Kitabın indiyə qədərki hissələrində verilən dəlillər və şərhlərdən, Türkiyənin PKK bəlası ilə müxtəlif tərəflərdən ciddi şəkildə əhatə etmiş olduğu, KCK-nın bir virus kimi ölkə daxilində qurulmuş olduğu açıq şəkildə görülür. Bu quruluş ilə PKK-nın ölkəni daxildən fəth etmək üzrə olduğu ortaya çıxır və bu quruluşa müxtəlif səbəblərlə qərbdən dəstək verilir. Bu səbəbdən, hal hazırda, hiyləgər və alçaq terror təşkilatı PKK, hər zamankından daha fərqli üsullarla ölkəni mühasirəyə alır görünüşü sərgiləyir. Bunu edərkən də ölkəni müharibə sahəsinə çevirməyə çalışırlar. Lakin bunlar baş verərkən, bir qisim ziyalılarımız, yazarlarımız, siyasətçi və ya bürokratlarımız, PKK-nın hərəkətlərinə və qayğısızlığına səs çıxarmamış, hətta bir qismi heyrətverici şəkildə qatil qerillaları təmizə çıxarma əməliyyatına başlamışlar. Ancaq PKK-nın hər gün israrla davam edən alçaq hərəkətləri qarşısında onların da bir qismi PKK-nın həqiqi üzünü anlamış, PKK əleyhinə dönmüş vəziyyətdədir.
Ölkəmizin xüsusilə cənub-şərqi bu qədər əhatəli mühasirə altına alınmışkən bu kəslərin bəhs etdiyimiz rəftarları da xalqımız nəzdində bəzi işlər meydana gətirmiş, təhlükənin əhatəsi tam olaraq aydın olmamışdır. Böyük bir seqment tərəfindən ölkəmizin qarşı-qarşıya olduğu təhlükəyə bir ad qoyulmur, necə həll olunacağı da bilinmir. Haqqında bəhs etdiyimiz təhlükəni aradan qaldıra bilmək üçün edilməli olan ən əhəmiyyətli şey, əvvəl təhlükənin adını qoymaq və buna uyğun həll yolu tapmaqdır. İkinci əhəmiyyətli ünsür isə, bu müalicəni edərkən bütün siyasi partiyalarımız və türkü, kürdü, lazı, abazası, romanı, çərkəzi, ermənisi, rumu, müsəlmanı, xristianı, musəvisi hətta ateisti ilə bütün xalqımız olaraq bir yerdə hərəkət etməyimizdir. Aramızdakı bölünmələrin və anlaşılmazlıqların, kommunist terror təşkilatlarını hər zamankından daha çox gücləndirəcəyi unudulmamalıdır.
Qarşı-qarşıya olduğumuz təhlükəyə qarşı görülməli olan tədbirlər aşağıda, qısa müddətli və uzun müddətli tədbirlər olaraq maddələr halında ifadə edilmişdir.
Türkiyə, olduqca strateji bir coğrafiyada, qarşıdurmaların ortasında və kommunizm tərəfindən təhdid altında olan bir dövlət olaraq şübhəsiz ki, güclü bir orduya sahib olmaq məcburiyyətindədir. Bunun vacibliyi, bir sonrakı başlıq altında da ətraflı olaraq izah ediləcək. Lakin bir ordunun və ya silahların var olması, heç bir zaman insan öldürmək üçün hazırlıq görmək mənasını daşımadığı kimi, silah-sursat və əsgərin mütləq istifadə ediləcəyi mənasına da gəlməməlidir. İnsanları yanlış hərəkət etməyə sürüyən, onları tələyə salan səbəblər səhv ideologiya və fikirlərdir. Bu səbəbdən, yanlış fikrə sahib insanları öldürməyi hədəfləyən xəstə və ürküdücü anlayış, qorxunc bir barbarlıqdır və daha əhəmiyyətlisi haramdır. Hal-hazırda Yaxın Şərqi qorxu və savaş mühitinə sürümüş olan da məhz bu qorxunc zehniyyətin nəticəsidir. Səhv fikirləri aradan qaldırmanın həlli daha çox insan öldürmək deyil, bu fikirlərə sahib insanlara doğru təhsil verməkdir.
Bu səbəbdən, hansı din, hansı fikir, hansı irq və millətdən olursa olsun bir insanın öldürülməsi daim qarşı olduğumuz və bütün gücümüzlə mübarizə apardığımız bir zehniyyətdir. Çəkindirmək ünsürlərini müzakirə edərkən bu əhəmiyyətli həqiqətin mütləq nəzərə tutulması lazımdır. Qarşısını almaq başqadır, döyüş və adam öldürmə başqadır. Quranda Allah çəkindirici davranmağı təşviq etmiş, lakin təcavüzkarlığı qadağan etmişdir.
Quranda Rəbbimiz belə buyurur:
Düşmənlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız. Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam ödənilər və sizə zülm edilməz. (Ənfal surəsi, 60)
Ayədə Allah, bildiyimiz və ya bilmədiyimiz bütün düşmənlərə qarşı "çəkindirmək ünsürü olaraq" hərbi hazırlıq edilməsini nəsihət edir. Ayədən açıq-aşkar bilindiyi kimi, bu hərbi hazırlıq, düşmənçilik edən və ya bunun hazırlığında olanlara qorxu yaradır və onların güclərini qırır. Bəhs etdiyimiz tədbirlər nəticəsində təcavüzkarlar, planladıqları hücumlardan daşınmaq məcburiyyətində qalır, zərərsizləşdirilir. Bu səbəbdən, hərbi mənada daha da güclənib toplanma və bu mövzuda hazırlıq edilməsi, təhlükələri həzm etmək üçün müsəlmanların müraciət etməli olduğu əhəmiyyətli bir yoldur.
Cənub-Şərqdə yaranan və PKK-nın şəhər içlərində güclənməsinə imkan verən dəhşətli vəziyyətə qarşı bölgə xalqı, dövlətimizin özünü daha çox hiss etdirməsini və bunun üçün də çox tələsməli olduğunu tez-tez dilə gətirir. PKK, alçaqcasına hərəkətlərinə göz görə-görə davam edir, əsgərimizə, polisimizə küçə ortasında tələ qurur, alçaq üsullarını arsızca davam etdirir. Bu hiyləgər tələləri, küçələrdə KCK məhkəmələrinin çadırlarını görən, YPG saxta asayiş keşikçilərinin hər fürsətdə dövrədə olduğuna şahid olan, tez-tez PKK tərəfindən təhdid edilən, xəraca tabe edilən xalqımız; dövlətimizi və əsgərimizi daha güclü şəkildə bölgədə görmək istəyir. Əks təqdirdə şübhəyə düşür, qoruna bilməyəcəklərinə inanır və məcbur olaraq bölgədə güclü gördükləri KCK-nın dediklərini edir, dəstəkçisi kimi görünür. Təhdid o qədər böyükdür ki, bu insanlarımız PKK-ya qarşı mübarizə apardıqları surətdə dövlətin özlərini qoruyub-qorumayacağı mövzusunda şübhəyə düşürlər.
Bu vəziyyətin aradan qaldırılması üçün çəkindirici ünsürlərin dövrəyə salınması lazımdır. Çəkindirici olmağın başlıca şərti şübhəsiz ki, silah və güclü bir ordudur. Ordumuzun güclü və ehtişamlı bir şəkildə, xüsusilə Cənub-Şərq vilayətlərimizdə tez-tez özünü göstərməsi zəruridir. Ordumuz daha əhatəli, uzaq məsafəli silahlarla təhciz edilməli, sursat baxımından gücləndirilməli və əsgərlərimiz mütləq toplu şəkildə gəzməlidirlər. Geniş səlahiyyətli polisimizin yanında bölgədə xüsusi hərəkat məntəqələrinin davamlı olaraq olması şərtdir. Ətrafda naümidcəsinə asılmış PKK əskilərinə icazə verilməməsi, qurulan çadırların dərhal sökülməsi, təxribatlara imkan verilməməsi önəmlidir. Yolların kəsilməsi, yük maşınlarının yandırılması kimi alçaq hərəkətlərin ən sərt tədbirlərlə qarşısı alınmalıdır. Təhdid məktublarının qaynağı dərhal təsbit edilməli və əlaqədar kəslər tez bir zamanda nəzarətə alınmalıdır. PKK, azğınlaşmaya təşəbbüs etdiyində qarşısında xüsusi təhsilli, qerilla döyüşünü yaxından tanıyan və geniş səlahiyyətli xüsusi hərəkat dəstələrini mütləq görməlidir. Bu dəstələr, sayca olduqca çox əsgərlərdən ibarət olmalıdır ki, kiçik bir qəsəbəyə belə böyük birliklər göndərilməlidir. PKK-nın azğınlaşdığı və şəhid xəbərlərinin artdığı bu günlərdə edilməli olan səfərbərlik elan edib, qısa müddət ərzində 4 milyon əsgəri yığıb, PKK ilə əlaqədar problemləri bir və ya bir neçə gün ərzində bitirməkdir.
Özel harekat, bölgede sürekli bulunmalı, kalekolların yapımı devam etmelidir. Kalekolların hem sayısı hem kalitesi artmalı; kalekollar, güvenliğin yanı sıra bölge halkına da katkı sağlayacak yaşam alanlarına dönüştürülmelidirler. |
Cənub-Şərq vilayətlərimizin mərkəzlərində və prospektlərində bəhs etdiyimiz xüsusi təyinatlı dəstələrin Allahu Əkbər nidalarıyla yürüş keçirmələri, əllərindəki vasitələri PKK-ya göstərəcək şəkildə rəsmi parad təşkil etmələri narahat ürəklərə təskinlik verəcək. Təkrar xatırladaq, bu silahlar hücum və öldürmə məqsədli deyil, yalnız çəkindirmə məqsədli nümayiş ediləcəkdir.
