Heyvanlardakı Möcüzəvi Gözəlliklər 2/4

Ayı balaları qışın ortasında, anaları qış yuxusunda olarkən, kor və tüksüz olaraq doğulurlar. Dələ böyüklüyündəki bala ayı yalnız süd əməcəyi yerə dırmaşacaq qədər güclüdür. Dişi qəhvəyi ayının südü yağ və kalori baxımından çox zəngindir, buna görə də bala qış ərzində sürətlə böyüyər. Ana ayı yazda oyandıqda bala onu yuvadan kənarda izləyəcək qədər güclənmişdir. Olduqca hərəkətli olan ayı balaları yuvadan kənarda çox müdafiəsizdirlər. Bir il ərzində onları bütün təhlükələrdən qoruyan analarının yanında qalaraq özlərinə baxmağı öyrənirlər. Bu müddət ərzində daima qidalandıqları üçün sürətlə böyüyərlər və daima oyunlar oynayarlar. Analarının üstünə dırmaşmağa çalışar, digər qardaşlarıyla daima boğuşarlar. Ayı da digər bütün valideyn heyvanlar kimi balasının təhlükədə olduğunu düşünsə düşmənlərinə qarşı çox vəhşi ola bilər. Ana ayı üç il ərzində balalarıyla heç bezmədən maraqlanır, onların həyatını qoruyur. (http://www.nationalgeographic.com/kids/creature_feature/0010/brownbears2.html)

ayı

Geceleyin ve gündüzün barınan herşey O'nundur. O, işitendir, bilendir.
(Enam Suresi, 13)

Suitlərinin yaşadığı bölgələrdə havanın temperaturu yaz aylarında belə ən çox -5 dərəcədir. Ancaq bu suitlərinə heç bir təsir etmir. Çünki, xəz və bədənlərində ehtiyatda saxladıqları yağlar üşümələrinin qarşısını alır. Suitləri sıx sürülər halında yaşayarlar.

Bu sıx sürünün içində ana suiti öz balasını necə tanıya bilir? Digər bir çox canlı kimi ana suiti də, doğumdan sonra balasını iyləyər və ona toxunar. Bu sayədə balasının iyini tanıyar və onu başqa balalarla əsla qarışdırmaz.

Balalar körpə yağı adlanan bir yağla örtülü olaraq doğularlar. Kiçik bədənləri bu yağ sayəsində daima isti qalar. Məməlilərdən çox azının balaları suiti balaları qədər sürətli böyüyər. Üç həftə ərzində balanın çəkisi, bədən ağırlığının üç hətta dörd mislinə çıxar. Çünki suitlərinin südü ən yaxşı inək südündən on iki dəfə daha yağlıdır və dörd qat daha çox zülallıdır. Bu, balanın çox sürətlə böyüməsini təmin edər. Ana suitinin xüsusi tərkibli südü körpə suitinin bədənində dərhal qoruyucu-yağlı bir təbəqəyə çevrilər.

fok balığı

Bilmez misin ki, gerçekten göklerin ve yerin mülkü Allah'ındır. Sizin Allah'tan başka veliniz ve yardımcınız yoktur.
(Bakara Suresi, 107)

Olduqca aciz olan və özünü qoruması mümkün olmayan suiti balalarının hər cür ehtiyacları anaları tərəfindən ödənir.

Allah yaratdığı hər varlığa ən gözəl şəkildə ruzi verən, hər cür ehtiyaclarını əskiksiz olaraq yaradandır:

Neçə-neçə canlılar vardır ki, ruzisini öz yanında daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir. (Ənkəbut surəsi, 60)

Qütb ayılarının dərilərinin altındakı 10 sm-lik yağ təbəqəsi istilik izolyasiyası təmin edər. Beləcə buzlu sularda saatda 10-11 km. sürətlə, 2000 km. məsafəyə qədər üzərək gedə bilərlər. Bununla yanaşı ağ qütb ayılarının iybilmə duyğuları elə güclüdür ki, 1,5 m. qalınlığındakı qar təbəqəsinin altında gizlənən bir suiti balığının qoxusunu belə asanlıqla hiss edə bilərlər. (Bilim ve Teknik Dergisi, Sayı: 211, İyun 1985, səh.25)

Qütb ayılarının balaları əsasən qış ortasında doğulurlar. Tüksüz doğulan bu kor balalar çox kiçikdir. Qışın soyuğunda yaşaya bilmələri üçün bir yuva lazımdır. Dişi qütb ayıları yalnız hamilə olduqlarında ya da balaları olduğunda yuva qurarlar. Qar kütlələrinin altındakı yuvalar 2 metr uzunluğundakı bir tunellə təxminən yarım metr diametrindəki yumru bir sahədən ibarətdir.

