Nəticə

Yer üzündə yaşamaqda olan bütün insanlar kimi siz də irəliləyən hər saat, hər dəqiqə və hər saniyə axirət həyatınıza daha çox yaxınlaşırsınız. Bu, qaçışı olmayan bir həqiqətdir... Bir gün, bir şəkildə həyatınız sona çatacaq və Allah qatında dünyada etdiklərinizə görə hesabat verəcəksiniz.

İndiyə qədər dini çətin gördüyünüz üçün dindən uzaq dayanmış, Quran əxlaqını yaşamamış və bir çox səhv etmiş ola bilərsiniz. Amma bu andan sonra vacib olan səmimi olaraq Allaha tövbə edib, axirətiniz üçün ən xeyirlisini etməniz və asan olana tərəf getmənizdir. Bu qərara gəldiyinizdə bu ana qədər alışdığınızdan çox fərqli və "gözəl bir həyat"a qovuşacağınız isə Allahın icazəsiylə qəti bir həqiqətdir.

"Gözəl bir həyat" anlayışı insanlara çox vaxt yad gəlir. İnsanların böyük bir qismi heç bir çətinlik, kədər, qorxu, narahatlıq hiss etməyəcəkləri bir həyatı, qeyri-mümkün olan bir xəyal olaraq görərlər. Həqiqətən, belə bir həyat, dindən uzaq yaşayan insanlar üçün qovuşmaları mümkün olmayan bir xəyaldır.

Belə dinc və sevinc içində bir həyatı yalnız Allahın razılığını, cənnətini və rəhmətini özlərinə hədəf edən, Allahdan qorxub çəkinənlər yaşaya bilərlər. Bu Allahın inanan qullarına müjdələdiyi bir həqiqətdir:

Kişi olsun, qadın olsun, bir mömin olaraq kim saleh əməl edərsə, heç şübhəsiz Biz onu gözəl bir həyatla yaşadarıq və onların qarşılığını, etdiklərinin ən gözəliylə şübhəsiz verərik. (Nəhl surəsi, 97)

Kitab boyu əhatəli bir şəkildə izah edildiyi kimi, Allahın insanlar üçün bildirdiyi din, çox asan və zəhmətsizdir. Həmçinin, insanın həyatındakı bütün çətinlikləri, sıxıntıları və zəhmətləri aradan götürər. Dini yaşayan insan Allahın qoruması ilə, hər işində müvəffəqiyyətə və ən gözəlinə çatar və ayədə bildirildiyi kimi ən gözəl həyatı yaşayar.

O halda siz də gözəl olanı və eyni zamanda da ən asan həyatı seçin. Belə bir həyatı Quran əxlaqını yaşayaraq asanlıqla əldə edə bilərsiniz. Çünki Quran, bu kainatdakı hər şey kimi sizi də yaradan Allahın sözüdür. Bu ana qədər içində yaşadığınız cəmiyyətdən, ətrafınızdakı insanlardan, qəzetlərdən, televiziyadan aldığınız təlqinləri bir kənara buraxaraq yalnız Allahın sözü olan haqq dinə yönəlin və Quran əxlaqını yaşamağın asanlığını düşünün.

Unutmayın, əgər din əxlaqının rahatlıqla yaşana biləcəyini görməzlikdən gələrək, asan olanı tərk edəcək olsanız, axirətdə ümid etmədiyiniz sonsuz bir əzabla qarşılaşa bilərsiniz.

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)