Heyvanlardakı Möcüzəvi Gözəlliklər 1/4

Pişik balaları doğulduqlarında kor və olduqca müdafiəsizdirlər. Təxminən 100 qr ağırlığındakı bu kiçik balalara baxa bilmək üçün ana pişik çox az yatar. Daima balalarının isti qalmaları və acdıqlarında hər an süd əmə bilmələri üçün, onların qarnına yaxın yerlərdə dayanmalarını təmin etməyə çalışar. İlk həftə gözləri bağlı olmasına baxmayaraq, balalar süd içəcəkləri yeri tapmaqda heç bir çətinlik çəkməzlər. Doqquz gün sonra balaların gözləri açılar. Ananın südü balaların böyüməsi üçün tam lazım olan tərkibdədir. Hər cür qida baxımından zəngindir, həmçinin balanı xəstəliklərdən qoruyan bəzi xüsusi kimyəvi maddələr də bu süddə vardır.

kediler

Bala pişiklər təxminən səkkiz həftə sonra özlərinə baxacaq vəziyyətə gəlirlər. Ancaq bu müddət keçənə qədər anaları böyük bir qayğı ilə balalarıyla maraqlanır. Onları daha etibarlı gördüyü yerlərə diqqətlə daşıyır.

kedilerle oynayan çocuk

Şüphesiz, senin Rabbin, insanlara karşı büyük lütuf (fazl) sahibidir, ancak insanların çoğu şükretmiyorlar.
(Neml Suresi, 73)

Ağlı və şüuru olmayan bu canlıların balalarına olan vurğunluqları ağıl və vicdan sahibi hər insanı düşünməyə sövq edəcək. Bu davranışlar ancaq bütün canlıların hakimi olan Allahın ilham etməsiylə baş verə bilər:

Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır). (Hud surəsi, 6)

Təbiətdəki Fədakarlıq Nümunələri Darvinizmi Yalanlayır

Təkamül nəzəriyyəsi “təbiətin güclü bir mübarizə meydanı olduğunu” iddia edir və bunu insanlara təlqin etməyə çalışır. Əslində təbiətin yalnız bir mübarizə meydanı olduğu yalanı, təkamül nəzəriyyəsinin ilk ortaya atıldığı dövrə aid bir yanılmadır. Nəzəriyyənin banisi Darvinin irəli sürdüyü təbii seleksiya mexanizmi, yaşadıqları coğrafi mövqenin təbii şərtlərinə uyğun quruluşda və güclü olan canlıların həyatlarını və nəsillərini davam etdirə biləcəklərini, uyğun quruluşda olmayan və daha gücsüz olanların isə yox olacaqlarını nəzərdə tutur. Darvinizmin mənimsədiyi təbii seleksiya mexanizminə görə təbiət, canlıların bir-birləriylə “həyat” üçün var gücü ilə mübarizə apardıqları, zəiflərin güclülər tərəfindən yox edildiyi bir yerdir.

Buna görə də, bu iddiaya əsasən hər canlı həyatını davam etdirə bilmək üçün güclü olmalı, digərlərinə hər mövzuda qalib gəlməli və var gücü ilə mübarizə aparmalıdır. Belə bir şəraitdə isə fədakarlıq, sədaqət, əməkdaşlıq kimi anlayışlara yer yoxdur, çünki bunların hər biri canlının əleyhinə çevrilə bilər. Buna görə də hər canlı mümkün olduğu qədər eqoist olmalı və yalnız öz yeməyini, öz yuvasını, öz müdafiəsini, öz təhlükəsizliyini düşünməlidir.

Bəs həqiqətən də təbiət hər canlının yalnız bir-biriylə var gücü ilə mübarizə apardığı, hər kəsin bir-birini yox etmək, aradan götürmək üçün səy göstərdiyi, olduqca eqoist və vəhşi fərdlərdən ibarət olan bir mühit vardırmı?

