Giriş: Rəngli Bir Dünya

Heç bir rəngin olmadığı, qapqaranlıq bir dünyada yaşamaq necə olardı, heç fikirləşdinizmi? Bir an üçün bütün fikirlərinizdən qurtularaq indiyə qədər öyrəndiyiniz hər şeyi bir kənara qoyaraq düşünün. Bədəninizin, ətrafınızdakı insanların, dənizlərin, göy üzünün, ağacların, çiçəklərin, bir sözlə hər şeyin qapqara olduğunu gözünüzdə canlandırmağa çalışın. Ətrafınızda heç bir rəngin olmadığını fikirləşin. Ətrafınızdakı insanların, pişiklərin, itlərin, quşların, kəpənəklərin, meyvələrin heç rəngi olmasaydı, nə hiss edərdiniz təsəvvür etməyə çalışın. Belə bir dünyada yaşamağı heç istəməzdiniz, elə deyilmi?

Çox insan indiyə qədər nə qədər rəngli bir dünyada yaşadığını, necə olub da ətrafında belə bir rəng müxtəlifliyinin olduğunu heç düşünməmiş ola bilər. Rənglərin olmadığı bir dünyanın necə ola biləcəyi də heç ağlına gəlməmiş ola bilər. Çünki gözləri görən hər kəs gözünü açdığı andan etibarən rəngli bir dünyayla qarşılaşmışdır. Halbuki qapqaranlıq, rəngsiz bir yer üzü modeli qeyri-mümkün deyil, əksinə əsl təəccüblü olan hal-hazırda parlaq və rəngarəng bir dünyada yaşamağımızdır.

Rəngsiz bir dünya deyiləndə ağıla qaranın, ağın və boz tonlarının olduğu bir yer gələ bilər. Halbuki qara, ağ və boz da rəngdir. Buna görə də insanın rəngsizliyi təsəvvür etməsi çox çətindir. Rəngsizliyi tərif edərkən mütləq bir rəngdən istifadə etmək məcburiyyəti yaranır. “Hər şey rəngsiz, qapqara idi; üzündə rəng qalmamışdı, ağappaq olmuşdu” kimi cümlələrlə rəngsizlik ifadə edilməyə çalışılır. Halbuki bunlar rəngsizliyin deyil ağ-qara bir dünyanın tərifidir.

Manzara

Bir saniyəlik ətrafınızdakı hər şeyin rənginin bir anda yox olduğunu düşünün. Belə bir vəziyyətdə hər şey bir-birinə qarışacaq, cisimləri bir-birindən ayırmaq mümkün olmayacaqdır. Məsələn, qəhvəyi rəngli taxta stolun üstündəki narıncı rəngli bir portağalı, qırmızı çiyələkləri və ya rəngarəng çiçəkləri görmək mümkün olmayacaqdır, çünki nə portağal narıncı olacaq, nə stol qəhvəyi, nə də çiyələklər qırmızı... Tərifinin verilməsi belə olduqca çətin olan bu rəngsiz dünyada qısa bir müddət də olsa, yaşamaq insana böyük bir sıxıntı verəcəkdir. Bir insanın xarici aləmlə əlaqə yaratmasından, yaddaşının işləməsində, beyninin öyrənmə vəzifəsini yerinə yetirməsində rəngin əhəmiyyəti çox böyükdür. Çünki insan, hadisələr və məkanlar, kəslər və obyektlər arasında ancaq xarici görünüşləri və rəngləri sayəsində sağlam bir əlaqə qurar. Yalnız səs və ya toxunma, cisimləri tanımaq üçün kifayət etməz. İnsan üçün xarici aləm ancaq rəngləriylə bir bütündür və bir məna ifadə edər.

Rənglərin müxtəlifliyinin bizə verdiyi fayda sadəcə ətrafımızı tanımaq üçün deyil. Təbiətdəki qüsursuz rəng ahəngi insan ruhuna böyük bir zövq verir. Ancaq burada diqqət yetirilməsi lazım olan bir məqam vardır: İnsanın bu ahəngi görə bilməsi və bütün təfərrüatlarından zövq alması üçün ona çox xüsusi dizayn olmuş gözlər verilmişdir. Canlılar aləmində rəngləri ən incə təfərrüatına qədər qavrayan ən funksional göz insan gözləridir. Belə ki, insan gözü milyonlarla rəngə qarşı həssasdır.1 Göründüyü kimi mükəmməl bir şəkildə çalışan insandakı göz mexanizmi, rəngli bir dünyanı görə bilmək üçün xüsusi olaraq dizayn edilmişdir. Bu səbəbdən ötrü dünyada və kainatda belə bir nizamın varlığını dərk edə biləcək tək varlıq ağıl sahibi olan insandır. Bütün bu məlumatların əsasında bu nəticə ortaya çıxır:

Yer üzündəki və göydəki hər incəlik, hər naxış, hər rəng insanın bu nizamı anlayıb dərk etməsi və bunun üzərində düşünməsi üçün yaradılmışdır. Təbiətdəki bütün rənglər insan ruhuna zövq verəcək şəkildə nizamlanmışdır. Həm canlılarda, həm də cansız dünyada qüsursuz bir simmetriya və rəng ahəngi hakimdir. Bu xüsusi vəziyyət qarşısında düşünən bir insanın ağlına olduqca əhəmiyyətli bəzi suallar gələcək.

