Allah istər ki, üzərinizdə olanı (ağırlığı) yüngülləşdirsin,
çünki, insan zəif olaraq yaradılmışdır.
(Nisa surəsi, 28)
Fədakar, etibarlı, şəfqətli, təvazökar, dürüst olmaq, gözəl söz söyləmək, yoxsulu yedirmək, sözünün üstündə durmaq, alınan bir əmanəti zamanında qaytarmaq, bağışlayıcı, təvəkküllü, səbirli, əliaçıq, hörmətli, etiqadlı olmaq, başqalarının haqqını yeməmək, saxtakarlıq etməmək, insanları özündən aşağı görməmək kimi gözəl xüsusiyyətlər, Allahın insanlara əmr etdiyi Quran əxlaqının əsaslarından bəziləridir.
Əslində insanların hamısı vicdanlarında Allahın məmnun olacağı gözəl əxlaqın nə olduğunu çox yaxşı bilirlər. Buna baxmayaraq şeytan, insanların əksəriyyətinə bu əxlaqı yaşamağı çətin və qeyri-mümkün göstərir. Hətta gözəl əxlaqın, yalnız peyğəmbərlərə və səhabələrə xas bir üstünlük olaraq qəbul edilir. Cahil cəmiyyətin sahib olduğu bəzi gözəl əxlaq xüsusiyyətləri isə, “pambıq ipə bağlı kimidir, ən kiçik bir zərbədə qopar” deyərək qəbul olunur. Məsələn, ən ədəbli və etiqadlı bilinən bir insan belə, mənfəətinə xələl gəldiyində hiddətlənə bilər, idarəsini itirər, kobud və təcavüzkar rəftarlar göstərə bilər. Ən kiçik şeydə belə, səbir etməzlər. Cəmiyyətimizdə insanların əksəriyyəti bu uyğunsuz əxlaq anlayışını daşıyırlar. Əksər insanlar bir-birinə bənzər rəftarlar göstərdiyi üçün, cahil cəmiyyət əxlaqının məhsulları olan eqoizm, öz mənfəətlərini qorumaq üçün başqalarını əzmək, saxtakarlıq, yalançı olmaq, ikiüzlülük, mərhəmətsizlik, lağ-lağlıq, həyasızlıq, kobudluq, qısqanclıq və s. çox təbii xüsusiyyətlər kimi görünür. Hətta, bir adam özünü tərifləyərkən "Mən çox inadçı, qısqanc və xəsisəm" kimi son dərəcə pis xüsusiyyətləri, sanki, şəxsiyyətinin əhəmiyyətli və gözəl parçalarıymış kimi sadalaya bilər. Bu səbəbdən, insanların çox böyük bir qismi ümumiyyətlə bir-birlərini və özlərini bu mənfi xüsusiyyətləriylə qəbul edirlər.
Hətta, xalq arasında ümumiyyətlə "Bir insan yeddisində nədirsə yetmişində də odur" deyimi istifadə edilir. Bu səhv anlayışa görə sahib olunan pis xüsusiyyətlərin, xasiyyətlərin, vərdişlərin dəyişməməyi, həyatı boyunca eyni qalması, məqbul qarşılanır. Halbuki, daha əvvəl də ifadə etdiyimiz kimi, Allah insanı din fitrətinə uyğun olaraq yaratmışdır. Bu səbəbdən insanın təbiətində gözəl əxlaqı görməkdən və tətbiq etməkdən zövq almaq lazımdır. Digər yollar isə, çətin və insana iztirab verici olanlardır. Yaxın tariximizin əhəmiyyətli İslam alimlərindən biri olan Bədiüzzaman Səid Nursi, "Şüalar" adlı əsərində, imanlı bir həyatın asanlığına və küfrün insan həyatına gətirdiyi çətinliyinə belə diqqət çəkir:
"İman və tövhid (Allahın birliyini qəbul etmə) yolu, çox qısa və doğru, müstəqim (düzgün) və asandır. Küfr və inkar yolları çox uzun, müşkül və təhlükəlidir. Demək ki, bu istiqamətli və hikmətli, hər şeydə ən qısa və asan yolda göndərilən bu kainatda, əlbəttə şirk və küfrün həqiqətləri ola bilməz, iman və tövhidin həqiqətləri bu kainata günəş kimi lazımlı və vacibdir. İnsanın əxlaqında ən rahat, ən faydalı, ən qısa, ən etibarlı yol isə sıratı müstəqim istiqamətindədir." (Şüalar, səh. 490)
Bədiüzzaman bir başqa sözündə də, bu mövzunu bu ifadələrlə açıqlamışdır:
"Küfr yolunda getmək, buzlar üzərində getməkdən daha zəhmətli və daha təhlükəlidir. İman yolu isə, suda, havada, piyada getmək və üzmək kimi çox asan və zəhmətsizdir." (Məsnəviyi Nuriyyə, səh. 71)
İmansız insan həyatında bəlkə bəzi zövqləri ala bilər. Amma, bunlar çox qısadır və mütləq ardından iztirab və əziyyəti də gəlir. İnsan nə qədər zənginlik, bolluq, gözəllik, zövq içində yaşasa da, əgər imanı yoxdursa, bunların hamısının bir gün əlindən çıxacağının qorxusu ilə yaşayar. Bütün sahib olduqları ya dünyada qarşılaşdığı bir hadisə ilə əlindən çıxacaq ya da bir gün ölümlə birlikdə məcburən bunlardan uzaqlaşacaq. Yəni, axirətə iman və Allaha təvəkkül olmayan bir yerdə həqiqət, dinclik və zövqün yaşanması qətiyyən mümkün olmaz. Səid Nursi, iman və gözəl əxlaq olmadığı halda insanın necə bir nəticə ilə qarşılaşacağını belə ifadə edir:
"Həyat isə, əgər iman olmazsa və yaxud üsyana o iman təsir etməzsə; həyat, zahiri və qısacıq bir zövq və ləzzətlə birlikdə, o zövq və ləzzətdən min dəfələrlə çox əzablar, hüznlər, kədərlər verər." (Sözlər, səh. 151)
Gözəl əxlaq isə, insan üçün ən asan və ən gözəl olanıdır. İman yolunu seçən insanlar üçün, dünya həyatlarından axirətə kimi kəsilməz bir zövq, sevinc və rahatlıq vardır. Hər hansı bir əskiklikləri olsa da, bunun keçici olduğunu, dünyada əskik olan hər şeyin axirətdə sonsuza qədər özlərinə vəd edilmiş olduğunu bilərək, heç bitməyən şövqünü yaşayarlar. Sonsuz nemətə qovuşa bilmək üçün, edə biləcəkləri şey çox asandır. Qurana və vicdanlarının əmr etdiklərinə uyarlarsa, Allahın izni ilə özlərini sonsuz gözəlliklərin və kəsilməz nemətlərin məkanı olan cənnətə çatdıracaq.
