Bura qədər olan hissələrdə təkamül nəzəriyyəsi üçün ən əhəmiyyətli olan ara keçid formalarına aid qalıqların tapılmadıqlarından danışdıq. Ancaq buna baxmayaraq, təkamülçü kitablarda, jurnallarda və ya bəzi dərsliklərdə adı çəkilən "ara keçid formaları" vardır. Hətta bunların bir çoxu, məsələn, arxeopteriks və ya Lucy təkamül nəzəriyyəsinin simvolu halına gəlmişdir. Bəzən də qəzet və jurnallarda "itmiş halqa tapıldı" bənzəri başlıqlarla dərc olunan xəbərlər oxuyarsınız. Bu xəbərlərdə tapılan bir qalığın təkamülçülərin illərdir ki, axtardığı ara keçid forması olduğu iddia edilir. Elə isə bu adı çəkilən ara keçid formaları nələrdir?
Bu hissədə bir çoxunu ələ alacağımız bu uydurma ara keçid formaları əslində ara keçid formalar deyildirlər. Hamısı başqa bir növlə arasında ata-nəvə əlaqəsi olmayan, özünəməxsus və əskiksiz quruluşda növlərə aid canlıların qalıqlarıdır. Ancaq təkamülçülər tərəfli şərhlərlə, bəzən də hiyləgər üsullardan istifadə etməklə bunları ara keçid formalar kimi tanıdırlar. Sonrakı səhifələrdə də görüləcəyi kimi bütün bu saxta ara keçid formaları təkamülçülərin arasında da mübahisə mövzusudur. Hətta həqiqətləri qəbul etməkdən çəkinməyən bəzi təkamülçülər bunların ara keçid forması olmadıqlarını qəbul edərək, bu həqiqəti elan edirlər.
Canlısı bulunana kadar evrimci propogandaya malzeme olan bir balık: Coelacanth |
Selakant təxminən 150 sm uzunluğunda, iri quruluşlu, zirehi xatırladan və bütün bədənini örtən qalın pulcuqlara sahib bir balıqdır. Sümüklü balıqlar (osteichthyes) sinfinə daxildir və qalıqlarına ilk olaraq Devon (408-360 milyon il arası) dövrünə aid süxurlarda rast gəlinir. 1938-ci ilə qədər bir çox təkamülçü zooloq bu canlının bədənindəki iki ədəd cüt üzgəcdən istifadə edərək dəniz döşəməsində yeridiyini və dəniz-quru heyvanları arasında bir keçid forması olduğunu fərz edirdi. Təkamülçülər bu iddialarına dayaq olaraq əllərində olan selakant qalıqlarının üzgəclərindəki sümüklü strukturları göstərirdilər. Ancaq 1938-ci ildə baş verən bir hadisə bu ara növ iddiasını tamamilə çürütdü. Cənubi Afrika Respublikası sahillərində canlı bir selakant tutuldu! Üstəlik ən azı 70 milyon il əvvəl yox olduğu düşünülən bu canlı növü üzərində aparılan tədqiqatlar selakantların 400 milyon ildir ki, heç bir dəyişikliyə məruz qalmadıqlarını göstərirdi.
“Focus” jurnalının 2003-cü il Aprel buraxılışında bu tapıntının meydana gətirdiyi təəccüb hissi bu ifadələrlə qeyd olunur:
Əslində canlı dinozavr tapılsaydı bu daha az təəccüblü olardı. Çünki qalıqlar selakantın dinozavrların səhnəyə çıxmasından 150-200 milyon il əvvəl yaşadığını göstərir. Bir çox elm adamının quruda yaşayan onurğalılarının əcdadı olaraq göstərdiyi, ən azı 70 milyon il əvvəl yox olduğu hesab edilən balıq diri halda tapılmışdı! 111
Sonrakı illərdə hamısı diri olmaqla təxminən 200 ədəd selakant (latimera chalumnae) tutuldu. Heç bir dəyişikliyə məruz qalmayan balıqların 150-600 metr dərinlikdə yaşadıqları və mükəmməl bir bədənə sahib olduqları məlum oldu. 1987-ci ildə Max Planck İnstitutundan professor Hans Fricke, Geo adındakı mini sualtı qayığıyla Afrikanın şərqində yerləşən Komor adaları ətrafında 200 metrə qədər dərinliyə enərək bu canlıları təbii mühitlərində müşahidə etdi. Sümüklü üzgəclərin tetrapodlarda (dörd ayaqlı quruda yaşayan canlılarda) yerimə funksiyasını yerinə yetirən çıxıntılarla heç bir funksional əlaqəsinin olmadığını gördü.
“Focus” jurnalında bu tədqiqatın nəticələri belə qeyd olunur:
Elastiki üzgəclərinin dörd ayaqlı quruda yaşayan onurğalılarınkına bənzər bir funksiyası yox idi. Bunlar heyvanın baş aşağı və geriyə doğru da daxil olmaqla, hər istiqamətə üzməsini təmin edirdi. 112
400 milyon illik bir müddətdə heç bir dəyişiklik keçirməyən bir canlı olan selekant təkamülçüləri çox çətin vəziyyətdə buraxmışdır. Üstəlik selakantların heç bir dəyişiklik keçirmədiyi 400 milyon il davam edən qitə hərəkətləri də düşünüldükdə təkamülçülərin tamamilə çarəsiz qaldıqları görünür. “Focus” jurnalında bu mövzuda bunlar qeyd olunur:
Elmi məlumatlara əsasən dövrümüzdən təxminən 250 milyon il əvvəl bütün qitələr birləşmiş vəziyyətdə idi. Pangeya adlanan bu böyük quru parçasını tək və nəhəng bir okean əhatə edirdi. Təxminən 125 milyon il əvvəl qitələrin yer dəyişdirməsi nəticəsində Hind okeanının ərazisi genişləndi. İndiki vaxtda selakantların təbii mühitlərinin əhəmiyyətli bir hissəsini meydana gətirən Hind okeanındakı vulkanik mağaralar da qitə hərəkətlərinin təsirindən meydana gəldi. Məhz bütün bu məlumatlar əsasında qarşımıza əhəmiyyətli bir həqiqət çıxır. Təxminən 400 milyondan bəri yaşayan bu heyvanların təbii mühitlərində baş verən bu qədər dəyişikliyə baxmayaraq dəyişmədiyi həqiqəti! 113
Tam 400 milyon illik bir dövrdə selakantın heç bir dəyişikliyə məruz qalmaması, canlılar aləminin təkamüllə meydana gəldiyi və canlılarda daimi bir təkamül olduğu nəzəriyyəsiylə açıq şəkildə ziddiyyət təşkil edir.
Həm də selakant təkamül nəzəriyyəsinin xəyali bir keçidlə bir-birinə bağladığı dənizdə və quruda yaşayan canlılar arasındakı dərin yarğanı aşkarlayır. Professor Keith S. Thomsonun “The Story of the Coelacanth” (Selakantın Hekayəsi) adlı kitabında bu məlumatlar verilir:
Məsələn, məlum olan ən qədim selakant (diplocercides) da qətiyyən eyni şəkildə dimdik şəklində olan bir orqana (kəllənin daxilində olan jelə bənzər bir maddə ilə dolu kisə və ona bağlı altı şar, zooloqlar tərəfindən dimdik şəklində olan bir orqan deyə adlandırılır), xüsusi bir kəllə oynağına, içi boş kürək ipinə (xorda) və az sayda dişə sahib idi. Bütün bunlar qrupun Devon dövründən bəri (400 milyon ərzində) demək olar ki, heç dəyişmədiyini göstərdiyi kimi, qalıq qeydləri arasında böyük bir boşluğun olduğunu da göstərir. Çünki bütün selakantlarda müşahidə olunan ortaq xüsusiyyətlərin ortaya çıxmasını göstərən ata qalıqlar zəncirinə sahib deyilik. 114
Coelacanth'ın canlısının bulunmasıyla, bu balık üzerinde çok detaylı incelemeler yapıldı. |
Selakantın heç bir əcdadı olmadan qəfildən ortaya çıxması və milyonlarla il ərzində heç bir dəyişikliyə məruz qalmamasıyla yanaşı, selakantların mürəkkəb bədən quruluşları da təkamülçülər baxımından böyük bir problemdir. Cənubi Afrikada yerləşən və dünya səviyyəsində tanınan JLB Smith Balıq Elmi İnstitutunun direktoru professor Michael Bruton selakantı olduqca mürəkkəb bir heyvan kimi tərif edir.
Doğum bu canlıların mürəkkəb xüsusiyyətlərindən biridir. Selakantlar balalarını doğmaqla dünyaya gətirərlər. Portağal böyüklüyündəki yumurtaları balığın içində olarkən çatlayar. Üstəlik balaların ananın bədənindən plasentaya bənzər bir orqan sayəsində qidalandıqlarına dair məlumatlar mövcuddur. Plasenta balanı oksigen və qidayla təmin edən, həmçinin balanın bədənində tənəffüs və həzmdən artıq qalan maddələri kənarlaşdıran mürəkkəb bir orqandır. Karbon dövrünə aid (360-290 milyon il əvvəlki dövr) embrion qalıqları belə bir mürəkkəb sistemin məməlilərin ortaya çıxmasından xeyli əvvəl mövcud olduğunu göstərir. 115
Digər bir tərəfdən selakantların ətrafdakı elektromaqnetik sahələrə həssas olduğunun aşkarlanması bu canlılarda mürəkkəb bir duyğu orqanının da varlığını göstərmişdir. Elm adamları balığın rostal orqanının beynə bağlandığı sinirlərin iş rejiminə baxaraq bu orqanın elektromaqnit sahələri hiss etmə vəzifəsini yerinə yetirdiyini qəbul edirlər. Bu mükəmməl orqanın ən qədim selakant qalıqlarında belə mövcud olması, digər mürəkkəb strukturlarla birlikdə ələ alındığında təkamülçülərin həll edə bilməyəcəyi bir problemi daha ortaya çıxarır. Bu problem “Focus” jurnalında belə ifadə edilir:
Qalıqlara görə balıqların ortaya çıxdığı tarix dövrümüzdən təxminən 470 milyon il əvvələ uyğun gəlir. Selakantın ortaya çıxması isə bu tarixdən 60 milyon il sonradır. Çox ibtidai xüsusiyyətlərə sahib olması gözlənilən bu varlığın ən mürəkkəb bir quruluşa sahib olması insanı təəccübləndirir.
Bütün bunlar təkamül nəzəriyyəsinə böyük bir zərbədir: Plasentaya bənzər bir orqanın və elektromaqnit dalğaları qəbul edən mürəkkəb strukturların bu qədər keçmiş dövrlərdə qüsursuz şəkildə tapıldıqlarının göstərilməsi, təbiət tarixində təkamül nəzəriyyəsinin iddia etdiyi kimi sadədən mürəkkəbə doğru mərhələli şəkildə təkamül yaşanmadığını açıq şəkildə göstərir.
1966-cı ildə tutulan bir selekant, tutulduqdan dərhal sonra donduruldu. Elm adamları balığın qanı üzərində tədqiqat apardıqlarında çox təəccübləndilər: Selakant köpək balığı qanı daşıyırdı!
Selakantdan başqa bütün sümüklü balıqlar (osteichthyes) dəniz suyu içib duzu bədənlərindən kənarlaşdıraraq su ehtiyaclarını ödəyirlər. Selakantın bədənində olan sistem isə qığırdaqlı balıqlar (chondrichthyes) sinfində olan köpək balığının bədənindəki sistem kimidir. Köpək balığı zülalların parçalanması nəticəsində əmələ gələn naşatır spirtini sidik cövhərinə çevirir və insan üçün ölümcül ola biləcək dozalarda sidik cövhərini qanda saxlayır. Ətrafdakı suyun duzluluq dərəcəsinə görə qanda olan bu maddələrin miqdarı nizamlanır, nəticədə qan dəniz suyu ilə izotonik vəziyyətə gəldiyindən (daxildəki və xaricdəki suların osmotik təzyiqlərinin tarazlandığı, yəni eyni sıxlığa çatdığı üçün) bədəndə su itkisi baş verməz. Selakantın qaraciyərinin sidik cövhəri ifraz etmək üçün lazımi fermentlərə sahib olduğu da aşkarlanmışdır. Yəni selakant aid edildiyi sinfin başqa heç bir növündə olmayan və ancaq on milyonlarla il sonra köpək balıqlarında əmələ gələn özünəməxsus qan xüsusiyyətlərinə sahibdir.
“Focus”, selakantda köpək balığı qanının olmasını, professor Keith S. Thomsonun ifadəsiylə "təkamüllü bir problem" olaraq xarakterizə edir. Jurnal problemi daha da açıq vəziyyətə gətirərək və molekulyar analizlərə əsaslanaraq qığırdaqlı balıqlar sinfindəki köpək balıqlarıyla sümüklü balıqlar sinfindəki selakantlar arasında heç bir təkamüllü qohumluğun yaradıla bilmədiyini ifadə edir. Göründüyü kimi iki canlı arasındakı oxşarlığa gətiriləcək heç bir təkamül xarakterli açıqlama yoxdur. Təkamülçülərin əksəriyyətinin oxşarlığı açıqlamaq məqsədiylə müraciət etdikləri molekulyar analiz üsulları belə bu mövzuda heç bir fayda vermir. Veriləcək tək şərh bu canlıların ortaq bir yaradılışla, yəni Allahın yaratmasıyla yaradıldıqları həqiqətidir.
Seymouria bəzi təkamülçülərin "sürünənlərin əcdadı" olaraq göstərdikləri amfibiya növüdür. Halbuki seymourianın bir ara keçid forması ola bilməyəcəyi, seymourianın yer üzündə ilk dəfə ortaya çıxmasından 30 milyon il əvvəl də sürünənlərin yaşadıqlarının öyrənilməsiylə məlum olmuşdur. Ən qədim seymouria qalıqları alt perm təbəqəsinə, yəni bundan 280 milyon il əvvələ aiddir. Halbuki məlum olan ən qədim sürünən növləri olan hylonomus və paleothyris, alt Pensilvaniya təbəqələrində tapılmışdır ki, bu təbəqələr 330-315 milyon il əvvələ aiddir. 116 "Sürünənlərin əcdadı"nın sürünənlərdən xeyli sonra yaşamış olması, əlbəttə ki, qeyri-mümkündür.
Therapsidlər təkamülçülərin sürünənlərlə məməlilər arasında ara keçid forması olaraq göstərdikləri bir canlı növüdür. Bu iddianın əsassızlığını əvvəlki hissələrdə araşdırmışdıq, burada isə qısa şəkildə təkrarlayaq.
Therapsida dəstəsinə aid canlıların qalıqları təkamülçülərin iddialarını sübut etməz. Hər şeydən əvvəl therapsidlər qalıq qeydlərində darvinizm tərəfindən gözlənilən xronoloji ardıcıllıqda ortaya çıxmaz. Təkamülçülərin iddialarının doğru ola bilməsi üçün therapsida qalıqları ən çox sürünən çənəsi xüsusiyyəti daşıyandan, ən çox məməli çənəsi xüsusiyyətləri daşıyana doğru bir ardıcıllığa sahib olmalıdır. Ancaq qalıq qeydlərində belə bir ardıcıllıq müşahidə olunmur.
