Allah hər insanı bu dünya həyatında sınayar və hər insanın bu sınaq əsnasında göstərdiyi əxlaqa və imana görə, əsil həyatının cənnətdə və ya cəhənnəmdə olacağını təyin etmiş olar. Allahın qulları üçün yaratdığı bu sınaq isə, son dərəcə asan və rahatdır. Daha əvvəlki mövzularda da, toxunulduğu kimi, insanın öhdəsinə düşən Allahın Quranda bildirdiyi və insana dünya həyatında da xoşbəxtlik və hüzur gətirən həyatı yaşamaqdır. Allah bu imtahan içində imana qarşı mənfi bir güc olaraq şeytanı yaratmışdır. Ayələrdə bildirdiyi kimi, şeytan insanların düşüncələrinə vəsvəsə verərək, onlara imansızlığı təlqin edərək və ya bəzi insanların rəftarları və danışıqları vasitəsi ilə insanları dindən, Allahın əmrlərindən və gözəl əxlaqdan çəkindirmək üçün səy göstərir. Bunun üçün hər yolu sınayar, insanlara müxtəlif tələlər qurar. Şeytanın insanın bir düşməni olduğunu Allah bir ayəsində belə xəbər verir:
Ey iman edənlər, hamınız bütövlükdə sülhə (İslama) gəlin və şeytanın yolu ilə getməyin. Çünki o, sizə açıq-aşkar bir düşməndir. (Bəqərə surəsi, 208)
Bununla yanaşı Allahın ayələrində də bildirdiyi kimi, şeytanın insanlar üçün hazırladığı hiylələr çox zəifdir və iman gözüylə baxan bir insan, dərhal şeytanın tələlərini görər və pozar. Allah Quranda şeytanın etdiyi hiylələrin çox zəif olduğunu və insanlar üzərində heç bir hökmünün olmadığını xəbər vermişdir.
Quranda, ”İş bitdikdə (cənnətliklər Cənnətə, cəhənnəmliklər də Cəhənnəmə daxil olduqda) Şeytan (onu məzəmmət edən kafirlərə) belə deyəcək: "Allah sizə doğru vəd vermişdi. Mən də sizə (kömək edəcəyim haqda) vəd vermişdim, amma, sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm (sizi özümə tabe edə biləcək heç bir qüdrətim) yox idi. Lakin, mən sizi (günah işlətməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma çata bilərsiniz. Mən öncə (dünyada) sizin, məni (Allaha) şərik qoşmağınızı da inkar etmişdim. Həqiqətən, zalımları şiddətli bir əzab gözləyir!” (İbrahim surəsi, 22) ayədə şeytanın heç bir məcburedici gücü olmadığı üçün, mömin güclü bir mövqedə olar. Bu da çox böyük bir rahatlıqdır.
İblisin müstəqil bir gücünün olmadığı başqa ayələrdə də belə xəbər verilir:
İblisin onlar barəsindəki ehtimalı doğru çıxdı. Bir dəstə mömindən başqa, qalanları onun toruna düşdülər. Halbuki, o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq, axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün şeytana belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir. (Səba surəsi, 20-21)
Şeytanın insanlar üzərində heç bir məcburedici gücünün (hökmü) olmaması, insanlar üçün Allahın təyin etdiyi bir asanlıqdır. Şeytan, yalnız insana pisliyi, inkarı, pis əxlaq xüsusiyyətlərini pıçıldayar, onları inkara çağırar. Ancaq, bunları insanlara etdirmək üçün təzyiq tətbiq edə bilməz, qurduğu tələlər aydın və zəifdir. İnsan, şeytanın təsirindən xilas olmaq üçün, çox böyük bir səy və güc sərf etməsinə ehtiyac yoxdur. Çox az düşünən bir insan, həqiqətləri dərhal görər və şeytana uymaz. Məsələn, şeytan bir insana dünya həyatını çox cazibədar və bəzəkli göstərə bilər. Gənc bir insana dünya həyatını sanki heç bitməyəcəkmiş kimi hiss etdirib, onu dünyaya ehtirasla bağlamağa çalışar. Halbuki, ağlı başında və həqiqəti düşünən biri üçün şeytanın bu səyləri çox zəif və təsirsizdir. Hər insanın bir gün mütləq öləcəyini, dünya həyatında cazibədar görünən hər şeyin keçici, qısa ömürlü və cənnətdəki halıyla müqayisə edildiyində, son dərəcə əskik və kafi olmadığını bilən və düşünən bir insan, şeytanın tələsini pozmuş olar və ya şeytan bir insana qüruru və özünü bəyənməyi pıçıldayar. Ancaq acizliklərini, əskikliklərini, qüsurlarını düşünən və ya bir gün ölüb, torpağın altında çürüyəcək bir bədənə sahib olduğunu xatırlayan insan, şeytanın bu oyunundan da asanlıqla xilas olacaq.
Əlbəttə ki, bu asanlıq, səmimi olaraq şeytanın təsirində yaşamaq istəməyən, Allahın razılığını, rəhmətini və cənnətini məqsəd edən saleh insanlar üçündür. Əks halda bir insan Allahdan qorxub çəkinmədikdə və Allahın razılığını istəmədikcə şeytanın tələlərinə düşməsi çox asan olacaqdır. Rəbbimiz şeytanın yalnız "ixlaslı" qullarının üzərində bir təsirinin ola bilməyəcəyini ayələrində belə xəbər verir:
(İblis) dedi: "Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam; Yalnız Sənin sadiq bəndələrindən başqa!" (Sad surəsi, 82-83)
Buna qarşılıq şeytanın çağırışlarına uyan və onu dost tutanların sonu isə ayədə belə açıqlanır:
And olsun ki, Quran mənə gəldikdən sonra məni ondan (Qurana iman gətirməkdən) o sapdırdı. Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər). (Furqan surəsi, 29)