Şosedə gedən avtomobilləri düşünün. Hər birinin içində fərqli mədəniyyətlərdən gələn, fərqli işlərdə çalışan, xarakterləri ayrı, aldıqları təhsilləri, tipləri, qısa olaraq hər şeyləri bir-birindən fərqli olan insanlar vardır.
Bu avtomobillərdən ikisinin yol üzərində bir yol qəzası ilə qarşılaşdıqlarını fərz edək. Qəza edən avtomobilin içində yaralı olduğu açıqca görülən bir adam huşsuz bir haldadır. Bu vəziyyətdə avtomobillərdən biri yalnız yoluna baxıb davam edərkən, digəri avtomobili dərhal dayandırıb yaralı olan adama kömək edib, onu ən yaxın xəstəxanaya çatdırmağa və əlindən gəldiyi qədər kömək etməyə çalışar.
Bu iki adam arasındakı ən əhəmiyyətli fərq, birinin vicdanının səsinə qulaq asması, digərinin isə, vicdanını dinləməməyidir. Aralarındakı mədəniyyət, təhsil, iş, irq, soy və s. fərqinin isə əslində heç bir əhəmiyyəti yoxdur. Hər insan, heç bir istisnası olmadan, həyatı boyunca doğruları söyləyən bu səsə yəni vicdana malikdir. Səhv bir hərəkət edərkən, günah işləyərkən və düşdüyü hər səhvdə vicdanı ona mütləq doğru olanı söyləyər. İnsanın vicdanının səsini yoxlaması isə son dərəcə asandır. Çünki, bir hadisə qarşısında insana doğru olanı söyləyən vicdan, daim içində ilk eşitdiyi səsdir. İnsan bu ilk səsə uyğun gəldiyi təqdirdə rahat və hüzurlu bir həyat yaşayar. Əks halda isə, bu səsə qulaqlarını tıxayıb nəfsinə uyğun bəhanələr axtarmağa, özünə bəraət qazandırmağa çalışarsa, bu vəziyyətdə də içindən çıxa bilməyəcəyi çətinliklərlə, şiddətli bir vicdan əzabı ilə birlikdə yaşamaq məcburiyyətində qalar.
Bu səbəblə vicdanın varlığı, Allahın insanlara verdiyi çox böyük bir asanlıq və nemətdir. Bu nemətin qiymətini bilən və vicdanını istifadə edən insan hər vəziyyətdə doğrunu səhvdən ayıran, Allahın razı olacağı dünyada və axirətdə qurtuluşunu təmin edən bir anlayışa da sahib olar. Allah insanın qurtuluşunun yalnız vicdanını dinlədiyində olacağını belə bildirir:
And olsun nəfsə və onu yaradana; Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! (Şəms surəsi, 7-9)
Ayədə bildirilən "Nəfsini günahdan təmizləyən mütləq nicat tapacaqdır" ifadəsi vicdanına uyan adamın hüzur tapdığını açıqca ortaya qoyur.
Vicdanının əmrlərinə uymayan insanların vəziyyəti isə, ayələrin davamında belə xəbər verilir.
Onu (nəfsi) günaha batıran isə ziyana uğramışdır. (Şəms surəsi, 10)
Allahın bəyəndiyi əxlaqı yaşamayan bir insanın vicdanı, daim yaxşını, doğrunu və gözəli əmr etməyə davam edər, bunun nəticəsində isə, adamın içində bir qarşıdurma olar. Bilə-bilə vicdansızlıq etmənin əzabı gecə-gündüz insanın yaxasını buraxmaz. Bu isə, insan üçün dünyada və axirətdə böyük bir çöküntüyə gətirər.
Hər insanın həyatında "şanssızlıq", "mənfilik", "tərslik" kimi görünən bir çox hadisə meydana gəlir. Bunlar bir insanın bütün həyatına təsir edəcək qədər şiddətli kimi görünən və ya gündəlik həyat içində qarşılaşılan kiçik hadisələr ola bilər. Quran əxlaqını yaşamayan insanlar, ən kiçiyindən ən böyüyünə qədər nəfslərinin xoşlanmadığı bu cür hadisələrlə qarşılaşdıqlarında çətinlik, narahatlıq, bədbəxtlik, gərginlik və qorxu hiss edərlər. Halbuki, bu onların çox əhəmiyyətli bir həqiqətdən xəbərsiz yaşadıqlarının nəticəsində öz-özlərinə yaşatdıqları bir zülmdür. Allahın bir ayəsində bildirdiyi kimi "Allah insanlara zülm etməz, insanlar öz-özlərinə zülm edərlər". Allaha iman etməyən və ya iman etdiyi halda Allahın bildirdiyi həqiqətləri görməzlikdən gələrək yaşamağı seçən insanların dünyada aldıqları qarşılıq, həmişə narahatlıq, kədər və şübhə içində yaşamaq, bir çox qorxuya və zəifliyə sahib olmaqdır.
Həqiqəti bilənlər üçün dünya həyatında qorxu, narahatlıq və ya bədbəxtlik səbəbi ola biləcək heç bir şey yoxdur. Çünki, iman edənlər, hər hadisəni Allahın qədərdə (qismətdə) yaratdığını, hər şeyin Allah Qatındakı Lövhü Məhfuz adlı kitabda olduğunu və özlərinin də, digər bütün insanlar kimi qədərin (qismətinin) tamaşaçısı olduqlarını bilərlər. Allahın yaratdığı hadisələrin özləri üçün hər zaman gözəlliklə nəticələnəcəyini, Allahın saleh qullarının qədərini (qismətinin) ən hikmətli və özləri üçün ən xeyirli şəkildə yaratdığını heç vaxt unutmazlar.