Məşhur darvinizm tənqidçisi Filip Conson “Darvin on Trial” adlı kitabında bu mövzu haqqında bu şərhi verir:
(Sürünənlər və məməlilər arasında) Süni bir nəsil mənşəyi ardıcıllığı yaradıla bilər, ancaq bu yalnız fərqli alt qruplara aid növləri istəyə uyğun bir şəkildə qarışdıraraq və onları xronoloji ardıcıllığa zidd şəkildə düzərək reallaşdırıla bilər. 117
Therapsidlərin məməlilərlə ortaq olan tək xüsusiyyəti qulaq və çənə sümükləridir. Sürünənlərin və məməlilərin çoxalma sistemləri və digər orqanlarındakı böyük fərqlər araşdırıldığında isə sürünənlərin məməlilərə necə təkamülləşmiş ola biləcəyi sualının cavablandırılmaqdan çox uzaq olduğu görünəcək. Daha da irəliyə getsək, işlər daha da çətinləşəcək; xüsusilə də meymunlar, atlar, yarasalar, balinalar, qütb ayıları, dələlər, gövşəyənlər kimi bir çox fərqli kateqoriyanı ehtiva edən bir qrup olan məməlilərin necə olub da təsadüfi mutasiyalar və təbii seleksiya ilə sürünənlərdən təkamülləşmiş ola biləcəkləri sualı cavabsızdır.
Arxeopteriks təkamülçülərin quşların guya təkamülündə dəlil göstərdikləri ən əhəmiyyətli canlıdır. Bir çox təkamülçü arxeopteriksin həm sürünən, həm də quş xüsusiyyətlərinə sahib olan bir ara keçid forması olduğunu irəli sürür. Ancaq indiki vaxtda Alan Feduccia kimi tanınmış təkamülçü şəxslər belə bu iddianın əsassız olduğunu qəbul edir.
Dövrümüzdən təxminən 150 milyon il əvvəl yaşamış olan arxeopteriksin qalıqları üzərində aparılan son tədqiqatlar bu quşun bir ara keçid forması deyil, yalnız müasir quşlardan bir qədər fərqli xüsusiyyətlərə sahib, nəsli tükənmiş bir quş növü olduğunu göstərmişdir.
Təkamülçülərin arxeopteriks ilə əlaqədar ara keçid forması iddiaları və cavabları
1. Sonradan tapılan döş sümüyü: Yaxın vaxta qədər arxeopteriksin "sternum"unun, yəni döş sümüyünün olmaması, canlının uça bilməyəcəyinin ən əhəmiyyətli dəlili olaraq göstərilirdi. (Döş sümüyü, uçmaq üçün lazım olan əzələlərin yapışdığı döş qəfəsinin altında olan bir sümükdür. İndiki vaxtda uça bilən və ya uça bilməyən bütün quşlarda, hətta quşlardan çox ayrı bir ailəyə aid olan uça bilən məməli yarasalarda belə bu döş sümüyü vardır.)
Ancaq 1992-ci ildə tapılan yeddinci arxeopteriks qalığı bu dəlilin səhv olduğunu göstərdi. Çünki bu axırıncı tapılan arxeopteriks qalığında təkamülçülərin çox uzun müddətdir ki, yox hesab etdikləri döş sümüyü vardı. 118
Bu tapıntı arxeopteriksin tam uça bilməyən bir yarı quş olduğu istiqamətindəki iddiaların ən vacib dayağını etibarsız hala saldı.
2. Tüklərin quruluşu: Arxeopteriksin həqiqi mənada uça bilən bir quş olduğunun ən əhəmiyyətli dəlillərindən biri də, heyvanın tüklərinin quruluşu oldu. Arxeopteriksin müasir quşlardan fərqlənməyən asimmetrik tük quruluşu, canlının mükəmməl şəkildə uça bildiyini göstərirdi. Məşhur paleontoloq Carl O. Dunbarın ifadə etdiyi kimi, "tüklərinə əsasən bu varlıq tam bir quş xüsusiyyəti göstərirdi". 119
Paleontoloq Robert Carroll isə mövzu haqqında bu şərhi verir:
Arxeopteriksin uçuş tüklərinin həndəsi quruluşu müasir uçan quşlarınkıyla tamamilə eynidir, uçmayan quşların tükləri isə simmetrikdir. Tüklərin qanad üzərindəki düzeni de müasir quşlarınkına bənzəyir... Van Tyne və Bergerə görə arxeopteriksin qanadlarının ölçüsü və forması, toyuq cinsindən olan quşlar, qumrular, ağacdələnlər, meşəcüllütləri və oturaq sərçəkimilərin bir çoxu kimi bitki örtüyünün cüzi boşluqları boyu hərəkət edən quşlarınkına bənzəyir... Uçuş tükləri ən azı 150 milyon ildən bəri sabitdir (dəyişməmişdir). 120
3. Qanadlarındakı pəncələr və ağzındakı dişlər: Təkamülçülər arxeopteriksin qanadlarında pəncələrin və ağzında dişlərin olmasını, bu canlının bir ara keçid forması olduğunun ən əhəmiyyətli dəlili hesab edirdilər. Halbuki bu xüsusiyyətlər canlının sürünənlərlə hər hansı bir şəkildə bir əlaqəsinin olduğunu göstərməz. Çünki indiki vaxtda yaşayan iki növ quşda da, yəni touraco corythaix və opisthocomus hoazin”də də budaqlara yapışmağa xidmət edən pəncələr var. Və bu canlılar heç bir sürünən xüsusiyyətinə sahib olmayan tam bir quşdur. Buna görə də arxeopteriksin qanadlarında pəncələrinin olduğu və bu səbəblə də bir ara keçid forması olduğu iddiası əsassızdır.
Arxeopteriksin ağzındakı dişləri də yenə bu canlının bir ara keçid forması olduğunu göstərməz. Təkamülçülər bu dişlərin bir sürünənlərə aid bir xüsusiyyət olduğunu irəli sürərək yanılırlar. Çünki dişlər sürünənlərə aid bir xüsusiyyət deyil. İndiki vaxtda bəzi sürünənlərin dişləri olduğu halda, bəzilərininki isə yoxdur. Daha da əhəmiyyətli olan məqam isə dişli quşların arxeopterikslə məhdudlaşmamasıdır. İndiki vaxtda dişli quşların yaşamadıqları bir həqiqətdir, ancaq qalıq qeydlərinə baxdığımız vaxt istər arxeopteriks ilə eyni dövrdə, istərsə də daha sonra, hətta dövrümüzə olduqca yaxın dövrlərə qədər "dişli quşlar" olaraq adlandırıla biləcək ayrı bir quş qrupunun yaşadığını görərik.
Daha əhəmiyyətlisi isə arxeopteriksin və digər dişli quşların diş quruluşlarının, bu quşların guya təkamüllü əcdadları olan dinozavrların diş quruluşlarından çox fərqli olmasıdır. L. D. Martin, J. D. Stewart və K. N. Whetstone kimi məşhur ornitoloqların apardıqları ölçmə işlərinə görə, arxeopteriksin və digər dişli quşların dişlərinin üstü düz olub, kökləri isə genişdir. Halbuki bu quşların əcdadı olduğu iddia edilən theropod dinozavrlarının dişlərinin üstü mişar kimi çıxıntılıdır və kökləri də dardır.121 Eyni tədqiqatçılar həmçinin arxeopteriks ilə guya onun əcdadları olan theropod dinozavrlarının bilək sümüklərini müqayisə ediblər və aralarında heç bir bənzərlik olmadığını aşkarlayıblar. 122
Arxeopteriksin dinozavrlardan təkamülləşdiyini iddia edən ən aparıcı tanınmış şəxslərdən biri olan John Ostromun bu canlı ilə dinozavrlar arasında irəli sürdüyü bəzi "bənzərlik"lərin isə əslində səhv bir şərh olduğu S. Tarsitano, M. K. Hecht və A. D. Walker kimi anatomiyaçıların fəaliyyətləriylə ortaya çıxmışdır. 123
4. Arxeopteriksin qulaq quruluşu: A. D. Walker Archaeopteryxin qulaq nahiyəsini də öyrənmiş və qulaq quruluşunun indiki quşlarla eyni olduğunu bildirmişdir.124
Hoatzin, | Theropod dinozoru çizimi |
5. Arxeopteriksin qanadları: Uels Universiteti Biologiya Elmləri İnstitutundan J. Richard Hinchliffe embrionlar üzərində müasir izotop üsulundan istifadə edərək quşların qanadlarının II, III və IV barmaqlardan meydana gəldiyi halda, theropod dinozavrlarının əllərinin I, II və III barmaqlardan meydana gəldiyini müəyyənləşdirmişdir. Bu arxeopteriks-dinozavr əlaqəsini müdafiə edənlər üçün böyük bir problemdir.125 Hinchliffenin tədqiqat və müşahidələri məşhur elmi jurnal olan “Science”ın 1997-ci ildəki buraxılışında belə dərc olunmuşdur:
Theropodlarla quş sümükləri arasındakı yekcinslik "dinozavr-mənşəyi" fərziyyəsiylə əlaqədar digər bəzi problemləri ağla gətirir. Bu problemlərdən bəziləri bunlardır: (i) Arxeopteriksin qanadıyla müqayisə etdikdə, (bədən böyüklüyünə görə) theropodun xeyli kiçik olan ön qolu. Bu cür kiçik qollar olduqca böyük bir dinozavrın yerdən yuxarıya doğru qanadlanması üçün yetərli bir ön qanad deyillər. (ii) Theropodlardakı bilək sümüyünün yalnız dörd növü var. Theropodların əksəriyyəti daha çox sayda bilək sümüyünə aid bədən hissələrinə sahibdir. Bunun arxeopterikslə bənzəməsi çox çətindir. (iii) Vaxt uyğunsuzluğuyla əlaqədar bir paradoks isə bir çox theropod dinozavrının və xüsusilə də quşa bənzəyən dromaesaurların qalıq qeydlərində arxeopteriksdən daha sonra tapılmalarıdır. 126
6. Vaxt uyğunsuzluğu: Hinchliffenin ifadə etdiyi "vaxt uyğunsuzluğu", təkamülçülərin arxeopteriks haqqındakı iddialarına ən öldürücü zərbəni endirən həqiqətlərdən biridir. Amerikalı bioloq Jonathan Wells 2000-ci ildə nəşr olunan “icons of evolution” (təkamülün nişanələri) adlı kitabında arxeopteriksin təkamül adına sanki bir "ikon" (müqəddəs simvol) halına gətirildiyini, halbuki dəlillərin bu canlının "quşların ibtidai əcdadı" olmadığını açıq şəkildə göstərdiyini vurğulayır. Wellsə görə bunun əlamətlərindən biri, arxeopteriksin əcdadı olaraq göstərilən theropod dinozavrların əslində arxeopteriksdən daha gənc olmalarıdır:
Yerdə qaçan iki ayaqlı dinozavrlar arxeopteriksin nəzəri əcdadlarından gözlənilə biləcək bəzi xüsusiyyətlərə sahibdirlər, amma (qalıq qeydlərində) arxeopteriksdən daha sonra ortaya çıxarlar. 127
Bütün bunlar arxeopteriksin bir ara keçid forması olmadığını, yalnız "dişli quşlar" olaraq adlandırıla biləcək ayrı bir sinfə aid olduğunu göstərir. Bu canlını theropod dinozavrlarla əlaqələndirmək isə əsassızdır. Amerikalı bioloq Richard L. Deem də "Demise of the 'Birds are Dinosaurs' Theory" ("Quşlar Dinozavrdır" Nəzəriyyəsinin Sonu) başlıqlı məqaləsində quş-dinozavr təkamülü iddiası və arxeopteriks haqqında bunları yazır:
Son tədqiqatların nəticələri göstərir ki, theropod dinozavrlarının əlləri (ön qol sümüklərindəki) birinci, ikinci və üçüncü bölmələrdən törəmişdir, amma quşların qanadları ikinci, üçüncü və dördüncü bölmələrdən törəyər... 'Quşlar dinozavrdır' nəzəriyyəsiylə əlaqədar başqa problemlər də vardır. Theropodların ön ayaqları arxeopterikslə müqayisə edildiyi təqdirdə bədənlərinə görə çox kiçikdir. Bu canlıların bədən ağırlıqları da nəzərə alındıqda bir növ "ön-qanad" (proto-wing) meydana gətirəcəkləri görünmür. Theropod dinozavrlarının çox böyük bir hissəsində (quşlarda olan) semilunatik bilək sümükləri yoxdur və arxeopterikslə heç bir oxşarlığı olmayan bəzi bilək parçalarına sahibdir. Bütün theropodlarda V1 sinirləri digər bəzi sinirlərlə birlikdə kəlləni yandan tərk edər, quşlarda isə həmin sinirlər kəlləni ön tərəfdən özlərinə aid bir dəlikdən keçərək tərk edər. Başqa bir problem isə theropodların çox böyük bir qisminin arxeopteriksdən daha sonra ortaya çıxmış olmalarıdır. 128
7. Digər qədim quş qalıqları: Son vaxtlarda tapılan bəzi qalıqlar arxeopterikslə əlaqədar təkamülçü ssenarinin əsassızlığını başqa cəhətlərdən ortaya qoymuşdur.
Confuciusornis |
1995-ci ildə Çində Onurğalılar Paleontologiyası İnstitutunda tədqiqatlar aparan Lianhai Hou və Zhonghe Zhou adlı iki paleontoloq, confuciusornis olaraq adlandırdıqları yeni bir qalıq quş kəşf etdilər. 150 milyon illik arxeopteriksə yaxın yaşda olan (təxminən 140 milyon illik) bu quşun dişləri yox idi, dimdiyi və tükləri isə müasir quşlarla eyni xüsusiyyətlərinə sahib idi. Skelet quruluşu da müasir quşlarla eyni olan bu quşun qanadlarında arxeopteriksdə olduğu kimi pəncələr vardı. Quyruq tüklərinə dəstək verən "pygostyle" adlı quruluş bu quşda da müşahidə olunurdu. 129 Bir sözlə, təkamülçülər tərəfindən bütün quşların ən qədim əcdadı hesab olunan və yarı sürünən olaraq qəbul edilən arxeopteriksə çox yaxın bir yaşa sahib olan bu canlı, müasir quşlara çox bənzəyirdi. Bu həqiqət arxeopteriksin bütün quşların ilkin əcdadı olduğu istiqamətindəki təkamülçü nəzəriyyələrlə ziddiyyət təşkil edirdi.