Bu yuvaların əsasən birdən çox otağı vardır və qütb ayıları bu otaqları yuvanın girişindən daha yüksək səviyyədə hazırlayarlar. Beləcə otaqlardaki isti havanın girişdən çölə çıxmasının qarşısı alınmış olar. Həmçinin qütb ayısı yuvanın girişində həmişə hava girəcək qədər dar bir kanalı açıq vəziyyətdə qoyar. (Thor Larsen, Polar Bear:Lonely Nomad of the North, National Geographic, Aprel 1971, səh.574)

Ana ayı yaşadığı yerin tavanını bəzən 75 sm-dən başlamaqla 2 metrə qədər çatan bir qalınlıqda inşa edər. Bu xüsusi dizayn sayəsində yuvadakı mövcud istilik qorunmuş olar. (İnternational Wildlife, Noyabr-Dekabr 94, səh.15)

kutup ayısı

Göklerde ve yerde ne varsa O'nundur, itaat-kulluk da (din de) sürekli olarak O'nundur. Böyleyken Allah'tan başkasından mı korkup-sakınıyorsunuz?
(Nahl Suresi, 52)

Tədqiqatçılar bu yuvalardan birinin tavanına bir cihaz yerləşdirərək temperaturu ölçmüş və xeyli maraqlı bir vəziyyətlə qarşılaşmışdırlar. Çöldəki temperatur -30 dərəcəyə qədər endiyi halda, yuva daxilindəki temperatur 2 ya da 3 dərəcədən aşağı heç düşməmişdir.

Qütb ayısının belə bir yuva qurmağı və yuvadakı temperaturu sabit saxlamaq üçün müxtəlif tədbirlər görməyi özbaşına düşünməsi, əlbəttə ki, qeyri-mümkündür. Bütün bunları qütb ayısına öyrədən hər şeyi bilən üstün güc sahibi Allahdır. Quranda, Allahın canlılar üzərindəki hakimiyyəti belə bildirilir:

Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona təzim edir. (Rum surəsi, 26)

Ana pinqvin yumurtladıqdan qısa bir müddət sonra qış gələr. Bununla da ana pinqvinlər, yumurtaları erkək pinqvinlərə təhvil verərək qida axtarmaq üçün dənizə qayıdarlar. Ata pinqvin yumurtanı donmaqdan qorumaq üçün ayaqlarının üstündə daşıyar. Qalın tükləri yumurtanı soyuqdan qoruyacaqdır.

Bu çox çətin bir dövrdür. Çünki erkək pinqvinlər yerlərindən tərpənmədikləri üçün qidalana bilməz.

Yaz aylarında kiçik pinqvin balaları dünyaya gəlir. Onları soyuqdan qoruyacaq yağ təbəqələri hələ də meydana gəlmədiyi üçün hələlik atalarının ayaqlarının üstündədirlər. Balanın ilk qidası, atasının onun üçün qursağında saxladığı süddür. Ata pinqvin dörd ay ərzində ac qaldığı halda heyrətamiz bir fədakarlıq etmiş, qursağındakı qidanı yeməyərək balası üçün saxlamışdır. Tam bu dövrdə ana pinqvinlər açıq dənizdən sahilə qayıdarlar. Onlar da bu dörd ay ərzində boş durmamış, daima ovlanaraq yumurtadan çıxacaq bala üçün qursaqlarında qida toplamışdırlar. Ana pinqvinlər gələn kimi, dörd aydır ac qalan ata pinqvinlər ovlanmaq üçün dənizə qayıdarlar.

penguen

Allah dedi ki: "İki İlah edinmeyin:
O, ancak tek bir İlah'tır. Öyleyse Ben'den, yalnızca Ben'den korkun."
(Nahl Suresi, 51)

Təkamül nəzəriyyəsini müdafiə edənlər, bir pinqvinin dörd ay ərzində balası üçün aclığa və soyuğa dözməsini heç bir şəkildə izah edə bilməzlər. Bu canlılara belə böyük bir fədakarlığı etdirən kimdir? Ayaqlarının üstündə 4 ay ərzində balasını daşıyan kimdir? Üstəlik bütün pinqvinlərin eyni fədakarlığı göstərməsini onlara ilham edən kimdir? Bu sualların tək bir cavabı vardır. Pinqvinləri Allah yaratmışdır. Balaları üçün etdikləri bənzərsiz fədakarlıqları bütün pinqvinlərə Allah öyrədir.

