Hüceyrənin quruluş daşlarından olan zülal, amin turşularının sıralı düzülməsi nəticəsində meydana gələr. Bir zülalın meydana gəlməsi üçün bir çox əsas şərt vardır. Bunlardan bəziləri:
◉ Amin turşularının peptid rabitəsi adı verilən olduqca xüsusi bir rabitə ilə bağlanmaları,
◉ Hamısının "sol-əlli" olması,
◉ Və xüsusi bir düzülüş ilə bir araya gəlmələri lazım olduğudur.
100 amin turşusu uzunluğundakı kiçik bir zülal zəncirində belə bütün amin turşularının təsadüf əsəri sol-əlli olması, yenə təsadüf əsəri xüsusi təyin olunmuş bir sıralama ilə bir araya gəlməsi, üstəlik yenə təsadüfi olaraq bir-birinə peptid rabitəsi ilə bağlanmış olması heç bir şəkildə mümkün deyil. Bu ehtimalların heç birinin təsadüfən mümkün ola bilməyəcəyini görən elm adamları bu mövzuda bir hesablama etmişlər və belə bir ehtimalın təxminən 10190-da olduğunu təsbit etmişlər. (Bu ədəd 10 rəqəminin yanına 190 sıfır gəlməsiylə meydana gələr). Belə bir ehtimalın reallaşa bilməsi üçün Dünyanın yaşı qədər uzun bir müddət verilsə belə, bu zülalın təsadüflərin əsəri olaraq meydana gəlməsi qeyri-mümkündür. Necə ki, riyazi olaraq da 1050-də bir ehtimalın "sıfır" olaraq qəbul edildiyini də göz qarşısına gətirdiyimizdə, bu həqiqət çox daha açıq bir şəkildə ortaya çıxar. Çünki 10190 rəqəmi, təxminən 4 dənə 1050 rəqəmindən meydana gəlir. (1050.1050.1050.1040=10190)
Zülallar, hüceyrələrin həm inşaat vəsaitini, həm də çox mürəkkəb maşınlarını meydana gətirərlər. Bütün bədəninizin, daha geniş bir ifadəylə bütün canlılığın təməlidirlər. Tək bir zülalın öz-özünə, təsadüflərin əsəri olaraq meydana gəlmə ehtimalı qeyri-mümkün ikən, bu mükəmməl quruluşun hüceyrənin təməlini meydana gətirməsi, bu qədər çox zülalın bir araya gəlib, davamlı olaraq yenidən istehsal olması, təkamül nəzəriyyəsini təməlindən etibarsız edən olduqca əhəmiyyətli bir həqiqətdir.
Allah, öz-özünə meydana gəlməsi qeyri-mümkün olan bu mükəmməl xammalı insanlara tanıdaraq Öz yaratma sənətinin üstünlüyünü göstərir. İnsan, onu meydana gətirən saysız zülalın varlığını yalnız bir neçə saniyə düşünərək, Allahın hər an bir möcüzə yaratmaqda olduğu həqiqətini bütün açıqlığıyla görə bilər. Ona verilmiş bu böyük nemət qarşılığında isə yalnız şükür edici olması lazımdır.
Hər kəs onların, Rəbbinin göndərdiklərini necə təbliğ etdiyini bilsin. Allah onların nə etdiklərini nəzarəti altında saxlayır və hər şeyi ayrı-ayrılıqda hesaba alır”. (Cin surəsi, 28)
Yalnız 10 cm böyüklüyündəki böyrəklərin insan bədənində kəsilməz olaraq yerinə yetirdikləri əməliyyatlar nəhəng dializ maşınları ilə çətinliklə reallaşdırılır. |
Yalnız 10 sm böyüklüyündə bir maşın icad etmək və bunun içinə qan, su və digər mayeləri tam olaraq təmizləyə biləcək bir sistem qurmaq olduqca çətindir. Təmizləmə işi üçün bir təsis lazımdır. Təxminən, 10 sm-lik bir sahə içində bunu bacarmaq isə həm əməliyyatın reallaşması, həm də nəticələri baxımından kafi olmaya bilər. Su və ya digər mayelərin təmizlənməsi bəlkə də, bacarıla bilər, amma insan üçün lazımlı olan təmiz qanın təmin edilməsi, belə kiçik bir cihazla hələ bacarılmamışdır.
