Dərin dövlətlər, güclü və ya zəif, inkişaf etmiş ya da geri qalmış, demək olar ki, hər ölkənin zəminində iştirak edərlər. Dövlətlərin qərarları, tətbiqləri, tələbləri, sülhləri və döyüşləri daim bu dərin dövlətlərin nəzarəti altında olmuşdur. ABŞ kimi güclü bir ölkə necə dərin dövlətlərin təsiriylə bu gün Yaxın Şərq və kommunist Kürdüstan layihəsini tətbiq edirsə, İran da bu dərin dövlətin siyasəti səbəbiylə, Yaxın Şərqin bir qisim sünniləri tərəfindən təhdid olaraq görülür; Suriya vətəndaş müharibəsi də, Rusiya-İran-Çin dərin dövlətlərinin nüfuzu səbəbiylə həll yolu tapa bilmir. Çox vaxt dövlət başçıları və dövlətlər qərar mexanizmləri üzərində elə gücsüz olurlar ki, siyasiləşməmiş vicdani ifadələri əməlləri ilə tamamilə ziddiyyət təşkil edər. Çünki əməldə mütləq dərin dövlətlərin dediyini etmək məcburiyyətindədirlər.
Türkiyənin də keçmişi, bu qaranlıq dərin dövlət sisteminin ən ürküdücü, ən soyuq və ən mərhəmətsiz şəklinin yaşandığı olduqca dumanlı bir keçmişdir. Bu dövr ərzində müəyyən seqmentlər üzərində təzyiqlər heç bir zaman sona çatmamış, ölkə içində naməlum cinayətlər heç bir zaman ara verməmişdir. Qəyyumluq sistemi bütün ürküdücülüyü ilə dövlətə suveren olmuş, Ergenekon dərin dövləti bütün xainliyi ilə ölkəni dinsiz, faşist bir xəttə doğru aparmağa başlamışdır.
Son 10 ildə dövlət içində dolanmış olan bu terror təşkilatının ifşa edilməsi ölkəmizdə tərtəmiz bir nəfəs təsiri göstərmişdir. Naməlum cinayətlər böyük ölçüdə sona çatmış, dindar təbəqə üzərindəki təzyiqlər demək olar ki, qalxmış, fərqli etnik qruplara istiqamətli şiddət azalmışdır. Türkiyədə dərin dövlət mexanizminin tamamilə yox olduğunu söyləmək çətindir. Belə bir sistemin məhkəmə və ya mətbuat kimi orqanların içinə sızmış bəzi kəslər ilə varlığını hələ də göstərdiyini söyləmək çətin deyil. Lakin köhnə Türkiyə anlayışı böyük ölçüdə məğlub olmuş, xalqımız üzərindəki təzyiqlər azalmışdır.
Keçmişdə, Ergenekon dərin dövlətinin çirkin üzü bütün yurdda müxtəlif şəkillərdə hiss edilərkən, şübhəsiz bunun təsirlərini ən çox hiss edən seqmentlərdən biri kürd qardaşlarımız olmuşdur. Bunu düzəldə bilmək üçün, onların çəkdiyi acıları yaxşı bilmək lazımdır.
Osmanlı İmperatorluğunun yıxılmasının ardından İraq, Suriya və Türkiyə arasında dağınıq vəziyyətdə qalan (İrandakı əhalisiylə birlikdə dördə bölünmüş olan) kürd xalqı, müxtəlif çətinlik və təzyiqlərlə qarşılaşdılar. İraqda Səddam, Suriyada Əsəd digər bir ifadəylə, Baas rejimləri kürdləri yox etməyə istiqamətli bir təzyiq siyasəti yürütdü. Səddam, kimyəvi silahlardan istifadə edərək kürdlərə qarşı kütləvi qırğın edərkən, Əsəd kürd xalqının haqq və azadlıqlarından istifadə etmələrinə icazə vermək bir yana, onlara şəxsiyyət vəsiqəsi belə vermir, onları tamamilə yox sayırdı. Türkiyədə isə dərin dövlət zehniyyətinin hakim olduğu dövrlərdə ələvilər, dindarlar, mühafizəçilər kimi kürd vətəndaşlarımız da şiddətli təzyiq gördülər.
Xüsusilə, 90-cı illərdə Cənub-Şərqdə, terror təşkilatı PKK-nın təhdid və təzyiqlərinin kürd qardaşlarımıza yönəldildiyi ən çətin dövrlərdən biridir. Bu dövrün, eyni zamanda Cənub-Şərqdə dövlət yerinə dərin dövlətin hakimiyyət qurduğu və yazılmamış qanunsuz tətbiqlərlə dəhşət yaşatdığı bir dövr olduğu hər kəsə məlumdur. PKK-ya qarşı mübarizə aparan tayfaların belə dərin dövlət tərəfindən hesaba çəkildiyi; dövlətin təyin etdiyi vətənpərvər mühafizəçi qardaşlarımızın PKK agenti elan edilib dərin dövlət rəsmiləri tərəfindən dəfələrlə işgəncə verilməsinə; qardaşı, oğlu və ya qızı dağda olan ailələrin, PKK əleyhdarı olmalarına baxmayaraq davamlı təzyiq altında tutulduğu qorxunc bir dövrdür.
