Allah`ın Məlik sifəti Onun var olan hər şeyin sahibi olduğu mənasını verir. Bizim gördüyümüz və görə bilmədiyimiz varlıqların hər birinin yaşadığı aləmlərin yaradıcısı və tək sahibi Allah`dır. Yaşadığımız kainatın əzəli və əbədi hökmdarı da Odur. Bütün ulduzlar, insanlar, heyvanlar və bitkilər, görə bilmədiyimiz aləmlərdə yaşayan cinlər, şeytanlar, mələklər və daha bilmədiyimiz bir çox varlıq Allah`ın əmrinə tabedir. Aləmlərin mülkünü əlində saxlayan və onlardakı fövqəladə nizamı təmin edən yalnız aləmlərin Rəbbi olan Allah`dır.
Sonsuz qüdrət sahibi olan yaradıcımıza tabe olduğunu bilən insanın özünü başıboş görməsi mümkün deyil. Allah hər şeydən xəbərdar, hər şeyə gücü yetən, hər şeyi görən və eşidəndir. Bunu bilən insan özünün Yaradana qarşı məsul olduğunu da bilməlidir. Möminlər də içində olduqları bu nizamın bir sahibinin olduğunu bilir, təbii olaraq etdikləri hər işdə hər şeyə və hər kəsə hakim olan, hər dilədiyini yerinə yetirən Allah`a yönəlirlər. Bu mövzu ilə əlaqədar olaraq Quranda xəbər verilən ayələrdən bir neçəsi belədir:
Haqq hökmdar Allah ucadır! Ondan başqa heç bir ilah yoxdur. O, şanlı ərşin Rəbbidir. (Muminun surəsi, 116)
O, Özündən başqa heç bir məbud olmayan, hökmran, müqəddəs, pak, təsdiq edən, müşahidə edən, qüdrətli, Qadir, Məğrur Allah`dır. Allah onların Ona şərik qoşduqlarından ucadır. (Həşr surəsi, 23)
Göylərdə və yerdə nə varsa, mülkün hökmdarı, müqəddəs, yenilməz qüvvət, hikmət sahibi olan Allah`ı təqdis edib Onun şəninə təriflər deyər! Ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. Əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara (Allah`ın) ayələrini oxuyar, onları təmizləyər, onlara kitabı və hikməti öyrədər. Özlərindən savayı hələ onlara qoşulmamış başqalarına da (peyğəmbər göndərmişdir) O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! Bu, Allah`ın istədiyinə əta etdiyi mərhəmətdir. Allah çox böyük mərhəmət sahibidir! (Cümə surəsi, 1-4)
Həqiqi hökmdar olan Allah ucadır. Ondan başqa heç bir tanrı yoxdur. O, kərim olan ərşin Rəbbidir! Kim Allah`la yanaşı, başqa bir tanrıya ibadət edərsə - bunun üçün isə onun heç bir dəlili yoxdur – onun cəzasını Rəbbi özü verəcəkdir. Həqiqətən, kafirlər nicat tapmazlar! (Muminun surəsi, 116-117)
İnkarçıların ən çox yanıldıqları mövzu Allah`ın varlığı deyil, Allah`ın sifətləridir. Bəziləri Allah`ın hər şeyi əvvəldən yaradıb buraxdığını, daha sonra hadisələrin özbaşına inkişaf etdiyini, bəziləri Allah`ın insanı yaratdığını, lakin heç nədən məsul olmadığını düşünür.
Nəticədə, imansızlığın təməlində Allah`ın varlığını rədd etməklə yanaşı, "Onlar Allah`ın qədrini haqqı ilə təqdir edə bilmədilər..." (Həcc surəsi, 74) ayəsində də ifadə edildiyi kimi, Allah`ı lazım olduğu qədər təqdir edə bilməmək dayanır. Belə ki, dünya həyatında hər cür dəlili görmələrinə baxmayaraq, Allah`ın qüdrətini təqdir edə bilməyən insanların Allah`ın gücünü əsla inkar edə bilməyəcəkləri elə bir gün gələcəkdir ki, o gün Allah`ın əzəmətini, qüdrətini çox böyük şiddətlə hiss edəcəklər. Allah`ın qüvvəti ilə yer üzündəki ən möhkəm dayaqları olan o heybətli, sarsılmaz dağlar yerlərindən tərpədilər, köklərindən sovrular, parça-parça edilər:
O gün meydana gələcək dağılma Allah`ın şanına, qüdrətinə yaraşan şəkildədir. Dünyadakı ən böyük kütlə və ən böyük həyat qaynağı olan okeanlar su kimi qaynayar, alovlanar.
İnsanın bildiyi, alışdığı və sonsuza qədər qalacağını zənn etdiyi bütün varlıqlar və nizamlar kökündən pozulmağa başlayar, darmadağın olar. Milyonlarla ildir varlığını davam etdirən yer və göy onları inşa edən sonsuz güc tərəfindən parça-parça edilər. Yenə milyonlarla ildir işıq saçan, həyat qaynağı olan Günəş söndürülərək gerçək sahibinin qarşısına gətirilər. Beləliklə, hər şeyin üzərində tək və gerçək qüvvət sahibinin Allah olduğu, yeganə hakimiyyətin və gücün də Rəbbimizə aid olduğu bütün aydınlığı ilə ortaya çıxar. Bir ayədə bu həqiqət belə təsvir edilir:
Rəbbimiz qiyamət günü yaşanacaq bu hadisələrlə sonsuz qüdrətini bütün insanlara göstərəcəkdir. Dünya həyatını inkarla keçirənlər o gün Allah`ın sonsuz gücünü dərk edəcəklər. İman edənlər isə bütün həyatları boyu Rəbbimizin rizasını qazanmaq üçün çalışdıqlarının mükafatı olaraq Allah`ın rəhməti ilə qarşılıq görəcəklər. Quranda möminlərin o gün yaşayacağı sevinc belə bildirilir:
...Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də nazil etdik ki, Allah (Özünü) görmədən Ona və peyğəmbərlərinə kömək göstərənləri bəlli etsin. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Hədid surəsi, 25)
Mömin hər kəsin və hər şeyin yaradılışının Allah`a borclu olduğunu bilir. Özü də daxil olmaqla, bütün varlıqları Allah yaradır və dilədiyi anda yox edib ortadan qaldıra bilər. Çünki hər şeyin gerçək sahibi Allah`dır. Buna görə də möminin yeganə dostu Allah`dır. Onu vəkil etdiyi üçün həyatı boyu hər cür çətinlik və kədərdən də uzaqdır. Hər şeydən əvvəl Rəbbimizin -ən böyük dostunun- köməyi və dəstəyi onunladır. Allah da vəlisi olduğu qulunun üzərinə "əminlik " (Tövbə surəsi, 26) endirmişdir.
Möminin bu dincliyi hər namazda, hər saleh əməldə, Allah rizası üçün etdiyi kiçik-böyük hər işdə Rəbbimizin özünü gördüyünü və bunların qarşılığını qat-qat verəcəyini bilməsindən qaynaqlanır. Yenə Allah`ın özünü görünməyən ordularla və mələklərlə dəstəklədiyini, "qarşısından və arxasından izləyənləri " olduğunu və bunların "Allah`ın əmri ilə onu qoruduğunu " (Rəd surəsi, 11) Onun yolunda aparılan mübarizədə qalib gələnlərin, cənnətlə müjdələnənlərin həmişə möminlər olduğunu bilir. İman edən insan mövlamız olan Allah`ın heç kimi gücü çatdığından çox yükləməyəcəyini də bilir. Qədərə və hər işi idarə edənin Allah olduğuna dəqiq iman edir və beləliklə də yalnız Allah`a təvəkkül edir. Möminlərin yaşadıqları bu ruhi hala Quranda bu ifadə ilə diqqət çəkilmişdir:
Şübhəsiz, Allah`ın dostluğu insanların dostluğuna bənzəməz. O, kimi dost etmişsə, həmin adamı dünyada və axirətdə ən üstün nemətə qovuşdurmuşdur. Hər şeyi yaradan Rəbbimizin yaratdığını Özünə dost etməsi isə çox böyük lütfdür. Ayələrdə belə buyurulur:
"... Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Mövlamızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!" (Bəqərə surəsi, 286)
Sonra onlar Allah`a – özlərinin həqiqi himayədarına qaytarılacaqlar. Hökm yalnız Ona məxsusdur və O, ən tez haqq-hesab çəkəndir. (Ənam surəsi, 62)
Əgər onlar üz döndərsələr, bilin ki, Allah sizin Mövlanızdır. O, nə gözəl Mövla, nə gözəl yardımçıdır! (Ənfal surəsi, 40)
Allah dilədiyi hadisəni təxirə salıb yubadan, dilədiyini də önə alıb irəli keçirəndir. Hər şeyin tək yaradıcısı olduğu üçün kainat üzərindəki hər cür canlı və cansız varlıq üzərində dilədiyini etməyə qadirdir. Dünya üzərində reallaşan hər hadisənin zamanı Allah qatında əvvəldən təsbit edilmişdir. Bütün varlıqların gerçək sahibi olan Allah bu varlıqların həyatlarındakı bütün hadisələri öz zamanı ilə təyin edib. Günü, saatı, hətta saniyəsi gəldiyi an reallaşmalı olan hadisə mütləq reallaşır. Bu reallaşan hadisə ancaq Allah`ın diləməsi ilə olur. Ondan başqa heç kim hər hansı bir hadisəni tezləşdirə və ya təxirə sala bilməz. Necə ki, bu həqiqətə Quranda belə diqqət çəkilir:
Hadisələrin təyin edilən vaxtlarını Allah`dan başqa heç kim bilmir. Allah`ın təqdir etdiyi an gəlmədən bir yarpaq belə düşə bilməz. Var olan hər şey doğduğu andan ölənə qədər bu ilahi qanuna tabedir. Heç kimin Allah`ın özü üçün təyin etdiyi vaxtın xaricinə çıxmağa, heç bir hadisəni təxirə salmağa, ya da önə çəkməyə gücü çatmaz. Ancaq Allah təqdir edərsə, dilədiyini təxirə salar, dilədiyini də qabağa keçirər. Allah ayələrində bunu belə bildirir:
Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər. (Hicr surəsi, 5)
Bu vəziyyətdə Allah`a iman edən bir qulun vəzifəsi Allah`ın nəyi irəli çəkdiyini, nəyi təxirə saldığını araşdırmadan Ona yaxınlaşmağa çalışmaq, Allah`ın özünə verdiklərindən tam razı olmaqdır. Çünki ayələrdə də bildirildiyi kimi, insan tələskəndir (İsra surəsi, 11). Bəzən bir hadisənin dərhal reallaşmasını istəyir, bəzən də bir hadisənin dərhal bitməsini istəyir. Amma insan üçün ən xeyirli olanı bilən, təsbit edən Allah`dır. İnsanın xeyirli gördüyü bir şey özü üçün şər ola bilər. Buna görə də mömin üçün əhəmiyyətli olan Allah`ın təqdir etdiyi hadisələrdən tamamilə razı olmaqdır.