Çində 1996-cı ilin noyabr ayında tapılan başqa bir qalıq aranı daha da qarışdırdı. 130 milyon yaşındakı liaoningornis adlı bu quşun varlığı L. Hou, L. D. Martin və Alan Feduccia tərəfindən “Science” jurnalında dərc olunan bir məqaləylə elan olundu. Liaoningornis müasir quşlarda olan uçuş əzələlərinin yapışdığı döş sümüyünə sahib idi. Digər xüsusiyyətləriylə də bu canlı müasir quşlardan fərqlənmirdi. Tək fərqi ağzında dişlərinin olması idi. Bu vəziyyət dişli quşların heç də təkamülçülərin iddia etdikləri kimi ibtidai bir quruluşa sahib olmadıqlarını göstərirdi.130 Necə ki, Alan Feduccia “Discover” jurnalında dərc olunan şərhində liaoningornisin quşların mənşəyinin dinozavrlar olduğu iddiasını çürütdüyünü xəbər vermişdi. 131
Arxeopterikslə əlaqədar təkamülçü iddiaları çürüdən başqa bir qalıq isə eoalulavis oldu. Arxeopteriksdən 25-30 milyon il daha gənc, yəni 120 milyon yaşında olduğu deyilən eoalulavisin qanad quruluşunun eynisinin dövrümüzdəki bəzi uçan quşlarda da olduğu müşahidə olunurdu. Bu da 120 milyon il əvvəl dövrümüzdəki quşlardan bir çox cəhətdən fərqlənməyən canlıların göydə uçduqlarını sübut edirdi. 132
120 milyon yaşında olduğu belirlenen Eoalulavis |
2002-ci ildə isə R. N. Melchor, S. də Valais, and J. F. Genise adlı elm adamları “Nature” jurnalında arxeopteriksdən 55 milyon il əvvəl yaşamış quşlara aid ayaq izləri tapdıqlarını açıqladılar:
Quşların məlum tarixi gec Yura dövründə (150 milyon il əvvəl) arxeopterikslə başlamışdır... Biz burada Argentinanın qalıq yataqlarından son Trias dövrünə aid açıq şəkildə quş xüsusiyyətləri göstərən, yaxşı qorunmuş və zəngin, bilinən ilk quş skeleti qeydlərindən ən azı 55 milyon il əvvələ aid ayaq izlərinin olduğunu müəyyənləşdiririk. 133
Beləcə arxeopteriks və digər arxaik quşların bir ara keçid forması olmadıqları qəti bir şəkildə sübut edildi. Qalıqlar fərqli quş növlərinin bir-birlərindən təkamülləşdiklərini göstərmirdi. Əksinə müasir quşların və arxeopteriksə bənzər bəzi xüsusi quş növlərinin birlikdə yaşadıqlarını sübut edirdi. Bu quşların bəzilərinin, məsələn confuciusornis və ya arxeopteriksin nəsli tükənmiş, dövrümüzə ancaq az sayda quş gəlib çatmışdır.
Jeholornis adlı kuşun çizimi ve fosili |
Çində tapılan və jeholornis olaraq adlandırılan bir quş qalığının uzun quyruğa sahib olması bəzi təkamülçülərin bu qalığı quşların dinozavrlardan təkamülləşdiyinə dəlil olaraq göstərmələrinə səbəb oldu. Halbuki, təbiətdəki bir çox canlı növü başqa bir canlı növüylə bənzər xüsusiyyətlər daşıya bilir və bu növlərin bir çoxunun arasında təkamülçülər belə təkamüllü bir əlaqə yarada bilmirlər. Sözgəlişi sprutların göz quruluşu insanların göz quruluşuna çox bənzəyir. Amma sprutlarla insanlar arasında təkamüllü bir əlaqə olduğunu təkamülçülər belə iddia etmir. Ağcaqanadların da quşlar və ya yarasalar kimi qanadları vardır, ancaq bu növlərin heç biri arasında təkamülçülər baxımından təkamüllü bir qohumluq olduğunu irəli sürmək mümkün deyil. Buna görə də dinozavrlarla quşlar arasında bəzi bənzər xüsusiyyətlərin olması dinozavrların quşların əcdadı olduğuna dəlil olaraq göstərilə bilməz. Necə ki, illər keçdikcə quşların dinozavrlardan təkamülləşdikləri nəzəriyyəsinə qarşı çıxan və bu nəzəriyyənin səhvlərini ortaya qoyan ornitoloq alim professor dr. Alan Feduccia təkamülçü olmasına baxmayaraq, bu mövzuda belə deyir:
Əgər biri toyuq skeletiylə dinozavr skeletinə durbinlə baxsa ikisinin bənzər olduğunu düşünə bilər. Ancaq yaxından və ətraflı şəkildə aparılan bir tədqiqat, aralarında bir çox fərqlərin olduğunu ortaya çıxarar. Theropod dinozavrlarının, məsələn, əyri və mişar kimi ucları olan dişləri mövcud idi, ancaq ilk quşların düz və çəngəl kimi olan dişləri mövcud idi və ucları mişar kimi deyildi. Həmçinin hər iki növün dişləri fərqli formalarda çıxır və yenilənirdi. 134
Stephen Jay Gould |
Bundan əlavə fərqli canlı qruplarının xüsusiyyətlərini özündə saxlayan "mozaik canlılar"ın yaşadığı məlum bir həqiqətdir və bunların təkamül nəzəriyyəsinə dəlil olmadığı Stephen Jay Gould kimi aparıcı, tanınmış təkamülçü şəxslər tərəfindən də qəbul edilmişdir. 135
Məsələn, Avstraliyada yaşayan ördəkburun, məməli, sürünən və quş xüsusiyyətlərini eyni anda özündə daşıyır. Ancaq təkamülçülər bu canlıya nəzəriyyələri baxımından bir açıqlama gətirə bilmirlər. Quşun uzun bir quyruğunun olması da, onun dinozavrlardan təkamülləşdiyinə dəlil olmaz. Təkamül nəzəriyyəsinin tapmalı olduğu canlılar "ara keçid formalardır", mozaik canlılar deyil. Ara keçid formalar əskik, yarımçıq, funksiyasını tam yerinə yetirə bilməyən orqanlara sahib olan canlılar olmalıdır. Halbuki mozaik canlıların sahib olduqları orqanların hər biri əskiksiz və qüsursuzdur. Məsələn, jeholornis tam və güclü uçan bir quşdur.
Həm də tapılan bu qalığın 100 milyon illik olduğu müəyyənləşdirilmişdir. Onsuz da bu quşdan təxminən 50 milyon il əvvəl uça bilən arxeopteriks kimi quşlar da var. Quşların yarı dinozavr-yarı quş əcdadlarının özlərindən 50 milyon il sonra yaşadıqlarını iddia etmək, əlbəttə ki, məntiqsizdir.
2003-cü ilin yanvar ayında microraptor gui adı verilən 130 milyon illik bir qalığın varlığı dünyaya açıqlandı. Bu qalığın dörd qanadlı və ağacdan-ağaca süzülən bir dinozavra aid olduğu irəli sürüldü, bu tapıntının quşların dinozavrlardan təkamülləşdiyi nəzəriyyəsinə dəlil olduğu iddia edildi. Ancaq çox qısa bir müddət sonra bu iddianı dəstəkləyəcək dəlil olmadığı elm adamları tərəfindən açıqlandı.
Məsələn, “National Geographic” jurnalının may 2003-cü il buraxılışında Christopher P. Sloan tərəfindən qələmə alınan və "qanadların əfəndisi" başlıqlı yazıda, microraptor guinin təkamülçülər baxımından baş qarışdırmağa davam etdiyi bir çox elm adamının bu canlının uça bilməyəcəyi istiqamətində şərhlər verdiyi ifadə edilir. Sloan bu mövzuda bunları deyir:
Lakin elm adamları m. guinin qanadlanacaq qədər sürətli şəkildə qaçdığını düşünmür. Bundan əlavə necə ki, bir qaçışçı uzun yubka geyinib qaçmağa çalışdığı təqdirdə büdrəyərsə, m. gui də ayaq tüklərindən ötrü eyni şəkildə büdrəmiş ola bilər. Elm adamlarına görə bu bol tüklər, bəlkə də, uçan dələlərdə olduğu kimi paraşüt təsiri meydana gətirirdi. 136
Başqa elm adamları bu heyvanların ağacdan-ağaca süzülərkən uçmağa başladığı fərziyyəsinə də etiraz edir: Daha asan yol olduğu halda bu canlıların qanad çırpıb güc sərf etmələrini məntiqli görmürlər. Bəzi tədqiqatçılar m. guinin ayaq tüklərinin süzüləcək olsa belə, uçmağa əlverişli olmadığını irəli sürür.
Bir sözlə, dino-quş nəzəriyyəsi yalnız təbliğat və ön mühakiməylə davam etdirilən bir ehkamdır. Microraptor gui nümunəsində də göründüyü kimi bu istiqamətdə edilən hər fərziyyə vaxt ərzində çürüyüb tərk edilməyə məhkumdur.
Platypus |
Təkamülçülər Çində tapılan 130 milyon illik "sinovenator changii" adlı dinozavr qalığının quşların əcdadı olduğunu irəli sürürlər. Halbuki bilinən ən qədim quş olan arxeopteriks, dövrümüzdən 150 milyon il əvvəl yaşamışdır, yəni bəhs olunan qalıqdan 20 milyon il daha yaşlıdır. Bu vəziyyətdə sinovenator changiinin quşların əcdadı olması qeyri-mümkündür, çünki müasir quşlarla eyni xüsusiyyətlərə sahib quşlarla eyni dövrlərdə, hətta onlardan 20 milyon il sonra yaşamışdır.
Sinovenator changii |
Sinovenator changiinin qalığında tüklərə rast gəlinməməsinə baxmayaraq, bəzi təkamülçülər bu canlının "yəqin ki, tüklü olduğunu" fərz edir. Bu fərziyyəyə dayaq olaraqsa, bu qalığın tapıldığı bölgədəki digər dinozavr qalıqlarının tüklü olduqları göstərilir.
Qalıqda tüklərin olmamasına baxmayaraq, bu qalığın tüklərinin olduğunu fərz etmək və bundan yola çıxaraq "dinozavrlar qəti olaraq quşların əcdadıdır" nəticəsini çıxarmaq, əlbəttə ki, elmi deyil. Bundan əlavə haqqında danışılan Yixian bölgəsində daha əvvəl tapılan dinozavr qalıqlarındakı tüklər mübahisə mövzusudur. Bir çox elm adamı bu dinozavrlardakı strukturların tük olmadığını düşünür.
İrəli sürülən digər heç bir "tüklü dinozavr" namizədi də qəti deyil. Bu canlıların qalıqlarında bəzi "tükvari" strukturlara rast gəlinsə də, bunların əslində tük olmadığı aşkarlanmışdır. Əvvəlki səhifələrdə də öyrənildiyi kimi Fedduccia kimi tanınmış şəxslər bu strukturların "kollagen lifləri" olduğunu və tük olaraq qəbul edilmələrinin böyük bir səhv olacağını müdafiə edirlər. 137
Atın sözde evrimi şeması, geçmişte farklı dönemlerde yaşamış olan bazı memelilerin evrimcilerin beklentilerine göre dizilmesinden oluşmaktadır. Bu hayali şemadaki hayvanların büyüklükleri ve özellikleri, ayrıca yaşadıkları dönemler, atın evrimi şemasının çelişkilerini ortaya koymaktadır. resim1: Günümüz atı |
Məməlilərin mənşəyi mövzusunda əhəmiyyətli yer tutan başlıq uzun müddətdir ki, təkamülçü qaynaqların baş tacı etdikləri "atın təkamülü" əfsanəsidir. Bu bir əfsanədir, çünki elmi tapıntılara deyil, təxəyyülə əsaslanır.
"Atın təkamülü"nü təmsil etdiyi iddia edilən sxemlər, yaxın bir vaxta qədər təkamül nəzəriyyəsinə dəlil olaraq göstərilən qalıq cərgələrinin ən başında gəlirdi. Halbuki bu gün bir çox təkamülçü atın təkamülü ssenarisinin əsassızlığını açıq şəkildə qəbul edir. 1980-cı ilin noyabr ayında Çikaqo Təbiət Tarixi Muzeyində 150 təkamülçünün qatıldığı, dörd gün davam edən və mərhələli təkamül nəzəriyyəsinin problemlərinin ələ alındığı bir yığıncaqda çıxış edən təkamülçü Boyce Rensberger, atın təkamülü ssenarisinin qalıq qeydlərində heç bir dayağı olmadığını belə izah etmişdir:
Təxminən 50 milyon il əvvəl yaşamış dörd dırnaqlı, tülkü böyüklüyündəki canlılardan müasir dövrün daha böyük tək dırnaqlı atına bir sıra ardıcıl, mərhələli dəyişmə olduğunu irəli sürən məşhur, atın təkamülü nümunəsinin əsassız olduğu uzun müddətdir ki, bilinir. Mərhələli dəyişmə əvəzinə hər növün qalıqları tamamilə fərqli olaraq ortaya çıxır, dəyişmədən qalır sonra da nəsli tükənir. Ara keçid formalar bilinmir. 138
Rensberger ədalətli bir şəkildə atın təkamülü ssenarisindəki bu əhəmiyyətli problemi dilə gətirərkən əslində bütün nəzəriyyənin qalıq qeydlərindəki ən böyük çıxılmaz vəziyyətini, belə ki, "ara keçid formaları"nı gündəmə gətirmişdir.
Atın təkamülü sxemləri haqqında Amerikan Təbiət Tarixi Muzeyindən tanınmış təkamülçü paleontoloq Niles Eldredge də, hələ İngiltərə Təbiət Tarixi Muzeyinin aşağı mərtəbəsində olan bu sxem haqqında bunları deyir:
Həyatın təbiəti haqqında hər biri bir-birindən xəyali bir çox pis hekayə vardır. Bunun ən geniş yayılmış nümunəsi isə, bəlkə də, 50 il əvvəl hazırlanmış olan və hələ də aşağı mərtəbədə yerləşən atın təkamülü sərgisidir. Atın təkamülü bir-biri arxasınca yüzlərlə elmi qaynaq tərəfindən böyük bir həqiqət kimi təqdim edilmişdir. Ancaq indi bu cür iddiaları ortaya atan kəslərin verdikləri proqnozların, yalnız fərziyyə olduğunu düşünürəm. 139
Bəs "atın təkamülü" ssenarisinin dayağı nədir? Bu ssenari Hindistan, Cənub Amerika, Şimal Amerika və Avropada müxtəlif dövrlərdə yaşamış fərqli növ canlılara aid qalıqların təkamülçülərin xəyal gücləri əsasında kiçikdən-böyüyə doğru düzülməsiylə yaradılan sxemlərlə ortaya atılmışdır. Müxtəlif tədqiqatçıların irəli sürdüyü 20-dən çox atın təkamülü sxemi vardır. Hamısı da bir-birindən fərqlənən bu nəsil ağacları haqqında təkamülçülər arasında da fikir birliyi yoxdur. Bu ardıcıllıqdakı tək ortaq nöqtə 55 milyon il əvvəlki Eosen dövründə yaşamış eohippus (hyracotherium) adlı itə bənzər bir canlının atın ilkin əcdadı olduğuna inanılmasıdır. Halbuki atın milyonlarla il əvvəl yox olmuş əcdadı olaraq təqdim edilən eohippus hələ də Afrikada yaşayan və atla heç bir əlaqəsi və bənzərliyi olmayan hyrax adlı heyvanın demək olar ki, eynisidir. 140
Bir müzede bulunan bu at serisi, farklı zamanlarda ve farklı yerlerde yaşamış bazı canlıların keyfi diziliminden oluşmaktadır. Atın sözde evriminin fosil kayıtlarında hiçbir delili yoktur. |
Atın təkamülü iddiasının əsassızlığı hər keçən gün aşkarlanan yeni qalıq tapıntılarıyla daha açıq şəkildə aydınlaşır. Eohippus ilə eyni təbəqədə dövrümüzdə yaşayan at cinslərinin də (equus nevadensis və equus occidentalis) qalıqlarının tapıldığı təsbit edilmişdir. 141 Bu, dövrümüzdəki atla onun saxta əcdadının eyni dövrdə yaşadığını göstərir ki, atın təkamülü deyilən prosesin heç vaxt yaşanmadığının dəlilidir.