Qalaqolların tikintisinə davam edilməlidir. Xüsusilə son dövrlərdə PKK-nın qəzəbli şəkildə əsgərimizə və polisimizə etdiyi hücumları, şüursuzca törədilən küçə qarşıdurmaları, əsgərimizə və polisimizə qurulan xain pusqular belə qalaqolların tikintisinin davam etməsi üçün kafi bir səbəbdir. Onsuz da hal-hazırda müharibənin davam etdiyi Suriya və İraq sərhədimiz etibarilə də cənub-şərq bölgəmiz riskli bir ərazinin içindədir; qalaqol tikintilərinin davam etməsi bu baxımdan da böyük əhəmiyyət kəsb edir. Qalaqolların sayı artarkən keyfiyyəti də artmalı, bu məntəqələr təhlükəsizlik nöqtəsi xüsusiyyətini daşıyarkən eyni zamanda səhiyyə, təhsil, ictimai fəaliyyətlər kimi xüsuslarda da bölgə xalqına töhfə təmin edəcək yaşayış sahələrinə çevrilməlidir. Bölgənin ən yaxşı və ən əhatəli şəkildə nəzarət altına alınması üçün MOBESE sistemlərinin çox professional hala gətirilməsi şərtdir.
"Düzənlikdə qerilla müharibəsi aparan İŞİD-ə məğlub olduğunu" (113) etiraf edən Cemil Bayık, bildiyiniz kimi Die Zeit qəzetinə isə, "Türkiyə artıq nizamlı ordu ilə bizə qarşı müharibə apara bilməz" (114) demişdir. Özlərinin də etdiyi kimi arxadan vuran alçaq hücumlara qarşı çarəsiz olduğunu açıq şəkildə dilə gətirərkən, Türkiyəni də -sırf alçaq şəkildə qerilla mübarizəsi aparmadığı üçün öz ağlı ilə gücsüz görür. Bunun üçün uzun mənzilli raket istehsalının və ya alışının sürətləndirilməsi və həmin raketlərin xüsusilə riskli bölgələrə, hətta birbaşa Kandilə doğru yerləşdirilməsi lazımdır. Raket şübhəsiz ki, tank, tüfəng, top, hətta təyyarə kimi bütün digər müdafiə silahları arasında ən təsirli və ən çəkindirici olandır. Bu səbəblə, mənzili olduqca uzun olan raketlərə ağırlıq vermək vacibdir.
İran'ın şiddet, saldırı, idam gibi uygulamalarını tasvip etmemiz mümkün değildir. Fakat caydırıcılık ve güç gösterisi bakımından İran örneğinin dikkate alınması önemlidir. PKK ile mücadele konusunda İran ile ittifak yapıldığı takdirde, PKK'nın büyük bir güç ve moral kaybına uğrayacağı açıktır. Bu ittifak kısa süre içinde gerçekleştirilmelidir. |
Bu nöqtədə İran nümunəsini xatırlatmaq yerində olacaq. İran, bildiyiniz kimi, 2011-ci ildə PJAK-a (PKK-nın İran qolu) istiqamətli olaraq ani bir əməliyyat başlatmışdır. Həmin əməliyyat zamanı İran daxilinə girmiş olan PKK militanları geri qaytarılmaqla kifayətlənməmiş, İran İnqilab Gözətçiləri Kandil dağına qədər militanları qovmuş, PKK-ya aid bir düşərgəni tamamilə ələ keçirmiş və düşərgələrə istiqamətli əhatəli bir əməliyyata başlamaq üzrəykən PKK-ya geri çəkilmələri üçün müddət vermişdir. İraqdakı peşmərgələr də sərhədləri mühafizə altına almaları mövzusunda xəbərdar edilmişdi. O dövrdə PJAK, şiddətli qorxu səbəbiylə, İran İnqilab Gözətçilərinin verdiyi müddətdən çox əvvəl geri çəkilmiş və "tək tərəfli" atəşkəs elan etmək məcburiyyətində qalmışdır. İrandan isə bu tək tərəfli atəşkəsə əməl etməsini "xahiş etmişdir". Karayılanın o dövrdəki şərhləri, İran üsulunun PKK-nın üzərində necə bir zəlzələ təsiri yaratdığını açıq şəkildə göstərir:
... Kandil sahəsində və yenə daha müxtəlif sahələrdə artıq sərhəd üzərində PJAK qerillaları olmayacaq. Bu, İranı yeni bir hücuma təhrik etməmək üçün tək tərəfli olaraq alınmış bir tədbirdir və ümid edirəm İran tərəfindən də nəzərə alınacaq. Gəlinən mərhələdə İran ilə qarşıdurma vəziyyəti çox kritik bir nöqtəyə gəlib dayanmışdır. Çünki bu mərhələdən sonra İran təkrar hücumlarını başlatsa, artıq yalnız PJAK deyil, biz də PKK olaraq dövrəyə girmək vəziyyətində qalacağıq ... Halbuki, biz PKK olaraq İrana qarşı hər hansı bir müharibə elan etmədik. İran İslam Respublikasına qarşı döyüşmək də istəmirik.
Karayılanın İranla müharibəyə qarşı bu istəksizliyi, İranın əlindəki silahlar və güclü ordusu səbəbiylə qorxu duyması və məğlub olacağından əmin olmasındandır. Karayılanın yana-yana etdiyi şərhlər də bunu təsdiq edər xüsusiyyətdədir:
İran, PJAK şəxsində ifadə etdiyi kimi bu hücumuyla bütün Kandili işğal etmək istəyir ... tankını, topunu, müasir bütün silahlarını, nəinki yalnız Kandili, hətta Ərbili və daha da artığını vura biləcək raketlərini, qumbaraatan və bütün texnikası ilə 30 min əsgərini Kandilin qarşısında mövqe tutdurmuşdur.(115)
Burada bunu xatırlatmaq lazımdır: İranın şiddət, hücum, edam kimi tətbiqləri heç bir şəkildə qəbul edə biləcəyimiz üsullar deyil. Lakin çəkindiricilik və güc nümayişi baxımından İran nümunəsinin nəzərə alınması vacibdir. Karayılanın şərhlərindən də aydın ola biləcəyi kimi, sərhədə düzülmüş olan İran raketləri, qumbaraatanları və İran hərbisi PKK üzərində çox ciddi bir çaxnaşma meydana gətirmiş; PKK sanki öz hissəsi olan PJAK-la əlaqəsi olmadığını iddia edər bir mərhələyə gəlmişdir.
Onlara karşı gücünüzün yettiği kadar kuvvet ve besili atlar hazırlayın. Bununla, Allah'ın düşmanı ve sizin düşmanınızı ve bunların dışında sizin bilmeyip Allah'ın bildiği diğer (düşmanları) korkutup-caydırasınız...(Enfal Suresi, 60) |
PKK açıq bir şəkildə İrandan əfv diləyir, məcbur olaraq aldıqları atəşkəs qərarına İranın da əməl etməsi üçün yalvarır. Bütün bunlar İranın güc nümayişinin bir nəticəsidir. Türkiyənin də əlində olduqca güclü ordusu və imkanı olduğu açıqdır. İranın anti-demokratik tətbiqlərini deyil, lakin çəkindirici xüsusiyyətini bu mövzuda tətbiq etməsi, hətta PKK ilə mübarizə mövzusunda İran ilə əməkdaşlıq edilməsi faydalı olacaq. Sonrakı sətirlərdə bu mövzunun üzərində dayanılacaq.
Özel Harekat birimlerimiz, özellikle Güneydoğu bölgemizde kendilerini göstermeli, Devletin caydırıcı gücü özellikle bu birimler vesilesiyle hissettirilmelidir. Daha fazla özel harekat okulu açılması elzemdir. |
Mühafizə sistemi, keçmişdən bəri PKK-ya Cənub Şərqdə ən böyük zərbələri vurmuş, ən möhkəm müdafiə mexanizmlərinin əvvəlində gəlir. Cənub Şərqin gözəl kürd xalqı, kürd milliyyətçiliyini istifadə edərək ortaya çıxmış kommunist terror təşkilatına, illərcə canları bahasına heç bir şəkildə keçid verməyiblər. Ergenekon terror təşkilatının bölgədə qorxunc zülmlər reallaşdırdığı dövrlərdə belə -bu mövzuya sonrakı sətirlərdə toxunulacaqdır- qorxmamışlar; Allah qorxuları, imanları, vətən və millət sevgilərindən güc alaraq canlarını sipər etmişlər. Cənub Şərqin bir çox diyarı və kəndi, bu adsız qəhrəmanlarımızın cəsur və ürəkli mübarizələri səbəbiylə, əsla PKK yuvası halına çevrilməmiş, bu bölgələrin bir çoxuna PKK heç bir şəkildə addım ata bilməmişdir. PKK militanlarına qarşı vətəninə bağlı 70 min kənd mühafizəçisi vəzifəsini yerinə yetirmişdir. Bu yolda bir çox mühafizəçi şəhid olmuş, namərd PKK tərəfindən ailələri belə hədəf alınmış, kəndlərinə PKK tərəfindən basqınlar təşkil edilmişdir. Bütün bunlara baxmayaraq kənd mühafizəçilərimiz, qorxusuzca, yalnız Allaha can borcları olduğunu bilərək, Allaha təvəkkül edərək vətən üçün vəzifələrini yerinə yetirmiş və bundan da daim qürur duymuşlar.
