Canlılar niyə balaları üçün bu qədər çox səy göstərirlər? Niyə onları öz başlarına buraxmaq əvəzinə hər cür ehtiyacları ilə bezmədən, yorulmadan maraqlanırlar? Bunları şüurlu surətdəmi edirlər? Məsələn, bir quşun öz şüuru və iradəsiylə balasını qorumaq üçün ölümü gözə aldığını iddia etmək ağla və məntiqə uyğundurmu? Əlbəttə ki, deyil, çünki burada ağılsız, şüursuz, şəfqət, mərhəmət kimi duyğulara öz iradəsiylə sahib olması mümkün olmayan heyvanlardan söhbət gedir. Burada qarşımıza tək bir həqiqət çıxır: Bu canlılara bala sevgisi, ana şəfqəti kimi möcüzəvi duyğuları Allah ilham edir. Yetkin heyvanların balaları üçün göstərdikləri fədakarlıqlar yer üzündəki ən böyük yaradılış möcüzələrindən biridir.