Müşk öküzləri Alyaska, Kanadanın şimalı və Qrenlandiya adasında yaşayarlar. Dişilər hər mayda bir bala doğarlar və bala doğumdan bir saat sonra ayağa qalxıb anasını izləməyə başlaya bilər.

Müşk öküzləri bir düşmənlə qarşılaşdıqlarında üzlərini düşmənə tərəf çevirərlər və bir dairə meydana gətirərək balaları bu dairənin içinə alarlar. Hər biri 350-400 kq ağırlığındakı yetkin müşk öküzləri çiyin-çiyinə verərək balalarıyla düşmənləri arasında sanki bir sipər meydana gətirərlər. Bu, balalar üçün qəti bir qorumadır. Dairəni meydana gətirən fərdlərin hər biri düşmənə hücum edib geri qayıdarlar və dairənin pozulmaması üçün çalışarlar. Təbiətin yalnız mərhəmətsizliklərlə, təcavüzkarlıqla dolu olduğunu iddia edən təkamül nəzəriyyəsi, müşk öküzlərinin göstərdikləri bu fədakarcasına davranışı izah edə bilməz. Bu olduqca fədakar davranışın tək izahı var: Bütün canlılara bu kimi fədakar davranışları, bənzərsiz qoruma üsullarını ilham edən hər şeyin sahibi olan, üstün güc sahibi Rəbbimiz Allahdır.

misk öküzü

Görmüyorlar mı; gökleri ve yeri yaratan Allah, onların benzerini yaratmaya gücü yeter ve onlar için kendisinde şüphe olmayan bir süre (ecel) kılmıştır. Zulmedenler ise ancak inkarda ayak direttiler.
(İsra Suresi, 99)

Yeni doğulmuş bir kenquru balası ilk vaxtlarda bir paxla dənəsindən daha böyük deyil və ayaqları yeni inkişaf etməyə başlamışdır. Həmçinin kenquru balaları ilk doğulduqlarında kordurlar. Çünki məməli balalarının hamısının ana bətnində keçirdikləri bir dövrdə dünyaya gələn balalar tam olaraq inkişaf etməmişdir. Bu səbəblə də bala kenqurular üçün analarının bədənində hazırlanmış olan tüklü kisə çox əhəmiyyətli bir qorunma yeridir. Bu kisə bala böyüdükcə genişlənəcəkdir. Kisənin girişində balanın kisədən çölə tullanmasının qarşısını alan xüsusi əzələlər vardır; bu əzələlər, ana kenquru suya girdiyi vaxt da içəriyə suyun dolmasının qarşısını alır. (Creation, vol.20, n.3, İyun-Avqust 1998, səh. 29)

Kenquruların südü də balaların tam ehtiyacı olan xüsusiyyətlərdədir. Balanın böyüməsiylə birlikdə südün içindəki maddələr də dəyişir. Südün tərkibindəki yağ və digər birləşmələr də balanın böyüməsinə paralel olaraq vaxt keçdikcə dəyişir.

kanguru

Sizin yaratılışınızda ve türetip-yaydığı canlılarda kesin bilgiyle inanan bir kavim için ayetler vardır.
(Casiye Suresi, 4)

İlk bala bu qidalandırıcı südü əmməyə davam edərkən dərhal sonra doğan ikinci balaya, asan həzm olunan süd verilməyə başlanır. Üçüncü bala dünyaya gəldiyində isə, fərqli xüsusiyyətdə hazırlanan südlərin sayı üçə çıxar. Hər bala özü üçün hazırlanan südü asanlıqla tapar, heç qarışıqlıq olmaz. Bu qidalanma sisteminin xüsusi bir yaradılışın əsəri olduğu çox aydındır. Ana kenqurunun bu işi şüurlu surətdə tənzimləmə imkanı yoxdur.