İnsanların böyük bir hissəsi taleyi bilərlər, amma, tale ilə əlaqədar səhv anlayışlara sahibdirlər. Məsələn, yalnız insanın saç rəngi, boyunun uzunluğu, hansı ana-ataya sahib olacağı kimi müəyyən mövzuların insanın özünə aid olduğunu, digər mövzularda isə, əgər çox böyük səylə çalışar və əzm göstərsələr talelərini dəyişdirə biləcəklərini zənn edərlər. Halbuki, həqiqət budur: Bir insanın hər anı, bütün həyatı, həyatı boyunca qarşılaşdığı və qarşılaşacağı hər hadisə, hər danışma, hər baxış, hər səs taleyindədir. Məsələn, hal hazırda bu kitabın bu sətirlərini oxuyan adamın qədərində (taleyində) bu günün bu saatında bu sətirləri oxumaq onsuz da vardır. Allah bu anı, siz daha yaradılmadan milyonlarla il əvvəl də bilir. Bəlkə, bu kitabı oxuyana qədər insan bir çox hadisə yaşamışdır. Məsələn, tam oxumağa başlayacaq ikən qapı döyülmüş və bir yoldaşı gəlmişdir. Beləcə kitabı oxuması üç saat sonraya təxirə salınmışdır. Əlinə kitabı götürüb tam həmin anda qapının zənginin çalınması, qapını açdığında yoldaşının gülən üzü, "salam" deməsi, kitabı oxumanı üç saat təxirə salınması hərfi-hərfinə, siz bunları yaşamadan əvvəl Allahın yaddaşında, sizin yoldaşınızın və bu kitabın qədərdə (qismətdə) təyin olunmuşdur. Allah bir ayəsində bu mövzunu belə bildirir:
Sən nə iş görsən, Qurandan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın! (Yunus surəsi, 61)
Allah zamandan və məkandan münəzzəhdir. Zamana və məkana tabe olan isə insandır. Bu səbəblə bizim üçün keçmiş, indi və gələcək olan Allahın Qatında bir andır. Məsələn, bir sonrakı ad günümüz bizim üçün gələcək olan bir andır. Həqiqətdə isə o an, Allah Qatında olub bitmişdir, Allah o anı bilir. Yəni bizim bir sonrakı ad günümüzü, nə geyinəcəyimizi, kimlərlə birlikdə olacağımızı, o gün nə edəcəyimizi Allah bu anda bilir. Eyni şəkildə iki il sonra, üç il sonra, on il, qırx il sonra nə edəcəyimizi də Allah bu anda ən incə təfərrüatına qədər əhatə etmişdir. Allah, tək bir insanın həyatının bütün günlərini, hətta bütün dəqiqələrini, saniyələrini tək bir an olaraq bildiyi kimi, kainat var olduğundan bəri yaşamış olan milyardlarla insanın və bundan sonra yaşayacaq olan bütün insanların həyatlarının hər saniyəsinə də, tək bir an olaraq hakimdir. Allah sonsuz uzun zamanı sonsuz qısa zaman içində yəni tək bir anda yaratmışdır.
İnsanın, Allahın bu sonsuz elminin şüurunda olması və qədərinin (taleyinin) bir tamaşaçısı olduğunu bilməsi isə, onun üçün böyük bir nemət və asanlıqdır. Haqqıyla iman edən, səmimiyyətlə Allaha təslim olan bir mömin, özü üçün hazırlanmış olan qədərini (taleyini) ibrət götürərək, həyəcanla, şükürlə və hər an təvəkkül edərək, kreslosuna oturub bir filmi izləyən adamın rahatlığı kimi, rahat və sevinc içində izləyər.
Allahı dost və vəkil edən və Allahın yaratdığı hər hadisədən, hər görünüş və hər danışmadan razı olan bir insan, qədərindən (taleyindən) də razıdır. Allah, insanları sınamaq üçün qədərlərində (taleyində) fərqli hadisələr və görünüşlər yarada bilər. Bunlar bəzən ürküdücü, bəzən çətinlik və sıxıntı kimi görünə bilər. Ancaq, bu hadisələrin hər biri Allah Qatında ən incə təfərrüatlarına qədər planlı və gizlidir. Məsələn, hz. Yusif heç bir günahı olmadığı halda illərlə zindanda qalmışdır. Bu onun qədərindədir. Lakin, hz. Yusif Allahın yaratdığı qədərə məmnuniyyət və sevinclə təslim olduğu üçün, həbs ona bir çətinlik və sıxıntı deyil, əksinə bir çox nemətin və gözəlliyin qapısını açan bir hadisə olaraq görünmüşdür. Məsələn, belə bir çətinlik anını asanlıqların və rahatlığın olduğu bir mühitlə müqayisə edən mömin, nemətlərin zövqünə daha dərin çatar. Hər gün bir gül bağçası görən bir insanın bu bağçadan alacağı zövq ilə, illərcə beton divardan başqa bir şey görməmiş bir insanın gül bağçasından alacağı zövq əlbəttə ki, çox fərqlidir. Çətinliyi, çirkinliyi bilən bir insan rahatlıqdan və gözəllikdən daha çox zövq alacaq və ya qədərində hz. Yusif kimi haqsızlığa, çətinliyə, həbs kimi bir mühitə səbir edən bir insan, bunun axirətdə özünə Allahdan bir məmnuniyyət və əcr olaraq dönəcəyini düşünərək, qədərinə sevinər. Nəticədə, qədərində olanı yaşadığını və özü daxil olmaq üzrə heç bir yaradılmış varlığın onun qədərinin (taleyinin) önünə keçə bilməyəcəyini, qədərindəki tək bir saniyəni belə dəyişdirə bilməyəcəyini bilər və qədərinə təslimiyyətin rahatlığını yaşayar.
Qədərə təslim olan bir mömin əlbəttə ki, hər mövqedə əlindən gələnin ən çoxunu edərək səy göstərər. Məsələn, xəstələnən bir insan əlbəttə ki, həkimə gedəcək, dərmanlarını alacaq və xəstəliyi ilə əlaqədar hər şeyə diqqət yetirəcək. Ancaq bunları edərkən, getdiyi həkimin, aldığı dərmanların və müalicəsinin nəticəsinin də Allahın yaratdığı qədərdə (taleyində) olduğunu bilərək davranar. Bu səbəblə, heç bir zaman bədbəxtliyə, təlaşa, çətinliyə və ya pessimizmə qapılmaz. Allahın onun üçün dilədiyinin ən xeyirlisi olduğunu bilmənin hüzur və etibarını yaşayar. İnsanın hər hadisədə bir xeyir olduğuna iman etməsi son dərəcə əhəmiyyətli bir mövzudur.
