Allahın Təbiətdə Yaratması

103 səhifə.

Təbiətdəki canlılar olduqca mürəkkəb bədən sistemlərinə malikdir. Bir quşun tüklərini, bir yarasanın hidrolokasiya sistemini və ya bir milçəyin qanad quruluşunu araşdırdığımızda qarşımıza olduqca mükəmməl strukturlar çıxar. Bu strukturlar bizə açıq bir həqiqəti göstərir: Allah bütün canlıları üstün bir yaradılışla var etmişdir.

Çarlz Darvinin təkamül nəzəriyyəsi isə canlıları Allahın yaratdığı həqiqətini rədd edir və təbiətdəki canlıların təbii proseslər nəticəsində öz-özünə meydana gəldiklərini irəli sürür. Ancaq 20-ci əsrdəki elmi kəşflər, canlılardakı strukturların təkamül nəzəriyyəsinin iddialarıyla izah oluna bilməyəcəyini göstərmişdir. Canlıların bədənləri, tək bir hissəsi belə əskik olduqda, heç bir işə yaramayacaq olduqca mürəkkəb strukturlara sahib orqanlarla doludur.

Bu kitabda Darvinin nəzəriyyəsini süquta uğradan canlılarla məxsus bu sistemlərdən bəziləri nəzərdən keçirilir. Bu sistemlər bəzən bir quşun qanadlarında, bəzən bir bakteriyanın mişarcığında, bəzən də bir yarasanın kəllə sümüyünün içində qarşımıza çıxar. Bunları araşdırdıqca bir tərəfdən darvinizmin nə cür böyük bir yanılma olduğunu görəcək, digər bir tərəfdən isə bu sistemləri sonsuz güc sahibi Rəbbimizin üstün bir yaradılışla var etmiş olduğuna şahid olacaqsınız.

Allahın Təbiətdə Yaratması

Kitabın məzmunu

Kitabdan Başlıqlar və Fəsillər