Amma bu bir həqiqətdir ki, dünyadakı insanların hamısı, əslində bu xüsusi təmizləmə sisteminin mükəmməl bir nümunəsinə sahibdirlər. İnsanın sahib olduğu böyrəklər, təxminən 10 sm böyüklüyündə, 100 qram ağırlığındadır. Bədəniniz, təxminən 1 milyondan çox mikro təmizləmə təsisini bu 10 sm içində saxlayır. Sizə həyat verib hər şeyi daşıyan qan, bu mikro təmizləmə təsislərində davamlı olaraq təmizlənər. Bütün hüceyrə və toxumalarınıza çatan suyun da sıxlığını nizamlayar. Böyrəklər, toxumalarınızda olan maye miqdarını və bu mayenin sıxlığını bilər, bədəndə lazımlı tənzimləmələri edər və Allahın diləməsiylə həyatınızı problemsiz davam etdirmənizə vəsilə olarlar.
Böyrəklər vəzifəsini yerinə yetirmədiyində isə necə bir vəziyyət baş verəcəyini hər kəs az-çox bilər. Nəhəng maşınlarla həftədə bir neçə dəfə reallaşdırılan diyaliz əməliyyatı yeni bir böyrək nəql edilənə qədər xəstə üçün ağır bir həldir. Cihazın qeyri-kafi qaldığı anda isə ölüm reallaşar. Bu fövqəladə təmizləmə təsisinin əhəmiyyətini və möcüzəvi istiqamətini görə bilmək üçün şübhəsiz bu nümunə kifayətdir. Bu mükəmməl orqan hələ təqlid belə edilə bilməmişkən, təkamülçülər tərəfindən bunun təsadüflərlə ortaya çıxdığının qarşıya qoyulması şübhəsiz son dərəcə məntiqsiz və dəlilsiz bir iddiadır.
Bu sistem, şübhəsiz, fövqəladədir və təsadüfən meydana gələ bilməyəcək qədər çox incəlik və qüsursuzluq ehtiva edər. Çünki bu sistem, insanı qüsursuz bir mükəmməllik içində yaradan Allahın sənətini təmsil edər. Bir insanın Allahın böyüklüyünü görüb iman edə bilməsi üçün sahib olduğumuz bu orqan başlı-başına kifayətdir.
O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur. (İbrahim surəsi, 34)
Suyun niyə şəffaf rəngdə olduğu, qumun necə də şəffaf bir şüşə halına gəlib həyatımızın ən əhəmiyyətli parçalarından birini meydana gətirdiyi və ya nəhəng bir gəminin hansı səbəblə suya batmadan okeanlar üzərində seyr etdiyi, bəlkə də üzərində çox da düşünülməyən mövzulardır. Bütün bunlara həyat boyunca elə alışılmışdır ki, qum yüksək istilikdə şüşə halına çevrilməsə, həyatın necə bir hal alacağı bəlkə də kimsənin ağlına gəlməmişdir. Halbuki, həyatdakı böyük əhəmiyyətə sahib bir çox incəlik üzərində bir az düşünmək, hər birinin bənzər və bəzən də həyati təfərrüatlarla təchiz edildiyini göstərəcək.
Bu incəliklərdən biri də sudur. Bir stəkan su sıfır dərəcədən aşağı bir dərəcədə gözlədildiyində buz halına gələcəkdir. Suyun buz halına çevrilməsi, həyatımızdakı təbii hadisələrdən biridir. Ancaq suyun buz halına gəlməsinin ardındakı incəliklər, bilinən fizika qanunlarının xaricindədir. Allahın xüsusi bir məqsəd üzrə yaratdığı sudakı xüsusi incəliklər, Dünya üzərindəki həyatın səbəblərindən birini meydana gətirər.