Atın ilk atası olduğuna inanılan Eohippus, günümüzde Afrika'da yaşayan Hyrax ile çok benzerdir ve atla hiçbir ilgisi ve benzerliği yoktur. |
Təkamülçü yazıçı Gordon R. Taylor darvinizmin açıqlaya bilmədiyi mövzuları əhatə edən “the great evolution mystery” (böyük təkamül sirri) adlı kitabında at cərgəsi əfsanəsinin əslini belə izah edir:
Darvinizmin bəlkə də ən ciddi zəifliyi, paleontoloqların böyük təkamüllü dəyişiklikləri göstərəcək olan qohumluq əlaqələrini və canlı ardıcıllığını ortaya qoya bilməmələridir... At silsiləsi adətən bu mövzuda həll olmuş yeganə nümunə kimi göstərilir. Amma həqiqət budur ki, eohippusdan equusa qədər davam edən ardıcıllıq çox əsassızdır. Bu ardıcıllığın getdikcə artan bir bədən böyüklüyünü göstərdiyi iddia edilir, amma əslində ardıcıllığın sonrakı mərhələlərinə qoyulan canlıların bəziləri (ardıcıllığın ən başında yer alan) eohippusdan daha böyük deyil, əksinə daha kiçikdirlər. Fərqli qaynaqlardan gələn növlərin bir yerə gətirilib inandırıcı bir görünüşə sahib olan bir ardıcıllıqda arxa-arxaya düzülmələri mümkündür, amma tarixdə həqiqətən bu ardıcıllıqda yer alanların bir-birlərindən sonra gəldiklərini göstərən heç bir dəlil yoxdur. 142
Bütün bu həqiqətlər təkamül nəzəriyyəsinin ən etibarlı dəlillərindən biri kimi təqdim edilən atın təkamülü sxemlərinin heç bir etibarlılığı olmayan xəyali ardıcıllıqlar olduğunu göstərir. Digər növlər kimi atlar da təkamüllü bir əcdada sahib olmadan yaradılmışdırlar.
Fosil kayıtlarında, atlar tüm özellikleriyle, tam olarak bulunmaktadırlar. Eğer atlar evrimle meydana gelmiş olsalardı, bu sayfada i ve yukarıdaki resimlerde görüldüğü gibi ara aşamalardan geçmeleri gerekecekti. Ancak fosil kayıtlarında bu tür ara formlar kesinlikle bulunmamaktadır. 1. Günümüze ait tam ve kusursuz bir at. Eğer atlar evrimcilerin iddia ettiği gibi evrimle meydana gelseydi, her aşamada sakat, garip, ucube canlılar meydana gelecekti. Ancak fosil kayıtları, atların tarihinde bu tür eksik ve kusurlu canlılar olmadığını, atların, tüm diğer canlılar gibi bir kerede, kusursuz ve eksiksiz olarak yaratıldıklarını göstermektedir. |
Ramapithecus təkamül nəzəriyyəsinin ən böyük və ən uzun müddət davam edən yanılmalarından biri olaraq qəbul edilir. Bu ad, 1932-ci ildə Hindistanda olan və insanla meymun arasında 14 milyon il əvvəl meydana gələn ayrılığın ilk pilləsi olduğu iddia edilən qalıq qeydlərinə verilmişdi. Tapıldığı 1932-ci ildən, tamamilə bir səhv olduğu aydınlaşdığı 1982-ci ilə qədər, 50 il ərzində də təkamülçülər tərəfindən qəti bir dəlil olaraq istifadə edildi.
Amerikalı təkamülçü dr. Elwyn Simons, Ramapithecus haqqında “Scientific American”ın may 1977-ci il buraxılışında belə yazmışdı: "Bu nəsli tükənmiş meymun hominid nəsil ağacımızdakı ilk halqalardan biridir. Tapılan yeni nümunələr onu insan təkamülündə layiq olduğu yerə yerləşdirmişdir". Simons daha sonra arxayın bir şəkildə sözünə bunu da əlavə etdi: "(Ramapithecus sayəsində) Homo növünə qədər olan yol, bir ziddiyyət qorxusu olmadan açılmışdır". 143
Ramapithecusun insan təkamülündəki əhəmiyyəti Simonsun “Time” jurnalında dərc olunan noyabr 1977-ci il tarixli yazısından da aydın olurdu. Belə deyirdi: "Sanki, ramapithecus insanın tam bir əcdadı olmaq üçün dizayn edilmişdir. Əgər əcdadımız deyilsə, əlimizdə heç bir qəti dəlil yoxdur". 144
Dr. Robert Eckhardt tərəfindən 1972-ci ildə “Scientific American”da dərc olunan bir neçə səhifəlik məqalədə dryopithecus (nəsli tükənmiş bir qorilla növü) ilə ramapithecus dişləri arasında aparılan 24 müxtəlif ölçmə işinin nəticələrinə yer verilmişdi. Dr. Eckhardt bu ölçülərlə daha əvvəl şimpanzelər arasında apardığı ölçüləri müqayisə etmişdi. Bu müqayisələrə əsasən hələ də yaşayan şimpanzelərin dişləri arasındakı fərq, ramapithecus və dryopithecus arasındakı fərqdən daha çox idi. Eckhardt gəldiyi nəticəni belə yekunlaşdırırdı:
1. Dryopithecus, |
Əgər hominid anlayışından nəzərdə tutulan şey, kiçik bir üzə və kiçik bir çənəyə sahib bir meymun deyilsə, bu müddət ərzində (14 milyon il əvvəl) hər hansı bir insan-meymun arası canlının yaşadığına dair əlimizdə heç bir dəlil yoxdur. 145
Richard Leakeyin də eynilə Eckhardt kimi, ramapithecus haqqında bəzi şübhələri var idi. Leakeyə görə bir neçə çənə sümüyü əsasında ramapithecus haqqında qəti bir mühakimə yürütmək hələki çox tezdi. Leakey bu fikirlərini "ramapithecusun yeri əvəzolunmaz deyil və parçalanmış qalıq tapıntıları özüylə bir çox sual gətirir" 146 deyərək yekunlaşdırırdı.
İnsanlardakı çənə quruluşunun meymunlardakı "U" formasının əksinə, danışmağa imkan verəcək şəkildə parabolik ("V" formalı) olduğu çoxdan məlum idi. Ramapithecusun isə insanlardakı kimi parabolik bir çənəyə sahib olduğu düşünülürdü.
1961-ci ildə Elwyn Simonsun ramapithecusun alt çənə parçasına söykənən YPM 13799 kodlu yanlış bərpa işləri nəticəsində kəsici dişlər istisna olmaqla, digər dişlərin tamamilə parabolik bir quruluşda olduğu görünürdü. Bu bərpa işləri bir çox yazıçı tərəfindən qəbul edilmiş və müxtəlif fəaliyyətlərdə istifadə edilmişdi. 1969-cu ildə Genet-Varcin cütlüyü isə eyni parçalardan istifadə etməklə eynilə meymunlardakı kimi "U" şəkilli tamamilə müxtəlif bərpa işlərinin aparıla biləcəyini göstərdilər. Həm də yaşayan meymunlardan da ramapithecusun xüsusiyyətlərinə sahib olan bir çox növ vardı. Efiopiyanın hündür ərazilərində yaşayan bir pavian növü (theropithecus galada), eynilə ramapithecus və “australopithecine”də olduğu kimi qısa, dərin bir üzə və o biri meymunlara nisbətən kiçik kəsici və doğrayıcı dişlərə sahib idi.
Bu yeni ara keçid formasının bir yanılma olduğu və nəsli tükənmiş bir oranqutandan başqa bir şey olmadığı isə “Science” jurnalında dərc olunan 1982-ci il tarixli "insanlar bir əcdadını itirir" başlıqlı məqalədə belə xəbər verildi:
Harvard Universiteti paleoantropoloqlarından David Pilbeama görə, bu günə qədər əcdadlarımızdan olduğunu düşündüyümüz bir qrup canlı ailə ağacımızdan çıxardılır. Bir çox paleoantropoloq ramapithecusların bizim Afrika meymunlarından ayrılmağımızdan sonrakı məlum olan ən qədim əcdadlarımız olduğunu deyirdi. Ancaq bunlar bir neçə diş və çənə parçasına əsaslanırdı. Bəlkə də, Pilbeama görə böyük çənə və qalın mina təbəqəsiylə örtülmüş dişlər insan əcdadlarının xüsusiyyətlərini daşıyır; ancaq alt çənə sümüyünün yeri, bir-birinə yaxın gözlər, damağın forması kimi daha diqqətə çarpan xüsusiyyətlər bunun bir oranqutan əcdadı olduğunu göstərir. 147
Afrikada tapılan homo erectus nümunələrinin ən məşhuru, Keniyadakı Rudolf gölü yaxınlığında tapılan "turkana uşağı" qalığıdır. Bu qalığın sahibinin 12 yaşında bir uşaq olduğu və böyüdüyü vaxt təxminən 1,83 m boyunda olacağı müəyyən olunmuşdur. Qalığın şaquli skelet quruluşu müasir insandan fərqlənmir. Amerikalı paleoantropoloq Alan Walker "orta bilik səviyyəsinə sahib bir patoloqun bu qalığın skeletiylə, müasir insanın skeletini bir-birindən fərqləndirməsinin çox çətin olduğunu" deyir. Walker kəlləni gördüyündə güldüyünü, çünki kəllənin "bir neandertal kəlləyə həddindən artıq dərəcədə bənzədiyini" yazır.148 Neandertallar müasir insanın bir irqidirlər. Bu səbəbdən də homo erectus da yenə müasir insanın bir irqidir.
Yuxarıdakı nəzəriyyəni müdafiə edən elm adamlarının gəldikləri nəticə, "homo erectus homo sapiensdən fərqli bir növ deyil, homo sapiens daxilindəki bir irqdir" şəklində də yekunlaşdırıla bilər. Bir insan irqi olan homo erectus ilə "insanın təkamülü" ssenarisində özündən əvvəl gələn meymunlar (avstralopitek, ağıllı insan və homo rudolfensis) arasında isə böyük bir fərq vardır. Yəni qalıq qeydlərində ortaya çıxan ilk insanlar təkamül prosesi olmadan, eyni anda və qəfildən ortaya çıxmışdırlar.
Farklı insan ırkları evrime delil değildir |
Lucy 1974-cü ildə Amerikalı antropoloq Donald Johanson tərəfindən tapılan məşhur qalığın adıdır. Bir çox təkamülçü “Lucy”nin insanla onun meymunabənzər əcdadları arasındakı ara keçid forması olduğunu iddia etmişdir. Ancaq sonrakı illərdə aparılan tədqiqatlar “Lucy”nin yalnız nəsli tükənmiş bir meymun növü olduğunu göstərmişdir.
Lucy əvvəlki səhifələrdə bəhs edilən və bir meymun növü olduğu, insanın təkamülü ilə əlaqəsi olmadığı göstərilən avstralopitek sinfinə aid bir növü təmsil edir. Bu növün (avstralopitek afarensis) şimpanzelərlə eyni böyüklükdə bir beyni vardır, qabırğaları və çənə sümüyü müasir şimpanzelərlə eyni formadadır, qolları və qıçları canlının bir şimpanze kimi yeridiyini göstərir. Hətta çanaq sümüyü də şimpanzelərinki kimidir. 149
Daha əvvəl də bəhs edildiyi kimi təkamülçülər “Lucy”nin daxil olduğu avstralopitek qrupuna aid canlıların meymun xüsusiyyətləri göstərmələrinə baxmayaraq, insanabənzər bir duruş və yeriyiş formasına sahib olduğunu irəli sürürlər. Halbuki aparılan tədqiqatlar bunun doğru olmadığını göstərmişdir. Harvard antropoloqlarından William Howells, “Lucy”nin yeriyiş formasının insanların yeriyiş formasına bir keçid olmadığını yazır:
“Lucy”nin yeriyiş formasının tam olaraq aydınlaşmadığına və “Lucy”nin ehtiyaclarını müvəffəqiyyətlə ödəməsinə baxmayaraq, bizim yeriyişimizə keçidə bənzər bir şey olmadığına dair ümumi bir fikir birliyi var. 150
Kaliforniya Universitetindən antropologiya professoru Adrienne Zihlman “Lucy”nin qalığının piqme şimpanzeləri ilə diqqət çəkəcək şəkildə bənzər olduğunu ifadə edir. 151
Lucy adlı fosili bulan Donald Johanson (sağda), bir başka A. afarensis fosilini incelerken. |
Elmi yazıçı dr. Jeremy Cherfas da “New Scientist” jurnalında dərc olunan yazısında “Lucy”nin kəllə quruluşu üçün belə deyir:
“Lucy”nin avstralopitek afarensisdə olduğu kimi şimpanzelərinkinə bənzəyən bir kəlləsi və buna uyğun bir beyni var. 152
Məşhur fransız elmi jurnalı “Science et Vie” də may 1999-cu il buraxılışında jurnalın üz qabığında “Lucy”nin şəklindən istifadə etmişdir. "Adieu Lucy" (Əlvida Lucy) başlığının istifadə edildiyi yazıda, avstralopitek növündən olan meymunların insanın nəsil ağacından çıxarılmasının lazım olduğunu yazmışdır. St W573 kodlu yeni bir avstralopitek qalığı tapıntısına əsaslanaraq yazılan məqalədə bu cümlələr qeyd olunur:
Yeni bir nəzəriyyə avstralopitek cinsinin insan nəslinin mənşəyi olmadığını deyir... St W573 üzərində tədqiqat işləri aparmağa səlahiyyəti çatan tək qadın tədqiqatçının gəldiyi nəticələr insanın əcdadlarıyla əlaqədar aktual nəzəriyyələrdən fərqli olaraq, hominid nəsli ağacını devirir. Beləcə bu nəsil ağacında olan insan və onun əcdadları hesab olunan meymun cinsinə aid olan böyük meymunlar aradan götürülür... Avstralopitek və homo növləri (insanlar) eyni budaqda yerləşmir və homo növlərinin (insanların) əcdadları hələ də kəşf olunmağı gözləyir. 153
Amerikanın “USA Today” qəzetində Tim Friend tərəfindən qələmə alınan bir məqalədə isə insanın əcdadı olaraq göstərilən Lucy (avstralopitek afarensis) haqqında bu şərh verilir:
“Lucy”nin elmi adı avstralopitek afarensisdir. İndiki vaxtda yaşayan bonobo şimpanzelərinə çox bənzəyir: Kiçik bir beyin, qabağa çıxmış üz və böyük azı dişləri. Ancaq insanın əcdadı qəbul edilən “Lucy”nin bu xüsusiyyəti son on ildə gözdən düşdü. Bir çox mütəxəssis insanın mənşəyini Lucy kimi bir əcdada bağlamağın çox sadə bir yanaşma tərzi olduğunu qəbul edir. 154
Bu yazıda Smitson Təbiət Tarixi Muzeyi İnsanın Mənşəyi Proqramı Sədri Richard Pottsun şərhlərinə də yer verilir. Buna görə də Potts və daha bir çox təkamülçü mütəxəssis, “Lucy”nin artıq insanın nəsil ağacından çıxarılmasının lazım olduğunu qəbul edir. 155
Richard Leakey 2,8 milyon yaş verdiyi və "KNM-ER 1470" olaraq adlandırdığı kəlləni antropologiya tarixinin ən böyük kəşfi kimi təqdim etmiş və böyük əks-səda oyandırmışdı. Avstralopitek kimi kiçik bir kəllə həcmi olan, ancaq insani üzə sahib olan canlı Leakeyə görə avstralopitek ilə insan arasındakı itmiş halqa idi. Ancaq bir müddət sonra KNM-ER 1470 kəlləsinin elmi jurnalların üz qabığı olan "insani" üzü həqiqətdə kəllə parçalarını birləşdirərkən edilən -bəlkə də qəsdli- səhvlərin nəticəsi olduğu aydınlaşacaqdı. İnsan üzü anatomiyası üzərində fəaliyyət göstərən professor Tim Bromage 1992-ci ildə kompyuter simulyasiyalarının köməyiylə aşkarladığı bu həqiqəti belə yekunlaşdırır:
KNM-ER 1470 üzərində bərpa işləri həyata keçirilərkən, üz eynilə müasir insanlarda olduğu kimi demək olar ki, kəlləyə tam paralel bir şəkildə qurulmuşdu. Halbuki apardığımız tədqiqatlar üzün kəlləyə daha meyilli bir şəkildə qurulmuş olmasını tələb edir. Bu isə eynilə avstralopitekdə gördüyümüz meymunabənzər üz xüsusiyyətini meydana gətirir. 156
Bu mövzuda təkamülçü paleoantropoloq J. E. Cronin isə belə deyir:
Kobud şəkildə formalaşdırılmış üz, azacıq kəllə genişliyi və böyük azı dişlər kimi ilkin xüsusiyyətlər, KNM-ER 1470-in avstralopitek ilə ortaq ilkin xüsusiyyətlərdir... KNM-ER 1470 digər ilkin insan nümunələri kimi, o biri incə quruluşlu avstralopiteklə quruluş baxımından bir çox ortaq xüsusiyyət daşıyır. Bu xüsusiyyətlər digər son homo nümunələrində (yəni homo erectusda) olmaz. 157
Ara geçiş formu olarak gösterilmeye çalışılan kafatasları, tamamen hayali bir sınıflandırmaya tabi tutulmaktadır. sol resim: Homo habilis kafatası, sağ resim:Homo rudolfensis rekonstrüksiyonu |
Miçiqan Universitetindən C. Loring Brace isə, çənə və diş quruluşu üzərində apardığı analizlərdə 1470 kəlləsi haqqında yenə eyni nəticəyə gəlmişdir:
"Çənənin böyüklüyü və azı dişlərinin tutduğu yerin genişliyi, ER 1470-in bir avstralopitek aid üz və dişlərə sahib olduğunu göstərir". 158
KNM-ER 1470 üzərində ən azı Leakey qədər tədqiqat aparmış Con Hopkins Universiteti paleoantropoloqu professor Alan Walker də, bu canlının homo erectus ya da homo rudolfensis kimi bir "homo", yəni insan növünə daxil edilməməsi, əksinə avstralopitek sinfinə daxil edilməsinin lazım olduğunu müdafiə edir. 159
Bir sözlə, avstralopitek ilə homo erectus arasında bir keçid forması kimi göstərilməyə çalışılan homo habilis ya da homo rudolfensis kimi təsnifatlar tamamilə xəyalidir. Bu canlılar bu gün bir çox tədqiqatçının qəbul etdiyi kimi, avstralopitek ardıcıllığının bir üzvüdürlər. Bütün anatomik xüsusiyyətləri bu canlıların bir meymun növü olduqlarını göstərir.