Məgər onlar yer üzündə dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Halbuki, onlar bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allah`ı aciz edə biləcək heç bir şey yoxdur. Həqiqətən, O, biləndir, qadirdir!
Ətraflarındakı bütün dəlillərə baxmayaraq, Allah`a iman etməyən, Onun böyüklüyünü, qüdrətini tanımamaq üçün müqavimət göstərən insanlar, şübhəsiz, böyük bir əzaba da layiqdirlər. Çünki Allah insanı yaratmış, yer üzünə yerləşdirmiş və orada ehtiyacı olan hər şeyi özünə vermişdir. Ancaq Allah`ın verdiyi bütün bu nemətlərə baxmayaraq, bəzi insanlar inkar edirlər. Hətta bir qismi azğınlıqla Allah`a iman edən möminlərə kin bəsləyir, Allah`ın dininə maneə törətməyə çalışırlar. Əlbəttə, Allah bu insanlara layiq olduqları qarşılığı dünyada da, axirətdə də verəcək.
Allah dünyadakı hökmünü elçiləri vasitəsilə yerinə yetirir. Buna görə, inkar edənlərə daddırdığı dünya əzabının bir qismi də elçilərinin vasitəsi ilə olmuşdur. Allah elçiləri vasitəsi ilə inkarçıların öncüllərini əzablandırdığını ayələrində belə bildirir:
Əgər münafiqlər, qəlblərində mərəz olanlar və Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu pis əməllərinə) son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq. Sonra onlar səninlə ancaq az bir müddət orada qonşu ola bilərlər. (Əhzab surəsi, 60)
Allah`ın öncə gəlib-getmişlər haqqında qayda-qanunu belədir. Sən Allah`ın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən! (Əhzab surəsi, 62)
İnkarçıların axirətdə qarşılaşacaqları əzab isə sonsuza qədər davam edəcək qorxunc bir əzabdır. Allah orada insanı həm fiziki, həm də psixoloji cəhətdən əzablandıracaq çox müxtəlif üsullar yaradıb. Çünki Allah yaratdığı qullarının zəifliklərini ən yaxşı biləndir və bu zəifliklərə görə ən çox əzabı da yenə Allah verəcək. Müəzzib olan Allah axirətdə inkarçılara verəcəyi əzabı Quranda bir çox ayə ilə bildirmişdir. Ayələrdə belə buyurulur:
Qullarıma xəbər ver ki, Mən bağışlayanam, rəhmliyəm. Əzabım isə üzücü əzabdır. (Hicr surəsi, 49-50)
Onlardan öncəkilər də hiylə qurmuşdular. Sonra Allah onların tikililərini özülündən dağıtdı, tavanları başlarına uçdu və əzab onlara gözləmədikləri yerdən gəldi. (Nəhl surəsi, 26)
Ancaq unutmaq olmaz ki, Allah dünya həyatında insan üçün saysız-hesabsız fürsətlər yaradır. Hər insanın ölənə qədər tövbə etmə, Allah`ın rəhmətinə sığınma imkanı vardır. Belə bir vəziyyətdə həyatı boyu nə qədər xəta etmiş olsa da, insan Allah`ın diləməsi ilə Rəbbimizi çox əsirgəyən və çox bağışlayan görər. Allah səmimi tövbə edənləri Quranda sonsuz rəhməti ilə belə müjdələyir:
Şübhəsiz ki, Mən həm də tövbə edib iman gətirəni yaxşı işlər görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam! (Taha surəsi, 82)
Dindən uzaq yaşayan insanlar gizli şəkildə etdikləri saxtakarlıqları, söylədikləri yalanları qarşılarındakı insanların bilmədiyini düşündükləri üçün içlərində qəribə bir həyəcan hiss edirlər. Etdiklərini çox böyük bir qazanc olaraq görür, hətta bundan ötəri ağılsızlıqla təkəbbürlənirlər. Halbuki, bütün saxtakar hərəkətlər şəxsin öz əleyhinədir. Belə ki, inkar edən adam zərərdə olduğunun fərqində belə deyil. Lakin düşünmədiyi bir nöqtə daha var: hər şeyin üzərində şahid olan, eşidən, görən Allah özünü hər tərəfdən əhatə edir.
İnkarçılar Allah`ı etdiklərindən xəbərsiz sanırlar. Bu həqiqət aşağıdakı ayədə belə bildirilir:
Heç bir düşüncə, heç bir pıçıltı Allah`dan gizli qalmaz. O, bütün insanların ürəklərində olanı bilir, onlara şah damarlarından daha yaxındır. Allah insanları və etdiklərini əhatə etdiyi kimi, bütün kainatı da əhatə etmişdir. Onun hakim olmadığı varlıq yoxdur. Allah cinlərin və mələklərin olduğu və daha bilmədiyimiz aləmləri də yaradan və elmi ilə əhatə edəndir. “Ali-İmran” surəsində bu həqiqətə belə diqqət çəkilir:
Allah`ın məscidlərində Onun adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir! Şərq də, qərb də Allah`ındır: hansı tərəfə yönəlsəniz Allah oradadır. Şübhəsiz ki, Allah genişdir, biləndir!
Dedilər: "Allah övlad götürmüşdür". Allah pak və müqəddəsdir. Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir! Göyləri və yeri icad edən Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: "Ol"deyər, o da olar. (Bəqərə surəsi, 114-117)
Sizə bir mənfəət yetişəndə onlar qəmgin olur, sizə bir zərər toxunanda isə ona sevinirlər. Əgər səbir edib özünüzü qorusanız, onların hiyləsi sizə heç bir zərər yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir. (Ali-İmran surəsi, 120)
Mömin yaşadığı hər şeyi Allah`ın yaratdığını bilir və buna görə də hər cür hadisə qarşısında Allah`dan razıdır. Ən böyük çətinliyi belə təvəkküllə qarşılayır. Dünyaya aid hər şeyin müvəqqəti olduğunu bildiyi üçün bunların itkisindən kədərlənmir. Çünki bilir ki, bu dünyada əlindən çıxan hər şey gözəl əxlaq göstərdiyi üçün axirətdə özünə qat-qat artığı ilə geri veriləcək. Üstəlik, Allah inananlara dünyada da ən gözəl həyatı vəd etmişdir.
İnkar edənlər üçün isə vəziyyət belə deyil. Onlar yalnız dünya həyatını özlərinə məqsəd edir və yaşadıqları bütün hadisələri, qarşılaşdıqları bütün insanları Allah`dan müstəqil olaraq qiymətləndirdikləri üçün ruhən sıxıntı yaşayırlar. Daima ətrafdakı insanları razı etmək, dünyəvi istəklərinə qovuşmaq üçün çalışmağın yaratdığı qorxu və təlaş içindədirlər. Allah`ı özlərinə dost və yardımçı etmədikləri üçün hər şeyi özləri düşünməli, həll etməlidirlər. Amma heç nəyə gücləri çatmır. Yalnız Allah`a təvəkkülə və imana görə yaradılmış olan insanın təbii olaraq nə ruhu, nə də bədəni bu yükü qaldıra bilər. Belə ki, ağlamaq, kədər, çətinlik də bu zaman ortaya çıxır. Çünki bu insanlar Allah`dan üz çevirməklə ən böyük zülmü işləyirlər. Allah bu şəxslərə həm dünyada, həm də axirətdə bəla verəcəyini bu şəkildə xəbər verir:
Bu, yuxarıda da ifadə etdiyimiz kimi, Allah`ın inkarçılara təqdir etdiyi bəladır. Ağlayacaqları hər hadisəni, hər səbəbi Allah yaradır və vaxtını da o təyin edir.