Bilinən bütün maddələr istilikləri düşdükcə büzüşərlər. Bunlara mayelər də daxildir. Mayelər, büzüşüb həcm itirdiklərində sıxlıqları artar və beləcə mayenin soyuq olan qisimləri daha ağır hala gələr. Buna görə maddənin bərk halı, maye halına görə daim daha ağırdır. Buna bir poladın maye və bərk hallarını nümunə olaraq verə bilərik.
Amma su bilinən bütün mayelərin əksinə müəyyən bir istiliyə (+4°C-yə) düşənə qədər büzüşər, amma sonra birdən-birə genləşməyə başlayar. Donduğunda isə daha da genləşər. Bu səbəblə, suyun bərk halı, maye halından daha yüngüldür. Yəni buz, əslində "normal" fizika qaydalarına görə suyun dibinə batması lazımkən, su üstündə üzər. Məhz bu səbəblə bəzən dəniz və göl səthlərinin alt qismi, canlı həyatın yaşamasına imkan verən +4 dərəcəlik sularla əhatəlidir. Əgər bu xüsusiyyət olmasa, yəni buz suyun üzərində üzməsə, dünya üzərindəki suyun çox böyük bir hissəsi tamamilə donacaq, göllərdə və dənizlərdə həyat qalmayacaq, ekoloji tarazlıq tamamilə pozulacaq və bu vəziyyət zamanla bütün canlılığın sona çatmasına səbəb olacaq.
Suya xüsusi olaraq verilmiş bu üstünlük, insana nemət olaraq təqdim edilmiş əhəmiyyətli bir incəlikdir. Ona belə bir fərqlilik verilmiş olması və bununla verilən mesajı anlaya bilmək, insanı, Allahın yaratdığı nemətlərə qarşı daha həssas hala gətirmək üçün çox əhəmiyyətlidir. Əlbəttə, fizika qanunlarının hər biri də Allahın yaratdığı səbəblərdir. Ancaq, şübhəsiz, Allah diləsə səbəbsiz yaradar, heç bir şeyi heç bir qanuna və ya qaydaya asılı etməyə bilərdi. Allah, buna müqtədir olduğunu bizim üçün həyati olan təfərrüatlarla göstərir. Allahın bu üstün incəlik sənəti yer üzünün hər nöqtəsində hakim olan bir həqiqətdir.
Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi? Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Nəhl surəsi, 17-18)
İnsan bədənində, hüceyrələr davamlı olaraq bəslənər, çoxalar və ölərlər. Bunun nəzarəti bədəndə mükəmməl şəkildə reallaşar. Çünki hüceyrə, özünü artıra biləcək, bəsləyə biləcək və yox edə biləcək xüsusi təchizatlarla birlikdə yaradılmışdır.
Bədəndə zamanla ölən hüceyrələrin, hər hansı bir yolla ortadan qaldırılıb təmizlənməsi lazımdır. Hüceyrələrin yox edilmələri lazım olduğunda, öz-özlərini ortadan qaldıran bir sıra zülalları vardır. Hüceyrə bədən üçün faydalı və işlək vəziyyətdəykən, bu zülalları əsla dövrəyə salmaz. Ancaq yaşlandığı, xəstələndiyi, işə yaramaz və ya bədxassəli bir hala çevrildiyində öldürücü zülallar həll edilərlər, təsirli hala gələr və hüceyrəni öldürərlər.
Hüceyrənin Allahın diləməsiylə tam zamanında və yerində tədbir görməsi çox böyük bir nemətdir. Bu vəsiləylə bədəndə sağlam hüceyrələr varlıqlarını davam etdirərkən, xəstə və yaşlı hüceyrələr davamlı olaraq yox edilirlər. Bədən daim sağlam qalır, ölən hüceyrələr böyük bir sürətlə yenilənir.