Bu həqiqət Bernard Wood və Mark Collard adlı iki təkamülçü antropoloqun 1999-cu ildə “Science” jurnalında dərc olunan araşdırmalarıyla daha da diqqətə çarpan hala gəlmişdir. Wood və Collard homo habilis və homo rudolfensis (Skull 1470 növü) kateqoriyalarının xəyali olduğunu, əslində bu kateqoriyalara daxil edilən qalıqların avstralopitek təsnifatı daxilində öyrənilməsinin lazım olduğunu belə açıqlamışdırlar:
Qalıq növləri, daha yaxın zamanda, tam beyin həcmi, dil qabiliyyəti mövzusundakı çıxarışlar, əl funksiyası və daşdan alətlər düzəltmə bacarıqları mövzusundakı fantastika kimi təməllərə əsaslanaraq, homo kateqoriyasına daxil edilmişdir. Bir neçə şey istisna olmaqla, bu (homo) cinsin insan təkamülündəki tərifi, istifadəsi və homonun sərhədinin müəyyənləşdirilməsi, sanki problemsiz bir fakt kimi qəbul edilmişdir. Amma... yeni tapıntılar, mövcud tapıntılara gətirilən yeni şərhlər və paleoantropoloji qeydlər üzərindəki məhdudlaşdırmalar, təsnifatları homo cinsinə daxil etmək üçün istifadə edilən meyarları etibarsız hala salır... Praktikada qalıqlaşmış hominid növləri, homo kateqoriyasına, dörd əsas meyardan biri və ya daha çoxuna görə daxil edilir... Halbuki indi bu meyarlardan heç birinin qənaətbəxş olmadığı aydın olmuşdur. Kəllə həcmi problemlidir, çünki mütləq beyin tutumunun bioloji bir əhəmiyyəti olduğu fərziyyəsi mübahisəlidir. Eyni şəkildə beynin ümumi görünüşündən danışma funksiyasına aid etibarlı bir nəticə çıxarılmayacağına dair olduqca qaneedici dəlillər vardır və beynin danışma ilə əlaqədar nahiyələrinin daha əvvəlki işlərin işarə etdiyinin əksinə yerli olmadığına dair dəlillər vardır...
Digər bir sözlə h. habilis və h. rudolfensisə aid qalıq tapıntıları əlavə olunduğunda, homo cinsi yaxşı bir cins deyil. Bu səbəblə də h. habilis və h. rudolfensis homo cinsindən çıxarılmalıdır... Hələlik həm h. habilisin, həm də h. rudolfensisin avstralopitek cinsinə keçirilməsini təklif edirik. 160
Wood və Collardın gəldiyi nəticə izah etdiyimiz həqiqəti təsdiqləyir: Tarixdə "ibtidai insan əcdadları" yoxdur. Bu şəkildə göstərilən canlılar əslində avstralopitek cinsinə daxil edilməsi lazım olan meymunlardır. Qalıq qeydləri bu nəsli tükənmiş meymunlar ilə qalıq qeydlərində qəfildən ortaya çıxan homo, yəni insan növü arasında heç bir təkamüllü əlaqə olmadığını göstərir.
Sahelanthropus tchadensis |
Təkamül nəzəriyyəsinin insanın mənşəyi haqqındakı iddialarını süquta uğradan ən son tapıntılardan biri isə 2002-ci ilin yazında Orta Afrika ölkəsi olan Çadda tapılan və sahelanthropus tchadensis adı verilən qalıq oldu.
Bu qalıq təkamülçü ətrafları bir-birinə qatdı. Dünya səviyyəsində məşhur olan “Nature” jurnalı qalığı elan edən xəbərində "tapılan yeni kəllə insanın təkamülü haqqındakı düşüncələrimizi tamamilə yox edə bilər" dedi. 161
Harvard Universitetindən Daniel Lieberman bu yeni tapıntının "kiçik bir nüvə bombası qədər təsirli olacağı"nı dedi. 162
Bunun səbəbi tapılan qalığın 7 milyon il yaşında olmasına baxmayaraq, "insanın ən qədim əcdadı" olduğu iddia edilən və 5 milyon il yaşındakı avstralopitek cinsindən olan meymunlara nisbətən (təkamülçülərin bu günə qədər əsas götürdükləri meyarlara görə) daha "insani" bir quruluşa sahib olması idi. Bu vəziyyət həqiqətdə hamısı nəsli tükənmiş meymun növləri arasında ən subyektiv və ön fikirli olan "insana bənzərlik" meyarlarına əsasən yaradılan təkamüllü əlaqələrin tamamilə xəyali olduğunu göstərirdi.
John Whitfield 11 İyul 2002-ci il tarixli “Nature” jurnalında dərc olunan "Oldest Member of Human Family Found" (İnsan Ailəsinin Ən Qədim Üzvü Tapıldı) başlıqlı məqaləsində Corc Vaşinqton Universitetindən təkamülçü antropoloq Bernard Wooddan sitat gətirərək bu fikri təsdiqləyirdi:
Universitetdə oxumağa başladığım 1963-cü ildə, insanın təkamülü bir nərdivan kimi görünürdü. Bu nərdivanın pillələri meymundan insana doğru irəliləyən və hər mərhələsi əvvəlkindən daha az meymunabənzər bir cərgə ara keçid formasından meydana gəlirdi... Amma indi insanın təkamülü (qarmaqarışıq) kola bənzəyir... Qalıqların bir-biriylə necə bir əlaqəyə malik olduğu və hər hansı birinin həqiqətən insanın əcdadl olub olmadığı hələ də mübahisəlidir. 163
Yeni tapılan meymun qalığı mövzusunda “Nature” jurnalının redaktoru və aparıcı bir paleoantropoloq olan Henry Geenin etdiyi şərhlər ən əhəmiyyətli idi. Gee, “The Guardian” qəzetində dərc olunan yazısında qalıq üzərində edilən mübahisələrə toxunur və belə yazırdı:
Nəticə nə olursa olsun bu kəllə bir daha və qəti olaraq göstərmişdir ki, keçmişdən bəri qəbul edilən (insanla meymun arasındakı) 'itmiş halqa' düşüncəsi axmaq bir düşüncədir... Hal-hazırda çox aydın şəkildə görülməlidir ki, onsuz da itmiş halqa düşüncəsi artıq tamamilə öz etibarlılığını itirmişdir. 164
2000-ci ildə tapılan və Milenyum Adamı olaraq xatırlanan Orrorin tugensis isə on iki kiçik qalıq tapıntısına əsaslanan bir növdür. Qalıqları tapan fransız tədqiqatçılar Martin Pickford (Collège de France) və Brigitte Senut (Milli Təbiət Tarixləri Muzeyi, Paris) bu növün iki ayaq üzərində yeriyən canlılar olduğunu iddia etmələrinə baxmayaraq, bu fikir təkamülçülər arasında belə yayılmayıb. Bir çox təkamülçü bunun iki ayaq üzərində yeriyən bir növ ola bilməyəcəyini düşünür. London Universitetindən professor Leslie Aiello, bu növün iki ayaq üzərində yeridiyi iddiasının möhkəm təməllərə əsaslanmadığı, hətta bu növün insanların deyil, meymunların əcdadı ola biləcəyini düşünür. 165
Nature, 11 Temmuz 2002 |
Orrorin tugensis qalığının insana aid bir qalıq olduğunu qəbul etmək istəyən təkamülçülər, bu vəziyyətdə dəfələrlə təbliğatını apardıqları Lucy qalığını zibilə atmaq məcburiyyətində qalmışdırlar. Çünki o. tugensisi tapan tədqiqatçılar bu növün görünüş baxımından homo cinsinə “australopithecine”lərdən, yəni “Lucy”nin də daxil olduğu avstralopitek afarensis və a. anamensis növlərindən daha yaxın olduğunu irəli sürürlər. Tədqiqatçılar təkamülün geriləmiş ola bilməyəcəyini müdafiə edir və avstralopitek cinsinin nəsil ağacından çıxarılmasını tələb edirlər. 166
Nəticə etibarilə o. tugensis təkamülçülərin xəyali həyat ağacını mürəkkəbləşdirən və təkamülçüləri çıxılmaz vəziyyətdə qoyan başqa bir qalıq olaraq ədəbiyyatdakı yerini almışdır.
Milenyum Adamı olarak anılan Orrorin tugensis'e ait fosil buluntuları. |
İndoneziyanın Sambungman bölgəsində Pleystosen dövrünə (dövrümüzdən 1,8 milyon-10 000 il əvvəlki dövr) aid olduğu ifadə edilən və kalvaryumdan (üst kəllə sümüyündən) ibarət bir qalıq tapıldı. Təkamülçü tədqiqatçılar beyin həcmi 1006 cm3 olan bu kəllə qutusunun insanın guya ibtidai əcdadlarından olan müasir insana doğru bir ara keçid addım olduğunu irəli sürdülər. Bir sözlə "Sm 4" olaraq bilinən qalığın Javada daha əvvəl ələ keçirilmiş homo erectus nümunələri (Sangiran və Ngandong) arasında bir təkamüllü keçid forması olduğu iddia edildi. Həm də Sm 4 qalığının əhəmiyyətli bir xüsusiyyətinin beyin kökü nahiyəsinin o biri Java nümunələrinə görə daha hərəkətli olduğu və bu xüsusiyyətiylə homo sapiensə bənzədiyi irəli sürüldü. Ancaq bu iddialar təkamülçü ön fikirlərə əsaslanırdı.
Təkamülçülər homo erectus qalıqlarını ibtidai insan olaraq xarakterizə edir və bunları xəyali nəsil ağaclarında guya “ara növ” kimi göstərirlər. Halbuki əvvəlki hissələrdə nəzərdən keçirildiyi kimi homo erectusun dövrümüzün insanı olan homo sapienslə eyni dövrdə yaşadığını göstərən dəlillər vardır.
Həm də tədqiqatçılar beyin həcmi 1006 sm3 olaraq hesablanan kəllənin böyük ehtimalla gənc ya da orta yaşlı bir kişiyə aid olduğunu güman edirlər. Ən böyük meymun kəlləsinin həcminin 650 sm3-i keçmədiyi düşünülsə, bunun bir insana aid olduğu dəqiqləşər. Qaş xətləri araşdırıldığında bunların dövrümüzdəki hər hansı bir insanda olması ən məqbul ölçülərdə olduğu aydınlaşır. Belə ki, bu insan indiki vaxtda yaşasa və izdihamlı bir yerdə müasir paltarlarla yerisəydi, o heç kim qəribə gəlməzdi.
Qalıq tapıntısını qiymətləndirən Amerikan Təbiət Tarixi Muzeyinin paleoantropoloqlarından Kenneth Mowbray bir təkamülçü olmasına baxmayaraq, Sm 4 qalığının bir ara növ olaraq təsnif edilməsinə qarşı çıxır, İndoneziya kəllə qalıqlarında müşahidə olunan fərqlərin hər hansı bir növ daxilində müşahidə olunmasının təbii müxtəliflikdən qaynaqlandığını ifadə edir. Mowbray “National Geographic”in internet saytındakı şərhində bunları söyləyir:
Əgər müasir insan populyasiyalarına baxsanız, qısa və yumru başlı insanlar; uzun və ensiz başlı insanlar görərsiniz; bunlar hər hansı bir populyasiya daxilində görünməsi normal variasiyalardır. 167
Bir sözlə, "Sm 4" qalığı üzərində edilən təkamülçü fərziyyələr elmi dəlillərə əsaslanmır. "Sm4" ara keçid formasına deyil, insana aid bir qalıqdır.