Möminlər şər kimi görünən hadisələrdə belə, onun özləri üçün böyük bir xeyir olduğuna iman edər və Allaha təvəkkül edərlər. Bu, yalnız möminlərə xas bir xüsusiyyətdir. Peyğəmbərimiz bir hədisində bu mövzunu belə ifadə etmişdir:
“Mömin adamın vəziyyəti nə qədər çaşdırıcıdır. Çünki, hər işi onun üçün bir xeyirdir. Bu vəziyyət, yalnız , möminə xasdır, başqasına deyil. Ona, məmnun olacağı bir şey gəlsə şükür edər, bu isə xeyirdir, bir zərər gəlsə səbir edər bu da xeyirdir.” (Muslim, Zuhd 64, 2999)
Allah, bütün kainatın tək hakimi, sonsuz güc sahibidir. Bu həqiqəti bilən və haqqıyla görə bilən bir insan üçün, onsuz da, Allaha təslim olaraq təvəkkül etməkdən başqa bir yol olmadığını bilər. Çünki, bir insanın qarşılaşdığı hər hadisə, hər insan, hər danışma, hər səs, Allahın nəzarəti altındadır. Peyğəmbərimizin də ifadə etdiyi kimi, Allahdan gələn hər şey mömin üçün bir gözəllik və bir xeyirdir. Möminlərin bu həqiqətin şüurunda olaraq yaşadıqları təvəkkül anlayışını Allah bir ayəsində belə bildirir:
Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. (Yer üzündə) elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın. Həqiqətən, Rəbbim düz yoldadır! (Hud Surəsi, 56)
Allaha təvəkkül etməyərək, hər şeyi öz güclərinin və nəzarətlərinin altında zənn edənlərsə, daim qorxu, hüzn, narahatlıq və pessimizm içində olarlar. Bu, bir filmi izləyən bir insanın, sanki, filmin sonunu dəyişdirə biləcəkmiş kimi həyəcana və çaxnaşmaya qapılmasına bənzəyir. Belə bir qorxu necə də son dərəcə yersiz və gərəksizdirsə, qədərini izləyən bir insanın da qarşılaşdıqları qarşısında bənzər hisslərə qapılması gərəksiz və yersizdir. Məsələn, günahsız bir insana böhtan atanlar Allahın idarəsindəki varlıqlardır və Allah, insanı sınamaq üçün bu hadisələri yaradır. Bunlara səbir etdiyi təqdirdə, Allahın razılığını, cənnətini və rəhmətini qazanmağı ümid edən mömin üçün kədərlənib, sıxılacaq heç bir səbəb olmaz. Ayrıca, Allah, möminlərə hər vaxt köməyini göndərər və onlara işlərində asanlıq təmin edər. Bu, Allahın qəti bir vədidir. Allah bir ayəsində haqsızlığa uğrayanlar üçün belə buyurub:
Hər kim özünə verilən cəza kimi cəza versə, sonra yenə də təcavüzə məruz qalsa, şübhəsiz ki, Allah ona kömək edər. Həqiqətən, Allah əfv edəndir, bağışlayandır! (Həcc surəsi, 60)
O halda Allahın gücünü, köməyini və dostluğunu bilən möminlər üçün, təvəkkül və təslimiyyət tək yoldur, yolların ən gözəli və ən asanıdır. Əks halda, insan qaldıra bilməyəcəyi ağır bir yükün altına girər. Bədiüzzaman Səid Nursi bir sözündə insanın təvəkkül etmədiyi təqdirdə, öz-özünü necə bir çətinlik içinə salacağını belə ifadə edir:
“İnsan zəifdir, bəlaları çox, kasıbdır, ehtiyacı daha çox, həyat yükü çox ağırdır. Əgər Qədri Zülcəlala dözüb təvəkkül etməzsə və etimad edib təslim olmazsa, vicdanı daim əzab içində qalar. Səmərəsiz məşəqqətlər, əzablar, təəssüflər onu boğar. Ya sərxoş, ya da, canavar edər.” (Sözlər, s. 29)
Ayrıca, bunu ifadə etmək lazımdır ki, burada izah edilənlər insanların özlərini və ya bir-birlərini təsəlli etmələri, çətinliklər qarşısında düşünərək özlərini təlqin etmələri üçün verilən məlumatlar deyil. Bunlar Allahın yaradışının və dünya həyatının həqiqi üzüdür. Əksinə, inanan və ya əksinə görə davranan özünü aldatmış və yanıltmış olar. Bu səbəbdən cahillik, insanı ən varlı və ən rahat günlərində belə təvəkkülsüzlüyün çətinlik və gərginliyini yaşayarkən, həqiqətlərə iman edən bir mömin, hansı vəziyyətdə olursa olsun, dinin insanlara gətirdiyi asanlığı, sevinci və rahatlığı yaşayar.
Allah Quranda möminlər üçün belə bildirir:
Xəbəriniz olsun; Allahın vəliləri, onlar üçün qorxu yoxdur, qəmli də olmayacaqlar. Onlar iman edənlər və (Allahdan) çəkinənlərdir. Müjdə, dünya həyatında və axirət də onlarındır. Allahın sözləri üçün dəyişiklik yoxdur. Beləcə böyük “qurtuluş və xoşbəxtlik” budur. (Yunis surəsi, 62-64)
Diqqət yetirsəniz insanların böyük bir hissəsi həyatları boyunca həmişə bəzilərinin məmnuniyyətini, bəyənməsini və sevgisini qazanmağa çalışarlar. Yoldaşlarının, müdirlərinin, iş yoldaşlarının, internet dostlarının, qohumlarının, uşaqlarının… Belə bir anlayışda olan insanın həyat şəklindən geyiminə, danışma üslubundan dinlədiyi musiqiyə qədər hər şeyində, bəyənməsi hədəflənən biri vardır. Bu, bir çox istiqamətdən çox çətin, darıxdırıcı, yorucu və bezdirici bir həyatdır. Hər şeydən əvvəl, başqa insanların məmnuniyyətini axtaran bir insan, vicdanını çox vaxt təzyiq altına almaq vəziyyətində qalacaq. Məsələn, yeni tanış olduğu bir yoldaş, qrupundan kənarlaşmamaq, özünü qəbul etdirə bilmək üçün, bu insanlarda gördüyü səhv rəftarları söyləməyə, onları xəbərdar etməyə çəkinər. Yalnız, qalmaq və ətrafındakıları itirmə qorxusu ilə həyatı boyunca vicdanının əmr etdiklərindən qaçar. Bu, əvvəlcə onda vicdanı çətinlik meydana gətirərkən bir müddət sonra tamamilə vicdanı korlaşar və artıq doğru ilə səhvi, yaxşı ilə pisi, gözəl ilə çirkini ayırd edə bilməyəcək vəziyyətə gələr.