Solda: 1988 Halepçe Katliamı Kürt halkı, yıllar boyunca bölgede onulmaz acılar çekti. Saddam, Halepçe'de mazlum Kürt halkını kimyasal silahlarla katlederken, Suriye'de Esad, nüfus kağıdı bile vermediği Kürtlere şiddetli baskılar uyguluyordu. |
Bu dövrdə xain terror təşkilatı PKK tərəfindən ciddi şəkildə təzyiq görən kənd mühafizəçilərimizin ailələri belə PKK-nın xain güllələrinə hədəf olmuşkən və canlarını Allah rizası üçün vətən uğrunda ortaya qoymuşkən, bir tərəfdən də dərin dövlətin hədəfi halına gəlmişlər. Sorğusuz-sualsız evlərindən çıxarılan bir çox kürd vətəndaşlarımızın bir hissəsindən bir daha xəbər alınamamış, bir qismi isə günlərlə qorxunc sorğulara məruz qalmışlar. Bu dövr, qardaşın qardaşı vurduğu, saysız naməlum cinayətlərin törədildiyi, milyardlarla dollarlıq maddi zərərin Türkiyəni vurduğu bir dövrdür.
Dövlətin səlahiyyətlərini haqsız yollarla istifadə edən dərin dövlətin meydana gətirdiyi qeyri-qanuni təşkilatlar, bölgə xalqına hər zaman təzyiq göstərmiş və pis rəftar etmişlər. Dövlət içinə dolanmış bu şəbəkələr, bölgədə sanki səlahiyyət sahibi dövlət kimi davranıb dövlət əhalisini şəxsi mənfəətləri istiqamətində istifadə edib, bölgədə hər cür qeyri-qanuni fəaliyyəti reallaşdırmışlar. Belə ki, dövrün kənd mühafizəçilərinin izahlarına görə, bölgədə terrora qarşı aparılan mübarizəyə ən böyük zərəri bu kəslər və təşkilatlar vermişlər. (131) Terrorun dayanması da, bir baxımdan, bu dərin təşkilatların fəaliyyəti nəticəsində mümkün olmamışdır.
Türkiye, geçmişten günümüze ülkelerinden kaçmak zorunda kalmış Kürt kardeşlerimize büyük bir onur ve sevgiyle sahip çıkmıştır. Solda: 1991 yılında Saddam zulmünden kaçıp Türkiye'de Çukurca mülteci kampına sığınan bir Kürt çocuğu. Sağda: Günümüzde Suriye'den kaçıp Türkiye'ye sığınan Kürt çocuğu. |
O dövrdə Cənub-Şərqdə dövlət yoxdur. Məzlum kürd xalqı iki od arasında sahibsiz buraxılmışdır. Yaşadıqları haqsızlıqları, işgəncələri, kabusları şikayət edəcəkləri bir orqan yoxdur. Haqq axtaranlar, yenə, təhdid və işgəncələrlə üzləşirlər. Rəsmi dairələr belə dərin dövlətin himayəsi altında rüşvət çarxının gizlicə işlədiyi yerlərə dönmüşdür. (132) Lakin xalqın, bunu belə şikayət edə biləcəyi bir orqan yoxdur. Haqqında bəhs etdiyimiz dərin dövlətin təzyiqləri ilə media azadlığı tamamilə məhdudlaşdırılmış və bunun nəticəsində də bölgədə yaşanan qırğınlar, naməlum cinayətlər, səbəbsiz həbslər, təzyiqlər və bütün digər problemlər gizli qalmışdır.
Bölgə kəndlərinə saxta səbəblərlə dərin dövlət təşkilatları basqınlar etməyə başlamış, kənd xalqını meydanlara yığaraq onlara göz dağı vermiş, bir çox insanı səbəbsiz yerə tutub aparmışlar. Eyni kəndlərə bu dəfə də gecələri PKK militanları tərəfindən hücum edilir, onlar tərəfindən də təzyiq tətbiq edilir. Alçaq PKK-lılar təşkilatın təbliğatını apararaq, təzyiqlə pul yığaraq, şübhələndikləri şəxsləri xəbərçi və ya agent deyə qətl edərək daha qorxunc bir zülm edirlər.(133) Dindar kürd xalqımız, bəlkə də ən çox ehtiyacı olduğu bir zamanda yanında dövləti tapa bilməmiş, haqqını tələb edə bilməmiş, haqsızlıqların ən şiddətlisi ilə qarşı-qarşıya qalmışdır.
Ergenekon terror təşkilatı, Türkiyəni hər an qarışıqlıq çıxara biləcək bir zəmində tutaraq dilədiyi anda, istədiyi bölgədə fövqəladə hal elan edə bilmişdir. Ergenekon terror təşkilatı tərəfindən, terrorla mübarizə adı altında kəndlər boşaldılmış, yandırılmış, yüz minlərlə kürd mənşəli vətəndaşımız yaşadıqları yerlərdən köç etmək məcburiyyətində qalmışdılar. Köç edilən Mersin, Adana, Ankara, İstanbul kimi şəhərlərdə kürdlərin yaşadığı gecəqondu məhəllələrində pis şərtlərdə yaşamaq məcburiyyətində buraxılmaları PKK təbliğatlarına uyğun bir zəmin hazırlamış və PKK-nın şəhər qruplaşmasında əhəmiyyətli rol oynamışdır.
Bir çox kürd aydın və ya fikir öndəri və qeyri-qanuni həbs olunmuş və ya sui-qəsd ilə qətlə yetirilmişdir. Bunların çoxunun, Ergenekon-PKK əməkdaşlığı ilə təşkil edildiyi çox yaxşı bilinən bir həqiqətdir.