Xeyr. Bu mövzuda indiyə qədər aparılan müşahidələr təkamülçülərin iddialarını təkzib etmişdir. Təbiət, təkamülçülərin iddia etdiyi kimi yalnız döyüşün hakim olduğu bir yer deyil. Əksinə təbiət, çox vaxt həm ölümü gözə alan, həm də öz zərərinə olsa belə sürü üçün göstərilən fədakarlıqların, bunun qarşılığında heç bir mənfəət əldə etməyən canlıların və ağıllı əməkdaşlıqlarının çoxsaylı nümunələriylə doludur. Özü də bir təkamülçü olmasına baxmayaraq, prof. Camal İldırım, Təkamül Qaydası və Fanatizm adlı kitabında, Darvin və onun dövründəki digər təkamülçülərin niyə təbiətin yalnız bir döyüş yeri olduğunu zənn etdiklərini belə izah etmişdir:

19-cu əsrdə elm adamları vaxtlarını əksərən iş otaqlarında və ya laboratoriyada keçirdikləri, təbiəti bilavasitə tanımaq yolunu seçmədikləri üçün canlıların tamamilə döyüşün içində olduğu tezisinə asanlıqla inanmışdırlar. Haksli kimi görkəmli elm adamı belə özünü bu yanılmadan xilas edə bilməmişdir. (Camal İldırım, Təkamül Qaydası və Fanatizm, səh. 49)

Təkamülçü Piter Kropotkin isə heyvanlar arasındakı həmrəyliyi mövzu olaraq götürdüyü Mutual Aid: A Factor in Evolution adlı kitabında Darvin və tərəfdarlarının düşdükləri yanılmanı belə dilə gətirir:

Darvin və onun davamçıları, təbiəti canlıların daim bir-birləriylə döyüşdükləri bir yer kimi tanıtdılar. Haksliyə görə heyvanlar aləmi qladiatorların şousuna bənzəyirdi. Heyvanlar bir-birləriylə döyüşür, ən sürətli və ən hiyləgər olanı ertəsi gün döyüşə bilmək üçün həyatda qalırdı. Ancaq ilk baxışda, Hakslinin təbiətə olan dünyagörüşünün elmi əsası olmadığı aydın olur... (Peter Kropotkin, Mutual Aid: A Factor of Evolution, 1902, I Hissə, (http://www.etext.org/Politics/Spunk/library/writers / kropotki/sp001503/index.html)

köpekler

Allah, herşeyin yaratıcısıdır. O, herşey üzerinde vekildir.
(Zümer Suresi, 62)

Təbiətdə həqiqətən də bir mübarizə, qarşıdurma vardır. Amma bununla yanaşı “fədakarlıq” da vardır. Və bu fədakarlıq, darvinist nəzəriyyənin təməli olan “təbii seleksiya” anlayışının əsassız olduğunu göstərir. Təbii seleksiya canlılara heç bir yeni xüsusiyyət əlavə edə bilməz, mövcud olan xüsusiyyətləri dəyişdirib yeni bir növ meydana gətirə bilməz. Bu həqiqətlər təkamülçüləri çarəsiz vəziyyətdə qoyur. Necə ki, bu təkamülçülərin bu mövzudakı acizlikləri Bilim Teknik jurnalında belə ifadə edilmişdir:

Problem, canlıların niyə bir-birlərinə kömək etdikləridir. Darvinin nəzəriyyəsinə görə; hər canlı öz varlığını davam etdirmək və çoxala bilmək üçün mübarizə aparır. Başqalarına kömək etmək, o canlının sağ qalma ehtimalını azaldacağına görə, uzun müddət ərzində təkamüldəki bu davranış aradan götürülməliydi. Halbuki canlıların fədakar ola biləcəkləri müşahidə edilmişdir. (Bilim ve Teknik Dergisi, sayı 190, səh. 4)

Təbiətdəki bu həqiqətlər qarşısında, təkamülçülərin “təbiət bir döyüş meydanıdır, eqoist olan, öz mənfəətlərini qoruyan qalib gəlir” iddiası tamamilə etibarsız qalır. Məşhur bir təkamülçü olan Con Maynard Smit canlıların bu xüsusiyyətləri haqqında təkamülçülərə belə bir sual verir:

Əgər təbii seleksiya, fərdin yaşama imkanına və çoxalmasına zəmanət verən xüsusiyyətlərinin seçimi isə, özünü fəda edən davranışları necə izah edəcəyik? (Canlılardakı heyrətamiz fədakarlıq, sədaqət və köməkləşmənin təbiətdəki nümunələri haqqında məlumat toplamaq istəyənlər buna baxsın: Harun Yəhya, canlılardaki fedakarlık ve akılcı davranışlar, Vural Nəşriyyat)

