Möhtəşəm ölçüləriylə insan ağlının qavrama hüdudlarını aşan kainat, yarandığı ilk andan etibarən həssas tarazlıqlar üzərində və böyük bir nizam içərisində heç yanılmadan işləyir. Bu böyük kainatın necə yarandığı, hara doğru getdiyi və içindəki nizam və tarazlığı təmin edən qanunların necə işlədiyi hər dövrdə insanların maraq mövzusu olmuşdur. Elm adamları bu mövzuyla bağlı saysız tədqiqatlar aparmış, bir çox tezislər və nəzəriyyələr irəli sürmüşdürlər. Bu nəzəriyyələr ən son, iki əsas kateqoriyada toplanmışdır.
İlk nəzəriyyə kainatın sərhədsiz olduğunu, sonsuzdan bəri var olduğunu, sonsuza qədər də varlığını və hazırkı vəziyyətini qoruyacağını müdafiə edir. XX əsrin yarısında gündəmdə olan və “Stasionar Kainat nəzəriyyəsi” (Steady State Theory) adı verilən bu modelə görə, kainat üçün hər hansı bir başlanğıc və ya sondan söhbət getmirdi. Kainat yoxdan yaradılmadığı kimi heç vaxt da yox olmayacaqdır. Materialist fəlsəfənin də təməlini meydana gətirən bu nəzəriyyəyə görə kainatın sabit (statik) bir quruluşu vardı.
Halbuki daha sonralar əldə edilən elmi tapıntılar bu nəzəriyyənin tamamilə səhv olduğunu göstərdi. Kainat sabit deyildi, tam əksinə daim hərəkət edir və daimi dəyişməyə məruz qalırdı.
Elmi baxımdan qəbul edilmiş ikinci nəzəriyyə isə kainatın bir başlanğıcı olduğunu müdafiə edirdi. Bu nəzəriyyə 1940-cı illərdə "Böyük Partlayış" (Biq Bənq) modeli kimi adlandırılmışdı. Buna görə də kainatdakı hər şey təxminən 15 milyard il əvvəl tək bir nöqtədə cəmlənmişdi. Bu nöqtə sonsuz sıxlığa malik idi, amma heç bir həcmi yox idi. Nəzəriyyəyə görə bu nöqtə partladı və böyük sürətlə yayılmağa başladı.
"Heç bir həcmi olmayan, yəni heç yer tutmayan və sonsuz sıxlığa malik olan bir nöqtə necə ola bilər?" deyə düşünə bilərsiniz. “Həcmi olmayan sonsuz sıxlıqdakı nöqtə” əslində nəzəri bir ifadə formasıdır. Elm, insan ağlının qavrama hüdudlarını aşan “yoxluq” anlayışını ancaq “nöqtə” sözü ilə təsvir edə bilir. Həqiqətdə isə “həcmi olmayan bir nöqtə” yox deməkdir. Dolayısilə, kainat da yoxluqdan yaranmışdır.
Bu elmi həqiqət Quranda da belə xəbər verilir:
O, göyləri və yeri yoxdan var edəndir. (Ənam surəsi, 101)
Aparılan tədqiqatlar və əldə edilən elmi məlumatlar zaman keçdikcə "Böyük Partlayış" nəzəriyyəsini dəstəkləyərək nəzəriyyənin daha da möhkəmlənməsini təmin etdi. Bu həqiqətlərin ortaya çıxmasıyla, kainatın sabit olduğunu, maddənin əzəli və əbədi olduğunu iddia edən nəzəriyyə də öz-özünə çökmüş oldu.
