Giriş

Güclü Osmanlı idarəsi altındaykən belə üzərində planların və daxili qarışıqlıqların əksik olmadığı Yaxın Şərq hər zaman gündəmdə olan bir coğrafiya olmuşdur. Əslində, bu coğrafiya doğru ifadəylə “şərqdir"dir. Onu Yaxın Şərq halına gətirən isə dəniz ticarət yollarıdır. Bu dəyərli dənizlər Yaxın Şərqi bildiyimiz şərqdən ayırmış misilsiz hala gətirmişdir. Yaxın Şərqin nefti, təbii qazı və digər zənginlikləri bu ticarət yolları ilə qərbə çatmış, qərbin ticarət malları və silahları da yenə bu limanlardan keçmişdir. Dəyərli olan bu bölgə üzərində əlbəttə ki, müharibələr də çox olmuşdur. Osmanlının hakimiyəti bu döyüşlərin qarşısını alarkən, döyüşləri hərəkətə gətirən isə Osmanlının dağılması olmuşdur. Yaxın Şərq, Osmanlı hakimiyyəti dövründə belə qərbli güclər tərəfindən gizli razılıqlarla paylaşılmış, üzərində mənfəət planları qurulmuşdur. I Dünya Müharibəsi zamanı, hələ müharibə bitmədən Antanta dövlətləri öz aralarında Yaxın Şərqə sərhəd çəkərək və sərhədləri hakimiyyət altına alacaq qədər irəli getmişlər. Yaxın Şərq parçalanarkən yeni yaranan ölkələrin sərhədləri xətkeşlə çəkilmiş, bu süni sərhədlərə bütün Yaxın Şərq xalqı riayət etmək məcburiyyətində qalmışdır.

O zamandan bu yana Yaxın Şərq əslində Qərb hegemoniyası altındadır. Qərb, əvvəllər bu ölkələri birbaşa idarə etmək istəmiş, bunun çətinlikləriylə baş edə bilmədikdə diktatorlar və müxtəlif aktyorlar istifadə etmişdir. Diktatorluqların bir qismi xalq qiyamlarıyla yıxılarkən, bir qismi müxtəlif bəhanələrlə ABŞ və koalisiya güclərinin işğalına uğramış, milyonlarla insanın ölümüylə nəticələnən bu işğallar savaş belə sayılmamışdır. Qərb hegemoniyası nifrəti özü ilə gətirmiş, Qərbin ilk başda Rusiyaya qarşı dəstəklədiyi radikal güclər şaxələnib, budaqlanmış və bu dəfə Qərbə qarşı terror hərəkəti olaraq bütün Yaxın Şərqi əhatə etmişdi. İndiki mənzərəyə baxdığımızda isə gözəl Yaxın Şərq, döyüş, nifrət, kin və müharibə meydanlarını xatırladır. Qərbə qəzəblənən xalqlar bir-birinə qarışmış, bir-biriylə ittifaq qura bilməyən müsəlmanlar bir-birini qətl etməyə başlamışlar.

1- ÖNCESİ
2- SONRASI

İç savaş nedeniyle harabeye dönmüş olan Suriye sokakları.

İşin təəccüblü tərəfi isə, bu mənzərənin çıxış nöqtəsinin illər əvvəl təsbit edilmiş bir planın hissəsi olmasıdır. Yaxın Şərqdə axan qan, tamamilə səhv idarə və siyasətlərdən qaynaqlanan faciəvi bir nəticə deyil, əksəriyyətlə xüsusi olaraq hazırlanmış və hələ də işləyən bir ssenarinin hissəsidir. Yaxın Şərqdən cənazələrin çıxması, insanların kinli olması, bir-birlərinin şəhərlərini yıxmaları bir qisim insan və kütlələr tərəfindən onsuz da istənən və gözlənilən bir nəticədir. Yaxın Şərq üzərindəki planlar əvəlcədən bu əsasa görə hazırlanmış və həyata keçirilmişdir.

Bu planın ən böyük hədəflərindən biri parçalanmış ölkələrdir. Dövrümüzdə, Suriya və İraq, bu plana bağlı olaraq parça-parça edilərkən, hədəfdəki digər ölkələr üzərində də fərqli planlar bilinən üsullarla tətbiq olunur. Osmanlı dağıldığından bəri, daha dəqiq bir ifadə ilə Sevrdən bəri, üzərində yüz ildir plan qurulan bu ölkələrdən biri və bəlkə də ən başlıcası Türkiyə olmuşdur.

Bu kitab, Türkiyə üzərindəki parçalama planlarının nə səbəbə və necə inkişaf etdiyi, hansı üsullarla tətbiq olunduğu, PKK-nın nə səbəbə bu ssenaridə iştirak etdiyi və bunu aradan qaldırmaq üçün nələr edilməli olduğunu olduqca əhatəli və əhəmiyyətli sənədlərlə izah edir. Lakin əvvəl, Yaxın Şərq üzərində inkişaf etdirilən planların qaynağına getmək lazımdır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • 1-ci Hissə: Evanjelizm və Yaxin Şərq Mehvəri
  • 2-ci Hissə: Əsrlik Hədəf: Yaxin Şərqi Bölmə Ehtirasi
  • 3-cü Hissə: Sevrin Həsrəti: Böyük Kürdüstan (1/2)
  • 3-cü Hissə: Sevrin Həsrəti: Böyük Kürdüstan (2/2)
  • 4-cü Hissə: Qərbdə PKK Qavrayişi
  • 5-ci Hissə: Türkiyə Necə Bir Risk Altindadir?
  • 6-ci Hissə: Türkiyə Nə Etməlidir?
  • 7-ci Hissə: Kürd Qardaşlarimizin Problemlərini Anlamaq
  • 8-ci Hissə: Dünyanin Qurtuluş Vaxti Yaxindir
  • Nəticə
  • Təkamül Yalanı