2001-ci ildə Kaliforniya Universiteti antropoloqlarından Haile Selaissenin Efiopiyada tapdığı və ardipithecus ramidus kaddaba adı verilən qalığın insanın ilk əcdadı olduğu iddia edildi və hətta qalığın təkamülçülərin 150 ildən bəri tapmağı ümid etdikləri yarı insan-yarı meymun bir varlıq olduğu irəli sürüldü. 12 İyul 2001-ci il tarixli “Nature” və 13 iyul 2001-ci il tarixli “Science” jurnallarında elan olunan xəbərə, “Time” kimi jurnallarda da səhifələr boyu yer verildi. 168
Milenyum Adamı olarak anılan Orrorin tugensis'e ait fosil buluntuları. |
Ancaq bəhs olunan qalıqla əlaqədar xəbərlərdə bir çox ziddiyyət vardı və təkamülçülər belə bu canlı qalığını insanın guya təkamülündə bir ara keçid qalıq olaraq qəbul etməyin mübahisə mövzusu olacağını qəbul edirdilər. Məsələn, tədqiqatın nəticələrinin dərc olunduğu “Nature” jurnalının təcrübəli redaktoru Henry Gee tərəfindən jurnalın 12 iyul 2001-ci il tarixli buraxılışında qələmə alınan "Return to the Planet of Apes" (Meymunların Planetinə Çevriliş) başlıqlı məqalədə bu qalıqlardan yola çıxılaraq belə bir təsvirin mübahisə mövzusu olacağı ifadə edilmişdir:
A. r. kadabbanın bir alt növ kimi təsvir olunması mübahisə mövzusu olacaq...
Buna baxmayaraq tamamilə təkamülçü ön mühakimələrə əsaslanaraq, qalıq "ibtidai" insan növü deyə şərh olunmuş və təkamül nəsil ağacında boş qaldığı düşünülən bir yerə yerləşməsi daha münasib görülmüşdür.
Henry Geenin tənqidində bəhs olunan təkamülçü şərhlərin niyə həqiqətləri əks etdirmədiyi də açıqlanmışdır. Gee bu sümüklərə baxıldığında bu canlıların həyat stilləri, davranışları haqqında bir çox ehtimaldan bəhs edilə biləcəyini, ancaq bunların heç bir şəkildə elmi baxımdan qaneedici şərhlər ola bilməyəcəyini ifadə edir;
İrəli sürüləcək bu ehtimalların qaneedici olub olmayacağı isə öz özlüyündə bir problemdir.
Bir sözlə dilə gətirilən bu həqiqətlər şimpanze ilə insan arasındakı guya təkamül əlaqəsinin dayaqsız olduğunu açıq şəkildə ortaya qoyur.
İndi bu qalıqla əlaqədar təkamülçü elm adamlarının sərgilədikləri ziddiyyətləri ardıcıllıqla nəzərdən keçirək.
1. Sümüklər bir-birindən kilometrlərlə uzaqda və müxtəlif tarixlərdə tapılmışdır:
Tapılan qalıq yeddi sümük parçasından və 4 dişdən ibarətdir. “Time” jurnalı tək bir ayaq barmağı sümüyünü göstərərək "bu sümüyün canlının iki ayağı üzərində dayandığını göstərdiyini" iddia edir. Ancaq 8 səhifəlik yazının son səhifəsində bu ayaq barmağı sümüyünün digər sümüklərdən 16 km (10 mil) qabaqda tapıldığı ifadə edilir. “Nature”dəki orijinal hesabat araşdırıldığında daha da dəhşətli bir vəziyyətlə qarşılaşıldı. Bu hesabatda ardipithecusun sümüklərinin əslində "1997-ci ildən etibarən 5 fərqli bölgədən 11 müxtəlif insana aid nümunələrdən" toplandığı açıqlanır. Ayaq barmağı sümüyü isə 1999-cu ildə tapılmışdır və o biri sümüklərdən də 0,6 milyon il daha gəncdir. Yəni bütün tapılan sümüklər eyni canlıya aid deyil və hətta eyni dövrdə yaşayan canlılara da aid deyil. Bu şəkildə toplanmış sümüklərə baxaraq bir canlının xüsusiyyətləri haqqında şərhlər etmək və bu canlını insanın təkamülündə hər hansı bir yerə yerləşdirməyə çalışmaq elmlə əlaqəsi olmayan bir təbliğatdan başqa bir şey deyil.
2. Qalığın diş quruluşu xəyali insanın təkamülü ağacı baxımından ziddiyyətlər ehtiva edir:
A. r. kaddaba görünüş cəhətdən Tim Whitenin 1992-ci ildə tapdığı ardipithecus ramidus adlı qalıq ilə ortaq xüsusiyyətlərə sahib olduğu üçün ardipithecus qrupundan hesab olunmuşdur. Ancaq, qalığın diş quruluşu bu qruplaşdırma əməliyyatı üçün əhəmiyyətli bir ziddiyyət meydana gətirir. Çünki tapılan qalıq, 1992-ci ildə tapılan qalıqdan 1,5 milyon il daha yaşlıdır. Ancaq “Time” jurnalında da ifadə edildiyinə görə 4,4 milyon illik ramidusun dişləri 5,8 milyon illik kadabbanın dişlərindən daha çox meymunabənzər xüsusiyyətlər daşıyır. Yəni gənc olan qalığın dişləri yaşlı olana nisbətən daha çox meymunabənzər xüsusiyyətə malikdir. Halbuki təkamül nəzəriyyəsinə görə vaxt keçdikcə meymunabənzər xüsusiyyətlər getdikcə yox olmalıdır. Təkamülçülər tərəfindən əhəmiyyətsiz bir məlumat kimi nəql edilən bu həqiqət, sözügedən meymun-insan xəyali ardıcıllığının əsassızlıqlarla dolu olduğunu göstərməsi baxımından əhəmiyyətlidir.
Antropologiya professoru və Arizona Dövlət Universitetində İnsanın Mənşəyi İnstitutunun direktoru olan Donald Johanson bu mövzuda edilən ön mühakiməli təsnifatı belə ifadə edir:
5,5 milyon illik qalıqları 4,4 milyon illik qalıqlarla eyni növlərin üzvləri olaraq yan-yana qoyduğunuzda bunların bir ağac üzərindəki incə budaqlar ola biləcəyini diqqətə almazsınız. Hər şey düz bir xəttdə yerləşməyə məcbur edilmişdir. 169
3. Bu canlı nəsli tükənmiş bir şimpanze növüdür
Bəzi təkamülçülər ardipithecusun insanlar və şimpanzelər arasındakı zəncirin bir halqası olduğunu qəbul edirlər. Ancaq Henry Gee bu qalığın insandan çox şimpanzeyə bənzədiyini ifadə edir.
Ardipithecus ramidus'a ait diş |
“Science” jurnalının 13 iyul 2001-ci il tarixli buraxılışında bəhs olunan qalıqla əlaqədar dərc olunan yazıda Corc Vaşinqton Universitetindən Bernard Woodun bu şərhinə yer verilir:
Bu tapıntını insan və ya şimpanze əcdadı kateqoriyalarından birinə aid etmə məcburiyyəti hiss etmək səhvdir.
“Time” jurnalında isə Woodun bu sözlərinə yer verilir:
Bu bir insan əcdadı ya da şimpanze əcdadı olaraq təsnif edilməsi mümkün olmayan bir varlığın ilk nümunəsidir. Lakin bu onun hər ikisinin də ortaq bir əcdadı olduğunu göstərməz. Deyəsən quyruğu bu eşşəyə aid etmək çox çətin olacaq.
Təkamülçülər nəsli tükənmiş meymun növlərini insan ilə şimpanze arasındakı zəncirin bir parçası olaraq göstərməyə çalışırlar. Quyruqsuz meymunun latınca qarşılığı olan "-pithecus" əlavəsi ilə adlandırılan bu canlılar əslində növü tükənmiş quyruqsuz meymunlardır və insanın təkamülü üçün heç bir dəlil təşkil etmirlər. İnsanın guya əcdadı olaraq ifadə edilən qalıqlar əslində nəsli tükənmiş şimpanzelərdir. Məsələn, ən məşhur "-pithecus" nümunəsi olan “Lucy”nin (australopitpecus afarensis) şimpanzelərlə eyni böyüklükdə beyni vardır, qabırğaları və çənə sümüyü şimpanzelərlə eyni formadadır, qolları və qıçları canlının bir şimpanze kimi yeridiyini göstərir. Hətta çanaq sümüyü də şimpanzelərinki kimidir. 170
Paleontologiya elmində dünyanın ən hörmətə layiq nüfuzlu şəxslərindən biri olaraq göstərilən John Mastropaolo isə ayaq barmağını şəxsən özü araşdırıb vəziyyətdən əmin olmaq istədi; kadabbanın barmağını insan, şimpanze və pavian barmağıyla müqayisə etdi. Anatomik meyarları riyazi baxımdan müqayisə edən Mastropaolonun gəldiyi nəticələr çox fərqli idi. Barmaq, şimpanze və pavian barmağına bənzəmirdi. İnsan barmağıyla olan bənzərliyi isə qeyri-kafi idi. Mastropaolonun təsbitləri Amerikan Fizioloji Dərnəyinin təşkil etdiyi San Diyeqo konfransında 27 avqust 2002-ci ildə açıqlandı. Yazının nəticəsində iki ayaq üzərində yeriyən təkamüllü əcdad təsbitinin xəyal gücünə əsaslandığı belə ifadə edilirdi:
Qalıq sümükləri üzərində aparılan obyektiv nəsil analizləri Haile-Selassienin çıxarışlarının zorakı fərziyyələr olduğunu sübut edir. 171
Nəticə etibarilə bəhs olan ardipithecus ramidus kadabba qalığı da “Nature” jurnalında da ifadə edildiyi kimi şimpanzeyə bənzəyir və insanın mənşəyi ilə heç bir əlaqəsi yoxdur.
2001-ci ildə tapılan və düz bir üzə sahib olduğu üçün "düz üzlü adam" (flat faced man) olaraq adlandırılan kenyanthropus platyops adlı qalıq özünü tapan Meave Leakey və qrupu tərəfindən insanın əcdadı olaraq ictimaiyyətə elan olundu. Halbuki, bu 3,5 milyon illik kəllə təkamülçülərin xəyali "insanın təkamülünü göstərən nəsil ağacı"nı alt-üst edir, ziddiyyətləri daha da mürəkkəbləşdirirdi.
K. platyops ile ilgili BBC'nin internet sayfasında çıkan haber. |
Dünyanın ən aparıcı təkamülçülərinin belə xəyali sxemlərində heç bir yerə qoya bilmədikləri bu qalıq, özündən sonra yaşamış olan bəzi meymun növlərinə (Lucy kimi) görə təkamülçü meyarlar baxımından daha inkişaf etmiş xüsusiyyətlərə sahib idi. Bu səbəblə də fərqli xüsusiyyətlərə sahib olan bu qalıq təkamülçülərin bütün sxemini alt-üst edirdi. Çünki bu qalığı hara yerləşdirəcəklərini bilmirdilər.
Əslində bu günə qədər tapılan və burada da ələ alınan qalıqların hamısına baxıldığında meymunla ortaq bir əcdaddan təkamülləşən, yavaş-yavaş insana doğru yüksələn bir "təkamül sxemi" olmadığı açıq şəkildə görünür. Əksinə sxemdə tamamilə bir qarışıqlıq hakimdir.
BBC-in internet səhifəsində bu qalıqla əlaqədar xəbərdə göstərilən sxemdə də bu qarışıqlıq vurğulanmışdır. "Qarışıq insanabənzər nəsil ağacı" olaraq göstərilən sxemdə heç bir nizamlı inkişaf olmadığı, əksinə bütün qalıq tapıntılarının bir-biriylə tamamilə əlaqəsiz xüsusiyyətlərə sahib olduqları müşahidə olunur. Sxemin altında da bu şərhə yer verilmişdir:
Elm adamları fərqli insanabənzər qalıqları bir-birləriylə əlaqələndirmə mövzusunda çətinlik çəkirlər. 172
Corc Vaşinqton Universitetinin antropologiya bölməsindən Daniel E. Lieberman isə, “Nature” jurnalında dərc olunan məqaləsində kenyanthropus platyops haqqında bu şərhi vermişdir:
İnsanın təkamül tarixi çox mürəkkəb olub, həll oluna bilməmişdir. Hal-hazırda 3,5 milyon illik başqa bir növün tapılması ilə vəziyyət daha da qarışacaq kimi görünür... Kenyanthropus platyopsun bədən quruluşu əsasən insanın təkamülü və növlərin davranışı mövzuları barəsində özü ilə bir çox sual gətirir. Məsələn, niyə qeyri-adi bir şəkildə kiçik bir çənə dişinə və önə doğru qövslü çənə sümüyü olan böyük bir düz üzə eyni anda sahibdir? Böyük üzü və bənzər şəkildə yerləşdirilmiş çənə sümüyü olan bütün digər insanabənzər növlərin böyük bir dişi vardır. K. platyopsun qarşımızdakı bir neçə il ərzindəki ən əsas rolunun, birlikləri korlayıcı və insanabənzər varlıqlar arasındakı təkamüllü əlaqənin tədqiqatlarında qarşılaşılan qarışıqlığı vurğulayıcı bir rola sahib olacağını düşünürəm. 173
BBC isə xəbəri "Düz Üzlü Adam Bir Tapmacadır", "Ağıl Qarışdıran Mənzərə", "Elmi Ziddiyyət" başlıqları ilə vermiş və xəbərdə belə deyilmişdir:
"Meave Leakey qrupu və Keniya Milli Muzeyinin kəşfi, onsuz da bulanıq olan insanın təkamülü cədvəlini daha da bulandırır". 174
London Universiteti Kollecindən tanınmış təkamülçü dr. Fred Spoor isə yeni tapılan qalıq üçün "gündəmə bir çox sual gətirdi" şərhini vermişdir. 175
Bir sözlə, təkamül nəzəriyyəsi bu şərh və etiraflardan da göründüyü kimi böyük bir çıxılmaz vəziyyətdədir. Xüsusilə də paleontologiya sahəsindəki hər yeni tapıntı təkamül nəzəriyyəsinə daha yeni bir ziddiyyət gətirir. İnsanın guya təkamülü üçün xəyali bir sxem müəyyənləşdirən təkamülçülər, nəsli tükənmiş müxtəlif meymun növlərinə və insan irqlərinə aid qalıqları arxa-arxaya düzərək sxemlərinə uyğun hala gətirməyə çalışırlar, ancaq heç bir qalıq sxemlərinə uyğun gəlmir. Çünki insan meymunla ortaq bir əcdaddan təkamülləşməmişdir. İnsanlar tarix boyu həmişə insan olmuşlar, meymunlar da həmişə meymun olaraq qalmışlar. Bu səbəblə də təkamül nəzəriyyəsi hər yeni elmi kəşflə yenə bir çıxılmaz vəziyyətə düşəcək.
