Nəticə

Bizlər atomlardan əmələ gələn bir bədənlə yaşayır, havadakı atomlarla nəfəs alır, qidadakı atomları yeyir, su atomlarını içirik. Gördüklərimiz isə gözümüzdəki atomların elektronlarının fotonlarla toqquşmasından başqa bir şey deyil. Toxunaraq hiss etdiyimiz nə varsa, onlar da öz növbəsində dərimizdəki atomların əşyaların atomlarını itələməsindən ibarətdir...

Əlbəttə, bu gün insanların çoxu bədənlərinin, dünyanın, bir sözlə, hər şeyin atomlardan ibarət olduğunu bilirlər. Amma bəlkə də bu günə qədər atom adlandırdığımız nəsnənin hansı sistemə və quruluşa sahib olduğunu düşünməyiblər. Düşünəndə isə bu fövqəladə sistemin dərinliyinə getməyiblər. Bunun fiziklərin işi olduğunu düşünüblər. Halbuki insan həyatı boyunca bu qüsursuz sistemlə iç-içə yaşayır. Özü də bu, elə bir sistemdir ki, təkcə oturduğunuz stulu əmələ gətirən trilyonlarla atomun hər biri haqqında kitab yazılacaq qədər mürəkkəb quruluşa sahibdir. Yalnız bir atomun yaranmasını, sistemini, gücünü izah etmək üçün böyük kitablar yazılmalıdır. Texnologiya inkişaf etdikcə və kainat haqqındakı məlumatlarımız artdıqca bu kitabların sayı daha da çoxalır...

landscape

“Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allah`a həmd olsun! Göylərdə və yerdə böyüklük Ona məxsusdur. O, yenilməz qüvvət, hikmət sahibidir!” (Casiyə surəsi, 36-37)

Bəs bütün bu sistemlər necə yaranıb? Böyük partlayışın ardınca ətrafa səpələnən zərrəciklər atom əmələ gətirə bilməzdi. Sonra da təsadüfən uyğun şərait yarana və bu atomlar maddəyə çevrilə bilməzdi. Bu qədər mükəmməl sistemi, şübhəsiz ki, heç vaxt təsadüflərlə izah etmək olmaz. Çünki ətrafımızda gördüyümüz və görmədiyimiz nələr varsa, hamısı atomlardan ibarətdir və bu atomlar çox mürəkkəb şəkildə hərəkət edirlər. Bəs bu hərəkəti kim yönəldir? Bədənimizin sadəcə atomlardan ibarət olduğunu düşünsək, onlardan hansı hansını idarə edir? Digər atomlardan fərqlənməyən beyninizin atomlarımı? Əgər beyin atomlarının digərlərini idarə etdiyini desək, onda bu sualları cavablandırmaq lazımdır:

  • Əgər beyin atomlarının hamısı idarəedicidirsə, öz aralarında necə və nəyə əsasən qərar verirlər?
  • Beyini əmələ gətirən trilyonlarla atom öz aralarında necə əməkdaşlıq edirlər?
  • Nəyə görə trilyonlarla atomdan heç biri bu qərara etiraz etmir?
  • Atomlar arasında rabitə necə yaranır?

Bu sualların qarşılığında beyini əmələ gətirən trilyonlarla atomun hamısının birdən idarəedici olduğunu söyləmək məntiqsizdir. Bəs bu trilyonlarla atomun sadəcə birinin başçı olması, qalanlarının isə onun əmrlərinə uyğun hərəkət etmələri ağıla batırmı? Bu zaman ortaya daha qəliz suallar çıxır:

  • Məhz hansı atom idarəçidir və onu kim, nəyə görə bu vəzifəyə seçib?
  • Bu atom beyinin harasında yerləşir?
  • Onun digərlərindən fərqi nədir?
  • Nəyə görə qalan atomlar şərt kəsmədən onun əmrlərinə uyğun hərəkət edirlər?

Bu sualların cavabına keçməzdən əvvəl qeyd edək ki, “idarəçi” atom da eyni zərrəciklərdən yaranıb. Bu zərrəciklər nə üçün və nəyə görə “idarəçi” atomu yaratmaq məqsədi ilə bir araya gəliblər? Həmin zərrəciklərin özünü kim idarə edir və əgər onları başqa bir qüvvə yönəldirsə, yaratdıqları atomun “idarəedici olduğunu demək nə qədər düzgündür?

Bu suallar göstərir ki, beynimizdəki atomların hansının idarəedici olduğunu demək absurddur. İnsanlar, heyvanlar, bitkilər, daş-torpaq, hava, su, əşyalar, planetlər - hər şey atomdan yaranıbsa, kainatdakı bu sonsuz saydakı atomlar bir-biri ilə necə uyğunlaşır və necə sabit sistemlər yaradır? Onların hamısı eyni zərrəciklərdən ibarətdirsə, içlərindən biri necə “idarəedici” ola bilər? Bunu iddia etmək ya işi təsadüflərə bağlamaq, ya da aləmləri yaradan Allahın varlığını danmaq, Quranda da deyildiyi kimi, “vicdanları qəbul etdiyi halda, zülm və lovğalıqdan Rəbbini inkar etmək”dir. (Nəml surəsi, 14)

Düşünün ki, atomların müxtəlif şəkillərdə bir araya gəlməsi ilə formalaşan insan dünyaya gəlir, atomlarla qidalanır, böyüyür. Sonra atomlardan ibarət binada atomlardan ibarət kitabları oxuyur. Sonra ona atomlardan ibarət olan və üzərində “atom mühəndisi” yazılan bir diplom verirlər. Sonra da bu mühəndis “bu atomlar şüursuzdur, onların möhtəşəm nizamı də təsadüfən yaranıb” kimi sözlər deyir. Əgər belədirsə, onun özü bunları demək üçün tələb olunan şüur, iradə və zəkanı haradan alır?

Əlinizdəki bu kitabın hər səhifəsində kainatda canlı-cansız nə varsa, hamısını əmələ gətirən atomların öz-özünə və ya təsadüfən meydana gəlməsinin qeyri-mümkünlüyünə dönə-dönə əmin olduq. Bütün bu deyilənlərə baxmayaraq, hələ də kainatın təsadüfən yaranaraq bugünkü hala gəldiyini düşünənlərə söylədiyimiz hz. İbrahimin inkarçılara dediyindən artıq olmayacaq:

“Allahın verdiyi hökmranlıq üzündən İbrahimlə Rəbbi barəsində mübahisə aparan şəxsi görmədinmi? İbrahim “Mənim Tanrım həm öldürür, həm də dirildir”, - dediyi zaman o, “mən də həm dirildir, həm də öldürürəm”, - demişdi. İbrahim ona: “Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur”, - dedikdə, o kafir dönüb qalmışdı. Həqiqətən, Allah özünə zülm edənləri düz yola yönəltməz!” (Bəqərə surəsi, 258)

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 2/32).

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • I Hissə: Atomun Yaranmasi
  • II Hissə: Atomun Quruluşu
  • III Hissə: Maddəyə Doğru İkinci Pillə: Molekullar
  • IV Hissə: Canlanan Atomlar
  • V Hissə: Atomun Gücü
  • Nəticə
  • Təkamül Yalanı