Əlbəttə ki, özü də təkamülçü bir elm adamı olan Con Maynard Smitin bu sualına təkamül nəzəriyyəsi tərəfindən veriləcək bir cavab yoxdur. (Canlılardaki olağanüstü fedakarlık, özveri ve yardımlaşmanın doğadaki örnekleri hakkında bilgi edinmek isteyenler için bkz. Harun Yahya, Canlılardaki Fedakarlık ve Akılcı Davranışlar, Vural Yayıncılık)

İnstinktlər Təkamüllə Izah Oluna Bilməz

Təkamülçülərin müraciət etmək istədikləri başqa bir yalan da, insan davranışları və heyvan davranışları arasında bir bənzərlik yaradaraq, insan və heyvanın eyni bir atadan gəldiyi və bu davranışların da eyni bir atadan nəsildən-nəslə ötürüldüyü üçün bir bənzərlik daşıdığı iddiasıdır. Bəzi təkamülçülər təcavüzkarlığı da eyni mənşəli bir impuls, yəni instinkt olaraq xarakterizə edərlər, ancaq insanların bunu gündəlik həyatda göstərmə imkanı tapa bilmədiklərini irəli sürərlər.

köpek ve tavşan

Halbuki bu iddia təkamülçülərin təxəyyüllərinə əsaslanan və heç bir təmələ söykənmədən kütləyə təlqin etmək üçün müraciət etdikləri bir yalandır. Əvvəlcə qeyd etmək lazımdır ki, insanlarda və heyvanlarda mövcud olduğu iddia edilən “impuls” ya da “instinkt” mövzusu təkamül nəzəriyyəsi baxımından başlı-başına çıxılmaz bir vəziyyət meydana gətirir və nəzəriyyənin əsassızlığını tək başına ortaya qoyur.

“İnstinkt” sözü, təkamülçü elm adamları tərəfindən, heyvanların anadangəlmə sahib olduqları bəzi davranışları təsvir etmək üçün istifadə edilir. Ancaq heyvanların bu instinktləri necə əldə etdikləri, instinkt ilə edilən bir davranışın ilk olaraq necə ortaya çıxdığı və bu davranışların nəsildən-nəslə necə ötürüldüyü sualı həmişə cavabsız qalmışdır.

Təkamülçü genetik Qordon Ratrey Teylor, The Great Evolution Mystery adlı kitabında instinklərlə əlaqədar bu çıxılmaz vəziyyəti belə etiraf edir:

Bir instinktiv davranış ilk olaraq necə ortaya çıxır və bir növdə irsi olaraq necə yerləşir deyə soruşsaq, bu suala heç bir cavab ala bilmərik. (Gordon R. Taylor, The Great Evolution Mystery, Harper & Row Publishers 1983, səh. 222)

köpekler

Sizin İlahınız yalnızca Allah'tır ki, O'nun dışında İlah yoktur. O, ilim bakımından herşeyi kuşatmıştır.
(Taha Suresi, 98)

Qordon Teylor kimi, bu sualları etiraf edə bilməyən bəzi təkamülçülər isə bunları üstüörtülü, həqiqətdə bir məna ifadə etməyən cavablarla başdan etməyə çalışırlar. Əslində təkamül nəzəriyyəsinin sahibi Çarlz Darvin də heyvanların davranışlarının və instinktlərinin, nəzəriyyəsi üçün böyük bir təhlükə meydana gətirdiyini fərq etmiş və bunu Növlərin Mənşəyi adlı kitabında açıq şəkildə, hətta bir neçə dəfə etiraf etmişdi. Bu etiraflardan biri belədir:

İnstinktlərin bir çoxu elə heyrətamizdir ki, onların inkişafı oxucuya bəlkə də nəzəriyyəmi tamamilə yox etməyə kifayət gücdə görünəcək. (Charles Darwin, Türlerin Kökeni, Onur Yayınları, Beşinci Baskı, Ankara 1996, səh. 273)

köpeklerle oynayan çocuk

O, Allah'tır, Kendisi'nden başka İlah yoktur. İlkte de, sonda da hamd O'nundur. Hüküm O'nundur...
(Kasas Suresi, 70)