Eyni zamanda, bir çox insanı məmnun etmək üçün çalışan bir adamı gözləyən digər bir çətinlik isə, birini məmnun edərkən digərini hirsləndirmə ehtimalıdır. Bir insan yoldaşlarını məmnun edərkən ailəsini, ailəsini məmnun edərkən yoldaşlarını hirsləndirib itirə bilər. Ya da ki, müdirinin gözünə girmək üçün əlindən gələni edən bir insan, iş yoldaşlarının narazılığını qazana bilər. Bütün bunların nəticəsində isə, belə bir insanın həyatında hər vəziyyətdə narahatlıq, sıxıntı və narazılıq olacağı açıqdır.
Halbuki, səmimi bir müsəlman, yalnız Allahın məmnuniyyətini axtarar. Onun üçün ətrafındakı insanların nə deyəcəyi deyil, Allahın əmr etdikləri əhəmiyyətlidir. Allahın razılığını axtarmaq və ona görə hərəkət etmək isə, hər vaxt düzgün olan yoldur. Allah bir ayəsində, yalnız Allahın razılığını axtaranla, bir-biriylə çəkişən bir neçə başçısı (ağası) olan bir adamın vəziyyəti arasındakı fərqi belə bildirir:
Allah bir məsəl çəkir: “Bir adamın bir-biri ilə çəkişən bir neçə şərikli ağası var. Başqa bir adamın da yalnız bir ağası var (təkcə ona xidmət edir). Onların hər ikisi vəziyyətcə eyni ola bilərmi?! Həmd ancaq Allaha məxsusdur, lakin, onların əksəriyyəti (bu həqiqəti) bilməz!” (Zumər surəsi, 29)
Ayədə ifadə edildiyi kimi, insanın yaşayışına uyğun olan yalnız Allahın məmnuniyyəti üzərinə qurulmuş bir həyatdır. Səid Nursi də Allahın razılığını qazanmaq üçün cəhd göstərmənin hər zaman çox asan bir həyat gətirəcəyini belə açıqlamışdır:
“Əməlinizdə İlahi razılıq olmalıdır. Əgər, O razı olsa, bütün dünya küssə əhəmiyyəti yox. Əgər, O qəbul etsə, bütün xalq rədd etsə təsiri yox. O razı olduqdan və qəbul etdikdən sonra, istəsə və hikməti tələb etsə, sizlər istəmək tələbində olmadığınız halda, xalqlara qəbul etdirər. Onları da razı edər.” (Lemalar, s. 154)
Bədiüzzamanın bu təfəkkürü son dərəcə əhəmiyyətlidir, həqiqi ixlas və səmimiyyətin də açarıdır. İnsan ancaq Rəbbimizin razılığını axtararaq həqiqi səmimi dindar ola bilər. Əgər etdiyi işlərdə insanların və ya başqa varlıqların razılığına yönəlirsə, o zaman, şübhəsiz, bu işin içinə riya qarışmış olar. Riyakar bir quruluş isə, insanı həm dünyada, həm də axirətdə zərərə salar. Əvvəlcə, insanların razılığını axtaranlar, gözlədikləri qarşılığı heç bir zaman görə bilməzlər. Bir insanın gözünə girmək, ona sanki “gözünə girmək” üçün çalışıb dayanarlar, amma, qarşılarındakı insan onların bu səylərini təqdir edə bilməz. Onsuz da etsə belə özü də aciz və yazıq bir insandır. Hər şeyin tək hakimi və sahibi olan Allah, Onun (Allahın) razılığını qazanmaq üçün çalışanları isə, sonsuz cənnəti ilə müjdələyər ki, cənnət, insanın nəfsinin arzu etdiyi hər şeyin hazır olduğu bir məkandır. Allah, yalnız, Onun razılığına, lütfünə uyanların qurtuluşa çatacağını belə bildirmişdir:
Allah, öz lütfünə, razılığına uyanları qurtuluş yollarına yönəldər və onları Öz izniylə qaranlıqlardan nura çıxarar. Onları dümdüz yola yönəldib-çatdırar. (Maidə surəsi, 16)
Yalnız Allahın razılığına uymaq hər insana, dünyada və axirətdə ən asan, ən gözəl və ən sevinc dolu həyatı gətirəcək.
Cahil cəmiyyətlərdə insanlar ümumiyyətlə, öz istək və mənfəətlərini ön planda tutar, hər zaman “Əvvəl mənim rahatlığım, zövqüm, hüzurum gəlir” düşüncəsiylə hərəkət edərlər. Fədakarlıq isə, bu insanların nəfsinə çox çətin gəlir. Eqoist rəftarlar yaxşı olaraq görülərkən, fədakarlıq ümumiyyətlə saflıq olaraq düşünülər. Halbuki, Allaha iman edən və Allahın məmnuniyyətini qazanmaq üçün fədakarlıq edən biri üçün fədakarlıq, həm böyük bir qazancdır, həm də son dərəcə asan bir ibadətdir.
Möminlərin fədakarlıq anlayışlarını Allah belə xəbər verir:
Onlar öz nəfsləri istədikləri halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt, çətin gündən qorxuruq!” Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir. (İnsan surəsi, 8-11)
Etdiyi fədakarlığın qarşılığında, ayələrdə bildirildiyi kimi, Allahın razılığını və “parıltılı bir nur və sevinc” duyacağı axirət nemətlərini qazanacağını bilən bir mömin üçün, fəda etdiklərinin heç bir əhəmiyyəti qalmaz. Keçici, qısa və əskikliklərlə dolu bir həyatda insanın ən sevdiyi mal varlığının belə, Allahın məmnuniyyətinin və bunun qarşılığında verəcəyi cənnət həyatının yanında heç bir dəyəri və gözəlliyi yoxdur. Buna iman edən möminlər, etdikləri fədakarlıq nə qədər böyük olursa olsun, nə bir təqdir gözləyərlər, nə də digər insanları minnət altında buraxarlar.