Allah inkarçıları ağladarkən mömin qullarına Öz qatından sevinc, rahatlıq və dinclik verir, üzlərini daima güldürür. Onların vəlisi və dostu olduğu üçün hüznü və pisliyi onlardan uzaqlaşdırır. Çətinliklə qarşılaşsalar belə, onlara səbir və güc verir, sevinclərini azaltmır. Möminlər ancaq səcdədə ikən Rəbbimizin böyüklüyü qarşısında bəslədikləri sevgi dolu qorxudan ötrü ağlayırlar. Bunun xaricində Allah diləmədikcə heç bir hadisə onları ağlada bilməz. Allah`ın onlar üçün hökmü dünyada da, axirətdə də şadlıqdır. Möminlərin məmnuniyyəti ayələrdə belə bildirilir:
Həqiqətən də cənnət əhli həmin gün nemətlər işində kef çəkəcək. (Yasin surəsi, 55)
"Ey qullarım! Həmin gün sizə qorxu yoxdur və siz heç kədərlənməyəcəksiniz də. Siz ayələrimizə iman gətirib müsəlman olmusunuz. Siz də, zövcələriniz də fərəhlə cənnətə daxil olun! " (Zuxruf surəsi, 68-70)
Şübhəsiz ki, müttəqilər cənnət bağlarında və nemət içində yaşayacaqlar. Rəbbinin onlara bəxş etdiyinə sevinəcəklər. Rəbbi onları cəhənnəm əzabından xilas etmişdir. (Tur surəsi, 17-18)
Şübhəsiz, inkarçılarla möminlər axirətdə bir-birlərindən üzlərindəki ifadə ilə də ayrılacaqlar. Allah möminlərlə inkarçılar arasındakı ayrı-seçkiliyi ayələrdə belə bildirir:
O gün (neçə-neçə) üzlər parlayacaq, güləcək və fərəhlənəcəkdir. O gün (neçə-neçə) üzlərə toz-torpaq hopacaq, onları zülmət bürüyəcəkdir. Məhz onlardır kafirlər, günahkarlar! (Əbəsə surəsi, 38-42)
İnsanın ömrü boyu hər etdiyi əməl, hər düşündüyü Allah qatında yazılır. Ən kiçik detal belə unudulmur. Ayəyə görə "...(Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, xəbərdardır" (Loğman surəsi, 16)
Hesab günü gəldiyi zaman hamı öz əməllərini görəcək və buna uyğun da əvəz alacaq. Allah Quranda belə bildirir:
O gün kitablardakı əməllər hesab günü üçün xüsusi olaraq hazırlanmış həssas tərəzilərdə ölçüləcək. Allah`ın ədaləti qarşısında heç kimə zərrə qədər haqsızlıq edilməyəcək:
Dünyada işlənən hər əməl, ən kiçik detallar belə əskik qalmadan bu tərəziyə qoyulacaq. Veriləcək qarşılıq bu həssas tərəzinin ağır tərəfinə görə olacaq:
Beləliklə, Allah öz ədaləti ilə hamının işlədiyi əməllərin qarşılığını tam olaraq verəcək. Digər tərəfdən, Allah insanların dualarına və əməllərinə bu dünyada da qarşılıq verir. Bu, möminlər üçün böyük lütf ikən, inkarçılar üçün isə qorxulu tələdir. Allah ayələrində bu aldanışı belə bildirir:
Yoxsa elə güman edirsiniz ki, Allah içərinizdə cihad edənləri, Allah`dan, Onun Peyğəmbərindən və möminlərdən başqasını özlərinə dost tutanları ayırd etməmiş siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır!
"O, yaratdığını bilməzmi?" (Mülk surəsi, 14) ayəsində bildirildiyi kimi, Allah kainatda yaratdığı hər şeyi ən incə detalına qədər bilir, bütün canlılara hakimdir. Çünki onların hər birini rənglərinə, formalarına, görünüşlərinə, xüsusiyyətlərinə qədər Allah yaratmışdır. Yaratdığı canlı və cansız varlıqların sayını da dəqiq təyin edib. Şübhəsiz, bu, insanın əsla sahib ola bilməyəcəyi, gücü çatmayacağı bir elmdir və yalnız aləmlərin Rəbbi olan Allah`a məxsusdur.
Allah kosmosun dərinliklərində neçə ədəd planet və neçə ədəd meteorit olduğunu, ulduzların sayını, atomun nüvəsinin ətrafında dönən elektronların sayını bilir. Dünyada olan ağacların hamısında neçə yarpaq olduğunu və hər yarpaqda nə qədər atom olduğunu da bilir. Allah yerin daxilində və səthində nə qədər qum dənəciyinin olduğunu, yağan yağış damcılarının, dünyadakı bütün dənizlərin dibində yaşayan balıqların sayını bilir. Yer üzündə neçə milyard bitki və heyvan növünün olduğunu da dəqiqliklə yenə Özü bilir. Yer üzündə hz. Adəmdən bəri yaşayan, bu an yaşayan və qiyamətə qədər də yaşayacaq insanların sayını da yalnız Allah bilir...
Allah insanların bütün işlərini və düşündüklərini əskiksiz bilir və din günündə bunları onlara xəbər verəcək. Edilən hər əməl, ən kiçik detallar belə əskik qalmadan din günündə ortaya gətirilir. Allah bu həqiqəti bir ayədə belə xəbər verir:
Həm mükafat və şövq qaynağı, həm də qarşılıqsız lütf və lütfkarlığın nümunəsi olaraq saleh qullarına dünyada nemət və gözəllik verməsi Allah`ın dəyişməz qanunudur.
Zənginlik, ehtişam və gözəllik cənnətin ən əsas xüsusiyyətlərindən olduğu üçün Allah sevdiyi qullarına cənnəti xatırladacaq, onların cənnətə olan arzu və həyəcanlarını artıracaq nemətlərin və mühitlərin bənzərlərini bu dünyada da yaradır. İnkarçıların əbədi əzabları necə ki, daha bu dünyada ikən başlayırsa, saleh möminlər üçün vəd edilən əbədi gözəlliklər də özlərinə dünyadakı həyatlarında göstərilməyə başlayır.
Allah Özündən bağışlanma diləyən, tövbə edən saleh möminləri cənnətlə yanaşı, dünyada da gözəl şəkildə faydalandıracağını və onlara lütf edəcəyini bir çox ayəsində bildirmişdir. Bir ayədə belə buyurulur:
Mömin özünü yaradan uca Allah`ın böyüklüyünün şüurunda olmasından, Onun əmr və qadağalarına riayət etməsindən, Onun insanlar üçün seçib bəyəndiyi dinini yaşamasından və ən əhəmiyyətlisi ölümdən sonraya böyük ümid bəsləməsindən ötrü daim Allah`ın köməyi və lütfkarlığı ilə qarşılaşır. Allah bütün etdiklərinə ən gözəli ilə cavab verir. Çünki Allah Özü üçün edilən heç bir lütfkarlığı qarşılıqsız buraxmır. Ayələrdə belə buyurulur:
Allah`a qarşı yalan uyduranların qiyamət günü barədə fikirləri nədir? Həqiqətən, Allah insanlara qarşı lütfkardır, lakin onların çoxu şükür etmir. (Yunis surəsi, 60)
Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın deyə xərclədikləri elə bir kiçik və ya böyük məsrəf, keçdikləri elə bir vadi yoxdur ki, onlara (savab) yazılmasın. (Tövbə surəsi, 121)
Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin (mükafatını) artırar. Allah əhatə edəndir, biləndir. (Bəqərə surəsi, 261)
Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah əhatə edəndir, biləndir. (Bəqərə surəsi, 268)
Allah`a iftira yaxanların qiyamət günü barəsindəki zənləri nədən ibarətdir? Allah insanlara qarşı mərhəmətlidir, lakin onların əksəriyyəti şükür etməz! (Yunis surəsi, 60)
Bir varlığa can vermək, onu yoxdan yaratmaq və onun həyatını davam etdirməsi üçün uyğun şərait yaratmaq, yalnız sonsuz güc sahibi Allah`a məxsus olan xüsusiyyətdir.
Allah gözlə görülməyəcək qədər kiçik bir yumurta ilə spermanı birləşdirir. Sperma yumurtanın içinə girən kimi yumurtanın ətrafı pərdə ilə örtülür və həyat başlayır. Allah bu kiçik hüceyrəni əvvəl iki, sonra dörd hissəyə bölür, bu bölünmə sürətlə davam edir. Beləliklə, ananın qarnında möcüzəvi bir həyat başlayır. Eyni hüceyrələr bir müddət sonra fərqliləşərək həm beyni, həm sinir sistemini, həm də sərt sümükləri və qığırdaqları meydana gətirir. Beləliklə, Allah doqquz ay ərzində yoxdan görən, eşidən, danışan və düşünən insanı yaradır. Ona can bağışlayır. Bir canlının yaranma mərhələlərində baş verən bu möcüzəvi hadisələri bir yumurta ilə spermanın bacara bilməyəcəyi aydındır. Onları birləşdirən və ana qarnındakı körpəni doqquz ay ərzində qoruyaraq böyüdən yalnız Allah`dır. Bu, ilk yaradılış və ilk diriltmədir.
İnsan dünyaya gəldikdən sonra onun yaşamasına izn verən də Allah`dır. Sonra bütün insanlara qədərlərində bir ölüm günü təyin etmişdir. Bu ölüm gününə qədər də onları müəyyən bir müddət dünya həyatında saxlayaraq sınayır. Təyin edilən müddət gəldiyi zaman isə insanların canını alır və dünyada işlədikləri əməllərin əvəzini vermək üçün daha əvvəl yoxdan var etdiyi kimi, ölümdən sonra təkrar dirildir. Şübhəsiz, bu, sonsuz gücə sahib olan Allah üçün çox asan işdir.
Ancaq insanların bir qismi bu dirilişdən xəbərsizdirlər:
Əlbəttə, insanların qəflətdə olduqları, inkar etdikləri bu həqiqəti Allah vəd edir və onların gətirdiyi misalın ən hikmətli cavabını Quranda belə verir:
Dirildən də, öldürən də Odur. Gecə ilə gündüzün bir-birini əvəz etməsi Ona aiddir. Məgər anlamırsınız? (Muminun surəsi, 80)
Sən Allah`ın mərhəmətinin izlərinə bax ki, yeri öldükdən sonra necə dirildir. Şübhəsiz ki, O, ölüləri də mütləq dirildəcəkdir. O, hər şeyə qadirdir. (Rum surəsi, 50)
Yer üzünü qupquru görməyin də Onun dəlillərindəndir. Biz yerin üzərinə su endirdikdə o, hərəkətə gəlib qabarır. Şübhəsiz ki, onu dirildən ölüləri də hökmən dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir. (Fussilət surəsi, 39)
(Allah) ölüdən diri, diridən də ölü çıxardır, öləndən sonra torpağı dirildir. Siz də belə çıxardılacaqsınız. Sizi torpaqdan yaratması, sonra da sizin bir insan olub yer üzünə yayılmağınız Onun qüdrət əlamətlərindəndir. (Rum surəsi, 19-20)
İnsan Allah`ın özü üçün seçib bəyəndiyi dinini öyrənmədən və onu yaşamadan Allah`ı haqqı ilə tanıya bilməz, yaradılış məqsədini qavraya bilməz. Həyatın, ölümün, axirətin, cənnətin, cəhənnəmin, şeytanın və mələklərin nə üçün yaradıldığını da tam mənası ilə qavramaya bilməz. Milyardlarla canlının yaşadığı kainatın yaradılışındakı hikmətləri düşünməz. Bu insan ömrü boyu qəflət içində yaşayıb, yenə qəflət içində ölər. Ancaq Allah insanın ürəyinə iman verdiyi təqdirdə bütün bu sualların cavabını tapar. Beləliklə, Allah daha əvvəl Özünə inanmayan insanın ürəyini çevirərək səmimi edə bilər. Əvvəldən din haqqında mənfi düşünən insan artıq müsbət düşünməyə, Onun əmrlərindən üz çevirən insan bunları dəqiq şəkildə tətbiq etməyə başlayar.