Ancaq əsas təəccüblü məqam, yaradılan bu nəzəriyyənin və onu dəstəkləyən dəlillərin, 1400 il bundan əvvəl Allah tərəfindən göndərilmiş olan ilahi bir kitabın, "Qurani Kərim"in açıqlamalarıyla paralellik göstərməsi idi. Quranda, Biq Bənq nəzəriyyəsinin irəli sürdüyü, başlanğıcda kainatdakı bütün cisimlərin bir yerdə olduqları və sonradan ayrıldıqları mövzusu belə keçir:
Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi?. Yenədəmi inanmırlar? (Ənbiya surəsi, 30)
Big Bang'den Bugüne Evren |
"Zaman yoktu, uzay yoktu... Madde ve enerji yoktu. Bu yokluktan küçüçük, olağanüstü küçüçük bir kıpırtı bekirti, ufacık bir titreme... Hafif bir dalgalanma, belli belirsiz bir girdap... Bir kozmik kutunun kapağı açıldı ve altından yaratılış mucizesinin filizleri belirdi." (David Daryling, Deep Time) |
Elm adamlarının kainatın yaranmasıyla əlaqədar apardıqları tədqiqatlar nəticəsində əldə etdikləri bu nəzəriyyənin də göstərdiyi kimi, Allah kainatı yoxdan yaratmışdır. Onun başlanğıc nöqtəsini meydana gətirən Böyük Partlayış, hər cəhətdən insanı düşündürən, təsadüflərlə izah edilə bilməyəcək incə hesablamalarla və təfərrüatlarla doludur. Elm adamları kainatın və onun təməl elementi olan atomların yoxdan meydana gəlməyə başladığı Böyük Partlayışın arxasından meydana gələn hadisələri belə sıralayırlar:
- "0" anı: Nə maddənin, nə də zamanın mövcud olduğu və partlayışın baş verdiyi bu "an", fizikada t=0 anı kimi qəbul edilir (burada t kəmiyyəti zamanı ifadə edir). Yəni t=0 anında heç bir şey yoxdur. Yaradılışın başladığı bu "an"dan əvvəli təsvir edə bilmək üçün fizika qanunları etibarlı deyil. Bu anın sonrası metafizikanın sərhədlərinə daxil olur.
Fizikanın hesablaya bildiyi ən kiçik zaman vahidi 10-43 saniyədir. Bu o qədər kiçik bir zaman intervalıdır ki, insan ağlı bunu əsla qavraya bilməz. Bəs görəsən, xəyal belə edə bilmədiyimiz, bu qədər kiçik bir zaman intervalında nələr baş vermişdir?. Nəzəri cəhətdən bu intervaldakı fiziki inkişafları hesablayıb təxmin edə bilərik. İndi qısa şəkildə bunlara bir nəzər salaq.
Yuxarıda da ifadə etdiyimiz kimi, fizikada hər şey 10-43 saniyədən etibarən hesablana bilir və enerji və zaman ancaq bu andan sonra təsvir edilməyə başlanılır. Yaradılışın bu anında, istilik miqdarı 1032 (100.000.000.000.000.000.000.000.000.000.000) dərəcədir. Bir müqayisə aparsaq, günəşdəki istilik miqdarı milyonlarla, günəşdən çox böyük ulduzların istiliyi isə milyardlarla ifadə edilə bilir. Hal-hazırda müəyyən olunmuş ən yüksək temperatur milyard dərəcələrlə məhdudlaşdığı halda, 10-43 anındakı temperaturun nə qədər yüksək olduğu mövzusunda bir müqayisə apara bilmək mümkündür.
_10-43 saniyəlik bu mərhələdən bir pillə irəli gedib, saniyənin 10-37 olduğu zamana gəlirik. Bu iki müddət arasındakı fərq bir-iki saniyə kimi bir an deyil. Saniyənin kvadrilyon vurulsun kvadrilyonda biri qədər bir zaman intervalından bəhs edilir. Temperatur yenə inanılmaz dərəcədə yüksək olub 1029 (100.000.000.000.000.000.000.000.000.000˚C) qiymətindədir. Bu mərhələdə atomlar hələ də yaradılmamışdır.
