s.ə.v)-in bu hədisləri son dərəcə aydındır. Açıqdır ki, Allahın təqdiri gərəyi hz. İsa, hz. Mehdi də bir əftaliyyət, yəni üstünlük görür və ona tabe olur. Bu vəziyyət, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində əhəmiyyətlə vurğulanmışdır. Bədiüzzaman da əsərlərində bu mövzunu açıqlamış; yer üzünə ikinci dəfə gəlişində hz. İsanın hz. Mehdiyə tabe olacağını ifadə etmişdir:
... Hətta "Həzrəti İsa Əleyhissalam gəlir. Həzrəti Mehdiyə namazda iqtida edər (itaət edər), tabe olar." deyə rəvayəti, bu ittifaqa (birləşməyə) və həqiqət-i Quraniyənin mətbuiyətinə (Quran həqiqətlərinə əməl edilməsinə, tabe olunmasına) və hakimiyyətinə işarə edər. (Şualar, səh. 587)
Bədiüzzaman bu sözlərində, Peyğəmbərimiz (s.ə.v)-in bəhsi keçən hədisində izah edilənlərin şərhini etmişdir. Hz. İsanın namazda imamlığı hz. Mehdiyə verməsinin, "Hz. Mehdinin üçüncü vəzifəsi olan xristian dünyasıyla edəcəyi ittifaqın, xristian dünyasının müsəlmanlığa dönməsi və Qurana tabe olmasıyla nəticələnəcəyini" açıqlamışdır.
Bədiüzzamanın etdiyi şərhlərə görə, "bu ittifaq əsnasında hz. Mehdi İslam aləminin, hz. İsa da müsəlmanlığa dönmüş olan xristian aləminin mənəvi lideri olacaq. Amma xristianlığın Qurana tabe olmasından ötəri, Peyğəmbərimiz (s.ə.v)-in xəlifəsi, yəni bütün müsəlmanların mənəvi liderliyi xüsusiyyətini hz. Mehdi daşıyacaq. Bu səbəbdən, "Hz. Mehdi, bu dövrdə "həm Müsəlman aləminin həm də müsəlman olmuş xristian dünyasının mənəvi lideri olacaq".
Bədiüzzamanın yuxarıda ələ alınan sözləri, hz. Mehdinin, siyasət və səltənət sahəsində yerinə yetirəcəyi çox böyük və əhəmiyyətli fəaliyyətlər olduğunu dəlilləriylə birlikdə isbat edir. Hz. Mehdini, əvvəlki mücəddidlərdən ayıracaq və insanlara tanıdacaq ən əhəmiyyətli əlamətlərdən biri, "Hz. Mehdinin bu vəzifələrin hamısını bir yerdə reallaşdırması" olacaq. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində və Bədiüzzamanın əsərlərində bütün bunlar dəlilləriylə birlikdə çox təfərrüatlı olaraq açıqlanmışdır.
Bədiüzzaman, əsərlərində hz. Mehdinin üç böyük vəzifəsinin öz yaşadığı dövrdə hələ reallaşdırılmadığını və hətta o dövrdə nə bir şəxs, nə də şəxsi mənəvi olaraq bir birlik tərəfindən bu vəzifələrin yerinə yetirilməsinin mümkün olmadığını ifadə etmişdir. Bədiüzzaman bu mövzunu belə açıqlamışdır:
HƏM BU ÜÇ VƏZAİF (vəzifənin) BİRDƏN BİR ŞƏXSDƏ YAXUD BİR CAMAATDA BU ZAMANDA OLMASI VƏ MÜKƏMMƏL OLMASI VƏ BİR-BİRİNİ CƏRH ETMƏMƏSİ (bir-birinə mane olmaması, zərər verməməsi), ÇOX UZAQ, SANKİ QABİL (mümkün) GÖRÜLMÜR, Axırzamanda Al-I Beyti Nəbəvinin (Peyğəmbərimiz (s.ə.v)-in soyunun) camaat-ı nuraniyəsini (nurani camaatını) təmsil edən Mehdidə və camaatındakı şəxsi mənəvidə ancaq içtima' edə bilər (bir yerə gələ bilər, toplana bilər). (Kastamonu Lahikası, səh. 139)
Bədiüzzaman "BU ZAMANDA" sözləriylə öz yaşadığı dövrdən bəhs edir. və öz zamanında, hz. Mehdinin yerinə yetirəcəyi üç vəzifəni tək bir şəxsin eyni anda yerinə yetirməsinin və bu üç vəzifənin bir-birini maneə törətməməsinin mümkün olmadığını söyləyir. Bədiüzzaman bu qənaətinin nə qədər güclü olduğunu "ÇOX UZAQ" və "SANKİ QABİL (MÜMKÜN) GÖRÜNMÜR" sözləriylə açıqca ifadə etmişdir. Bu da, Bədiüzzamanın yaşadığı dövrdə hz. Mehdinin hələ gəlməmiş olduğunu göstərən əhəmiyyətli bir dəlildir. Bədiüzzamanın yaşadığı dövrdə, üç vəzifənin birdən yerinə yetirilməsinə imkan olmamışdır. Bədiüzzaman ancaq özündən bir əsr sonra gələcək Böyük Mehdinin bu vəzifələri bir yerdə yerinə gətirə biləcəyini bildirir (Kastamonu Lahikası, səh. 57).