Allah`ı heç zikr etmədiyi halda, davamlı Onu xatırlamağa, heç şükür etmədiyi halda, davamlı şükür etməyə başlayar. Daha əvvəl Allah`ın varlığının dəlillərini, Onun bağışladığı nemətləri, şəfqətini və mərhəmətini heç dərk etmədiyi halda, artıq bunları açıq bir şüurla dərk edər. Belə ki, iman edən adam sanki yuxudan oyanar. Çünki Allah onun ürəyinə imanı yerləşdirmiş və küfrdən çevirmişdir.
Göründüyü kimi, imanı insana ancaq Allah verir və dilədiyi anda da geri alır. İnsanın imanlı olması isə ürəyinin Allah`ın ayələrinə qarşı yumşalmasına bağlıdır. Ancaq Allah`a təslim olanlar hidayət tapar.
İnkarçılar iman etmədikləri üçün ətraflarındakı böyük gerçəkləri görə bilmirlər. Bütün kainat Allah`ın varlığının açıq-aşkar dəlilləri ilə doludur, amma inkar edənlər bunu dərk etmirlər. Allah bununla əlaqədar olaraq bir çox ayədə inkarçıların ürəkləri üzərində qavramalarına mane olan bir pərdə olduğunu bildirir. Bir ayədə belə buyurulur:
İnkarçılar bəzən özlərinə təbliğ edilən dini anlamadıqlarını etiraf edirlər. Özlərini hidayətə dəvət edən hz. Şüeybə qarşı Quranda xəbər verilən və: "Ey Şüeyb! " "Dediklərinin çoxunu anlamırıq..." deyən inkarçılar bunlara bir nümunədir.
Əgər insanın ürəyi üzərində pərdə varsa və Allah bu adamın anlayışını bağlayırsa, artıq onu doğru yola çevirmək Allah`ın diləməsi xaricində mümkün deyil. Allah bu mövzuya Quranda belə diqqət çəkir:
Allah ancaq ürəkdən iman etməyi və Özünə yaxın olmağı istəyənin ürəyini yumşaldar, beləsini səmimi müsəlmanların arasına qatar. Səmimiyyətsiz olanların da ürəyini çevirərək onları küfrə geri qaytarar. O, dilədiyinin ürəyini dilədiyi anda çevirməyə qadirdir. Onun çevirdiyi ürəyi təkrar geri çevirə biləcək heç kim yoxdur.
İnsanı yaradan Allah`dır və "Yaradan Lətif və xəbərdar olduğu halda, ola bilərmi ki, O, bilməsin?" ((Mülk surəsi, 14) ayəsi ilə də vurğulandığı kimi, yaratdığı qulunu ən yaxşı tanıyan, onun istək və ehtiyaclarını ən yaxşı biləndir.
Allah qulları üçün təyin etdiyi dini fitrətlərinə ən uyğun şəkildə təşkil etmişdir. Məqsəd insanların çətinlik çəkmədən, fitrətlərinə ən uyğun olan sistem içində Allah`ı tanımaları, Ona qulluq etmələri və beləliklə də gerçək qurtuluş və xoşbəxtliyə çatmalarıdır.
İslam dini sonsuz ağıl sahibi olan Rəbbimizin seçib bəyəndiyi dindir. Şübhəsiz, bu din vasitəsi ilə qullarını kamala çatdıran da yalnız Allah`dır.
Batildən haqqa tapınaraq üzünü Allah`ın fitri olaraq insanlara verdiyi dinə tərəf tut. Allah`ın dinini heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti bilməz.
Allah tarixdə bəzi insanları qüdrətli etmiş, onlara həm bənzərsiz mülk vermiş, həm də mövqe sahibi etmişdir. Yaşadıqları qövmün başına keçirmiş, bütün insanların və torpaqların rəhbərliyini onlara vermişdir. Firon da bu insanlardan biridir. Ancaq firon Allah`a qarşı böyüklənmiş, gerçək qüvvətin və gücün özündə olduğunu zənn etmişdir. Belə ki, bu, özünü ilah elan etməsinə qədər çatmışdır. Bu vəziyyət bir ayədə belə xəbər verilir:
Firon qövmünü çağırıb dedi: "Ey kavmim, Ey xalqım! Məgər Misir səltənəti və altımdan axan bu çaylar mənim deyilmi? (Zuxruf surəsi, 51)
Buna görə, bütün gücün tək sahibi olan Allah firon və ordusunu suda boğaraq onlardan intiqam almışdır:
Günahlarına görə Haman və Qarunun da fironla eyni sonu olmuşdur. Bu azğın insanlar sahib olduqları malları və ordularına görə yer üzündə təkəbbürlənmiş, güclü və qüdrətli olduqlarını zənn etmişlər. Beləliklə də Allah gerçək gücün kimə aid olduğunu bütün qövmə göstərmişdir.
Halbuki, kainatdakı bütün iqtidar və qüdrətin yeganə sahibi Allah`dır. Yer üzündə güc və səlahiyyət sahibi olanlara əllərində olan malları, olduqları mövqeləri və orduları verən də Özüdür. Hər gün Günəşi doğuran, gecəni və gündüzü ard-arda gətirən, kosmosda sürətlə hərəkət edən planetləri orbitlərində saxlayan və kainatdakı saysız nizamı qüsursuz idarə edən Allah`ın gücü aşkardır. İnsan isə əlindən malı alındığı, mövqeyindən endirildiyi zaman bütün gücünü itirir. Bədəninin müqavimətini itirdikdə isə çox acizləşir. Beləliklə, Allah qullarına gerçək gücün kimdə olduğunu göstərir. Allah`ın hər şeyin üstündə güc sahibi olduğu Quranda belə bildirilir:
Onlar dəlillərimizin hamısını yalan saydılar. Biz də onları qüvvət və qüdrətimizə layiq şəkildə əzabla yaxaladıq. (Qəmər surəsi, 42)
Yaxud onlara vəd etdiyimizi sənə göstərəcəyik. Şübhəsiz ki, Bizim onlara gücümüz çatar. (Zuxruf surəsi, 42)
Allah bütün cəmiyyətləri şirk və degenerasiyadan xilas etmək üçün seçdiyi elçiləri ilə xəbərdar edir. Həmin cəmiyyətlər bu xəbərdarlıqları dinləmədikdə və hətta azğınlıqlarını daha da artırdıqda Allah intiqam alır. Allah`ın intiqamı isə, əlbəttə, insanlarınkına bənzəmir:
Allah xəbərdar edilən və gerçəyi öyrənən insanlardan çox vaxt dərhal intiqam almır. Onlara iman etmələri və günahlarından təmizlənmələri üçün müəyyən bir müddət verir. Halbuki, insanların çoxu özlərinə verilən bu müddəti əleyhlərində istifadə etməklə daha azır və üsyan edirlər. Beləliklə də əzab onlara haqq olur. Allah ayədə belə buyurur:
Şübhəsiz, insanın Rəbbimizi inkar etməsi, üsyan etməsi, nankorluq etməsi və bu davranışlarını davam etdirməsi ən böyük günahlardandır. Məhz burada Allah inkarçılardan intiqam alaraq daha əvvəl heç qarşılaşmadıqları əzablarla onları tanış edir. Çünki buna layiqdirlər. Allah bir ayəsində intiqam alan olduğunu belə bildirir:
Bununla yanaşı, Allah Quranın bir çox ayəsində Rəhman və Rəhim sifətlərini və insanlara qarşı sonsuz əsirgəyici olduğunu göstərir. İnkarçıların axirətdə qarşılaşacaqları bu əzab yalnız inkara davam etmələrinə görədir. Allah bunu Quran ayələrində insanlara xatırladır və qullarına əzab və zülm etmədiyini bildirir:
... Bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz! (Ənfal surəsi, 33)
Budur Allah`ın ayələri! Biz onları sənə olduğu kimi oxuyuruq. Allah aləmlərə zülm etmək istəməz. (Ali-İmran surəsi, 108)
Bağışlayıcı olan Rəbbimiz bütün qullarını doğruya yönləndirmək və üzərilərindəki neməti tamamlamaq istədiyini isə ayələrdə belə bildirir:
Allah sizə bildirmək, sizdən əvvəlkilərin getdiyi yolları sizə göstərmək və tövbələrinizi qəbul etmək istər. Allah biləndir, hikmət sahibidir! (Nisa surəsi, 26)
… Allah sizi çətinliyə salmaq istəməz, lakin O, sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə, şükür edəsiniz! (Maidə surəsi, 6)
Dünyada yüz minlərlə fərqli növdə canlı yaşayır. Bu növlərin hamısı bir-birlərindən tamamilə fərqli görünüşlərə və fövqəladə xüsusiyyətlərə malikdir.
Məsələn, kəpənəyin qanadlarındakı qüsursuz simmetriyaya nəzər salaq. Hər bir qanadın üstü müxtəlif şəkillər və rənglərlə bəzənmişdir. Bu şəkillər və rənglər nə qədər qarışıq olsa da, qanadlardakı bənzərsiz simmetriya əsla pozulmur. Belə ki, bütün kəpənəklər göz zövqünə xitab edən gözəllikdədirlər. Bu gözəllikdə təcəlli edən ağılın bir qaynağı olduğu açıqdır. Çünki adi çəkilmiş bir şəklin belə rəssamı var və şəklin öz-özünə ortaya çıxması mümkün deyil. O halda, heç kim bu cür qüsursuz yaradılmış və sənət əsəri qədər estetik olan belə bir canlının təsadüfən yarandığını deyə bilməz. Bunların hamısını yaradan, hazırlayan, əmələ gətirən bütün kainatın Rəbbi olan Allah`dır.