Hayali Evrim Ağacı: Bulunan her fosil, insanın sözde evrimi ile ilgili şemayı daha da karmaşık hale getirmekte, çelişkileri artırmaktadır. |
2002-ci ildə Gürcüstanın paytaxtı Tiflis yaxınlığında Dmanisi bölgəsində 3 kəllə qalığı tapıldı. Bəzi təkamülçülər bu kəllələri guya insanın əcdadları olan ara keçid formaları kimi təqdim etmək istəyərkən, bir çox təkamülçü bu kəllələrin bəzi təkamülçü iddiaları "alt-üst etdiyi"ni etiraf etmək məcburiyyətində qaldı. Bu şəxslərdən biri olan Harvard Universitetindən Daniel Lieberman bu kəllənin, bəzi kəslərin ilk insanların Afrikadan köç etmələriylə əlaqədar düşüncələrini alt-üst edəcəyini dedi. 176
“Science” jurnalında isə üç kəllə qalığı üçün bu şərh verildi:
Hamısı bir yerdə araşdırıldığında Dmanisi kəllələri əcdadlarımızın Afrikanı daha əvvəl, təkamülün daha əvvəlki mərhələlərində, yəni ehtimal olunandan xeyli əvvəl tərk etdiyini göstərir. Ancaq Dmanisi qalıqları insanın təkamül ağacında tam olaraq hansı yerə uyğun gəlirlər?, bir və ya bir neçə növümü təmsil edirlər? Bu suallar bir mübahisənin başlamasını alovlandırır. 177
Təkamülçülər tapılan kəllələri necə təsnif edəcəklərinə qərar verə bilmədilər və hər biri ortaya ayrı bir fikir qoydu. “Science” jurnalında təkamülçülərin bu fikirlərinə yer verildi:
Qrup, yeni kəlləni əvvəlki iki kəllə kimi homo erectus olaraq təsnif edir... Əslində yeni kəllənin bəzi xüsusiyyətləri h. habilisə bənzəyir… Rightmire: "Əslində, əgər tədqiqatçılar ilk olaraq bu qalıqları tapsaydılar, onda bunları h. habilis olaraq təsnif edərdilər" deyir. 178
Yəni Rightmireyə görə bu qalığın h. erectus olaraq təsnif edilməsinin səbəbi bu qalıqla eyni ərazidə tapılan digər qalıqların h. erectus olaraq təsnif edilməsiydi. Bu ifadələr qalıqların tamamilə təkamülçülərin istəklərinə, ön fikirlərinə və ümidlərinə görə müəyyənləşdirildiyinin bir ifadəsidir.
Amerikan Təbiət Tarixi Muzeyi antropoloqlarından İan Tattersall isə, yeni qalıqları nə h. erectus, nə də h. habilis olaraq təsnif etmədi və bu şərhi verdi:
Bu nümunə ilk insanın hansı xüsusiyyətlərə sahib olduğunu yenidən nəzərdən keçirməyimizin lazım olduğunun vurğulayır. 179
“National Geographic” jurnalı isə yeni qalığı "kəllə qalığı Afrikadan çıxış nəzəriyyəsinə qarşı çıxır" başlığı ilə xəbər verdi. Bu məqalədə Gürcüstandakı tədqiqatı aparan və sözügedən qalığı tapan David Lardkipanidzenin bu ifadələrinə yer verildi:
Dmanisidə tapılan hominidlər arasındakı müxtəliflik bunların həqiqətdə kim olduqlarını başa düşməyi çətinləşdirir. Bu müxtəliflik elm adamlarını 'homonun mənasını təkrar düşünməyə məcbur edir. 180
Eyni qazıntı qrupuna daxil olan və həmçinin Şimali Texas Universitetinin arxeoloqu olan Reid Ferring isə bu mövzuda bunları demişdir:
Dmanis qalığı o dövrdə mövcud olmasını gözlədiyimiz hər hansı bir insan qrupundan xeyli fərqli xüsusiyyətlər göstərir. 181
Bu qalıqlar haqqında müxtəlif açıqlamalar gətirən təkamülçülər yalnız bu kəslərlə məhdudlaşmır. Nyu York Siti Universitetindən Eric Delson, Pensilvaniya Dövlət Universitetindən Alan Walker, Miçiqan Universitetindən Milford Wolpoff kimi təkamülçülər də, qalıq haqqında bir-birindən fərqli fikirlər irəli sürdülər.
Təkamül nəzəriyyəsi elmi dəlillərə əsaslanmayan uydurma ssenarilərlə, təbliğat üsulları ilə dəstəklənən bir nəzəriyyə olduğu üçün, təkamül nəzəriyyəsini dəstəkləyən bir qalıq tapmaq da qeyri-mümkündür. Darvinistlər xəyali bir təbiət tarixi yazıblar və qalıqların da buna uyğun gəlməsini istəyiblər. Halbuki bunun tam əksi reallaşır, hər yeni tapılan qalıq təkamül nəzəriyyəsini bir az daha çıxılmaz vəziyyətə salır.
National Geographic dergisinin "Bilim dünyasını sarsan keşif" ifadesiyle duyurduğu Dmanisi kafatası fosilleri, evrim teorisinin insanın sözde evrimi ile ilgili iddialarını daha da çelişkili hale getirmektedir. |
|
Sahte Piltdown Adamı |
Məşhur bir doktor və həmçinin də həvəskar bir paleontoloq olan Charles Dawson 1912-ci ildə İngiltərədə Piltdown yaxınlığındakı bir çuxurda bir çənə sümüyü və bir kəllə parçası tapdığı iddiasıyla ortaya çıxdı. Çənə sümüyü meymun çənəsinə bənzəməsinə baxmayaraq, dişlər və kəllə insanınkılara bənzəyirdi. Bu nümunələrə "Piltdown Adamı" adı verildi, 500 min illik bir tarix verildi və müxtəlif muzeylərdə insanın guya təkamülünə qəti bir dəlil olaraq göstərildi. 40 ildən çox bir müddət ərzində, haqqında bir çox elmi məqalə yazıldı, şərhlər edilərək şəkillər çəkildi. Dünyanın müxtəlif universitetlərindən 500-dən çox alim, Piltdown Adamı haqqında doktorluq dissertasiyası hazırladı.182 Tanınmış Amerikalı paleoantropoloq H. F. Osborn da 1935-ci ildə “British Museum”u ziyarət edəndə "təbiət sürprizlərlə doludur; bu, bəşəriyyət tarixindən əvvəlki dövrlər haqqında əhəmiyyətli bir fikirdir" şərhini verdi. 183
1949-cu ildə isə “British Museum”un paleontologiya bölməsindən Kenneth Oakley yeni bir yaş müəyyənləşdirmə metodu olan "flüor sınağı" metodunu, bəzi köhnə qalıqlar üzərində sınaqdan keçirmək istədi. Bu üsulla Piltdown Adamı qalığı üzərində də bir sınaq aparıldı. Nəticə çox təəccüblü idi. Aparılan sınaq nəticəsində Piltdown Adamının çənə sümüyündə flüordan əsər-əlamət olmadığı məlum oldu. Bu nəticə çənə sümüyünün torpağın altında bir neçə ildən çox qalmadığını göstərirdi. Az miqdarda flüora sahib olan kəllə isə, yalnız bir neçə min illik olmalı idi.
Flüor metoduna əsaslanaraq aparılan sonrakı xronoloji tədqiqatlar, kəllənin tarixinin ancaq bir neçə min illik olduğunu göstərdi. Çənə sümüyündəki dişlərin isə süni olaraq yeyildiyini, qalıqların yanında tapılan ilkin vasitələrin isə polad alətlərlə yonulmuş adi bir təqlid olduğu məlum oldu. Bu saxtakarlıq Weinerin ətraflı bir şəkildə apardığı analizlərlə 1953-cü ildə qəti olaraq ortaya çıxarıldı. Kəllə 500 il yaşındakı bir insana, çənə sümüyü də yeni ölmüş bir oranqutana aid idi! Dişlər, insana aid olduğu təəssüratını vermək üçün sonradan xüsusi olaraq əlavə olunmuş və cərgəylə düzülmüş, oynaq yerləri isə yonulmuşdu. Daha sonra da bütün parçalar köhnə görünmələri məqsədiylə kalium-dixromat ilə ləkələnildirilmişdi. Bu ləkələr sümüklər turşuya batırıldığı vaxt yox olurdu. Saxtakarlığı ortaya çıxaran qrupdan olan Le Gros Clark, "dişlərə köhnəlmə təəssüratını vermək üçün, süni şəkildə bəzi dəyişikliklərin aparıldığı o qədər aydındır ki, necə ola bilər ki, bu izlər diqqətdən qaçmış ola bilər?" deyərək təəccübləndiyini gizlədə bilmirdi.184 Bütün bu hadisələrdən sonra Piltdown Adamı 40 ildən çox müddətdir ki, sərgilənməkdə olduğu “British Museum”dan tələm-tələsik çıxarıldı.
Sahte Piltdown Adamı |
1922-ci ildə Amerikan Təbiət Tarix Muzeyi müdir Henry Fairfield Osborn, Qərbi Nebraskadakı İlan Dərəsi yaxınlığında Pliosen dövrünə aid bir azı dişi qalığı tapdığını xəbər verdi. Bu diş iddiaya əsasən insan və meymunların ortaq xüsusiyyətlərini daşıyırdı. Çox keçmədən mövzuyla əlaqədar çox böyük elmi mübahisələr başladı. Bəziləri bu dişi pithecanthropus erectus olaraq şərh edir, bəziləri isə bunun insana daha yaxın olduğunu deyirdilər. Böyük mübahisələrə səbəb olan bu qalığa "Nebraska Adamı" adı verildi. Bu qalığa tezliklə "elmi" ad da verildi: Hesperopithecus haroldcooki.
Nebraska adamının ve ailesinin hayali çizimleri |
Bir çox nüfuzlu şəxs Osbornu dəstəklədi. Bu tək dişə əsaslanaraq Nebraska Adamının kəllə və bədəninin bərpa şəkilləri çəkildi. Hətta daha da irəli gedilərək Nebraska Adamının arvadı və uşaqlarının təbii mühitdə ailəvi şəkilləri də göstərildi.
Bütün bu ssenarilər tək bir dişdən çıxarılmışdı. Təkamülçülər bu "xəyali adamı" o dərəcədə mənimsədilər ki, William Bryan adlı bir tədqiqatçı tək bir azı dişinə əsaslanaraq bu qədər qəti hökmlə qərar verilməsinə qarşı çıxdıqda bütün diqqətləri öz üzərinə çəkdi.
Ancaq 1927-ci ildə skeletin digər parçaları da tapıldı. Tapılan yeni parçalara əsasən bu diş nə meymuna, nə də insana aid idi. Dişin prosthennops cinsinə aid olan vəhşi Amerika donuzunun nəsli tükənmiş bir növünə aid olduğu məlum oldu. William Gregory bu yanılmanı xəbər verdiyi “Science” jurnalında dərc etdiyi məqaləsinə belə bir başlıq vermişdi: "Göründüyü kimi hesperopithecus nə meymun, nə də insandır".185 Nəticədə “hesperopithecus haroldcooki”nin və "ailəsi"nin bütün şəkilləri təcili surətdə ədəbiyyatdan çıxarıldı.
Təkamül nəzəriyyəsinin müdafiəçiləri arxeopteriksdə axtardıqlarını tapa bilmədiklərindən ötrü 1990-cı illərdə digər bəzi qalıqlara bel bağladılar və bu illərdə dünya mediasında bir sıra "dino-quş qalığı" iddiası özünü göstərdi. Ancaq bu iddiaların yanlış bir şərh və hətta bir saxtakarlıq nümunəsi olduğu isə qısa bir müddətdə aydınlaşdı.
"Dino-quş" iddialarının ilk nümunəsi 1996-cı ildə böyük bir media təbliğatı ilə gündəmə gətirilən "Çində tapılan tüklü dinozavr qalıqları" hekayəsi idi. Sinosauropteryx adı verilən bir sürünən qalığı tapılmışdı, ancaq qalığı nəzərdən keçirən bəzi təkamülçü paleontoloqlar bunun bilinən sürünənlərin əksinə quş tüklərinə sahib olduğunu irəli sürdülər. Halbuki bir il sonra aparılan araşdırmalarda qalığın əslində quş tükünə bənzər heç bir quruluşa sahib olmadığı aydınlaşdı. “Science” jurnalında dərc olunan "Plucking the Feathered Dinosaur" (Tüklü Dinozavrın Tüklərini Yolmaq) başlıqlı bir məqalədə, təkamülçü paleontoloqlar tərəfindən "tük" hesab edilən quruluşların əslində tüklərlə əlaqəsinin olmadığı ifadə edilirdi:
Bir il əvvəl paleontoloqlar "tüklü dinozavr"a aid fotoşəkillərin ortaya çıxmasıyla həyəcanlanmışdılar. Çinin Yixian bölgəsində tapılan Sinosauropteryx adlı qalıq, “New York Times”ın ön səhifəsində dərc olunmuş və quşların mənşəyinin dinozavrlar olduğuna dair etibarlı bir dəlil olaraq təqdim edilmişdi. Amma keçən ay Çikaqodakı onurğalılar paleontologiyası yığıncağında verilən hökm daha fərqli oldu: Qalıq nümunələrini tədqiq edən Qərbli paleontoloq, bu strukturların müasir tüklər olmadığını söylədi... Kanzas Universiteti paleontoloqu Larry Martin, bu strukturların köhnəlmiş kollagen lifləri olduğunu və quşlarla heç bir əlaqəsinin olmadığını ifadə etdi. 186
Daha böyük bir dino-quş bolluğu isə 1998-ci ildə özünü göstərdi. “National Geographic” jurnalı iyul 1998-ci il buraxılışında quşların dinozavrlardan təkamülləşdiyi iddiasının artıq etibarlı bir qalıq dəlilinə əsaslandığını irəli sürürdü. Məqalədə Çində tapıldığı ifadə edilən qalığa geniş yer verilir, onun həm quş, həm də dinozavr xüsusiyyətlərinə sahib olduğu müdafiə olunurdu. Məqaləni qələmə alan “National Geographic” yazıçısı Christopher P. Sloan, qalıq haqqında etdiyi şərhə o qədər inanmışdı ki, "insanların məməli olduğunu necə özümüzdən arxayın bir şəkildə söyləyə biliriksə, artıq quşların theropod (dinozavr) olduğunu da eyni şəkildə söyləyə bilərik" deyirdi.187 125 milyon il əvvəl yaşadığı deyilən bu növə, dərhal elmi bir ad da verilmişdi: Archaeoraptor liaoningensis.
Onlar, üstlerinde dizi dizi kanat açıp kapayarak uçan kuşları görmüyorlar mı? Onları Rahman (olan Allah')tan başkası (boşlukta) tutmuyor. Şüphesiz O, her şeyi hakkıyla görendir. (Mülk Suresi, 19) |
Halbuki qalıq beş fərqli qalığın bir-birinə məharətlə əlavə olunmasıyla hazırlanmış saxta bir qalıq idi! Aralarında üç paleontoloqun da olduğu bir qrup tədqiqatçı bir il qədər sonra, kompyuter tomoqrafiyasının köməyiylə saxtakarlığı sübut etdi. Dino-quş əslində Çinli bir təkamülçünün əsəri idi... Çinli həvəskarlar, yapışqan və məhlul istifadə etməklə 88 sümük və daşdan dino-quş meydana gətirmişdi. Archaeraptorun ön qismi tək bir quşa aid qalıq idi, ancaq dinozavrın quyruğuyla birlikdə bədən qismində dörd ayrı növdə sümük vardı.
