Nəticə

Atomlardan ibarət olan bir bədənlə havadakı atomları udur, qidalardakı atomları yeyir, suyun atomlarını isə içirsiniz. Gördükləriniz isə gözünüzdəki atomlara aid elektronların fotonlarla toqquşmasından başqa bir şey deyil. Bəs onda toxunaraq hiss etdikləriniz nədir?. Onlar da dərinizdəki atomların əşyalardakı atomları itələməsindən ibarətdir.

Əlbəttə ki, bu gün bir çox insan, bədəninin, kainatın, dünyanın, bir sözlə, hər şeyin atomlardan ibarət olduğunu bilir. Amma, bəlkə də, bu günə qədər “atom” adı verdiyimiz “şey”in necə bir sistemə sahib olduğunu düşünməmişdir və ya düşünmüş olsa belə, necə meydana gəldiyini öyrənməyə ehtiyac duymamışdır; çünki bunun yalnız fiziklərin işi olduğunu düşünmüşdür.

Halbuki, ətrafımızı bir nəzərdən keçirdiyimizdə qüsursuz bir sistemlə qarşılaşırıq. Həmçinin bu elə bir sistemdir ki, təkcə oturduğumuz kreslonu təşkil edən trilyonlarla atomun hər birinin içində bir kitabın mövzusu ola biləcək nizam mövcuddur. Tək bir atomun yaranmasını, sistemini, gücünü izah etməklə səhifələr dolusu yazı yazmaq olar. Hətta texnologiya inkişaf etdikcə və kainat haqqındakı biliklərimiz artdıqca bu səhifələr daha da çoxalar.

Yaxşı, bəs onda bütün bu nizam təsadüfən meydana gəlmiş ola bilərmi?. Böyük partlayışın ardından ətrafa yayılan zərrəciklər ani bir qərarla atomu meydana gətirmiş, sonra da təsadüfən əlverişli bir mühit yaranmış və bu atomlar maddəyə çevrilmiş ola bilərmi?.

Şübhəsiz ki, belə bir sistemin “təsadüf”lə izah olunması qeyri-mümkündür. Çünki ətrafınızda gördüyünüz hər şey, hətta görə bilmədiyiniz hava belə atomlardan ibarətdir və bu atomlar arasında olduqca qarışıq bir nəqliyyat sıxlığı vardır.

Onda, görəsən bu atomlar arasındakı yol hərəkətinə kim nəzarət edir, sizmi?. Mövcudluğunuzun atomlar sayəsində mümkün olduğunu qəbul etsəniz, onda atomlarınızdan hansı nəyi idarə edir?. Digər atomlardan fərqsiz olan beyninizin atomlarımı digərlərini idarə edir?. Beyninizin atomlarının idarəçi olduğunu fərz etsək, bu suallara cavab verməliyik:

  • o Beyni təşkil edən bütün atomlar idarəçi isə, öz aralarında necə və nəyə əsasən qərar verirlər?
  • o Beyni təşkil edən trilyonlarla atom, öz aralarında necə əməkdaşlıq edirlər?
  • o Niyə trilyonlarla atomdan biri belə alınan qərara etiraz etmir?
  • o Atomlar öz aralarında necə ünsiyyət qururlar?

Bu suallar qarşısında beyni əmələ gətirən trilyonlarla atomun hamısının eyni anda idarəçi olduğunu söyləmənin nə qədər məntiqsiz olacağı açıq şəkildə görünür.

Yaxşı, bəs onda bu trilyonlarla atomdan yalnız birinin idarəçi olduğunu, digərlərinin isə ona itaət etdiyini düşünmək doğrudurmu?. Təkcə bir atomu idarəçi qəbul etsək, onda ağla dərhal əvvəlcə hansı atomun idarəçi olduğu və bu atomu kimin seçdiyi sualları gələcək:

  • o Bu atom beynin hansı nahiyəsindədir?
  • o Bu atomun digərlərindən fərqi nədir?
  • o Nə üçün digər atomlar qeydsiz-şərtsiz bu atoma itaət edirlər?

Bu sualları cavablandırmadan əvvəl dərhal bunu ifadə etmək lazımdır: Bəhs edilən idarəçi atom da başqa zərrəciklərdən meydana gəlmişdir. Bu zərrəciklər nə üçün və nəyə əsasən bu idarəçi atomu yaratmaq məqsədiylə bir yerə gəlirlər?. Bu zərrəcikləri kim idarə edir?. Bu zərrəcikləri idarə edən digər bir iradə mövcud olduğuna görə bu atomun idarəçi olduğunu müdafiə etmək nə dərəcədə doğrudur?.

Məhz bu mərhələdə beynimizi təşkil edən atomlardan birinin idarəçi atom ola biləcəyi tezisi öz özünə məhv oldu.

İnsanlar, heyvanlar, bitkilər, daş-torpaq, hava, su, əşya, planetlər, qara dəliklər, kosmos boşluğu və hər şey atomdan ibarət olduğu halda, kainatdakı bu sonsuz sayda atom bir-biriylə necə tam bir ahəngdarlıq içində mövcudluğunu davam etdirir?. Bu sonsuz saydakı atomlardan hansı, həmçinin özü də bir çox zərrəcikdən meydana gəldiyi halda necə idarəçi ola bilər?.

Belə bir şey iddia etmək və ya təsadüflə əlaqələndirmək və aləmləri yaradan üstün bir İradənin varlığını rədd etmək, "vicdanları qəbul etdiyi halda zülm və təkəbbürdən ötrü inkar etmək"dən (Nəml surəsi, 14) başqa bir şey ola bilməz.

Təsəvvür edin ki, atomların müxtəlif formalarda bir yerə cəmlənməsiylə meydana gələn bir insan, dünyaya gəlir, atomlarla qidalanır, böyüyür. Sonra atomlardan ibarət olan bir binada atomlardan ibarət olan kitabları oxuyur. Sonra əlinə atomlardan ibarət olan və üzərində atom mühəndisi yazan bir diplom verirlər. Amma sonra o da; “bu atomlar şüursuzdur və içlərindəki fövqəladə sistem də təsadüfən meydana gəlmişdir” kimi cümlələr işlədə bilir. Əgər belədirsə, özü bu şeyləri danışacaq şüuru, iradəni və zəkanı haradan alır?.

Məhz əlinizdəki bu əsərin demək olar ki, hər səhifəsində canlı-cansız kainatdakı hər şeyi təşkil edən atomun öz-özünə və ya təsadüfən meydana gəlməsinin qeyri-mümkünlüyünü təkrar təkrar gördük. Bütün bu izah edilənlərə baxmayaraq, bu formalaşma prosesinin hələ də “təsadüfən” baş verdiyini və ya “sınaq-yanılma yolu ilə" bugünkü halını aldığını düşünənlərə söyləyəcəyimiz hz. İbrahimin inkarçılara söylədiyindən fərqli olmayacaq:

Allahın verdiyi mülkə görə İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsin əhvalatını bilmirsənmi? İbrahim: “Mənim Rəbbim həm dirildir, həm də öldürür!” dedikdə O: “Mən də həm dirildir, həm də öldürürəm!” demişdi. İbrahim: “Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!” dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz". (Bəqərə surəsi, 258)

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 2/32).

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş: Atomun Yaradilişindaki Möcüzə
  • Atomun Meydana Gəlmə Macərasi
  • Atomun Quruluşu
  • Atomun Gücü
  • Nəticə