İnsanı yaradan, bədəninin xaricindəki və daxilindəki bütün sistemləri son dərəcə mükəmməl şəkildə hazırlayan Allah bu kompleks quruluşdakı hər nöqtədə üstün yaratmasını və izzətini göstərir. Məsələn, insan bədəninin sütununu əmələ gətirən skelet öz-özlüyündə bir mühəndislik möcüzəsidir. Bədənin dayaq-hərəkət sistemidir və beyin, ürək, ağciyər kimi həyati orqanların qorunmasını təmin edir, daxili orqanlara dəstək olur. İnsan bədəninə bənzərsiz hərəkət qabiliyyəti verir. Bundan başqa sümük toxuması çoxlarının zənn etdiyi kimi cansız deyil. Bədənin ehtiyacına görə kalsium, fosfat və s. mineralları toplayır və ya daha əvvəldən topladıqlarını bədənə verir. Bütün bunlarla yanaşı, qırmızı qan hüceyrələrinin istehsalı da sümüklər vasitəsi ilə edilir. Bu bəhs edilən çox funksiyalı sistem insan bədənindəki mükəmməl sistemlərdən sadəcə biridir.Bunların hamısını bənzərsiz bir dizayn ilə yaratmış olan və hələ də yaratmağa davam edən Allah qüdrətinin təcəllilərini bizlərə davamlı göstərir. Bir ayədə möminlərin belə söylədikləri xəbər verilir:
Quranda bildirilən mömin əlamətlərini göstərən, Allah`a heç bir şeyi şirk qoşmayan və Allah`ın seçib bəyəndiyi din əxlaqına sonuna qədər sadiq qalaraq iman edən saleh qullar dünyada və axirətdə alacaqları qarşılıqlarla müjdələnilmişlər. Allah`ın ayələri ilə bildirdiyi bir müjdəsi belədir:
Bir başqa ayədə isə möminlərə müjdə olaraq bu hökm bildirilir:
Allah Quranda möminləri mələklər vasitəsi ilə də müjdələdiyini açıq və dəqiq şəkildə bildirmişdir:
Sonsuz xoşbəxtlik və sevinc qaynağı olan cənnətin yanında Allah dünya həyatında da mömin qullarına çoxlu müjdə verir. Quranda bu müjdələr xəbər verilmiş və Allah`ın dualara necə qarşılıq verdiyi nümunələrlə bildirilmişdir.
Allah peyğəmbərlərə azğınlıqla baş qaldıran qövmlərin yerlə-yeksan ediləcəyi müjdəsini ayələrdə xəbər verildiyi kimi, əvvəldən bildirmişdir. Bundan başqa, Allah Özünə dua edərək övlad istəyən peyğəmbərlərin dualarını qəbul etmiş, hz. Zəkəriyyanı hz. Yəhya ilə, hz. Məryəmi hz. İsa ilə, hz. İbrahimi də hz. İshaq və hz. Yaqubla müjdələmişdir. Ayələrdə belə buyurulur:
Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik. (Saffat surəsi, 101)
Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik. (Saffat surəsi, 101) Sevdiyiniz başqa bir şey də - Allah dərgahından kömək və yaxın qələbə gözləyir. Möminlərə müjdə ver! (Səff surəsi, 13)
Tövbə, ibadət və şükür-səna edənlər, oruc tutanlar, rüku və səcdə edənlər, yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlər və Allah`ın hədlərini qoruyanlardır. Belə möminləri müjdələ! (Tövbə surəsi, 112)
İnsan niyə yaradıldığını, nə etməli olduğunu və öldükdən sonra nə ilə qarşılaşacağını sadəcə Allah özünə açıqladığı üçün bilir. Yoxsa insan Allah`ın endirdiyi kitablar, göndərdiyi elçilər və onlar vasitəsi ilə açıqlanan məlumatlar olmasa, çox çarəsiz, aciz və qorxu içində yaşamaq məcburiyyətində qalardı. Halbuki, qullarına qarşı çox şəfqətli və mərhəmətli olan Allah bütün sualların cavabını insanlara göndərdiyi kitabı ilə açıqlamış və onları qarşılaşacaqları çarəsizliklərdən qurtarmışdır.
Bütün bunlar möminlərə şövq verir. Necə ki, Allah`ın həm elçilər, həm də endirdiyi kitablar vasitəsi ilə göstərdiyi yollar, qadağan etdiyi və ya tövsiyə etdiyi şeylər, etdiyi xəbərdarlıqlar, diqqət çəkdiyi bütün mövzular yalnız insanların qurtuluşu və Allah`ın hüzurunda sevinərək hesab vermələri üçündür.
Qulları üçün dünyada və axirətdə zülm istəməyən uca Allah onların sonsuz əzabdan qurtarmasına vəsilə olan bütün çıxış yollarını detallı olaraq təsvir etmiş, insanın yerinə yetirməli olduğu hər mövzunu açıqlamışdır. Bundan başqa, özlərindən əvvəlkilərin səhvlərini təkrarlamamaqları üçün insanlara keçmiş qövmlərdən də nümunələr vermiş və doğru yolu tapmaları üçün peyğəmbərlərin həyatlarından nümunələr çəkmişdir. Belə ki, insanların bilməsinin mümkün olmayacağı və sonsuza qədər də öyrənə bilməyəcəkləri bəzi hadisələri də Allah kitabında xəbər vermişdir. Məsələn, heç kim hz. Musanın müqəddəs vadi olan Tuvada Allah`la olan danışmasına şahid olmayıb və bu gün heç bir insan tarixi məlumatla bu hadisəni öyrənmə imkanına sahib deyil. Amma Allah Quranda bizlərə bu söhbətlə əlaqədar bəzi detalları açıqlamışdır. Beləliklə, əsrlərlə bundan əvvəl Rəbbimizin qarşısında tək olduğu anda hz. Musaya deyilən sözlər qiyamətə qədər yaşayacaq hər insana hər kəlməsi ilə çatıb. Bunu xəbər verən ayələrdə belə buyurulur:
Biz Musaya əmri yerinə yetirməyi tapşırdıqda sən qərb tərəfində deyildin. Sən şahid olanlardan da deyildin. Lakin Biz neçə-neçə nəsillər yaratdıq və onlar uzun ömür sürdülər. Sən Mədyən sakinləri arasında olub ayələrimizi onlara oxumurdun. Lakin elçiləri Biz göndəririk. Biz çağırdığımız zaman da sən dağın yanında deyildin... (Qəsəs surəsi, 44-46)
İnsanların Allah`ın kitabından əlavə heç bir məlumat əldə edə bilməyəcəkləri mövzulardan biri də axirət həyatıdır. Ölümdən sonra həyat olduğu, dünyada keçən müddətin isə yalnız bu həyata hazırlıq mərhələsi olduğu Quranda xəbər verilir. Əks halda, insanlar yalnız dünyaya aid məlumatlarla kifayətlənmək məcburiyyətində qalar və ölümdən sonra nə olacağı ilə əlaqədar ən kiçik bir fikirləri belə olmazdı. Bunlar Allah`ın qullarına açıqladığı mövzulardan yalnız bir neçəsidir. Rəbbimiz Quran vasitəsilə insanlara ehtiyacları olan hər şeyi açıqlamışdır. Ayədə belə buyurulur:
Şübhəsiz, Allah`ın bizə açıqladıqlarından başqa bizim heç bir məlumatımız yoxdur.
Allah bütün kainatı idarə edir. Ondan xəbərsiz bir atom belə hərəkət edə bilməz. Allah kiçik bir toz zərrəsindən, boşluqda sürətlə hərəkət edən planetlərə və insan gözünün əsla görə bilməyəcəyi mikro aləmdə yaşayan milyardlarla canlıya qədər hər şeyin üzərində idarəçi olan tək gücdür. Səma, içində olan milyardlarla ulduz, bir-birinin ardınca hərəkət edən planetlər və Günəş tam təslimiyyətlə Allah`a boyun əyiblər. Kainatdakı qüsursuz nizam bütün varlıqları hər an nəzarəti altında saxlayan və hər şeyin üzərində olan bir gücün varlığını bizə sübut edir. Bu, Allah`ın qüsursuz yaratmasıdır.
Yer üzünə baxdığımız zaman da yenə fövqəladə bir nizamla qarşılaşırıq. Allah hər canlıya müəyyən vəzifələr verib. Bunlar özlərinə verilən vəzifələri bir gün, bir dəqiqə belə axsatmadan yerinə yetirirlər. Məsələn, ağaclar havadakı karbonu alıb əvəzinə oksigen vermək məcburiyyətindədirlər. Torpaq canlıların yeməsi üçün növbənöv ruzilər verir. Göydən yağan yağış müəyyən sürətdə və müəyyən miqdarda yağır, şimşəyin arxasından mütləq göy gurultusu gəlir. Təbiətdəki tarazlıq hər zaman qorunur, bəziləri ölərkən, bəziləri dünyaya yeni göz açır. Bütün varlıq aləmini yaradan Allah hər bir varlığa öz vəzifəsini ilham edərək həyatlarını davam etdirmələrini təmin edir.
Allah yaratdığı bütün canlıların bədənlərini də müəyyən bir tarazlıqla və daima idarə edir, bütün orqanları bir-birinə köməkçi edir. Belə ki, insan bədəninin funksiyalarının demək olar ki, hamısı insanların idarəsi xaricindədir. Heç kim ürəyinin döyünməsini, ya da yediklərinin mədəsində həzm edilməsini təmin edə bilməz. Qanındakı ağ qan hüceyrələrinin mikroblara qarşı apardığı mübarizədən xəbəri belə olmaz. Bədənini meydana gətirən hüceyrələrdəki saysız kimyəvi əməliyyatlardan nə xəbəri var, nə də bunlara nəzarət edə bilər.
Eynilə bədənindəki bu proseslər kimi, insanın həyatının asılı olduğu saysız xarici amil də var. Bu milyonlarla xarici amildən hər birini Allah davamlı olaraq və tarazlıqla idarə edir.
