Heyvanlardakı Möcüzəvi Gözəlliklər 3/4

Təbiətdəki ən vəhşi canlılardan biri olan canavarlardan, yetkinlərin ortaq vəzifəsi balaları qorumaqdır. Bir canavar sürüsü bir erkək, bir dişi, yeni doğan balalar və bəzən də bir və ya iki gənc canavardan ibarət olar. Sürüdəki dişilər bir-birlərinə kömək edirlər. Bəzən sürüdəki dişilərdən biri körpə canavarlara baxmaq üçün gecə ərzində yuvada qalar. Bunun sayəsində balaların anası ovlanmağa gedə bilər.

kurt

O Allah ki, yaratandır, (en güzel bir biçimde) kusursuzca var edendir, 'şekil ve suret' verendir...
(Haşr Suresi, 24)

Canavarlar arasındakı bu köməkləşmə; canlılar arasındakı fədakarlığın dərəcəsini göstərir. Və canlıların eqoist olduğunu iddia edən təkamül nəzəriyyəsinin müdafiəçilərinə bir cavab xüsusiyyətindədir.

Ağcaqanad quşlarının qurduqları yuva, ancaq bir qolf topunun yarısı qədər böyüklükdədir. Yuvanın ən diqqət çəkici xüsusiyyəti balalar böyüdükcə bu yuvaların da avtomatik olaraq böyüməsidir. Çünki yuvanın materialı olan ağac qabıqları, yosun və ya bitki kökləri, olduqca möhkəm və elastik olan hörümçək torları ilə bir-birinə bağlanmışdır. Bir quşun yuva qurması üçün belə rahat bir material seçmiş olması, əlbəttə ki, üzərində düşünülməsi lazım olan bir mövzudur. Yer üzündəki bütün canlılar kimi Allahın ilhamı ilə hərəkət edən ağcaqanad quşları da olduqca ağıllı bir taktikayla balalarının rahatlığını təmin etmiş olarlar.

sinek kuşu

Göklerde, yerde, bu ikisinin arasında ve nemli toprağın altında olanların tümü O'nundur.
(Taha Suresi, 6)

Balalar, yumurtadan çıxdıqlarında kor və tüksüzdürlər. Ana quş, balaların hər şeyiylə maraqlanar. Belə ki, yuvadan uçduqlarında belə yenə də onları təqib edər və öz-özlərinə qidalana bilənə qədər nəzarəti altında saxlayar. Ağcaqanad quşuna olduqca ağıllı bir taktikayla elastik, genişlənə bilən yuva qurmağı və balalarına qarşı duyduğu məsuliyyət hissini ilham edən bütün canlıları qoruyub hifz edən Rəbbimizdir.

Bir adada kütləvi şəkildə yuvalar quran dəniz qaranquşlarının yumurtaları tam olaraq təhlükəsizlikdə deyil. Çünki ada qanadlı oğrular üçün asan çatıla bilən bir yerdir. Qonşularıyla yan-yana yuva qurmaları onlara havadan gələcək bir təhlükəyə qarşı qoruma imkanı verər. Bir yerdə hər kəsdən ayrı olaraq durmaq bütün diqqətin sizin üstünüzə cəmləşməsini təmin edər, lakin izdihamlı bir qrupun içində olmaq demək, tutulma ehtimalınızın daha az olması deməkdir. Quşlar bunu bilirmiş kimi hərəkət edərlər. Həmçinin qonşu quşlar hücumçunu geriyə qaytarmaq üçün də kömək edərlər. Allah hər bir canlını qoruyub hifz edəndir. (David Attenborough, Life of Birds, səh.221)

Albatroslar dəniz quşlarının ən böyüyüdür. Qanadlarının genişliyi digər quşlar arasında ən geniş ölçü olan 3,5 metrə çatır. Bu quşların bir xüsusiyyəti də yumurtalarını və balalarını qoruya bilmək üçün olduqca ehtiyyatlı yuvalar qurmalarıdır. Çoxalma vaxtlarında koloniyalar halında toplanırlar. Dişilər gəlmədən həftələrlə əvvəl, erkəklər gəlib burada əvvəlcədən qurulmuş olan yuvaları təmir edirlər.