Koruculuk sistemi, geçmişten beri PKK'ya en büyük darbeleri vurmuş sistemlerden biridir. Bu nedenledir ki her ateşkes döneminde PKK'nın ilk şartı bu birimin kaldırılması olmuştur. İşte bu yüzden koruculuk sistemi mutlaka daha da güçlendirilmeli, daha fazla korumaya alınmalı, şartları iyileştirilmelidir. |
Diqqət yetirilsə, PKK-nın da tarixi boyunca ən çətində qaldığı və narahat olduğu məsələ kənd mühafizəçilərinin varlığı olmuşdur. 26 mart 1985 tarixində 422 saylı Kənd Qanununda edilən dəyişikliklə Müvəqqəti Kənd Mühafizəsi həyata keçirilmişdir. Dövlət tərəfdarı kəndlilərin mühafizəçi olmasından dərhal sonra, PKK, namərd güllələrini mühafizəçilərə yönəltmiş; hətta daha da irəli gedərək onların kəndlərinə girib yoldaşlarını, yaşlılarını, uşaqlarını qətl etmişdir. Məhz belədir; PKK, lüləsini alçaqcasına yalnız müdafiəsiz əsgərə və ya mühafizçiyə deyil, məzlum qadına, uşağa, yaşlıya belə uzadan, qundaqda körpələrin olduğu evləri atəşə tutan alçaq bir terror təşkilatıdır. Necə ki, Öcalan bir çox talimatında kənd mühafizəçilərini və ailələrini hədəfləyərək bu əmri verib:
Kənd, insan, ailə olaraq onları mühasirəyə almalıyıq. Belə xüsusi bir intiqam havasıyla onlara yaxınlaşmaq lazımdır. Göz ardı edə bilmərik, qəbul edilməsi şərtdir.(116)
Ümid Özdağın bu mövzuda kitabında verdiyi rəqəmlər olduqca ürküdücüdür:
PKK-nın inqilabçı şiddətinin sərhəd tanımadığı bu müddətdə 243-ü körpə və uşaq, 172-si də qadın və uşaq olmaqla, ümumi 799 vətəndaş qətlə yetirildi. Prosesin sonunda mühafizəçilər ümumi 1614 şəhid verdilər. Qazi olan mühafizəçi sayı isə 1856-ya çatdı.
PKK-nın "kürdlük" təbliğatı, kürd milliyyətçiliyini istifadə edərək insanları manipulyasiya etməyə çalışması da mühafizəçilik həqiqəti ilə tamamilə etibarsız olar. Mühafizəçilərimizin böyük bir qismi kürd və zaza mənşəlidir. Müvəqqəti Kənd Mühafizə Dərnəkləri və Şəhid Ailələri Federasiyası Ümumi Koordinatoru Ata Altının ifadə etdiyi kimi, ailələriylə birlikdə 1 milyonluq kütləyə qarşı gələn kənd mühafizəçiləri "kürd mənşəlidir, kürd dilində danışır, kürd mədəniyyətini yaşayır; lakin terror və bölünmə istəmirlər." (118)
Ergani Kortaş kəndinin baş mühafizəçisi Adem Çakmak isə bu gözəl şərhləri edir:
Bizlər dövlət tərəfdarıyıq. Erganidə 2 il əvvəl ilk mən silah aldım. PKK-ya o zaman da qarşı idik, indi də qarşıyıq. Buralar əldən çıxmasın deyə silah aldıq. Soyğunçular əlinə silahı alıb buraları “Kürdüstan” elan edə bilməz. Bunu qəbul etmirik, bununla yanaşı əslimizi də inkar etmirik. Biz də kürdük, amma bölücü deyilik.(119)
Geçici Köy Korucuları Haklarını Koruma ve Yardımlaşma Derneği Başkanı: "Biz mücadelemizin başında iken, PKK, nerede gölgemizi görse kaçacak delik arıyordu. PKK diye bir şey yoktu." |
Tarix boyunca bütün silahı tərk etmə şərtnamələrində PKK, ilk şərt olaraq kənd mühafizəçilərinin uzaqlaşdırılması maddəsini məcburən irəli sürmüş və bunun təcili olaraq tətbiq olunmasını istəmişdir. Xatırlanacağı kimi həll prosesi çərçivəsində yenə silah tərk etmə bəhanəsiylə PKK tərəfindən 10 maddəlik bir şərtnamə irəli sürülmüş, bu 10 maddə içində "Həll prosesinin sosial-iqtisadi ölçüləri" başlığı altında xüsusilə mühafizəçilər hədəf alınmışdır. Bu maddəyə görə "başda mühafizə sistemi və boşaldılan kəndlər problemi olmaq üzrə təxminən 30 ildir davam edən qarşıdurma mühitinin yaratdığı bütün sosial-iqtisadi problemlərin aradan qaldırılması" istənmişdir. Bu şərt təkrar göstərir ki, mühafizə sistemi, PKK-nın olduqca zəif nöqtəsi, ürək ağrısıdır.
Vəziyyət belə ikən, kənd mühafizəçiləri mövzusu dövlətimiz tərəfindən daha ciddi şəkildə nəzərdən keçirilməlidir. Kənd mühafizə sistemləri daha ciddi şəkildə gücləndirilməli, mühafizəçilərimizin sayı iki qat artırılmalı və dövlətimizin daha çox mühafizəsi və dəstəyi altına alınmalıdır. Bu mövzuda hökumətimiz tərəfindən hal-hazırda işlər aparıldığı bilinir və bu səylər bizləri sevindirir. Kənd mühafizəçilərinə güclü silahlar verilməli, bu silahları getdikləri hər yerdə daşımalarına imkan təmin edəcək qanunlar çıxarılmalıdır.
Maaşlarına təkrar baxılmalı, maaşlarda yüksəldilmələr edilməli, ailələriylə birlikdə rahat və təhlükəsizlikdə olacaqları bir mühit təmin edilməlidir. Müvəqqəti kənd mühafizəçilərinin sığortalanmamaları böyük bir problemdir; bu problemin dərhal aradan qaldırılması və zəruri sığorta əməliyyatlarının mütləq etdirilməsi lazımdır. Bu kəslər, canlarını Allah rizası üçün vətən adına ortaya qoymuş kəslərdir, onlara bir zərər gəldiyində həm onların, həm də ailələrinin rahat etdirilməsi və sosial təminat altında olmaları dövlətin məsuliyyətində olmalıdır. Mühafizəçilərimizin təqaüdə çıxdıqları zaman əllərindən silahlarının alınmaması lazımdır. Çünki məlumdur ki, PKK bu kəsləri aydınlaşdırır, onların müdafiəsiz olacaqları zamanı gözləyir. Bu səbəbdən, təqaüddən sonra bu kəsləri müdafiəsiz buraxmaq PKK-ya hədəf göstərmək deməkdir. Təqaüddən sonra da müəyyən bir maaş ilə bu kəslərin ailələriylə birlikdə rahatlıqları təmin edilməlidir.
20 ildir hərbi qüvvələriylə birlikdə PKK ilə mübarizədə birbaşa aktiv vəzifələndirilmiş olan mühafizəçilərimizlə tez-tez vəziyyət qiymətləndirilməli, onların təcrübələrindən və kəşfiyyatlarından hər zaman faydalanılmalıdır. Çox vaxt ərazini bilməyən əsgərlərin yanlarına mühafizəçilər alaraq hərəkət etdikləri bilinir. Bu səbəbdən, mühafizəçilərin hər baxımdan təsirinin çox yüksək olduğu açıqdır.
Güneydoğu illerimiz, insanıyla, tarihiyle, güzelliğiyle bizim için birer nimettirler. Kürt kardeşlerimiz, komünist terör tehdidi olmadan orada huzur içinde yaşayacaklardır. Şanlıurfa'dan muhteşem bir manzara. |
Son dövrlərdə mühafizəçilərimizə yönəldilən qaçırılma, girov götürülmə hadisələrinin çoxalması, PKK-nın mühafizə sistemindən narahat olduğunun digər bir göstəricisidir. Ancaq bu tip hadisələr bəzən mühafizəçilərimizin şəhid olmasıyla nəticələnir və mühafizəçilərimizə lazım olan mühafizə təmin edilmir. Hətta bəhs etdiyimiz mühafizəçilərimiz təhdid məktublarıyla uzun müddətdir PKK-nın göz dağı və qorxutma taktikalarına məruz qalırlar. Həmin bu təhdid məktublarında "Düşmən! Silahını qaytar ki, Kürdüstanda yaşamağa haqqın olsun!" deyilir, dövlətin verdiyi silah düşmən silahı olaraq tanıdılır, ölkəmizin cənub-şərqinə isə "Kürdüstan" adı verilir. Bu qorxusuzluq davam edərkən, Cənub Şərqdə yaşananlara məhəl qoymamaq şübhəsiz ki, ağıla və vicdana ziddir.
Müvəqqəti Kənd Mühafizəçilərinin Hüquqlarını Qoruma və Yardımlaşma Dərnəyi sədrinin A9 kanalında etdiyi bu şərhlər olduqca əhəmiyyətlidir:
Biz var ikən, dövlətimiz bizə vəzifədə ehtiyac duyarkən, mübarizəmizi davam etdirərkən, PKK, harada bir kölgəmizi görsə, qaçacaq dəlik axtarırdı. PKK deyə bir şey yox idi.(120)
Aydındır ki, mühafizə sistemi, PKK-nın həm qorxu duyduğu, həm də çarəsiz qaldığı zəruri sistemlərdən biridir. Prezidentimizin bu mövzuya əhəmiyyət verdiyi, baş mühafizəçilərlə etdiyi yığıncaqlar nəticəsində açıq şəkildə görülür. Bu həssaslığı hökumətimiz mütləq davam etdirməli, mühafizəçilərə Dövlətin dəstəyinin hər zaman davam edəcəyini hiss etdirməlidir.
