Nəticə

Bundan milyonlarla il əvvəl də indiki vaxtda olduğu kimi milyonlarla canlı növü yaşamışdır. 550 milyon il əvvəl ən mürəkkəb göz quruluşlarıyla dənizin dibini bəzəyən trilobitlərdən dəniz ulduzlarına, indiki vaxtda yaşayan balıqlardan xoş ətirli çiçəklərə, şirlərə, dovşanlara, rəngbərəng quşlara, atlara, dələlərə, delfinlərdən kəpənəklərə, cırcırama böcəyinə, sərçələrdən quzulara, qarışqalardan insanlara qədər yer üzü yüz milyonlarla ildir ki, canlılarla dolub daşmış, bəzilərinin nəsli tükənmiş, bəzilərinin nəsli isə dövrümüzə qədər davam etmişdir.

Kitab boyunca nəzərdən keçirdiyimiz kimi bütün bu canlılar yer üzündə qəfildən ortaya çıxıblar və heç bir dəyişikliyə məruz qalmayıblar. Təbiət tarixi boyunca yaşamış canlılarla əlaqədar məlumat qaynağımız olan qalıqlardan aydın olduğu kimi, yer üzündə həmişə tam xüsusiyyətlərə sahib canlılar yaşamışdır. Bu canlıların ayaqları, əlləri, qanadları, dəriləri, tükləri, ağciyərləri, kəllələri, onurğaları, sümük strukturları və. s həmişə əskiksiz, özünəməxsus və ən ideal quruluşda olmuşdur. Heç bir qalıqda keçid mərhələsində olan, yəni "yarım" bir orqan və ya bədən üzvü yoxdur.

Bundan xeyli əvvəlsə başqa bir möcüzə reallaşmış, yer üzündə heç həyat olmadığı bir vaxtda, yer üzü qəflətən çox zəngin bir müxtəlifliyə sahib canlı qruplarıyla dolmuşdur. Daş, torpaq, sudan ibarət olan dünyaya bir anda həyat gəlmişdir.

Bütün bunların göstərdiyi çox əhəmiyyətli iki həqiqət vardır: Canlıların ortaq bir əcdaddan təsadüflərlə törədiyini irəli sürən təkamül nəzəriyyəsi doğru deyil. Canlıların tarixi, təkamül nəzəriyyəsini qəti və açıq şəkildə yalanlayır. İkinci həqiqət isə çox zəngin, bir-birindən tamamilə fərqli canlı növlərini yoxdan var edən, yer üzünü canlılar üçün əlverişli şəkildə yaradan üstün bir gücə, sonsuz bir elmə, bənzəri olmayan bir ağla, bənzərsiz bir yaratma gücünə sahib olan qüdrətli bir yaradıcının mövcud olduğu həqiqətidir. O yaradıcı, aləmlərin Rəbbi olan uca Allahdır. İnsanlara tarix boyunca elçilər, peyğəmbərlər göndərmiş, Tövrat, Zəbur, İncil və ən axırda isə Quranla insanları haqqa və həqiqətə çağırmışdır.

Materialistlər nə qədər çalışırlarsa çalışsınlar, bütün canlıları Allahın yaratdığı həqiqətini insanlardan gizlədə bilməyəcəklər. Allah bütün kainatın, ulduzların, qalaktikaların, dənizlərin, çayların, bütün canlıların, insanların və hər nə qədər inkar etsələr də materialistlərin yaradıcısıdır.

Quranda Allahın yaratma sənətinin izah edildiyi ayələrdən bəziləri belədir:

İnsanı bir damla sudan yaratdı, buna baxmayaraq o, açıq-aşkar bir düşməndir.

Və heyvanları da yarattı; sizin için onlarda istilik və faydalar var və onlardan yeyirsiniz.

Sizin için gökten su indiren O'dur; içecek ondan, ağaç ondandır (ki) hayvanlarınızı onda otlatmaktasınız.

Onunla sizin üçün əkin, zeytun, xurma ağacları, üzümlər ve meyvələrin hər növündən yetişdirir. Şübhəsiz ki, bunda düşünə bilən bir qövm için dəlillər vardır.

O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır

Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də sizə ram etdi. Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün dəlillər vardır

O, dənizi də sizin xidmətinizə verdi ki, ondan yemək üçün təzə ət və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfündən sizə nəsib olanları axtarıb tapmağınız və şükür etməyiniz üçündür

O, sizi silkələməsin deyə, yer üzündə möhkəm dağlar yaratdı, həmçinin çaylar və yollar da. Ümid olunur ki, doğru yolu taparsınız

Əlamətlər yaratdı. İnsanlar ulduzlar vasitəsilə də getdikləri yolu müəyyənləşdirirlər

Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi? (Nəhl surəsi, 4-5, 10-17)

okyanus kolaj

Göklerde ve yerde ne varsa tümü Allah'ındır. Allah, her şeyi kuşatandır. (Nisa Suresi, 126)

…Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən bilənsən, müdriksən!
(Bəqərə surəsi, 32)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Heç Vaxt Olmayan Ara Keçid Formaları
  • Ara Keçid Formaları Necə Olmalıdır?
  • Darvinizmə Paleontoloji Rədd: Kembri Partlaması
  • Canlı Qruplarının Qəfildən Ortaya Çıxması
  • Saxta Ara Keçid Formalar
  • Qalıq Qeydlərindəki Sabitlik
  • Nəticə