Dərin dövlət bölgəyə qəsdli olaraq laqeyd yanaşarkən, bölgə xalqına sahib çıxan, iş, aş, imkan və s. təmin edən xilaskar görünüşü verilərək, PKK ön plana çıxarılmışdır. Bölgə qəsdli olaraq sosial-iqtisadi baxımdan geri buraxılmış, xalq şüurlu bir şəkildə yoxsulluğa, səfalətə və cəhalətə tərk edilmişdir. Bütün bunların nəticəsində də məhdud ünsiyyət imkanları da fürsət bilinərək bölgə xalqı "quru təbliğatlarla" yoldan çıxarılmış və dövlət sanki "kürdləri yox etmək istəyən faşist bir güc" olaraq göstərilmişdir.
Masum Kürt anneleri, babaları, dünya güzeli Kürt çocukları tarihleri boyunca yüzyüze kaldıkları baskı ve zorlukların hiçbirini hak etmediler. Bu zor dönemlerde kardeşlerimizin yaşadıkları zorlukların farkındayız. Fakat devir artık telafi devridir. Kürt kardeşlerimiz geçmişin öfkesini taşımak yerine, artık kardeşliği isteyenler ile birlikte hareket etmelidirler. |
Şübhəsiz, əvvəlcədən Ergenekon terror təşkilatının da hədəfi, Türkiyəni parçalamaq, canımız kimi sevdiyimiz kürd qardaşlarımızı bizdən ayırmaq və Türkiyədən ayrı bir kommunist Kürdüstan qurmaq olmuşdur. Bunun üçün xüsusilə kürd xalqı üzərində təzyiq tətbiq edərək onları uzaqlaşdırmaq istəmiş, onların bu təzyiq altında Türkiyədən qopmağı tələb etmələrini gözləmişdir. Lakin bu qaranlıq dərin dövlət, kürd xalqının iman gücünü, vətənə və millətə bağlılığını heç bir zaman nəzərə almamışdır. Bu dəyərli xalq, dövlətin özlərini ciddi şəkildə -və yenə dərin dövlətin təzyiqi altında- laqeydlik etdiyi dövrlərdə belə dövlətə olan inanclarını itirməmiş, əsla qopub ayrılmağı düşünməmişlər. Ergenekon terror təşkilatı, məhz bu qətiyyət nəticəsində kürd qardaşlarımız üzərində hazırladığı ssenaridə müvəffəqiyyətsiz olmuş və nəzərə almadıqları böyük bir məğlubiyyətə uğramışdır.
Kürd qardaşlarımız bunu bilməlidir: O dövrdə Cənub-Şərqdə baş verənlərdən xəbərsiz deyilik. Kürd qardaşlarımızın ciddi şəkildə təzyiq altında tutulduqlarını, böyük haqsızlıqlara məruz qaldıqlarını, öz ailələrindən ədalətsizcə itkilər verdiklərini, bir tərəfdən hiyləgər PKK bəlası ilə boğuşarkən, bir tərəfdən dərin dövlətin qatilləriylə mübarizə aparmaq məcburiyyətində olduqlarını çox yaxşı bilirik. Bununla yanaşı, məruz qaldıqları yoxsulluqların, ailə və tayfa daxili təzyiqlərin, feodal sistemin gətirdiyi acıların da fərqindəyik. Kürd dili silinməyə çalışıldığından, kürd mədəniyyət və nənələrinə şiddətlə döyüş açıldığından da xəbərimiz var. Kürd qardaşlarımız üçün həll yolu təklifləri təqdim edərkən, PKK-ya istiqamətli bir üslub təkmilləşdirərkən bütün bu həqiqətləri bilərək hərəkət edirik.
Yenə PKK-ya qoşulan bir çox kürd gənci üzərində kommunist ifadələrdən çox, məruz qaldıqları ədalətsizliklərin təsirli olduğunun, dağa çıxdıqdan bir müddət sonra da bu gənclərin bir qisminin təşkilat təzyiqindən ötrü bir daha geri qayıtmaqdıqlarının fərqindəyik. Bir çox gənc, terror təşkilatının stalinist, kommunist və dinsiz bir təşkilat olduğunu sonradan fərq etdiklərini açıq şəkildə söyləyir. Yenə hal-hazırda Cənub-Şərqdə və yurdun müxtəlif yerlərində yaşayan kürd gəncləri içində, dərin dövlətin qeyri-qanuni təşkilatlarının özünə, ana-atasına etdiyi pis rəftarlar səbəbiylə dövlətə və Türk şəxsiyyətinə qəzəbli olan və küskün olan bir birliyin olduğunun da fərqindəyik. Bir qisim kəslərin etdikləri kimi bunlara gözlərimizi bağlamış və ya bunları yox saymış deyilik. Kürd qardaşlarımız bu əhəmiyyətli nöqtəni unutmamalıdırlar: Buradakı məqsəd, bütün bunlara həll yolu tapmaqdır.