Kürtçe konusunda son dönemdeki atılımlar, özellikle Diyanet'in bastırmış olduğu Kürtçe Kuran meali çok önemli ve sevindirici gelişmelerdir. |
"Kürd ana dili" mövzusunun bir qisim kürd qardaşımız üçün olduqca həssas bir mövzu olduğu aşkardır. Cənub Şərqdə bir çox ana-ata yalnız kürd dilini bilir, bu səbəbdən bir çox kürd qardaşımız ilk öyrəndikləri dillərinin yox olub getməsindən narahatlıq duyurlar. Kürd dili deyə bir dilin unutdurulmağa çalışıldığı, kürdcə danışan və ya yazanların təcrid edildiyi, hətta həbslərdə yatdığı keçmiş Türkiyəyə baxıldığında bu etirazlarında haqlı olduqları görülür. Sonrakı sətirlərdə daha ətraflı araşdıracağımız kimi, Ergenekon terror təşkilatı bir çox mövzuda olduğu kimi kürd dili mövzusunda da kürd qardaşlarımıza böyük əziyyətlər çəkdirmişdir.
Bunu əvvəlcə ifadə edək: Kürd dilinin unutdurulması və tamamilə təcrid edilməsi kimi bir mövzu bu ölkədə əsla bir daha olmayacaq, buna qəti olaraq icazə verməyəcəyik. Hətta kürdcə, ölkəmizin əhəmiyyətli bir dəyəri olaraq daha çox bilinməli, bunun üçün müxtəlif kurslar və dərnəklər açılmalı, daha geniş bir sahəyə yayılmalıdır. Kürd dilində əsərlər çoxalmalı, kürd dilində mahnılar daha çox dinlənməlidir.
Bu mövzuda hökumətimizin son on ildə başlatdığı cəhdlər olduqca gözəl olmuşdur. “TRT Kurdu”nin açılması, müxtəlif kürd dilində tədbirlər aparılması və ən əsası Diyanət İşləri Başçılığı tərəfindən kürdcə Quran tərcüməsi hazırlanması olduqca əhəmiyyətli hadisələrdir. Kürd dilində Quran tərcüməsinin bu qədər ildir nəşr olunmaması, onsuz da kürd dili üzərində tətbiq olunan təzyiqin ağırlığını göstərir. Diyanət İşlərinin ölkəmizdəki başqa dil və ləhcələr üçün də Quran tərcüməsinin nəşrlərinə hazırlaşdıqları bilinir. Bu çox gözəl bir xəbərdir; ölkəmizdə alban, erməni, yunan kimi müxtəlif dillərdə bu işin görülməsi olduqca faydalı olacaq.
Ana dili mövzusuna gəldikdə: Bu nöqtədə kürd qardaşlarımız olduqca diqqətli olmalıdırlar. Çünki ana dili mövzusu, PKK tərəfindən, xüsusilə eyni vətən içində türklər və kürdlər deyə ayrı-seçkiliyi etmək üçün xüsusi olaraq hazırlanmış bir taktikadır. Kommunist hərəkətləri üçün daim kürd milliyyətçiliyi görünüşünü istifadə edən PKK, tətbiq etdiyi terror hərəkətlərini yenə eyni görünüşə uyğun hala gətirə bilmək, müzakirələr əsnasında sanki hədəfləri kürdləri xilas etməkmiş kimi görünüş məqsədilə ana dili mövzusunu gündəmə gətirmişlər. Burada təkrar ifadə etməkdə fayda vardır: PKK-nın yenidən başlatdığı qanlı hərəkatlarla məqsədinin əslində kürd qardaşlarımızı qurtarmaq olmadığı aydın olmuşdur.
Şemdin Sakık, 2012-ci ildə Öcalanın həbsxana şərtlərinin yaxşılaşdırılması üçün PKK və PJAK-lı 483 məhkumun Türkiyə daxilində 58 həbsxanada "PKK gücü ilə" başlatdıqları aclıq aksiyasının tələbləri siyahısına "Kürd ana dili olaraq cəmiyyətdə istifadə edilməsi" şərtinin sonradan əlavə olunması məsələsini bu şəkildə açıqlayır:
Məsələn, əvvəl “Ana dilində təhsil” istəyi etiraz aksiyasının hədəfləri arasında yox idi, aydındır ki, planları quranlar bu şüarı istəklər siyahısına əlavə etməyi unutmuşdular.
Yaxşı, bəs niyə?
Unutmaq, beyinin lazımsız şeyləri təmizləmə fəaliyyətidir. Unutdular, çünki PKK-nın ... “Ana dilində təhsil” kimi bir problemləri heç olmadı. Əksinə, hökumətin kürd dili və mədəniyyətinə istiqamətli olaraq atdığı hər addım, TRT-6-nın fəaliyyətə başlamasında və kürd dilində seçməli dərs olaraq proqrama daxil edilməsində görüldüyü kimi, onların reaksiyasını qazandı və var gücləri ilə bu addımları boşa çıxarmağa çalışdılar. TRT-6-da işlədiyi üçün kürd qızı Rojini belə ölümlə təhdid etdilər. Bunlar əslində kürd mədəniyyətindən o qədər uzaqdırlar ki, kürd dilini gündəlik həyatlarında belə istifadə etmirlər. Bu səbəbdən, “Ana dilində təhsil” maddəsini istəklər siyahısına əlavə etməyi unutmaları tamamilə bu cür məqsədlərinin olmamasından qaynaqlandı. Bu istəyi sonradan əlavə etmələri isə bu saxta hərəkata kürd kütləsinin dəstəyini qazandırmaq və hərəkatın əsil məqsədini gizlətmək üçün idi.(121)
Həqiqətən də, PKK-da xüsusilə nəşrlərin və yazışmaların türk dilində aparıldığı, zəruri olmadıqca yığıncaqlarda türkcə danışıldığı yaxşı bilinir.(122) Bir çox adamın kürdcə hakimiyyəti yoxdur, demək olar ki, heç bir kəndin, heç bir diyarın danışdığı kürd dili bir–birinə oxşamır, bu səbəblə ünsiyyət yolu olaraq kürd dili istifadə edilmir. Bu səbəblə, öz aralarında da ən yaxşı ünsiyyət dili türk dilidir. Öz ideologiyalarını oxuyub yaxşı anlamaq üçün də həmişə türk dili əsərlərdən faydalanmışlar. Çünki kürd dilində nəşrlər hər nə qədər olsa da, əslində olduqca qeyri-kafidir.
Bu səbəbdən, PKK-nın əslində kürd dilinin ana dili olması kimi bir dərdi yoxdur. Təşkilat, ana dili anlayışını daim "kürdlərin haqqını müdafiə edirik" görünüşünü vermək üçün istifadə edir və kürd xalqının razılığını qazanmağa yönəlir. Həmçinin kürd dili, xüsusilə gənc kürd nəsil arasında da çox seçilən bir dil deyil. Dünyaya çıxış qazanmaq, tarixi məlumatlar əldə etmək, ədəbiyyat, elm, texnologiya, tarix, ümumi mədəniyyət və siyasət kimi heç bir mövzuda kürd dilində əsərlər əldə etmək mümkün deyil. Demək olar ki, hər ölkədə müxtəlif dillərdə nəşr olunan məşhur bir əsəri türk dilində tapmaq mümkünkən, kürd dilində tapa bilmək mümkün deyil. XXl Əsr İnstitutunun Diyarbəkirdə reallaşdırdığı bir analiz bu şəkildədir:
Diyarbəkirdə türk olduğu üçün kürd dilini bilməyən əhəmiyyətli bir əhali olduğu kimi, kürd və ya zaza olmaqla birlikdə kürd dilini və zaza dilini az bilən və ya gündəlik həyatında yalnız türk dilində danışan çox əhəmiyyətli bir əhali yaşayır. Bələdiyyələrin bütün kürdcələşdirilmə işlərinə baxmayaraq, işçi axtaran biznesmenin elanlarını türk dilində verməkdə israr etməsi, kürdcələşdirmə səylərinin təbii bir proses deyil, siyasi bir proses olduğunu göstərir.(123)
UNESCO Kültür Mirası kapsamında bulunan muhteşem Diyarbakır surları ve Hevsel Bahçeleri. Ne komünist teröristler, ne de Kürtleri bizlerden ayırmaya çalışan derin güçler, bu güzel diyarlarda Kürt kardeşlerimizle birlikte yaşamamıza engel olamayacaklardır. |
Bu əlbəttə siyasi bir prosesdir. Osmanlıdan bəri bu torpaqlar üzərində yaşayan heç bir xalqın dil ilə ayrılma kimi bir dərdi olmamışdır. Osmanlı dövləti çox müxtəlif və bir-birindən tamamilə fərqli etnik qruplardan meydana gəlməsinə baxmayaraq, Osmanlının dili daim türk dili olmuşdur. Vali və millət vəkillərinin türk dilini bilməsi zəruridir. Dövlət məmurları yetişdirən Enderunun dili türkcə olduğu kimi, məhkəmə protokolları də türkcə olaraq tutulmuşdur. Bu vəziyyət Ərəbistan, Misir, Benqazi, Trablus, Rumeli, Balkanlar, qısacası Osmanlının hakimiyyəti altındakı hər yerdə bu şəkildə olmuşdur. Bunun səbəbi, Osmanlı torpaqları üzərində yaşayan hər fərdin din və irqindən asılı olmayaraq bir millətin nümayəndəsi olaraq türk sayılmasıdır. Buradakı "türklük" və türk dilinin ana dil olaraq istifadəsi irqə istiqamətli bir hal deyil, bir bütünlük içindəki milləti təsvir edən bir anlayışdır.