Məhz işin maraqlı tərəfi, “National Geographic” jurnalının bu cür sadə bir saxtakarlığı heç şübhələnmədən dərc etmiş və hətta buna əsaslanaraq "quşların təkamülü" ssenarilərinin sübut edildiyini irəli sürmüş olması idi. ABŞ-dakı məşhur Smitson İnstitutu Təbiət Tarixi Muzeyindən dr. Storrs Olson bu qalığın saxta olduğuna dair daha əvvəldən “National Geographic”i xəbərdar etdiyini, ancaq jurnal rəhbərliyinin bunu tamamilə görməzlikdən gəldiyini deyirdi. Olsona görə, "Onsuz da “National Geographic”, uzun zamandır sensasiyalı, dəstəksiz və xəbərçilik edərək reytinqini aşağı salmışdı".188
Olson “National Geographic”in nəzdindəki Peter Raven adlı elm adamına yazdığı aşağıdakı məktubda jurnalın "tüklü dinozavrlar" bolluğunun gizli tərəfini çox ətraflı bir şəkildə izah edirdi:
“National Geographic”in iyul 1998-ci il buraxılışında dərc olunan, "dinozavrlar qanadlanır" (dinosaurs take wing) başlıqlı məqalənin dərc olunmasından qısa müddət əvvəl, (məqaləni hazırlayan) Christopher P. Sloanın fotoşəkilçisi olan Lou Mazzatenta, məni “National Geographic Society”ə çağırdı, Çində tapılan qalıqların fotoşəkillərini göstərdi və bunlar haqqında dərc olunacaq hekayə ilə əlaqədar rəyimi soruşdu. O vaxt, “National Geographic”in göstərmək istədiyi cədvəldən daha fərqli, alternativ dünyagörüşləri olduğunu söyləyərək etirazımı bildirdim, amma sonunda açıq şəkildə gördüm ki, National Geographic quşların dinozavrlardan təkamülləşdiyi doqmasından başqa heç bir şeylə maraqlanmırdı.
Sloanın məqaləsi (quş-dinozavr əlaqəsi istiqamətindəki) ön fikri tamamilə yeni bir ölçüyə daşıyır və böyük ölçüdə təsdiqlənməmiş və ya sənədləşdirilməmiş məlumatlara əsaslanaraq xəbərləri nəql etmək əvəzinə onları "hazırlamaqdadır". "İnsanların məməli olduqlarını nə qədər inamla söyləyə biliriksə, quşların bir theropod (iki ayaqlı dinozavr) olduğunu da o qədər inamla söyləyə bilərik" şəklindəki sadə bir cümlə, bir və ya bir qrup elm adamının fikri olaraq belə göstərilmir, sadəcə "redaktor təbliği" olaraq qalır. Bu melodramatik iddia, əslində embriologiya və müqayisəli anatomiya sahəsində aparılan yeni işlərlə çürüdülmüşdür, amma, əlbəttə ki, bunlar (National Geographic məqaləsində) heç bildirilmir.
Daha da əhəmiyyətlisi Sloanın məqaləsində şəkli çəkilən və quş tükləri olduğu iddia edilən strukturların heç birinin quş tükü olduğu sübut edilməmişdir. Bunların bu şəkildə olduğunu iddia etmək bir həqiqəti dilə gətirmək deyil, sadəcə bir arzudur. 103-cü səhifədə qeyd olunan "içi boş, saç bənzəri strukturlar ilkin quş tüklərini (protofeathers) xarakterizə edir" şəklindəki ifadə axmaqlıqdır, çünki "ilkin quş tükləri" yalnız nəzəri bir fərziyyədir və dolayısilə bunların iç quruluşu fərziyədir.
“National Geographic Society”də (National Geographic Dərnəyi) hələ də nümayiş olunan tüklü dinozavrlar sərgisi bolluğu daha da pisdir və bir çox ətyeyən dinozavrın quş tüklərinə sahib olduğu istiqamətindəki aldadıcı iddianı irəli sürür. Həqiqi mənada bir dinozavr olan deinonychus haqqında düzəldilən bir maket və körpə tirannozavrlar haqqında çəkilən şəkillərdə bu canlılar tüklərlə örtülmüş kimi göstərilir. Bunların hamısı xəyalidir və sadəcə elmi bir fantastikadır...
Hörmətlə,
Storrs L. Olson
Quşlar şöbəsinin müdiri
Smitson İnstitutu, Təbiət Tarixi Milli Muzeyi 189
Bu qalıq saxtakarlığının göstərdiyi iki əhəmiyyətli həqiqət vardır: Birincisi, təkamül nəzəriyyəsinə dəlil tapma axtarışında asanlıqla saxtakarlığa müraciət edə biləcək insanlar vardır. İkincisi, təkamül nəzəriyyəsini cəmiyyətə təlqin etmə missiyasını öz üzərinə götürmüş bəzi "elmi jurnallar", təkamül nəzəriyyəsinin lehində istifadə edə biləcəklərini düşündükləri təsbitləri, səhv olma və ya başqa cür şərh oluna bilmə ehtimallarını tamamilə görməzlikdən gələrək təbliğat vasitəsi halına gətirirlər. Yəni elmi deyil ehkamçı davranır, inandıqları təkamül nəzəriyyəsini müdafiə edə bilmək üçün elmdən asanlıqla güzəştə verməkdədirlər.
Mövzunun başqa bir əhəmiyyətli tərəfi isə, quşların dinozavrlardan təkamülləşdiyi nəzəriyyəsinə heç bir dəlil tapıla bilməməsidir. Dəlil tapıla bilmədiyi üçün saxta dəlil düzəldilir və ya mövcud dəlillər təhrif edilərək şərh olunur. Həqiqətdə isə, quşların başqa bir canlı sinfindən təkamülləşmiş ola biləcəyinə dair heç bir dəlil yoxdur. Əksinə dəlillər, quşların yer üzündə öz xüsusi bədən strukturlarıyla ortaya çıxdıqlarını göstərir.
111 Focus, Nisan 2003.
112 Focus, Nisan 2003.
113 Focus, Nisan 2003.
114 Focus, Nisan 2003.
115 Focus, Nisan 2003.
116 Stephen Jay Gould, Eight (or Fewer) Little Piggies, Natural History, Ocak 1991, vol. 100, no. 1, s. 25.
117 Philip E. Johnson, Darwin on Trial, Intervarsity Press, 1993, s. 79.
118 Nature, vol. 382, 1 Ağustos 1996, s. 401.
119 Carl O. Dunbar, Historical Geology, John Wiley and Sons, New York, 1961, s. 310.
120 Robert L. Carroll, Patterns and Processes of Vertebrate Evolution, Cambridge University Press, 1997, s. 280-81.
121 L. D. Martin, J. D. Stewart, K. N. Whetstone, The Auk, vol. 98, 1980, s. 86.
122 L. D. Martin, J. D. Stewart, K. N. Whetstone, The Auk, cilt 98, 1980, s. 86; L. D. Martin "Origins of Higher Groups of Tetrapods", Ithaca, Comstock Publising Association, New York, 1991, s. 485, 540.
123 S. Tarsitano, M. K. Hecht, Zoological Journal of the Linnaean Society, vol. 69, 1985, s. 178; A. D. Walker, Geological Magazine, vol. 177, 1980, s. 595.
124 Peter Dodson, "International Archæopteryx Conference", Journal of Vertebrate Paleontology, Haziran 1985, vol. 5, no. 2, s. 177.
125 Richard Hinchliffe, "The Forward March of the Bird-Dinosaurs Halted?", Science, vol. 278, no. 5338, 24 Ekim 1997, s. 596-597
126 Richard Hinchliffe, "The Forward March of the Bird-Dinosaurs Halted?", Science, vol. 278, no. 5338, 24 Ekim 1997, s. 596-597.
127 Jonathan Wells, Icons of Evolution, Regnery Publishing, 2000, s. 117.
128 Richard L. Deem "Demise of the 'Birds are Dinosaurs' Theory"; http://www.yfiles.com/dinobird2.html
129 Pat Shipman, "Birds do it... Did Dinosaurs?", New Scientist, 1 Şubat 1997, s. 31.
130 "Old Bird", Discover, 21 Mart 1997.
131 "Old Bird", Discover, 21 Mart 1997.
132 Pat Shipman, "Birds Do It... Did Dinosaurs?", s. 28.
133 R.N. Melchor, S. de Valais, J.F. Genise, Bird-like fossil footpints from the Late Triassic, Nature, 2002, vol. 417, s. 936-938.
134 David Williamson, "Scientist says ostrich study confirms bird 'hands' unlike those of dinosaurs", UNC News, 14 Ağustos 2002, no. 425, www.unc.edu/news/newsserv
135 S. J. Gould & N. Eldredge, Paleobiology, vol. 3, 1977, s. 147.
136 Christopher P. Sloan, "Kanatların Efendisi", National Geographic, Mayıs 2003.
137 Alan Feduccia, The Origin and Evolution of Birds, 2nd ed., Yale University Press, New Haven, 1999.
138 Boyce Rensberger, Houston Chronicle, 5 Kasım 1980, bölüm 4, s. 15.
139 Harper's Magazine, Şubat 1985, s. 60.
140 Francis Hitching, The Neck of the Giraffe: Where Darwin Went Wrong, Ticknor and Fields, New York, 1982, s. 30-31.
141 Francis Hitching, The Neck of the Giraffe, s. 30-31.
142 Gordon Rattray Taylor, The Great Evolution Mystery, Sphere Books, London, 1984, s. 230.
143 Elwyn Simons, "Ramapithecus", Scientific American, no. 236, Mayıs 1977, s. 28.
144 Elwyn Simons, "Puzzling Out Men's Ascent", Time, 7 Kasım 1977, no. 110, s. 48.
145 Robert Ackhardt, "Population Genetics and Human Origins", Scientific American, no. 226, 1972, s. 94.
146 Richard Leakey, "Hominids in Africa", American Scientist, no. 64, 1976, s. 174ç
147 David Pilbeam, "Humans Lose an Early Ancestor", Science, Nisan 1982, s. 6-7.
148 Marvin Lubenow, Bones of Contention, Grand Rapids, Baker, 1992, s. 83.
149 Richard Allan & Tracey Greenwood, Primates and Human Evolution in the textbook: Year 13 Biology, 1999. Student Resource and Activity Manual, (Biozone International, printed in New Zealand.), s. 260.
150 William Howells, Getting Here the Story of Human Evolution, The Compass Press, Washington D.C., 1993, s. 79.
151 Adrienne Zihlman, "Pygmy chimps, people, and the pundits", New Scientist, 15 Kasım 1984, s. 39.
152 Cherfas, Jeremy. "Trees have made man upright" New Scientist, 20 Ocak 1983, s. 172.
153 Isabelle Bourdial, "Adieu Lucy", Science et Vie, Mayıs 1999, no. 980, s. 52-62.
154 Tim Friend, "Discovery rocks human-origin theories", 21 Mart 2003; http://www.usatoday.com/news/science/2001-03-21-skull.htm
155 Tim Friend, "Discovery rocks human-origin theories", 21 Mart 2003; http://www.usatoday.com/news/science/2001-03-21-skull.htm
156 Tim Bromage, New Scientist, vol. 133, 1992, s. 38-41.
157 E. Cronin, N. T. Boaz, C. B. Stringer, Y. Rak, "Tempo and Mode in Hominid Evolution", Nature, vol. 292, 1981, s. 113-122.
158 C. L. Brace, H. Nelson, N. Korn, M. L. Brace, Atlas of Human Evolution, 2. baskı, Rinehart and Wilson, New York, 1979.
159 Alan Walker, Scientific American, vol. 239, no. 2, 1978, s. 54.
160 Bernard Wood, Mark Collard, "The Human Genus", Science, vol. 284, no. 5411, 2 April 1999, s. 65-71.
161 John Whitfield, "Oldest Member of Human Family Found", Nature, 11 Temmuz 2002.
162 D. L. Parsell, "Skull Fossil From Chad Forces Rethinking of Human Origins", National Geographic News, 10 Temmuz 2002.
163 John Whitfield, "Oldest Member of Human Family Found", Nature, 11 Temmuz 2002
164 "Face of yesterday : Henry Gee on the dramatic discovery of a seven-million-year-old hominid", The Guardian, 11 Temmuz 2002
165 http://www.versiontech.com/
origins/news/news_article.asp?news_id=18
166 http://www.columbia.edu/~rk2143/web/orrorin/Otungensis1.html
167 http://news.nationalgeographic.com/
news/2003/02/0227_030227_javaskull.html
168 Michael D. Lemonick ve Andrea Dorfman, "One Giant Step for Mankind", Time, 23 Temmuz 2001.
169 Michael D. Lemonick, Andrea Dorfman,"One Giant Step for Mankind", Time, 23 Temmuz 2001.
170 Richard Allan & Tracey Greenwood, Primates and Human Evolution in the textbook: Year 13 Biology 1999. Student Resource and Activity Manual, (Biozone International., printed in New Zealand.) , s. 260.
171 Eurekalert.com; "Oldest Human Ancestor is (Again) Called into Question", 27 Ağustos 2002.
172 http://news.bbc.co.uk/hi/english/sci/tech/ newsid_1234000/1234006.stm
173 Daniel E. Lieberman, "Another face in our family tree", Nature, 22 Mart 2001.
174 http://news.bbc.co.uk/hi/english/sci/tech/newsid_1234000/1234006.stm
175 http://news.bbc.co.uk/hi/english/sci/tech/newsid_1234000/1234006.stm
176 Michael Balter, Ann Gibbons, "Were 'Little People' the First to Venture Out of Africa?", Science, vol. 297, no. 5578, 5 Temmuz 2002, s. 26-27.
177 Michael Balter, Ann Gibbons, "Were 'Little People' the First to Venture Out of Africa?", Science, vol. 297, no. 5578, 5 Temmuz 2002, s. 26-27.
178 Michael Balter, Ann Gibbons, "Were 'Little People' the First to Venture Out of Africa?", Science, vol. 297, no. 5578, 5 Temmuz 2002, s. 26-27.
179 Michael Balter , Ann Gibbons, "Were 'Little People' the First to Venture Out of Africa?", Science, vol. 297, no. 5578, 5 Temmuz 2002, s. 26-27.
180 John Roach, "Skull Fossil Challenges Out-of-Africa Theory", National Geographic News, 4 Temmuz 2002;http://news.nationalgeographic.com/news/2002/07/0703_020704_georgianskull.html
181 John Roach, "Skull Fossil Challenges Out-of-Africa Theory", National Geographic News, 4 Temmuz 2002; http://news.nationalgeographic.com/news/2002/07/0703_020704_georgianskull.html
182 Malcolm Muggeridge, The End of Christendoms, Eerdmans, 1980, s. 59.
183 Stephen Jay Gould, "Smith Woodward's Folly", New Scientist, 5 Nisan 1979, s. 44.
184 Stephen Jay Gould, "Smith Woodward's Folly", New Scientist, 5 Nisan 1979, s. 44.
185 W. K. Gregory, "Hesperopithecus Apparently Not An Ape Nor A Man", Science, vol. 66, Aralık 1927, s. 579.
186 Ann Gibbons, "Plucking the Feathered Dinosaur", Science, vol. 278, no. 5341, 14 Kasım 1997, s. 1229 - 1230.
187 National Geographic, "Feathers for T. Rex?", vol. 196, no. 5, Kasım 1999.
188 Tim Friend, "Dinosaur-bird link smashed in fossil flap", USA Today, 25 Ocak 2000.
189 "Open Letter: Smithsonian decries National Geographic's 'editorial propagandizing' of dinosaur-to-bird 'evolution'", http://www.trueorigin.org/birdevoletter.asp