İslam ahlakıyla yoğurulmuş, sevgi dolu mazlum Kürt halkı her şartta en mükemmel davranışı hak etmektedir. |
Əvvəlcə dünyanın bəzi super güclərinin, hətta ölkəmizdə də bəzi kəslərin israrla anlamazlıqdan gəldiyi bu həqiqətə vurğu edək: Kürd və PKK ayrı şeylərdir. Kürd; nur, əfəndilik, qürur, şərəf, namus, gözəllik deməkdir. PKK isə adı üstündə pis, alçaq, xaindir. Bir kürdü PKK olmaqla ləkələməyə çalışmaq, ona edilmiş ən böyük təhqirlərdən biridir. Kürd qardaşlarımızın əfəndiliyinə və nəcibliyinə edilən ən böyük böhtandır.
Mövzunun bu istiqamətini bilməyən və ya bu həqiqəti qəbul etmək istəməyənlər ümumiyyətlə, marksist PKK hərəkatını "Kürd müqavimət hərəkatı" şəklində şərh edir və terror hərəkatlarını Cənub-Şərq xalqının hamısını əhatə edən bir hərəkat olaraq qiymətləndirir. Halbuki, bu çox böyük bir yalan və haqsızlıqdır. Daha əvvəl də ifadə etdiyimiz kimi, PKK terror təşkilatı, əslində kürd qardaşlarımızı hədəf almış bir təşkilatdır. Hal-hazırda da qorxu imperatorluğu kürdlər üzərinə qurulmuşdur. Belə ki, PKK-ya qarşı vətəni qoruyan əsgərlərin əksəriyyəti, mühafizəçilərimizin isə demək olar ki, hamısı kürddür. Allah rizası üçün vətən torpaqlarını qorumaq adına PKK-ya qarşı öz canlarını ortaya qoymuşlar.
Bütün kürdləri sanki PKK-ya dəstək verən, Türkiyədən ayrı bir xalqmış və dövlətə qəti olaraq qarşıymış kimi göstərmək də kürd qardaşlarımızın üzərində keçmişdən bəri tətbiq edilən bir başqa oyundur. Bu şəkildə, terror edən bir ovuc kommunist qatillə, şərqli və kürd mənşəli günahsız vətəndaşlarımızı eyni tutmağa çalışırlar. Bu surətlə, Türkiyənin hər tərəfində kürd qardaşlarımıza qarşı nifrət və düşmənçilik mühiti yaradılmağa cəhd edilmişdir.
Kürdlərlə PKK-nı bir göstərmə səyi çox təhlükəli və hiyləgər bir taktikadır. Türkiyənin bir çox yerində kürd vətəndaşlara "PKK" deyilərək hücumlar təşkil edilmişdir. Bu hücumlar da PKK üçün əvəzolunmaz bir təbliğat vasitəsi halına çevrilmişdir. Bölgə insanına, "Baxın, sizi türklər istəmir, sizə düşməndirlər" imici verilmiş və PKK-nın istifadə edəcəyi bir mühit hazırlanmışdır.
Cənub-Şərqli kürd vətəndaşlarımızın çox böyük bir seqmentinin vətəninə dərin bağlı, dindar və Anadolu əxlaqının bütün gözəlliklərini daşıyan üstün insanlar olduğu həqiqəti görməzlikdən gəlinə bilməz. Allah qorusun, məsələn, bölgədə -bütün silah təzyiqlərindən təmizlənmiş şəkildə muxtariyyət referendumu reallaşdırılacaq olsa, bölünməyə ilk qarşı çıxacaq olanların kürdlər olacağı dərhal görüləcək. Müdrik Adamlar Strateji Araşdırmalar Mərkəzindən (BİLGESAM) Dr. Saleh Akyüreyin kürd problemi üzərinə hazırladığı hesabat, müstəqillik, ya da federasiya tələbinin bölgə xalqı arasında 90%-dən çox olan bir nisbətlə qəbul edilmədiyini ortaya qoymuşdur.
Şu bilinmelidir ki, tertemiz Kürt gençlerimizi, Kürt vatandaşlarımızı komünizme teslim etmeye hiç niyetimiz yoktur. PKK, asla ve kesinlikle Kürtleri temsil etmemektedir. Kürt ve PKK ayrımını çok iyi yapmak gerekmektedir. |
Kürd və zaza vətəndaşlara "Türkiyədəki kürdlərə müstəqillik verilməsi kürd problemi üçün həll yoludur mu?" deyə soruşulmuş, kürd vətəndaşların 90,1%-i bu suala "xeyr" cavabını verərək müstəqillik tələblərinin olmadığını ifadə etmişlər. "Kürdlərə federativ hüquqların verilməsi kürd problemi üçün daimi həll yolu təmin edir mi?" sualına isə kürd vətəndaşlarımız 92,7% nisbətində "xeyr" cavabını vermişdirlər.
PKK da bu həqiqəti bildiyi üçün, xalq üzərində təhdid, təcavüzkarlıq və təzyiq yolu ilə bu hakimiyyəti təmin etməyə çalışır. Bu səbəbdən, bir qisim kəslərin və xüsusilə PKK-nın yaymağa çalışdığı kürd=PKK sözlərinə şiddətli şəkildə qarşı çıxmaq və kürd canlarımızın haqlarını sonuna qədər qorumaq lazımdır. Kürd ilə PKK fərqini çox doğru etmək və bu fərqi açıq şəkildə və israrla xalq arasında yaymaq vacibdir. Bu məlumat, xüsusilə qərb cəmiyyətlərinə israrla çatdırılmalı, dindar və müqəddəsatlı, əfəndi və nəcib kürd xalqı ilə namərd bir kommunist təşkilat olan PKK-nın fərqi izah edilməlidir.