Zəmanəmizdə demokratik ölkələrə baxıldığında da tətbiqlərin bundan fərqli olmadığı görüləcək. Beynəlxalq müqavilələrdə, xüsusilə insan hüquqları mövzusunda bu gün Avropada qüvvədə olan və dünya tərəfindən ən çox qəbul edilən və sanksiya gücü yüksək qərarlar Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ictihadlarıdır. Bu səbəbdən, insan hüquqları istiqamətində olduğu qədər, yenə insan hüquqları mövzusunun bir hissəsi olan dil, mədəniyyət və şəxsiyyət mövzularında müraciət qaynağının AİHM olması ən doğru olandır. AİHM ictihadları isə, unitar dövlətlərin içində fərqli bir dil axtarışını rədd edən çox sayda qərarı ehtiva edir. Bir neçə nümunə belədir:
AİHM-ə Türkiyədən bir müraciət edilmiş; ad dəyişdirmək və Türkiyə əlifbasında olmayan q, w və x hərflərini istifadə etmək istəyən bir vətəndaş, daxili hüquq yolları qalmadıqda, AİHM-ə müraciət etmişdir. Məhkəmə, tələbi rədd etmişdir.
İsveçrə Federal Məhkəməsi, konstitusiyanın dillərlə əlaqədar hökmünü nəzərə alaraq milli dillər alman, fransız, italyan, reto rumın və rəsmi dillər; alman, fransız və italyan xaricində vətəndaşların ana dili hansı olursa olsun, bu dillərin xaricində başqa bir dillə məktəb açmasını, tədris və təhsil tələb etməsini rədd etmişdir.
PKK, Cənub Şərqi öz ağlına görə təbii mərhələlərlə Türkiyədən ayrılmasını təmin etməyə çalışır. Dili ayırmaq, bu kommunist təşkilat üçün bu ayrılmanı ən çox sürətləndirəcək ünsür olacaq. Çünki bunu edincə, Cənub Şərqdən Ankara və ya İstanbula gəlmiş olan kürd vətəndaşımız tamamilə özünü yad hiss edəcək, Ordudan Cənub Şərqə təyin olunmuş həkim xəstəsi ilə ünsiyyət qura bilməyəcək, Antaliyadan təyin olunmuş bir müəllim şagirdlərinə heç bir şey izah edə bilməyəcəkdir. Bir ölkənin, bir-biriylə ünsiyyət qura bilməyən, fərqli dildə danışan, bir-birindən ayrı cəmiyyətləri ortaya çıxacaq. "Təbii bölünmə" zəminini meydana gətirə bilmək üçün PKK bu ana dili maskasını istifadə edir. Cənub- Şərqi tamamilə təcrid olunmuş bir hala gətirib orada kommunist bir rəhbərlik qurmaq, xalqın üzərində istədikləri kimi təzyiq meydana gətirə bilmək üçün özlərinə ən qısa yol olaraq bunu tapmışlar.
Keçmiş nazirlərimizdən Sadi Somuncuoğlu bu hadisəni belə şərh edir:
Buradakı dil müzakirələrinin birinci məqsədi, varlığımızı hədəf alan qanlı terroru “dil və mədəni hüquqlar” pərdəsi altında qanuniləşdirmək və yaymaqdır; ikinci məqsədi isə; “Iki dilli - iki şəxsiyyətli” dövlət quruluşuna keçidi təmin etməkdir. Beləcə, ölkəmizin bölünməsinin yolu da açılmış olacaqdır.
Kürd qardaşlarımız, yüzlərlə il eyni torpaqlar üzərində birlikdə yaşamış olan türk millətini ayırmaq üçün hazırlanmış bu oyuna gəlməməlidir. Kürd dili əlbəttə məktəblərdə dərs kimi keçilməli, mütləq öyrənilməsi təşviq edilməli, daima canlı tutulmalı və ədəbi, siyasi, bədii əsərlərlə zənginləşdirilməlidir. Türk xalqının əhəmiyyətli bir dəyəri və parçası olaraq varlığını qorumalı və genişləndirməlidir. Lakin türk dilini unutdurub, yalnız kürd dilini öyrədərək kürd analarımızın, atalarımızın, babalarımızın, nənələrimizin, qardaşlarımızın Türkiyənin geri qalanında sanki bir xarici kimi qalmalarının hədəflənməsi və dil məsələsinin alçaq terror təşkilatı tərəfindən bölünmə ünsürü olaraq istifadə edilməsi çox köklü bir problemin zəminini yaratmaq üçündür.
PKK'nın tüm baskılarına rağmen bunca yıldır Güneydoğu bölgemizde egemenlik kuramamasının en büyük sebebi Kürt halkımızın dindarlığıdır. Bölgede yeni neslin de dindar yetiştirilmesi PKK'ya en büyük darbelerden biri olacaktır. |
Kürd, zaza və ərəb mənşəli qardaşlarımızın ən çox yaşadığı Cənub-Şərqi Anadolu bölgəmizin ən əhəmiyyətli xüsusiyyətlərindən biri dindar olmasıdır. O torpaqlar İslamın istiliyi, gözəlliyi, gözəl əxlaqı ilə yoğrulmuşdur; Allaha dərin sevgi və məhəbbət ilə güclənmiş və ayaqda qalmışdır. Kürd qardaşlarımız dindən ayrı düşünə bilməz, dindən ayrı yaşaya bilməzlər. Bu səbəblədir ki, bütün təzyiqlərinə baxmayaraq alçaq PKK-nın təhdidlərinə sonuna qədər sinə gərmiş, keçmişdə dərin dövlətin təzyiqlərinə baxmayaraq iman gücü ilə vətənin bütövlüyünü qorumağa qətiyyətli davranmışlar. PKK-nın bu qədər ildir Cənub-Şərqi Anadolu bölgəmizdə suverenlik əldə edə bilməməsinin ən böyük səbəbi, bölgəyə hakim olan dindarlıq olmuşdur.
Keçmişdə tayfaların hakim olduqları bölgələrdə feodal sistemini yıxa bilmək üçün fərqli və olduqca yanlış bir yanaşma aparılmış və bu bölgələrin dindən uzaqlaşdıqları təqdirdə feodal sistemdən xilas ola biləcəkləri kimi səhv bir anlayış inkişaf etmişdir. Məhz bu səbəblədir ki, bölgə gənclərinə ümumiyyətlə dindən uzaq, əsasən sol meyilli təhsil şəkli təqdim edilmişdir. Sol ifadələrin yayılmış olduğu bir növ təqlidçilik mədəniyyəti inkişaf etdirilmək istənmişdir. Son illərdə kürd gəncləri arasında dindarlıq nisbətinin azalması bu metodun gətirdiyi dəhşətli nəticələrdir. Yeni nəsil bir qisim kürd gənclər bu zehniyyət əsasına görə yetişmiş, aldıqları bu səhv təhsil nəticəsində "dinsizlik - kürd irqçiliyi - PKK" mehvərinin ortasında qalmışlar. Bu gənclik, keçmişdə yaşananlar səbəbiylə qəzəblidir; həll yolunun PKK olmadığını bilir, amma yenə də kürd cəmiyyətlərini illərcə dövlətimizə bağlanmış olan ortaq din duyğusu öz nəzərlərindən iflasa uğradığı üçün könülsüz də olsa PKK-ya yönəlirlər.
Diyarbakır'da Ulu Cami'den güzel bir görüntü. Sol üstte: Dünya güzeli bir Kürt çocuğu. |
Bir az sonra təhsil mövzusu çox daha ətraflı izah ediləcək. Lakin xüsusilə bu vəziyyətdəki gənclərə istiqamətli inkişaf etdirilmiş təhsil siyasətinə burada diqqəti cəmləşdirmək lazımdır. Güclü ailə bağları olan tayfaların varlığı gözəldir və bu tayfalar Cənub-Şərq bölgəmiz üçün bir bəzəkdir. Lakin tayfalar içində bir çox gənci dağa çıxmağa məcbur etmiş olan feodal sistemin verdiyi zərərləri ortadan qaldırmaq, gəncləri dindən uzaqlaşdıraraq deyil, həqiqi İslam təhsili verərək mümkün olar. Qadını ikinci sinif vətəndaş olaraq görmək kimi dinə daxil edilmiş xurafatları aradan qaldırmaq sosialist yanaşmalarla mümkün olmaz. Sosializm qısa zaman ərzində PKK zehniyyətindəki kommunizm və terror anlayışını gətirəcək və cəmiyyətlər bərabərlik gözləyərkən anarxiya, ədalətsizlik, yoxsulluq, qorxu və sevgisizlik bəlasının içinə düşəcəklər. Cənub-Şərqdə gözlərimizin qarşısında belə bir quruluşun inkişafına icazə verməyimiz qeyri-mümkündür.
Güneydoğu'da kadının üstünlüğü, demokrasi, adalet, sanat, bilim, barış gibi kavramları Kuran ayetleriyle anlatan bir eğitim sistemine ihtiyaç vardır. Kuran'da tarif edilen gerçek İslam'ın tanınması, yeni nesil Kürt gençliğinin yetişmesi bakımından önem taşımaktadır. |
Cəmiyyətdə yayılmış xurafatlardan xilas olmaq ancaq Quranda təsvir edilən həqiqi İslamın tam mənasıyla aydın ola bilməsi ilə mümkün olar. Bunu bacara bilmək üçün də, Cənub-Şərqdə qadının üstünlüyü, demokratiya, ədalət və sülh anlayışlarını Quran ayələriylə açıqlayan təhsil sistemi inkişaf etdirilməlidir. Həqiqi İslamın sənət, musiqi, elm kimi dəyərləri təşviq etdiyini, ən mükəmməl demokratiya şəklini təsvir etdiyini, irqçiliyi lənətlədiyini, qadını heç bir cəmiyyətdə yaşanmadığı şəkildə üstün tutduğunu göstərmək lazımdır. Bu təhsili alan gənclər, öz tayfa - ailə bağlarını və imanlarını güclü tutmağa davam edərək hörmət təməlli və Qurana əsaslanan bir nizamı inşa edə bilərlər. Yeni nəsil kürd gənclərimiz üçün bunu etmək çox asan olacaq. Yetər ki, dövlətimiz təhsil şəklini bu şəkildə qaydaya salın.