Darvinistlərin başqa bir yanılması isə, mövcud olduğunu iddia etdikləri “impulsların”, yəni “instinktlərin” nəsildən-nəslə ötürülərək dövrümüzə gəlib çıxdığı yanılmasıdır. Bu Lamarkist bir məntiqdir və elmi baxımdan bir xurafat olduğu bundan 1 əsr əvvəl isbat edilmişdir. Belə ki, təkamülçü elm adamlarının özləri də instinkt və impulsların nəsildən-nəslə təkamül yolu ilə ötürülməsinin qeyri-mümkün olduğunu etiraf edirlər. Təkamülçü Qordon R. Teylor, davranışların irsi olaraq sonrakı nəsillərə ötürüldüyü iddiasını, “acınacaqlı” bir iddia olaraq qiymətləndirir:

Bioloqlar bəzi müəyyən davranış formalarının irsən keçməsinin mümkün olduğunu və əslində bunun həqiqətən də müşahidə olunduğunu qəbul edərlər. Dobzhansky bunu iddia edir: “Bütün bədən quruluşları və funksiyaları, heç bir istisna olmadan, ekoloji zəncirlər əsasında yaranan irsiliyin məhsullarıdır. Bu vəziyyət, heç bir istisna olmadan bütün davranış formaları üçün də keçərlidir”. Bu doğru deyil və Dobzhansky kimi mötəbər birinin bunu doqmatik olaraq müdafiə etməsi acınacaqlı bir vəziyyətdir. (Charles Darwin, Türlerin Kökeni, səh. 310)

Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)

Canlılardakı fövqəladə davranışların sirrini Allah Quranda Nəhl surəsində bal arılarını nümunə verərək bildirir. Bal arıları Allahın ilhamıyla hərəkət edirlər. Bu, yalnız bal arısı üçün deyil, bütün canlılar üçün məqbuldur. Canlıların fədakar davranışlarını onlara ilham edən, onlara fövqəladə qabiliyyətlər verən Uca Allahdır.

tavşan

Allah gökleri ve yeri hak olarak yarattı. Şüphesiz, bunda iman edenler için
bir ayet vardır.
(Ankebut Suresi, 44)

Şir təbiətdəki ən güclü canlılardan biridir. Düşmənlərinə qarşı olduqca vəhşi ola bilən şirlər, balalarına qarşı isə çox həssasdırlar. Şir balaları doğulduqlarında çox kiçikdir. Üç aylıq olarkən ət yeməyə başlamalarına baxmayaraq, ana və qrupdakı digər şirlər altı aylıq olana qədər balaları əmizdirməyə davam edərlər.

Şir və bəbirlər kimi pişikkimilər balalarını boyunlarının arxasından dişləyərək daşıyarlar və balalar da daşındıqları vaxt tamamilə hərəkətsiz qalarlar. Balaların hərəkətsizliyi analarının onları təhlükəsiz bir şəkildə daşımalarına kömək edər.

aslan

Yeryüzünde kesin bir bilgiyle inanacak olanlar için ayetler vardır. Ve kendi nefislerinizde de. Yine de görmüyor musunuz?
(Zariyat Suresi, 20-21)

Şirlərin balalarına göstərdikləri şəfqət və qayğı təkamülçülərin iddialarını etibarsız hala salan dəlillərdən sadəcə biridir. Təkamülçülər təbiətdəki canlılar arasında yalnız güclülərin qalib gəldiyini, zəiflərin aradan götürülərək yox olduğunu iddia edirlər. Təbiətdə eqoizmin və var gücü ilə bir həyat mübarizəsinin hakim olduğunu irəli sürürlər. Əlbəttə ki, təbiətdəki canlılar qidalana bilmək və ya təhlükəsizliklərini təmin etmək üçün ovlanarlar, özlərini qorumaq üçün bəzən vəhşiləşə bilərlər. Ancaq bunlarla yanaşı təbiətdəki canlıların böyük bir əksəriyyəti balaları və ya ailələri üçün, hətta sürülərindəki digər canlılar üçün diqqət çəkici fədakarlıqlar da edirlər. Öz canlarını təhlükəyə atırlar.

Bu canlılara, balalarına qarşı şəfqətli və mərhəmətli olmağı, sürülərindəki digər canlıları da qoruyub himayə etməyi, hamısına qayğı göstərməyi öyrədən, hər şeyin yaradıcısı olan Uca Allahdır.