Albatroslar, etinayla hazırlanan yuva içərisindəki yumurtaların üstündə təxminən 50 gün ərzində heç tərpənmədən oturarlar. Bir çox canlı növü kimi albatroslar da balaları üçün çox böyük fədakarlıqlar edirlər. Bu canlılara balalarının rahatlığını düşünməyi, onları qidalandırmalarının, qorumalarının lazım olduğunu öyrədən Uca Allahdır. Allah yaratdığı hər canlını qoruyub hifz edəndir.

albatros

Göğün boşluğunda boyun eğdirilmiş (musahhar kılınmış) kuşları görmüyorlar mı? Onları (böyle boşlukta) Allah'tan başkası tutmuyor. Şüphesiz, iman eden bir topluluk için bunda ayetler vardır.
(Nahl Suresi, 79)

İnkişaf etməkdə olan bir cücənin ehtiyac duyduğu qida və su yumurtada mövcuddur. Yumurtanın sarısı, zülal, yağ, vitamin və mineralları öz tərkibində saxlayır, ağı da bir su anbarı funksiyasını görür. Həmçinin cücənin oksigen almağa və karbon qazını havaya buraxmağa, bir istilik mənbəyinə, sümüklərinin inkişafı üçün kalsiuma, suyunun qorunmasına, bakteriyaların bulaşmasının qarşısını alacaq və mexaniki zərbələrə qarşı qoruyacaq bir sistemə ehtiyacı vardır. Bütün bu ehtiyacları da yumurtanın qabığı ödəyir.

Cücə, qabıq pərdələrinin daxili səthində olan bol damarlı bir təbəqə vasitəsilə oksigen alar və karbon qazını buraxar. Qaz alıb-buraxma, yetkin heyvanlarda olduğu kimi ağciyərlərlə deyil, qabıqdakı kiçik məsamələr vasitəsiylə baş verər.

Bir yumurta qabığının, qaz, su və istilik əməliyyatını tənzimləməsi lazım olduğu kimi, möhkəm olması da lazımdır. Qabıq, inkişaf etməkdə olan cücələri xarici zərbələrə qarşı qoruyacaq və kürt yatan ananın ağırlığına tab gətirə biləcək qədər dözümlü olmalıdır.

civciv

Hamd, göklerde ve yerde olanların tümü Kendisi'ne ait olan Allah'ındır;
ahirette de hamd O'nundur. O, hüküm ve hikmet sahibidir, haber alandır.
(Sebe Suresi, 1)

Bütün bu xüsusiyyətlər yumurtada əskiksiz olaraq mövcuddur. Göydən yerə qədər olan hər işi nəzarəti altında saxlayan Allah qüsursuz yaratmasını bu kimi nümunələrlə bizə təqdim edir.

Ördək kimi su quşları havanı bədənlərinin içində daşıyarlar. Bu, suyun üstündə qalmalarını təmin edən səbəblərdən biridir. Ördəklərin bədənində kiçik şarlara bənzəyən hava kisələri vardır. Bu kisələr havayla dolduqlarında ördəyin suyun səthində qala bilməsinə kömək edərlər.

Ördək suya daxil olmaq istədikdə isə hava kisələrindəki havanı çölə nasoslayar. Bədəninin içində daha az hava qaldığı üçün asanlıqla suyun içinə batar.

Ördəklər saatda 50 km-dən yuxarı sürətlə uça bilərlər. Həmçinin yırtıcı heyvanlara yem olmamaq üçün də uçarlarkən daima istiqamətlərini dəyişdirərlər. Suya daxil olmaları lazım gəldikdə isə, bunu o qədər sürətli bir şəkildə edərlər ki, ovçular üçün çox çətin bir hədəf olarlar. (National Geographic, Noyabr 1984, səh.581)

ördek

Allah, her canlıyı sudan yarattı. İşte bunlardan kimi karnı üzerinde yürümekte, kimi iki ayağı üzerinde yürümekte, kimi de dört (ayağı) üzerinde yürümektedir.
Allah, dilediğini yaratır. Hiç şüphesiz Allah, herşeye güç yetirendir.
(Nur Suresi, 45)

Su quşlarından olan qaqarların balaları su üstündə olarkən, analarının kürəyində gəzərlər. Ana quş balalarının düşmələrinin qarşısını almaq üçün qanadlarını yüngül şəkildə yana tərəf açar və balalarını başını yana tərəf uzadaraq qidalandırar. Ana və ya ata ilk növbədə ya suyun səthindən yığdıqları ya da sinələrindən qopardıqları tükləri balalarına yedirərlər. Hər bala olduqca çox miqdarda tük udur. Bunlar çətin həzm olunur, ancaq yenə də balalar üçün çox qiymətlidir. Necə ki, bu ilk nemət əslində bir yemək deyil.