Belə bir təhsil, bir qisim Cənub-Şərq gənclərini PKK-ya yönəldən bərabərsizliyi aradan qaldırarkən, bir tərəfdən də PKK-ya vurulmuş ağır bir zərbə olacaq. Çünki dindar gənclər, PKK-ya yaxınlaşmaq istəmədikləri kimi, aldıqları təhsillə PKK-nın səhv ideologiyasına qarşı çıxa biləcək şəkildə hazır hala gələcəklər. Belə bir ideoloji hazırlıq, bir az sonra təfərrüatlarını görə biləcəyimiz kimi, PKK-nı xalqımıza daha çox əzab çəkdirə bilməyəcək şəkildə, tamamilə təsirsiz hala gətirmək üçün kifayətdir.
PKK ile mücadele konusunda özellikle Irak Kürt yönetimi lideri Mesud Barzani ile ittifak büyük önem taşımaktadır. |
Daha əvvəl ətraflı ifadə etdiyimiz kimi, Qərbin Böyük Kürdüstan xəyalında dörd ölkənin adından bəhs edilir. Bunlardan Suriya, illərdir içində olduğu vətəndaş müharibəsi və qarışıqlıq mühitinin bir nəticəsi olaraq ittifaq və ya müxtəlif əməkdaşlıq təklifləri baxımından uzaq qalmışdır. Lakin İran və İraq muxtar kürd rəhbərliyi ittifaqımızın güclü olduğu iki sərhəd qonşumuzdur. Hər iki ölkənin torpaqları üzərində PKK-nın kommunist Kürdüstan qurma xəyalı vardır və hər iki ölkə liderləri də PKK-nın varlığından narahatdır. Bu son dərəcə əhəmiyyətli təfərrüatlar, üç ölkəni PKK-ya qarşı ittifaq mövzusunda bənzərsiz bir namizəd halına gətirir. Bu vəziyyətdə Türkiyənin etməli olduğu, PKK-ya qarşı İran və İraqı tərəfinə çəkib böyük, təsirli və güclü bir birlik qurmaqdır.
İranın PKK-ya istiqamətli çəkindirici münasibətindən daha əvvəl bəhs etmişdik. Əlbəttə İran tərəfindən həyata keçirilən demokratiyaya zidd tətbiqləri təsdiq etməyimiz mümkün deyil; lakin İran ilə xüsusilə sərhəddə PKK-nı çəkindirməyə istiqamətli çox güclü bir ittifaq etmək mümkündür və mütləq həyata keçirilməlidir. Tarixə baxdığımızda, İran və Türkiyənin ciddi dostluq qurduğu zamanların PKK baxımından olduqca çətin dövrlər olduğu, iki ölkə arasında soyuqluq yaşandığı dövrlərdə isə PKK-nın dərhal vəziyyəti yeni hücumlar üçün fürsət olaraq qiymətləndirdiyi bilinir. Demək ki, PKK-nı, ciddi şəkildə çəkindirici güc olaraq gördüyü İranın Türkiyə kimi güclü bir dövlət ilə ittifaq qurmağı qorxudur.
Bu fürsət yaxşı qiymətləndirməlidir. Türkiyə ordusu və imkanlarıyla birlikdə İran ilə PKK-ya qarşı əməkdaşlığı hiss etdirməli, hətta bunu yeni strateji razılaşmalarla rəsmi hala gətirməli, kəşfiyyat məlumatları paylaşılmalı və PKK, hər hansı bir dəlisovluğun necə nəticələnəcəyini təxmin etməlidir. Belə bir ittifaq, tək başına, PKK-nın bütün hərəkətlərini sona çatdıracaq gücdədir.
Barzani, Duran Kalkan gibi PKK liderlerinin Kuzey Irak'ta seslerinin çıkmasını ve PKK'nın bölgede varlık bulmasını engellemek için Irak Kürt Parlamentosu'na çağrı yapmıştır. |
İraq Kürd Muxtar rəhbərliyi baxımından isə, prezident Məsud Bərzani və baş nazir Neçirvan Bərzani dindarlıqları ilə tanınan etibarlı insanlardır. Türkiyə ilə bağlarının güclü olması son dərəcə gözəldir və bu birliyin mütləq daha güclü dostluq və ittifaqlarla möhkəmlənməsi lazımdır. Hal-hazırda İraq Kürd bölgəsində ciddi şəkildə PKK hakimiyyəti olduğu, hətta Peşmərgənin bir qisminin PKK dəstəkçilərindən meydana gəldiyi bilinir. Zamanla Kandildə mağaralarda gizlənən PKK idarəçilərindən Bərzaniyə istiqamətli təhdidlər gəlir və Bərzani açıq şəkildə təzyiq altında tutulmaq istənilir. Hətta bilindiyi kimi, 2015-ci ilin əvvəllərində PKK, bölgədəki qarışıqlıqlardan faydalanaraq, İraq Kürd bölgəsində yezidilərin yaşadıqları bölgəni öz ağlına görə kanton elan etmiş və Bərzani bu vəziyyətə olduqca ciddi reaksiya göstərmişdir. Türkiyə tərəfindən Kandilə istiqamətli hava əməliyyatları zamanı da PKK-ya qarşı ciddi mövqe tutan və bu terror təşkilatına "Kürdüstanın tərk edin" şəklində ultimatum verən yenə Bərzanidir. Bərzani, PKK ilə əlaqədar şikayətlərini arada dilə gətirir və Türkiyədən açıq və ya bağlı bir üslubla dəstək gözləyir.
Bərzani, özünə qarşı ittihamlar edən PKK idarəçilərindən Duran Kalkan ilə əlaqədar İKRR (İraq Kürd Regional Rəhbərliyi) Parlamenti və hökumətinə bu çağırışları etmişdir:
Vətənə xəyanət edən bu qruplaşmaya qarşı uyğun tədbirləri görün. Bu cür qruplaşmalar təhlükəlidir. ... Bu səsin (Duran Kalkan) çıxmaması üçün bütün gücünüzlə səy göstərin. Vətənə xəyanət günahı olan bu fikirlərin qarşısını qəti şəkildə alın. Şərəfli Kürdüstan xalqına da çağırışı budur: Belə qrupların Kürdüstanda yaranmasına icazə verməyin. Vətənə xəyanət edən bu ünsürlər vətəndaş müharibəsi etmək istəyir. Fitnə çıxarmağı məqsəd qoyan bu qruplaşmalara imkan verməyin. Kürdüstanın müdafiə olunması və xalqımızın birliyinin təmin edilməsi üçün əlinizdən gələn səyi göstərin. (126)
PKK, Irak Kürt yönetimi için de geçmişten beri tehdittir. O bölgenin de refaha kavuşması, Iraklı Kürtlerin çocuklarını huzur içinde yetiştirebilmeleri için Türkiye ile ittifak yapılması şarttır. |
Aydındır ki, Bərzani, kürdlərin və öz muxtar bölgəsinin salamatlığı və bütövlüyü üçün narahatlıq hiss edir və PKK-nı fitnə çıxaran, birliyi pozan və terror saçan bir virus olaraq xarakterizə edir. Şübhəsiz, quruluşundan etibarən ABŞ-ın nəzarəti altında olması İraq Kürdüstan Muxtar Rəhbərliyi baxımından riskli bir vəziyyətdir; çünki bəhsi keçən rəhbərlik bu səbəblə, ABŞ-ın sanksiya və şərtlərindən kənara çıxa bilmir, azad qərar verə bilmir və nəzarət altında tutulur. Bu səbəblədir ki, İraq Kürd Muxtar Rəhbərliyi, bir dövr lazımsız şəkildə İŞİD ilə bölgədə qarşıdurmaya girmiş, bunun nəticəsində də Peşmərgə acı itkilər vermişdir. Lakin bütün bunlarla yanaşı, ABŞ-ın bölgədən çəkilmiş olduğunu da nəzərə almaq lazımdır. İraq Kürd Bölgəsi, ABŞ vəsiləsiylə əldə etdiyi imtiyazlı statusu mühafizə etmək üçün dost və güclü bir qonşu ölkənin varlığına möhtacdır. Bu şərtlər də göz önünə alındığında, Kürd Muxtar Bölgəsinin Türkiyə dəstəyinə hər zamankından daha çox ehtiyacı olduğu açıq şəkildə görünür. Bərzani bu tələbi zaman keçdikcə dilə gətirir. Əlbəttə, ilk növbədə təmin edilməli olan Bərzaninin can təhlükəsizliyidir. PKK tərəfindən davamlı təhdid altında tutulan və ordusunda gizli terrorçularla mübarizə aparmaq məcburiyyətində qalan Bərzaninin içində olduğu təhlükə nəzərə alınaraq, Türkiyədəki xüsusi təyinatlı dəstələr və MIT tərəfindən mühafizə olunması zəruri və son dərəcə vacibdir.
Böyük Yaxın Şərq layihəsinin fəlakətə çevrildiyini söyləyən və "Türkiyənin Amerika planlarına daxil olması, edam fərmanını imzalaması mənasına gəlir" etirafını edən CIA köhnə agenti Graham Fullerin bir başqa doğru təsbiti də bu olmuşdur: "Türkiyə, İraq kürdləri ilə dialoqunu artıra bilərsə, PKK problemini həll edə bilər."(127)
Bu olduqca doğru və əhəmiyyətli təsbit mütləq nəzərə alınmalıdır. İraq Kürd rəhbərliyi, İran və Türkiyə kimi üç sərhəd qonşusunun PKK-ya qarşı müttəfiq olması, hər cür çəkindirici ünsürü PKK-ya istiqamətli olaraq sərgiləməsi, kəşfiyyat məlumatlarını və məntiqi dəstəklərini paylaşmaları, imkan olan hər fürsətdə PKK-ya istiqamətli nəhəng bir təhdid olduqlarını hiss etdirmələri, qısa müddət ərzində terroristləri çəkindirəcək və susduracaqdır. Türkiyənin ən qısa zamanda bu ittifaqı təmin etmək üçün hərəkətə keçməsi və üç ölkənin PKK ilə mübarizə mövzusunda birlikdə hərəkət etməsi lazımdır.