Allah canlılarda yaratdığı bu kimi xüsusiyyətlərlə bizə sonsuz gücünü və bütün varlıqlar üzərindəki hakimiyyətini göstərir.

Ana heyvanlar balaları bir təhlükə qarşısında olduğunda həmişəkindən fərqli davranışlar nümayiş etdirərlər. Məsələn, marallar əsasən ürkək və həyəcanlı canlılardır, lakin balalarına hücum edən tülkü və ya canavarlara qarşı iti, heç çəkinmədən kəsici dırnaqlarından istifadə edərlər. Əgər balalarına hücum etmək üzrə olan düşmənlərinin öhdəsindən gələ bilməyəcəklərini başa düşərlərsə, özlərini heç çəkinmədən düşmənlərinin qabağına atarlar. Beləliklə də, düşməni balalarından uzaqlaşdırarlar. (Russell Freedman, How Animals Defend Their Young, səh.57)

geyik

Göklerde ve yerde olanların tümü Allah'ındır...
(Al-i İmran Suresi, 129)

Bu canlılar niyə öz canlarını təhlükəyə ataraq balalarını qoruyurlar? Daha əvvəlki səhifələrdə də qeyd olunduğu kimi təkamül nəzəriyyəsi tərəfdarları təbiətin bir döyüş yeri olduğunu deyərlər. Onlara görə canlılar daima bir-birləriylə mübarizə aparır və bunun nəticəsində güclülər qalib gəlir, zəif olanlarsa yox olur. Bu iddia olduqca səhvdir. Marallarda daxil olmaqla bütün canlıların balalarını ölümü belə gözə alaraq qorumaları təkamülçülərin iddialarının nə qədər məntiqsiz olduğunu bizə açıq şəkildə göstərir.

Maralları, antilopları, filləri, quşları, bir sözlə, hər şeyi yaradan, üstün güc sahibi olan Allahdır. Allah göydəki və yerdəki hər şeyin sahibidir.

Doğumdan sonrakı bir neçə gün ərzində ana zürafə, vaxtını balasını yalayaraq və iyləyərək keçirər, bu şəkildə həm bala təmizlənmiş olar, həm də anasının iyini öyrənər. Bu iy, ana və balanın böyük bir sürünün içində bir-birlərini tapmaları lazım gəldikdə fayda verəcək. Hər hansı bir çətin vəziyyətdə olan bala, anasının diqqətini çəkmək üçün müxtəlif səslər çıxarır. Anası da onu səsindən dərhal tanıyır və ona kömək etməyə gəlir.

zürafa

Sizin İlahınız tek bir İlah'tır; O'ndan başka İlah yoktur; O, Rahman'dır, Rahim'dir
(bağışlayan ve esirgeyendir).
(Bakara Suresi, 163)

Zürafələr balalarını əsla yanlarından ayırmazlar. Hücuma məruz qaldıqlarında balalarını bədənlərinin altına itələyərlər və ön ayaqları ilə düşmənlərinə möhkəm şəkildə vuraraq hücum edərlər.

Kiçik qruplar halında yaşayan zürafələr bütün balalara birlikdə baxarlar. Yetkin zürafələr növbə ilə balaların başında keşik çəkərlər. Bu təhlükəsizlik sistemi sayəsində digər analar rahatlıqla körpə zürafələri tək buraxıb kilometrlərlə uzağa yemək axtarmağa gedə bilərlər.

Təbiətdəki bütün gözəlliklər və canlılar, bizə Allahın ucalığını göstərir. Biz də Allahın varlığını həmişə xatırlamalı, verdiyi bütün nemətlər üçün Ona şükr etməliyik.

Allah hər şey üçün Ona şükür etməyimizin lazım olduğunu, müqəddəs kitabımız Qurani-Kərimdə belə bildirir:

Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz. (Nəhl surəsi, 78)

Ördəklərin yaxşı üzmələrinin səbəblərindən biri ayaq barmaqlarının arasındakı pərdədir. Bir ayaqlarını arxaya itələdiklərində bu torlar onlara daha çox itələmə qüvvəsi verə bilmək üçün genişlənər. Bu əhəmiyyətli xüsusiyyət ördək balalarında doğulduqları ilk andan etibarən vardır. Ördək balalarını yaşamaları üçün lazım olan bütün xüsusiyyətlərlə birlikdə yaradan hər şeyi bilən Allahdır.