Allah, Öz razılığı üçün fədakarlıq edənlərə dünyada da bolluq və bərəkət bəxş edər, Allah yolunda verdiyindən də çoxunu o adama bağışlayar. Allah bu vədini ayələrində belə bildirir:
Allah yolunda yaxşı borc verən kimdir ki, (Allah da) onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz Onun hüzuruna qaytarılacaqsınız. (Bəqərə surəsi, 245)
Mallarını Allah yolunda infaq edənlərin nümunəsi yeddi sünbül bitirən, hər bir sünbülü yüz dənə olan bir tək toxumun nümunəsi kimidir. Allah, dilədiyinə qat-qat artırar. Allah (lütfkarlığı) bol olandır, biləndir. Mallarını Allah yolunda infaq edənlər, sonra infaq etdikləri şeyin arxasından minnət qoymayan və əziyyət verməyənlərin əcrləri Rəbləri Qatındadır, onlara qorxu yoxdur və onlar qəmli olmayacaqlar. (Bəqərə surəsi, 261-262)
Allaha və axirətə inanmayanlar üçün, fədakarlığın hər cürü böyük bir itki, özlərindən və mənfəətlərindən əhəmiyyətli bir azalmadır. İnancsız olduqları üçün, əslində özlərinə böyük qazanc olacaq gözəllikləri çirkin və itki olaraq görərlər. Eqoist insanlar, malını və pulunu əlində möhkəm tutmağa çalışanlar daim çətinlik və gərginlik yaşayarlar. Evlərində oturarkən belə, davamlı bir narahatlıq içindədirlər. Əşyalarının köhnəlməsi, yeməklərinin tükənməsi, dostlarının ziyarəti bu insanlar üçün həmişə bir əziyyət və zəhmət mövzusudur. Pis əxlaqları ilə öz-özlərinə zülm edər, gözəl əxlaqın gətirəcəyi hüzur və bərəkətdən məhrum qalarlar.
Qullarından tövbəni qəbul edən, pislikləri bağışlayan və işlədiklərinizi bilən Odur. (Şura surəsi, 25) ayəsində də bildirildiyi kimi, Allah bağışlayandır. Möminlər də, Allahın bəyəndiyi əxlaqa uyğun gələn kəslər olaraq, birindən pislik gördüklərində bağışlamağı, pisliyi yaxşılıqla uzaqlaşdırmağı seçərlər. Şübhəsiz, bir pislik qarşısında səbir edərək, ürəyinə salmayaraq, pislik edən kimsəni bağışlayaraq intiqam ehtirasına qapılmamaq, qəzəbini udmaq, təqva sahibi insanlara xas bir xüsusiyyətdir. Bu rəftarın qarşılığı Allahın məmnuniyyəti və sevgisidir. Allah bir ayəsində belə bildirir:
O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər. (Ali İmran surəsi, 134)
Pisliklərə qarşı yaxşılıqla cavab verərək bağışlayan adam, eyni zamanda özü və ətrafı üçün də, barış və hüzur dolu bir mühit hazırlamış olar. Bu əlbəttə ki, daimi qarşılıqlı intiqamların alındığı, kin, nifrət, düşmənçilik duyğularının hakim olduğu çətin bir mühitlə müqayisə edilməyəcək qədər asan, dinc və rahat bir mühitdir. İnsan, ilk öncə qapıldığı hirs və kin duyğularından xilas olmaq üçün bəlkə, qısa bir müddət nəfsinin qarşısını almaq, səbir və səy göstərmək vəziyyətində qalacaq, amma qarşılığında dostluq, sevgi, hörmət və barış dolu bir ruha və mühitə sahib olacaq. Allah ayələrində möminlərə belə bildirir:
Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! (Fussilət surəsi, 34-35)
Allah gözəl əxlaqın qarşılığında insanlara gözəl və asan bir həyat təqdim edər. Bağışlayıcı olmayan bir insanın ətrafında həmişə düşmənləri, ona kin və nifrət edən insanlar olar, bağışlayan insanın dünyada tapdığı qarşılığı dinc və barış dolu bir həyat və səmimi dostlardır.
Qürur və böyüklənmə (lovğalanma) bir insana ən çox zülm və çətinlik yaşadan pis əxlaq xüsusiyyətlərindəndir. Təvazökarlıq isə, tam əksinə, insana hüzur və rahatlıq gətirər. Qürurlu bir insan, hər şeydən əvvəl bütün xüsusiyyətlərini özünə aid zənn edər. Məsələn, zəkasının Allahın, ona verdiyi bir nemət olduğunu düşünüb şükür etmək əvəzinə zəkasıyla öyünər. Bu xüsusiyyətini gözündə böyüdərək ətrafındakıları özündən kiçik görər və alçaldar. Bu xarakterinin bir nəticəsi olaraq, ətrafındakı insanlar tərəfindən sevilməz. Bəlkə, qürurlu rəftarlarından ötrü bəzi kəslər yanında əzilib, hörmət göstərə bilərlər. Ancaq, qürurlu insana göstərilən hörmət, səmimi, həqiqətən o adama hörmət duyulduğu üçün göstərilən bir hörmət deyil, əksinə onun qürurunun, əzəmətinin şərindən xilas ola bilmək üçün, tətbiq olunan bir davranış şəklidir. Bu səbəbdən qürurlu insanların həqiqi, səmimi bir sevgi ilə özlərinə bağlı dostları olmaz. Ətraflarında həmişə özlərinə saxta bir maraq və hörmət göstərən insanlar olar.
Qürurlu insanın öz-özünə etdiyi ən böyük zülmlərdən biri də, ətrafına qarşı həmişə qüsursuz və əskiksiz görünməyə çalışmasıdır. Məsələn, yuxarıda verdiyimiz nümunədə olduğu kimi, zəkası ilə qürurlanan bir insan daim ən ağıllı olma iddiasındadır. Əsla səhv etməyi qəbul edə bilməz. Səhv etdiyində bunun insanlar tərəfindən anlaşılmamağı üçün əlindən gələni edər, hətta, yalan danışaraq çox səviyyəsiz vəziyyətlərə düşər. Halbuki, insan son dərəcə aciz, nöqsanlara sahib və bu dünya həyatında həmişə sınanan bir varlıqdır. Bu səbəbdən həyatı boyunca bir çox nöqsanı və səhvi olması son dərəcə təbiidir. Bunları digər insanların gözündən yayındırmağa çalışmaq isə, son dərəcə mənasız və gərəksizdir. Allahın hər şeyi görən və bilən olması, insanın aciz və nöqsanlarla dolu bir varlıq olduğunu qavraması və insanların gözündə nə olduğunun deyil, əsl Allah Qatındakı yerinin əhəmiyyətli olduğunu bilməsi, insanın üzərindəki bu zülmü qaldıraraq, yaşadığı həyatı asan və dinc hala gətirər.