PKK'nın temsil ettiği şey kalleşliktir. Kürt kardeşlerimiz ise onuru, dürüstlüğü ve üstün ahlakı temsil ederler. PKK kalleşlerini Kürt olarak nitelemek Kürtlüğe hakarettir. |
Keçmişin acıları şübhəsiz ki, dərin izlər buraxmışdır. Lakin bu günə baxdığımızda əhəmiyyətli olan nöqtə budur: İnkişaf etdirilən sevgisizlik və inamsızlıq mühitinin düzəldilməsi mümkündür. Bu isə yalnız və yalnız sevgi və azadlıqlar yolu ilə edilə bilər.
Kürdlər, imanlı, dərin və əfəndi təbiətli bir millət olduqlarından daim nəcibdirlər. Nurlu və dürüst insanlardır, insana və dostluğa əhəmiyyət verirlər, hörməti mükəmməl bilirlər. Anadolu əxlaqının gözəlliyini ən möhtəşəm şəkildə yaşayan insanlardandırlar. Bu səbəbdən, bu gözəl əxlaqlı insanlar hər şərtdə və hər şəraitdə ən mükəmməl davranışa layiqdirlər.
Bu mövzuda hökumətimizin ayrı, xalqımızın isə ayrı üzərinə düşən vəzifələr var. Keçmişin acılarını düzəltmək üçün hökumətimiz də, xalqımız da kürdlərə xüsusi və imtiyazlı bir üslub inkişaf etdirməlidirlər. Keçmişdə kürdlərin görmədiyi sevgini hər kəsdən çox onlara göstərməlidirlər. Keçmişin kəffarəsini bu şəkildə ödəməlidirlər.
Bu mövzudakı təkliflərə keçmədən əvvəl, Ak Partiya hökumətinin 2002-2015 illəri arasındakı 13 illik iqtidarı boyunca, Cənub-Şərqə istiqamətli olaraq, daha əvvəlki illərdə reallaşdırılmış çox böyük yeniliklərə imza atdığını ifadə etmək lazımdır. Bunlar xülasəylə:
◉ OHAL (Fövqəladə Hal) tətbiqi qaldırıldı.
◉ Vətəndaşların uşaqlarına kürd dilində ad verməsinin önündəki maneələr qaldırıldı.
◉ Siyasi partiyaların bağlanılması çətinləşdirildi.
◉ Kürd dilində nəşr qadağası qaldırıldı.
◉ Kurd dilində kursların açılmasına imkan yaradıldı.
◉ Müxtəlif dil və ləhcələrdə radio və televiziya yayımına imkan təmin edildi.
◉ Müxtəlif dil və ləhcələrdə reklam edilməsinə icazə verildi.
◉ TRT 6 kanalı 24 saat kürd dilində verlişlər verməyə başladı.
◉ 10 yanvar 2015-ci ildə TRT 6-nın adı TRT Kurdi olaraq dəyişdirildi.
◉ Xüsusi televiziya və radio qurumlarına müxtəlif dillərdə 24 saat yayın imkanı təmin edildi.
◉ Universitetlərdə müxtəlif dillərdə əsas elm sahəsi, institut, bölüm açma, seçməli dərs imkanları təmin edildi. Kürd dili və ədəbiyyatı bölmələri quruldu.
◉ Universitetlərdə kürdoloji kitabxanaların qurulmasına icazə verildi.
◉ Müxtəlif dillərdə mədəni fəaliyyətləri dəstəkləmə qərarı alındı. Kürd dilində filmlərə dəstək verildi.
◉ Həbsxanalarda məhbus və məhkumların yaxınlarıyla ana dillərində görüşmələri təmin edildi.
◉ Çağrı mərkəzlərində türk dilini bilməyən vətəndaşlara istiqamətli xidmət imkanı təmin edildi.
◉ Əhəmiyyətli bölgələrdə kürd Kürd açılım qrupu təşkil edildi.
◉ Yaşayış yerlərinə köhnə kürdcə adların qaytarılması təmin edildi.
◉ Müxtəlif dillərdə siyasi təbliğat edilməsi üçün şərait təmin edildi.
◉ Mədəniyyət və Turizm Nazirliyində kürd dilində bəzi əhəmiyyətli əsərlər nəşr olundu.
◉ Yayla və otlaq sahələri yenidən istifadəyə verildi, kəndə geri qayıtmağa başladılar.
◉ Kürd dili, ilk dəfə TBMM kataloqunda yer aldı.
◉ Diyarbəkirdəki həbsxanada yaşananlarla əlaqədar istintaq komissiyası yaradıldı.
◉ Kürd dili teatr oyunlarının səhnələşdirilməsinə icazə verildi.
◉ Kürd dilində musiqi albomu çıxdı.
◉ Yerli din adamlarının (Mele-lərin) Dövlət tərəfindən məşğulluğuna imkan təmin edildi.
◉ Şübhəlilər üçün ana dildə müdafiə imkanı təmin edildi.
◉ Türk Dil Qurumu Türkcə-Kürdcə lüğət nəşr etdi.
◉ Anadolu Agentliyi kürd dilində nəşrə icazə verdi.
◉ 8 mart 2015-ci ildə Hökumət GAP Tədbirlər Planını açıqladı. Planda, əkinçilikdən turizmə, təhsildən səhiyyəyə, Cənub-Şərqi Anadolu Bölgəsinin inkişafı üçün 26.7 milyard dəyərində ümumi 115 layihə var.