Dişi ördəklərin tüklərinin rəngi erkəklərə nisbətən daha solğundur. Bu rəng fərqi yuvasında kürt yataraq gözləməsi lazım olan dişilər üçün əhəmiyyətli bir qorumadır. Solğun rəngləri sayəsində dişilər yuvalarında daha təhlükəsizlikdə olarlar. Mühitə uyğun solğun rəngləri yaşadıqları mühitdə kamuflyaj olunmalarını təmin edər və düşmənləri onları asanlıqla fərq edə bilməz.

ördek

Allah... O'ndan başka İlah yoktur. Diridir, kaimdir. O'nu uyuklama ve uyku tutmaz. Göklerde ve yerde ne varsa hepsi O'nundur... (Bakara Suresi, 255)

Digər tərəfdən erkək ördəklər də yuva quran dişini qorumaq üçün parlaq rəngli tüklərindən istifadə edərək düşmənlərin diqqətini özlərinə çəkərlər.

Bir düşmən yuvanın yaxınlığına gəldikdə erkək dərhal havalanaraq, xeyli səs-küy salar və düşməni yuvadan uzaqlaşdıra bilmək üçün əlindən gələn bütün səyi sərf edər. Balaları üçün belə əhəmiyyətli, hətta bəzən sonu ölümlə nəticələnən bir fədakarlıq edən ördəklər Allahın yaratma sənətinin nümunələrindən sadəcə biridir.

Fillərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri, bir-birlərinə olan bağlılıqlarıdır. Fədakarlıq və köməkləşmə yalnız ailə üzvləri arasında deyil, bütün sürü daxilində müşahidə olunar. Məsələn, ovçular sürüyə atəş açdıqlarında fillər qaçıb uzaqlaşmaq əvəzinə təhlükə altındakı fillərə doğru qaçarlar. Bir-birlərinə möhkəm şəkildə bağlı olan bu birliyin təməlini isə bala fil qrupu meydana gətirər. (Janine M. Benyus, The Secret Language and Remarkable Behaviour Animals, səh.136)

fil

Ey insanlar, sizi ve sizden öncekileri yaratan Rabbinize kulluk edin ki sakınasınız.
(Bakara Suresi, 21)

Sürüdə yeni doğulmuş bir fil bütün digər fillər tərəfindən böyük bir sevgi və şəfqətlə qarşılanır. Əgər balanın anası ölsə, südü olan başqa bir dişi fil balanı əmizdirməyə davam edəcək. (David attenborought, trials of life, səh.50)

Ana ilk 6 ay ərzində hər yerdə balasını təqib edər. İkisi də davamlı olaraq bir-birləriylə əlaqədə olduqlarını ifadə edən səslər çıxararlar. Bir bala fil az da olsa çətinlik ya da hər hansı bir təhlükəli vəziyyət içərisində olduğunu ifadə edən bir səs çıxarsa, qrupun bütün üzvləri vəziyyəti yoxlamaq üçün bir yerə toplaşarlar. Bu, düşmənlərə qarşı olduqca daşındırıcı bir davranışdır. (Janine m. Benyus, the secret language and remarkable behaviour animals, səh.155)

Fillərin və digər canlıların doğumdan əvvəl aralarında necə razılaşdıqları, bütün fillərin balalar üçün necə olub da birlikdə hərəkət etdikləri, onların ehtiyaclarını necə təsbit edə bildikləri, əlbəttə ki, soruşulması lazım olan suallardır.

Bu heyvanların heç birində bunları öz ağıl və iradələriylə bacaracaq bir qabiliyyət yoxdur. Həmçinin dünyanın hər yerindəki fillər, bu şəkildə bir-birlərinə kömək edərlər. Bu, hamısını tək bir Yaradıcının yaratdığının bir göstəricisidir. Bu sonsuz güc sahibi Yaradıcı Uca Allahdır. Canlılar arasındakı heyrətamiz fədakarlıq nümunələri, Allahın yaratmasındakı möcüzələrdən biridir. Allah bir Quran ayəsində belə buyurur:

Şübhəsiz ki, heyvanlarda da sizin üçün bir ibrət vardır... (Nəhl surəsi, 66)

