Axırzamanda Gələn Hz. Mehdi Şəxsi Mənəvi Deyil

Peyğəmbərimiz (s.ə.v) tərəfindən Axırzamanda göndəriləcəyi müjdələnən, yer üzündəki fitnələri ortadan qaldıracaq, bütün dünyaya sülh, ədalət, bolluq, rahatlıq, xoşbəxtlik və rifah gətirəcək çox mübarək və qiymətli bir şəxs olan hz. Mehdinin zühuru əsrlərdir İslam ümməti tərəfindən gözlənilən müjdəli bir hadisədir. Necə ki, rəvayətlərdə hz. Mehdinin çıxış əlaməti olaraq bildirilən hadisələrin bir çoxunun ard-arda reallaşması, bu zühurun yaxın olduğunun açıq-aşkar bir göstəricisidir. Peyğəmbərimiz (s.ə.v)-in bir çox hədisində, adıyla, xüsusiyyətləriylə və edəcəyi işlərlə təfərrüatlı olaraq təsvir edilən hz. Mehdinin gələcəyinə dair Quran ayələrində də işarəli mənalarda müxtəlif müjdələr var. Bütün bu məlumatlar diqqətlə araşdırıldığında mehdiyyət mövzusunun müzakirəyə yer verməyəcək dərəcədə qətiliyi ağıl və vicdan sahibi hər insan tərəfindən asanlıqla aydın olur.

Bədiüzzaman Səid Nursinin şərhləri də, Quranda olan işarələr və Peyğəmbərimiz (s.ə.v)-in hədisləriylə eyni istiqamətdədir. Ancaq Bədiüzzamanın əsərlərində istifadə etdiyi "şəxsi mənəvi" mövzusundakı yanlış anlaşılma hz. Mehdi üçün də məqbuldur. Rəvayətlərdən və İslam alimlərinin izahlarından hz. Mehdinin mənəvi bir şəxs olmayacağı, fiziki xüsusiyyətlərinə, xarakter və əxlaqına, soyuna qədər təfərrüatlı olaraq təsvir edilmiş mübarək bir şəxs olacağı, açıq və dəqiq bir şəkildə aydındır. Ancaq əlbəttə ki, hz. Mehdi də özündən əvvəlki bütün elçilər kimi mənəvi bir şəxsi olacaq. Hətta rəvayətlərdə bu şəxsi mənəvinin bütün yer üzünü ehtiva edəcəyi bildirilmişdir. Lakin hz. Mehdinin özü də şəxsən işin başında olacaq. Bu səbəbdən, hz. Mehdinin şəxsi mənəvi də ona tabe olanlarla bərabər başlarında imam olaraq özüdür.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Axırzamanda Gələn Hz. Mehdi Şəxsi Mənəvi Deyil
  • Şəxs və Şəxsi Mənəvi Bir-Birini Tamamlayır
  • Bədiüzzaman Hz. Mehdinin Siyasət və Səltənət Sahələrindəki Vəzifələrini Necə Açıqlamışdır?
  • Bədiüzzaman Əsərlərində, Özünün