Ağ köpək balıqları ovlarını gözləri ilə izləyərək tutarlar. İsti mərcan qayalıqlarında gəzişərkən bu canlılar üçün heç bir problem yoxdur. Ovlarını asanlıqla görərlər. Ancaq sərin okeanların ağ köpək balıqları üçün bir problem meydana gətirməsi lazımdır. Çünki ümumiyyətlə, soyuq su kimyəvi əməliyyatları yavaşladıcı bir təsirə malikdir. Bu səbəbdən, köpək balığının gözlərinin də soyuq okean sularında, sürətlə hərəkət edən ovları izləməkdə çətinlik çəkməsi lazımdır.
İndiyə qədər dəfələrlə gördüyümüz kimi bu nümunədə də Allah canlının qarşı-qarşıya qalacağı bu çətin mühitdə bənzərsiz və heyranlıq oyandıran bir həll yaratmışdır. Ağ köpək balıqlarının gözləri özləri kimi soyuqqanlı deyil. Bu növdə, bədən əzələlərinin istiliyi birbaşa gözlərə köçürülər. Bunun sayəsində, bəhs edilən canlılar ən sürətli hərəkət edən balıqları, hətta suitiləri belə rahatlıqla tuta bilərlər.
Bədənində istilik tuta bilməyən soyuqqanlı bir canlının, öz gözünə istilik çatdırmağı bacarmasında düşündürücü bir çox təfərrüat vardır. Köpək balığında yaradılan bu sistem, bu canlının olduğu mühiti də, ona görə xüsusi bir təchizatı da yaradan Uca Allahın əsərlərinin və qüdrətinin hər yerdə hakim olduğunu bir dəfə daha göstərir.
Bu üstün yaradılış nümunəsi insan üçün çox böyük bir nemətdir. Çünki insan özündəki və ətrafındakı yaradılış dəlilləri ilə Allahın üstün varlığını görər və anlayar. Bir köpək balığında, balığın xəbəri belə olmayan kompleks və incə bir sistemin olması, insana Allahın varlığını xatırladan bir vəsilədir.
İnsana bir həqiqət olaraq təqdim edilən hər üstün yaradılış dəlili Allaha yaxınlaşıb Onu ucaltması üçün bir səbəbdir. Bir insan gördüyü gözəlliklər və nemətlər üzərində nə qədər düşünsə, Allahın Ucalığını o qədər yaxşı anlayıb qavrayacaq. Ağıllı və şüurlu bir insan, ətrafını əhatə etmiş olan saysız neməti davamlı olaraq görməli, bunların Allahın insanlara bir xatırladıcısı olduğunu davamlı olaraq düşünməlidir.
Göydə də məbud, yerdə də məbud yalnız Odur. O, Müdrikdir, Biləndir. Göylərin, yerin və onların arasında olan hər şeyin sahibi olan Allah nə qədər xeyirxahdır! O Saat haqqında bilgi Ondadır və siz Onun hüzuruna qaytarılacaqsınız. (Zuxruf surəsi, 84-85)
Bədənimizdə 30 minə qədər fərqli zülal olduğu təxmin edilir. Və hələ bunların yalnız 2 %-i bədəndəki vəzifələri tam mənasıyla həll edilə bilmişdir. Geri qalan 98 % də çox xüsusi vəzifələr reallaşdırarlar, amma bunlar insan üçün hələ bir sirdir. Tək bir hüceyrənin sahib olduğu fərqli növlərdəki zülal sayı bir milyarddan çoxdur.
Sahib olduğumuz "tək bir" hüceyrənin içindəki bir milyard zülalı bir saniyədə birini saymaq qeydiylə, gecə-gündüz dayanmadan və səhv etmədən saymaq təxminən 32 ilimizi alacaq. Yatmaq, yemək yemək kimi zəruri ehtiyaclarınızı hesaba əlavə etsək, tək bir hüceyrənin içindəki zülalları saymağa ömrümüz ehtimalla çatmayacaq. Tək bir hüceyrəmizi meydana gətirən zülalları bir ömür boyunca saymağı bacara bilmərik.
Bədənimizdəki bu kompleks yaradılış ancaq Allah dilədiyi üçün belədir. Allahın hər şeyi yaratmağa qadir olduğunu, ancaq insanın, öz bədənindəki tək bir hüceyrəyə də hakim ola bilməyəcəyini hər insanın bu nümunələrlə bilib görməsi lazımdır. Yaradılmış olan hər varlıq, onların sahib olduğu hər qüsursuz incəlik, insanın özü də içində olmaq üzrə çox böyük bir möcüzədir.