Bədəndə zamanla ölən hüceyrələr, öz-özlərini ortadan qaldıran bir silsilə zülal tərəfindən yox edilərlər. Yalnız hüceyrə öldüyündə və ya xəstələndiyində dövrəyə girən bu zülallar, müdhiş bir idarə mexanizmi daxilində hərəkət edərlər. İnsanın iradəsi xaricindəki bu mexanizm, bütün varlıqların Yaradıcısı və hakimi olan Allahın idarəsindədir. |
İnsanın həyatda qala bilməsi üçün olduqca çox sayda ünsürün bir araya gəlməsi lazımdır. Amma insan heç bir zaman bu ünsürlərin və bunların arasındakı mükəmməl nəzarətin fərqində olmaz. Bədəndə, nə vaxt hüceyrə istehsalı lazım olduğu, nə vaxt hüceyrənin yox edilməsi lazım olduğu, insanın iradəsi və məlumatı xaricində qüsursuz bir planlaşdırma və nizam içində işləyər. Bunun səbəbi bütün bu nəzarət və idarənin, bütün bunları yaradan Allaha aid olmasıdır.
İnsana təqdim edilən nemətlərin hər birinin xüsusi bir məqsədi olduğunu unutmamaq olduqca əhəmiyyətlidir. İnsan, hər şeyin bir səbəb ilə və qüsursuz bir sistem daxilində yaradıldığını və özünə bir nemət olaraq verildiyini dərin düşündüyündə, Allahın üstün qüdrətini daha yaxşı qavraya bilər. Ətrafındakı həqiqətləri və gözəllikləri daha yaxşı görə bilər. Özünü əhatə edən həqiqət, sahib olduğu hər şeyi sonsuz güc sahibi Allahın yaratdığı və Öz idarəsində tutmaqda olduğu həqiqətidir. İnsanın üzərində Allahın rəhməti çox böyükdür.
Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah Şəfqətli və Rəhmli olmasaydı nə edərdiniz? (Nur surəsi, 20)
Bir yerə baxdığımızda, bir şey düşündüyümüzdə və ya bir qoxu hiss etdiyimizdə, beynimizdə bir hərəkətlənmə başlayar. Əlaqədar sinirlər bir elektrik cərəyanı vəsiləsiylə gələn mesajları şərh edər. Bir stəkana baxdığımızda, onun stəkan olduğunu anlamağımızın səbəbi beyindəki sinirlərin onu "stəkan" olaraq şərh etməsidir.
Bir şeyi düşünüyümüz əsnada beynimizdə olanlar sinirlərin bir-biriləriylə koordinasiya qurmaları və bir-birlərinin üzərindən elektrik cərəyanlarını keçirmələridir. Qarşımızdakı stəkanın görünüşünün beynimizdə meydana gəldiyini zənn edərik. Halbuki, stəkandan gələn görünüş beynimizə yalnız bir elektrik siqnalı şəklində çatmışdır və zülmət qaranlıq beyində stəkanın görünüşündən ən kiçik bir iz yoxdur. Düşünməyimiz, iyləməyimiz, görməyimiz, qısacası xarici dünyanı qəbul etməyimiz üçün verilmiş olan səbəblər, sinir hüceyrələri arasındakı əməliyyatlardır. Bu həqiqət qarşısında, 10 milyard sinir hüceyrəsinin beyinin içində diqqətlə yerləşdirilmiş olması və bizimlə əlaqədar hər şeyin idarəsinə vəsilə olmaları, həmçinin, bizlərə rəngli bir dünya təqdim etmələri, əlbəttə, böyük bir möcüzədir. Bu böyük möcüzənin sahibi Uca Allahdır. Şübhəsiz, insan heç bir şey deyilkən onu yoxdan yaradan Allah üçün bütün bu səbəbləri yaratmaq çox asandır.
Beyinin sahib olduğu sistem, hələ başa düşülməyə çalışılan əhəmiyyətli bir sirdir. Hələ insan bunu anlamağa güc çatdıra bilməmişkən və sistemin məcmusu üstün bir yaradılışı isbat etməkdə ikən, kor təsadüflərin bir yaradıcı gücü olduğuna ehtimal vermək böyük bir cəhalətdir. Allah, rəhməti ilə, yaratdığı varlıqları vəsilə edərək insanlara Öz Ucalığını və üstün yaratma sənətini davamlı olaraq xatırladır. Bütün bunları görüb anlaya bilən iman sahibləri, dünyada da, axirətdə də qurtuluşa çatanlardır.
Göylərdə və yerdə olan hər kəs ehtiyacı olan şeyi Ondan diləyir. O hər gün bir işdədir. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? (Rəhman surəsi, 30)