Balaların yedikləri bu tüklər həzm olunmur və balanın mədəsində toplanır. Qaqarların bu maraqlı davranışlarının çox əhəmiyyətli bir səbəbi vardır. Balıqların qılçıqları və ya digər qidaların həzm olunmayan hissələri də burada toplanar və beləcə bu maddələrin balanın mədəsinin və ya bağırsaqlarının həssas divarlarını zədələməsinin qarşısı alınmış olar.

Quşların bu tük yemə vərdişləri ömürləri boyunca davam edəcək. (David Attenborough, Life of Birds, səh. 256) Balaların həyatda qala bilməsi üçün bu tədbir çox əhəmiyyətlidir.

Qaqarlar da daxil olmaqla, təbiətdəki hər canlı, sahib olduqları xüsusiyyətləriylə bizlərə bir Yaradıcının varlığını sübut edir. Hər şeyə gücü çatan O üstün və sonsuz güc sahibi Yaradıcı, Allahdır. Hər canlı özünü yaradan Allahın təqdir etdiyi şəkildə hərəkət edər.

Məşhur bioloq prof. Cefriy P. Sklos heyvanların fədakar davranışlarının darvinizmlə olan ziddiyyətindən belə bəhs edir:

“Təbii seleksiya, anlayışına görə çoxalma müvəffəqiyyətini və qohum olma xüsusiyyətlərini yox edər. Qohumluq əlaqələri bəzən birinin xeyri naminə, digərinin zərər görməsindən ibarətdir. Bioloji fədakarlığa, genetik olaraq başqalarının xeyri naminə öz-özünü məhv etmə davranışı kimi tərif verilir və darvinizm ilə əsla izah oluna bilməz”. (William Dembski, Mere Creation, Science, Faith & Intelligent Design, InterVarsity Press, USA, 1998, səh. 238; [Wilson 1975, 578])

Durna quşlarının balaları çox yaxşı bir üzgüçüdürlər, belə ki, yumurtadan çıxdıqdan bir neçə saat sonra yuvadan ayrılıb valideynlərini izləyə bilərlər. Balalar və valideynləri arasında bir növ ünsiyyət səsi vardır. Yetkinlərin səsi yumşaq mırıltılı olduğu halda, balaların səsi yüksək tondadır. Balalar təhlükəylə ya da bir çətinliklə üzləşdikləri vaxt, yüksək və daha incə bir səs çıxararlar, valideynlər də bunlara dərhal reaksiya verərlər.

turna

Görmedin mi ki, göklerde ve yerde olanlar ve dizi dizi uçan kuşlar, gerçekten Allah'ı tesbih etmektedir. Her biri, kendi duasını ve tesbihini şüphesiz bilmiştir...
(Nur Suresi, 41)

Çoxalma mövsümündə valideynlər quruda olar, balalarını böyüdəcəkləri yeri hər ikisi də qoruyarlar. Dişi yumurtaları qoyduqda hər iki valideyn də gün ərzində növbə ilə kürt yatarlar, amma kürt dövrünün sonuna doğru bu dəyişmə daha tez baş verər. Beləcə hər iki quş da qidalanıb, hərəkət edə bilər.

Yumurtadan çıxma vaxtı, balaların qidalana biləcəkləri böcəklərin ortaya çıxma vaxtıyla eynidir. Bu planlaşdırma durnalar üçün çox vacibdir, çünki qış gəlmədən əvvəl köç etməlidirlər. Bunun üçünsə balaların böyüyüb inkişaf etməsi və güclənməsi şərtdir.

Durnaların həyatındakı bunlara bənzər bütün təfərrüatlar üstün güc sahibi olan bir yaradıcının, yəni Allahın əsəridir.

Qu quşu balaları yumurtadan çıxdıqlarında çox çirkindir. Qəhvəyi ya da açıq saman rəngindədirlər. Qısa boyunlu və sıx tüklərlə örtülü vəziyyətdə yumurtadan çıxan balalar bir neçə saat ərzində qaça biləcək və üzə biləcək vəziyyətə gəlirlər. Ana və ataları balalarına bir neçə ay ərzində diqqətlə baxarlar. Nəhayət kiçik bala möhtəşəm görünüşlü bir qu quşuna çevrilər.

