Hayvanlardaki Mucizevi Güzellikler 4/4

Delfinlərin balalarını qoruması, doğumla birlikdə başlayır. Doğumdan dərhal əvvəl, ana delfinin hərəkətləri ağırlaşır. Bu səbəblə də doğum vaxtında ona dişi delfinlər kömək edir. Köməkçi delfinlər doğumdan əvvəl bir zərər gəlməməsi üçün ana delfinin iki tərəfində üzər, bala doğulduqda isə onun suyun səthinə çıxmasını və nəfəs almasını təmin edərlər.

İlk iki həftə bala anasının yanından heç ayrılmaz. Kiçik delfin doğulduqdan qısa bir müddət sonra üzməyi bacarır və bu müddət ərzində də yavaş-yavaş anasından uzaqlaşmağa başlayır. Ancaq yeni doğan ana delfin, balanın sürətli və çevik hərəkətləriylə ayaqlaşa bilməyəcəyi və onu kifayət qədər qoruyub hifz etmək üçün bu vəziyyətdə yenə araya köməkçi dişi delfin girər və balanı mükəmməl şəkildə qoruyar. (Hayvanlar Ansiklopedisi, (Memeliler), səh. 29)

yunus

De ki:"Siz, Allah'ın dışında taptığınız ortaklarınızı gördünüz mü? Bana haber verin; yerden neyi yaratmışlardır?..
(Fatır Suresi, 40)

Canlıların öz mənfəətlərini güdməyən davranışları darvinizmə açıq şəkildə meydan oxuyur. Çünki təkamülçülərə görə bu davranışlar -məsələn bir heyvanın başqa birinə kömək etməsi- canlının həyatda qala bilməsinə heç bir fayda vermir. Hətta tam əksinə fədakarlıq edən heyvan üçün bəzən həyati risk daşıyır.

Bu cür fədakarlıqlara, yeməyinin yarısını həzm edilmiş halda öz ağzından çıxardıb balasının ağzına qoyan anaları nümunə verə bilərik. Bu mövzudakı başqa bir nümunə isə yaralanmış olan dostlarına kömək edən delfinlərdir. Bu delfinlər qaçmaq əvəzinə öz yaşama imkanlarını əhəmiyyətli bir şəkildə azaldan fədakar bir davranış göstərirlər. (Gordon Rattray Taylor, The Great Evolution Mystery, Abacus, London, 1984, səh. 224)

Delfinlər balalarına hücum edən köpək balıqlarından xilas olmaq üçün qrup halında hərəkət edərlər. Delfinlərdən biri və ya ikisi köpək balığının diqqətini çəkmək üçün kənardan üzər. Köpək balığı bu tələni təqib etmək üçün qayıtdığında, digər delfinlər digər tərəfə doğru hərəkət edər və güclə hücum edərlər, biri digərindən sonra sürətlə hücum edərək, burunlarını köpək balığının yan tərəflərinə sürətlə vurarlar. Bu, köpək balıqları üçün olduqca daşındırıcı bir üsuldur, hətta delfinlər bəzən bu yolla köpək balığını öldürə də bilirlər. (Russell Freedman, How Animals Defend Their Young, səh. 67)

Dənizatları isti okean sahillərində asan gizlənə biləcəkləri yosun, mərcan ya da süngərlərin arasında yaşayarlar. Möhkəm və qalın dəriləri, düşmənlərinə qarşı zireh vəzifəsi yerinə yetirərkən, eyni anda bir çox istiqamətə baxa bilən gözləri də ovları üçün böyük bir təhlükə meydana gətirir. Erkək dənizatları, dişi dənizatlarındakına bənzər bir kisəyə malikdir. Cütləşmə dövründə dişi dənizatı bu kisəyə çox sayda yumurta qoyar. Yumurtalar 1,5 ay ərzində kisədə qalar. Erkək dənizatı böyüyüb kiçik bir dənizatı olana qədər kisəsinin içindəki bir maye ilə yumurtaları qidalandırar və kürt kisəsinin daxili toxumasında olan kapilyar damarlar vasitəsilə onları oksigenlə təmin edər. (A.Vincent, The Improbable Seahorse, National Geographic, Oktyabr 1994)

denizati

Göklerin, yerin ve her ikisi arasındakilerin Rabbidir...
(Meryem Suresi, 65)

Su tısbağaları çoxalma vaxtları gələndə sahilə axışarlar. Ancaq bu sahil hər hansı bir sahil deyil, öz doğulduqları sahildir. Doğduqları yerə qayıda bilmək üçün, bəzən 800 kilometrlik bir məsafəni qət etmək məcburiyyətində qalarlar. Bu yolun sonunda da yumurtalarını sahildə qumların altına basdırarlar. Yaxşı, bəs niyə hamısı eyni vaxtda, eyni sahilə toplanarlar? Görəsən eyni əməliyyatı, ayrı-ayrı vaxtlarda, ayrı-ayrı sahillərdə yerinə yetirsələr, balalar həyatda qala bilərdimi?