Solda: İran Devrim Muhafızları Sağda: Kahraman Türk askeri Bordo Bereliler. PKK'ya karşı etkili bir caydırıcılık oluşabilmesi için hem Irak Kürt yönetimi hem de İran ile yapılacak bir ortak hareket, oldukça olumlu sonuçlar getirecektir. |
Amerika başda olmaq üzrə Qərb düşüncə təşkilatları və siyasətçilər içində, Yaxın Şərqdəki qarışıqlığı insani bir problem olaraq ciddi qəbul edən və bu mövzunun həlli mövzusunda səmimi şəkildə səy göstərən kəslərin varlığı şübhəsiz bilinir. Burada, Yaxın Şərq üzərində bölmə planlarının əslində sayca olduqca az bir seqmentə aid olduğu xatırlanmalıdır. Bir çox siyasətçi, bürokrat və qənaət öndərinin nəzərini cəmləşdirdiyi nöqtə "insan" və "sülh" olmuşdur. Bu səbəbdən, Yaxın Şərqdə olub bitənlər onlara da əziyyət verir və həll yolu üçün səy göstərirlər.
Haqqında bəhs etdiyimiz kəslər, Yaxın Şərqə dəhşətli bir fəlakət gətirəcək olan PKK kimi bir kommunist hərəkata qarşı ittifaq içində olunması lazım olan kəslərdir. Xüsusilə bölgədəki müsəlmanlara istiqamətli mülayim və sevgi dolu siyasəti olan və eyni zamanda Yaxın Şərq probleminə həll yolu axtaran ölkə xaricindəki bir qisim adlarla mütləq əlaqəyə keçilməlidir. Müxtəlif qeyri-hökumət quruluşlarıyla əlaqə qurulmalı və PKK təhlükəsi mövzusunda hər biri ayrı-ayrı məlumatlandırılmalıdır.
Təsirli ictimai medianı istifadə etməklə həm Türkiyə, həm də ölkə xaricində redaktorları, köşə yazarları, TV prodüserləri ilə tək-tək əlaqə qurulmalıdır. Bu kəslərə PKK-nın bölgədəki kommunist/materialist muxtar bir dövlət qurma əməlləri izah edilməli və bunu əldə etmək üçün davam etdirdikləri hiyləgər, qanlı tədbirlər mövzusunda məlumatlandırılmalıdır. Xaricə və ölkədəki bəzi seqmentlərə qarşı sanki sülh elçisi görünüşünə bürünən PKK terroristlərinin ilk fürsət tapdıqları anda küçələrdə tələ quraraq polisləri və əsgərləri şəhid etdikləri, evlərində yatan polislərə alçaqcasına silah uzatdıqları, qadınlara və uşaqlara belə hücum etməkdə tərəddüd etmədikləri izah edilməlidir.
Batı, PKK konusunda kapsamlı şekilde bilgilendirilmelidir. PKK'nın hainlikleri anlatılmalıdır. Türkiye'den başlayarak kurulacak komünist bir devletin nasıl korkunç sonuçlar getireceği Batı'ya her fırsatta izah edilmelidir. |
Türkiyənin bölünməsinin bütün dünyaya da təsir edəcək zərərləri, mənfilikləri izah edilməli, Türkiyədən başlayacaq kommunist istiqamətli bir parçalanmanın domino təsiriylə bütün İslam ölkələrinə, oradan da bütün qitələrə yayılacaq bir müharibə və terror mühitini yaradacağı izah edilməlidir. PKK-nın həqiqi mahiyyətinin bir çox qərbli tərəfindən bilinmədiyi unudulmamalıdır. Kommunist-stalinist bir terror təşkilatının güclənməsinin Yaxın Şərq üçün nələrə səbəb olacağı mütləq inandırıcı həqiqətlərlə izah edilməlidir.
Qərb ilə əməkdaşlıq əsnasında və razı salıcı səyləri əsnasında müxtəlif çətinliklərlə qarşılaşıla biləcəyi, PKK həqiqətindən xəbərsiz insanların bu izahlara qarşı müqavimət göstərə biləcəyi nəzərə alınmalıdır. Bu səbəblə, izahatlarda düşməncə və ya irqçi ifadələrdən çəkinilməli, gözəl, ağıllı, səbirli, səmimi, mülayim sözlərlə izahat verilməlidir. Bəhs ediləcəklərin fikri fundamenti yaradılmalı və elmi metodlar seçilməlidir. Elmi və ağıllı təməllərə əsaslanmayan, romantik, zəif, dəlilsiz izahatlara qətiyyən yer verilməməlidir.
Qərbdəki həssas kəslər, "mədəniyyətlər qarşıdurması" fikri yerinə "yaxşıların ittifaqının" mütləq zəfərə çatdıracağı mövzusunda razı salınmalıdırlar. Problemlərə qarşı, xristian, musəvi və müsəlmanların ortaq bir birlik içində hərəkət etmələrinin əhəmiyyətli olduğu və Türkiyənin bu mövzuda hazır olduğu mütləq vurğulanmalıdır. Həqiqi İslam və Quranın kafiliyi izah edilməli, Yaxın Şərq siyasətimizin İslamın həqiqi ruhunu əks etdirən sülh siyasəti olduğu vurğulanmalıdır.
Türkiyənin NATO üzvü olduğunu, lakin NATO-nun ölkəmiz mövzu olduğunda üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi yada salınmalıdır. NATO, tərəfimizdən edilən yığıncaq çağırışlarına razılıq versə də, ölkəmizin bölünmə təhdidi altında terror hücumları ilə qarşı-qarşıya olduğu həqiqətinə qarşı böyük ölçüdə laqeyd qalır. Amerikaya istiqamətli terror hücumuna qarşı Əfqanıstan və İraq kimi iki ölkənin haqsız yerə işğal edilməsi normal qarşılanmışdır. Lakin Türkiyəyə 40 ildir hücum edən terror təşkilatına qarşı əllə tutulan heç bir şey edilmədiyi, təşkilatın yalnız əlaqədar dövlətlər tərəfindən terror siyahısına alındığı, bu şərtin də PYD/YPG üzərindən pozulduğu, bu səbəbdən, terror təşkilatı PKK-nın müxtəlif təşkilatlar və dərin dövlətlər tərəfindən birbaşa dəstəkləndiyi hər kəsə çatdırılmalıdır.
YPG, PKK'nın bir koludur. Batılı devletler tarafından PKK terör listesindeyken YPG'nin listeye alınmaması ve dolayısıyla YPG'nin Batı tarafından rahatlıkla destekleniyor oluşu sadece PKK'yı beslemektedir. Batı, nasıl bir belaya ortaklık ettiğinin henüz farkında değildir ve mutlaka bilgilendirilmedir. |
PKK-nın ideologiyası kommunizmdir. Kommunizmin mənşəyi isə marksizmdir. Marks isə, özünün inkişaf etdirdiyi bu ideologiyaya nəyi təməl aldığını bu sözləriylə açıqlayır:
(Çarlz Darvinin “Növlərin Mənşəyi” kitabını nəzərdə tutaraq) Bizim fikirlərimizin təbii tarix təməlini ehtiva edən kitab budur. (128)
Darvinin əsəri böyük əsərdir. Tarixdəki sinif mübarizəsinin təbiət elmləri baxımından təməlini əmələ gətirir.(129)
Xatırlanacağı kimi Öcalan, özünü dövrümüzün Lenini olaraq təyin etmişdir və Stalinin tətbiqlərini həyata keçirməyə çalışır. Öcalanın özünə rəhbər seçdiyi Stalin isə, öz tətbiqlərinin təməlini bu sözlərlə açıqlamışdır:
Gənc nəsillərin zehnini yaradılış düşüncəsindən təmizləmək üçün onlara tək bir şeyi öyrətməliyik: Darvinin təlimlərini.(130)
Görüldüyü kimi, diqqət çəkici ortaq nöqtə, Darvinin təkamül nəzəriyyəsidir. Kommunizm üçün bu nəzəriyyə çıxış nöqtəsi olaraq sayılmış, kommunist liderlər daim təkamül fikrinin yayılmasını müdafiə etmişlər. Daha əvvəlki sətirlərdə ətraflı toxunduğumuz kimi Öcalan darvinistdir və PKK təşkilatını bu ideologiya üzərinə şəkilləndirmişdir.
Hal-hazırda ölkəmizdə tətbiq olunan terror aktları və Sovetlər Birliyi, Çin, Kamboca, Vyetnam, Koreya kimi ölkələrdə yaşanmış olan qorxunc qırğınlar həmişə tək bir ideologiyanı əsas götürür: Təkamül nəzəriyyəsi. Bu, o deməkdir: Əgər təkamül nəzəriyyəsi yıxılarsa, kommunizmin özünə təməl aldığı dialektik və kommunal sistem kimi anlayışlar ortadan qalxacaq, güclünün zəifi əzərək ayaqda qalması və təbiətdəki həyat mübarizəsi anlayışları yıxılaraq kommunizmin şərt qoşduğu terror və anarxiya zəmin tapa bilməyəcək. Kommunistlərə isə pis bir xəbərimiz var; TƏKAMÜL NƏZƏRİYYƏSİ CƏFƏNGİYATDIR.