Ana zürafə balasını qorumaq üçün ölümü belə gözə alır. Bir hücum olduğunda özünü balası ilə təcavüzkarlar arasında sipər edər. Baladan xeyli sürətli qaça bildiyi halda, qəsdən balasından daha yavaş qaçar. Beləcə yırtıcı heyvanlar onlara çatdığı təqdirdə bala xilas olacaq və özü öləcək... Bu çox təhlükəli hadisə nəticəsində bəzən ana zürafə öz həyatını itirir. Öz həyatını ortaya qoyaraq balasını qoruyan zürafələr bu davranışlarını təkamül nəzəriyyəsinin xəyali iddiaları ilə izah etmək mümkün deyil.

zebra

Onlara binmeniz ve süs için atları, katırları ve merkebleri (yarattı). Ve daha sizlerin bilmediğiniz nelere yaratmaktadır?
(Nahl Suresi, 8)

Təbiətdəki bütün canlılar bir səy göstərirlər. Yaşamaq üçün ov edirlər, özlərini qorumaları lazım olduqda hücum edə bilirlər. Təkamülçülər canlıların yalnız bu kimi xüsusiyyətlərini nəzərə alar, fədakarlıq, balaları qoruma kimi davranışları isə nəzərə almazlar. Fədakarlıqla yanaşı əməkdaşlıq, həmrəylik, bir-birinin mənfəətini güdmə kimi xüsusiyyətlər də canlılar aləmində tez-tez rast gəlinən davranışlardandır.

Təbiətin yalnız bir döyüş yeri olduğunu iddia edən təkamül nəzəriyyəsi canlılar aləmində görülən fədakarlıq nümunələrinə heç bir şərh gətirə bilməz. Təbiətdəki həyat təkamül nəzəriyyəsinin təməl iddiasını açıq və qəti şəkildə etibarsız hala salır. Təkamül nəzəriyyəsi, düşmənlərindən qaçıb xilas olan bir zürafənin, niyə geri qayıdıb düşmənləri tərəfindən mühasirəyə alınmış olan digər zürafələri, üstəlik də həyatını təhlükəyə ataraq, xilas etdiyini əsla izah edə bilməz.

Canlılardakı fədakar və əlbir davranışlar təkamül nəzəriyyəsinin etibarsızlığını yenidən və tam mənasıyla açıq şəkildə ortaya qoyarkən, əhəmiyyətli bir həqiqətin də dəlillərini meydana gətirir: Bütün kainatı üstün bir Yaradıcı olan Allah yaratmışdır və hər canlı Yaradıcımız olan Allahın ilhamı ilə hərəkət edər.

Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Nur surəsi, 45)

Canlılardakı fədakarlığın “milyonlarla illik bir təkamül müddətində yaranmış” olması əsla düşünülə bilməz. Bir məlumata və şüura sahib olmayan heyvanların göstərdikləri ağıllı davranışlar, nə onların yaratdıqları bir strategiyadır, nə də təsadüfən ortaya çıxan bir həlldir. Təbiətdə “həyat mübarizəsi” apardığı və təbii seleksiyanın məhsulu olduğu iddia edilən bir heyvandan ağıllı və fədakarcasına davranışlar gözləmək mümkün deyil. Canlının fədakarcasına davranması, Darvinizmin ən təməl fərziyyələrindən biri olan “hər canlı öz həyatı üçün eqoist bir şəkildə bir mübarizə aparır” tezisini çürüdür.

Bu canlıların bütün xüsusiyyətlərinin tək izahı, yaradılışdır. Bütün heyvan növlərində müşahidə etdiyimiz həmrəylik və ağıllı strategiya nümunələri, Allahın canlılar üzərindəki hakimiyyətini açıq şəkildə göstərir. Bu canlıların sahib olduqları qabiliyyətlər və göstərdikləri ağıllı davranışlar özlərinə öyrədilir. Bütün bunları haqqında danışılan canlılara öyrədən və tətbiq etdirən, hər şeyin Yaradıcısı olan, yaratdıqlarını qoruyub himayə edən, sonsuz şəfqət və mərhəmət sahibi olan Allahdır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Heyvanlardakı Möcüzəvi Gözəlliklər 1/4
  • Giriş
  • Heyvanlardakı Möcüzəvi Gözəlliklər 2/4
  • Heyvanlardakı Möcüzəvi Gözəlliklər 3/4
  • Hayvanlardaki Mucizevi Güzellikler 4/4