“Niyə?”
Bu sual, cavabı tapıldığında insanı tam fərqli bir dünyaya aparacaq bir qapının açarıdır. Eyni zamanda, bilənləri bilməyənlərdən ayıran incə bir məqamdır...
İnsan yaşadığı dünyada “nə”, “necə” və “nə cür” kimi bir çox sualın cavabını axtarır, ancaq bu sualların arxasınca olduqca qısa məsafə qət edə bilir. İçində yaşadığı fövqəladə nizam və tarazlıq haqqında özünə “niyə?” sualını vermədiyi müddətcə həqiqətə çatacaq bir məsafə qət etməsi isə qeyri-mümkündür.
Bu kitabda, canlı-cansız hər şeyin təməli olan "atom" mövzusunu ələ alacağıq. Atom haqqında nələrin, necə və nə şəkildə reallaşdığını araşdırdıqdan sonra "niyə" sualının cavablarını axtaracağıq. Bizi, axtardığımız mütləq həqiqətə çatdıracaq şey, məhz bu son sualın cavabı olacaq. Bu sualın cavablarını isə İlahi bir rəhbər və hər şey üçün bir izah olan Quranda tapacağıq.
XIX əsrin ilk yarısından bəri atomun sirlərini aşkara çıxara bilmək üçün yüzlərlə elm adamı illərlə çalışmalar apardı. Atomun forması, hərəkəti, quruluşu və digər xüsusiyyətlərini gün işığına çıxaran bu çalışmalar maddəni əzəli və əbədi bir varlıq kimi qəbul edən klassik fizikanı kökündən sarsıtdı və müasir fizikanın təməllərini atdı. Bu çalışmalar həmçinin özüylə birlikdə gündəmə bir çox sual da gətirdi.
Bu suallara cavab axtaran bir çox fiziklər, apardıqları çalışmaların nəticəsində bütün kainatda olduğu kimi atomda da qüsursuz bir nizam, dəyişməz bir tarazlıq və şüurlu bir dizaynın olduğu həqiqətində birləşdilər.
Bu həqiqət, bundan əsrlərlə əvvəl Allah qatından nazil edilmiş bir kitab olan Quranda da açıqlanmışdı. Quranın açıq-aydın ayələrindən çox dəqiq şəkildə aydın olduğu kimi bütün kainat, mükəmməl bir nizam içində işləyir. Belə olması da çox normaldır, çünki yer, göy və ikisi arasında olanlar, sonsuz bir güc və ağıl sahibi olan Allah tərəfindən yaradılmışdır.
Allah tərəfindən yaradılan hər şeyin fövqəladə dərəcədə mükəmməl olması və mükəmməl bir nizam içində fəaliyyət göstərməsi, əlbəttə ki, çox normaldır. Əsl təəccüblənməli mövzu budur ki, insanın öz bədəni də daxil olmaqla, gördüyü, eşitdiyi və bildiyi hər yerdə qarşısına çıxan sonsuz möcüzələrdən təsirlənməməsi və bu fövqəladə təfərrüatların “niyə” özünə göstərildiyi sualının cavabını düşünməməkdə israr etməsidir.
Hal-hazırda oxuduğumuz "Atomun sirləri" adındakı bu çalışma, elmi bir mövzudan bəhs etməsinə baxmayaraq, bu günə qədər alışdığınız elmi kitablardan fərqli bir məqsədlə qarşınıza çıxır. Bu çalışma, həm canlıların, həm də cansızların təməl elementi olmaq kimi olduqca bənzərsiz bir əhəmiyyətə sahib olan “atom” mövzusunu, “nə”, necə və “nə cür” suallarının cavablarıyla ələ alaraq, bu cavablardan “niyə” sualına qapı açır. Bu qapıdan keçəndə isə, Allahın ağlının, məlumatının və yaratmasının bütün varlıqları əhatə etdiyi açıq şəkildə gözlər önünə səriləcək.