Bu mövzunu araşdıranlar olduqca diqqət çəkici bir vəziyyətlə qarşılaşmışdırlar. Yumurtadan çıxan orta hesabla 31 qramlıq balaca balalar, üstlərindəki torpaq təbəqəsini tək başlarına qaza bilməzlər. Amma hamısı birlikdə, bir-birlərinə kömək etməklə bu işi asanlıqla bacararlar. Bir neçə gün ərzində hamısı birlikdə qumun səthinə çıxaraq dənizə doğru qaçarlar.

Yeni dünyaya gəlmiş bu balalar, torpağı qazmaqla yuxarı doğru hərəkət etmələrinin lazım olduğunu haradan bilirlər? Heç görmədikləri halda dənizə tərəf yönəlmələrinin lazım olduğunu onlara kim öyrətmişdir? Bu kiçik canlıların bunları öz ağıllarıyla etməsi mümkün deyil. Onda bu şüurlu davranışlar necə ortaya çıxır? Bu sualın tək bir cavabı vardır: Bu şüurlu davranışları su tısbağalarına Allah ilham etmişdir.

Surikat adlı canlılar sürü halında yaşayırlar. Aralarında nümunəvi bir həmrəylik vardır və bu onlar üçün həyati əhəmiyyət daşıyır; çünki yaşadıqları yer bir çox təhlükə ilə doludur. Surikatlar hər səhər əvvəlcə təhlükəsizlik nəzarəti aparar və sonra yemək tapmaq məqsədiylə ətrafa dağılışarlar.

Bu dəstənin hər üzvünün fərqli bir vəzifəsi vardır. Məsələn, bəzi surikatlar digərlərinin təhlükəsizliyi üçün keşik çəkərlər. Qızmar günəşin altında saatlarla heç bir şey yemədən və içmədən gözləyərlər. Növbətçi, bir təhlükəylə qarşılaşdıqda həyəcan siqnalı verərək dostlarını xəbərdar edər. Bunu eşidən digər surikatlar qaçıb yuvalarına gizlənərlər.

Qrupun ən böyük məsuliyyəti isə, balaları qorumaq və böyütməkdir. Gənc dişilərin vəzifəsi balalara baxmaqdır. Hər gün bir surikat yuvada qalaraq balalara baxar. Sürü içindəki köməkləşmə və əməkdaşlıq balaların təhlükəsizliyini təmin edər.

Surikatlar arasındakı həmrəylik və fədakarlıq, Allahın bu canlılara öyrətdiyi davranışlardır.

meerkat

Hiç şüphesiz, rızık veren O, metin kuvvet sahibi olan Allah'tır.
(Zariyat Suresi, 58)

Bir antilop balasının doğulması beş-on dəqiqə çəkir. Ana bu müddət ərzində çətinliklə hərəkət edər və düşmənlərinə qarşı müdafiəsizdir. Ancaq dişi antilop doğum vaxtında tək deyil. Həmin vaxt sürüdəki başqa bir dişi ona kömək etmək və qorumaq məqsədiylə yanında hazır vəziyyətdə durur.

Balanın doğulduğu ilk andan etibarən itirəcək vaxtı yoxdur. Anası dərhal onu burnuyla itələyərək hərəkətə keçirər. Bala bir neçə addım qaçar, ancaq qıçları çox gücsüz olduğu üçün yerə yıxılar. Təkrar ayağa qalxar və bir neçə addım daha qaçar. 15 dəqiqə ərzində anasının yanında dörd ayağı üstündə qaçan vəziyyətə gəlmişdir. Bala antilop həmişə anasıyla birlikdə hərəkət edər, onun yanından heç ayrılmaz çünki anasından ayrılsa, ac qalar və ya yırtıcı heyvanlar tərəfindən öldürülər.