◉ Kurd dilində Quranı Kərim nəşr olundu.
◉ Bölgədə çox sayda anbar, hava limanı, xəstəxana və məktəb tikildi.
◉ Bütün qanunlarda demokratikləşmə və həll prosesi mövzusunda onlarla tənzimləmə edildi.
Sırf bu maddələrə baxıldığında belə tarixi inkişafların yaşandığı, çox böyük addımların atıldığı ortadadır.
Şanlıurfa'dan güzel bir manzara. |
Mövcud hökumətimiz keçmiş hökumətlərdən olduqca fərqli irəliləyişlərə imza ataraq, kürd qardaşlarımızın rifahı üçün əhəmiyyətli inkişafları həyata keçirmiş, kürdlərin hüquqlarına sahib çıxmışdır. Şübhəsiz, bu irəliləyişlər yalnız kürdlərə qarşı deyil, ölkəmizdə yaşayan bütün digər etnik qruplara, ələvilərə və digər azlıqlara istiqamətli də reallaşdırılmışdır. Bütün bunlar olduqca sevindirici və qürur vericidir. Həmçinin, bu daha çox demokratikləşmə üçün də zəruridir. Bütün bu açılımlarla bərabər, keçmişdə çox əskik buraxılmış bir boşluğun da aradan qaldırılması, bunun üçün səy göstərilməsi lazımdır. Bu əskiklik sevgidir. Bu sevgi yanaşmasına –keçmişi düzəltmək naminə ələvilər, yunanlar, ermənilər, musəvilər, xristianlar, qısacası keçmişdə etinasız qalan bütün etnik və inanc qrupları daxil edilməlidir. Lakin buradakı mövzumuz kürdlər olduğu üçün bu mövzunu ayrı müzakirə edəcəyik.
Güneydoğu'da yaşayan güzel insanlarımıza hak ettikleri değeri vermek önemlidir. Onların bölgede rahat ve huzurlu yaşamaları için gereken her imkanı sağlayacak bir politika yürütülmeli ve bundan taviz verilmemelidir. |
Cənub-Şərqdə yolların, hava limanlarının, körpülərin düzəldilməsi əlbəttə əhəmiyyətli hadisələrdir. Lakin bundan daha əhəmiyyətlisi kürd xalqımızın ürəyini qazanmaqdır. Bunun üçün mütləq sevgi siyasətini əsas götürən tədbirlər təşkil edilməli, kürd qardaşlarımız dövlət tərəfindən həm qorunduqlarını, həm də sevildiklərini hiss etməlidir. Hökumətimizin, kürd qardaşlarımızın haqq və azadlıqları istiqamətində yuxarıda saydığımız açılımlarından da aydın olacağı üzrə, bu sevgi siyasətinin təcili olaraq tətbiq ediləcəyinə inancımız tamdır. Lakin təbii ki, bu mövzuda əsas olan PKK terrorunun və terroristlərinin bölgədən silinməsidir. Hal-hazırda gəlinən nöqtədə bu mövzuda bəzi tədbirlər görülsə də daha əhatəli və mütəşəkkil bir müdaxilə ilə bölgədəki bütün terrorçuların tez-tələsik tutulmaları və bir an əvvəl həbs olunmaları lazımdır. Bu, bölgə xalqının təhlükəsizliyi üçün çox zəruridir.
Bu mövzuda bu əhəmiyyətli xüsus mütləq nəzərə alınmalıdır: Hazırda hökumət tərəfindən Cənub-Şərq vilayətlərimizə təyin olunmuş bir qisim valilərin və dövlət işçilərinin özündən razı, insanlara təpədən baxan, qürurlu, qürur sındıran, lağ edən, haldan anlamayan və sevgisiz rəftarlarının olmamasına diqqət göstərilməli, belə şəxslərə vəzifə verilməməli və belə bir vəziyyətlə qarşılaşanda əlaqədar kəslər dərhal vəzifədən kənarlaşdırılmalıdır. Bu bölgələrə dövlətin sevgi və şəfqətini təqdim edə biləcək, gülər üzlü, hörmətli və sevgi dolu, əzmli və xidmət əhli, mədəni, keyfiyyətli, qarşısındakını alçaltmaqdan həya edən, gözəllikləri tərifləməsini bilən valilərin təyin edilməsi lazımdır. Hökumətimiz bu bölgələrdə, cəmiyyətləri bir-birlərinə birləşdirəcək müxtəlif fəaliyyətləri həyata keçirməli, onlara təhsil, sənət və elm kimi mövzularda kömək etməli, dövlətin dəstək və sevgisinin hər an yanlarında olduğunu hiss etdirməlidir.
Kürd bölgəyə kürd valisi anlayışı da tərk edilməli, kürdləri bir irq olaraq təcrid etmə görünüşü ortadan qalxmalıdır. Kürd valilər yurdun digər seqmentlərinə, yurdun digər seqmentlərindən də valilər Cənub-Şərqə təyin edilərək tək bir vətən üzərində tək bir millət olaraq qaynayıb-qarışdığımız göstərilməlidir.