İnsanların nəfslərində böyük çətinliyi yaşadan hisslərdən biri isə, özünü bəzi xüsusiyyətlərindən ötrü digərlərinə görə daha qiymətli görməsidir. Bu, əslində şeytanın da bir xüsusiyyətidir. Allah, hz. Adəmi yaratdığında şeytana və bütün mələklərə hz. Adəmin qarşısında səcdə etmələrini əmr etmişdir. Mələklər, Allahın gözəl əxlaqla yaratdığı varlıqlar olaraq dərhal səcdə etmişlər. Şeytan isə səcdə etməmiş və bəhanə olaraq bunları söyləmişdir:
Dedi ki: “Mən ondan daha xeyirliyəm, Sən məni atəşdən yaratdın, onu isə palçıqdan yaratdın.” (Sad surəsi, 76)
Ayədə də bildirildiyi kimi, şeytan özünü digər yaradılmışlara görə üstün gördüyü üçün, Allahın əmrindən çıxa biləcək qədər azğınlaşmışdır.
Quranda özlərini üstün zənn etdikləri üçün azanlardan da danışılır. Məsələn, yəhudi və xristianlar, “Biz Allahın uşaqlarıyıq və sevdikləriyik...” (Maidə surəsi, 18) deyərək azıblar. Ancaq, onlar da daxil olmaq üzrə bütün insanlar, Allahın yaratdığı aciz varlıqlardır. Hər insan Allaha möhtacdır və Allahın özü üçün yaratdığı qədəri (taleyi) izləyir. Heç bir insan öz-özünə bəzi xüsusiyyətlər qazanıb sonra bunlarla üstünlük qazana bilməz. İnsanların üstünlüyü ancaq Allaha yaxınlıqda, təqvada göstərdikləri səy ilə ölçülə bilər.
Allahın özünü imtiyazlı və üstün zənn edənlərə Quranda verdiyi cavab belədir:
“Bəs onda Allah nə üçün günahlarınıza görə sizə əzab verir?” Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz. (Allah) istədiyini bağışlayar, istədiyinə əzab verər. Göylərin, yerin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir və axır dönüş də Onun hüzurunadır! (Maidə surəsi, 18)
Qüsursuzluq və səhv etməmə iddiası, insan üçün çox ağır bir yükdür. İnsanlar arasında da imtiyazlı olmağa çalışarlar, buna görə, hər anlarını nəzarət altında tutarlar, həmişə iddialı bir rəftar içində olmağa səy göstərərlər. Məsələn, bir yığıncağa qatıldıqlarında ən təsirli danışanın, ən gözəl geyinənin, ən ağıllı həll yolları tapanın, ən çox diqqəti üzərində çəkənin özlərinin olmasını istəyərlər. Hər hansı bir qrup içindəykən belə, oturmaq üçün seçdikləri yerə qədər bir imtiyaz, fərqlilik, üstünlük havası meydana gətirməyə çalışar, əsla kütlənin və ya o otaqdakı insanlara qaynayıb-qarışmağı qəbul etməzlər. Həmişə “tikan üzərində” kimidirlər. Heç bir hərəkətləri təbii və səmimi olmaz. Etdikləri hər şey, məqsədlərinə çata bilmək üçün hesablı və planlı olar. Bunun bir insan üçün nə qədər böyük bir əzab olacağı və o adama nə qədər böyük bir yük yükləyəcəyi isə ortadadır.
Ayrıca, bilinməlidir ki, belə insanlar, qürurlanaraq hədəf elədikləri heç bir şeyə çata bilməzlər. Qürurlandıqca, həm ətraflarından nifrət və əsəbilik qazanarlar, həm də, əllərindəkilər alındığında çox böyük bir çöküntü yaşayaraq həyata küsərlər. Allah bir ayəsində, qürurlananların bir nəticəyə çata bilmədiklərini belə bildirir:
(Rəbbindən) özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəyində ancaq bir təkəbbür (böyüklük iddiası) vardır. Onlar heç vaxt Ona (böyüklüyə) çatmayacaqlar. Sən Allaha pənah apar. Şübhəsiz O, haqqıyla eşidən, haqqıyla görəndir. (Mömin surəsi, 56)
Qürurlu insanlar, dünya həyatında heç bir əməllərinə çata bilmədikləri kimi, ən əhəmiyyətlisi, Allahın sevgisini də itirərlər. Allah bir ayəsində bunu belə bildirir:
“İnsanlara yanını çevirib (böyüklənmə) və lovğalanmış olaraq yer üzündə gəzmə. Çünki Allah, böyüklük göstərib lovğalananı sevməz.” (Loğman surəsi, 18)
Təvazökar insanlar isə, qürurlu insanların yaşadıqları çətinlik və təzyiqləri heç bir zaman yaşamazlar. Əlbəttə ki, hər insan hər şeyin ən gözəlinə sahib olmağı, hər şeyin ən yaxşısını etməyi istəyər. Ancaq, bunları dünyəvi ehtiraslarını təmin etmək, insanların gözlərində böyümək və bundan ötrü hörmət görmək üçün edənlər böyük bir səhv içindədirlər. Təvazökar bir insan isə, bunların hamısını Allahı razı etmək və savab qazanmaq üçün istəyər. Bir şey bacardığında və ya gözəl bir xüsusiyyətə sahib olduğunda, bunların heç birinin özündən olmadığını, hər birinin Allahın ona lütf etdiyi nemətlər olduğunu bilər. Bunları özünə verən, qədərində (taleyində) özünə müvəffəqiyyət, gözəllik və nemət yaradan Allaha şükür edər. Buna görə bunlardan hər hansı birini itirdiyində də üzülməz. Bunun da özü üçün bir sınaq olduğunu bilər və təvəkkül edər. Nə müvəffəqiyyətə, nə də müvəffəqiyyətsizliyə, nə gözəlliyə, nə də çirkinliyə sahiblənməz. Hamısının dünya həyatında onu sınamaq üçün yaradılan hadisə və səhnələr olduğunu bilərək, bu inancının ona verdiyi hüzur və rahatlığı yaşayar.