Əgər bəzi insanların iddia etdiyi kimi, Allah dünyanı yaradıb başıboş buraxsaydı, şübhəsiz, hər şey daha o anda pozulardı. Gerçək budur ki, bu qədər sistemi ancaq yaradıcımız olan Allah qoruyur və kainat ancaq Rəbbimizin idarəsi ilə varlığını davam etdirir. Çünki Allah kainatın gerçək sahibidir, yaradılışı Ona aid olduğu kimi, rəhbərliyi də yalnız Ona aiddir. Bu mövzuya Quranda belə diqqət çəkilir:
De: "Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan kimdir? Onlar: "Allah`dır!" – deyəcəklər. De: "Bəs onda Allah`dan qorxmursunuz? (Yunis surəsi, 31)
Allah möminlərə dünyada da, axirətdə də razı olacaqları həyatı bəxş edir. Bu həyat hər cəhətdən çox mükəmməl olduğu kimi, mənəvi olaraq da möminlərin çox güclü olmalarını təmin edir. Allah saleh qullarına mənəvi cəhətdən rahatlıq, arxayınlıq və əmin-amanlıq verir. Möminlərə dünyada çətinlik çəkdikləri dövrlərdə kömək edir, ürəklərini gücləndirir, Özünə edilən təvəkküllə rahat həyat yaşadır. Quranda Peyğəmbərimiz (s.ə.v) dövründə müharibədə məğlubiyyətin ardından Allah`ın möminlərə olan mənəvi dəstəyi belə izah edilir:
Şübhəsiz, möminlərin qarşısına həmişə inkar edən bir qrup çıxmışdır. Bu inkarçı qrup Allah`a səmimi qəlbdən yönələn möminləri doğru yoldan ayırmağa, öz dinlərinə tabe olmağa çağırmışlar. Bu çağırışdan üz çevirənləri isə şiddətli əzabla qorxutmuşlar. Ancaq belə dövrlərdə də Allah inkar edənlərin səylərini puç etmiş və möminlərə hər cəhətdən kömək etmişdir:
Allah`ın bütün möminlərə, xüsusilə də elçilərinə olan mənəvi dəstəyi başqa ayələrdə də xəbər verilib. Peyğəmbərimiz (s.ə.v) dövründəki inkarçı qövm Peyğəmbərin hicrət etməsinə səbəb olduğu üçün Allah onu hər cür mühitdə dəstəkləyəcəyini vəd etmiş, inkarçıların hücumunun qarşısını almış, mənəvi olaraq da elçisinə rahatlıq və təhlükəsizlik hissi vermişdir. Allah`ın bu köməyi ayələrdə belə xəbər verilir:
Yuxarıda sayılanların hamısı Allah`ın insanlara dünyada verdiyi təhlükəsizlik və rahatlıq hissidir. Ancaq axirətdə olan rahatlıq və təhlükəsizlik dünyadakı ilə müqayisə edilməyəcək qədər böyük bir nemətdir. Çünki oradakı mənəvi rahatlıq sonsuza qədər davam edəcək və Allah diləmədikcə yox olmayacaq.
Allah möminlərin cənnətdə yaşayacaqları, maddi və mənəvi hər cəhətdən təmin olunmuş bu halı belə təsvir edir:
Dua Allah ilə qulu arasında xüsusi əlaqədir. Qul bütün çətinliklərini və istəklərini Allah`a açır, Ona yalvarır, Allah qulunun istəyini eşidir və ona qarşılıq verir.
Allah insana şah damarından daha yaxın olan, hər şeyi bilən, eşidəndir. İnsanın içindən keçirdiyi bir düşüncə belə Allah`dan gizli qalmaz. O halda, səmimi olaraq Allah`dan nə isə istəmək üçün insanın yalnız düşünməsi belə kifayətdir. Budur, Allah`ın razılığı bu qədər yaxındır.
Mömin dua etdiyi zaman Allah`ın özünü eşitdiyindən və duasına mütləq qarşılıq verəcəyindən əmindir. Çünki bütün hadisələrin ancaq Onun diləməsi ilə olduğunun fərqindədir. Allah`ın duaya verəcəyi qarşılığa şübhə ilə yaxınlaşmaq isə Allah`ın gücünü və qüdrətini təqdir edə bilməməkdir. Allah üçün hər hansı bir adamın çağırışına cavab vermək, duasına cavab vermək çox asandır. Amma "duaya qarşılıq " bir şeyin eynilə reallaşması mənasını vermir. Allah bir ayədə bu mövzu ilə əlaqədar olaraq belə xəbər verir:
İnsan üçün nəyin şər, nəyin xeyir olduğunu isə ən yaxşı Allah bilir. Çünki hər şeyi təqdir edən Odur. Hər işində olduğu kimi, dualara qarşılıq verməsində də bir çox hikmət gizlidir. Bu həqiqət Bəqərə surəsində belə bir örnəklə xəbər verilir:
Gizli, açıq hər çağırışa daim qarşılıq verməsi Allah`ın şanından, ucalığındandır. Allah dua mahiyyətində ağıldan keçən bir düşüncəni belə əsla qarşılıqsız buraxmır, cavabsız qoymur. Allah`dan başqa duaları eşidən və onlara qarşılıq verən yoxdur. Allah Özündən başqa heç kimin duaya qarşılıq verə bilməyəcəyini, insanlara kömək edə bilməyəcəyini belə bildirmişdir:
Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar. Fani dünyanın bərbəzəyini arzu edib nəzərlərini onlardan çevirmə. Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan bir kimsəyə itaət etmə! (Kəhf surəsi, 28)
De: "Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar? Siz təkzib etdiniz. Buna görə də (əzab) yaxanızdan əl çəkməyəcəkdir!" (Furqan surəsi, 77)
Bütün kainatın qüsursuz bir nizam içərisində hərəkət etməsini təmin edən fizika qanunları onları yaradan Allah`ın qulları üzərindəki İlahi qorumasının ən gözəl dəlillərindəndir.
Məsələn, yerin cazibə qüvvəsini düşünək. Bu cazibə qüvvəsi daha zəif olsaydı, nə olardı? Əvvəla, yüngül əşyalar yer üzündə sabit dayanmazdı. Çox zəif küləklə yerdən qalxan toz və qum zərrələri saatlarla havada uçuşardı. Yağış damcılarının sürəti çox yavaşlayar, yerə enmədən yenidən buxarlanardı.
Nümunə olaraq verilə biləcək bir başqa qanun Nyutonun klassik cazibə qüvvəsi nəzəriyyəsidir. Bu qanun dünyanın, ayın və planetlərin orbitlərinin içində olduqları həssas tarazlığı açıqlayır. Bu tarazlıqda yaranacaq ən kiçik bir pozulma Yerin ya sürətlə Günəşə yaxınlaşıb istidən qovurulmasına, ya da Günəşdən uzaqlaşaraq kosmosa uçmasına və soyuqdan donmasına səbəb olar.
Bəs cisimlər və səthlər arasında sürtünmə qüvvəsi olmayan Yer necə olardı? Qələm insanların əllərindən sürüşüb düşər, kitablar və dəftərlər stolun üstündən sürüşər, stol döşəmənin üzərindən sürüşüb divara çırpılar, qısası, bütün cisimlər, bir səthə toxunana qədər sürüşər və diyirlənərdi. Sürtünmə qüvvəsi olmayan Yerdə bütün əlaqələr pozular, mismarlar və vintlər yerlərindən çıxar, avtomobillərdə əyləc tutmaz, səs əsla dayanmayıb bir divardan o birinə əks-səda salar...
Allah`ın canlıların qorunması üçün yaratdığı xüsusiyyətlər, şübhəsiz, sadəcə fizika qanunları ilə məhdud deyil. Buna bir başqa nümunə də insanın üzərində yaşadığı yer üzünün möhkəm və təhlükəsiz olmasıdır. Dünyanın mərkəzinə doğru endikcə istilik hər kilometrdə 30°C artır. Nüvədə bu istilik 4.500°C kimi inanılmaz dərəcədə yüksəkliyə çatır. Yerin yalnız 1 km dərinliyində istiliyin 60°C-yə yaxın olduğu düşündükdə bunun nə qədər böyük bir təhlükə olduğu açıq-aşkar görünür. Buna baxmayaraq, bütün canlılar çox rahat vəziyyətdə, ayaqları altında qaynayan maqmadan xəbərsiz halda, həyatlarını davam etdirirlər.
Göründüyü kimi, Allah altında çox güclü od qaynayan yer üzündə mükəmməl bir nizam yaratmışdır. Belə ki, dünyanın heç bir yerində zərrə qədər nizamsızlıq yoxdur. O, göyləri və yeri idarəsi altında saxlayır, kainatdakı bütün canlıları bildikləri və ya bilmədikləri böyük təhlükələrə qarşı hər an qoruyur. İnsanı isə daha döl halında ikən qorumaq üçün möhkəm bir yerə yerləşdirib onu müdafiə edir.
Görürük ki, insanların əksəriyyətinin təbii qarşıladığı bir çox xüsusiyyət, əsasən, Allah`ın qullarına olan mərhəmətinə və İlahi müdafiəsinə işarə edir. Çünki nizam-intizamı təmin edən yüzlərlə fizika qanununun hal-hazırkı vəziyyəti üçün heç bir məcburedici səbəb yoxdur. Allah qoruyanların ən xeyirlisidir.
Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz oradan zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır! (Mülk surəsi, 3-4)
İnsanların bir qismi ətraflarındakı saysız dəlilə baxmayaraq, Allah`ın ululuğunu, ucalığını təqdir edə bilmirlər. Son dərəcə aciz olduqları halda, təkəbbürlənir, özlərini yaradan Allah`ı isə heç düşünmürlər. Bu təkəbbürün səbəbi insanın pisliyi əmr edən nəfsə sahib olmasıdır. Ancaq iman edənlər Allah`ın ucalığı qarşısında insanın nə dərəcə aciz bir varlıq olduğunu, buna görə, heç nəyə güc yetirə bilməyəcəklərini bilirlər. Çünki Allah Quranda insanların acizliyinə və Özünün ucalığına belə bir misalla diqqət çəkir:
Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allah`dan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək )istəyən də aciz qalar, istənilən də!
Halbuki, kainatın hər nöqtəsi Allah`ın böyüklüyünü əks etdirir. Amma Onun sonsuz gücünü və elmini izah etməyə əsla kafi deyil. Allah şirkdən, qüsurdan, əskiklikdən münəzzəh olandır. Bütün üstün sifətlərin və bütün gözəl adların tək sahibidir. Onun elmi, ağlı, gücü, qüdrəti, rəhməti, şəfqəti və lütfkarlığı sonsuzdur.