Hökumətimizin azad və təsirli şəkildə hərəkət edə bilməsi üçün bölgədəki bir qisim Mülki Hökümət Quruluşlarından (MHQ), yerli dini liderlərdən, tayfa liderlərindən, yerli radio və Tv-lərdən, sevgi üslubundan istifadə edən, kommunist və faşist fəlsəfəyə qarşı olub İslam Birliyini müdafiə edən ziyalılardan dəstək alınması gözəl olacaq.
Bu dəstək ilə xüsusilə bölgədə milli və mənəvi birlik, qardaşlıq üzərinə konfransların, filmlərin, sənədli filmlərin yayımlanması vacibdir. Mədəniyyəti korlayan yox; Allaha, Qurana iman həqiqətlərinə, Quran möcüzələrinə, elmə, incəsənətə, gözəlliyə, keyfiyyətə, mədəniyyətə, sevgiyə, insanları sövq edən siyasətlər izlənilməlidir. Bunlar üçün internet və media yolu ilə böyük bir səfərbərlik edilməlidir.
Xüsusilə ictimai mediada sevgi, sülh əsaslı, müasir, keyfiyyətli, elmi bir baxışla Böyük Türkiyə, İslam Birliyi ideallarını mənimsədəcək bir səfərbərlik edilməlidir. Bu siyasət daxilində keyfiyyətsizliyə, sevgisizliyə, nifrətə, mövhumatçılığa əsla icazə verilməməlidir. Xurafatlara, bidətlərə yol verilməməlidir.
RTÜK-ə bağlı bütün televiziya və radiolar bu təhsil səfərbərliyinə daxil edilməlidir.
Saddam rejiminin zulmünü gösteren bu toplu mezar Kürt kardeşlerimizin yaşadıkları kabusun sadece bir bölümünü temsil etmektedir. Bütün dünyanın sırtını döndüğü bir anda aralarında Kürtlerin de bulunduğu mülteci kardeşlerimize kapılarını ve vicdanını açan ülke Türkiye oldu. Kürt kardeşlerimiz sınırda Türk askerinin şefkati ile karşılandılar. |
Səddam kürdlərə zülm etdiyində, Əsəd qətliam etdiyində və ya PYD-nin zülmü əsnasında kürdləri həmişə Türkiyə qorumuş və xilas etmişdir. Hər cür ehtiyaclar səmimi şəkildə və gözəlliklə qarşılanmışdır. Kobanili kürd qardaşlarımıza ölkəmizdə ən gözəl şəkildə qucaq açılmışdı. Bütün bu faktlar tarixi məlumat və sənədlərlə ətraflı olaraq izah edilməli, kürd qardaşlarımıza istiqamətli keçmişdəki sevgisiz yanaşmaların, hədəfləri fərqli olan Ergenekon terror təşkilatı və PKK bəlalarından qaynaqlandığı israrla ifadə edilməli, kürd qardaşlarımızın daim Türk dövlətinin və millətinin mühafizəsi altında olduğu hiss etdirilməlidir.
Irkçılık, cehaletin de ötesinde bir ruh hastalığıdır. Dünyadaki tüm insanlar Hz. Adem (as)'ın soyundan gelir ve İslam dini ırkçılığı kesin olarak lanetlemiştir. Dolayısıyla Kürt kardeşlerimiz, ülkemizde sayısı pek az olan bir kısım Beyaz Türklerin ırkçılık politikalarına tevessül etmemelidirler. |
Türk xalqı içində özünü "Ağ türk" olaraq adlandıran insanlardan bir qisminin bu təsvirin ardına sığınaraq ürküdücü irqçilik siyasəti irəli sürən, bu siyasətə görə Türkiyə üzərində yalnız kürdləri deyil, başqa irqləri də istəməyən bir dəstə olduğu bilinir.
İrqçilik, cəhalətdən də artıq bir ruh xəstəliyidir. Dünyadakı hər kəs hz. Adəm (ə.s)-ın nəslindəndir, bu səbəbdən hər kəs bərabər yaradılmışdır. Özünü darvinizmin azdırıcı təsirləri və ya başqa səbəblərlə üstün görən anlayış, haqqında bəhs etdiyimiz insanın həm darvinizm cəfəngiyatına inanacaq qədər cahil, həm də bundan nifrət ifadəsi çıxaracaq qədər xəstə bir zehniyyət olduğunu göstərir. Bu səbəbdən, irqçilik edən bir insanı, normal və sağlam ağılda biri olaraq saymaq və onunla bu mənada təmasda olmaq doğru deyil.
Uca Rəbbimiz Quranda üstünlük ölçüsünün irq deyil, yalnız və yalnız təqva olduğunu bildirmişdir:
Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən üstün (kərim) olanınız, (irq və soya görə deyil) təqvaca ən öndə olanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır. (Hucurat surəsi, 13)
Yenə özlərini bir şəkildə "Ağ Türk" olaraq adlandıran bu insanlar arasında, kürdlərin mədəniyyətlərini və şəxsiyyətlərini özünə uyğun görmür, eqoizm və qürurdan gözləri və ruhları kütləşmiş, maddiyyat və təhsil ilə üstünlük qazanıldığını zənn edən bir seqment, ölkənin yalnız Qərb xəttindən meydana gəlməsini istəyir və Cənub-Şərqin ayrılmasında öz ağıllarına görə bir problem görmür. Bu kəslərin, kürd qardaşlarımızın kommunistlərin əllərinə düşməsi və əzilmələri veclərinə belə deyil. Bəla özlərinə toxunmadığı müddətcə, eqoist və materialist dünyalarının içində sevgisiz bir həyat yaşamağa davam edərlər.