Allahın nemətlərini görüb qiymətləndirmək, onların verdiyi mesajı anlaya bilmək vicdanı istifadə etməyi tələb edir. Ancaq səmimi bir insan ətrafında yaradılmış saysız təfərrüata baxaraq, Allahın yaratmasındakı üstünlüyünü görüb təqdir edə bilər.
Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz. Sizi yer üzündə yerləşdirən Odur. Siz Onun hüzuruna toplanılacaqsınız. Dirildən də, öldürən də Odur. Gecə ilə gündüzün bir-birini əvəz etməsi Ona aiddir. Məgər bunu anlamırsınız? (Muminun surəsi, 80)
Beyindəki 100 milyard hüceyrə, 100 trilyon əlaqə ilə xəbərləşər. Bu əlaqə, Allahın diləməsiylə, elektron daşıma xüsusiyyətinə sahib müxtəlif fermentlərin vəsiləsiylə reallaşar. |
Beyindəki qüsursuz sistem, bir insanın Allahın üstünlüyünü anlaması üçün tək başına kifayətdir. Beyin, daha əvvəl də ifadə etdiyimiz kimi 100 milyarddan çox sinir hüceyrəsi ilə təchiz edilmişdir. 1 Qəbul etmək, görmək, hiss etmək üçün bu 100 milyard sinir hüceyrəsinin bir-biriləri ilə ünsiyyətinin təmin edilməsi lazımdır. 100 milyard hüceyrə, cəmi 100 trilyon əlaqə yoluyla ünsiyyət qururlar.
Bu heyrət verici ünsiyyətin təmin edilmə yolları da son dərəcə təsiredicidir. Sinir hüceyrələri arasında xüsusi bir maye vardır və bu mayedə çox xüsusiləşmiş bəzi kimyəvi fermentlər iştirak edər. Bu fermentlər "elektron daşıma" xüsusiyyətinə sahibdirlər. Elektrik siqnalı bir sinirin ucuna çatdığında, elektronlar bu fermentlərə yüklənər. Fermentlər də sinirlər arası mayedə üzərək daşıdıqları elektronları digər sinirə köçürərlər. Elektrik cərəyanı beləcə bir sonrakı sinir hüceyrəsinə keçərək axmağa davam edər. Bu əməliyyat saniyənin çox kiçik vahidlərində reallaşar və elektrik cərəyanı ən kiçik bir kəsilməyə uğramaz.
Əgər bu fermentlərdən biri vəzifəsini yerinə yetirməzsə, çatdırılması lazım olan mesaj beyninizə getməyəcək. Yəni əlinizə doğru baxmanıza baxmayaraq, əlinizin görünüşü beyninizə çatmayacaq. Və əgər günün birində bu fermentlər hər hansı bir səbəblə funksiyasız qalsalar, beyindəki 100 milyard sinir hüceyrəsi də funksiyasız qalacaq. Əgər bu fermentlər günün birində mesajı aparmaları lazım olan yerlərə aparmaq yerinə, təsadüfi paylamağa qərar versələr, beyindəki bu qarışıqlıq, bütün qəbul sistemini alt-üst edəcək, xarici dünya ilə olan əlaqə iflic olacaq.
Hər şeyi təsadüflərin əsəri olaraq qiymətləndirən təkamülçü məntiqinə görə, beyində davamlı olaraq belə bir qarışıqlığın reallaşması qaçınılmazdır. Çünki bu xüsusi sistemi idarə edənlər, şüurlu varlıqlar deyil. Sistemin sahib olduğu nizam, şüurlu şəkildə meydana gəlmir. Əgər təkamülçülərin iddia etdikləri kimi hər şey təsadüfi reallaşırsa, sinir hüceyrələrində reallaşa biləcək hər hansı bir təsadüfi ünsiyyət əsnasında ard-arda saysız kompleks hadisələr meydana gəlməsi lazımdır. Ancaq fövqəladə vəziyyətlər xaricində, yer üzündəki milyardlarla insanın beynində belə bir qarışıqlıq yoxdur. Hər birinin sahib olduğu hər bir sinir hüceyrəsində, bütün sistem səhvsiz işləyər. Məhz bu, bəhs edilən təkamülçü məntiqini tamamilə ortadan qaldırır. Saniyənin kiçik vahidlərində, dərhal hər an, fermentlər vəzifələrinin başındadırlar və səhv etmədən hərəkət edərlər. Zülalların meydana gətirdiyi şüursuz varlıqların bu bənzərsiz vəzifəni yerinə yetirmələri əlbəttə ancaq Allahın ilhamıyladır.