'Sonsuz' sözü Allah`ın böyüklüyünü qavramaq üçün üzərində yaxşı-yaxşı düşünmək tələb edən anlayışdır. Allah ölümlərindən sonra insanları yeni bir yaradılışla yaradacaq və bundan sonra dünyada etdiklərinin qarşılığı olaraq cənnət və ya cəhənnəmdə davam edəcəkləri sonsuz həyatlarını başladacaq. Burada yüz deyil, min deyil, yüz min və ya milyard il də deyil, trilyon, ya da katrilyon dəfə katrilyon il də deyil, sonsuza qədər davam edəcək ömürdən bəhs edilir. Yəni yüz trilyon insan olsa, gecə gündüz heç dayanmadan yüz trilyonu yüz trilyon ilə vursalar, yüz trilyon ömürləri olsa və ömürləri boyu bu işlə məşğul olsalar, yenə də il sayını hesablaya bilməzlər.
Halbuki, Allah elə böyük bir elmə malikdir ki, insana görə sonsuz olan hər şeyi O bilir. Zamanın ilk yaradıldığı andan sonsuza qədər davam edəcək hər hadisəni, hər düşüncəni, zamanı hər halı ilə təyin edən və bilən Allah`dır. Bu həqiqətə Quranda belə diqqət çəkilir:
(Allah) onlara sağlam övlad verdikdə isə özlərinə verdiyi şeydə Ona şərik qoşmağa başladılar. Allah isə onların qoşduqları şəriklərdən ucadır. (Əraf surəsi, 190)
Qurunun və dənizin qaranlıqlarında sizə doğru yol göstərən, küləkləri Öz mərhəməti önündə müjdəçi kimi göndərən kimdir? Heç Allah`la yanaşı başqa bir məbudmu var? Allah onların qoşduqları şəriklərdən ucadır. (Nəml surəsi, 63)
Sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi dirildəcək məhz Allah`dır. Şərikləriniz içərisində bunlardan birini edə bilən varmı? O, pakdır və Ona şərik qoşduqlarından ucadır. (Rum surəsi, 40)
Allah böyüklüyünü və qüdrətini Quranda verdiyi nümunələrlə izah edir. Bu nümunələrdən biri hz. Musanın Allah`ı görmək istəməsidir. Hz. Musa Allah`ı görmək istəmiş, buna görə də Ona səslənərək: "Rəbbim, mənə göstər, Sənə baxım" demişdir. Bunun üzərinə Allah: "Sən məni görə bilməzsən. Lakin dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən" deyə cavab verir. Allah dağa təcəlli edincə onu parça-parça edir və hz. Musa huşunu itirərək yerə yıxılır. Özünə gələn kimi: "Sən pak və müqəddəssən!" (Əraf surəsi, 143) deyir.
Hz. İbrahim isə ayələrdə xəbər verildiyinə görə: "Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!" demişdir. Bunun üzərinə Allah: "Quşlardan dördünü tut və onları özünə tərəf çəkib tikə-tikə et. Sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah qüdrətlidir, müdrikdir!" (Bəqərə surəsi, 260) şəklində cavab verir. Beləliklə, Allah ona böyüklüyünün bir dəlilini daha göstərir.
Allah, hz. Luta da səhər vaxtı qövmündən iman etmiş kəslərlə birlikdə çıxmasını və qövmünü tərk edərkən arxasına belə baxmamasını söyləyir. Səhər vaxtında isə hz. Lutu və yaxınlarını qurtararaq inkarçı qövmü böyük bir əzabla həlak edir.
Atəşə atılan hz. İbrahimə isə atəşi sərin etmişdir. Hz. İsanın əli ilə ölüləri diriltmiş, kor olanları sağaltmışdır. Dənizi yararaq fironu və ordusunu suda boğmuşdur. Beləliklə, Allah insanlara hər hadisədə böyüklüyünü və sonsuz gücünün təcəllilərindən bəzilərini açıq-aşkar göstərir.
Allah hər an, hər yerdə və hər hadisədə böyüklüyünü və qüdrətini açıq-aşkar göstərir. Dünya həyatına və istəklərinə aldanan insanların üzərinə səhər vaxtı qasırğa göndərir. Onların yaşadıqları şəhəri alt-üst edir və yaşanılması mümkün olmayan hala salır. Mallarını, mülklərini və sahib olduqları hər şeyi əllərindən alır.
Bir şəhəri yalnız yağış yağdıraraq suların içində qoyur, bir neçə saniyə davam edən zəlzələ ilə bir şəhəri xəritədən silir. Onun əmri ilə hərəkət edən yer, göy, külək və yağış haqqında əzab hökmü yazılmış şəhəri məhv edir. O şəhərin xalqı da Allah`ın sarsılmaz gücünə məruz qaldıqları əzabla birlikdə şahid olurlar.
Şübhəsiz, Allah Mütəkəbbirdir. Onun gücü və qüdrəti qarşısında yer üzündə böyüklük edən heç kim yoxdur. O, qarşısında səcdə edilməli tək məbuddur.
İnsan yumurta ilə spermanın birləşməsi ilə əmələ gələn tək bir hüceyrədən yaranır. Bu hüceyrə ayələrdə bildirildiyi kimi, əvvəl bir parça ət formasında olur. Daha sonra Allah insanı şəkildən şəklə salaraq ana qarnında inkişaf etdirir və insan olaraq yer üzünə gətirir. Yer üzünə gələn insanın surəti isə, şübhəsiz, son dərəcə mükəmməldir. Allah insanın yaradılışı ilə əlaqədar belə buyurur:
Əlbəttə, insan Quranda bildirildiyi kimi, dünyadakı ən gözəl canlıdır. Allah insan bədəninin həm daxilində, həm də xarici görünüşündə saysız iman dəlilini göstərir. İnsan bədəninə yalnız xaricdən baxdığımız zaman belə Allah`ın mükəmməl sənəti dərhal görünür. Hər insanda mövcud olan bədən simmetriyasının-iki qolun, iki ayağın olması, gövdənin qollara, ayaqlara və başa olan nisbəti ilk baxışda diqqət çəkəcək dərəcədə nizamlıdır. Bu nisbətin hər birini Allah tam bir uyğunlaşma ilə yaratmışdır. Məsələn, hər insanın bədən uzunluğu baş uzunluğunun səkkiz mislidir, üzü burun uzunluğunun üç misli qədərdir, iki göz arasında bir göz qədər məsafə var, qol və ayaq nisbətləri və uzunluqları həm estetik cəhətdən mükəmməldir, həm də insanın ehtiyaclarını qarşılamaq üçün əlverişlidir.
Yuxarıda verilən simmetriya ilə əlaqədar detalları görmək üçün ətrafınızdakı insanlara baxmağımız kifayətdir, bu xüsusiyyətləri hər birində ayrı-ayrı görə bilərsiniz. Hətta bütün bu xüsusiyyətlər bu ana qədər yaşayan təxminən 150 milyard insan üzərində də görülüb və (Allah`ın diləməsi xaricində) bundan sonra yaşayacaq olan insanlarda da görüləcək. Çünki bu, Allah`ın yaratmasıdır və Allah`ın yaratmasında qüsur görmək mümkün deyil. Allah`ın mükəmməl yaratması ilə əlaqədar ayələrdən bəziləri belədir:
Bətnlərdə sizə istədiyi surəti verən Odur. Ondan başqa ilah yoxdur, qüdrətlidir, müdrikdir. (Ali-İmran surəsi, 6)
O, Xaliq, yoxdan yaradan, surət verən Allah`dır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, qüdrətlidir, müdrikdir. (Həşr surəsi, 24)
Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa, həqiqətən, Biz sizi torpaqdan, sonra mənidən, sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş və düşməmiş bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət saxlayar, sonra sizi uşaq olaraq çıxardarıq. Sonra yetkinlik çağına yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz vəfat edər, kiminiz də ömrün elə bir rəzil çağına çatdırılar ki, vaxtilə bildiyini bilməz olar... (Həcc surəsi, 5)
İnsanın sadəcə tək və çarəsiz qaldığı zaman deyil, rahat olduğu vaxtlarda da Allah`ın varlığını, gücünün böyüklüyünü hiss edərək dua etməyə ehtiyacı var. Başqa sözlə, yaradılmış olan insanın duaya möhtac olmadığı bir an belə yoxdur. Çünki Allah diləmədikcə insanın heç nəyə gücü çatmır. İnsan çox böyük acizlik içində yaradılmışdır. İnsan ancaq Allah`ın lütfü və rəhməti sayəsində yaşaya bilər.
Allah isə yalnız Özünə sığınılan, ehtiyac olunan İlahdır. Özündən kömək gözlənilən, mədət umulan da yalnız Odur. Ondan başqa heç kimin nəinki başqasına, öz nəfsinə belə kömək etməyə gücü yoxdur. Allah dilədiyini dilədiyi şəkildə istiqamətləndirməyə, dəyişdirməyə qadirdir. Onun: "Ol" deməsi ilə hər dilədiyi olur.
Qullarına ruzi verən, göydən suyu endirən, nemətlər bağışlayan, xəstələndiyi zaman şəfa verən, güldürən, ağladan, ucaldan, önə keçirən, göydən yerə qədər bütün işləri idarə edən yalnız Allah`dır. Rəbbimiz nemətlərini geri alarsa, ya da bir müsibət diləyərsə, insanı bundan qoruyacaq heç kim yoxdur, ya da bir xeyir diləyərsə, bunun da qarşısını ala biləcək heç kim yoxdur. Özünə ehtiyac olunan və kömək umulan da yalnız Odur. Xeyir Onun əlindədir. Yalnız insanlar deyil, bütün kainat Allah`a sığınır, Ondan kömək diləyir.
