Nəticə

Yer üzündəki bütün varlıqlar mükəmməl incəliklərə sahibdirlər. Bir canlını araşdırdığınızda, sahib olduğu hər ayrıntının içində saysız yaradılış möcüzəsi görərsiniz. Bir mikroorqanizmin quruluşunda incəliklər vardır, hər şeyin təməli olan ən kiçik parça, yəni atomlar çox müxtəlif incəliklərə malikdir. Səma fövqəladə tarazlıqlar və nizamlarla yaradılmışdır. Kainat, insan bədəni, bitkilər, günəş, çiçəklər, dağlar, dənizlər hər biri saysız incəlik və xüsusiyyət ilə birlikdə var edilmişdir. Sahib olduqları bütün təfərrüatlarda bir sənət vardır. Bu, Allahın incəlik sənətidir.

Ancaq əhəmiyyətli olan bu həqiqətin heç bir zaman ağıldan çıxarılmamasıdır: Allahın yaradarkən hazırlamağa və səbəblər var etməyə ehtiyacı yoxdur (Allahı tənzih edirik). Bir canlının görə bilməsi üçün kompleks bir görmə sisteminin mövcud olmasına, bütün məlumatlarımızın DNT-lərimizdə qeydli olmasına, DNT-lərin varlığına, suyun meydana gəlməsi üçün oksigen və hidrogenin birləşməsinə, bitkilərin fotosintez etmələrinə, qarışqanın 500.000 hüceyrəlik bir sinir şəbəkəsinə sahib olmasına, bitkinin meydana gəlməsi üçün toxumun varlığına və bunun məlumat saxlamasına, okean dərinliklərindəki canlıların işıq çıxarmalarına heç bir zaman ehtiyac yoxdur. Allah, bütün bunları heç bir səbəbə bağlı olmadan da yaradar, çünki göylərin və yerin Yaradıcısı olan Allah səbəblərdən münəzzəhdir.

Allah bir şeyin yaradılmasını dilədiyi zaman ona yalnız "Ol" deyər. Bir şeyin, sahib olduğu mükəmməlliklərlə bir anda olmasını dilədiyində, ona hökm etməsi kifayətdir. Bu həqiqət insanlara ayələrlə xəbər verilmişdir:

Çiçek bahçesi

Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?!
Şübhəsiz ki, O, Yaradandır, Biləndir. Bir şeyi yaratmaq istədikdə ona təkcə:
“Ol!” deyər, o da olar.
(Yasin surəsi, 81-82)

Allahın incəliklər yaratmasının hikmətlərindən biri bizləri düşündürməkdir. Allahın hər şeyi yoxdan var etdiyini, Öz varlığının dəlillərini sərgilədiyini görüb anlamağımız üçündür. Bizi meydana gətirən quruluş daşlarının kompleksliklərini təfəkkür edə bilməyimiz, bir bakteriyanın bəzən bizdən üstün qabiliyyət və bacarıqlarını həll edib anlamaqdan aciz olduğumuzu fərq edə bilməyimiz üçündür. Allaha möhtac varlıqlar olduğumuzu görə bilməyimiz üçündür...

Dünyada Allahın diləməsiylə var olduğumuzu, Allahın diləməsiylə yaşamaqda olduğumuzu və Allahın diləməsiylə axirətdəki sonsuz həyatımıza davam edəcək olduğumuzu açıqca anlamağımız üçündür...

Mütləq Allaha dönəcək bir varlıq olduğumuzu və dünyada gördüklərimizdən, yaşadıqlarımızdan, bizə verilən dəlillərdən sorğuya çəkiləcək olduğumuzu xatırlatmaq üçündür.

Allah yer üzündəki və kainatdakı hər cür incəliyi müxtəlif məqsədlərlə yaratmışdır.

Əlbəttə, Allah, bunların hamısını yox edib aradan qaldırmağa və axirətdə çox daha mükəmməl halları ilə yenidən yaratmağa qadirdir. Allah böyükdür, uludur, Ucadır. Bütün varlıqlar Ona boyun əymişlər. Bu dünyada yaşayan və yaşayacaq olan bütün insanlar, bu sətirləri oxuyan sizlər də daxil olmaq üzrə, bir gün mütləq Allahın hüzuruna çıxarılacaq. O gün gəlmədən əvvəl hər insanın Allahın varlığının dəlillərini təqdir edə bilməsi lazımdır. Allahın incəlik sənəti, məhz bu həqiqəti hər an xatırlaya biləcəyimiz şəkildə sərgilənir.

Çiçek bahçesi

Bilin ki, göylərdə və yerdə olanların hamısı Allahındır.
Bilin ki, Allahın vədi haqdır, lakin onların çoxu bunu bilmir. O, həm dirildir, həm də öldürür. Siz yalnız Ona qaytarılacaqsınız.
(Yunis surəsi, 56)

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Allah İncelik Seneti 01-05
  • Allah İncelik Seneti 06-10
  • Allah İncelik Seneti 11-15
  • Allah İncelik Seneti 16-20
  • Allah İncelik Seneti 21-25
  • Allah İncelik Seneti 26-30
  • Allah İncelik Seneti 31-35
  • Allah İncelik Seneti 36-40
  • Allah İncelik Seneti 41-45
  • Allah İncelik Seneti 46-49
  • Nəticə
  • Təkamül Yalanı