_Bir addım daha addayıb 10-2 saniyəlik mərhələyə giririk. Bu interval, bir saniyənin yüzdə bir hissəsini ifadə edir. Bu zaman periodu içində temperatur 100 milyard dərəcədir. Bu mərhələdə “ilk kainat” formalaşmağa başlamışdır. Hələ atomun nüvəsini əmələ gətirən proton və neytron kimi zərrəciklər ortalıqda yoxdur. Ortada yalnız elektron və onun əksi olan pozitron (anti-elektron) mövcuddur. Yəni partlayışdan heç 1 saniyə belə keçməmiş, yoxluğun ardından elektron və pozitronlar meydana gəlmişdir.
İndi burada dayanıb bir qədər düşünək.
Böyük Partlayış nəzəriyyəsi, yalnız kainatı meydana gətirən bütün maddələrin yoxluqdan əmələ gəldiyini göstərməsiylə belə, Allahın varlığına aid bir dəlil ortaya qoymuş oldu. Ancaq bununla bitmədi, Böyük Partlayışın ardından hələ 1 saniyə belə keçməmiş, atomun təməl zərrəciklərinin də yoxdan var olduğunu göstərdi. Bu təməl zərrəciklərin sahib olduqları inanılmaz tarazlıq və nizama diqqət yetirmək lazımdır. Sonrakı səhifələrdə daha ətraflı şəkildə izah edəcəyimiz bu tarazlıqlar sayəsində kainat bugünkü vəziyyətindədir və yenə bu tarazlıqlar sayəsində biz həyatımızı rahatlıqla davam etdirə bilirik. Bir sözlə, böyük bir qarışıqlıq və xaos yaratması gözlənilə bilən bir partlayışın arxasından mükəmməl bir nizam, bizim "fizika qanunları" deyə adlandırdığımız və heç vaxt dəyişməyən qanunlar meydana gəlmişdir. Bu isə bizə, Böyük Partlayış da daxil olmaqla, kainatın yaradılmasından etibarən hər anın diqqətlə "dizayn edildiyini" sübut edir. Bu işi görən iradə isə, şübhəsiz ki, bütün kainatın yaradıcısı olan Allahdır.
İndi qaldığımız yerdən baş verən hadisələri izləməyə davam edək. Partlayışdan 1 saniyə sonrasına gəlmişdik. Bu mərhələdəki kütlə sıxlığının dərəcəsinə baxdığımızda, yenə də inanılmaz dərəcədə böyük bir rəqəmlə qarşılaşırıq. Aparılan hesablamalara görə bu mərhələdə mövcud olan kütlənin sıxlığı, hər litrə 3,8 milyard kiloqramdır. Milyard kiloqram kimi ifadə edilən bu rəqəmi, hesabi baxımd an müəyyənləşdirə bilmək və bu rəqəmi kağız üzərində göstərmək asandır. Ancaq, bu göstəricini tam şəkildə qavramaq qeyri-mümkündür. Bu rəqəmin böyüklüyünü daha asan ifadə edə bilmək üçün çox sadə bir nümunə versək; "Himalay dağlarındakı Everest zirvəsi bu sıxlığa malik olsaydı, sahib olacağı cazibə qüvvəsi ilə dünyamızı bir anda uda bilərdi" deyə bilərik. 1
_ Bir mərhələ sonra, t=0 anından sonrakı 10-1 saniyə qədər bir zamanın keçdiyi bir ana gəlirik. Bu anda temperatur 30 milyard dərəcədir. t=0 anından bu mərhələyə gələnə qədər hələ 1 saniyə belə keçməmişdir. Ancaq atomun digər zərrəcikləri olan neytron və protonlar artıq meydana çıxmağa başlamışdır. Sonrakı hissələrdə xariqüladə strukturlarını təhlil edəcəyimiz neytronlar və protonlar, məhz bu şəkildə yoxluqdan və "an" dan belə qısa bir müddət içərisində yaradılmışlar.