Qu quşlarının Trumpeter növü, inkişaf etməkdə olan yumurtalarının isti qalmalarını təmin etmək üçün, yumurtaların üstünə oturarlar. Yalnız vaxtaşırı ayağa qalxaraq yumurtaları çevirərlər. Beləcə temperaturun hər yerə bərabər paylanmasını təmin etmiş olarlar. Şübhəsiz ki, yumurtalarının necə bir qulluğa ehtiyacları olacağını qu quşlarına ilham edən Allahdır. (Nat. Geo. Society, How Animals Care for Their Babies, səh.6)

kuğu

... Karada ve denizde olanların tümünü O bilir, O, bilmeksizin bir yaprak dahi düşmez..
(Enam Suresi, 59)

Çox yaxşı bir dalğıc qarabatdaqlar vaxtlarını əsasən dənizlərdə keçirər, sahillərdə və ya adalarda koloniyalar halında çoxalarlar. Koloniyadakı yuvalar dəniz yosunları və palçıqdan hazırlanmışdır. Şimal yarımkürəsində yaşayan qarabatdaqlar bir, cənub yarımkürəsində yaşayanlar iki ədəd yumurta doğarlar. İki aylıq olduqlarında böyükləri tərəfindən tək başına qoyulan balalar ov tapmağa çıxar və əksərən yuvalarından çıxdıqlarında dərhal uçmağa başlayarlar. (Temel Britannica Ansiklopedisi, Cild 6, səh. 204)

Tailand meşələrində yaşayan bala leyləklər olduqca diqqət çəkici bir üsulla istidən qorunurlar. Ana və ataları dimdiklərində gətirdikləri suyu hələ tükləri çıxmamış balalarının üstünə tökərlər. Bu soyuq duş balaları bir qədər rahatlaşdırar, ama bu kifayət etməz. Balaların kölgəyə də ehtiyacları var.

Bu ehtiyaclarını isə yenə fədakar ana və ataları ödəyər. Qanadlarını açıb qızmar günəşə özlərini sipər edərək balalarını istidən qoruyarlar.

Leyləklər, balalarına göstərdikləri diqqət, bağlılıq və fədakarlıqla yer üzünün nümunəvi ana atalarından biridir. Təbiəti araşdırdıqca, həmişə eyni həqiqətlə qarşılaşırıq: Bütün canlıları Allah yaratmışdır və hər canlı, sahib olduğu mükəmməl xüsusiyyətlərlə yaradılışın bir dəlilidir. Bütün bu möhtəşəm yaradılışın sahibi, göylərin, yerin və ikisi arasında olan hər şeyin Rəbbi olan Uca Allahdır. Ağıl sahibi insanlara düşən isə, Allahın yaratması üzərində düşünmək və Rəbbimizi tərifləyib ucaltmaqdır.

leylek

Onlar, üstlerinde dizi dizi kanat açıp kapayarak uçan kuşları görmüyorlar mı? Onları Rahman (olan Allah')tan başkası (boşlukta) tutmuyor. Şüphesiz O, herşeyi hakkıyla görendir.
(Mülk Suresi, 19)

Afrika qitəsindəki istilik bəzən canlılar üçün öldürücü təsirə sahib ola bilər. Bu səbəblə də, bir çox canlı bu öldürücü şüalardan qorunmaq üçün özünə kölgəlik məkanlar axtarar. Cənubi Afrika dəvəquşusu isə özündən çox yumurtalarını və balalarını düşünərək onları günəş şüasından qoruyar. Bunun üçün onların üstündə oturar və tez-tez geniş qanadlarını açaraq günəş şüasının yumurtalarına və balalarına düşməsinin qarşısını alar. Ancaq diqqət yetirilsə, bu heyvan “öz bədənini” günəş şüalarının təsirinə məruz qoyur. Bu fədakarcasına davranışın səbəbi dəvəquşunun da digər bütün canlılar kimi Allahın ilhamı ilə hərəkət etməsidir. Dəvəquşu Allahın qoruma və şəfqət duyğularını ilham etdiyi canlılardan sadəcə biridir:

Yoxsa onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqdır. (Ali İmran surəsi, 83)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Heyvanlardakı Möcüzəvi Gözəlliklər 1/4
  • Giriş
  • Heyvanlardakı Möcüzəvi Gözəlliklər 2/4
  • Heyvanlardakı Möcüzəvi Gözəlliklər 3/4
  • Hayvanlardaki Mucizevi Güzellikler 4/4