Təbiətdəki hər şey sonsuz elm və qüdrət sahibi Allahın əsəridir. Antilop balasını çox qısa bir vaxt ərzində anasıyla birlikdə qaçacaq gücə sahib olacaq şəkildə yaradan Allah üstün qüdrət, şəfqət, mərhəmət, ağıl, elm və hikmət sahibidir.

antilop

Göklerin ve yerin yaratılması ile onlarda her canlıdan türetip-yayması O'nun ayetlerindendir. Ve O, dileyeceği zaman onların hepsini toplamaya güç yetirendir.
(Şura Suresi, 29)

Ana kərgədan öz çəkisinin yalnız 4%-i ağırlığında kiçik bir bala dünyaya gətirər. Doğumdan sonrakı 1 saat ərzində bala kərgədan kiçik zirehli bədənini ayağa qaldıra biləcək hala gələr. Ana və bala bir neçə həftə gözlərdən uzaq bir yerdə birlikdə yaşayarlar və bu şəkildə bir-birlərinin iylərini tanımış olarlar.

Ana və balası, növbəti bala doğulana qədər -təxminən 3 ilə 5 il ərzində-həmişə birlikdə yaşayarlar. Bala əsasən anasını təqib edər. 1-2 yaşında süddən kəsilməsinə baxmayaraq, anasından ayrılmaz və növbəti hamiləliyi ərzində də anasıyla birlikdə hərəkət edər. Böyük bir səbirlə balasıyla maraqlanan ana kərgədana bu qoruma instinktini verən Uca Allahdır. (Janine M. Benyus, The Secret Language and Remarkable Behaviour Animals, səh. 186)

gergedan

Biz gökleri, yeri ve ikisi arasında bulunanları ancak hak ve adı konulmuş bir ecel (belli bir süre) olarak yarattık. İnkar edenler ise, uyarıldıkları şeyden yüz çeviren(kimseler)dir. (Ahkaf Suresi, 3)

Bu ailə bir-birinə çox bağlı üzvlərdən ibarətdir. Ana hepard və balaları... Ana hepard balalarını böyütdüyü müddət ərzində çox böyük fədakarlıqlar edər. Onları qidalandıra bilmək üçün çox vaxt ac qalar və çəkisinin təxminən yarısını itirər. Hətta lazım gəlsə öz həyatını balaları üçün fəda edər. Məsələn, bir şir, balaları üçün böyük bir təhlükədir. Ana hepard heç düşünmədən özünü şirin qabağına atar. Həyatını təhlükəyə ataraq şirin diqqətini özünə çəkər və balalarına qaçmaları üçün vaxt qazandırar. Bu, üzərində düşünülməsi lazım olan çox əhəmiyyətli bir davranışdır.

Əgər bu heyvan təkamül nəzəriyyəsini müdafiə edənlərin iddia etdikləri kimi, təsadüfən yaranmış və yalnız həyatda qalmağı düşünən eqoist bir varlıq olsaydı, ondan etməsi gözlənilən balalarını tərk edib qaçması olardı. Ancaq hepard bunu etməz. Özünü şirin qabağına atar və lazım gəlsə həyatını fəda edər. Şübhəsiz ki, ana heparda bu nümunəvi fədakarlıq duyğusunu verən Allahdır.

çita

De ki: "Eğer biliyorsanız (söyleyin:) Herşeyin melekutu (mülk ve yönetimi) kimin elindedir? Ki O, koruyup kolluyorken Kendisi korunmuyor."
(Müminun Suresi, 88)

Dələlər balalarını sallanan göbəklərindən dişləriylə tutub qaldırarlar. Ana dələ, yuvası uçduqda balalarını olduqca uzaq bir məsafəyə də olsa heç yorulmadan daşıyar. Hər dəfə bir balasını daşıyar və hamısının təhlükəsizliklə daşındığına əmin olana qədər köhnə yuvasına geri qayıdıb, baxar.

sincap

Göklerde ve yerde olanların tümünü bilir;
sizin saklı tuttuklarınızı da, açığa vurduklarınızı da bilir. Allah, sinelerin özünde saklı duranı bilendir.
(Tegabün Suresi, 4)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Heyvanlardakı Möcüzəvi Gözəlliklər 1/4
  • Giriş
  • Heyvanlardakı Möcüzəvi Gözəlliklər 2/4
  • Heyvanlardakı Möcüzəvi Gözəlliklər 3/4
  • Hayvanlardaki Mucizevi Güzellikler 4/4