_ Bir sonrakı mərhələnin xarakterik xüsusiyyəti isə temperaturun olduqca aşağı bir göstəriciyə çatmış olmasıdır. Kainat hal-hazırda təxminən 14 saniyəlik bir ömürə malikdir və temperatur da 3 milyard dərəcədir. Kainat çox möhtəşəm bir sürətlə genişlənməyə davam edir.
Hidrogen və helium nüvələri kimi stabil atom nüvələrinin meydana gəlməyə başladığı mərhələ də, məhz bu mərhələdir. Yəni bir proton ilə bir neytron ilk dəfə yan-yana gələ biləcək mühit tapa bilmişlər. Kütlələri varla yox arası olan bu iki zərrəcik fövqəladə bir şəkildə cazibə yaradaraq o möhtəşəm yayılma sürətinə müqavimət göstərməyə başlamışlar. Ortada olduqca şüurlu, nəzarətli bir gediş olduğu bəllidir. İnanılmaz bir partlayışın arxasından, böyük bir tarazlıq, həssas bir nizam meydana gəlməyə başlamışdır. Protonlar və neytronlar bir yerə gəlməyə, maddənin təməl elementi olan atomu formalaşdırmağa başlayırlar. Halbuki, bu zərrəciklərin maddəni meydana gətirə bilmələri üçün lazımi həssas tarazlıqları təmin edəcək bir gücə və şüura sahib olmaları, əlbəttə ki, qeyri-mümkündür. Bu güc və şüur, ancaq onları yoxdan var edən, hər şey özünün istəyi, əmri və nəzarəti altında olan və hər şeyə gücü çatan Allaha aid ola bilər.
_ Sonrakı mərhələdə, kainatın temperaturu 1 milyard dərəcəyə enmişdi. Bu temperatur Günəşin mərkəzindəki temperaturdan 60 dəfə çoxdur. İlk mərhələdən bu mərhələyə qədər keçən müddət cəmi 3 dəqiqə 2 saniyədir. Artıq foton, neytron və anti-neytron kimi atom altı zərrəciklər çoxluq təşkil edir. Bu mərhələdə mövcud olan bütün zərrəciklərin sayı və bir-birləri ilə olan qarşılıqlı təsirləri çox mühümdür. Belə ki, hər hansı bir zərrəciyin sayındakı ən kiçik bir fərq, bunların müəyyənləşdirdiyi enerji səviyyəsini pozacaq və enerjinin maddəyə çevrilməsinin qarşısını alacaq.
Hidrojen Atomu |
Məsələn, elektron və pozitronu ələ alaq: Elektron və pozitron bir yerə gələndə enerji meydana gələr. Bu səbəblə də, qarşı-qarşıya gələn elektron və pozitronların sayı çox əhəmiyyətlidir. Tutaq ki, 10 elektron və 8 pozitron qarşı-qarşıya gəlir. Bu vəziyyətdə, 10 elektrondan 8-i, yenə 8 pozitronla qarşılıqlı təsirə girər və enerji meydana gələr. Nəticədə, sərbəst halda 2 elektron qalar. Elektron, kainatın təməl elementi olan atomun tərkib hissələrindən biri olduğu üçün, kainatın mövcud ola bilməsi üçün bu dövrdə lazımi miqdarda elektron olması vacibdir. Bir qədər əvvəlki nümunədən yenidən yola çıxsaq, qarşı-qarşıya gələn elektron və pozitronlardan, əgər pozitronların sayı daha çox olsaydı, nəticədə meydana gələn enerjidən sonra elektronlar əvəzinə pozitronlar artıq qalacaq və maddi kainat əsla meydana gələ bilməyəcəkdi.