Yer üzünü rəngli edən nədir? Dünyamıza fövqəladə gözəlllik verən rənglər necə əmələ gəlir? Yer üzündəki rəng müxtəlifliyi və rənglər arasındakı ahəngi dizayn edən kimdir? Bütün bunların təsadüflər zəncirinin əmələ gətirdiyi məqsədsiz dəyişikliklərlə meydana gəldiyi deyilə bilərmi? Əlbəttə ki, belə bir şeyi heç kim deyə bilməz. Nəzarətsiz təsadüflər milyonlarla rəngi deyil, heç bir şeyi meydana gətirə bilməzlər. Məsələn, bir kəpənəyin qanadlarını düşünün və ya hər biri bir sənət möcüzəsi olan rəngarəng çiçəkləri. Bunların şüursuz bir proses nəticəsində əmələ gəldiyini demək sağlam bir ağıl üçün, əlbəttə ki, mümkün deyil.

Bu həqiqəti belə bir misalla da asanlıqla görə bilərik. Bir insan təbiətdəki ağacları, çiçəkləri əks etdirən bir portret gördükdə bu portretdəki rəng ahənginin, nizamlı formaların, xüsusi strukturların təsadüfən meydana gəldiyini iddia etməz, hətta bunu ağlına belə gətirməz. Bu şəxsin qarşısına biri çıxsa və desə ki, “burada gördüyün rənglər küləyin təsiriylə aşdı, bir müddət sonra da yağışın və s. proseslərin təsirilə və aradan keçən uzun bir müddət nəticəsində ortaya belə bir rəsm çıxdı”. Bu iddia sahibinə inanılmayacağı qəti bir həqiqətdir. Burada olduqca maraqlı bir məqam vardır. Heç kim ağla sığmayan belə bir iddia etməyə çalışmaz, ancaq nədənsə, təbiətdə gördüyümüz qüsursuz rəng və simmetriyanın bu cür şüursuz bir proses nəticəsində meydana gəldiyi iddia edilir və hətta bu barədə təkamülçülər tərəfindən “təsadüf tezisləri“ də hazırlanır və müxtəlif işlər görülür. Bu mövzuda heç çəkinmədən əsassız iddialar irəli sürülür.

Görüldüyü kimi bu, açıq-aşkar korluqdur. Üstəlik bunun başa düşülməsi də olduqca çətindir. Bir az düşünməyə başlayıb bu korluqdan xilas olan şəxs isə dünyada olduqca möcüzəvi mühitdə yaşadığını başa düşəcəkdir. Və insan, həyatı üçün ən uyğun şərtlərə malik olan bu mühitin təsadüfən meydana gələ bilməyəcəyini də tamamilə dərk edəcəkdir. Düşünən insan, necə ki, bir portretin rəssamı olduğunu ilk baxdığı anda dərk edirsə, ətrafındakı rəngarəng, parlaq, simmetrik və olduqca estetik mühitin də bir Yaradıcısı olduğunu eyni şəkildə dərk edəcəkdir. Bu Yaradıcı yaratmada heç bir şəriki olmayan, hər şeyi bir-birilə ahəng içində yaradan, bizi milyonlarla rənglə bəzənmiş saysız-hesabsız gözəlliyin olduğu bu dünyaya yerləşdirən Allahdır. Allahın yaratmasında hər şey bir-biriylə tam bir uyğunluq içindədir. Allah, yaratma sənətindəki bənzərsizliyi Quran ayələrində belə xəbər verir:

We always see a world full of colour.

Her an böylesine renkli bir dünya görürüz

Renkler olmasa Dünya bu şekilde olurdu

Üstteki ve alttaki resimler karşılaştırıldığında, etrafımızda sürekli renkli bir dünya görmemizin ne kadar rahatlatıcı olduğu daha iyi anlaşılacaktır. Renkler insana dünyada Allah'ın verdiği en büyük nimetlerden biridir.

Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. (Mülk surəsi, 3-4)

Ağilli Dizayn Yəni Yaradiliş

Allahın yaratmaq üçün dizayn etməyə ehtiyacı yoxdur.

Kitabın bəzi yerlərində istifadə edilən 'dizayn' ifadəsinin doğru başa düşülməsi vacibdir. Allahın qüsursuz bir dizayn yaratmış olması, Rəbbimizin əvvəl plan qurduğu daha sonra yaratdığı mənasını verməz. Bilinməlidir ki, yerlərin və göylərin Rəbbi olan Allahın yaratmaq üçün hər hansı bir 'dizayn' etməyə ehtiyacı yoxdur. Allahın dizayn etməsi və yaratması eyni anda olur. Allah bu cür nöqsanlardan uzaqdır. Allahın, bir şeyin və ya bir işin olmasını istədikdə onun olması üçün yalnız: “Ol!” deməsi kifayətdir. Ayələrdə belə buyurulur:

Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar. (Yasin surəsi, 82)

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 117)

Dipnotlar

1. Bilim ve Teknik Dergisi, Mart 1985, s.23

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş: Rəngli Bir Dünya
  • Rəng Nədir? Necə Meydana Gəlir?
  • Rəngdəki Dizayn
  • Rəng Verən Molekullar Piqmentlər
  • Rənglərin Dili
  • Təkamülün Açiqlaya Bilmədiyi Bir Mövzu: Uyğunluq Ve Simmetriya
  • Nəticə