Nəticə

Ağıl və vicdan sahibi bir insan ətrafına baxdığında yaradılış həqiqətini dərhal başa düşəcək. Çünki Allah yaratdığı hər şeyi Özünü tanımağımız və üzərində düşünməyimiz üçün yaratmışdır.

Bu qavrayışı qazanan bir insan üçün, canlıları meydana gətirən həssas tarazlıqların “təsadüfən” meydana gəldiyini irəli sürmək isə tamamilə ağılsız bir iddia olacaq. Çünki bir-biriylə əlaqədar işləyən bu nizamı meydana gətirən bütün parçalar, olduqca əhəmiyyətli bir yerə sahibdirlər. Bu kitabın mövzusu olan canlılardakı rənglər də kainatdakı nizamın əhəmiyyətli hissələrindən biridir.

Kuş - Çiçek

Bura qədər verilmiş olan nümunələrdə də göründüyü kimi, təbiətdə mövcud olan hər canlının sahib olduğu rənglər, naxışlar, xallar hətta xətlərin belə bir mənası vardır. Bəzən öz aralarında bir ünsiyyət vasitəsi, bəzən isə düşmənlərə qarşı bir xəbərdarlıq vasitəsi olaraq istifadə edilən rənglər canlılar üçün həyati əhəmiyyət daşıyır. Belə ki, o canlının sahib olduğu rəngin çalarının açıq və ya tünd olması, xətlərinin istiqaməti belə xüsusi olaraq seçilmişdir.

Kuş - Çiçek

Diqqətlə baxan bir göz yalnız canlıların deyil, təbiətdəki hər şeyin tam olması lazım olduğu kimi, yerli yerində olduğunu dərhal görəcək. Üstəlik hər şeyin insanın xidmətinə verilmiş olduğunu, səmanın gömgöy, mənəvi rahatlıq verən rənginin, çiçəklərin rəngarəng görünüşlərinin, yamyaşıl ağacların, otlaqların, gecələri zülmət qaranlıq içində Dünyanı işıqlandıran Ayın, ulduzların və daha saymaqla qurtarmayacaq qədər çox gözəlliyin Allahın sənətinin təcəlliləri olduğunu başa düşəcək.

Allah bütün kainatı, onun içindəki canlı-cansız hər şeyi əskiksiz olaraq yaratmışdır. Hər şeyi nəzarəti altında saxlayan üstün güc sahibi Allahın şanı çox ucadır.

Bu kitab boyunca izah etdiyimiz mövzular nəticəsində, Allahın üstün qüdrətini, sonsuz sənətini qavrayan insana düşən ən əhəmiyyətli vəzifə, gördüyü gözəlliklərin həqiqi sahibinə yönəlmək, yalnız Onun razı olacağı bir həyat yaşamaqdır.

Kuş - Çiçek

Balık - Tırtıl

Sincap - Menekşe

Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır.
(Ənam surəsi, 102)

Papağan - Çiçek

Gökyüzü

Papağan - Çiçek

…Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur!
Həqiqətən, Sən bilənsən, müdriksən!(Bəqərə surəsi, 32)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş: Rəngli Bir Dünya
  • Rəng Nədir? Necə Meydana Gəlir?
  • Rəngdəki Dizayn
  • Rəng Verən Molekullar Piqmentlər
  • Rənglərin Dili
  • Təkamülün Açiqlaya Bilmədiyi Bir Mövzu: Uyğunluq Ve Simmetriya
  • Nəticə