Giriş

Dünyaya yeni gəlmiş hər canlı zəif və çarəsizdir. Ətrafındakı təhlükələrdən tamamilə xəbərsizdir. Qidalana bilmək, böyüyüb güclənə bilmək və həyatda qala bilmək üçün özünə baxıb qoruyacaq birinə möhtacdır. Demək olar ki, tək başına yaşama ehtimalı yoxdur. Ancaq doğulduğu andan etibarən yanında həmişə valideynləri olacaqdır. Anası və ya atası onu təhlükələrdən qoruyacaq, qidalandıracaq və lazım olsa öz həyatını onun üçün fəda edəcəkdir.

Zəif və gücsüz balalar ancaq yetkin və güclü olanlar tərəfindən baxılıb qorunularsa həyatda qala bilərlər. Doğulduğu anda tərk edilən bir ceyranın və ya hər hansı bir yerə qoyulmuş quş yumurtalarının öz başlarına yaşamaq ehtimalları çox azdır. Halbuki heyvan balaları əksərən həyatlarını davam etdirə bilirlər, çünki valideynləri heç bir bezginlik göstərmədən, heç bir etinasızlıq etmədən bu gücsüz balaların bütün məsuliyyətini öz boyunlarına götürürlər. Hətta bir çoxu bunu onlar hələ yumurtada olarkən edirlər. Yumurtaları üçün böyük zəhmətlərə dözən bir çox canlı var. Onları gizlədər, qırılmamaları üçün diqqətlə bir yerə yerləşdirər, lazım olduğunda qızdırar və ya həddindən artıq istidən qoruyarlar. Həftələrlə yumurtaların başında keşik çəkər, lazım olduğunda heç incitmədən ağızlarında daşıyarlar.

kelebekler

Bu kitabda heyvanların balalarına olan şəfqətini, heyvanlar aləmində baş verən şüurlu və fədakarcasına davranışların bir hissəsini oxuyacaqsınız. Ana və ata heyvanların balaları üçün böyük bir etinayla çalışaraq rahat yuvalar düzəltdiklərini, onları təmizlədiklərini, qidalandıra bilmək üçün canla-başla çalışdıqlarını, soyuğa qarşı onları qoruduqlarını, hətta düşmənlə qarşılaşdıqlarında balaları üçün öz canlarını təhlükəyə atdıqlarını görəcəksiniz.

Bəs bu canlılar niyə balaları üçün bu qədər çox səy göstərirlər? Niyə onları öz başlarına buraxmaq əvəzinə hər cür ehtiyacları ilə bezmədən, yorulmadan maraqlanırlar? Bunları şüurlu surətdəmi edirlər? Məsələn, bir quşun öz şüuru və iradəsiylə balasını qorumaq üçün ölümü gözə aldığını iddia etmək ağla və məntiqə uyğundurmu? Əlbəttə ki, deyil, çünki burada ağılsız, şüursuz, şəfqət, mərhəmət kimi duyğulara öz iradəsiylə sahib olması mümkün olmayan heyvanlardan söhbət gedir. Burada qarşımıza tək bir həqiqət çıxır: Bu canlılara bala sevgisi, ana şəfqəti kimi möcüzəvi duyğuları Allah ilham edir. Yetkin heyvanların balaları üçün göstərdikləri fədakarlıqlar yer üzündəki ən böyük yaradılış möcüzələrindən biridir.

Canlılar aləmində gördüyümüz digər bir möcüzəvi xüsusiyyət isə balaların sahib olduğu sevimlilikdir. Sonrakı səhifələrdə nümunələrdən də görünəcəyi kimi bala heyvanların hamısı olduqca sevimli bir görünüşə sahibdir. Normala görə daha iri olan gözlər, yumru üz cizgiləri, üzlərində hakim olan təəccüb və təslimiyyətlə qarışıq “körpə” ifadəsi, sevimli rəftarlar, bala heyvanların sevilməsinə sövq edən, qoruma instinktini fəaliyyətə keçirən xüsusiyyətlərdəndir.

Bala heyvanlar xarici görünüşləri ilə Allahın “Munis Sənəti” nin təcəllilərindəndir. (Munis sözü: Sevimli, dost, əhliləşmiş, itaətkar mənalarını verir.) Bu canlılar kainatdakı hər şey kimi Allaha təslim olmuşdurlar. Allah bir ayədə bu həqiqəti bizə belə xəbər verir:

Yoxsa onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqdır. (Ali İmran surəsi, 83)


dağ keçisi - kuş - manzara

Ağilli Dizayn, Yəni Yaradiliş

Kitabın bəzi yerlərində istifadə edilən “dizayn” ifadəsinin doğru başa düşülməsi vacibdir. Allahın qüsursuz bir dizayn yaratmış olması, Rəbbimizin əvvəlcə plan qurduğu daha sonra yaratdığı mənasını verməz. Bilinməlidir ki, yerlərin və göylərin Rəbbi olan Allahın hər hansı bir şeyi yaratmaq üçün onu “dizayn” etməyə ehtiyacı yoxdur. Allahın dizayn etməsi və yaratması eyni anda baş verir. Allah bu cür nöqsanlardan uzaqdır.

Allahın bir şeyin ya da bir işin olmasını istədiyi vaxt, onun olması üçün sadəcə “Ol!” deməsi kifayətdir. Ayələrdə belə buyurulur:

Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar. (Yasin surəsi, 82)

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 117)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Heyvanlardakı Möcüzəvi Gözəlliklər 1/4
  • Giriş
  • Heyvanlardakı Möcüzəvi Gözəlliklər 2/4
  • Heyvanlardakı Möcüzəvi Gözəlliklər 3/4
  • Hayvanlardaki Mucizevi Güzellikler 4/4