Helyum Atomu |
Məhz, Böyük Partlayışdan sonra əmələ gələn zərrəciklərin sayı bu qədər incə bir hesabla müəyyənləşdirilir və nəticədə maddi kainat formalaşıb. Prof. dr. Steven Weinberg bu zərrəciklər arasındakı qarşılıqlı təsirin nə qədər vacib olduğunu bu sözləriylə vurğulayır:
“Kainatda ilk bir neçə dəqiqədə həqiqətən də qəti surətdə bərabər sayda zərrəcik və əks zərrəcik meydana gəlmiş olsaydı, temperatur 1.000.000.000 dərəcədən aşağı düşdüyü təqdirdə, bunların hamısı yox olar və şüadan başqa heç nə qalmazdı. Bu ehtimala qarşı çox yaxşı bir dəlil vardır: Mövcud olmağımız. Zərrəcik və antizərrəciklər yox olduqdan sonra hazırkı kainatın maddəsini təmin etməkdən ötrü geriyə bir şeyin qala bilməsi üçün, pozitronlardan bir qədər daha çox elektron, antiprotonlardan bir qədər daha çox proton və antineytronlardan bir qədər daha çox neytron mövcud olmalıydı. 2
_ İlk mərhələdən indiyədək cəmi 34 dəqiqə 40 saniyə keçmişdir. Kainatın yaşı artıq yarım saatdır. Temperatur milyard dərəcələrdən enərək artıq 300 milyon dərəcəyə çatmışdır. Elektronlarla pozitronlar bir-birləriylə toqquşaraq enerji meydana gətirməyə davam edərlər. Elektronların sayı pozitronlara nisbətən bir qədər daha çoxdur. Bu çoxluq sonradan kainatdakı protonların sayına bərabər olacaq şəkildə nizamlanmışdır. Çünki daha sonradan yaranacaq atomlarda elektron və proton sayları bir-birinə bərabər olacaq.
Sürətlə bir-birlərindən uzaqlaşan və demək olar ki, kütləsi belə olmayan bu zərrəciklər bir-birlərinin orbitinə daxil olaraq ilk atom olan hidrogen atomunu meydana gətirmələri çox möhtəşəm bir hadisədir. Digər tərəfdən bu zərrəciklərin təsadüfən, təsadüflər nəticəsində bir yerə gəlmələri, üstəlik də hamısının eyni şeyi etmələri qeyri-mümkündür. Bu vəziyyəti açıqlamaq üçün heç vaxt təsadüfdən istifadə edilə bilməz. Ortada çox açıq bir dizayn və nəzarət var. Kainatı təşkil edən, dizayn edən və ona nəzarət edən bu iradə, əlbəttə ki, ancaq bütün kainatın yaradıcısı olan Allahdır.
Bu dizayn yalnız atomda deyil, kainatda ən böyük kütlələrə sahib cisimlərdə də müşahidə edilə bilər. Başlanğıcda bir-birindən işıq sürətiylə ayrılıb uzaqlaşan zərrəciklər yalnız hidrogen atomları ilə meydana gəlməklə kifayətlənməmiş, müasir kainatdakı bütün böyük sistemlər, digər atomlar, molekullar, planetlər, günəşlər, günəş sistemləri, qalaktikalar, Kuasarlar, və s. möhtəşəm bir plan, ölçü və tarazlıq içində sırayla meydana gəlmişlər. Yalnız bir atomun yaranması üçün lazımi zərrəciklərin təsadüfən bir yerə gəlmələri, həssas tarazlıqları meydana gətirmələri belə qeyri-mümkün olduğu halda, planetlərin, qalaktikaların, bir sözlə, kainatdakı bütün sistemlərin hamısının tək-tək təsadüfən meydana gəlib tarazlıqlara sahib olduğunu iddia etmək tamamilə ağılsızlıq və məntiqsizlikdir...