Beynimizdəki hər sinir, hər ferment, hər zülal, hər elektron, qısacası hər şey Allahın əsəridir. Burada nümunəsi verilən şey, yaradılmış saysız incəlikdən yalnız biridir. Allah, bütün varlıqları hər an idarəsi altında tutan və hər an rəhməti ilə əhatə edəndir.
O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik. Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, Ondan başqaları nə yaradıblar. Xeyr! Zalımlar açıq-aydın azğınlıq içindədirlər. (Loğman surəsi, 10-11)
1. http://www.tesolgreece.com/nl/73/7305.html
Bir maddəni meydana gətirən molekullar və atomlar, ən nizamlı şəkillərini bərk haldaykən əldə edərlər. Bir-birlərinə bağlanaraq meydana gətirdikləri şəkillər, üçölçülü həndəsi şəkillərdir və dalbadal meydana gətirdikləri prizmalardakı bucaqların müəyyən nisbətləri vardır. Bu nisbətdə əsla bir səhv, bir yanılma, bir dəyişiklik olmaz. Əgər bir maddənin 3 santimetrin milyonda biri qədərlik bir sahəsində belə, atomlar bəhsi keçən mükəmməl və qüsursuz həndəsi tənzimləməyə sahibdirlərsə, bu maddə kristaldır.
Bir qar dənəsi kiçik bir toz dənəsi ətrafında meydana gəlməyə başlayan bir kristaldır. Böyüklüyü yalnız bir neçə mikron qədərdir. Meydana gələn bu mikroskopik şəkil altıbucaqlıdır və yaranan bu kristal künclərindən etibarən kiçik qollar uzadaraq get-gedə inkişaf edər. Hava soyuduqca, mühit dəyişdikcə, kristal böyüyər, yaranan quruluş üzərində incə damarlar meydana gələr. Qar dənələrini meydana gətirən atomlar, bir-birlərinə zəif bir əlaqə ilə bağlanarlar. Bu vəziyyət kristalların bir-birlərinə fərqli şəkillərdə bağlanmalarına səbəb olur. Bu fərqlilik o qədər böyükdür ki, yer üzünə bir-birinin eynisi olan bir cüt qar dənəsinin düşmə ehtimalı olduqca çətindir.
Yer üzünə yalnız bir il içində düşən qar dənələrinin sayını bir düşünək. Bunu təxmin edə bilməyimiz olduqca çətindir. Yalnız tək bir yağmur əsnasında tək bir sahəyə düşən qar dənələrinin sayını belə təxmin etməkdə çətinlik çəkərik. Hər il yer üzünə sayı təyin oluna bilməyəcək qədər çox qar dənəsi düşür və bunların hamısı bir-birlərindən fərqli şəkillərə sahibdirlər. Trilyonlarca kiçik dənəyə bir-birindən fərqli şəkil verə bilməyimiz qeyri-mümkündür. Bu vəziyyətdə, yenə Allahın yaratdığı mükəmməl bir incəliyin, bir fövqəladəliyin sərgilənməkdə olduğu açıqdır. Kainatın Yaradıcısı olan Allah üçün şübhəsiz bir-birindən müxtəlif qar dənələrini yaratmaq çox asandır. Bu nümunə, Allahın hər şeyi növbənöv yaratmağa qadir olduğunun, yer üzünün hər yanında olduğu kimi dilədiyi zaman mikroskopik ayrıntılar üzərində də mükəmməl incəlik və zəriflik sənətini insanlara tanıdacağının dəlilidir. Allah, bir zəriflik, gözəllik və nemət olaraq yağan qar dənələrində Öz incəlik sənətini sərgiləyərək qüdrətini və yaratdığı gözəllikləri insanlara göstərir.
Allah bir ayəsində belə bildirmişdir:
Doğrudan da, gecə ilə gündüzün bir-birini əvəz etməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan adamlar üçün dəlillər vardır. (Yunis surəsi, 6)
İnsana göstərilən Allahın dəlilləri həddindən çoxdur. Bu dəlilləri görə bilmək üçün insanın qeyri-obyektiv və səmimi şəkildə Allaha yönəlməsi lazımdır. Allah, insanın fikrini, anlayışını və təqdir etmə gücünü bu vəsilə ilə qüvvətləndirə bilər. Yoxsa insan korlaşar, özünə verilmiş nemətlərin gözəlliyini fərq edə bilməz və bu səbəblə axirətdə hüsrana uğraya bilər. Belə bir hüsran ilə qarşılaşmamaq üçün, insana hazır olaraq təqdim edilən bu gözəl nemətlərin həqiqi sahibi olan Allaha davamlı olaraq ürəkdən yönəlmək lazımdır.