Bədiüzzaman da qürurlu və təvazökar insanların həyatları arasındakı fərqi qısaca belə yekunlaşdırır:
“Özünü bəyənən bəlasını tapar, zəhmətə düşər. Özünü bəyənməyən səfasını tapar, rəhmətə gedər.” (Məktubat, s. 301)
Cahil insanlar sıxıntıya düşdükdə dərhal yalana yönələrlər. Bunu özlərini qurtarmaq üçün asan bir üsul olaraq görərlər. Halbuki, dürüst olmamaq və yalançı olmaq bir insanın sahib olduğu ən əzab verici istiqamətlərdən biridir. Hər şeydən əvvəl, yalan danışan bir insan hər an yalanının ortaya çıxmasının narahatlığını yaşayıb və bundan ötrü alçalacaq deyə qorxar. Bundan başqa yalançı olmanın gətirdiyi vicdan çətinliyi insanlarda narahat və gərgin bir hala səbəb olar. Hər kəsin bir-birinə yalan danışdığı bir mühit isə, son dərəcə səmimiyyətsiz və riyakardır. Hər kəs bir-birinin hər söylədiyindən şübhələnər. Ən sadə mövzularda belə bir-birlərinə güvənə bilməzlər. Misal olaraq, yeni aldıqları paltarın yaraşıb yaraşmadığını soruşduqlarında riyakar bir cavab alacaqlarından əmindirlər. Yalanlar və riya üzərinə qurulmuş bir dostluğun isə səmimi bir dostluq ola bilməyəcəyi məlumdur.
Halbuki, dürüstlük, Allahdan qorxan bir insan üçün çox əhəmiyyətlidir. Allah bir ayəsində iman edənlərə dürüstlüyü belə əmr edir:
Ey iman edənlər, Allahdan çəkinin və sözü doğru söyləyin. (Əhzab surəsi, 70)
Dürüstlük və səmimiyyət isə, möminlərə çox gözəl, etibarlı, hüzur dolu bir həyat gətirər. Məsələn, səhv edən bir mömin bunu heç bir zaman digərlərindən gizləməz. Çünki, Allahın, özünü hər an izlədiyini, gördüyünü və eşitdiyini bilər və Allaha yönələrək tövbə edər. Möminlərin bilməsi lazımdırsa, bunu onlara da ən doğru və dürüst şəkildə izah edər. Möminlərin belə bir dürüstlük qarşısında səmimiyyətini istismar etməyəcəklərini bilər. Əksinə edilən səhv nə olursa olsun, möminlər, o adamın göstərdiyi səmimi və təvazökar rəftardan ötrü son dərəcə məmnun olar və o adama güvənərlər. Peyğəmbərimiz (s.ə.v.) də bir hədisində yalan danışmaq ilə əlaqədar olaraq belə buyurmuşdur:
Heç şübhə yoxdur ki, düzgünlük yaxşılığa aparar. Yaxşılıq da cənnətə aparar. Adam doğru söyləyə-söyləyə Allah Qatında sıddıq (doğru sözlü) deyə yazılar. Yalançılıq pisə aparar. Pis olansa cəhənnəmə aparar. Adam yalan söyləyə-söyləyə Allah Qatında kezzab (çox yalançı) deyə yazılar. (Buxari, Ədəb, 69; Müslim, Birr, 103-104)
Səmimi, sirri olmayan, əsrarəngiz bir hava təqdim etməyən açıq bir insan çox etibarlıdır və o adamın yanında hər kəs rahatlıq tapar. Belə insanların bir yerdə olduqları bir cəmiyyət isə, çox böyük bir nemət və gözəllikdir. İnsanlar bəlkə dürüst davranaraq özlərini hörmətdən salmaqdan, çətinlik yaşamaqdan çəkinərlər ancaq, Allah dürüst və səmimi insanlara çox gözəl, etibarlı və dinc bir mühit verər. Onların axirətdə alacaqları qarşılıq isə, daha gözəl və müjdə doludur:
Allah buyurdu: “Bu (qiyamət günü) elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər. Onları (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Bu, (möminlər üçün) böyük qurtuluşdur .” (Maidə surəsi, 119)
Bu hissədə gözəl əxlaq xüsusiyyətlərindən bir neçə nümunə verilərək, əslində asan olanın və insana xoşbəxtlik gətirənin, Quran əxlaqının yaşanması olduğu izah edildi. Burada verilən nümunələri çoxaltmaq mümkündür. Çünki, hər pis xüsusiyyətindən xilas olaraq bir yaxşılıq daha qazanan adam üçün bir qat daha çox sevinc vəsiləsi meydana gələcək. Məsələn, qısqanc biri qısqanclıqla öz-özünü narahat edərkən, bütün gözəlliklərdən, gözəl insanlardan, digər insanların müvəffəqiyyətlərindən zövq almağa başlayacaq. Məsələn, daha əvvəl qısqanclıq və əsəbi baxdığı yoldaşının gözəlliyi, bir anda Allahın yaradışını təriflədiyi, hər gördüyündə nemət olaraq gördüyü bir gözəlliyə və sevincə çevriləcək ya da ki, ən kiçik bir hadisədə belə səbirsiz olaraq özünə süni olaraq çətinliklər yaşadan bir insan, səbrin gözəlliyini və Allah Qatındakı dəyərini öyrənərək yaşadığında, çətin kimi görünən hadisələrdə belə səbir etmənin, təvəkkülün və təslimiyyətin böyük sevincini və rahatlığını yaşayar. Bu çətinliklərə səbir göstərdiyində qazanacağı mükafatı düşünərək sevinci qat-qat artar.
Nəticə olaraq, Allaha, Allahın yaratdığı qədərə (taleyə), cənnətin və cəhənnəmin varlığına qəti olaraq iman etmək, bir insana ən böyük sevinci, hüzuru, rahatlığı və asanlığı gətirən əhəmiyyətli bir sirdir. Bunlara çatmaq üçün başqa yollar axtaranlar böyük bir yanılma içindədirlər və iman etmədən bu nemətlərə heç vaxt çata bilməzlər.