Bədiüzzaman sözlərində bir neçə dəfə, nə əvvəlki əsrlərdə gələn mücəddidlər zamanında, nə də öz yaşadığı dövrdə, hz. Mehdinin üç vəzifəsinin bir yerdə yerinə yetirilə bilmədiyini və bunu ancaq hz. Mehdinin reallaşdıra biləcəyini ifadə etmişdir. Bədiüzzamanın bu mövzunu açıqlayan sözlərindən biri belədir:
Hərçənd hər əsrdə hidayət edici, bir bənzər hz. Mehdi və mücəddid gəlir və gəlmiş. Lakin HƏR BİRİ ÜÇ VƏZİFƏDƏN BİRİNİ BİR CƏHƏTDƏ (baxımdan) ETMƏSİ ETİBARIYLA (səbəbiylə) AXIRZAMANIN BÖYÜK MEHDİSİ ÜNVANINI ALMAMIŞLAR. (Emirdağ Lahikası, sƏH. 260)
VƏ ONUN ÜÇ BÖYÜK VƏZİFƏSİ OLACAQ. (Emirdağ Lahikası, səh. 260)
Bədiüzzaman əsərlərində "Hz. Mehdinin bir və ya iki vəzifəsi deyil, tam olaraq üç vəzifəsi olduğunu" bildirir. Bu üç vəzifəni bir yerdə yerinə yetirməyən şəxslərin isə Axırzamanın Böyük Mehdisi ola bilməyəcəyini ifadə etmişdir.
Bədiüzzamanın bu mövzudakı təfərrüatlı şərhlərinə baxmayaraq, bu əhəmiyyətli həqiqət gözardı edilərək Bədiüzzamanın Mehdi ola biləcəyi istiqamətində bəzi fikirlər qarşıya qoyulur. Halbuki, Bədiüzzaman əsərlərində bu mövzuya şəxsən açıqlıq gətirmiş, Mehdi olmadığını səhifələr boyunca dəlilləriylə birlikdə açıqlamışdır. Bu mövzudakı bütün bu açıq bəyanlarına baxmayaraq Risalə-i Nura və bu əsərin yazıçısı olaraq özünə Mehdilik mövzusunda hüsnü zənn bəsləyənlərə isə, bu düşüncələrinin "qarışıqlıqdan qaynaqlanan bir səhv olduğunu" söyləmişdir:
"Risalə-i Nurun şəxsi mənəvisini (camaatını) haqlı olaraq hz. Mehdi dərk edirlər (şəxsi bir görüş olaraq qəbul edirlər). O şəxsi mənəvinin də bir müməssili (nümayəndəsi), Nur şagirdlərinin (tələbələrinin) təsanüdündən (həmrəyliyindən) gələn bir şəxsi mənəvisi və o şəxsi mənəvidən bir bənzər müməssili (nümayəndəsi) olan BİÇARƏ TƏRCÜMƏÇİSİNİ ZƏNN ETDİKLƏRİNDƏN, BƏZƏN O ADI (Hz. Mehdi adını) ONA VERİRLƏR. Hərçənd BU, BİR İLTİBAS (qarışdırma) BİR SƏHVDİR (xətadır, yanılmadır), lakin onlar onda məsul deyildirlər. ÇÜNKİ ÇOX HÜSNÜ ZƏNN, ƏVVƏLDƏN BƏRİ CƏRƏYAN EDİR VƏ ETİRAZ EDİLMƏZ. Mən də o qardaşlarımın çox çox hüsnü zənlərini bir dua bənzəri və bir xahiş və Nur tələbələrinin kəmal-i etiqadlarının (imanlarının fəzilətinin) bir tərəşşuhu (əks olunması) gördüyümdən onlara çox toxunmazdım... (Tılsımlar Mecmuası, səh. 201) (Emirdağ Lahikası, səh. 248)