Unudulmamalıdır ki, bəhsi keçən "Ağ Türklər"in bir qismi, bəhs etdiyimiz eqoizm və qürur dolu rəftarlarını yalnız kürd qardaşlarımıza deyil, ölkədəki bütün azlıqlara, hətta kasıblara, kəndli qardaşlarımıza, təhsil səviyyəsi aşağı şəxslərə, daha da irəli gedərək xəstələrə və şikəstlərə belə göstərirlər. Bunun şübhəsiz ən əsas səbəbi, təsirində qaldıqları materialist zehniyyətin üzərlərində buraxdığı fövqəladə mənfi ruh halı və vicdan zəifliyidir. Haqqında bəhs edilən kəslər, təəssüf ki, bu sevgisiz ruh halının itkisini əslində özləri çəkir, daxillərində bəslədikləri sevgisizlik əslində özlərinə zərər verir.
Kürt kardeşlerimizin üzerindeki, zulmün, baskının, gözyaşının hakim olduğu günleri geride bırakma zamanıdır. Komünist tehdidi ortadan kaldırarak gözyaşının olmadığı bir ortamda kardeşçe ve huzur içinde yaşayacağız. |
Diyarbakır Ulu Cami'de namaz kılan kardeşlerimiz. |
Bu da bir həqiqətdir ki, yuxarıda saydığımız bu fikirdəki kəslər, ölkəmizin çoxluğunu təşkil edir. Xalqımızın əksəriyyəti, kürdlərin, dürüstlük, əfəndilik, düzgünlük baxımından çox üstün birlik olduğunun fərqindədir. Kürdlərin qüruru, bütün millətimizə nümunə olacaq gözəllikdədir və bu qardaşlarımız, yüksək əxlaqın ən mükəmməl təcəlli etdiyi kəslərdir. Əsla yalan söyləməz, onların şərəfinə yaraşmayan bir işə girişməzlər, dürüstlükdən güzəştə getməzlər. İllərcə əzab çəkmək, əziyyətlərə dözmək insanı çox gözəl tərbiyə edər və acı çəkən insanlar həmişə nəzakəti və sevgini ən çox bilən insanlar olurlar. Məhz bu səbəblə, kürdlərin dəyəri bir çox insandan qat-qat üstündür.
Millətimizə düşən, özünü bilməz bir qisim "Ağ türklərin" iddialarını və tələblərini boşa çıxaracaq şəkildə kürdlərə sahib çıxmaqdır. İstər göstəriləcək sevgi ilə, istər qardaşlığı təşviq edən yazılar ilə, istərsə də ictimai mediadakı kampaniyalar ilə bu sevgisiz azlığın pis təlqinlərini aradan qaldırmaq olar. Xalqımız, kürdlərin illərcə çəkdikləri əzablara şərik olduqlarını, PKK-ya və zalım dərin dövlətlərə qarşı birlikdə mübarizə aparacaqlarını göstərən cəhdlər etməlidirlər.
Kürd qardaşlarımıza düşən isə haaqında bəsh etdiyimiz özünü bilməz azlıqların sözlərinə və əməllərinə heç bir şəkildə etibar etməmələridir. Allah mütləq haqqı və doğrunu hakim edər. Zalım şəkildə düşünənlər, Allah Qatında nə qədər aciz olduqlarını bilmədən, cahillliklə təkəbbür göstərməyə çalışanlar, Allahın qanununa görə mütləq məğlubiyyətə uğrayacaqlar. Bu səbəbdən, kürd qardaşlarımıza düşən, doğru və dürüst davranmağa davam etmələri və daim yaxşılarla birlikdə hərəkət etmələridir. Kürdlərin haqqını müdafiə edən bu ölkədə çox doğru, vicdanlı və dürüst insanlar vardır.
Unudulmamalıdır ki: Hər acı, daha çox sevgi və daha çox azadlıqla qarşılıq görməlidir. Bizlər bu acıları sevgi və azadlıqlarla düzəltməyə hazırıq. Bunun üçün də bütün gücümüzü istifadə edəcəyik. Bu səbəbdən, bundan sonra edilməli olan, sevgi insanları ilə ittifaq içində yeni bir başlanğıc qurmaqdır. İslam Birliyi, irq və din ayrı-seçkiliyi olmadan bütün insanları əhatə edəcək böyük məqsəddir. Kürd qardaşlarımız bizimlə bu məqsədi paylaşmalı və zalımın gücünün olmadığı, haqsızlıqların qalmadığı, ədalətli və hüzurlu dövr birlikdə inşa edilməlidir.
Rəbbimiz bildirmişdir:
... Allah batili məhv edib-ortadan qaldırar və haqqı Öz sözləri ilə bərqərar edər. Çünki O, ürəklərdə olanları biləndir. (Şura surəsi, 24)
131. Bedran Akdağ, Dağın Ardındaki Gerçekler, Ozan Yayıncılık, 2012, s. 35
132. A.g.e. s. 36
133. A.g.e. s. 37
134. Dr. Salih Akyürek, Kürtler ve Zazalar Ne Düşünüyor? Ortak Değer ve Sembollere Bakış, BİLGESAM, rapor no. 26, İstanbul 2011, http://www.bilgesam.org/Images/Dokumanlar/0-91-2014040810rapor 26. pdf