PKK'nın ideolojisi, Çin'de kan akıtan Mao'nun, Rusya'da dehşet saçan Stalin'in, Kamboçya'da kitle katliamları yapan Pol Pot'un ideolojisiyle aynıdır. PKK, Ortadoğu'da ve ardından tüm dünyada aynı korkunç sistemi inşa etmeye çalışmaktadır. |
PKK-nın dağda militanlara verdiyi ilk təhsil darvinist təhsildir. Ardından darvinizm-kommunizm birliyi haqqında təbliğat işləri aparılır və verilən tək tərəfli təhsil nəticəsində terroru həyata keçirmək, insan öldürmək və ya ölümə getmək son dərəcə asanlaşır. Terror təşkilatının aradan qaldırılması üçün kommunist ideologiyanın aradan qaldırılması lazımdır ki, bu ancaq darvinizmin cəfəngiyat olduğunun isbat edilməsi ilə mümkün ola biləcək. Lakin öz məktəblərimizdə öz uşaqlarımıza darvinist təhsil rəsmi olaraq verilirkən (bu mövzu əvvəlki hissədə ətraflı olaraq təsvir edilib), nəinki dağa çıxan PKK-lılara doğru təhsili verə bilmək, öz uşaqlarımıza belə hakim olmaq olduqca çətin olacaq. Allah göstərməsin, şiddətin və vəhşiliyin, dözümsüzlüyün və nifrətin, təcavüzkarlığın bu qədər yayılmasından şikayət edən cəmiyyətimiz içində kommunist terrorist zehniyyətin yerləşməsi də bu təhsil sistemi daxilində olduqca asanlaşacaq. Bu səbəbdən, gənclərimiz PKK ilə ideoloji mənada döyüşə son dərəcə hazırlıqsızdır. Məktəblərdə PKK militanlarıyla eyni yanlış təhsili aldıqlarından, doğru təhsil onlara heç bir tərəfdən verilmədiyindən, PKK-ya qarşı ideoloji mübarizə zəmininə sahib deyildirlər.
Şübhəsiz, darvinist diktatorluq köklü bir quruluşdur və bütün ölkələr üzərində təsirli olduğu kimi bizim ölkəmizdə də təsirlidir. Bu səbəbdən, tədris planında dəyişiklik çox asan olmaya bilər. Bu mövzuda səlahiyyətlilər çıxılmaz vəziyyətdə qalır. Lakin yenə də bu üsul tətbiq oluna bilər:
Məktəblərdə ümumi mədəniyyət olaraq təkamül nəzəriyyəsinin oxudulması davam edə bilər, bizim buna bir etirazımız yoxdur. Lakin eyni zamanda nəzəriyyənin yanlışlığına dair cavabların da verildiyi müxtəlif dərslərin əlavə olunması və ya mövcud dərslər içində bu cavabların izah edilməsi olduqca vacibdir. Bu mövzuda təqdir şagirdə buraxılacaq; şagirdə yalnız yer üzü laylarından çıxarılmış müxtəlif fosil (daşlaşmış qalıntı) nümunələrindən təqdim edilməlidir. Palçıqlı suda bir zülalın nə səbəbə təsadüfən meydana gələ bilməyəcəyini elmi dəlilləri izah edilməlidir. "Təkamül təsadüfən bir canlı hüceyrənin öz-özünə ortaya çıxdığını söyləyir, elmi təcrübələr isə bunun əksinə bu nəticələri vermişdir" şəklində elmi nəticələr çatdırılmalıdır. Bu bir yaradılış dərsi olmayacaq. Yalnız biologiya dərsində təkamül saxtakarlıqları izah edilərkən, eyni zamanda elmi dəlillər veriləcək, bu qədər.
Bütün bunların xaricində xüsusilə Cənub-Şərq bölgəmiz üçün xüsusi bir təhsil proqramının reallaşdırılması şərtdir. Bölgə xalqının anti-kommunist təhsil alması və eyni zamanda bu təhsilin dağdakı terroristlərə də çatması, kommunist terrorun sona çatması üçün tək təsirli yoldur. Bunu edə bilmək üçün, xüsusilə Cənub-Şərqdə darvinizmin və kommunizmin ideologiya olaraq təməlinin olmadığını elmi dəlillərlə açıqlayan kitabların və broşuraların paylanması, konfranslar verilməsi, qısametrajlı film nümayişləri edilməsi, aydınlandırıcı təhsil proqramlarının reallaşdırılması vacibdir. Xüsusilə TV proqramlarıyla Cənub-Şərqə çatmaq lazımdır. Bu mövzuda dövlətin kanalları dövrədə olmalı, TRT və TRT Kurdi kimi kanallar vasitəsilə bu təhsil səfərbərliyi təcili olaraq yerinə yetirilməlidir. [İzləniləcək təhsil proqramlarının təfərrüatları üçün baxın. Harun Yəhya, Kommunist Kürdüstan Təhlükəsi (internetdə tam mətn olaraq mövcuddur)]
Komünist bir Kürdistan için oluşturulmuş bu sahte harita asla gerçekleşmeyecektir. Terörün ve komünist zihniyetin tam anlamıyla son bulması ise yalnızca eğitimle mümkündür. |
Bu unudulmamalıdır: Kommunist terror üçün hər cür çəkindirici tədbirə müraciət edilə bilər, lakin kommunistlərin silaha sarılmalarına səbəb olan şey ideologiyalarıdır. İdeologiyanı çürütmədən sülh müqavilələri, qarşılıqlı müzakirələr və ya çəkindirici üsullar heç bir şəkildə qəti nəticə verməyəcək. Heç bir kommunist üsyanla, müzakirə ilə sakitləşdirilə bilinməmişdir. İndiki vaxtda İrlandiyadakı IRA-nı və ya İspaniyadakı ETA-nı nümunə verməyə cəhd edənlər çox böyük səhv edirlər. Ölkəmizdəki terror, kommunist Kürdüstan inşa etmə xəyalı üzərinə quruludur və əgər təhsil siyasəti başladılmazsa, bu hədəf yaranana qədər sona çatmayacaq.
Gənclərimiz kommunist təhlükəyə istiqamətli öyrədilməli, nə ilə qarşı-qarşıya olduqlarını, bunu hansı elmi üsullarla aradan qaldıracaqlarını öyrənməlidirlər. Cənub-Şərqdəki qardaşlarımız, həm darvinist-kommunist təhlükəni çürüdəcək elmi məlumatlara vaqif olmalı, həm də Qurandakı həqiqi İslam anlayışını tanıyaraq mövhumatçı zehniyyətin meydana gətirdiyi hallardan, xurafatlardan xilas olmalıdır. Xüsusilə Cənub-Şərqi bölgəmizə istiqamətli təhsil siyasəti son dərəcə əhəmiyyətlidir. Bu təhsil siyasəti, oradakı qardaşlarımıza sevgi siyasətiylə birlikdə yürüdülməli, bu təhsil həm dövlətimizin, həm də xalqımızın sevgisiylə birlikdə verilməlidir.
Pedaqoqların, özlərini üstün görən, qürurlu bir görünüş vermələri çox böyük qorxuları doğura bilər. Xüsusilə kürd gənclərinin uzun zamandır yaşadıqları narahatlığın təməlində bu həqiqətin olduğu unudulmamalıdır. Bu ölkə daxilində hər vətəndaş hər cəhətiylə bərabərdir və birinin digərinə görə üstünlük iddiasında olması, yalnız o insanın cahillik göstəricisidir. Bu səbəbdən təhsil, mütləq Cənub-Şərq bölgəmizin həsrət qaldığı sevgi ilə birlikdə təqdim edilməlidir.
Cənub-Şərq bölgəmizin xalqının illərlə əzildiyini, çox yaxşı bildiyimiz, nəticələrini heyrətlə izlədiyimiz olduqca dəhşətli bir mövzudur. Hər nə qədər kürd qardaşlarımız illər ərzində çox acı çəksələr də bu, mütləq düzəldilə bilən bir səhvdir. Bu qətiyyən unudulmamalıdır.
Bir sonrakı bölüm, ətraflı olaraq bu əhəmiyyətli mövzuya həsr olunmuşdur.
113. http://www.ensonhaber.com/pkkli-cemil-bayiktan-isid-itirafi-2014-09-26.html
114. http://www.rotahaber.com/m/guncel/cemil-bayik-isidin-halifesi-erdogandir-h505532.html
115. http://metinozkanvadisi.com/haber/ pjakhaberi.html
116. Ümit Özdağ, PKK ile Pazarlık, Kripto Yayıncılık, 2013, s. 126
117. A.g.e. s. 127
118. A.g.e. s. 137
119. A.g.e. s. 138
120. http://a9.com.tr/izle/196084/
121. Şemdin Sakık, Çözüm Süreci, Andaç Yayınları, 2014, s. 52
122. Cemal Temizöz, Siyasallaşan PKK Terörü, Togan Yayınları, Bakırköy, Şubat 2012, s. 184
123. 21. Yüzyıl Türkiye Enstitüsü, Özel rapor, PKK'nın kontrolündeki Diyarbakır, Eylül 2013, s. 5
124. Ümit Özdağ, PKK ile Pazarlık, Kripto Yayıncılık, 2013, s. 232
125. A.g.e. s. 248
126. http://www.hurriyet.com.tr/dunya/ 28757933.asp
127. Ümit Özdağ, PKK ile Pazarlık, Kripto Yayıncılık, 2013, s. 188
128. Marx ve Engels, Mektuplar, s. 42
129. MARXISM IN OUR TIME, by Leon Trotsky, Coyoacan, D.F., Mexico., April 18, 1939., http://www.marxist.com/science/marxismanddarwinism.html
130. Kent Hovind, The False Religion of Evolution, http://www.hsv.tis.net/….ke4 vol/evolve/ndxng.html