Bir heyvan, necə ola bilər ki, fərqli böyüklüklərdəki balaların ehtiyacı olan südlərin tərkibini bilər? Bilsə belə, bunu necə öz bədənində hazırlaya bilər? Bu üç ayrı südü, üç ayrı kanaldan necə verə bilər?

Şübhəsiz ki, kenquru bunların heç birini özü etmir; onun, bədənindən çıxan südün üç ayrı növü olduğundan xəbəri belə yoxdur. Bu, fövqəladə əməliyyat, kenqurunun yaradılışındakı ehtişamdan qaynaqlanır:

...Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoya bilər. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır. (Fatir surəsi, 11)

Yenot balaları altı aylıq olduqlarında quru ağaclarda qurulmuş olan yuvalarından analarıyla birlikdə kəşfiyyata çıxarlar. Analarından aldıqları təlimatlarla hərəkət edərək, vaxt ərzində bacarıqlı bir ovçu olarlar.

Allahın ilhamıyla hərəkət edən ana yenot daima balasına qoruyub hifz edir. Allah, digər bütün canlılar kimi yenotları da qoruyur.

Maral balaları digər bir çox canlının balalarına nisbətən gücsüzdür. Doğumdan sonra dərhal ayağa qalxa bilər, ancaq xeyli vaxt sonra yeriyə bilərlər. Bəs bu canlılar düşmənlərindən necə qorunurlar?

ceylan

Göklerde ve yerde ne varsa Allah'ındır. Vekil olarak Allah yeter.
(Nisa Suresi, 132)

Gizlənmə, anası kimi sürətlə qaça bilənə qədər bala maralların ən yaxşı müdafiə üsuludur. Bədənlərinin rəngi və naxışları sayəsində olduqları mühitdə sanki görünməz hala gəlirlər. Ana maral, meşəlik yerin kolluqları içində xallı bala maralı gizlədər. Bala maralın qırmızımtıl-qəhvəyi rəngdəki xəzinin üzərindəki ağ xallar günəş işığıyla qarışar; həmçinin anası uzaqda olduqda bala maral yerə uzanaraq hərəkətsiz halda gözləyər. Ana maral da əsasən balaya yaxın yerlərdədir, lakin diqqəti balanın üstünə çəkməmək üçün qısamüddətli ziyarətlər istisna olmaqla yanına çox yaxınlaşmaz. (Russell Freedman, How Animals Defend Their Young, səh.47-48)

Bala maral gizlənərək qorunmasının lazım olduğunu haradan bilir? Dərisinin rəngnin, olduğu yerdəki otlarla uyğun rəngdə olduğunu və hərəkətsiz qaldığında düşmənlərinin özünü görə bilməyəcəyini haradan bilir?

Əlbəttə ki, balanın bunları öz-özlüyündə bilməsinə imkan yoxdur. Bunları ona, hər canlını qoruyan, hamısının ehtiyaclarını bilən Uca Allah ilham edir:

Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. O, Ucadır, Uludur. (Şura surəsi, 4)

Dağ keçilərinin balaları doğulduqdan qısa bir müddət sonra analarıyla birlikdə hərəkət etmək məcburiyyətindədirlər. Əks təqdirdə müdafiəsiz qalırlar. Hər şeyi qüsursuz yaradan Allah dağ keçilərinin balalarına da ehtiyacları olan bütün xüsusiyyətləri vermişdir.

Keçi balaları doğulduqlarında həm görə, həm də eşidə bilirlər. Həmçinin onları soyuqdan qoruyacaq olan tükləri də kifayət qədər uzundur. Bunlar, doğular-doğulmaz analarıyla birlikdə dik yamaclarda hərəkət etməyə başlayan dağ keçisi balaları üçün çox əhəmiyyətli xüsusiyyətlərdir. (National Geographic Society, How Animals Care for Their Babies, səh.8)

manzara

Ve hayvanları da yarattı; sizin için onlarda ısınma ve yararlar vardır ve onlardan yemektesiniz.
(Nahl Suresi, 5)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Heyvanlardakı Möcüzəvi Gözəlliklər 1/4
  • Giriş
  • Heyvanlardakı Möcüzəvi Gözəlliklər 2/4
  • Heyvanlardakı Möcüzəvi Gözəlliklər 3/4
  • Hayvanlardaki Mucizevi Güzellikler 4/4