Bədiüzzaman Risalə-i Nurun şəxsi mənəvisinin və bu əsərlərin yazıçısı olaraq özünün bəzən hz. Mehdi ola biləcəyinin düşünüldüyünü, ancaq bunun bir qarışdırma və səhv olduğunu ifadə etmişdir. Bir başqa sözündə isə bu düşüncəyə sahib olan kəslərin iman həqiqətlərini izah etmə mövzusu istiqamətində bir qiymətləndirmə etdiklərini, ancaq hz. Mehdinin digər iki vəzifəsi olan "İslam birliyinin təmin edilməsi, bütün İslam dünyasının lideri olması və hz. İsa ilə birlikdə İslam əxlaqının dünyaya hakim qılınmasının özündə görünmədiyi xüsusunu diqqətə almadıqlarını" söyləmişdir. Bundan ötəri də Risalə-i Nura və özünə edilən Mehdilik yaraşdırmasının yalnız bir "zənn"dən ibarət olduğunu ifadə etmişdir:
... O GƏLƏCƏK ŞƏXSƏ DAİR XƏBƏRLƏRİ VƏ İŞARƏLƏRİ, RİSALƏ-i NURUN ŞƏXSİ MƏNƏVİSİNƏ, HƏTTA BƏZƏN TƏRCÜMƏÇİSİNƏ DƏ TƏTBİQƏ (uydurmağa) ÇALIŞMIŞLAR və Şəriəti əhya (Quran əxlaqının əsaslarını xatırladaraq yenidən həyata keçirmə) və xilafəti tətbiq olan ÇOX GENİŞ DAİRƏDƏ HÖKM EDƏN BU MÜHÜM VƏZİFƏSİNİ NƏZƏRƏ ALMAMIŞLAR (göz qarşısında saxlamamışlar). (Tılsımlar Mecmuası, səh. 168)
Bədiüzzaman, bu sözüylə hz. Mehdiyə dair xəbər və işarələrin Risalə-i Nur camaatıyla eyniləşdirilməyə çalışıldığını, ancaq bu bənzətmənin hz. Mehdi ilə əlaqədar verilən məlumatlara uyğun gəlmədiyini ifadə etmişdir. Bədiüzzaman bu bənzətməni edən kəslərin hz. Mehdinin iki böyük və əhəmiyyətli vəzifəsini gözardı etdikləri üçün belə səhv bir qənaətə vardıqlarını ifadə edir. İslam birliyinin təmin edilməsi və hz. Mehdinin bütün müsəlmanların liderliyini boynuna götürməsi, xristianlarla ittifaq təmin edilməsi və hz. İsa ilə birlikdə Quran əxlaqının bütün yer üzünə hakim olması bu ana qədər hələ reallaşmamışdır. Bədiüzzaman da daxil olmaq üzrə, Peyğəmbərimiz (s.ə.v)-dən sonrakı dövrlərdə gələn mücəddidlərin heç biri bu böyük vəzifələri yerinə yetirməmişlər. Bu səbəbdən, Bədiüzzaman da bu həqiqəti dilə gətirərək Risalə-i Nurun şəxsi mənəvisini Mehdiliklə səciyyələndirənlərin yanıldıqlarını ifadə edir. Necə ki, bir mövzuda bir adama hüsnü zənn bəslənməsi, bu düşüncənin həqiqəti əks etdirdiyini göstərən bir dəlil deyil. Necə ki, Bədiüzzaman da risalələrində bunu dilə gətirmişdir.