Yalnız yaranması belə bir möcüzə olan hidrogen atomu meydana gəldikdən sonra digər atomlar meydana gəlmişdir. Ancaq, dərhal ağla; “digər atomlar niyə yarandı, niyə bütün proton və neytronlar yalnız hidrogen atomunu meydana gətirmədilər, zərrəciklər hansı atomdan nə qədər meydana gətirəcəklərinə necə qərar verdilər?...” kimi suallar gəlir. Bu sualların cavabı bizi yenə eyni nəticəyə gətirir: Hidrogen atomu və ondan sonra meydana gələn bütün atomların yaranmasında böyük bir qüdrət, nəzarət və dizayn vardır. Bu nəzarət və dizayn insan ağlının hüdudlarını aşan, ortada açıq bir "yaradılış" olduğunu göstərən xüsusiyyətdədir. Böyük Partlayış ilə meydana gələn fizika qanunları, aradan keçən 15 milyard illik bir müddətdə heç bir dəyişikliyə məruz qalmamışdır. Həmçinin bu qanunlar elə dəqiq hesablamalar nəticəsində meydana gətirilmişdir ki, hazırkı qiymətlərindən cüzi sapmalar nəticəsində belə bütün kainatdakı quruluşu və nizamı ortadan qaldıra bilər. Tanınmış fizikaçı prof. Stephen Hawkingin bu mövzuyla əlaqədar sözləri maraqlıdır. Hawking, izah edilən hadisələrin əslində qavraya bilmədiyimizdən xeyli dəqiq hesablamalar üzərinə qurulduğunu belə açıqlayır:
“Əgər Biq Bənqdən bir saniyə sonra genişlənmə nisbəti, 100.000 milyon dəfə milyonda bir qiyməti qədər az olsaydı, kainat artıq genişləməyib öz içinə çökəcəkdi”. 3
Bu qədər dəqiq hesablamalar üzərinə qurulmuş Böyük Partlayış, zamanın, məkanın və maddənin öz-özünə meydana gəlmədiyini, hər şeyin Allah tərəfindən yaradıldığını açıq şəkildə göstərir. Çünki yuxarıda izah edilən hadisələrin, kor təsadüflər nəticəsində meydana gəlməsi və kainatın təməl elementi olan atomu meydana gətirməsi qeyri-mümkündür.
Necə ki, bu mövzu ilə maraqlanan bir çox elm adamı kainatı yaradan sonsuz bir qüvvət sahibinin varlığını və böyüklüyünü qəbul etmiş vəziyyətdədir. Tanınmış astrofizik Hugh Ross kainatın Yaradıcısının bütün ölçülərdən üstün olduğunu belə açıqlayır:
“Zaman, hadisələrin meydana gəldiyi ölçüdür. Əgər zaman, partlayışla birlikdə meydana gəlmişdirsə, onda kainatı meydana gətirən səbəb kainatdakı zaman və məkandan tamamilə münəzzəh olmalıdır. Bu bizə Yaradanın kainatdakı bütün ölçülərdən üstün olduğunu göstərir. Eyni zamanda Yaradanın, bəzilərinin müdafiə etdiyi kimi kainatın özü olmadığını və kainatı əhatə etdiyini, yalnız kainatın içindəki bir güc olmadığını sübut edir”. 4
Biq Bənqin ən əhəmiyyətli xüsusiyyəti, nəzəriyyənin insanların Allahın gücünü daha yaxşı qavramasına imkan verməsidir. Sahib olduğu bütün maddələrlə birlikdə yoxdan meydana gəlməsi Allahın gücünün ən böyük dəlillərindəndir. Partlayış anında meydana gələn enerjinin həssas tarazlığı isə, Allahın elminin sonsuzluğunu düşündürməyə istiqamətli çox böyük bir işarədir
1. Taşkın Tuna, Uzayın Sırları, Boğaziçi Yayınları, sf.186.
2. Steven Weinberg, The First Three Minutes, TÜBİTAK Popüler Bilim Kitapları Serisi 1995, sf.84.
3. Stephen Hawking, Zamanın Kısa Tarihi, Milliyet Yayınları, sf. 9.
4. Hugh Ross, Beyond The Cosmos, Chapter 17.