Allah Özündən başqa kömək dilənəcək heç kimin olmadığını bir çox ayədə bildirib. Ayələrdə belə buyurulur:
O kəslər ki, haqsız yerə, ancaq: "Rəbbimiz Allah`dır" , - dediklərinə görə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, içərisində Allah`ın adı çox zikr olunan sovməələr, kilsələr, məbədlər və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir! (Həcc surəsi, 40)
İnsan müxtəlif acizliklərlə yaradılmış varlıqdır. Ömrü boyu səhvlər edir. Əlbəttə ki, mömin əlindən gəldiyi qədər bunlardan çəkinir, Allah`ın dinini tətbiq etməkdə səhv etməməyə və günaha girməməyə səy göstərir. Ancaq Allah`ın aciz bir qulu olduğu üçün səhvsiz yaşaması mümkün deyil. Necə ki, bu həqiqət bir Quran ayəsində belə xəbər verilir:
Bu İlahi hökmə əsasən, Allah`ın qullarından tələbi heç səhv etməmək, ya da heç günah işləmək deyil. Mömindən gözlənilən Allah`ın məmnuniyyətini axtarmaq və sərhədlərinə diqqət yetirmək, işlədiyi bütün yanlış və günahlar üçün Allah`a yönəlmək və Onun rəhmətinə sığınmaqdır. Bundan sonra Quranda bildirildiyinə görə, Allah onun nəfsinin pisliklərini aradan qaldıracaq, onu günahlarından təmizləyəcək. Çünki Allah iman edən qullarını təmizləmək istəyir. Rəbbimiz bunu bir ayədə belə xəbər verir:
İnsan böyük günahlar işləyə, üsyankarlıq edə, Allah`a və dinə zidd olan uzun ömür yaşaya bilər. Ancaq Allah o qədər böyük rəhmət sahibidir ki, sadəcə bir səmimi tövbə ilə insanın bütün günahlarını təmizləyər. Hətta ən böyük günahları işləyən, Allah`a və elçisinə qarşı çıxan kafirləri və münafiqləri belə, əgər səmimi qəlblə Özünə yönəlsələr, bağışlayacağını və pisliklərindən təmizləyəcəyini bildirmişdir. Ayələrdə belə buyurulur:
Bu hökmlər Allah`ın qullarına olan sonsuz rəhmətinin təcəlliləridir. Şübhəsiz, qullarını Ondan başqa şirkdən, pislikdən, mənəvi çirklərdən təmizləyəcək heç kim yoxdur. Allah mərhəmətlilərin ən mərhəmətlisidir.
asanlaşdıran, dində asanlıq verən, heç kimə gücünün çatmayacağı yükü yükləməyən
Allah insanları daim asan olana yönəldir. Qulları üçün seçib-bəyəndiyi İslam dininin təməlində də həmişə bu asanlıq var. Quranda dinin asanlığı belə bildirilir:
Quran nəsihət almaq istəyənlər üçün asanlaşdırılıb. İçindəki hökmlər insan həyatında həmişə asanlıq yaradacaq şəkildədir. Məsələn, Allah kor, topal, ya da xəstə olana məsuliyyət yükləməmiş, xüsusilə müharibənin qızışdığı anlarda, səfərdə, aclıqda, çətin şərtlərdə qullarına asanlıq yaradacaq yollar göstərmiş, insanları günahları hər nə olursa-olsun etdikləri səmimi tövbə ilə bağışlayacağını söyləmişdir. Ayədə belə buyurulur:
Bundan başqa, möminlərin hər cür müvəffəqiyyət qazanmasının asanlığına da "VSəni ən asan olana müvəffəq edərik" ((Əla surəsi, 8) ayəsi ilə diqqət çəkmişdir.
İnsanın hiss etdiyi, ya da gözü ilə gördüyü bütün asanlıqlar Allah`dandır. Bütün bu asanlıqlar Allah`ın şanındandır. O, mərhəmətlilərin ən mərhəmətlisidir və qulları üzərinə ağır yük yükləməyəndir.
Allah insanı yaratdığı kimi, onun hansı şeylərə gücünün çatıb-çatmayacağını da bilir. Buna görə, qullarının heç bir işində çətinliyə razı olmaz. Allah Quranda "... Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir..." (Bəqərə surəsi, 185) ayəsi ilə bu həqiqəti xəbər verir.
Əksinə, Allah qullarının üzərindəki yükü qaldırır. Onlara ən çətin şərtlərdə belə mütləq bir asanlıq verir. Hər çətinlikdən çıxış yolu göstərir. Bu nemətini qullarına Quranda belə xatırladır:
Allah mömin qullarına razılığına və rəhmətinə çatmağın yollarını asanlaşdırarkən, inkarçılar üçün də əxlaqlarına uyğun layiq olduqları şəkildə əzabın asanlaşdırılacağını xəbər verir:
.....Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız. ") (Ənam surəsi, 152)
Qüsurdan münəzzəh olan yalnız Allah`dır. İnsan isə unuda bilər, yanıla bilər, qəflətə düşüb səhv edə bilər. Bu vəziyyət insanın hər mövzuda aciz olduğunun və hər şeydə Allah`a möhtac olduğunun göstəricisidir. Möminin vəzifəsi səhv və günahını dərk etdikdə dərhal peşman olub tövbə edərək eyni günahı təkrar işləməməyə diqqət etməkdir. Yoxsa özünü səhvsiz, günahsız göstərmək, təmizə çıxarmaq deyil... Çünki bu, çox böyük səhvdir. Bir ayədə belə buyurulur:
Səmimi mömin səhvlərinin, acizliyinin şüurundadır, buna görə, davamlı olaraq Allah`dan bağışlanma diləyir. Allah`ın rəhmətini və razılığını ümid edir. Allah da onun qüsurlarını örtür, günahlarını bağışlayır, gerçək mənada təmizləyir və üstün mövqeyə yüksəldir.
İmanı sevmək və imanın təsiri ilə maddi-mənəvi ləzzətlərdən zövq almaq, Allah`ı inkardan nifrət edib onu çirkin görmək hər nə qədər təbii davranış kimi görünsə də, əslində, tamamilə Allah`ın lütfü sayəsində qovuşulan nemətdir. Allah bu metafizik vəziyyəti yuxarıdakı ayəsi ilə bildirmişdir.
Bunun əksinə, Allah bu böyük lütfkarlığın dəyərini möminlərə göstərmək üçün eyni vəziyyətin tərsini də inkar edənlər üçün yaratmışdır. İnkar edənlər imanın ehtiva etdiyi gözəllikləri "möcüzəvi şəkildə" görə bilmir, əksinə, dindən uzaq yaşayanların qaranlıq və əzablı "zülm" sistemindən zövq alırlar. İnkar edənlərin sistemlərinin ehtiva etdiyi bütün pisliklər onlar üçün "gözəl" göstərilmişdir. Allah Quranda bu sirri belə xəbər verir:
Allah`ı tanıyan və Onun üzərindəki rəhmətini görən, Onun sayəsində var olduğunu və sevib-xoşlandığı hər şeyin Ondan gəldiyini dərk edən mömin isə Allah sevgisinin və imanın üstünlüyünə çatır. İman edən insan Allah`dan başqa heç kimi məmnun etmə ehtiyacı hiss etmir və Allah`dan başqasından kömək gözləmir. Belə ki, ürəyi yalnız Allah`ı xatırlamaqla rahatlıq tapır. Allah rizası üçün bir iş görməyi, gözəl əxlaqlı olmağı, Allah`ın əmr və qadağalarını qorumağı, müsəlmanlara düşkünlüyü, axirət üçün saleh əməllər işləməyi sevinc və xoşbəxtlik vəsiləsi olaraq görür.
Şübhəsiz, bu cür möhkəm və güclü iman ancaq Allah`ın möminlərə olan lütfü sayəsində olur.
Pis əməli özünə gözəl göstərilib onu yaxşı hesab edənlə, (doğru yolla gedən kimsə eyni ola bilərmi?) Həqiqətən, Allah istədiyini zəlalətə salır, istədiyini də doğru yola yönəldir. Sən onlara görə özünü üzüb əldən salma. Şübhəsiz ki, Allah onların nə törətdiklərini bilir. (Fatir surəsi, 8)
Məgər ölü ikən diriltdiyimiz və özünə də insanlar arasında gəzmək üçün nur verdiyimiz şəxs qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi ola bilərmi? Kafirlərə gördükləri işlər beləcə gözəlləşdirildi. (Ənam surəsi, 122)
Allah inkarçıları "dünya əzabı"nın bir hissəsi olaraq alçaldır. Bütün həyatlarını başqalarına özünü göstərmək, onlardan təqdir almaq üçün yaşayan inkarçılar üçün alçaldılma çox böyük əzabdır. Allah Quranda dünyada verilən bu əzabın xüsusiyyətini belə bildirir:
Allah bu ismini möminlərin və xüsusilə də elçinin əli ilə təcəlli etdirir. Bu həqiqətə Quranda belə işarə edilib:
Quranda bizə bildirildiyinə görə, hz. Süleyman öz hakimiyyətində inkarçıların ürəklərinə qorxu salmış, onları alçaltmışdır. Hz. Süleyman inkarçı qövmə göndərdiyi mesajda belə demişdi:
Bundan başqa, Allah bir çox ayəsində axirətdə inkarçılara alçaldıcı bir əzab olduğunu xəbər verir. Bu, inkarçıların dünya həyatındakı qürur və təkəbbürlənmələrinə qarşı Allah`ın təqdir etdiyi cəzadır. Çünki dünya həyatında inkarçıların ən böyük hədəflərindən biri başqa insanlar tərəfindən təqdir edilməkdir. Buna görə də həyatlarını Allah`ı tərifləməklə deyil, özlərinə tərif yığmaqla keçirirlər. Allah da bu istəklərinə qarşı cəhənnəmdə onları alçaldır. Ən böyük alçaldılmanı isə cəhənnəmdə insanların qarşısında alçaldılaraq yaşayacaqlar. Bir ayədə belə buyurulur:
Allah`ın cəhənnəmdə hazırladığı alçaldılma bənzərsizdir və minlərlə növü var. Cəhənnəmdəki bu alçaldılmanın inkarçıların ruhunda yaratdığı kiçiklik üzlərinə də əks olunacaq, üzlərini bir zillət örtəcək. Mövzu ilə əlaqədar ayələr belədir:
Allah inkar edənlər üzərində "zillətə düşürən, xor və həqir edən" ismini təcəlli etdirərkən, iman edənlər üzərində də Rəhman və Rəhim isimlərini təcəlli etdirir. Rəbbimiz cənnət və rəhmətini ehsan edib onları hər cür pislikdən təmizləyir. İnkar edənlərin yaşayacağı alçaldılmanın tam əksinə, Allah saleh qullarına rizasını, cənnət və nemətini lütf edir.